Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-47/2024 06.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatında olan və yaşayan, barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 iyul 2023-cü il tarixdə, saat 23 radələrində “Dənizkənarı Milli Park”ın Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti 34 ünavamnda yerləşən “Zazu” restoranın yaxınlığında olarkən dəniz kənarında daşın üzərində əyləşmiş Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncuya məxsus əyləşdiyi daşın üzərinə qoyduğu 1570 manat dəyərində 01 ədəd “Samsing Gallaxy S22" markalı mobil telefonu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1570 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, əvvəllər talama cinayət ilə bağlı məhkum olunmuş və sonuncu məhkumluğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə Səbail Rayon Məhəkəməsində olmuşdur, 2 il azadlıqdan məhrum etmə cəzası vermiş, 2023-cü ilin aprel ayında cəzadan azad olunmuşdur. Əvvəllər məhkum olunduğu üçün heç bir yerdə işə qəbul etməmişlər. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 19 iyul 2023-cü ildə saat 23 radələrində tək olaraq Bakı şəhəri Səbail rayonunda Dənizkənarı Milli Parka getmişd, həmin zaman bir az orada gəzdikdən sonra əvvəllər adı “Mirvari” olmuş, hazırda “Zazu” restoranın yerin yaxınlığında dənzin kənarına enib orada olan daşların üzərində əyləşmiş, sağ və sol tərəfində tanımadığı şəxslər də əyləşmişlər və dənizə baxaraq söhbət edirdilər. Həmin zaman sol tərəfində daşın üstündə əyləşmiş iki nəfərin birbiri ilə söhbət etdiyini və yanlarında da mobil telefon olduğunu görüb həmin mobil telefonun onlara məxsus olmasını bilmiş və onu oğurlamaq qərarına gəlmişdir. Onların başı söhbətə qarışmış və fikirləri də dənizdə olmuşdur. Maddi cəhətdən pula ehtiyacı olduğundan daşın üzərində olan həmin mobil telefonu oğurlamaq qərarına gəlib əyləşdiyi yerdən qalxaraq sakitcə onlara tərəf yaxınlaşıb daşın üstündə olan həmin mobil telefonu götürüb oradan uzaqlaşmışdı. Telefonu götürən kimi onu söndürmüşdür və aparıb özündə saxlamışdır. Həmin hadisədən 2-3 gün sonra oğurladığı həmin “Samsung Gallaxy S22” markalı mobil telefonu Elçin adlı tanıdığı oğlana 100 manata satmışdı. Belə ki, oğurladığı həmin mobil telefonu satdığı Elçini əvvəldən tanımış, onunla aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Elçinə satdığı həmin mobil telefonu satan zaman telefonun özünə məxsus olmasını deyib maddi cəhətdən pula ehtiyacı olduğunu bildirirək Elçini inandırmışdı. Mobil telefonu oğurlamağı barədə heç kimə əvvəldən və ya sonradan məlumat verməmiş və ifadənin əvvəlində bildirdiyi kimi mobil telefonu oğurladığı yeri də göstərmişdi. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, dəymiş ziyanı könüllü olaraq tam ödədiyini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini bildirərək, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hazırda Bakı mühəndislik unversitetində oxuyur, 2-ci kursu bitirmişdir. Abşeron rayonu Yeni Masazır binasında Əliağa Vahid küçəsində olan blok B2, 6-cı mərtəbə, 322 nömrəli mənzildə yaşayır. 20 iyul 2023-cü il tarixdə Dənizkənarı Milli Parkda olan zaman mobil telefonunun naməlum şəxs tərəfindən oğurlanması barədə 39-cu polis bölməsinə şikayət ərizəsi yazmışdır. Həmin ərizədə qeyd etdiyi Samsung Gallaxy S22 markalı mobil telefonu 2022ci ilin sentyabr ayında 1570 manata almışdı. Qeyd etdiyi mobil telefonda özünə məxsus ***-***-**-** nömrədən istifadə edirdi. Həmin nömrəni də həddiyə olaraq verilmişdir. Baş vermiş həmin oğurluq hadisəsinin mahiyyəti üzrə bildirmişdir ki, 19 iyul 2023-cü ildə dostu ilə görüşüb saat 22 radələrində Dənizkənarı Milli Parka gəzməyə getmiş və Parkda bir az gəzdikdən sonra keçmiş adı “Mirvari” olmuş, hazırda “Zazu” adlı restoranın yaxnlığında dənizin kənarında olan pilləkən kimi olan daşın üstündə əyləşmiş və özünə məxsus 1570 manata aldığı “Samsung Gallaxy S22” markalı mobil telefonunu da cibindən çıxarıb yanında olan daşın üzərinə qoyaraq telefonda musiqiyə qulaq asmış, musuqu qurtardıqdan sonra telefon yanında daşın üzərində qalmışdır. Həmin zaman orada söhbət etdikdən sonra saat təxminən 00:10-da getmək istədikdə mobil telefonunun yanında olmadığını görüb ətrafa baxmış və orada olan tanımadığı adamlardan bu barədə soruşduqda telefonu görmədiklərini demişlər. Bundan sonra mobil telefonuna zəng etdikdə telefona zəng çatmamışdı. Belə oldu ki, telefonun naməlum şəxs tərəfindən oğurlanmasını bilib həmin zaman dostunun mobil telefonu ilə DİN- nin 102 xidmətinə zəng edib bu hadisə ilə bağlı məlumat vermişdi. Bundan sonra polis orqanlarında olan zaman maraqlandıqda bu oğurluq hadisəsini tanımadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını bilmişdi. Belə ki, Qüdrət Milli Parkda olan zaman başının söhbətə qarışıq olduğunu görüb yan tərəfində olan mobil telefonun oğurlayaraq oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış 13 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayətçi deyil və ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Muradla həmyerli olduğu üçün aralarında dostluq münasibəti var. Hərdən bir vaxtı olanda telefonla zəngləşib görüşərək söhbət edirlər. Muradın istifadəsində “Samsung Gallaxy S22” markalı ***-***-**-** nömrəli mobil telefonu olmuşdur. 19 iyul 2023-cü ildə axşam vaxtı əvvəl olduğu kimi mobil telefon vasitəsi ilə zəngləşərən Dəmizkənarı Milli Parkda görüşmüşlər. Həmin gün, yəni 19 iyul 2023- cü ildə Dəmizkənarı Milli Parkda biz az gəzişdikdən sonra orada olan keçmiş adı Mirvari olmuş, hazırda adı Zazu restoranın yaxınlığında dənizin kənarında olan daşların üzərində əyləşib söhbət etmişlər.Həmin zaman Murad istifadəsində olan həmin Samsung Gallaxy S22 markalı mobil telefonun çıxardıb öz yanında saxlayaraq internet vasitəsi ilə musiqiyə qulaq asırdı. Musiqi qurtardıqdan sonra dayanmışdı. Həmin gün, yəni 19 iyul 2023-cü ildə saat 23 radələrində evə getmək üçün qalxdıqda Murad yanında saxladığı mobil telefonun olmadığı görüb bu barədə bildirmişdir. Muradın mobil telefonun orada axtarsada tapa bilməmişdir, ona görə də Murad telefonun oğurlanmasını bilib mobil telefonla DİN-nin 102 xidmətinə zəng edib bu hadisə barədə xəbər vermişdi. Bundan sonra polis orqanlarında olan zaman maraqlandıqda bu oğurluq hadisəsini tanımadığı Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını bilmişdi. Belə ki, Qüdrət Milli Parkda olan zaman yanlarına gələrək başları söhbətə qarışıq olduğunu görüb Muradın yan tərəfində olan mobil telefonu oğurlayaraq oradan uzaqlaşmışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımışdır, yaxın ünvanlarda yaşadıqları üçün bir-biri ilə yoldaşlıq münasibətləri olmuşdur. Muradın şikayət ərizəsi ilə tanış olmuş, bununla bağlı qeyd etmişdir ki, təxminən 2023-cü ilin iyul ayının sonlarına yaxın Bakı şəhərində Azdramteatrın yanında Qüdrətlə rastalaşıb görüşən zaman aralarında olan söhbətdə sonuncu maddi cəhətdən pula ehtiyacı olduğundan əlində olan mobil telefonun özünə məxsus olmasını və onu satmaq istədiyini demişdi. Həmin mobil telefonu onun əlindən alıb baxdıqda telefonun işlənmiş olmasını və “Samsung Gallaxy S22” markalı olduğun görmüşdü. Telefonun qiyməti ilə bağlı Qüdrətdən soruşduqda o, əvvəl telefonu 150 manata satmaq istədiyini dedikdə pulu olmadığını və bir az aşağı satmasını demişdi. Həmçinin Qüdrətdən onun satdığı mobil telefonun oğurluq və ya sair qanunsuz yolla əldə edilməsi ilə bağlı soruşduqda o, həmin mobil telefonun özünə məxsus olmasını, maddi cəhətdən pula ehtiyacı olduğu üçün satdığını deyib inandırmışdır. Bundan sonra həmin “Samsung Gallaxy S22” markalı mobil telefonu orada 100 manata Qüdrətdən almışdı. Bundan bir neçə gün sonra həmin mobil telefonu bir neçə gün ərzində özü istifadə etmiş, lakin sonradan həmin mobil telefonu 100 manata da tanımadığı şəxsə satmışdı. Qüdrətdən aldığı mobil telefonun oğurluq olmasını bilməmişdir. Səbail polisinə çağırılan zaman Qüdrətin satdığı mobil telefonun Səbail rayonunda Dənizkənarı Milli Parkdan oğurlamasını bilmişdir. Əgər Qüdrətin satdığı həmin mobil telefonun oğurluq olmasını bilsəydi onu almazdı. İş materiallarına əlavə edilmiş hadisə yerini əks etdirən videomüşahidə kamerasından götürülmuş görüntülərin əks olunduğu diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 19 iyul 2023-cü il tarixdə gecə vaxtı Təqsirləndirilən şəxs tərəfindən ünvan 2 ünvanda yerləşən “Zazu” restoranın yaxınlığında zərərçəkmiş X2 məxsus “Samsung Gallaxy S22” markalı mobil telefonun oğurlanması faktı öz təsdiqini tapmışdır. Görüntüdə təqsirləndirilən Təqsirləndirilən şəxsin qaçaraq orada olan “Zazu“ restoranın qarşısında uzaqlaşması görüntülənir. Həmin görüntüdə Dənizkənarı Milli Parkda dənizin sahilinə yaxın yerdə, daş pilləkənləri üzərində sakinlərin əyləşməsi, onların içərisində Zərərçəkmiş şəxsu, onun yanında dostu Şahid1, onlara yaxın məsafədə isə təqsirləndirilən şəxs Qüdrət Soltanovun əyləşmələri, bir neçə saniyyə sonra Q.Soltanovun qalxaraq zərərçəkmiş Zərərçəkmiş şəxs təfər yaxınlaşıb sonuncunun yanında olan mobil telefonu götürməsi və iri addınlarla oradan uzaqlaşması əks olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əlində mobil telefon dəniz kənarı ilə iri addımlarla oradan uzaqlaşması öz əksini tapmışdır. Daha sonra təqsirləndirilən Təqsirləndirilən şəxs əlində mobil telefon tək olaraq iri addımlarla Dənizkənarı Milli Parkda olması və yerdə quraşdırılmış ayaqüstü şahmat oyunu meydançasının yanından keçməsi aşkar olundu. İş materiallarında olan “hadisə yerinə baxış” protokolundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs tərəfindən X3 qarşı törədilmiş cinayət əməli Səbail rayonu, Dənizkənarl Milli Parkda olan Neftçilə prospekti 34 ünvaında olan “Zazu” restoranın yaxınlığında baş vermişdir. ünvan 3 ünvanında yerləşən “Delta store” mağazasından alınmış xx.xx.2022-ci il tarixli sənəddən görünür ki, Zərərçəkmiş şəxs məxusu 01 ədəd “Samsing Gallaxy S22” markalı mobil telefonun dəyərinin 1570 manat olması aşkar edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs: - Quba rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. - Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 04 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 04 il 03 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Nəsimi Rayon Məhkəməsinin hökmünə əsasən 04 il 03 ay müddətində azadlıqdan məhrum etmə cəzası 03 ay azaldılaraq 04 il müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 03 il 09 aya endirilmiş və xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. - Səbail Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1 və 177.2.5-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 02 il 08 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılaraq 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. “Tutma” protokolu və “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə Təqsirləndirilən şəxs 11 avqust 2023cü il tarixdə 18:20-də tutulmuş, 12 avqust 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, həmin qərar ilə 12 avqust 2023-cü il tarixdə saat 16:50-də tanış edilibdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, gənc olmasını, dəymiş ziyanı könüllü olaraq tam ödədiyini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, böyük ictimai törətməyən cinayətin törədilməsində ittiham olunmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respunblikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 11 avqust 2023-cü il tarixdən 12 avqust 2023-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, ünvan 1 ünvanındakı yaşayış yerini hər gün saat 23-00dan 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 192 (yüz doxsan iki) manat pul tutularaq “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail filialındakı bank hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-47/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-47/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver