Məhkəmə qərarları › İş №1(009)-48/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-48/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-48/2022 22.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs: X4 iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altma vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,645 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 17 oktyabr 2021-ci il tarixdə saat 08:00 radələrində Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri Səbail rayonu, S.Məmmədov küçəsində xidmət apararkən üzərində qanunsuz olaraq narkotik vasitə saxlayaraq daşımaqda əsaslı şübhələr yarandığından 41 polis bölməsinə dəvət edilərək gətirilmiş, həmin tarixdə 09:15dən başlayaraq onun üzərində keçirilən şəxsi axtarış zamanı həmin narkotik vasitə olan heroin bir ədəd bükümdə olmaqla onun əynində olan qəhvəyi rəngli dəri materialdan olan gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, təxminən 7-8 aydır ki, narkotik vasitə olan kakosdan, hərdən isə patı adlanan narkotik vasitədən istifadə edir. Bundan başqa, heroini su ilə qarışdırıb, şpris vasitəsilə damarına vurmaqla da qəbul edir. Narkotik maddə olan kakosun bir qramını 30 manata alır. 16 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən “İST Petrol” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı reklam lövhəsinin yanından bir büküm narkotik vasitə olan kakos, yəni heroini özünün istifadə etməsi üçün götürüb əynində olan gödəkçənin sağ yan cibinə qoymuşdur. Həmin kakosun pulunu isə “İnstaqram” sosial şəbəkəsində tanış olduğu tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsin göndərdiyi karta Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Lider TV”nin yaxınlığındakı ödəmə terminalı vasitəsilə köçürmüşdür. Bundan sonra Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yaşayan Fərid adlı dostu ilə görüşməyə getmiş, Fəridlə görüşüb onunla səhərə qədər bir yerdə gəzmişlər. Bundan sonra yaşadığı evə getmək qərarına gəlmişdir. 17 oktyabr 2021-ci il tarixdə saat 08:30 radələrində Fəridlə sağollaşıb ondan ayrılmış və bu zaman tanımadığı iki nəfər polis geyimində olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş, söhbət zamanı polis əməkdaşları səhər saatlarında həmin yerdə olmasının səbəbi barədə soruşduqda Fərid adlı dostu ilə görüşməyə gəldiyini bildirmişdir. Həmin vaxtı polis əməkdaşları üzərində şəxsiyyətini təsdiq edən sənədinin olub-olmaması barədə soruşduqda onlara özünü təqdim etmiş, lakin üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirmişdir. Polis əməkdaşları Fərid adlı dostunun harada yaşaması barədə soruşduqda onlara Fəridin yaşadığı ünvanı bilmədiyini demiş, həmçinin narkotik vasitələrin aludəçisi olduğunu etiraf etmişdir. Polis əməkdaşları onu Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə dəvət etmişlər və buna etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə qeyd etdiyi Polis Bölməsinə getmişdir. Polis Bölməsində üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və bölmənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Polis əməkdaşları ona üzərində qanunla qadağan edilmiş hər hansı əşya yaxud predmet varsa könüllü olaraq təqdim etməyi təklif etmişlər. Bu təklifdən sonra əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə, 16 oktyabr 2021-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən “İST Petrol” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı reklam lövhəsinin yanından özünün istifadə etməsi üçün götürdüyü bir büküm narkotik vasitə olan kakosu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya yaxud predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə narkotik vasitə olan kakos polis əməkdaşları tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə kağız zərfin üzərinə və tərtib edilmiş protokola imza etmişdir. Üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə narkotik vasitə olan kakosu “İnstaqram” sosial şəbəkəsində təsadüfən tanış olduğu tanımadığı, anket məlumatlarını bilmədiyi, müxtəlif profillərdən istifadə edən şəxsdən özünün istifadə etməsi üçün almış, həmin narkotik vasitəyə görə 16 oktyabr 2021-ci il tarixdə səhər saatlarında həmin şəxsin “İnstaqram” sosial şəbəkəsi vasitəsilə göndərmiş olduğu bank kartına 30 manat pul göndərmişdir. Həmin şəxsdən özünün istifadə etməsi üçün eyni qaydada bir neçə dəfə narkotik vasitə olan kakos almış və hər dəfə həmin şəxsin göndərdiyi bank kartlarına pul göndərmişdir. Lakin, sonradan həmin şəxslə “İnstaqram” sosial şəbəkəsində olan yazışmaları pozmuş, ona görə də onun göndərdiyi kartın şəkli də silinmişdir. Pul ödənişləri barədə qəbzləri isə yadında qalmayan yerlərdə atmışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni istifadə etməsi üçün üzərində saxlamaqla daşımış, lakin, həmin narkotik vasitədən istifadə etməmişdir. İstifadə etdiyi mobil telefonda nömrəsi ***-***-**-**-dir. Polis əməkdaşları tərəfindən saxlanılan, tutulan və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı zor tətbiq edilməmişdir. Narkotik vasitə istifadə etməyindən və üzərindən narkotik vasitə daşımağından Fərid adlı şəxsin məlumatı olmamışdır. Narkotik vasitə və ya digər qanunla qadağan olunmuş maddələrin satışı ilə məşğul deyil, yalnız narkotik vasitə və psixotrop maddələri özü istifadə etmək üçün alır. Ancaq “İnstaqram” sosial şəbəkəsində ona göndərilən plastik karta pul ödədikdən sonra ona göndərilən yeri bilib narkotik vasitə və ya psixotrop maddələri götürüb istifadə edir, həmin şəxsləri tanımır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, cinayətin açılmasında fəal kömək etməsinin, əvvəllər məhkum olunmamasının, ailədə yeganə uşağı olmasının və gənc olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Səbail RPİ-nin 41-ci Polis Bölməsinin inspektoru vəzifəsində xidmət edir. 17 oktyabr 2021-ci tarixdə saat 08:00 radələrində Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə ərazidə xidmət apararkən Bakı şəhəri, Səbail rayonu, S.Məmmədov küçəsində ərazinin sakini olmayan bir nəfər şəxsin iti addımlarla onlardan uzaqlaşdığını görüb yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və bir qədər söhbət etdikdən sonra ondan üzərində şəxsiyyətini təsdiq edən sənədinin olub-olmama soruşmuşlar. Həmin şəxs üzərində heç bir sənədinin olmadığını, həmin yerə dostu ilə görüşmək üçün gəldiyini bildirmiş, söhbət zamanı narkotik vasitə olmasına şübhələr yarandığına görə üzərinə baxış keçirilməsi üçün Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə getməsini təklif etmişlər. Həmin şəxs də etiraz etməyərək onlarla birlikdə qeyd etdiyi Polis Bölməsinə gəlmişdir. Polis Bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra bölmənin xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunan əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs etiraz etməyərək əynində olan qəhvəyi rəngli dəri materiallı gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümü çıxarıb otaqda olan stolun üzərinə qoymuş və həmin bükümün içərisində özünün istifadə etməsi üçün kokos kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 16 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Yaşama rayonu, Tbilisi prospektində yerləşən “İST Petrol” yanacaqdoldurma məntəqəsini yaxınlığındakı reklam lövhəsinin yanından götürdüyünü, narkotik vasitənin 3 manat pulunu isə “İnstaqram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu, tanımadığ anket məlumatlarını bilmədiyi şəxsin göndərdiyi bank kartına Bakı şəhəı Yasamal rayonu ərazisində yerləşən “Lider TV”nin yaxınlığındakı ödən terminalı vasitəsilə göndərdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan şalvarın sağ və sol arxa ciblərindən cəmi 100 manat pul və bir ədəd qara rəngli Samsu markalı mobil telefon aşkar edilmişdir. Şəxsi axtarış zamanı X2 üzərindən digər hər hansı əşya yaxud predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi büküm açılmış, içərisində şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli, şəkilli, narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Hər büküm elektron tərəzi vasitəsi ilə çəkilən zaman bükümün ümumi çəkisinin 0,9 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər kütlə kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, cəmi 100 manat olan pul əskinasları qaytarılmış, Samsung markalı mobil telefon isə iş üzrə sübut əhəmiyyəti daş üçün götürülmüşdür. Bununla da şəxsi axtarış və götürmə başa çatmış iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamış, bu barədə protokol tərtib edilmiş, iştirakçılarla birlikdə protokola, həmçinin zərfin üzərinə etmişdir. Təqsirləndirilən şəxs saxlanılan və Səbail RPİ-nin Polis Bölməsinə gətirilən zaman ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və məhkəməyədək icraat dövründə verilmiş şahid qismində Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Səbail RPİ-nin 41ci Polis Böln əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 oktyabr 2021-ci il tarixdə saat 09:00 radələrində polis bölməsinin sahə inspektoru Şahid1 və əməliyyat müvəkkili Şahid3 tərəfindən şübhəli şəxs qismində gətirilmiş, sonradan şəxsiyyəti Təqsirləndirilən şəxs kimi məlum olan şəxsin üzərinə bölmənin xidməti iş otaqlarının birində dəvət edilmiş müdafiəçinin və onların iştirakı ilə videoçəkilişlə şəxsi .axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunan əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs etiraz etməyərək əynində olan qəhvəyi rəngli dəri materiallı gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümü çıxarıb otaqda olan stolun üzərinə qoymuş və həmin bükümün içərisində özünün istifadə etməsi üçün kokos kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 16 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən “İST Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı reklam lövhəsinin yanından götürdüyünü bildirmişdir. Həmin narkotik vasitəni 30 manata aldığını, narkotik vasitənin 30 manat pulunu isə “İnstaqram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu, tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsin göndərdiyi bank kartına Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Lider TV”nin yaxınlığındakı ödəmə terminalı vasitəsilə göndərdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan şalvarın sağ və sol arxa ciblərindən cəmi 100 manat pul və bir ədəd qara rəngli Samsung markalı mobil telefon aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı əşya yaxud predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi büküm açılmış, içərisində şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin büküm elektron tərəzi vasitəsi ilə çəkilən zaman bükümün ümumi çəkisinin 0,9 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər kütlə kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş cəmi 100 manat olan pul əskinasları ona qaytarılmış, Samsung markalı mobil telefon isə iş üzrə sübut əhəmiyyəti daşıdığı üçün götürülmüşdür. Bununla da şəxsi axtarış və götürmə başa çatmış və iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamış, bu barədə protokol tərtib edilmiş, iştirakçılarla tərəfindən protokola, həmçinin zərfin üzərinə imza edilmişdir. Təqsirləndirilən şəxs üzərinə Səbail RPİ-nin 41-ci Polis Bölməsində şəxsi axtarış keçirilər zaman ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında Bakı şəhəri Səbail RPİ-nin Təhqiqat şöbəsində şəxsi axtarış və götürmə aparılan zamanı qeydə alınmış bir ədəd DVD diskdə olan videogörüntülərə baxış keçirilmişdir və müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Üzərinə şəxsi axtarış aparılan həmin şəxs əynində olan qəhvəyi rəngli dəri gödəkçənin sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümü çıxarıb təqdim edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, üzərinə şəxsi axtarış aparılan həmin şəxs onun özüdür, həmin görüntülər 17 oktyabr 2021-ci il tarixdə Səbail RPİ-nin 41-ci Polis Bölməsinin inzibati binasında üzərinə aparılmış şəxsi axtarış zamanı çəkilmişdir, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli dəri gödəkçənin sağ yan cibindən çıxarıb təqdim etdiyi 1 ədəd ağ rəngli kağız bükümün içərisində olan maddə kakos kimi tanıdığı narkotik vasitə olan heroindir, həmin heroini şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 oktyabr 2021-ci il tarixli, 6/4627 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxsM-nın üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,645 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin 12 noyabr 2021-ci il tarixli 4431 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 dekabr 2021-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, cinayətin açılmasında fəal kömək etməsini, ilk dəfə az ağır cinayətin törədilməsində ittiham olunmasını, əvvəllər məhkum olunmamasını və gənc olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 17 oktyabr 2021-ci il tarixdən 18 oktyabr 2021-ci il tarixədək, 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin 12 noyabr 2021-ci il tarixli 4431 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0.595 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “CD- R” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 17 oktyabr 2021-ci il tarixdən 18 oktyabr 2021-ci il tarixədək, 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazisini tərk etməmək, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 44/46 ünvanındakı yaşayış yerini hər gün saat 2300-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0.595 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “CD-R” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81.82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar