Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-47/2023 23.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1ci massiv, 5 saylı evdə qeydiyyatda olan, Bakı şəhəri Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Oktyabr küçəsi, 4 saylı evin, 25 saylı mənzilində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, 06 oaktyabr 2022-ci il tarixdə saat 11:00-də Bakı şəhəri Nizami rayonu, Babək prospektində yerləşən “avtotəmir” sexinin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd bükümdə ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış 0,525 qram psixotrop maddə metamfetamini 5 (beş) manat müqabilində əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə həmin psixotrop maddəni özü ilə daşıyaraq Bakı şəhəri Səbail rayonu, ilyas Əfəndiyev küçəsinə gətirmiş və Təqsirləndirilən şəxs psixotrop maddənin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıması barədə əvvəlcədən daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat 22:05-də Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Səbail rayonu, İlyas Əfəndiyev küçəsində Təqsirləndirilən şəxs saxlanılaraq ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilib üzərinə keçirilən video baxış zamanı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı və əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış 0,525 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 6 (altı) ildir ki, psixotrop maddə metamfetamindən istifadə edir.Əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmamış və barəsində məhkəmə hökmü olmamışdır.Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən 15 gün müddətinə həbs edilmişdir.Bununla yanaşı olaraq ümumillikdə psixotrop maddəni yəni metamfetamini o Bakı şəhərinin müxtəlif rayonlarından müxtəlif qiymətlərə alaraq öz şəxsi istifadəsi üçün əldə etmişdir. Həmçinin metamfetamindən istifadə etmədikdə bədənində küt ağrılar olmuşdur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 11:00-də Bakı şəhəri Nizami rayonu, Babək prospektində yerləşən “avtotəmir” sexinin yaxınlığında üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 5 manat pul müqabilində psixotrop maddəni şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirmişdir. Həmin psixotrop maddə metamfetamini özü ilə daşıyaraq Bakı şəhəri Səbail rayonu, İlyas Əfəndiyev küçəsinə gətirmişdir ki, daha sonra istifadə etsin. Beləliklə də xx.xx.2022-ci il tarixdə saat 22:05-də Bakı şəhəri Səbail rayonu, ilyas Əfəndiyev küçəsində olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Səbail Rayon Polis İdarəsinin Narkotiklərələ Mübarizə Bölməsinin və 9-cu polis bölməsinin əməkdaşları olduqlarını bildirmişdir.Həmin vaxt onun üzərində psixotrop maddə metamfetamin olduğundan həyəcanlanmış və polis əməkdaşları ondan şübhələnərək sorğu-sual etməyə başlamışdır.Həmin vaxt o, özünü polis əməkdaşlarına xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmayan, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1 -ci massiv, 5 saylı evdə qeydiyyatda olan, Bakı şəhəri Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Oktyabr küçəsi, 4 saylı evin, 25 saylı mənzilində yaşayan Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu yaxınlıqda olan 9-cu Polis Bölməsinə dəvət etmişdir. O, polis əməkdaşlarının qanuni tələbinə əməl edərək könüllü olaraq onlar ilə birlikdə 9-cu polis bölməsinə getmişdir.Səbail RPİ-nin 9-cu Polis Bölməsində şəxsiyyəti tam olaraq müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını ona izah etmişdir. Həmin zaman video çəkiliş aparılmasına etiraz etməmişdir. Bundan sonra ona Bakı şəhəri Səbail Rayon Polis idarəsinin 9-cu Polis Bölməsinin təhqiqatçısı polis kapitanı X6 tərəfindən hüquq və vəzifələri izah olunmaqla, Səbail rayon 3 saylı hüquq məsləhətxanasının vəkili X8 tərəfindən öz razılığı əsasında hüquqlarının müdafiə edilməklə şübhəli şəxs qismində tutulmuşdur.Daha sonra Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi, 36 ünvanında yerləşən inzibati binasına gətirilib üzərinə videogörüntü ilə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub- olmaması barədə ilkin olaraq sual verilmişdir.Bundan sonra o üzərində saxlamaqla daşıdığı özünə məxsus içərisində psixotrop maddə olan metamfetamin olan 1 (bir) ədəd siqaretin qızılı kağızma bükülmüş bükümü əynində olan göy rəngli cins şalvarımın sol yan cibindən 1 (bir) paçka siqaret qutusu ilə bilrikdə çıxararaq könüllü olaraq masanın üzərinə qoymuşdur.Daha sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus olan 1 (bir) ədəd şəxsi telefonunu çıxararaq masanın üzərinə qoymuşdur. Beləliklə də o siqaret qutusunun içərəsindən (bir) ədəd siqaretin qızılı kağızına bükülmüş metamfetamin bükümü təqdim etmişdir.Sorğu-sual zamanı bildirmişdir ki, aşkar edilmiş psixotrop maddə metamfetamini xx.xx.2022-ci il tarixdə saat 11:00-də Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “avtotəmir” sexinin yaxınlığında şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 5 (beş) manat pulun müqabilində öz şəxsi istifadə etmək üçün alaraq üzərində saxlamaqla daşımışdır.Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 166 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar, tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Beləliklə də onun üzərində olan psixotrop maddə olan metamfetamin vəkili X2 iştirakı ilə aparaılan videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır.Videoçəkiliş hər bir iştirakçıya və ona nümayiş etdirilmişdir.Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 166 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar, tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir.Son olaraq bildirmişdir ki, əvvəlcədən onun özü bildirmişdir ki, onun üzərində olan psixotrop maddə metamfetamindir. Hazırda əməlindən peşman olmasını bildirmişdir.Həmçinin o Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir psixi və ya zorakılıq olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs son sözündə, əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, gənc olmasını, əvvəllər məhkumluğunun olmamasını, ilk dəfədir cinayət əməli törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri özünün etirafedici ifadəsi, şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin-Kimyəvi Ekspertizasının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X18 şəxsi Ambulator X3 Ekspertizasının rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 06 oktyabr 2022-ci il tarixdə saat 22:05 radələrində Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə Bakı şəhəri, Səbail rayonu, İlyas Əfəndiyev küçəsində inzibati ərazidə birlikdə xidmətdə olduqları zaman 1 (bir) nəfər şəxsin narkotik və psixotrop maddələrin istifadəsində özünü şübhəli aparmasından ona yaxınlaşaraq üzərlərində olan polis xidməti vəsiqələrini təqdim edib ondan şəxsiyyəti barədə onlara məlumat verməsini xahiş etmişdir. Həmin şəxs özünü-xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmayan, Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, 5 saylı evdə qeydiyyatda olan, Bakı şəhəri Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Oktyabr küçəsi, 4 saylı evin, 25 saylı mənzilində yaşayan Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs xahiş etmişdir ki, özünü narkotik və psixotrop maddələrin istifadəsində şübhəli aparması ilə bağlı onlar ilə bərəbar Bakı şəhəri, Səbail rayonu 9-cu Polis Bölməsinin ünvan 2 ünvanda yerləşən inzibati binasına getsin. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən könüllü olaraq onlar ilə bərabər Səbail RPİ-nin 9-cu Polis Bölməsinə getməsinə razlıq vermişdir. Bundan sonra o və Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə Səbail Rayon polis İdarəsinin 9-cu polis Bölməsinin rəisi, polis mayoru İlqar Qafarovun adına raport tərtib etmişdir ki, bölməyə dəvət edilərək narkotik və psixotrop maddələrin istifadəsində şübhəli şəxs qismində gətirilən Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq olaraq ölçü götürülməsi məqsədilə müvafiq əməkdaşa göstəriş verilsin. Nəticə etibari ilə həmin raportun araşdırılması Səbail RPİ- nin 9-cu PB-nin təhqiqatçısı, polis kapitanı X1 həvalə edilmişdir. Bakı şəhəri, Səbail rayonu 9-cu Polis Bölməsinin ünvan 2 ünvanda yerləşən inzibati binasının xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması haqqında tərəfimdən protokol tərtib edilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs onun tərəfindən hüquq və vəzifələri izah edilmişdir.Həmçinin Təqsirləndirilən şəxs 3 saylı vəkil bürosunun müdafiəçilərinin siyahısı təqdim edilmişdir. Həmin siyahıya əsasən Təqsirləndirilən şəxs hüquqlarının X8 tərəfindən müdafiə edilməsini xahiş etmişdir.Bundan sonra şəxsi axtarış və götürülmə aparılan zaman Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərində qanunsuz olan əşya varsa könüllü olaraq masa üzərinə qoymaqla təqdim etsin.Həmçinin Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin məsul növbətçisi, polis kapitanı X11 tərəfindən “Honor 20 Pro” markalı mobil telefondan istifadə edilməklə video çəkiliş həyata keçirilməyə başlanılmışır. Təqsirləndirilən şəxs hüquqlarım müdafiə edən 3 saylı vəkil bürosunun vəkili X2 yanında əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd “Vvinchester” markalı siqaret qutusunu və həmin zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sadə mobil telefonunu təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd “Vvinchester” markalı siqaret qutusunu bir qədər əvvəl təqdim etməklə, həmin qutunun içərisində olan siqaretlərin arasından 1 (bir) ədəd bükülü maddəni çıxarıb xidməti otaqda olan masanın üzərinə qoymaqla təqdim etmişdir.Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır.İlk öncə onun əynində olan paltarların boynuna və içərisinə baxılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir.Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd bükülünü göstərərək el içində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 1 (bir) ədəd bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirildiyi sorğu-sual edilən zaman, Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “avtotəmir” sexinin yaxınlığında üzdən tanıdığı, lakin şəxsiyyəti barədə tam məlumatı olmayan şəxsdən 5 (beş) manat pul müqabilində psixotrop maddəni şəxsi istifadəsi üçün alaraq əynində olan göy rəngli cins şalvarın sol yan cibində siqaret qutusunun içərisində gizlətməklə üzərində gəzdirməklə daşımışdır.Həmin psixotrop maddə olan metamfetamini özü ilə daşıyaraq Bakı şəhəri Səbail rayonu, İlyas Əfəndiyev küçəsinə gətirmişdir ki, daha sonra istifadə etsin.Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd bükülünün ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə Səbail RPİ-nin 9-cu PBnin təhqiqatçısı polis kapitanı X6 tərəfindən zərfə qoyularaq qablaşdırılacağı və 166 nömrə ilə möhürlənərək götürüləcəyi bildirilmişdir.Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir.Bundan sonra içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 1 (bir) ədəd bükülü zərfə qoyularaq zərfin ağzı Səbail RPİ-nin 9-cu PB-nin zərflər üçün nəzərdə tutulmuş 166 nömrəli möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır.Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır.Nəticə etibari ilə Təqsirləndirilən şəxs üzərindən və aşkar edilərək götürülmüş maddənin psixotrop maddə metamfetamin olub-olmamasını müəyyən etmək məqsədi ilə onun tərəfindən kimyəvi ekspertiza təyin edilərək rəy alınmış və müəyyən edilmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış 0,525 qram psixotrop maddə metamfetamin olması ekspertiza rəyi ilə öz təsdiqini tapmışdır. Hazırda Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetaminin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat axtarış tədbirlərinin davam etdirildiyini göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 06 oktyabr 2022-ci il tarixdə saat 22:05 radələrində Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 9-cu polis Bölməsinin sahə rəisi Şahid1 ilə Bakı şəhəri, Səbail rayonu, İlyas Əfəndiyev küçəsində inzibati ərazidə birlikdə xidmətdə olduğu zaman 1 (bir) nəfər şəxsin narkotik və psixotrop maddələrin istifadəsində özünü şübhəli aparmasından ona yaxınlaşaraq üzərlərində olan polis xidməti vəsiqələrini təqdim edib ondan şəxsiyyəti barədə onlara məlumat verilməsini xahiş etmişdir. Həmin şəxs özünü – xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmayan, Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, 5 saylı evdə qeydiyyatda olan, Bakı şəhəri Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Oktyabr küçəsi, 4 saylı evin, 25 saylı mənzilində yaşayan Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir.Bundan sonra Təqsirləndirilən şəxs xahiş etmişdir ki, özünü narkotik və psixotrop maddələrin istifadəsində şübhəli aparması ilə bağlı onlar ilə bərəbar Bakı şəhəri, Səbail rayonu 9-cu Polis Bölməsinin ünvan 2 ünvanda yerləşən inzibati binasına getsin.Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən könüllü olaraq onlar ilə bərabər Səbail RPİ-nin 9-cu Polis Bölməsinə getməsinə razlıq vermişdir.Bundan sonra o, və Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 9-cu polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Şahid1 Səbail Rayon polis İdarəsinin 9-cu polis Bölməsinin rəisi, polis mayoru İlqar Qafarovun adına raport tərtib etmişdir ki, bölməyə dəvət edilərək narkotik və psixotrop maddələrin istifadəsində şübhəli şəxs qismində gətirilən Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq olaraq ölçü götürülməsi məqsədilə müvafiq əməkdaşa göstəriş verilsin.Nəticə etibari ilə həmin raportun araşdırılması Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı, polis kapitanı X1 həvalə edilmişdir. Beləliklədə, Bakı şəhəri, Səbail rayonu 9cu Polis Bölməsinin ünvan 2 ünvanda yerləşən inzibati binasının xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması haqqında təhqiqatçı X6 tərəfindən protokol tərtib edilmişdir.Həmin zaman Təqsirləndirilən şəxs təhqiqatçı X6 tərəfindən hüquq və vəzifələri izah edilmişdir.Həmçinin Təqsirləndirilən şəxs 3 saylı vəkil bürosunun müdafiəçilərinin siyahısı təqdim edilmişdir.Həmin siyahıya əsasən Təqsirləndirilən şəxs hüquqlarının X8 tərəfindən müdafiə edilməsini xahiş etmişdir.Bundan sonra şəxsi axtarış və götürülmə aparılan zaman Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərində qanunsuz olan əşya varsa könüllü olaraq masa üzərinə qoymaqla təqdim etsin.Həmçinin Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin məsul növbətçisi, polis kapitanı X11 tərəfindən “Honor 20 Pro” markalı mobil telefondan istifadə edilməklə video çəkiliş həyata keçirilməyə başlamlmışır.Beləliklə də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən 3 saylı vəkil bürosunun vəkili X2 yanında əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd “Vvinchester” markalı siqaret qutusunu və həmin zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sadə mobil telefonunu təqdim etmişdir.Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd “Vvinchester” markalı siqaret qutusunu bir qədər əvvəl təqdim etməklə, həmin qutunun içərisində olan siqaretlərin arasından 1 (bir) ədəd bükülü maddəni çıxarıb xidməti otaqda olan masanın üzərinə qoymaqla təqdim etmişdir.Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır.İlk öncə onun əynində olan paltarların boynuna və içərisinə baxılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir.Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd bükülünü göstərərək el içində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir.Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 1 (bir) ədəd bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirildiyi sorğu-sual edilən zaman, Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “avtotəmir” sexinin yaxınlığında üzdən tanıdığı, lakin şəxsiyyəti barədə tam məlumatı olmayan şəxsdən 5 (beş) manat pul müqabilində psixotrop maddəni şəxsi istifadəsi üçün alaraq əynində olan göy rəngli cins şalvarın sol yan cibində siqaret qutusunun içərisində gizlətməklə üzərində gəzdirməklə daşımışdır.Həmin psixotrop maddə olan metamfetamini özü ilə daşıyaraq Bakı şəhəri Səbail rayonu, İlyas Əfəndiyev küçəsinə gətirmişdir ki, daha sonra istifadə etsin.Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd bükülünün ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı polis kapitanı X6 tərəfindən zərfə qoyularaq qablaşdırılacağı və 166 nömrə ilə möhürlənərək götürüləcəyi bildirilmişdir.Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir.Bundan sonra içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 1 (bir) ədəd bükülü zərfə qoyularaq zərfin ağzı Səbail RPİ-nin 9-cu PB-nin zərflər üçün nəzərdə tutulmuş 166 nömrəli möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır.Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandınlmışdır.Nəticə etibari ilə Təqsirləndirilən şəxs üzərindən və aşkar edilərək götürülmüş maddənin psixotrop maddə metamfetamin olub-olmamasını müəyyən etmək məqsədi ilə Bakı şəhəri Səbail RPİ- nin 9-cu PB-nin təhqiqatçısı polis kapitanı X6 tərəfindən kimyəvi ekspertiza təyin edilərək rəy alınmış və müəyyən edilmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış 0,525 qram psixotrop maddə metamfetamin olması ekspertiza rəyi ilə öz təsdiqini tapmışdır. Hazırda Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetaminin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat axtarış tədbirlərinin davam etdirildiyini göstərmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 noyabr 2022-ci il tarixli 6/6728 №-li rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №-166” dairəvi möhür əksi və “ ...Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddi sübut..Heybətov. B. i-imza, iştirakçılar -üç imza, M.Gülmalıyev -imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi - 0,525 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi tədqiqat üçün nümunələrin götürülməsi və qalan nümunənin geri qaytarılmasına dair 07 oktyabr 2022-ci il tarixli akta əsasən saat 10:45-də 0,525 qram qəbul edilmiş, 0,05 qram təqdiqata sərf edilmiş və 12:45-də 0,475 qram qalıq qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında və məhkəməyədək icraat dövründə “şəxsi axtarış və götürmə” əks etdirən videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 06 oktyabr 2022-ci il tarixdə müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Videogörüntüdə şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs əşyalarında və ya üzərində dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək cinayət təqibi orqanı tərəfindən 1 (bir) ədəd kağız zərfdə qablaşdırılıb götürülür. Video diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirir ki, həqiqətən baxış keçirilən şəxs odur. Narkotik vasitə ona məxsusdur, həmin narkotik vasitəni bildirdiyi kimi 5 (beş) manata öz istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs üzərindən götürülmüş metamfetaminin təmiz çəkisi - 0,525 qram, təqdiqata sərf edildi - 0,05 qram, qalıq -0,475 qram B.A.Heybətov cinayət işi materialları ilə tanış olduqdan sonra saxlanılması məqsədi ilə Bakı şəhəri Səbail RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ Əməliyyat-Sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 oktyabr 2022-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində iki azyaşlı 2018-ci il təvəllüdlü X9 və 2015-ci il təvəllüdlü X10 vardır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 06 iyul 2021ci il tarixli Qərarında qeyd olunur ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə müvafiq olaraq cinayət əməlinin obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 04 mart 2011-ci il tarixli Plenum Qərarında qeyd olunur ki, törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci siyahısına daxildir. X20 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə ikinci-psixotrop maddələr siyahısında metamfetamin maddəsinin cinayət məsuliyyəti yaradan minimum istehlak miqdarı 0,15 qram təşkil edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halları, o cümlədən əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, gənc olmasını, əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə az ağır cinayət əməli törətməsini, himayəsində iki az yaşlı uşağının olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdən 08 oktyabr 2022-ci il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X18 Şəxsi Ambulator X3 Ekspertizasının 13 oktyabr 2022-ci tarixli 6001 Ns-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların və kannabinioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına - 0.05 qram sərf edildikdən sonra qalan - 0,475 qram psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 01 (bir) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdən 08 oktyabr 2022-ci il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisini tərk etməmək, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Oktyabr küçəsi, 4 saylı evin, 25 saylı mənzilindəki yaşayış yerini hər gün saat 23-00-dan 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan - 0,475 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 (doxsan iki) manat, Təqsirləndirilən şəxsndən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (yüz səksən) manat pul tutularaq Bakı şəhəri "xxxx" ASC-nin Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-47/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-47/2023
23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver