Məhkəmə qərarları › İş №1(009)-49/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-49/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-49/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Qazı-Məmməd (Hacıqabul) rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 halhazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 19,83 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib idarə etdiyi “Wolksvagen Passat” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 26 iyun 2024-cü il tarixdə, saat 15:45-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq ünvan 4-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib həmin gün saat 18:18-dən etibarən Baş İdarənin qarajında onun özünün iştirakı və icazəsi ilə idarə etdiyi “Wolksvagen Passat” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin ön sağ oturacağının qarşısındakı ön saxlanc yerindən 02 ədəd şəffaf sellofan bükümdə təmiz çəkiləri 2,70 qram və 2,640 qram, 21 ədəd kağız bükümdə təmiz çəkiləri 0,62 qram, 0,61 qram, 0,78 qram, 0,82 qram, 0,6 qram, 0,57 qram, 0,61 qram, 0,76 qram, 0,77 qram, 0,57 qram, 0,86 qram, 0,95 qram, 0,59 qram, 0,82 qram, 0,55 qram, 0,68 qram, 0,65 qram, 0,64 qram, 0,56 qram, 0,76 qram, 0,72 qram olmaqla ümumi təmiz çəkisi 19,83 qram olan eyni tərkibli xeyli miqdarda kustar üsulla hazırlanmış “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü qismən yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 26 iyun 2024-cü il tarixdə idarə etdiyi “Wolksvagen” markalı **-SE-*** qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş içərsində qurudulmuş marixuana olan 23 ədəd büküm ona məxsus olmuşdur. Həmin qurudulmuş marixuana kütlələri yalnız şəxsi istehlak məqsədi ilə xx.xx.2024-cü il tarixdə 180 manata tanımadığı şəxsin kart hesabına köçürməklə almış və Lökbatan qəsəbəsində yerləşən “Binə” Ticarət Mərkəzinin yaxınlığından götürmüşdür. Narkotik vasitəni şəxsi istehlak üçün almışdır, heç zaman narkotik vasitəni satmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə törətmiş əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 26 iyun 2024-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu, alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunmaları istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 26 iyun 2024-cü il tarixli qərar çıxarıldığını və BMCMİ-nin əməkdaşları -əməliyyat müvəkkili X6, X5 və onun özündən ibarət əməliyyat qrupu yaradıldığını, əməliyyat qrupuna rəhbərlik edilməsinin onun özünə həvalə edildiyini, 26 iyun 2024-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında idarə etdiyi “Wolksvagen” markalı, **-SE-*** qeydiyyat nişanlı avtomobilin yanında olmasının müəyyən edildiyini və həmin yerə getdiklərini, qeyd edilən yerdə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etdiklərini, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdiklərini və onun da özünü təqdim etməsini xahiş etdiklərini, həmin şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etdiklərini və onu BMCMİ-nin inzibati binasına dəvət etdiklərini, onun da etiraz etmədən onlarla birlikdə Baş İdarəyə gəldiyini, Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edildiyini və Baş İdarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı Fəan Süleymanova həvalə edildiyini, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə həyata keçirildiyini, axtarış aparılarkən ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edildiyini, bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə olan əşyaları təqdim etdiyini, onun üstnüdən qanunsuz əşya və ya predmet aşkar edilmədiyini, üstündən aşkar edilmiş avtomobil açarı, eləcə də digər əşyaların Təqsirləndirilən şəxs geri qaytarıldığını, Təqsirləndirilən şəxs idarə etdiyi “Wolksvagen” markalı, **-SE-*** qeydiyyat nişanlı avtomobilində narkotik vasitə qurudulmuş marixuana saxladığını bildirdiyini, Şəxsi axtarışdan sonra onun idarə etdiyi avtomobilə müdafiəçisinin iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin “bardaçok” kimi adlandırdığı saxlanc yerində “nəşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirdi. Daha sonra avtomobili açaraq sağ sərnişin oturacağının qarşısında olan saxlanc yerini açdı və həmin saxlanc yerinin içərisində üst tərəfində olan digər bir saxlanc yerindən 01 ədəd sellofan paketi çıxarıb təqdim etdiyini, həmin sellofan paketə baxış keçirilən zaman içərisində 02 ədəd sellofan və 21 ədəd kağız büküm olmasını, bükümlərdən 03 ədədi iştirakçıların şahidliyi ilə açılan zaman içərilərində yaşıl rəngli, xüsusi spesifik qoxuya malik olan kütlə olması müşahidə edildiyini, həmçinin Təqsirləndirilən şəxs digərlərinin də içərisində həmin kütlələrdən olduğunu bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs avtomobilindəki saxlanc yerindən aşkar olunmuş 23 ədəd bükümdə olan kütlələrin təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan 26 iyun 2024-cü il tarixli “şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 26 iyun 2024-cü il tarixdə saat 15:45-də tutulmuşdur. İş materiallarında olan 26 iyun 2024-cü il il tarixli “şəxsi axtarış və götürmə aparlması haqqında” protokoldan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üstündən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməsə də şəxs məhz həmin prosessual hərəkət zamanı idarə etdiyi avtomobildə narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf etmişdir. İş materiallarında olan 26 iyun 2024-cü il il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 26 iyun 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 15:45-də ünvan 3 ünvanının yaxınlığında idarə etdiyi “Wolksvagen” markalı, **-SE-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq BMCMl-yə gətirilmiş və həmin tarixdə saat 18:18-dən etibarən onun özünün iştirakı və icazəsi ilə idarə etdiyi “Wolksvagen” markalı, **-SE-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin ön saxlanc yerindən 02 ədəd şəffaf sellofan bükümdə 21 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 26 iyun 2024-cü il tarixli 7/1047 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş kütlələr...” yazısı və imzalar olan zərfdə 2 (iki) ədəd şəffaf sellofanda və 21 (iyirmi bir) ədəd kağız bükümdə hər birinin ayrılıqda təmiz çəkisi 2,70 qram və 2,640 qram, 21 ədəd kağız bükümdə təmiz çəkiləri 0,62 qram, 0,61 qram, 0,78 qram, 0,82 qram, 0,6 qram, 0,57 qram, 0,61 qram, 0,76 qram, 0,77 qram, 0,57 qram, 0,86 qram, 0,95 qram, 0,59 qram, 0,82 qram, 0,55 qram, 0,68 qram, 0,65 qram, 0,64 qram, 0,56 qram, 0,76 qram, 0,72 qram olmaqla, ümumi çəkisi 19,83 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuana tərkiblərinə görə eynidirlər. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Marixuananın ümumi çəkisi - 19,83 qram, tədqiqata sərf edildi - 1,15 qram, qalıq - 18,68 qram. İş materiallarında olan 27 iyun 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, faktla əlagədar olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarında olan 27 iyun 2024-cü il tarixli “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair aktdan görünür ki, BMCMİ tərəfindən 21 ədəd kağız büküm nümunə üçün qəbul edilmiş, 18,68 qram qalmış narkotik vasitə qurudulmuş marixuana geri qaytarılmışdır. İş materiallarında olan 27 iyun 2024-cü il tarixli 375 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 şəxsin rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilməmişdir. İş materiallarında olan 27 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 4434 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Əliyev X1 qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 28 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 28 iyun 2024-cü il tarixli Bakı şəhəri Səbail rayon məhkəmsinin 4(005)-865/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 26 iyun 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 28 iyun 2024-cü il tarixli “mobil telefonlara baxış keçirilməsi barədə” protokoldan görünür ki, “Samsung Galaxy A40” markalı mobil telefon parlaq qara rəngli olmaqla əziyyətdədir, plasmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefonun sağ yan tərəfində ekranı kilidləmə və səs tənzimi düymələrinin olması müəyyən edildi. Telefonun üzərində qara rəngli və yapışqan qoburanın olması aşkar edildi. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb “ edən hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan 10 iyul 2024-cü il tarixli 2208 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 şəxsin rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilmişdir. Barbitur turşusu törəmələri alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupa aid olan amfitamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və solisilatlar aşkar edilməmişdir. İş materiallarında olan 23 iyul 2024-cü il tarixli “mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi barədə” protokoldan görünür ki, götürülmüş 01 ədəd CD diskdəki telefon nömrələri ilə ötürülən məlumatlarına baxış keçırərkən qeyd edilən nömrədən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əlaqə və ya sms yazışmaları olmamışdır. İş materiallarında olan Hacıqabul şəhər İƏD- üzrə nümayəndəlinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, o həqiqətən xx.xx.1979-cu ildə Qazı-Məmməd (Hacıqabul) rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır. Orta təhsillidir. İş materiallarında olan 149 saylı MKİS-in təqdim etdiyi xasiyyətnamədən görünür ki, Səbaii rayonu, G.Əliyev küçəsi, Ö\i 3d ünvanında Təqsirləndirilən şəxs oğlu qeydiyyatsız, yaşayıb (hal-hazırda yaşamır), qeydiyyatsız yaşadığı müddət ərzində onun haqqında 149 saytı MKİS-nə şikayət ərizəsi daxil olmantışdır. İş materiallarında olan 03 avqust 2024-cü il tarixli “bank məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, götürülmüş 416973*****3130 nömrəli plastik kartın bağlı olduğu 83 vərəq hesab üzrə çıxarış məlumatlarına baxış keçırərkən qeyd edilən çıxarışdan iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əlaqə olmamışdır. İş materiallarında olan 19 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyi” Publik hüquqi şəxsin Səbail rayon şöbəsinin 662 nömrəli ekspert rəyindən görünür ki, İş materiallarında olan 14 avqust 2024-cü il tarixli “mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi barədə” protokoldan görünür ki, götürülmüş 01 ədəd CD diskdəki telefon nömrələri ilə ötürülən məlumatlarına baxış keçırərkən qeyd edilən nömrədən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əlaqə və ya sms yazışmaları olmamışdır. İş materiallarında olan 27 iyul 2024-cü il tarixli il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs DİN BMCMİ İİ tərəfindən xx.xx.2024cü il tarixdə həbs olunaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dai cinayət işi hal-hazırda ixraatdadır. İş materiallarında olan 17 avqust 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, şəxsi axtarış və götürmə, baxış və götürmə aparılmış videoçəkilişləri özündə əks etdirən 02 ədəd DVD disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 19 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddə ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan məhkəmə elektron çıxarışından görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, istintaq zamanı şəxsi axtarış və götürmə aparılması və avtomobilə baxış keçirilməsi nəticəsində əldə edilmiş maddi sübutların, şahidlərin ifadələrin, ekspertiza rəylərin, sübut qisimində tanınmış videogörüntülərin məhkəmə iclasında tədqiqi zamanı müəyyən edilmiş faktlar ittihamın əsaslı olduğunu sübut edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitəni satış məqsədilə deyil, şəxsi istifadəsi üçün saxlamasına dair ifadəsində göstərdiyi xüsusat məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran hallarım olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını və himayəsində yetkinlik yaşıyana çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, nəzərə alaraq, hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədəuyğundur və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Tutulduğu, həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin başlanğıcı 26 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin Maddi sübutların saxlanma kamerasında saxlanılan qalıq çəkisi 18,68 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 70 (yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin başlanğıcı 26 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin Maddi sübutların saxlanma kamerasında saxlanılan qalıq çəkisi 18,68 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –70 (yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar