Məhkəmə qərarları › İş №1(009)-5/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-5/2021

16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-5/2021 16.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1950-ci ildə Qusar rayonu, Yuxarı Tahircal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs rəhbəri olduğu hüquqi şəxsin (təşkilatın) maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verərək külli miqdarda ziyan vurmaqla vahid niyyətlə qanunsuz kredit almış, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə vahid niyyətlə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs 17 fevral 2005-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər idarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" MMC-nin 2006-cı ilin noyabr ayından direktoru vəzifəsində işləməklə 8 fevral 2006-cı il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi X2 üzrə Sumqayıt Bölgə Şöbəsində təsdiq olunmuş həmin cəmiyyətin Nizamnaməsinə əsasən, cəmiyyətin adından etibarnaməsiz fəaliyyət göstərmək, cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərlə münasibətdə, o cümlədən, məhkəmədə cəmiyyəti təmsil etmək, cəmiyyətin adından əqdlər bağlamaq və sair təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və rəhbəri olduğu həmin hüquqi şəxs (təşkilat) üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim etdiyi 01.01.2007-01.08.2007-ci il tarixlərini əhatə edən dövrə aid cəmiyyətə məxsus vergi bəyənnamələrində malların (iş və xidmətlərin) dəyəri 51.173,6 manat, həmçinin şərti rentabellik norması əsasında mənfəəti 8.523,93 manat (51.173,6/(100+20)x20=8.528,93) olduğu halda, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kimya məhsulları anbar bazasının yanında cinayətdən xəbərsiz Şahid2 xüsusi mülkiyyətində olan 6.4673 ha torpaq sahəsində yerləşən 6492,9 kv.m ümumi, 5627,4 kv.m əsas, 865,5 kv.m köməkçi sahədən ibarət əmlak kompleksində müəssisənin istehsal gücünün artırılması və digər profillərin genişləndirilməsi ilə rekonstruksiya, eləcə də yenidənqurma işlərinin aparılması təyinatı üzrə kredit verilməsinə dair müraciəti ilə əlaqədar Bakı şəhəri, Səbail rayonu Azərbaycan prospekti 4 ünvanında yerləşən QSC "xxxx" KB-nin baş ofisi tərəfindən aparılan maliyyə vəziyyətinin analizi zamanı “Banklarda kreditlərin sənədləşdirilməsi, verilməsi, nəzarəti və uçotu haqqında Qaydalar”ın 2 nömrəli əlavəsinə əsasən, kredit sifarişi sənədində sifarişçi haqqında məlumatlarda rəhbəri olduğu hüquqi şəxsin (təşkilatın) həmin dövr üçün xalis mənfəətinin rəsmi rəqəmlərdən kifayət qədər çox – 294.155 manat olması barədə, yəni maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə bankla bağlanmış 14 sentyabr 2007-ci il tarixli ********** №-li “kredit müqaviləsi” əsasında 36 ay müddətinə, illik 18 % dərəcəsi ilə 3.000.000 (üç milyon) ABŞ dolları məbləğində kredit xətti müqaviləsinin bağlanmasına nail olub, həmin kredit xətti üzrə 24.09.2007-ci il tarixli 604 saylı sərəncama əsasən 1.780.000 ABŞ dolları, 07.12.2007-ci il tarixdə 798 saylı sərəncama əsasən 500.000 ABŞ dolları, 23.01.2008-ci il tarixdə 27 saylı sərəncama əsasən 520.000 ABŞ dolları və 09.10.2007-ci il tarixdə isə 200.000 ABŞ dolları vəsaitin ayrılması ilə ümumilikdə 3.000.000 ABŞ dolları vəsaiti nağd şəkildə əldə edərək qanunsuz kredit almış, həmin krediti götürdükdən sonra yalnız faiz borcu üzrə 2007-ci il üzrə 78.147,29 ABŞ dolları, 2008-ci il üzrə 388.959,25 ABŞ dolları, 2009-cu il üzrə 44.726,1 ABŞ dolları, 2010-cu il üzrə hər hansı bir ödəniş aparmamaqla, 2011-ci il üzrə 169.600 ABŞ dolları, 2012-ci il üzrə 189.042,72 ABŞ dolları, 2013-cü il üzrə 176.112,74 ABŞ dolları, 2014-cü il üzrə 80.076 ABŞ dolları və 2015-ci ilin əvvəllərindən 22.06.2015-ci il tarixədək 16.333 ABŞ dolları, kredit faizi üzrə cəmi 1.142.997,1 ABŞ dolları, yəni nəzərdə tutulduğundan az ödəniş aparmaqla sadəcə müqavilə müddətini uzadıb əsas borcdan hər hansı bir ödəniş icra etməyərək, 22.06.2015-ci il tarixdə 3.000.000 (üç milyon) ABŞ dolları əsas və 771.871,19 ABŞ dolları (yeddi yüz yetmiş bir min səkkiz yüz yetmiş bir dollar on doqquz sent) faiz borcunun ödənilməsi müddətini uzatmaq üçün müraciəti üzrə kredit üzrə öhdəliklərini icra etməkdən yayınmaq niyyəti ilə 7 illik hər hansı bir faiz hesablanmadan yeni qrafiklə qeyd edilən kreditin yenidən kapitallaşdırılmasını təmin edib 22.06.2015-01.09.2019-cu illər ərzində yalnız 2015-ci il üzrə 24.000 ABŞ dolları və 2016-cı il ərzində isə 30.648,71 ABŞ dolları, yəni sadəcə iki il üçün ümumilikdə 54.648,71 ABŞ dolları (əlli dörd min altı yüz qırx səkkiz dollar yetmiş bir sent) ödəniş həyata keçirib digər illər üzrə hər hansı bir ödəniş aparmayaraq, ümumilikdə, maliyyə vəziyyətinə dair qeyd edilən qaydada bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə vahid niyyətlə cəmi 3.000.000 (üç milyon) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 2.554.500 (iki milyon beş yüz əlli dörd min beş yüz) manat məbləğində qanunsuz kredit alaraq QSC "xxxx" KB-yə külli miqdarda ziyan vurmuş, həmin kreditlərə üzrə 01.09.2019-cu il tarixə cəmi 3.717.222,48 ABŞ dolları (üç milyon yeddi yüz on yeddi min iki yüz iyirmi iki ABŞ dolları, qırx səkkiz sent), hazırki məzənnə ilə 6.319.278,22 manat (altı milyon üç yüz on doqquz min iki yüz yetmiş səkkiz manat 22 qəpik) məbləğində pul vəsaitini qəsdən ödəməməklə hüquqi şəxs olan QSC "xxxx" KB-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 01 iyun 2007-ci il tarixdən 03 mart 2011-ci il tarixədək "xxxx" MMC-də direktor vəzifəsində çalışmışdır. O, bundan əvvəl uzun illər Xaçmaz rayonunda fəaliyyət göstərən konserv zavodunda müxtəlif vəzifələrdə çalışmış, bundan sonra bir müddət rayon sovetliyində şöbə müdiri, vergi orqanlarında vergi inspektoru və Xaçmaz rayon kənd təsərrüfatı idarəsində sənaye üzrə müavin kimi işləmişdir. O, uzun illər ailəvi olaraq dostluq etdiyi Şahid2 ilə təxminən 2006-cı ildə "xxxx" MMC-ni təsis edilməsinə köməklik etmişdir. Daha sonra uzun illər iş təcrübəsi olduğundan o, həmin şirkətin direktoru olmuşdur. Şirkətin əsas fəaliyyət istiqaməti Əsgərə məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kimya məhsulları anbar bazasının yanında yerləşən əmlak kompleksində dəmir məmulatların istehsalı ilə məşğul olmaq olmuşdur. Onlar bir müddət normal şəkildə işləmiş və şirkətin rentabelli, gəlirli bir dinamika izlədiyini görmüşlər. 2007-ci ildə onlar şirkətin nəzdində artıq özləri armatur istehsal etmək qərarına gəlmişlər. Lakin bunun üçün zavodda rekonstruksiya etmək və yeni avadanlıqlar alınması vacib olmuşdur. Bunun üçün isə maddi dəstək lazım olmuşdur. Daha sonra Şahid2 qərara gəlmişdir ki, şirkətin gəlirləri də nəzərə alınmaqla kredit götürsünlər və bununla da zəruri olan bütün hərəkətləri edib şirkəti daha da böyütməklə gəlirlərini də artırsınlar. 2007-ci ilin sonunda onların şirkət olaraq QSC "xxxx" KB-dən kredit götürülməsi ilə bağlı razılaşmaları olmuşdur. Həmin vaxt ******* ABŞ dolları kredit vəsaitinin verilməsi barədə razılıq verilmişdir. Bir müddət ərzində isə onlar kredit müqaviləsi üzrə nəzərdə tutulmuş faizləri ödəmişlər.Sonra onların kredit ödənişləri də azalmışdır və daha sonra onların çətinlikləri çoxalmış və işləyə bilməmişlər. Kredit sifarişindəki imzalar ona məxsus deyil, həmin sənədə qol çəkməmişdir. Lakin kredit və ipoteka müqaviləsini imzalamışdır. Kredit sifarişi sənədi ibtidai istintaq zamanı ona göstərilməmiş, ilk dəfə həmin sənədi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində görmüşdür. Bankdan pulu götürən kimi MMC-nin təsisçisi Şahid2 vermişdir. Vergi bəyənnaməsində və kredit sifarişi arasında olan ziddiyətlər barədə məlumatı yoxdur. Adətən belə sənədlərdə mühasibin də imzası olmalıdır. Həmin sənəddə onun imzası saxtadır. Həmçinin də cinayət işi materiallarına əlavə edilən kredit sifarişi sənədinin surətidir. 2015-ci ildə kredit üzrə kapitallaşdırma həyata keçirilərkən həmin prosesdə iştirak etməmişdir. Lakin 2015-ci ildə Şahid2 ondan xahiş etmişdir ki, kreditin müddətinin uzadılması məqsədi ilə müvafiq sənədlərə qol çəksin. Kreditin alınması ilə faktiki rəhbərliyi Şahid2 həyata keçirirdi. O işdən çıxsa da bəzi işlərdə qeyri rəsmi qaydada "xxxx" MMC-yə köməklik göstərirdi. Həmin hadisələrdən uzun müddət keçdiyinə görə kredin alınması ilə bağlı prosesləri xatırlamır. Məhkəmə iclasında zərərçəkmiş şəxs QSC "xxxx" KB ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, kredit ayrılma prosesi ilə bağlı bildirmişdir ki, müştəri müraciət etdikdən sonra bank müraciəti təhlil edir, sənədlər səlahiyyətli şəxs tərəfindən təqdim edilir. "xxxx" MMC-yə ******* ABŞ dolları məbləğində kredit ayrılmışdır. Kredit qaytarılmadığına görə bank Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Kredit sifarişində məlumatların təhrif edilmiş formada banka təqdim edilməsi ilə bağlı bankın lisenziyasının alınması səbəbləri araşdırılması mərhələsində məlum olmuşdur. Bank öz kreditorların qarşısında öhdəlikləri yerinə yetirə bilmədiyi üçün bankın ləğv prosesinə başlanılmışdır. Hazırki işlə bağlı barışıq əldə olunmayıb. Məhkəmə iclasında zərərçəkmiş şəxs ləğv prosesində olan QSC "xxxx" KB ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 ifadəsində göstərmişdir ki, QSC "xxxx" KB və "xxxx" MMC arasında 14 sentyabr 2007-ci il tarixdə, ********** saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC-yə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin öhdəlik icra olunmamış, 25 iyun 2015-ci il tarixdə tərəflər arasında Barışıq Razılaşması imzalanmışdır. Müdafiə tərəfinin mübahisələndirdikləri ******* ABŞ dolları məbləğinin verilməsi barədə kassa məxaric orderinin “günün sənədi”nə aid olduğunu, kredit dosyesinə aid olmadığını bildirmişdir. "xxxx" MMC-yə ******* ABŞ dolları məbləğində kreditin verilməsi və öhdəliyin icra olunmaması ilə bağlı Abşeron Rayon Məhkəməsinin icraatında mülki iş vardır. Həmçinin kredit məbləğinin verilməsini 25 iyun 2015-ci il tarixdə "xxxx" MMC-nin adından Təqsirləndirilən şəxs və QSC "xxxx" KB arasında barışıq razılaşmasının bağlanması təsdiq edir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, "xxxx" MMC-də 2006-cı ilin fevral ayından 2012-ci ilin fevral ayına kimi mühasib işləmişdir. Təqsirləndirilən şəxs müəssisənin direktoru, Şahid2 isə təsisçi olmuşdur. MMC dəmir çubuqların istehsalı ilə məşğul olmuşdur. Şirkət ilk əvvəllər normal şəkildə çalışmış və onlar metal künclüklər istehsal edib satmışlar. Lakin daha sonra rəhbərlik şirkətin potensialının daha da çox olması qənaətinə gələrək zavodda bir sıra konstruksiya dəyişiklikləri edib armatur da istehsal etmək istəmişlər. Lakin bunun üçün maliyyə dəstəyi lazım olmuşdur. Bu zaman onlar QSC "xxxx" KB-yə müraciət etmişlər. QSC "xxxx" KB-dan kreditin alınması ilə bağlı ətraflı məlumatı yoxdur, yəni kreditin necə və hansı qaydada götürüldüyü barədə məlumatsızdır. Yalnız bankdan pulun götürülməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs və Şahid2lə banka getmişdir. Bundan sonra o ******* ABŞ dolları vəsaiti şirkətin balansına otuzdurmuş, müvafiq mühasibatlıq şifrələri ilə qeydiyyata almışdır. Kreditin alınmasında onun heç bir işi olmayıb, bankdan kredit götürülməsi ilə bağlı heç bir sənədləşmə işi aparmayıb. Təxminən 2 il ərzində isə onlar kredit müqaviləsi üzrə nəzərdə tutulmuş faizləri ödəmişlər. Lakin onlar bəzən həmin öhdəliyi yerinə yetirsələr də, əksər hallarda həmin öhdəliyi yerinə yetirə bilməmişlər. Satdıqları metalın dəyərinin 2008-ci ilin iyun ayına kimi 1000 manat olduğu halda birdən-birə gözlənilmədən metalın dəyəri 600 manata düşmüşdür. Bu səbəbdən də müssisənin gəliri azalmışdır. Vergilər Nazirliyinə mənfəət barədə məlumat verilməsini, yəni vergi bəyannaməsini o tərtib edib. Lakin kreditin sifarişini o hazırlamamışdır. Şirkətin möhür adətən müdirdə olur. Məhkəmə iclasında şahid qismində Şahid4 ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən 2017-ci ilədək, yəni bank bağlananadək "xxxx" QSC-də mütəxəssis işləmişdir. Təqsirləndirilən şəxs Metakom MMC-nin direktoru olmuşdur. Həmin vaxt o bankda kiçik mütəxəssis vəzifəsində işləmişdir. Onun işi aparıcı mütəxəssis olaraq korporativ müştərilərin kreditləşməsi şöbəsində həmin müştərilərə kreditlər ayrılması zamanı kreditlərin verilməsinin təhlilinin aparılmasından ibarət olmuşdur. Lakin həmin dövrdə bankda kredit komitəsi olmadığından kreditlərin verilməsi bankın idarə heyətinin sədrinin birbaşa razılığı ilə verilmişdir. Qeyri-rəsmi sadəcə onlara məlumat gəlirmiş ki, formal olaraq forma 3, yəni kreditin verilməsi və təhlili cədvəlini tərtib edib sənədləri təqdim etmək lazımdır. Kredit verilməsi ilə bağlı bildirmişdir ki, bütün sənədlər direktorun imzası ilə gəlir. Yalnız təsisçi qərarında imza təsisçinin olur. Sənədlər toplandıqdan sonra bankın baş ofisinə verilir. O ofisdə isə kredit rəsmi təsdiqlənirdi. İlkin sənədləri və müqavilə hazırlanırdı, sonra isə girov əmlakın ipotekaya qoyulması üçün notariusda müqavilə bağlanırdı. İlkin sənədlərə forma 2, müştəri anketi, həmin müştəri anketində adı və rekvizitlər qeyd olunurdu, təsisçi qərarı, təsisçi haqqında məlumat, direktorun məlumatları, şəxsiyyət vəsiqələri, VÖEN, hüquqi şəxsin nizamnaməsi, reyestrdən çıxarış, girov əmlaka dair sənədlər. Həmçinin 2 saylı Əlavədə kreditin hansı müddətə və hansı məqsədlərlə alınması göstərilir. Sənədlər direktor tərəfindən imzalanır. Lakin bir sənəd təsisçi qərarı təsiçi tərəfindən “etiraz etmirəm” qeydi aparılmaqla imzalanır. Notariusda isə ipoteka qoyan və direktor sənədləri imzalayır. "xxxx" MMC-yə ayrılmış kredit üzrə də qeyd edilən prosedur eyni formada həyata keçirilmişdir. Belə ki, artıq kreditin verilməsi rəhbərlik tərəfindən qərarlaşdırılmış və sədr həmin kreditin ayrılması barədə tapşırıq vermişdir. Lakin buna baxmayaraq həmin kredit üzrə müvafiq ipoteka müqaviləsi də bağlanmış və kifayət qədər yüksək məbləğdə qiymətləndirilmiş girov əmlakı da olmuşdur. Bundan əlavə, təqdim etdikləri kreditin sifariş sənədində də xalis gəlir olaraq 294.155 manat vəsait olması qeyd edilmişdir. Həmçinin, ipoteka qoyan, yəni "xxxx" MMC-nin təsisçisi Şahid2 xüsusi mülkiyyətdə olan 6.4673 ha torpaq sahəsində yerləşən 6492,9 kv.m ümumi, 5627,4 kv.m əsas, 865,5 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə də baxış keçirilmiş və zavod metal məmulatların hazırlanması ilə məşğul olmaqla işlək vəziyyətdə olmuşdur. Daha sonra həmin kredit vəsaitlərini bankın baş ofisindən əldə etmişdir. Kreditin restrukturizasiyası prosesində iştirak etməmiş, yalnız "xxxx" MMC-nin kreditin götürülməsində iştirak etmişdir. Kredit ödənişlərinin ödənilməsində çətinlik yarandığı zaman kredit almış müştəri banka müraciət edir və kreditin kapitallaşdırılması ilə bağlı bankın sədri tərəfindən qərar qəbul olunur. Restrukturizasiya zamanı hesablanmış faizlər əsas məbləğlə toplanılır və yeni qrafik tərtib olunaraq aylara bölünür, bu qrafiklə müştəri yeni ödənişləri edir. Kredit sifarişində olan məbləğlə bağlı bildirmişdir ki, 2007-ci ildə “MetakomÜ MMC tərəfindən kredit alınan dövrlərdə ikili mühasibatlıq aparılırdı. Vergi orqanına verdikləri məlumat şirkətinin özünün real məlumatlarından (müştərinin dəftər, kopüterdə apardığı hesablar) fərqli olurdu. Hazırda belə halların qarşısı alınır. Kredit sifarişində göstərilən məbləğlə mənfəət bəyannaməsində göstərilən məbləği bankın yoxlamaq səlahiyyəti yoxdur. Həmin dövrdə vergi orqanından digər mənfəətlə bağlı sənədlər əldə edilməmişdir. Bu səbəbdən də həmin fərqliliyin müəyyən edilməsi mümkün olmamışdır. Eyni zamanda, onlar tərəfindən də həmin sənədləri vergi orqanından tələb edilməsi səlahiyyətləri daxilində olan bir hal olmamışdır. 294 000 manat gəliri olan şirkət üçün 3 000000 dollar kreditin ayrılması realdır. Yalnız müştərinin verdiyi məlumat və proqnozlaşdırma əsasında qərar verilir. "xxxx" MMC- nin kredit sifarişi sənədinin banka kim tərəfindən təqdim olunduğunu xatırlamır. Dəqiq xatırlamasa da, kredit sifarişində şirkətin möhürü olmalıdır. "xxxx" MMC kredit aldıqdan sonra xeyli müddət ödənişləri həyata keçirirdi. Təqsirləndirilən şəxs, Novruz Əsgərovun xəzinəyə ödəniş etdiklərinin şahidi olmuşdur. 2007-ci ildə "xxxx" MMC-yə kredit verilərkən ipoteka müqaviləsini notariusda bağlamaq üçün Təqsirləndirilən şəxslə və Şahid2lə getmişdir. Şahid4 qeyd etmişdir ki, 20 000 manat mənfəəti olan bir şirkətə ******* dollar məbləğində kredit verilmir. "xxxx" MMC kiçik müəssisə deyildi, kredit verilərkən təkcə gəlirlər deyil, həmçinin müəssisənin işçilərinin sayı nəzərə alınır. Kreditin verilməsi barədə qərar subyektiv qaydada qəbul olunur. Kredit sifarişində hansı məbləğin və hansı dövr üçün göstərildiyini xatırlamır, kredit verilərkən "xxxx" MMC-yə məxsus müəssisə ilə tanış olmuşdur. Həmin vaxtı müəssisə tikinti materiallarının istehsalı ilə məşğul olurdu və kifayət qədər gəlir əldə edirdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş "xxxx" MMC-nin təsisçisi Şahid2 ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının hüdüdlarından kənarda olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid "xxxx" MMC-nin təsisçisi Şahid2 ifadəsində eyni məzmunlu ifadə verərək ipoteka ilə yüklü edilmiş ona məxsus şirkətin əmlakı ilə bağlı göstərmişdir ki, kredit xətti üzrə o özü şəxsən onun xüsusi mülkiyyətində olmaqla təsis etdiyi şirkətə məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kimya məhsulları anbar bazasının yanında 6,5 ha ərazidə yerləşən əmlak kompleksini girov kimi təqdim etmiş və həmin girov bankın qiymətləndiricisi tərəfindən təxminən 2.000.000 manatdan bir az da artıq dəyərə qiymətləndirilib ipoteka müqaviləsi ilə rəsmi olaraq kreditin girovu kimi rəsmiləşdirilmişdir. Hazırda isə kredit xətti üzrə girov olan əmlakı da borc əvəzində təqdim etməyə hazır olduqları Əmanətlərin Sığortalanması Fonduna bildirilmişdir. Hətta bununla bağlı Abşeron Rayon Məhkəməsinin sifarişi ilə "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə zamanı qeyd edilən əmlak kompleksinə 7.120.000 manat likvid dəyər qoyulmuşdur. Eyni zamanda, ifadəsinə əlavə olaraq Şahid2 bildirmişdir ki, təsisçi olaraq şirkətin ümumi fəaliyyətinə nəzarət etmişdir. Lakin onun bu kredit götürülməsi zamanı müvafiq bank sənədlərində nə səbəbə şirkətin direktorunun bu formada təhrif edilmiş məlumatlar verməsindən xəbəri olmamışdır. Ola bilsin ki, kreditin götürülməsinə daha da rahat şərait olması üçün bu cür yanlış addım atmışdır. Şirkətin qeyd edilən səviyyədə heç bir vaxt xalis gəliri olmamışdır. QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 20.09.2019-cu il tarixli arayışdan görünür ki, 14.09.2007-ci il tarixdə hüquqi şəxs "xxxx" MMC (VÖEN **********, direktor Təqsirləndirilən şəxs şəxsində ilə LPO QSC "xxxx" KB arasında ********** saylı kredit müqaviləsi bağlanmışdır. Bu kredit müqaviləsinə əsasən, borcalana 3.000.000 ABŞ dolları məbləğində istehsal gücünün artırılması və digər metal profillərin genişləndirilməsi məqsədi ilə rekonstruksiya və yenidənqurma işlərinin aparılması məqsədilə kredit verilmişdir. QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 20.09.2019-cu il tarixli arayışdan görünür ki, “14.09.2007-ci il tarixdə hüquqi şəxs "xxxx" MMC (VÖEN **********, direktor Təqsirləndirilən şəxs şəxsində) ilə LPO QSC "xxxx" KB arasında ********** saylı “Kredit Müqaviləsi” bağlanmışdır. Bu kredit müqaviləsinə əsasən, borcalana ******* ABŞ dolları məbləğində istehsal gücünün artırılması və digər metal profillərin genişləndirilməsi məqsədi ilə rekonstruksiya və yenidənqurma işlərinin aparılması məqsədilə kredit verilmişdir. 24.09.2007-ci il tarixli 604 saylı QSC "xxxx" KB üzrə sərəncamdan görünür ki, Kredit Siyasəti Departamentinin Direktoru F.C.Aslanovun imzası ilə 1.780.000 ABŞ dolları məbləğində kredit ayrılmış və kredit 24.09.2007-ci il tarixində 1.780.000 ABŞ dolları nağd şəkildə məxaric edilərək götürülmüşdür. 07.12.2007-ci il tarixli 798 saylı QSC "xxxx" KB üzrə sərəncamdan görünür ki, Kredit Siyasəti Departamentinin Direktoru Şahid3 imzası ilə 500.000 ABŞ dolları məbləğində kredit ayrılmış və kredit 07.12.2007-ci il tarixində 500.000 ABŞ dolları nağd şəkildə məxaric edilərək götürülmüşdür. 23.01.2008-ci il tarixli 27 saylı QSC "xxxx" KB üzrə sərəncamdan görünür ki, Kredit Siyasəti Departamentinin Direktoru Şahid3 imzası ilə 520.000 ABŞ dolları məbləğində kredit ayrılmış və kredit 24.09.2007-ci il tarixində 520.000 ABŞ dolları nağd şəkildə məxaric edilərək götürülmüşdür. İş materiallarında olan sənədlərdən görünür ki, kredit 09.10.2007-ci il tarixində 200.000 ABŞ dolları nağd şəkildə məxaric edilərək götürülmüşdür. Kredit Müqaviləsindən görünür ki, 04.09.2007-ci il tarixdə hüquqi şəxs "xxxx" MMC (VÖEN **********, direktor Təqsirləndirilən şəxs şəxsində) ilə LPO QSC "xxxx" KB arasında ********** saylı “Kredit Müqaviləsi” bağlanmışdır. Bu kredit müqaviləsinə əsasən borcalana 3 000 000 ABŞ dolları məbləğində istehsal gücünün artırılması və digər metal profillərin genişləndirilməsi məqsədi ilə rekonstruksiya və yenidənqurma işlərinin aparılması məqsədilə kredir verilmişdir. Kreditin təminatı qismində Şahid2 məxsus Sumqayıt şəhər, Kimya məhsulları anbarının yanında mülkiyyətində olan 6.4673 ha torpaq sahəsində yerləşən 6492.9 kv.m ümumi, 5627.4 kv.m əsas, 865.5 kv.m köməkşi sahədən ibarət əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 2.146.940 manat məbləğində qiymətləndirilib. İşdə olan arayışdan görünür ki, kreditin 01.09.2019 tarixə əsas və faiz borcu üzrə qalığı barədə məlumat. 22.06.2015 - 01.09.2019 tarixinə qədər 54648.71 ABŞ dolları ödəniş olmuşdur. Kredit üzrə bank əməliyyat sistemində borc qalığı 3.717.222,48 ABŞ dolları təşkil edir. Mütəxəssis təhlilləri şöbəsi tərəfindən təqdim edilmiş 23.09.2019-cu il tarixli rəydən görünür ki, "xxxx" MMC-hüquqi ünvanı: ünvan 4 Təqsirləndirilən şəxs. "xxxx" MMC-nin Nizamnaməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi X2 üzrə Sumqayıt Bölgə Şöbəsində 08.02.2006-cı ildə 0206-A10-922 nömrə ilə qeydiyyata alınmışdır. "xxxx" MMC-yə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 17.02.2005-ci il tarixdə ********** saylı VÖEN verilmişdir. 0013222 nömrəli “Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”dan görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kimya məhsulları anbar bazasının yanında 6.4673 ha torpaq sahəsində yerləşən 6492,9 kv.m ümumi, 5627,4 kv.m əsas, 865,5 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi Şahid2 xüsusi mülkiyyətindədir. İşdə olan sənədlərdən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən QSC "xxxx" Kommersiya Bankına 11 sentyabr 2007-ci il tarixli 07 saylı məktub göndərilərək aylıq gücü 3000 ton olan künclük sexi və fontan armaturları yığılması üçün mexaniki sexin quraşdırılması məqsədilə 36 ay müddətinə ******* ABŞ dolları kredit ayrılmasına icazə verilməsini istəmişdir. Kredit müqaviləsidən görünür ki, QSC "xxxx" X4 Heyətinin sədri X6 ilə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs arasında 14 sentyabr 2007-ci il tarixli ********** nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsində QSC "xxxx" Kommersiya Bankı tərəfindən "xxxx" MMC-yə müəssisənin istehsal gücünün artırılması və digər metal profillərin genişləndirilməsi məqsədilə rekonustruksiya və yenidənqurma işlərinin aparılması üçün 36 ay müddətinə, illik 18 faiz ödəməsi şərti ilə ******* ABŞ dolları kredit verildiyi göstərilmişdir. Müqavilədə kreditin təminatla olması göstərilmişdir. Belə ki, QSC "xxxx" X4 Heyətinin sədri X6 ilə "xxxx" MMC-nin təsisçisi Şahid2 və MMC-nin direktoru Təqsirləndirilən şəxs arasında 21 sentyabr 2007-ci il tarixli ********** nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçisi Şahid2 Sumqayıt şəhəri, Kimya məhsulları anbarının yanında mülkiyyətində olan 6.4673 ha torpaq sahəsində yerləşən 6492.9 kv.m. ümumi, 5627.4 kv.m. əsas, 865.5 kv.m köməkçi sahədən ibarət əmlak kompleksini (anbarı) bank qarşısında ipoteka ilə yüklü etmişdir. "xxxx" MMC-yə QSC "xxxx" Kommersiya Bankının 24.09.2007-ci il tarixli 604 saylı sərəncamına əsasən ******* ABŞ dolları, 07.12.2007-ci il tarixli sərəncamına əsasən 500000 ABŞ dolları, 23.01.2008-ci il tarixli sərəncamına əsasən 520000 ABŞ dolları məbləğində, həmçinin sərəncam olmadan (araşdırmaya təqdim edilmiş dosye məlumatında olmayan) 09.10.2007-ci il tarixdə 200000 ABŞ dolları məbləğində olmaqla, ümumilikdə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan sənədlərdən görünür ki, QSC "xxxx" X4 Heyətinin sədri Səlim Krimanla "xxxx" MMC-nin təsisçisi Şahid2 arasında 31 avqust 2012-ci il tarixli Kredit müqavilələri üzrə öhdəliklərin verilməsi müqaviləsi bağlanmışdır. Müqavilədə "xxxx" MMC-nin 14.09.2007-ci il tarixli ********** saylı kredit müqaviləsi əsasında banka 31.08.2012-ci il tarixə ******* ABŞ dolları məbləğində borcu olduğu və borcun kredit müqavilələri üzrə öhdəliklərin verilməsi müqaviləsinin 1.2-ci maddəsində göstərilən qaydada Şahid2 tərəfindən icra ediləcəyi göstərilmişdir. QSC "xxxx" X4 Heyəti İclasının 03.02.2009-cu il tarixli 14 nömrəli protokolundan (çıxarış) görünür ki, "xxxx" MMC-nin 16.01.2009-cu il tarixli müraciəti əsasında "xxxx" MMC ilə bağlanmış 14.09.2007-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən ******* manat məbləğində illik 18 faiz dərəcəsi ilə 36 ay müddətinə ayrılmış bərpa olunmayan kredit xətti üzrə ödənişlərin rüblük aparılması barədə qərar qəbul edilmişdir. (Qeyd: kredit məbləği ABŞ dolları ilə götürüldüyü halda qərarda manat göstərilmişdir). Metakom” MMC-nin təsisçilərinin 22.06.2015-ci il tarixli iclas protokolundan görünür ki, "xxxx" MMC-yə verilmiş 14.09.2007-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə yaranmış ******* ABŞ dolları əsas borc və 771871.19 ABŞ dolları faiz borcunun ödənilməsi məqsədilə 85 ay müddətinə yeni barışıq sazişlərinin bağlanması və individual qrafikin tərtib edilməsi üçün QSC "xxxx" KB-yə müraciət olunması barədə qərar qəbul olunmuşdur. QSC "xxxx" KB-nin Müşahidə Şurasının 22 iyun 2015-ci il tarixli iclasının 61 saylı protokolundan (çıxarış) görünür ki, "xxxx" MMC ilə QSC "xxxx" KB arasında 7 il müddətinə faizlər hesablanmadan, cədvəl üzrə ödənişlərin aparılması şərti ilə "xxxx" sazişinin bağlanılmasına razılıq verilmişdir. QSC "xxxx" KB-nin İdarə Heyətinin sədri A.Nəsibov ilə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs arasında Şahid2 iştirakı ilə 25.07.2015-ci il tarixli Barışıq razılaşması bağlanmışdır. Razılaşmaya əsasən 3771871.19 ABŞ dolları məbləğində borcun hissə-hissə 7 il ərzində ödənilməsi razılaşdırılmışdır. Araşdırma zamanı "xxxx" MMC tərəfindən alınmış kreditdən onun tərəfindən istifadəsi ilə bağlı araşdırmaya heç bir sənəd təqdim edilməmişdir. Mərkəzi Bank tərəfindən müəyyən edilən qaydaların pozulması halları. Borcalan tərəfindən gəlirləri Kredit müqaviləsinə əlavə olaraq bağlanmış ödəniş qrafikində göstərilən məbləğin ödənilməsi üçün gəliri olmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının “Banklarda kreditlərin verilməsi Qaydaları”-na əsasən kreditlərin verilməsi üçün əsas meyarlardan biri də ödənişlərin mənbəyidir. Yenə də bu qaydalarda göstərildiyi kimi, təminatın dəyəri bankın kredit əməliyyatı üzrə dəyən zərərdən qorumaq üçün kifayət etməli, eyni zamanda, kreditlərin qaytarılması üçün yeganə və əsas mənbə olmamalıdır. Kreditin qaytarılması üçün əsas borcalanın sağlam maliyyə vəziyyəti və fəaliyyəti dövründə əldə etdiyi pul vəsaiti olmalıdır. Maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məlumatlar: Borcalan kredit götürülən zaman maliyyə-təsərrüfatına dair məlumatları banka təqdim etmişdir. (balans hesabatı, mənfəət və zərər haqqında) 2 saylı əlavə sənədin 25-ci bəndində 01.08.2007-ci il tarixinə müəssisənin xalis mənfəəti 294.155 AZN göstərildiyi halda, həmin ilə vergi bəyəmnaməsi 84.000 AZN təşkil etmişdir. Göründüyü kimi, hər iki məlumatlar arasında uyğunsuzluq mövcuddur. Kreditin mənbəsini və təyinatını təsdiq edən məlumatlar. (MB, SKMF, KTN və s) Kredit bank elektron sisteminə əsasən bank vəsaitləri hesabına verilmişdir. Kreditin ayrılmasının əsasları. (Müşahidə şurasının qərarı, kredit komitəsinin qərarı, məsul şəxslərlə bağlı sənədlər) 24.09.2007-ci il tarixli 604 saylı QSC Bank Standard KB üzrə sərəncama əsasən (Kredit Siyasəti Departamentinin Direktoru F.C.Aslanovun imzası ilə) 1.780.000 ABŞ dolları məbləğində kredit ayrılsın.07.12.2007-ci il tarixli 798 saylı QSC Bank Standard KB üzrə sərəncama əsasən(Kredit Siyasəti Departamentinin Direktoru Şahid3 imzası ilə) 500.000 ABŞ dolları məbləğində kredit ayrılsın.07.12.2007-ci il tarixli 798 saylı QSC Bank Standard KB üzrə sərəncama əsasən (Kredit Siyasəti Departamentinin Direktoru Şahid3 imzası ilə) 500.000 ABŞ dolları məbləğində kredit ayrılsın. QSC Bank Standard KB – nin 22.06.2015 il tarixli 61 saylı protokoluna əsasən(imza edən müşahidə şurasının sədri Kamal İbrahimov) 3.000.000 ABŞ dolları əsas borc və 771871.19ABŞ dolları faiz borcu kapitallaşdırılaraq 7 il müddətinə faiz hesablanmadan yeni qrafiklə kredit verilmişdir. Girovlar və onların qiymətləndirilməsi ilə bağlı məlumatlar. 04.09.2007-ci il tarixdə hüquqi şəxs "xxxx" MMC (VÖEN **********, direktor Təqsirləndirilən şəxs şəxsində) ilə LPO QSC "xxxx" KB arasında ********** saylı “Kredit Müqaviləsi” bağlanmışdır. Bu kredit müqaviləsinə əsasən borcalana 3 000 000 ABŞ dolları məbləğində istehsal gücünün artırılması və digər metal profillərin genişləndirilməsi məqsədi ilə rekonstruksiya və yenidənqurma işlərinin aparılması məqsədilə kredir verilmişdir. Kreditin təminatı qismində Şahid2 məxsus Sumqayıt şəhər, Kimya məhsulları anbarının yanında mülkiyyətində olan 6.4673 ha torpaq sahəsində yerləşən 6492.9 kv.m ümumi, 5627.4 kv.m əsas, 865.5 kv.m köməkşi sahədən ibarət əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 2.146.940 manat məbləğində qiymətləndirilib. Kredit götürüləndən sonrakı dövrlərdə əsas və ya faiz borcdan edilmiş ödənişlər, kreditin 01.09.2019 tarixə əsas və faiz borcu üzrə qalığı barədə məlumat. 22.06.2015 - 01.09.2019 tarixinə qədər 54648.71 ABŞ dolları ödəniş olmuşdur. Kredit üzrə bank əməliyyat sistemində borc qalığı 3.717.222,48 ABŞ dolları təşkil edir. İşdə olan sənədlərdən görünür ki, “Vergi ödəyicisinin uçota alınması haqqında Şəhadətnamə”, “X5 Reyestrinə Daxil Edilməsi haqqında Şəhadətnamə”, habelə Təqsirləndirilən şəxs barəsində olan əmrlərin surətlərindən aydın olmuşdur ki, "xxxx" MMC 17.02.2005-ci il tarixdə ********** VÖEN nömrəsi ilə 2 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi uçota alınmış və şirkətin direktoru kimi Təqsirləndirilən şəxs 2006-cı ilin noyabr ayından faktiki fəaliyyət göstərmiş və 31.05.2007-ci il tarixli 10 saylı əmrlə bu fəaliyyəti rəsmiləşdirilmişdir Əmanətləri Sığortalanması Fondundan daxil olmuş 27.09.2019-cu il tarixli "xxxx" MMC-yə dair arayışdan görünür ki, 01.09.2019-cu il tarixə cəmiyyət tərəfindən cəmi 3.717.222,48 ABŞ dolları, yəni 6.319.278,22 manat vəsait ödənilməmişdir. İşdə olan sənədlərdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.10.2019-cu il tarixli 5(001)-409/2019 nömrəli qərarı ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kimya məhsulları anbar bazasının yanında 6.4673 ha torpaq sahəsində yerləşən 6492,9 kv.m ümumi, 5627,4 kv.m əsas, 865,5 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi üzərinə həbs qoyulmuşdur. Sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İşdə olan sənədlərdən görünür ki, iddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB cavabdehlər "xxxx" MMC və Şahid2 qarşı aralarında bağlanmış 14 sentyabr 2007-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə cavabdeh "xxxx" MMC-dən 3717222.48 (üç milyon yeddi yüz on yeddi min iki yüz iyirmi iki, 48 sent) ABŞ dolları məbləğində pulun, 30 (otuz) manat məhkəmə üçün və 30 (otuz) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun tutulmasına, ipoteka predmetinin ilkin satış qiyməti ******* (iki milyon yüz qırx altı min doqquz yüz qırx) manat məbləğində müəyyən edilməklə cavabdeh "xxxx" MMC-dən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Kimya məhsulları anbarının yanında mülkiyyətində olan 64673 ha torpaq sahəsində yerləşən 6492.9 kv.m. ümumi, 5627.4 kv.m. əsas 865.5 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməsinə və açıq hərracdan satılmasına, ipoteka predmetinə tutma yönəldildikdən sonra və o satıldıqdan sonra ipoteka qoyan Şahid2 qeyri-yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə həmin şəxsin məcburi qaydada çıxarılmasına dair Abşeron Rayon Məhkəməsinə iddia tələbi irəli sürülmüşdür. 04 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə QSC "xxxx" KB-dən, həmçinin qeyd edilən bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, habelə Vergi orqanlarından daxil olmuş sənədlər, kredit dosyeləri, kredit müqavilələri üzrə hesablardan çıxarışlar, bəyənnamələr və digər vergi sənədləri 04.10.2019-cu il tarixli qərarı ilə maddi sübut kimi tanınmışdır. 02 avqust 2018-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə hüquqi şəxs QSC "xxxx" zərərçəkmiş şəxs qismində tanınmışdır. 04 oktyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 04 oktyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhəmə Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin cinayətlərin təsnifatına görə az ağır cinayətlərə aid olduğundan hesab edir ki, həmin ittiham üzrə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Hazırki işdən görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2007ci il tarixdə 36 ay müddətinə ******* ABŞ dolları kredit ayrılmasına icazə verilməsi ilə bağlı QSC "xxxx" KB yazılı müraciət etmiş, 14 sentyabr 2007-ci il tarixdə isə QSC "xxxx" KB bankla 36 ay müddətinə, illik 18 % dərəcəsi ilə 3.000.000 (üç milyon) ABŞ dolları məbləğində kredit xətti müqaviləsinin bağlanmasına nail olmuşdur. Bununla da rəhbəri olduğu hüquqi şəxsin (təşkilatın) maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə qanunsuz kredit almasını, həmçinin hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla nəzərdə tutan cinayət əməlini, törətdiyi vaxtdan on üç ildən artıq müddət keçmişdir. Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3 cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə), 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyindən məhkəmə hesab edir ki, hazırkı halda Cinayət Məcəlləsinin 195.2-ci maddəsinə münasibətdə Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsi tətbiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.2.-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, həmçinin iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs olaraq 22 iyun 2015-ci il tarixdə 3.000.000 (üç milyon) ABŞ dolları əsas və 771.871,19 ABŞ dolları (yeddi yüz yetmiş bir min səkkiz yüz yetmiş bir dollar on doqquz sent) faiz borcunun ödənilməsi müddətini uzatmaq üçün müraciəti üzrə kredit üzrə öhdəliklərini icra etməkdən yayınmaq niyyəti ilə 7 illik hər hansı bir faiz hesablanmadan yeni qrafiklə qeyd edilən kreditin yenidən kapitallaşdırılmasını təmin etmiş, lakin 22.06.2015-01.09.2019-cu illər ərzində yalnız 2015-ci il üzrə 24.000 ABŞ dolları və 2016-cı il ərzində isə 30.648,71 ABŞ dolları, yəni sadəcə iki il üçün ümumilikdə 54.648,71 ABŞ dolları (əlli dörd min altı yüz qırx səkkiz dollar yetmiş bir sent) ödəniş həyata keçirmiş və digər illər üzrə hər hansı bir ödəniş aparmamışdır. Göründüyü kimi "xxxx" MMC-nin direktor olan Təqsirləndirilən şəxs müxtəlif illərdə götürdüyü kredit borcunu ödəmə kimi pərdələmək məqsədilə əməllərinə ara verərək vahid niyyətlə 24 iyun 2015-ci il tarixdən individual qrafikin tərtib edilməsi üçün QSC "xxxx" KB-yə müraciət etməklə cinayətkar hərəkətlərini davam etdirmiş, bununla da bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs kredit borcunu ödəmə kimi pərdələmək məqsədilə əməllərinə ara verməklə vahid niyyətlə 22 iyun 2015-ci il tarixdən individual qrafikin tərtib edilməsi üçün banka müraciət etməklə cinayətkar hərəkətlərini davam etdirməsinə əhəmiyyət vermədən 14 sentyabr 2007-ci il tarixdə QSC "xxxx" KB bankla 36 ay müddətinə 3.000.000 (üç milyon) ABŞ dolları məbləğində kredit müqaviləsinin bağlanmasına nail olmasını, bununla da rəhbəri olduğu hüquqi şəxsin (təşkilatın) maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə qanunsuz kredit almasını, həmçinin hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini nəzərdə tutan cinayət əməlini törətmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, 71 yaşında olması cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, ilk dəfə cinayət törətməsini, təqsirləndirilən şəxsin 71 yaşında olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən iş yerini və daimi yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikasının CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının tətbiqi CM-in 308.2-ci maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində kommersiya və qeyri-kommersiya təşkilatlarında maddi məsul vəzifə tutma hüququndan məhrum etmə əlavə cəzasının tətbiq edilməsi məqsədəuyğundur. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış QSC "xxxx" KB-dən, həmçinin qeyd edilən bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, habelə Vergi orqanlarından daxil olmuş sənədlər, kredit dosyeləri, kredit müqavilələri üzrə hesablardan çıxarışlar, bəyənnamələr və digər vergi sənədləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə ibtidai istintaq dövründə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli 5(001)-409/2019 nömrəli qərarı ilə ********* nömrəli cinayət işi üzrə MH0013222 Çıxarışlı əmlak kompleksinin üzərinə həbs qoyulsa da, məhkəmə, üzərinə həbs qoyulmuş əmlakın hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs mülkiyyətində olmaması səbəbindən, habelə əmlakın mülkiyyətçisi olan Şahid2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbinin predmeti məhz qeyd olunan əmlak kompleksi olduğundan, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kimya məhsulları anbar bazasının yanında 6.4673 ha torpaq sahəsində yerləşən 6492,9 kv.m ümumi, 5627,4 kv.m əsas, 865,5 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə münasibətdə xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 195.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törtəməkdə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən barəsində cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törtəməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə kommersiya və qeyri-kommersiya təşkilatlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən iş yerini və daimi yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış QSC "xxxx" KB-dən, həmçinin qeyd edilən bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, habelə Vergi orqanlarından daxil olmuş sənədlər, kredit dosyeləri, kredit müqavilələri üzrə hesablardan çıxarışlar, bəyənnamələr və digər vergi sənədləri cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ibtidai istintaq dövründə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli 5(001)-409/2019 nömrəli qərarı ilə üzərinə həbs qoyulmuş əmlakın hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs mülkiyyətində olmaması səbəbindən, habelə əmlakın mülkiyyətçisi olan Şahid2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbinin predmeti məhz qeyd olunan əmlak kompleksi olduğundan, hazırki cinayət işi üzrə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kimya məhsulları anbar bazasının yanında 6.4673 ha torpaq sahəsində yerləşən 6492,9 kv.m ümumi, 5627,4 kv.m əsas, 865,5 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə münasibətdə xüsusi müsadirə tətbiq olunmasın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar