Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-5/2022 12.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, 28 avqust 1985-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Rusiya Federasiyası Moskva şəhəri Kuzmin Rayon Məhkəməsinin 11.11.2011 -ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməklə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12.01.2017-ci il tarixli qərarı ilə Rusiya Federasiyası Moskva şəhəri Kuzmin Rayon Məhkəməsinin 11.11.2011-ci İİ tarixli hökmü Azərbaycan Respublikası ərazisində icraya qəbul edilməklə tanınaraq və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5 maddələri ilə tövsif edilərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,990 qram və 0,064 qram, ümumilikdə cəmi 1,054 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, əynindəki qara rəngli gödəkçənin ön sağ cibində daşıyaraq üzərində saxlamış, 26 may 2020-ci il tarixdə, axşam saat 21:30 radələrində Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu,Əhməd Cavad küçəsində yerləşən “Axundov Bağı” adlanan ərazidə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb, ünvan 2 ünvanda yerləşən radələrində Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin inzibati binasına gətirilib üzərinə baxış, şəxsi axtarış və götürmə keçirilərkən, əynindəki qara rəngli gödək-çənin ön sağ cibində iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,990 qram və 0,064 qram, ümumilikdə cəmi 1,054 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təsadüfən tanış olduğu tanımadığı şəxslərdən əldə ediyi “kakos” adlanan narkotik vasitə heroini tək gizlincə çəkərək qəbul etmişdir. 26 may 2020-ci il tarixdə axşam saat 21:30 radələrində, o, tək Bakı şəhəri,Səbail rayonu ərazində yerləşən Axundov bağında gəzərkən, ona bir neçə mülki geyimdə şəxslər yaxınlaşıb vəsiqələrini təqdim edərək, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları olduqlarını bildirərək ona özləri ilə birlikdə polis bölməsinə getməyi təklif edib dəvət etmişlər. O da etiraz etmədən polis bölməsinə gəlmiş, orada polis əməkdaşı tərəfindən ona hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edib təqdim etməlkə, videoçəkilişlə üzərinə baxış və şəxsi axtarış aparılacağını bildirilmişdir. Sonra polis əməkdaşları vəkilin iştirakı ilə onun üstünə baxış və şəxsi axtarış aparılmasına başlamazdan əvvəl üzərində qanunsuz əşya varsa təqdim edilməsi təklif olunmuş, o, da əynindəki qara rəngli gödəkçənin ön sağ cibində gəzdirdiyi, içərisində qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddələr olan iki ədəd bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sonra polis əməkdaşı həmin bükümdəki maddələr barədə ondan sorğular aparılarkən, o, bükümdəki maddənin özünə məxsus və çəkərək qəbul etmək üçün həmin gün, yəni 26 may 2020-ci il tarixdə günün günorta saatlarında, Bakı şəhəri, Yasamal rayonu “Sovetski” adlanan ərazidə, xatırlamadığı yerdə tanımadığı şəxsdən 30 manata aldığı heroin olmasını bildirmişdir. Polis əməkdaşı aşkar edilmiş narkotik maddələr olan iki ədəd bükümü zərf qoyub möhürlənmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 26 may 2020-ci il tarixdə axşam saat 21:30 radələrində, o, iş yoldaşları Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 və həmin bölmənin kiçik əməliyyat müvəkkili Şahid3la birlikdə inzibati ərazidə, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən Axundov bağı ərazisində xidmətdə olarkən, bir nəfər cavan oğlanın narkotik vasitələrin istifadəsində şübhəli bilib həmin şəxsə yaxınlaşıb polis əməkdaşlarını bildirərək həmin şəxsi radələrində Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə dəvət etmişlər. Birlikdə polis bölməsinə gəldikdə həmin şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən edilmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edib təqdim etmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik tərkibli maddələrin saxlayaraq daşımasında şübhəli bilindiyini, buna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması bildirilərək hüquq və vəzifələrini izah etmişdir. Təhqiqatçı videoçəkiliş aparılmaqla onun, əməliyyat müvəkkili Şahid2, polis serjantı Şahid3, müdafiəçinin iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış, şəxsi axtarış və götürmə aparılmasına başlamazdan əvvəl üstündə qeyri qanuni əşya varsa könüllü surətdə təqdim etməsini təklif etmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin ön sağ cibindən iki ədəd büküm çıxarıb masanın üzərinə qoyub, içərisində özünə məxsus “kakos”adlanan narkotik vasitə olan heroin olmasını bildirmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükümlər açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş, həmin kütlə barədə təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs sorğular apararkən, sonuncu bükümdəki maddənin özümə məxsus və çəkərək qəbul etmək üçün həmin günü yəni 26 may 2020-ci il tarixdə günün günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu “Sovetski”adlanan ərazidən tanımadığı şəxsdən 30 manata aldığı heroin olmasını bildirmişdir.Bundan sonra təhqiqatçı həmin bükümləri zərfə qoyub möhürləmiş, həmin zərfi şübhəli şəxs özü, vəkili və digər iştirakçılar tərəfindən imza edilmişdir. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etdi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılmasını əks etdirən diskdə olan videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə baxış, şəxsi axtarış və götürmə keçirilən zaman onun üzərindəki qara rəngli gödəkçənin ön sağ cibindən içərisində qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütlə olan 1 ədəd ağ rəngli büküm və 1 ədəd içərisində narkotik vasitəyə bənzər kütlə olan siqaret falqasına bükülmüş büküm aşkarlanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunan maddənin narkotik vasitə olan “Kakos” olduğunu bildirərək həmin narkotik vasitəni Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan yerdə tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin materiallarının məhkəmə ekspertizasının 27 may 2020-ci il tarixli 6/901 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində: “Vət. Təqsirləndirilən şəxs "yazısı olan zərfdəki, 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,990qr və 0,064qr, ümumi təmiz çəkisi 1,054 qr olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi: 1,054 qr., sərf edildi: ümumi 0,1 qr, qalıq: 0,954 qr. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır. 27 may 2020-ci il tarixli qərarla fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 26 may 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:20-də şübhəli şəxs qismində tutulmuşdur. 28 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorluğunun 28 may 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş, təqsirləndirilən şəxs Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. 28 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 03 iyun 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,990 qram və 0,064qram, ümumilikdə təmiz çəkisi 1,054 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, məhkəmə-kimyəvi ekspertizası keçirildikdən sonra qalıq qalmış 0,954 qram çəkidə kustar üsülla hazırlanmış narkotik vasitə olan heroinin saxlanması üçün radələrində Bakı şəhər Səbail Rayon Polis İdarəsinə təhvil verilmişdir. Respublika Narkoloji Mərkəzinin 11 iyun 2020-ci il tarixli 1578 saylı rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəsətəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 dekabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs : - Rusiya Federasiyası, Moskva şəhəri Kuzmin Rayon məhkəməsinin 11.11.2011 -ci il tarixli hökmü ilə RF CM-nin 162-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməklə təqsirli bilinmiş 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 25.06.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli qərarı ilə əməli AR CM-nin 181.2.1, 181.2.5-ci maddələrinə tövsif olunaraq 09 il müddətinə azadlıqdan məhrum edilib. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli, 7(101)-54/2016 saylı qərarı ilə Təqsirləndirilən şəxs məhkum edilməsinə dair Rusiya Federasiyası Moskva şəhəri Kuzmin Rayon Məhkəməsinin 11.11.2011-ci il tarixli hökmü, Kuzmin Rayon Məhkəməsinin 18.11.2011-ci il tarixli və 03.05.2012-ci il tarixli qərarları ilə həmin hökmə edilmiş dəyişikliklər nəzərə alınmaqla Azərbaycan Respublikası ərazisində icraya qəbul edilməklə Rusiya Federasiyası CM-nin 162-ci maddəsinin 2-ci hissəsi ilə tanınmış (leqallaşdırılmış) və Azərbaycan Respublikası qanunvericiliyinə uyğunlaşdırılmaqla tənzimlənərək Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrinə tövif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun Rusiya Federasiyasında çəkdiyi cəza müddəti də hesaba alınmaqla 25 iyun 2011-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 1(009)-143/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilmişdir Axtarışda olan şəxsin yaxalanması barədə protokola əsasən Təqsirləndirilən şəxs 20 oktyabr 2021-ci il tarixdə saxlanılaraq Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yeri vasitəsi ilə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan 3 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkmiş məhkum Təqsirləndirilən şəxs 2180 nömrəli şəxsi işindən arayışa əsasən məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli qərarına əsasən cəzaçəkmə növü dəyişdirilərək 09.10.2018-ci ii tarixdə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsindən 3 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsinə köçürülmüşdür. Cəzasının əvvəli 25.06.2011-ci il, cəzasının sonu 25.06.2020-ci il. Məhkum Təqsirləndirilən şəxs 25.06.2020-ci il tarixdə cəza müddətinin sonu ilə əlaqədar azad olunaraq müəssisənin qeydiyyatından çıxarılmışdır. Məhkum Təqsirləndirilən şəxs 23 may 2020-ci il tarixdə ərizəsinə əsasən müayinə və müalicə olunması üçün Bakı şəhəri 1 saylı X9 getməsinə icazə verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edərək saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Moskva şəhəri Kuzmin Rayon Məhkəməsinin 11.11.2011 -ci il tarixli hökmü ilə RF CM-nin 162-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməklə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12.01.2017-ci il tarixli qərarına əsasən Rusiya Federasiyası Moskva şəhəri Kuzmin Rayon Məhkəməsinin 11.11.2011-ci İİ tarixli hökmü, Kuzmin Rayon Məhkəməsinin 18.11.2011-ci il tarixli və 03.05.2012-ci İl tarixli qərarları ilə həmin hökmə edilmiş dəyişikliklər nəzərə alınmaqla Azərbaycan Respublikası ərazisində icraya qəbul edilməklə RF CM-nin 162-ci maddəsinin 2-ci hissəsi ilə tanınaraq və Azərbaycan Respublikası qanunvericiliyinə uyğunlaşdırılmaqla tənzimlənərək AR CM-nin 181.2.1 və 181.2.5 maddələri ilə tövsif edilmiş, AR CM-nin 181.2.1 və 181.2.5 maddələri ilə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli qərarına əsasən cəzaçəkmə növü dəyişdirilərək 09.10.2018-ci ii tarixdə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsindən 3 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsinə köçürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs 23 may 2020-ci il tarixdə ərizəsinə əsasən müayinə və müalicə olunması üçün Bakı şəhəri 1 saylı X9 getməsinə icazə verilmişdir. Məhkum Təqsirləndirilən şəxs 25.06.2020-ci il tarixdə cəza müddətinin sonu ilə azad olunaraq müəssisənin qeydiyyatından çıxarılmışdır. Müəyyən olunmuşdur ki, məhkum azadlıqdan məhrumetmə növündə cəzanı çəkdiyi müddət ərzində 26 may 2020-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 26 may 2020-ci il tarixdən 28 may 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 20 oktyabr 2021ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 11 iyun 2020-ci il tarixli 1578 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,954 qram (ilkin təmiz çəkisi ümumilikdə 1,054 qram) narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 26 may 2020-ci il tarixdən 28 may 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,954 qram (ilkin təmiz çəkisi ümumilikdə 1,054 qram) narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq müddətində müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-5/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-5/2022
12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver