Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-48/2025 11.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X5 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi Bakı şəhər 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0.486 qram. 0.642 qram ümumi təmiz çəkisi 1,128 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 23:15-da Səbail RPİ-nin 39-eu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonu. Xaqani küçəsi X26 yanında saxlanılaraq Səbail RPİ- nin 39-cu PB-nin inzibati binasına aparılmış orada saat 23:40-dan etibarən üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindəki 02 ədəd gümüşü rəngli bükümdə xeyli miqdarda ayrı-ayrılıqda təmiz çəkisi 0,486 qram, 0,642 qram ümumi təmiz çəkisi 1,128 qram olan ağ rəngli, kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xeyli müddətdir ki psixotrop maddənin patı növünü könüllü qəbul edir. Buna onu heç kim təhrik etməmişdir. İstifadə etdiyi psixotrop maddəni əvvəlcədən tanımadığı və şəxsiyyətləri barədə heç bir məlumatı olmayan şəxslərdən əldə etmişdir. Sonuncu dəfə 30 iyun 2024-cü il tarixində 2 ədəd gümüşü falqa bükümün içərisində olan patıııı saat 21:00 radələrində “Kubinka” adlandırılan yerdə əvvəllər tanımadığı şəxsdən 15 manata almış, daha sonra isə həmin gün axşam saat 23:15 radələrində şəhərdə gəzinti edən zamanı Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən X26 yaxınlığında olan vaxt iki nəfər mülki geyimli şəxsin ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini ona göstərmişlər. Onların polis əməkdaşları olduqlarını başa düşmüş və ondan şübhələndiklərini zənn etmişdir. Onu Səbail RPİ-nin 39-cu polis bölməsinin inzibati binasına dəvət etdikdə etiraz etməyərək onlarla birlikdə qeyd olunan bölməyə getmişdir. Orada xidməti otaqlardan birində dəvət olunmuş vəkilin və polis əməkdaşlarının iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Hər zaman üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması sualına cavab olaraq əyinində olan boz rəngli şalvarın sağ yan cibindən iki ədəd gümüşü rəngli bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar olunmuş bükümlərə baxış keçirilən zaman içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra üzərindən aşkar edilmiş 02 ədəd büküm psixotrop maddə metamfetaminə bənzər kütlə müvafiq ekspert rəyi alınmasından ötrü ekspertizaya göndərilməsi üçün kağız zərfə qoyularaq qablaşdırılmış, daha sonra iştirakçılarla birlikdə özü də həmin zərflərin üzərinə imza etmişdir. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Kııbinka adlanan yerdən şəxsiyyəti barədə heç bir məlumatı olmayan şəxsdən 15 manat qarşılığında şəxsi istifadəsi üçün əldə etmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddədən başqa haradasa narkotik vasitə və ya psixotrop maddə saxlamır. Psixotrop maddə qəbul etməyi barədə ailə üzvlərinin heç bir məlumatı olmamışdır. Saxlanılan zaman, eləcə də, üzərin axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşiman olmasını və anasının xəstə olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, polis leytenantı rütbəsində Səbail Rayon Polis İdarəsinin 39-cu PB- nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki. 30 iyun 2024-cü il tarixdə xidmət etdiyi bölməyə Səbail rayonu ərazisində Mehman adlı şəxsin qanunsuz narkotik vasitələr qəbul etməsi və üzərində daşıması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat haqqında tərəfindən dərhal raport əsasında Səbail RPİ-nin 39-cu PB-nin rəhbərliyinə məruzə etmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək rəhbərliyi altında və bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Polis bölməsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və nəticədə də həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 23:15 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin Bakı şəhəri Səbail rayonu Xəqani küçəsi X26 yaxınlığına dayandığını görüb ona yaxınlaşaraq özlərini təqdim edərək onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşhdur ki, həqiqətən də o, xx.xx.1975-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Beləliklə də, onlar, Təqsirləndirilən şəxs saxlayarkən özülərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşq ul olmaqda şübhəli olması barədə məlumatlarının olduğunu bildirərək ondan Səbail RPİ-nin 39- cu PBnə getməyini təklif etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə oradan Səbail RPİ-nin 39-cu PB-nə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaxalanaraq Səbail RPİ-nin 39- cu PB-nə gətirilməsi barədə tərəfimdən dərhal raport əsasında rəhbərliyə məruzə edildi və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Səbail RPİ-nin 39-cu PB-nə ezam olunmuş təhqiqatçısı polis kapitanı X10 həvalə olunmuşdur. Bununla bağlı X13 Səbail RPİ-nin 39-cu PB-də iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah eldərək Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin vəkillərin siyahısından hər hansı bir vəkil tərəfindən tərəfindən hüquqlarının müdafiə edilməsini, lakin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından dəvət olunacaq vəkilin cinayət prosesində onun müdafiəsi ilə bağlı xidmətləri dövlət büdcəsi hesabına təmin edilməsini xahiş edərək bu barədə ərizə də yazdırıb imzalamışdır. Bununla bağlı, X13 dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X6 Səbail RPİ-nin 39-cu PB-nə dəvət etmişdir. Bundan sonra isə X13, Təqsirləndirilən şəxs dəvət olunmuş vəkil X6 təqdim etmişi və o da, təqdim olunan vəkil X8 tərəfindən hüqüqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra, X13 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edərək vəkilinin, eləcə də onun və əməliyyat qrupunun üzvü əməliyyat müvəkkili Şahid1 iştirakı ilə axtarış və götürmə keçirməyə başlamışdır. X13 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra X13 hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub-olmadığını soruşmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən heç bir vəsatət və etirazın olmadığını bildirmişlər, bundan sonra X13 şübhəli şəxs Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi təklif olunmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirmişdir. X13 şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı Təqsirləndirilən şəxs heç bir vəsatətinin və ya etirazının olmadığını bildirmiş, bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah olunaraq, həmin maddəyə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, pisxotrop maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan boz. rəngli şalvarının sağ yan cibindən 2 ədəd gümüşü falqaya bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoymuş, X13 həmin bükümləri açaraq içərisinə keçirilən baxış zamanı bükümlərin içərisində ağ rəngli kristal toz şəkilli hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar olundu, eyni zamanda X13 tərəfindən şübhəli şəxs X16 təqdim etdiyi bükümlərdə olan maddənin nədən ibarət olduğunu, həmin maddəni nə vaxt, harada, kimdən neçəyə, hansı məqsədlə almasını soruşduqda şübhəli şəxs X17 təqdim etdiyi iki ədəd bükümlərdəki maddələrin “Patı” adlanan psixotrop maddələr olan metamletamin olduğunu, həmin maddələri bu gün, yəni xx.xx.2024-cü il tarixdə saat 21 radələrində “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 15 manata aldığını birdirmişdir. 02 ədəd gümüşü falqaya bükülmüş bükümlər içərilərindəki maddələr ilə birlikdə içərisi boş zərfin içərisinə yerləşdirməklə qablaşdırılaraq möhürlənmiş, qablaşdırılmış zərfin üzərinə şübhəli şəxs X17, müdafiəçi Səyyarə Əliyeva, onun, əməliyyat müvəkkili Şahid1 və X13 tərəfindən imzalanmışdır, daha sonra müdafiəçi Səyyarə Əlieva şübhəli şəxs X1 ona zor tətbiq olub olunmadığını soruşduqda, X17 polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir zor və psixi təsir göstərilmədiyini, törətdiyi əməldən peşman olduğunu bildirmişdir, daha sonra X13 şübhəli şəxs X9 götürülmüş bükümlərdə olan maddələr qablaşdırıldığı zərfdə ekspertizaya göndəriləcəyini bildirərək aparılan prosessual hərəkətlər barədə protokol tərtib olunacağını, videoçəkiliş diskə köçürülərək protokola əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığı bildirmişdir. Aparılmış şəxsi axtarışla Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş həmin maddələrin zərfə qoyularaq qablaşdırılaraq götürülməsi ilə bağlı X13 tərəfindən müvafiq protokol tərtib olundu, eləcə də aparılmış videoçəkiliş 01 ədəd məlumat daşıyıcısı olan DVD formatlı diskə köçürülərək həmin protokola əlavə edilmişdir. Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi özü də protokolu öz imzası ilə təsdiq elmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya onun üzərində şəxsi axtarış və götürmə aparılan zaman ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Keçirilmiş əməliyyat tədbirlər nəticəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən əldə olunmuş məlumatladan müəyyən olmuşdur ki. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotop maddələri istehlak etmək məqsədilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşqul olur, narkomaniyaya qurşanmış şəxsdir. Üzərindən aşkar olunmuş yuxarıda göstərilən 2 ədəd bükümlərdə olan psixotop maddə metaınfetamini Təqsirləndirilən şəxs öz istehlakı üçün qanunsuz əldə edərək özündə saxlamaqla daşımışdır. Onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olması və ya bilavasitə üzərindən aşkar olunmuş həmin psixotop maddə hesab edilən metaınfetamini hər hansı bir şəxsə satmasına cəhd etməsi və yaxud da bununla bağlı hər hansı bir alıcının mövcud olması barədə məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotop maddə hesab edilən metaınfetamini mənbəsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin bu sahədə hər hansı bir müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu PB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1, digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmənin aparılması haqqında” 30 iyun 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:15-də polis əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında saxlanılaraq Səbail RPİ-nin inzibati binasına gətirilmiş narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs üstünə həmin gün videoçəkiliş aparılmqla keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən 02 ədəd gümüşü lalqaya bükülmüş bükümlərin içərisində psixotrop maddə metamfetaminə oxşar maddənin aşkar olunaraq götürülməsi barədə iki nəfər polis əməkdaşının, şübhəli şübhəli şəxs Təqsirləndirilən şəxs özünün və vəkilinin iştirakı ilə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, göstərilən şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişdən istifadə edilməklə gürüntülər 01 ədəd elektron məlumat daşıyıcısına köçürülüb protokola əlavə edilmişdir. Məhkəmə iclasında və məhkəməyədək icraat zamanı iş materiallarında olan video görüntüyə baxış keçirilərək müəyyən edilmişdir ki, Səbail Rayon Polis İdarəsinin 39-cu PBnə ezam olunmuş təhqiqatçı polis kapitanı X14 həmin PB-nin CA üzrə əməliyyat müvəkkilləri-polis leytenantı Şahid2, polis leytenantı Şahid1, müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili X4 iştirakları ilə xx.xx.2024-cü il tarixdə saat 23:15-də Səbail rayonu Xəqani küçəsi X26 yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq 39-cu PB-nin inzibati binasına gətirilmiş X11 üzərinə şəxsi axtarışın aparılacağını elan etməsi, istintaq hərəkətinin videoçəkilişlə qeydə alınacağını bildirməsi, bununla əlaqədar vəsatət və şikayət olub olmumağı barədə soruşulduqda şübhəli şəxs X17 və iştirakçılar tərəfindən heç bir vəsatətinin və etirazının olmadığını bildirməsi, bundan sonra təhqiqatçı X14 şübhəli şəxs X16 özü barədə anket məlumatlarını bildirməsi təklif olunması, X17 özü barədə anket məlumatlarını bildirməsi, X13 şübhəli şəxs X1 ona Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı, X17 heç bir vəsatətinin və ya etirazının olmadığını bildirməsi, bundan sonra şübhəli şəxs qismində saxlanılmış X16 Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah olunaraq, həmin maddəyə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, pisxotrop maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edildikdə şübhəli şəxs X17 özü könüllü olaraq əynində olan boz rəngli şalvarının sağ yan cibindən 2 ədəd gümüşü halqaya bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoyması, X13 həmin bükümləri açaraq içərisinə keçirilən baxış zamanı bükümlərin içərisində ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar olunması, eyni zamanda X13 tərəfindən şübhəli şəxs X9 təqdim etdiyi bükümlərdə olan maddənin nədən ibarət olduğunu, həmin maddəni nə vaxt, harada, kimdən neçəyə, hansı məqsədlə almasını soruşduqda şübhəli şəxs X17 təqdim etdiyi iki ədəd bükümlərdə olan maddələrin “Patı” adlanan psixotrop maddələr metamfetamin olduğunu, həmin maddələri bu gün, yəni xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Nəsimi rayonu “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 15 manata aldığını birdirdi, 02 ədəd gümüşü falqaya bükülmüş bükümlər çərilərindəki maddələr ilə birlikdə içərisi boş zərfin içərisinə yerləşdirməklə qablaşdırılaraq möhürlənməsi, qablaşdırılmış zərfin üzərinə şübhəli şəxs X17, müdafiəçi Səyyarə Əliyeva, polis əməkdaşları və X13 tərəfindən imzalanması, daha sonra müdafiəçi Səyyarə Əliyeva şübhəli şəxs X1 ona zor tətbiq olub olunmadığını soruşduqda, X17 polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir zor və psixi təsir göstərilmədiyini, törətdiyi əməldən peşman olduğunu bildirməsi, daha sonra X13 şübhəli şəxs X9 götürülmüş bükümlərdə olan maddələr qablaşdırıldığı zərfdə ekspertizaya göndəriləcəyini bildirərək aparılan prosessual hərəkətlər barədə protokol tərtib olunacağını bildirməsi müşahidə olunur. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 3-16-16/2-6/3432 nömrəli xx.xx.2024-cü il tarixli ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,486 qram, 0,642 qram, ümumi çəkisi 1.128 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamletamindir. Ekspertiza tədqiqatına həmin metamfetaminin 0,1 qram çəkidə hissəsi sərf edilmiş, 1.028 qram çəkidə hissəsi qalıq qalmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülmsəi və qalan kütlələrin geri qaytarılmasına dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 1,128 qram qəbul olunmuş, 0.1 qram nümunə götürülmüş və 1.028 qram maddə geri qaytarılmışdır. Həmçinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 6/3422 saylı xx.xx.2024cü il tarixli materialların məhkəmə ekspertizasının rəyinə əsasən aparılmış tədqiqatın dəyəri 65 manat təşkil etmişdir. İş materiallarında görünür ki Təqsirləndirilən şəxs üzərindən götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,486 qram, 0,642 qram, ümumi çəkisi 1,128 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, məhkəmə kimyəvi ekspertizası tədqiqatına 0.1 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 1,028 qram təşkil edən həmin psixotrop maddə metamfetamin saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs 30 iyun 2024-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində şübhə edilən şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiyə edilməsindən imtina edilməsi və qətimkan tədbiri seçilməsi haqqında 02 iyul 2024-cü il tarixli qərarlara əsasən, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət təmin edilməmiş və 02 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-290/2024 saylı, 24 dekabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən daxil olmuş 22 yanvar 2025-ci il tarixli məktubdan, Təqsirləndirilən şəxs 14 yanvar 2025-ci il tarixində Yasamal rayonu ərazisində saxlanılmış və Bakı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarınad olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Azərbaycan Respublikası Milli Məclisin xx.xx.1997-ci il tarixli amnistiya haqqında qərarın 1.6-cı bəndinə əsasən Füzuli Qarnizon Hərbi prokurorunun xx.xx.1997-ci il tarixli qərarı ilə cinayət məsuliyyətindən azad edilmişdir. Yasamal Rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə xx.xx.2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olmuş, xx.xx.2002-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2003-cti il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsili bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2005-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cii maddəsi ilə təqsili bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə çəzasına məhkum edilmiş və xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsili bilinərək 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3, 349.4, 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun İİ siyahısına görə psixotrop vasitə olan metafetaminin 0.15 qramı şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı isə külli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin 1,128 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu və həmin protokolda qeyd olunmuş onun özünün ilkin etirafedici şifahi izahatını, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2024-cü il tarixli, 31616/2-6/3422 nömrəli və ambulator-məhkəmə-narkoloji ekspertizasının, xx.xx.2024-cü il tarixli 5047 nömrəli rəylərini, iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutu və video görüntünü sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşıması cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, əvvəllər də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olmasını və yaşını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1 - 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12ci maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 14 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 30 iyun 2024-cü il tarixdən 02 iyul 2024-cü il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət azadlıqdan məhrum etmə müddətinə bərabər tutularaq, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iş üzrə ambulator məhkəmə-narkoloji ekspertizasının təyin olunması haqqında xx.xx.2024- cü il tarixdə qəbul olunmuş qərara əsasən aparılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 şəxsin Ambulator X2 xx.xx.2024-cü il tarixli, 5047 nömrəli rəyinə əsasən müəyyən olmuşdur ki. müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimıılyatorlarm birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10 və 353.4.11-ci maddələrinin tələbləri baxımından iş üzrə maddi sübut olan Səbail Rayon Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra qalıq qalmış çəkisi 1,028 qram psixotrop maddə metamletaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 manatın Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsini və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356 cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 30 iyun 2024-cü il tarixdən 02 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulması nəzərə alınmaqla, üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsinə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzacəkmə müddətinin əvvəli 14 yanvar 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 1,028 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 manatın Təqsirləndirilən şəxsndən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat pul tutulub, “Express Bank”-ın Xətai filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-48/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-48/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver