Məhkəmə qərarları › İş №1(009)-49/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-49/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-49/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 28 may 2000-ci ildə Bakı şəhərində doğulmuş, 10 avqust 1980-cı ildə Bak şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, 2015-ci ilin aprel ayından 18 fevral 2019-cu il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad ekspertizaları şöbəsinin böyük eksperti vəzifəsində İ dərəcəli ədliyyə qulluqçusu xüsusi rütbəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat İdarəsinin icraatında ibtidai istintaqı aparılmış cinayət işi üzrə 10 dekabr 2018-ci il tarixli qərarla təyin edilmiş məhkəməəmtəəşünashq, ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi ekspertizasının tədqiqatı prosesində qərarda qeyd olunan zərgərlik məmulatlarının orta pərakəndə bazar qiymətini tərtib edəcəyi ekspert rəyində ümumilikdə 50.000 manatdan az qeyd edəcəyinə dair vəd edib, öz qulluq mövqeyindən istifadə edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə 25 dekabr 2018-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanında fəaliyyət göstərən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yaxınlığında yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasının qarşısında vətəndaş Zərərçəkmiş şəxs Şahid1 yanında sonuncunun idarə etdiyi “Mercedes-Benz ML” markah, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobildə 10.000 ABŞ dolları həmin dövrün məzənnəsinə uyğun olaraq 17.000 manat məbləğində pul vəsaitini alıb dələduzluq yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində böyük ekspert vəzifəsində işləmişdir. 2019-cu ilin fevral ayında öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs adlı şəxsi tanımamışdır. Nümayəndə qismində ekspertiza idarəsinə bir neçə dəfə gəlmiş Şahid1 isə tanımışdır. Onun və Zərərçəkmiş şəxs arasında maddi ziyanın məbləğini 50000 manatdan aşağı yazılması müqabilində 10000 ABŞ dolları məbləğində pul alacağı barədə hər hansı bir formada razılaşma olmamış, 25 dekabr 2018-ci il tarixdə o, nə Zərərçəkmiş şəxslə, nə də Şahid1la görüşməmiş, sonunculardan ümumiyyətlə pul almamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlunun Rahid Tarverdiyevin barəsində olan cinayət işi üzrə məsuliyyətinin yüngülləşdirmək məqsədilə 2018-ci ilin dekabr ayında xalası oğlu Fikrətlə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə gedərək iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının Təqsirləndirilən şəxs tərəfindən aparılmasını öyrənmişlər. Fikrət əvvəllər vəkil işlədiyindən demək olar ki, ekspertlərin hamısını tanımışdır. Fikrət Təqsirləndirilən şəxs vəziyyəti izah edərək bildirmişdir ki, dəymiş maddi ziyanın məbləğini 50.000 manatdan aşağı yazmaq lazımdır. Arif razılaşaraq bunun üçün 10.000 ABŞ dolları alacağını bildirmişdir. 25 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yaxınlığında Yeni Azərbaycan Partiyasının yerləşdiyi binanın qarşısında qohumu Şahid1 idarə etdiyi “Mercedes-Benz ML” markalı avtomaşında arxa oturacaqda şəxsən Təqsirləndirilən şəxs 10000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin vaxt o, sərnişin yerində qabaq oturacaqda, Şahid1 sükan arxasında Təqsirləndirilən şəxs isə həmin maşında arxa oturacaqda əyləşmişdir. Bundan sonra onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək, müvafiq ekspertiza rəyində müəyyən qrafalarda heç bir qeydiyyat işi aparmayaraq, «0» rəqəmlərini qeyd etdiyindən qızıl-zinət əşyalarının ümumi qiyməti rəydə 43590,0 manat yazılsa da, istintaq tərəfindən 107390 manat kimi nəzərə alınmış və bu səbəbdən oğlu Rahidə ağır maddə ilə ittiham elan olunaraq cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bundan sonra Fikrət özü də dəfələrlə Ariflə görüşmüş və sonuncudan aldığı pulların qaytarılmasını bildirmişdir. Nəticədə isə Təqsirləndirilən şəxs ümumiyyətlə ondan pul almadığını bildirərək, pulu verməyəcəyini bildirmişdir. Şikayətçidir, ona vurulmuş ziyanı tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2018-ci ildə qohumu Zərərçəkmiş şəxs oğlu Rahid Tarverdiyevin cinayət işinin istintaqı aparılmışdır. Həmin ərəfədə Zahid ona sözügedən cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edildiyini və ekspertlə danışıb rəydə vurulmuş ziyanın məbləğini 50000 manatdan aşağı göstərildiyi təqdirdə oğluna ağır maddə ilə ittiham elan olunmayacağım bildirmişdir. O, Zahidlə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə yollanmış və orada onlara məlum olmuşdur ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması Təqsirləndirilən şəxs həvalə edilmişdir. O, Təqsirləndirilən şəxsla söhbət etmiş və Arif 10000 ABŞ dolları müqabilində rəydə ziyanın məbləğini 50000 manatdan aşağı göstərəciyini bildirmişdir. xx.xx.2018-ci il tarixdə Zahidlə birlikdə onun idarə etdiyi “Mercedes-Benz ML” markalı avtomobillə Məhkəmə Ekspertizası Mərkəzinin yaxınlığında Yeni Azərbaycan Partiyasının yerləşdiyi binanın qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs gələrək onun idarə etdiyi avtomobilin arxa oturacağında əyləşmişdir. Avtomobildə Zərərçəkmiş şəxs 10000 ABŞ dolları məbləğində pul vəsaitini Arifə vermişdir. Lakin bundan sonra, onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməmişdir. Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq pulun qaytarılması üçün möhlət istəmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs bütün telefon əlaqələrini kəsərək görüşməkdən boyun qaçırmağa başlamışdır. O, dəfələrlə Arifə sms vasitəsi ilə pulun qaytarılması barədə yazmış, lakin heç bir nəticə əldə etməmişdir. Zahid və o, hətta Arifin işlədiyi yerə dəfələrlə gedərək Arifin özü ilə və onun rəhbərliyi ilə görüşərək pulun qaytarılmasını tələb etsələr də Arif pulu qaytarmamışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 məhkəməyə teleqram göndərərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini və istintaqa verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində çalışmışdır. Hal-hazırda həmin Mərkəzin iqtisad ekspertizaları şöbəsinin rəisi kimi fəaliyyət göstərir. Vətəndaş Zərərçəkmiş şəxs Binəqədi Rayon Polis İdarəsinə ünvanladığı müraciətlə tanış olmuşdur. O, sözügedən xüsusatla bağlı həmin İdarənin istintaq şöbəsində izahat vermişdir. Zərərçəkmiş şəxs, X4 və X5 adlı şəxsləri ümumiyyətlə tanımamışdır. O, Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə Binəqədi Rayon Polis İdarəsində tanış olmuşdur. İzahat verdiyi zaman ona xx.xx.2019-cu il tarixədək Mərkəzin iqtisad ekspertizaları şöbəsinin böyük ekspert vəzifəsində qulluq etmiş Təqsirləndirilən şəxs qanunazidd əməlləri məlum olmuşdur. Bakı şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin baş müstəntiqi Əflatun Səlimov tərəfindən təyin olunmuş 10 dekabr 2018-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs 32440 nömrəli rəy vermişdir. Arifin xx.xx.2018-ci il tarixli, 32440 nömrəli ekspert rəyində gəldiyi nəticələr obyektiv, əsaslı və hərtərəfli olmuşdur. Təqsirləndirilən şəxs rəydə müəyyən qızıl-zinət əşyalarının əmtəə-keyfiyyət göstəricilərinin kifayət etməməsi səbəbindən qiymətləndirmə apara bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, müstəqil Ekspertiza Mərkəzinin direktorudur. Təqsirləndirilən şəxs 2019-cu ildən onunla birgə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində məhkəmə-əmtəəşünaslıq sahəsində çalışmışdır. Arif Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən işdən çıxdıqdan sonra onun rəhbərlik etdiyi mərkəzə gəlmişdir. Şahid1 vəkil kimi çoxdan tanıyır. Şahid1 rəhbərlik etdiyi Mərkəzdə Arif ilə görüşü olduğu üçün görmüşdür. Zərərçəkmiş şəxsi Zərərçəkmiş şəxs tanımır, onu heç vaxt görməmişdir. O, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan cinayət işin mahiyyəti haqqında qismən məlumatlıdır. İş materiallarında olan 11 mart 2022-ci il tarixli cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmış və aidiyyəti üzrə Səbail RPİ-nin İŞ-yə göndərilmişdir. İş materiallarında olan “baxış keçirilməsi haqqında” 07 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs araşdırma zamanı vermiş olduğu izahatında qeyd etdiyi xüsusatları əyani olaraq Bakı şəhəri Səbail rayonu Yeni Azərbaycan Partiyasının inzibati binasının qarşısında göstərmiş, Təqsirləndirilən şəxs ondan pulu məhz həmin yerdə aldığını bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 06 aprel 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “ittiham elan etmək üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” və cinayət işi üzrə icraataın dayandırılması haqqında qərarlardan görünür ki, 19 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsindən axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Səbail RPİ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdi. İş materiallarında olan 10 may 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə sonuncunun üzünə qarşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində dəymiş maddi ziyanın məbləğini 50.000 manatdan aşağı yazılması üçün ondan 10.000 ABŞ dollar pul tələb etdiyini, buna görə də, 25 dekabr 2018-ci il tarixdə Mərkəzin yaxınlığında Yeni Azərbaycan Partiyasının yerləşdiyi binanın qarşısında qohumu Şahid1 idarə etdiyi “Mercedes-Benz ML” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomaşında arxa oturacaqda şəxsən Təqsirləndirilən şəxs sellofana bükülmüş vəziyyətdə 10000 ABŞ dolları məbləğində pul verdiyini, lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək pulu ələ keçirdiyini göstərməklə sonuncunu törətmiş olduğu cinayət əməlində ifşa etmişdir. İş materiallarında olan 11 may 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid Səfərov X2 Arif Aris oğlu ilə üzləşdirilərkən ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə sonuncunun üzünə qarşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində dəymiş maddi ziyanın məbləğinin 50.000 manatdan aşağı yazılması üçün Zərərçəkmiş şəxs 10.000 ABŞ dollar pul tələb etdiyini, buna görə də, 25 dekabr 2018-ci il tarixdə Mərkəzin yaxınlığında Yeni Azərbaycan Partiyasının yerləşdiyi binanın qarşısında onun idarə etdiyi “Mercedes-Benz ML” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomaşında Zərərçəkmiş şəxs şəxsən Təqsirləndirilən şəxs sellofana bükülmüş vəziyyətdə 10000 ABŞ dolları məbləğində pul verdiyini, lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək pulu ələ keçirdiyini göstərməklə sonuncunu törətmiş olduğu cinayət əməlində ifşa etmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 may 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru, ədliyyə müşaviri Natiq Əsədovun 11 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 11 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 04 avqust 2022-ci il tarixli əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı Ağır Cinayətlər məhkəməsinin icraatında olmuş 1(101)-355/2019 nömrəli cinayət işinə baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhər BPİ-nin İstintaq şöbəsinin icraatında olmuş ********* nömrəli cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində 355/19 nömrə altında qeydə alınmışdır. Cinayət işi Bakı şəhər BPİ İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi, polis mayoru Orxan Səmədov tərəfindən xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 182.2.1-ci maddəsi ilə başlanmışdır. Həmin iş üzrə xx.xx.2018-ci il tarixdə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası ƏN-nin MEM-nin ekspertlərinə həvalə edilmişdir. Ekspertiza qərarında sadalanan qızıl zinət əşyalarının nəzəri hesablama yolu ilə 2016-cı ilin iyun-oktyabr ayında orta bazar qiymətinin müəyyən edilməsi ilə bağlı sual öz əksini tapmışdır. Azərbaycan Respublikası ƏN-nin MEM-nin İqtisadi Ekspertizalar şöbəsinin böyük eksperti vəzifəsində işləmiş Təqsirləndirilən şəxs Ariz oğlu tərəfindən tərtib edilmiş məhkəmə- əmtəəşünaslıq ekspertizasının 17 dekabr 2018-ci il tarixli 32440 nömrəli rəyindən görünür ki, ekspert tərəfindən nəzəri hesablama yolu ilə yalnız üzərində brilliant qaşları olmayan qızıl əşyalarının çəkiləri müvafiq olaraq 583 əyarlı olduğu halda 30 manata, 750 əyarlı olduğu halda 40 manata vurulmaqla 2016-cı ilin iyun-oktyabr ayına olan orta bazar qiyməti hesablanıb müəyyən edilmiş, üzərində brilliant qaşları olan qızıl-zinət əşyaları ilə bağlı isə əmtəə-keyfiyyət göstəriciləri kifayət etmədiyi üçün qiymətləndirmə aparılmadığı qeyd edilmişdir. xx.xx.2018- ci il tarixdə təqsirləndirilən şəxs X4 ekspertiza rəyi ilə tanış olduqdan sonra vəsatət verərək rəylə razı olmadıqlarını, siyahıda göstərilən qızıl zinət əşyalarının orta bazar qiymətinin real dəyərindən 2-3 dəfə artıq müəyyən edildiyini bildirmişdir. Həmin tarixdə Bakı şəhər BPİ İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi, polis mayoru Orxan Səmədov tərəfindən vəsatətə baxılmış və vəsatətin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işi üzrə tərtib edilmiş xx.xx.2018-ci il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, üzərində brilliant qaşları olan qızıl-zinət əşyalarının briliant qaşları nəzərə alınmadan qızıl çəkiləri müvafiq olaraq 583 əyarlı olduğu halda 30 manata, 750 əyarlı olduğu halda 40 manata vurularaq hesablandıqda ekspert rəyin dəyəri göstərilməyən 14 bənddə olan qızıl əşyalarının cəmi dəyərinin 63.440 manat olması müəyyən edilmiş, beləliklə 26 bənddən ibarət qızıl zinət əşyalarının briliant qaşları nəzərə alınmadan qızıl çəkisinin cəmi dəyərinin 107.390 manat olması müəyyən edilmişdir. Məhkəmə əmtəşünaslıq ekspertizasının rəyində qızıl zinət əşyalarının dəyərinin zərərçəkmiş şəxsin göstərdiyi dəyərdən aşağı olması göstərilməsinə baxmayaraq ekspertiza qızıl zinət əşyaları təqdim edilmədən nəzəri hesablama yolu ilə aparıldığından, həmçinin zərərçəkmiş şəxsin göstərdiyi qızıl zinət əşyalarının dəyəri cinayət işinin materialları ilə öz təsdiqini tapdığından təqsirləndirilən şəxslərə verilən ittihamda qızıl zinət əşyalarının dəyəri zərərçəkmiş şəxsin göstərdiyi məbləğdə verilməlidir. xx.xx.2019-cu il tarixdə cinayət işi üzrə ittiham aktı təsdiq edilərək Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər məhkəməsinin 05 iyul 2019-cu il tarixli 1(101)- 355/2019 nömrəli hökmündən görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 112 saylı MTK-nın verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Yaşadığı müddət ərzində onun barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 112 saylı MTK-nın verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs ilə birlikdə onun xx.xx.2011-ci il təvəllüdlü oğlu X6, xx.xx.2013-cü il təvəllüdlü oğlu X7, xx.xx.2017-ci il təvəllüdlü oğlu X9 yaşayır. İş materiallarında olan “könüllü təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi barədə” 24 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilərkən “Safari” proqram təminatı vasitəsi ilə URL ünvanı olan hissədə www.mail.ru domeni daxil edildi. Bundan sonra sözügedən sayt açıldı və Şahid1 istifadə etdiyi mailto:pravo.az@mail.ruElektron ünvan adlı elektron poçt hesabına daxil olundu. Baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə saat 10:14- də mailto:pravo.az@mail.ruElektron ünvan elektron ünvanından Şahid1 öz adına 08 ədəd fotoşəkil göndərilmişdir. İlk 4 fotoşəkilin əlaqəli təhlilindən görünür ki, Şahid1 ilə (A) ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs (B) arasında “Whatsapp” mobil tətbiqində aşağıdakı yazışmalar aşkar edilmişdir: A- Qardaşım salam. İşlər yaxşı deyil. Danışmağımız lazım. Telefonu da açmırsan. Hər dəfə yola verməklə adamı hövsələdən çıxarmışıq. Onu ələ saldığımızı düşünür. Deyir ki, qaytarmırsa deyin işimi bilim. (xx.xx.2020-ci il saat 13:41:19), B- Salam qardaş (xx.xx.2020-ci il saat 15:54:45), B- qoy karantin qurtarsin qedarik bir yerda ekspertiza merkazina (xx.xx.2020-ci il saat 15:55:20), A- Qardaşım lazlmsa indi də mərkəzə gedə bilərəm. Lakin həmin məsələ ilə bağlı başqa birisi ilə söhbətim olmaylb. Buna baxmayaraq kimi deyirsən yanma gedim və ya onunla telefondan danışım. Çünki adam məni əməli başlı diriyib. Söhbət kənara çıxsa yıxılarıq (xx.xx.2020-ci il saat 16:06:36), B- ora qetmak lazimdi (xx.xx.2020-ci il saat 17:20:27), A- Arif bəy salam qardaş. Necəsiniz. Mən şəhərdəyəm. Kimin yanma haçan getmək lazım de gedək. Elə bu gün də olar (xx.xx.2020-ci il saat 13:27:09), B- Salam, yaxsiyam (xx.xx.2020-ci il saat 14:56:37), B- sabah qalarsan biz tarafa, danisaq sonram qedarsan (xx.xx.2020-ci il saat 14:56:38), A- Saat neçə üçün (xx.xx.2020-ci il saat 14:59:10), B- saat 13:00 (xx.xx.2020-ci il saat 05:05:27), A- Salam qardaş. Yerindəsən gəlim (xx.xx.2020-ci il saat 12:40:05), A- Arif bəy salam. Adam gəlib oturub ofisimdə. Sənə də zəng çatmır. Vəziyyət yaxşı deyil. Səninlə görüşmək istəyir. Gətirmək məcburiyyıtindəyəm. Vaxt et. Bu məsələni həll etmək lazım (xx.xx.2020-ci il saat 17:17:07). Eyni zamanda yuxarıda göstərilən şəxslər arasında digər yazışmalar da aşkar edildi. Həmin mübadilənin “Whatsapp” proqramı vasitəsi ilə aparıhb-aparılmaması haqqında dəqiq məlumat yoxdur. Qeyd edilən fotoşəkillərdə görünür ki, iMessage vasitəsi ilə Şahid1 ilə (A) ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs (B) arasında aşağıdakı yazışmalar aparılmışdır: B- Seyças ne moqu qovorit. A- Ok. Toqda perezvonite pojaluysta. B- karantin zakoncitsa uvidemsa A- Arifçik s gto voprosom dela ne xoroş. Nado po bistro zakonçit. Uje vonəet (13 iyul, dəqiq ili müəyyən etmək mümkün olmadı). B- na sled nedeli sazvonumsa, qoy duzaldim. A- Salam. Yanma getdiyim adam 2,5 istədiyim vaxt gedib götürə biləcəyimi dedi. Onu biləsən. B- 3300 A- Mənə nə deyib ona yazmışam. Yerdə qalanı öz aranızda həll edin. Mən ona zəng edib, 10 məsələsini dedim (07 sentyabr, dəqiq ili müəyyən etmək mümkün olmadı). B- Seyças ne moqu qovorit. A- Arif bəy salam. Bu həftəni demişdik. Adam durmadan yığır. Dediyin adam 2.5 verdi. Yerdə qalam da həll edək. Rədd olsun başımdan. (11 sentyabr, dəqiq ili müəyyən etmək mümkün olmadı). B- Seyças ne moqu qovorit. A- İmkan olan kimi zəng et. Təcilidir. (16 sentyabr, dəqiq ili müəyyən etmək mümkün olmadı). B- Seyças ne moqu qovorit. A- Axşamın xeyir Arif bəy. Bu gün mümkün deyilsə sabaha mütləq vaxt ayır. Adam sizi görmək istəyir. Daha məni dinləmək istəmir. (16 sentyabr, dəqiq ili müəyyən etmək mümkün olmadı). İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” və cinayət işi üzrə icraataın dayandırılması haqqında qərarlardan görünür ki, 14 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsindən axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Səbail RPİ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Səbail RPİ-nin ÇAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdi. İş materiallarında olan 04 noyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsə elan olunmuş ittihama əlavələr edilməklə ona yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 may 2022-ci il tarixdə elan edilmiş ittiham dəyişdirilərək əlavələr edilməklə ona Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsin dən imtina edilməsi haqqında” Səbail rayon prokuroru, ədliyyə müşaviri Natiq Əsədovun 04 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 04 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs iddia ərizəsindən görünür ki, mülki iddianın təmin edilməsini, Təqsirləndirilən şəxs mənimsəmə yolu ilə taladığı 10 000 (on min) ABŞ dolları məbləğində vəsaitin tutularaq ona ödənilməsi xahiş olunmuşdur. İş materiallarında olan “mülki iddiaçı qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə, şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, məhkəmədə dindirilərkən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun olmayan ifadə vermişdir. Məhkəmə qeyd edilən şahidin məhkəmə iclasında verdiyi ifadəsini qeyri-ciddi, səmimi və doğru olmayan ifadə kimi qiymətləndirir, onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin daha doğru və mötəbər olduğunu, digər iş materialları ilə də uyğunluq təşkil etdiyini bildirir və həmin ifadəsini əsas götürərək doğru ifadə kimi qəbul edir. Belə ki, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, Şahid1 və Zərərçəkmiş şəxs rəhbərlik etdiyi Mərkəzə gəldiyini, sonuncuların dəfələrlə oraya yaxınlaşdıqlarını və Ariflə pul vəsaiti haqqında inzibati binada söhbət etdiklərini, özünün də həmin an onlarla birlikdə orada olduğunu, Arifin qanunsuz yolla aldığı pulu etiraf etdiyini və qaytaracağına söz verdiyini bildirmişdir. Onun bildiyinə görə söhbət 10000 ABŞ dolları məbləğində puldan getmişdir. Həmin söhbətdə Fikrət adlı ekspert də iştirak etmişdir. O, söhbət zamanı otaqda olan digər əməkdaşları xatırlamamışdır. Məhkəmə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər iş materialları ilə də uyğun gəlməsini qeyd edərək həmin ifadənin daha doğru və mötəbər olmasını qəbul edir, qiymətləndirir və həmin ifadəni əsas götürür. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini bildirsə də zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materialları, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Eyni zamanda, həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən hallarını, cəzanı ağırlaşdıran halların olmamasını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 may 2022ci il tarixdən 11 may 2022-ci il tarixədək, 03 noyabr 2022-ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək, tutulduğu cəmi 03 (üç) gün müddət təyin olunacaq cəzadan çıxılaraq ona qəti cəza təyin edilməlidir . Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 14 noyabr 2011-ci il tarixli, Qərarının 23-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsində nəzərdə tutulmasa belə Təqsirləndirilən şəxs ekspertiza sahəsində fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsinin tələblərinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki şəxs mülki iddiaçı qismində tanınır. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Törədilən əməl nəticəsində Zərərçəkmiş şəxs maddi ziyan vurulduğu sübuta yetirildiyindən məhkəmə hesab edir ki, mülki iddia təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2, 73-1.2, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə ekspertiza sahəsində fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 may 2022-ci il tarixdən 11 may 2022-ci il tarixədək, 03 noyabr 2022-ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək, tutulduğu cəmi 03 (üç) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 1(bir) il, 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 24 may 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş 10 000 (on min) ABŞ dolları məbləğində maddi ziyan və ödənilmiş 141 (bir yüz qırx bir) manat məbləğində dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ ********************4, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar