Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-49/2024 11.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi X4 katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1999-cu ildə Salyan rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Salyan rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində Salyan Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qərarı həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 11 yanvar 2024-cü il tarixdə saat 12.30-da məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. İttiham aktına əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 avqust 2023-cü il tarixdə, saat 05 radələrində Dənizkənarı Milli Parkın Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti 34 ünvanında yerləşən Saat Qülləsi yaxınlığında olarkən dəniz kənarında daşın üzərində əyləşmiş Zərərçəkmiş şəxs yaxınlaşaraq, sonuncunun spirtli içki təsirində olmaqla diqqətinin yayınmasından istifadə etməklə Zərərçəkmiş şəxs məxsus əyləşdiyi daşın üzərinə qoyduğu üzərində 40 manat dəyərində sim nömrə və 20 manat dəyərində qoruyucu kobura olan 1000 manat dəyərində 01 ədəd “Xiaomi 13” markalı mobil telefonu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1060 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, cinayət işinin baxılmasına xitam verilməsini və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi göstərmişdir ki, Respublika Psixiatriya Xəstəxanası tərəfindən məhkəməyə göndərilmiş arayışdan göründüyü kimi, hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs psixi xəstəliyi vardır, onun cinayəti törədən zaman anlaqlı olub-olmadığını müəyyənləşdirmək üçün məhkəmə psixiatriya ekspertizası təyin olunmalıdır. Bu səbəbdən cinayət işinin baxılmasına xitam verilməsini və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında Dövlət ittihamçısı cinayət işi üzrə təqsirləndirilən şəxsin məhkəməyə verilməsini və məhkəmə baxışının təyin edilməsini xahiş etdi. Məhkəmə cinayət işin materiallarını araşdıraraq hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. İş materiallarında olan Respublika Psixiatriya Xəstəxanası 02 dekabr 2023-cü il tarixli, 19012 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qeyd edilən xəstəxanada ambulator müalicədə olmuşdur. Məhkəmənin sorğusuna Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 20392 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qeyd edilən xəstəxanaya ambulator müalicəyə qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə xəstəxanadan evə yazılmışdır. Təqsirləndirilən şəxs “üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, intihar cəhdlər ilə” diaqnozu ilə ambulator müalicədə olmuşdur. Beləliklə, məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixi xəstəliyi vardır, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında “üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, intihar cəhdlər ilə” diaqnozu ilə ambulator müalicədə olmuşdur. Odur ki, cinayəti törədərkən, yəni 06 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs anlaqlı olub-olmamasını müəyyənləşdirmək üçün müstəntiq tərəfindən məhkəmə-psixiatriya ekspertizası təyin edilməmiş, bununla da, CPM-in müddəalarına uyğun olaraq ibtidai istintaqın aparılma qaydalarına riayət edilməmişdir Qeyd edilən hallar isə təsdiq edir ki, ittiham aktı müstəntiq X2 tərəfindən CPM-in 289cu maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi Konvensiyanın və ona əlavə Protokolların tətbiqi və təfsiri məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuridiksiyasının məcburiliyini tanımışdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X3 Federasiyasına qarşı” iş üzrə 18 fevral 2010-cu il tarixli qərarında göstərmişdir ki, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsi, xüsusən də həmin maddənin 3-cü bəndi işlər birinci instansiya məhkəməsinə göndərilməzdən əvvəl o vaxt əhəmiyyət kəsb edə bilər ki, onun tələblərinin ilkin pozuntusu məhkəmə araşdırmasının ədalətliliyinə toxuna bilər. Həmin qərarda Avropa Məhkəməsi, həmçinin, qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsi şəxslərə cinayət işləri üzrə ittiham elan edildiyi andan tətbiq edilməyə başlayır. Beləliklə cinayət işinin materialları ilə müəyyən olunur ki, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının CPM-nin 303.3.6-cı maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilmiş, ittiham aktı tərtib edilərkən Azərbaycan Respublikasının CPM-nin 289.3.4-cü maddəsinin tələbləri pozulmuşdur. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud prosessual pozuntudur və bu halda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməməsi kobud prosessual pozuntu kimi qəbul edilməlidir. Təsbit olunan normalara əsaslanaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayəti törədərkən anlaqlı olub-olmamasını müəyyənləşdirmək üçün müstəntiq tərəfindən məhkəmə-psixiatriya ekspertizasının təyin edilməməsi CPM-in 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud prosessual pozuntu kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən ittiham aktının Cinayət Prosessual Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması qənaətinə gələrək hesab edir ki, qərarın təsviri hissəsində sadalanan kobud qanun pozuntunu məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından, onun baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Salyan Rayon Məhkəməsinin 1(057)-5/2024 saylı, 23 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Salyan Rayon Məhkəməsinin 1(057)-5/2024 saylı, 23 oktyabr 2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. CPM-nin 300.3-cü maddəsinə əsasən Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə həmçinin məhkəməyədək icraat zamanı bu Məcəllənin 303.3-cü maddəsində göstərilən kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Bundan əlavə, fəaliyyətində kobud qanun pozuntularına yol vermiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X2 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarımalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs barəsində Salyan Rayon Məhkəməsinin 1(057)-5/2024 saylı, 23 oktyabr 2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 299, 300.1.5, 303.3.2, 306.2.1 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində Salyan Rayon Məhkəməsinin 1(057)-5/2024 saylı, 23 oktyabr 2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin müstəntiqi X2 tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmasına yol verildiyi müəyyən edilsin və barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 216 (iki yüz on altı) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Qərarın surəti dövlət ittihamçısına, zərərçəkmiş şəxsə, təqsirləndirilən şəxsə və onun müdafiəçisinə təqdim edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və protesti verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-49/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-49/2024
11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver