Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-5/2024 02.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4, Müdafiəçi: Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1977-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 "xxxx" MTK-dan “yaşayış binasının mənzil alqı-satqısına dair” 10 aprel 2021-ci il tarixli, 176 N-li müqavilə əsasında aldığı və Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin kənarında inşa edilən 16 mərtəbəli yaşayış binasının 1-ci giriş 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 64,8 m olan bir otaqdan ibarət 59 saylı mənzilinin təmir olunmasına və mebellə təmin edilməsinə yalandan vəd verib inandırmaqla sonuncunun ona qarşı yaranmış etibarından sui-istifadə edərək, bu adla 13 aprel 2021-ci ildə 5950, 20 aprel 2021-ci ildə 3000, 22 aprel 2021-ci ildə 300, 29 aprel 2021-ci ildə 1000, 05 may 2021-ci ildə 1000, 07 may 2021-ci ildə 700, 08 iyun 2021-ci ildə 500, 17 iyun 2021-ci ildə 250, 03 iyul 2021-ci ildə 2000, 2021-ci ilin iyul ayında 1200, 600, 1000, 1000 və 1800, 2021- ci ilin avqust ayında 1000, 2021-ci ilin sentyabraymda 1300, 1500, 1000, 1000, 2021-ci ilin oktyabr ayında 1000, 700 və 700, 2021-ci ilin noyabr ayında 600 və sonuncu 900 manat pulu 05 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi-7a ünvanında yerləşən “İzmir Plaza”-nın yanında alıb ələ keçirdikdən sonra veridiyi vədə əməl etməyib aldatmaqla ümumilikdə zərərçəkmiş şəxs Samirə Vəliyvaya 30 000 manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 özünü polis əməkdaşı kimi təqdim edərək, onu "xxxx" Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin qarajına operator vəzifəsinə işə düzəldəcəyinə dair yalandan vəd verib inandırmaqla, sonuncunun ona qarşı yaranmış etibarından sui-istifadə edərək bu adla vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə xx.xx.2021- ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Bakı Metropoliteninin “X11” metro stansiyasının əsas girişinin qarşısında 500 manat, xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Gəncə” mərasim evinin qarşısında 2000 manat, sonuncu dəfə isə 16 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi-136 ünvanında yerləşən “Ag Çiçəyim” gül dükanının qarşısında 1000 manat nağd pulu və balansında 1100 manat məbləğdə pulu olan Zərərçəkmiş şəxs1 məxsus “Kapital Bank”-ın debet plastik bank kartını almaqla ələ keçirib verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 4600 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyinə dair Zərərçəkmiş şəxs5 və sonuncunun əmisi Zərərçəkmiş şəxs3 yalandan vəd verib inandırmaqla, hər ikisinin ona qarşı yaranmış etibarından suiistifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə bu adla Zərərçəkmiş şəxs5 xx.xx.2021-ci ildə Bakı şəhəri, Nərmanov rayonu N.Nərmanov parkının qarşısında 3 500 manat nağd pulu, xx.xx.2021-ci ildə isə Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən “Ümid” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olmuş “Kapital Bank”a aid hesab kartına göndərilmiş 500 manat pulu nağdılaşdırmaqla, habelə 07 mart 2022-ci il tarixdə isə sonuncunun əmisi Zərərçəkmiş şəxs3 eyni üsulla Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 51-ci küçədə 2000 manat nağd pulu alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 ümumilikdə 4000 manat, Zərərçəkmiş şəxs3 isə 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqəsdilə “Facebook” sosial şəbəkəsində olan profilinin şəxsi məlumatlarında özünü dizayner kimi təqdim etdiyindən onunla əlaqə saxlayan Zərərçəkmiş şəxs6 qızma məxsus Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi, 2-ci Mədən, daş bazarının yaxınlığında yeni aldığı mənzilini təmir edəcəyinə vəd verib inandıraraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 01 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Telnov küçəsində yerləşən "xxxx" MTK-nın binasında 1500 manat, xx.xx.2022-ci il tarixdə isə Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi-3 ünvanında 1950 manat nağd pulu alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs6 qızma 3 450 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgəsinin əmlakını aldatma və etibardən sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 qızma özünü tikinti üzrə mütəxəssis kimi təqdim edərək, sonuncunun Bakı şəhəri, Səbail rayonu, 3-cü massiv, 51-ci döngə ünvanında yerləşən torpaq sahəsində aparılan tikinti işlərinə lazimi materialların alınmasını təmin edəcəyinə dair yalan vəd verib inandırmaqla, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, M.Müşfiq küçəsi 35 üvananıda yerləşən “ARTESTETİKA” estetik mərkəzində 1 800 manat, 07 mart 2022-ci il tarixdə isə Bakı şəhəri, Səbail rayonu, 3-cü massiv, 51-ci döngə ünvanında 2 200 manat nağd pulunu alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 4 000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 ilə tanışlığı Maya adlı bir xanımın vasitəsi ilə olmuşdu. Samirə Abşeron rayonu Xərdalan şəhərində olan Sumqayıt yolunun kənarında inşa edilmiş çoxmərtəbəli binadan ev almasını və həmin evin təmir olunmasını istədiyini bildirmişdir. Ona görə də Samirə ev almamışdan əvvəl Samirəyə ev almaqda köməklik edəcəyini dedikdə buna həmin işlə bağlı köməklik edə biləcəyini bildirmişdir. Belə oldu ki, ev almaq üçün bir neçə dəfə zəngləşib onunla görüşərək tikintidə olan evlərə baxmışlar, lakin Samirə istəmədiyi üçün ev almamışdı. Bundan sonra Samirə özü Sumqayıt younun kənarında olan çoxmərtəbəli binadan ev almasını və həmin evində təmir etdirməsini demişdir. Bu işdə ona köməklik edə biləcəyini deyərək aralarında bu barədə söhbəti də olmuşdur. Belə ki, Samirə aldığı həmin evin təmiri ilə bağlı olaraq mebelin də olduğu yeri demişdir. Belə olmuşdu ki, Samirə ilə aralarında danışıb razılaşmışlar. Belə ki, Samirənin evi yeni inşa olunmuş ev olduğundan tam boş və təmirsiz bir ev olmuşdur. Həmin evin təmiri ilə bağlı lazım olan materialların və avadanlıqların hansı məbləğdə pul vəsaiti lazım olacağını Samirəyə demişdi. Samirədə buna görə hissə-hissə olmaqla belə ki, ayda 1000 və ya 5000 manat pullar verməklə müəyyən məbləğdə pulu vermişdir. Ona görə də Samirənin evinin təmirinə başlamışdı. Belə ki, Samirənin evinin elektrik sistemini çəkdirmiş, santexnika işlərini gördürmüş, həmin mənzil 1 otaqlı olduğundan mənzilin otaqlarının sayını artırıb orada mətbəx yeri də hazırlatmışdı. Bundan əlavə evin divarlarına ağ rəgli suvax vurduraraq polun döşəməsinə görə yerə taxtadan laqalar da vurdurmuşdu. Beləliklə həmin evin təmiri ilə bağlı olaraq orada 4500 manat miqdarında pul xərcləmişdi. Lakin sonradan səhəti ilə bağlı olaraq həmin işlər yarımçıq qalmışdı. Bu səbəbdən də Samirənin evinin təmirini başa çatdıra bilməmişdir. Bu səbəbdən də Samirənin evinin təmirini başa çatdıra bilməmişdim. Ümumilikdə Zərərçəkmiş şəxs4 14000 manat pul almışdır, həmin pulun 12500 manatını onun evinin xərclərinə çəkmiş və qalıq borcu 1500 manat qalmışdır. Bundan başqa 17 avqust 2021-ci il tarixdə “FACEBOOK” sosial şəbəkəsi vasitəsilə Zərərçəkmiş şəxs1 adlı xanımla tanış olub, onunla bir neçə gün ərzində tanışlıq, sonra isə dost münasibətləri yaranıb. Bahar xanım ona işlədiyi yer haqqında danışanda, onun ağır fiziki və psixi nöqteyi nəzərdən işinə dair ona yeni bir iş yeri tapmaqda köməklik etmək istəyib, ona demiş ki, yeni iş yeri tapmaq üçün lazımı əlaqələri var və öz nüfuzundan istifadə etməklə ona səmimi gəlbdən köməklik edəcək. "xxxx" DÖvlət Neft Şirkətində yaxın dostları var imiş və onlara əmin imiş ki, Bahara kömək edəcəklər. Bahar xanım ona şifahi formada razılığını verdikdən sonra, o soraqlaşmış, dostları ona demişlər ki, həmin şirkətdə Nəqliyyat idarəsində operator vəzifəsi hələ ki, boşdur, lakin Bahar xanımın yaşı çox olması və üstəlik stajının olmaması onun həmin işə düzələcəyinin ehtimalını sıfıra endirib. O fikirləşmiş ki, Bahar xanımın ona yaranan inamından və simpatiyasından istifadə etsin və bir az pul qazansın. Bahar xanıma yalandan deyib ki, "xxxx" şirkəti kadr axtarışına artıq başlayıb və Bahardan onun şəxsiyyət vəsiqəsini və diplomunun sürətlərini istəyib. Həmçinin yalandan uyduraraq demiş ki, guya kadrlar şöbəsində onların sənədlərinin onun tərəfindən uydurulmuş siyahıda qabağa salınması üçün 500 manat “hörmət” etmək lazımdır. Bahar razılaşmış və 22 avqust 2021-ci il tarixdə, təxminən saat 14:00-da lazimi sənədləri və tələb etdiy pulu Bakı şəhəri, Xətai rayonu, “X11” metrosunun yaxınlığında onunla görüşmüşdür. Sənədlərini və üzərində gətirdiyi 500 manat pulu Bahardan əlbəəl götürəndən sonra ona bildirmiş ki, guya sabah, yəni xx.xx.2021-ci il tarixdə onun şəxsiyyət vəsiqəsini və diplomunun əslini "xxxx" şirkətinin kadrlar şöbəsində lazım olan adamına təqdim edəcək. Bahar ona sual verib ki, “bəs başqa sənədlər lazım olacaqmı?”, o da demiş ki, bəli onların siyahısını Bahara Vvhatsapla atacaq və Bahar, maksimum xx.xx.2021-ci il tarixinədək həmin siyahıda olan sənədləri yenə də onunla görüşən zaman təqdim etməli olacaqdır. Həmin siyahıda olan sənədlər: 06 ədəd 3x4 şəkillər, yaşayış yerindən arayış, məhkumluq haqqında' arayış, narkoloji dispanserdən arayış, -sağlamhq haqqında arayış, “COVİD” pasportu. Baharın diqqətini yayındırmaq və gələcəkdə ondan daha böyük pul məbləğlərin alınması məqsədilə o görünüş yaratmış ki, guya sənədləri toplayır. Bütün bu proseslər 01 gün çəkmişdir. Bahara demiş ki, indi əsas məsələyə gəlsinlər və Bahar 2 000 manat məbləğində pul hazırlamalıdır ki, o həmin pulları "xxxx" şirkətində işləyən tanışına versin və onu işə götürsünlər. 23 avqust 2021-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, “GƏNCƏ” mərasim evinin yanında Bahar onunla görüşmüş və ondan 2 000 manat məbləğində pulu əlbəəl götürüb, Bahara yalandan demiş ki, guya ki onu 03 iş həftəsi ərzində "xxxx" şirkətinin kadrlar şöbəsindən çağıracaqlar. Onun söz verdiyi müddət keçmiş və Bahar ona məsələnin hansı səbəbə gorə uzanmasını öyrənmək üçün narahat olmağa başlayıb. O, Baharı sakitləşdirmiş ki, belə tipli işlərdə gecikmələrin olması normal haldır, vəziyyət gərginləşməyə başlamış və 16 oktyabr 2021-ci il tarixdə səhər saatlarında o, Baharla görüşən zaman demiş ki, "xxxx" şirkətinin kadrlar şöbəsi tərəfindən onun sənədlərini qaytarmaq istəyirlər. Sənədlərin qaytarılmasının səbəbini belə izah etmiş ki, guya onun yaşı çoxdur və stajı yoxdur. Bahar ondan soruşmuş ki, “bəs indi nə olacaq?”, o yalandan demiş ki, guya Baharın sənədləri getsin deyə onun əvəzinə 1000 manat rüşvət vermişdir. Sözündən elə çıxıb ki, Baharın ona borcu varmış. Bahara demiş ki, guya həmin məbləği o dostundan borca götürmüşdür. Bahar razılaşmış ki, pullarını ona qısa zamanda qaytaracaqdır. Baharın dediyinə görə o, gedib hansısa bankdan 1000 manat pulu kreditə götürüb və 16 oktyabr 2021 -ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsində yerləşən “AG ÇİÇƏYİM” adlı gül mağazasının yanında görüşən zaman həmin 1 000 manat pulu ona əlbəəl vermişdir. Göstərilən məbləği ona verdiyi zaman Baharın pul qabında kredit kartı görüb. Bahardan soruşmuş ki, bu nə kartdır. Bahar demiş ki, bu onun öz kartıdır və içindədə 1 100 manat balans var. O özünü saxlaya bilməyib kartda olan pullarıda istəyib, Bahara belə başa salmış ki, guya onun işə düzəltmə məsələsində böyük ehtimalla yenə də pul istəyəcəklər. Bahar ona demiş ki, həmin kartı aktiv etmək lazımdır. Baharla əvvəlcədən razılaşdırılmış şəkildə 26 noyabr 2022-ci il tarixdə “Kapital Bank”ın Nərimanov filialına getmişlər, bankda Bahara təzə kart vermişlər, əvvəlki katın balansını yenisinə köçürəndən sonra həmin kartı o götürüb. Bundan sonra bir ara vaxt Baharın zənglərinə cavab verməməyə başlayıb. Bahar onu təhdid etməyə başlayıb ki, onu polisə verəcək və sair. Baharın diqqətini yayındırmaq məqsədilə o özünü Zakir adlı şəxs kimi təqdim edərək, ***-***-**-** mobil nömrəsindən Vhatsapp mobil tətbiqi vasitəsilə "xxxx" şirkətinin Nəqliyyat İdarəsində Baharın işə qəbul olunmağını təsdiq edən saxta siyahını atmışdır. Həmin siyahıda göstərilmişdir ki, “Bahar yanvar ayının sonunda artıq işə çıxacaqdır”, bu məsələdən sonra o Baharla olan münasibətlərini pozub. Aldatma və etibardan sui-istifadə yolu ilə əldə etdiyi pulların son qəpiyinə kimi ödəməyə tam razıdır. Bahardan, guya kadrlar şöbəsində onların sənədlərinin onun tərəfindən uydurulmuş siyahıda qabağa salınması üçün 500 manat “hörmət” etmək adı ilə 22 avqust 2021-ci il tarixdə 500 manat, 23 avqust 2021-ci il arixdə 2000 manat 16 oktyabr 2021-ci il tarixdə 1000 manat pulu əlbəəl almışdır. 26 noyabr 2022-ci il tarixdə isə balansında 1100 manat pul olan “Kapital Bank”-ın plastik kartını alıb balansındakı pulu götürmüşdür. Ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs1 borc pul almışdır. Heç bir xidmət qarşılığında almamışdır pulu. Cəmi 2000-2500 manat ona verəcəyi vardır. Bundan əlavə Pərvin, tanışı Laçının qardaşı oğludur və tanışı Azərin Nərmanov rayonunda olan evinin təmiri zamanı tanış olmuşdur. Belə ki, tanışım Azər Nərimanov rayonunda olan evinin təmir edilməsi ilə bağlı olaraq dedikdə ə bunu həmişə olduğu kimi usta kimi tanıdığı Laçınlada razılaşmışdı. Azərlə Laçını görüşdürmüş, Laçın Azərin evinin təmiri ilə bağlı olaraq Azərlə görüşdükdə onlar bu işlə əlaqədar öz aralarında danışaraq qiymət barədə razılaşmışlar. Laçın Azərin həmin evində təmir işini tez icra etmək üçün özünə köməyə qardaşı oğlunuda gətirmişdir və Laçının evdə etdiyi təmir işi ilə bağlı evə getdikdə Pərvini orada görüb tanımış olmuşdur. Laçın qardaşı oğlu olan Pərvinlə birlikdə Azərin evinin təmiri ilə məşqul olan zaman aralarında olan söhbət zamanı Laçın Pərvinin heç bir yerdə işləməməsini demişdir. Bundan sonra aralarında olan söhbət zamanı Laçın qardaşı oğlu Pərvinin haraya işə düzəldə biləcəyini dedikdə onu Fövqəladə Hallar Nazirliyində işə düzəldə biləcəyini dedim, belə ki, orada tanışları olduğunu və onların köməkliyi ilə bu işi həll edə biləcəyimi dedmişdi. Belə oldu ki, Laçınla aralarında olan bu söhbətdən sonra yenə zəngləşib görüşən zaman Laçın onun qardaşı oğlunun işə düzəldilməsi ilə bağlı söhbəti açdıqda verdiyi sözə əməl edəcəyini bildirmişdi. Aramızda olan söhbət zamanı belə bir işlə məşqul olmağı ilə bağlı Laçına verdiyi sözə gorə deyib onu inandırmışdı. Aralarında olan bu söhbət zamanı Laçının qardaşı oğlu X6 Nazirliyində işə düzəltməyi ilə bağlı ilk olaraq 5000 manata edə biləcəyini dedikdə Laçın onların o qədər pulları olmayacağmı bildirmişdi. Həmin zaman bu işin 4000 manata edəcəyini demişdi. Bundan sonra 2021-ci ilin sentyabr ayında Laçınla zəngləşib Nərimanov rayonunda görüşərək həmin zaman idarə etdiyi avtomobildə Laçm 3500 manat pulu sayaraq vermişdi. Bundan bir müddət keçdikdən sonra Laçm tez-tez zəng edərək Pərvinin işinin düzəlməsi ilə bağlı maraqlanırdı. Onlara verdiyi vədə əməl etmədiyi üçün pulun qaytaralacağından ehtiyyat edib inandırmaq üçün zəng edərək Pərvini Bakıya çağırmışdı ki, onu FHN-nə aparıb işə düzəlməsi ilə bağlı olaraq bir inam yaratsın. Bundan əlavə onu da bildirmişdir ki, hərdən bir tanışı Tofıqin avtomobili olmadığından onu lazım olan yerlərə, yəni nazirliklərə aparmışdır. Çünki, Tofiq xarici ölkələrdə olan azərbaycanlıların diasporası işi ilə məşquldur. Həmin ərəfədə də Tofiq zəng edərək onu FHN-nə aparmağını demişdir. Belə oldu ki, xx.xx.2021-ci ildə öz maşını ilə Pərvini və Tofıqi də Nərimanovdan götürmüş, onların hər ikisini FHN-nə gətirmişdi. Bundan əvvəl X6 Nazirliyinə işə düzəldəcəyinə vəd verib inandırmışdı. Tofiq orada yəni FHNnin yanında maşından düşüb ora gedərək az bir müddətə qayıdacağını deyir onu orada gözləməyi bildirmişdi. Ona görə də maşınla kənarda dayanıb Pərvinlə birlikdə Tofıqi gözləmişdi. Tofiq qayıtdıqdan sonra birlikdə avtomobil ilə şəhərə tərəf gəlmişlər, yolda Pərvinlə Tofiq ayrı-ayrı yerlərdə avtomobildən düşüb getmişlər. Tofiq avtomobildə olan zaman Pərvinlə onun işə düzəldilməsi ilə bağlı heç bir söhbət etməmişdir. Sadəcə olaraq tikintidə olan işlərlə bağlı söhbət etmişdi. Bundan sonra Pərvinin işinin düzəldilməsi üçün ondan əlavə olaraq 500 manat pul verilməsini onlara demişdi. Laçın qardaşı oğlu Pərvinin FHN-də işə düzəldilməsi üçün veriləcək qalan pulu rayondan «göndəriləcəyini dediyi üçün tanıdığı Şahid1 olan hesab kartının nömrəsini vermiş və pulu həmin karta göndərilməsini demişdi. Ona görə də rayondan həmin 500 manat pul Tofıqin adına olan karta göndərilmişdir, həmin pulu terminaldan çıxardıb öz şəxsi işləri üçün xərcləmişdi. Belə ki, həmin 500 manat pulu alandan sonra Laçının qardaşı oğlu Pərvinin işinin 10-15 gün içində həll olunacağına söz vermişdi. Bundan sonra söz verdiyi müddət başa çatdığı üçün Laçın onunla görüşmək istədiyini dedikdə müxtəlif bəhanələr gətirərək Laçınla görüşməmişdi. Həmçinin onun da bildirmişdir ki, Laçının qardaşı oğlu X6 Nazirliyində işə düzəldəcəyi söz verib onlardan aldığı cəmi 4000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs3 epizodu üzrə bildirmişdir ki, Ülviyyənin evinin tikintisi zamam orada usta və fəhlə kimi işləmək üçün Laçını mən oraya dəvət etmişdi. Həmin evin inşası zamanı onunla aralarında olan söhbət zamanı Laçının qardaşı oğlunun işləmədiyini bilib onun işə düzəldilməsində köməklik edə biləcəyini demişdi. Bu barədə olan söhbət zamanı Laçın qardaşı oğlu Pərvinin haraya işə düzəldə biləcəyini dedikdə onu Fövqəladə Hallar Nazirliyində işə düzəldə biləcəyini demişdi, belə ki, orada tanışları olduğunu və onların köməkliyi ilə bu işi həll edə biləcəyini dedmişdi. Belə oldu ki, Laçınla aralarında olan bu söhbətdən sonra yenə zəngləşib görüşən zaman Laçın onun qardaşı oğlunun işə düzəldilməsi ilə bağlı söhbəti açdıqda verdiyi sözə əməl edəcəyini bildirmişdi. Aralarında olan söhbət zamam belə bir işlə məşqul olmağı ilə bağlı Laçına verdiyi sözə görə deyib onu inandırmışdı. Bu söhbət zamanı Laçının qardaşı oğlu X6 Nazirliyində işə düzəltməyi ilə bağlı ilk olaraq 5000 manata edə biləcəyini dedikdə Laçın onların o qədər pulları olmayacağını bildirdikdə bu işin 4000 manata edəcəyini demişdi. Bundan sonra 2021-ci ilin sentyabr ayında Laçınla zəngləşib Nərimanov rayonunda görüşərək həmin zaman idarə etdiyi avtomobildə 3500 manat pulu Laçına vermişdi. Bundan sonra qalan 500 manat pulu da 16 noyabr 2021-ci ildə Fövqəladə Hallar nazirliyinin yanında görüşərək Pərvinin burada işə düzəldiləcəyinə söz verib onu inandırmışdı. Ona görə də qalan 500 manat pulu tanıdığı Şahid1 ona olan hesab kartının nömrəsini verdiyi üçün həmin karta göndərilmişdir. Göndərilmiş həmin 500 manat pulu alandan sonra Laçının qardaşı oğlu Pərvinin işinin 10-15 gün içində həll olunacağına söz vermişdi. Bundan sonra söz verdiyi müddət başa çatdığı üçün Laçın bu işin gecikdiyini görüb onunla görüşmək istədiyini dedikdə müxtəlif bəhanələr gətirərək Laçınla görüşməmişdi. Həmçinin onun da bildirmişdir ki, Laçının qardaşı oğlu X6 Nazirliyində işə düzəldəcəyinə söz verib onlardan aldığı cəmi 4000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdi. Həmçinin bildirmişdir ki, vaxt verilərsə dəymiş ziyanı ödəyəcəkdir. Bundan əlavə təmir tikinti işləri ilə məşqul olduğu üçün özünün adına olan bununla bağlı səhifəni və gördüyü işlərin reklamını sosial şəbəkəyə qoymuşdu. Aybəniz xanımda sosial şəbəkə vasitəsi ilə tanımışdır. Belə ki, Aybənizi evinin təmiri ilə bağlı olan məsələnin mahiyyəti üzrə bildirmişdir ki, əvvəllər ev təmiri və dizaynı ilə bağlı şirkəti olmuşdur. Ona görədə əvvəllər həmin şirkəti sosial şəbəkədə status kimi qoyaraq lazım olan sifarişçilərin bundan məlumatı olması bildirilirdi. Lakin bir neçə müddətdir ki, həmin şirkətin fəaliyyətini dayandırdımışdır. Amma buna baxmayaraq sosial şəbəkədə göstərdiyi işlərlə bağlı olan elanda yenə də belə bir işlərlə məşqul olmağı haqqında internetdə saiti olmuşdur. Yəni Aybənizin evinin təmiri ilə bağlı da o, Aybənizlə sosial şəbəkədən tanımış olmuşdur. 2021-ci ilin dekabr ayında Aybənizlə mobil telefonda danışan zaman Aybənizin Binəqədi rayonundan ev aldığını və həmin evin dizayn və təmiri ilə bağlı fikrini demişdir. Mobil telefonda dannışdıqdan sonra birlikdə görüşmək və aramızda olan həmin təmir və dizayn işləri ilə bağlı söhbəti baş tutarsa evə baxmaq istədiyini Aybənizə demişdi. Belə oldu ki, mən Aybənizlə həmin evin yaxınlığında onun qohumu Toğrulun iştirakı ilə görüşmüş, qeyd etdiyi evin təmiri və müəyyən dizaynı ilə bağlı öz aramızda danışaraq evə baxmağa getmişdi. Onlarla birlikdə evə baxanda orada olan müəyyən görüləsi işlərlə bağlı ölçüləri özü ilə gətirdiyi metrə ilə götürüb gətirdiyi dəftərində qeyd etmişdi. Aralarında əvvəldən belə bir razılığa gəlmişdi ki, Aybənizin evinin onun sifarişi əsasında dizayn və əmiri ilə bağlı görəcəyi işlərin cəmini zəhmət haqqı kimi 8000 manat olcağmı bildirmişdi, Aybənizdə bununla razılaşmışdı və bundan sonra həmin evin açarını Aybənizdən almışdı. Aybəniz istifadəsində olan ***-***-**-** nömrəsini demişdir, istifadəsində olan öz mobil telefon nömrələrini, yəni ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələrini ona vermişdi. Aybəniz həmin işlərin tez bir zamanda başa çatdırılmasını demiş və buna görə də də Aybənizlə razılaşmışdı. Belə oldu ki, bundan bir neçə gün sonra, yəni 01 yanvar 2022-ci ildə Aybənizlə Xətai rayonu Əhmədli qəsəbəsində Telnov küçəsində görüşərək ondan evin işi ilə bağlı 1500 manat pulu almışdı ki, evin işinə başlasın. Həmin pulu alan zaman orada ikisindən başqa heç kim olmamışdır. Bundan bir neçə gün də sonra yenədə Aybənizlə mobil telefonda danışaraq ondan yenə də pul lazım olduğunu demişdi. Belə oldu ki, 05 yanvar 2022-ci ildə Binəqədi rayonunda Aybənizlə görüşərək 1950 manat pulu ondan ondan almışdı. Həmin zaman da orada ikisindən başqa heç kim olmamışdır. Bundan sonra Aybənizlə mobil telefon vasitəsi ilə danışıqlar aparırdı. Həmin ərəfədə bir neçə işləri olduğundan və başıq qarışıq olduğundan Aybənizin işini görə bilməmişdi. Ona görə də Aybənizlə mobil telefonda danışan zaman ona müxtəlif bəhanələr gətirərək onun işini yubadırmışdı. Belə oldu ki, mən Aybənizin evinin təmiri ilə bağlı ondan aldığı pulu öz şəxsi işləri üçün xərclədiyindən onun evinin təmir və dizayn işlərini edə bilməmişdi. Bunun üçün də Aybəniz bir neçə dəfə zəng etdikdə onun suallarına cavab verə bilmədiyindən məcbur olub mobil telefonu söndürmüşdür. Ümumilikdə Aybəniz xanıma 3450 manat verəcəyi var. Bundan əlavə təxminən 2022-ci fevral ayında “FACEBOOK” internet portalı vasitəsilə vətəndaş Zərərçəkmiş şəxs2 ilə tanış olub, Ülviyyə, onun portalda olan təmir tikinti işləri ilə maraqlanmağa başlayıb, onlar tanış olan zaman Ülviyyə ona bildirib ki, Bakı şəhəri Səbail rayonu, 3-cü massiv, 51-ci döngə ünvanında anasından qalan torpaq sahəsi var. Həmin müddətdə o həqiqətən də təmir və tikinti işlərinə baş vurubmuş. 2 nəfər ustadan ibarət olan öz briqadası var imiş. Ülviyyə ona deyib ki, təmir işlərinə dair məsələlərdən başı çıxmır və onun köməkliyi lazımdır. O, razılaşmış və həmin torpaq sahəsində başlayacaq təmir tikinti işləri ilə bağlı çoxlu sayda materiallar lazım olmuşdur. Yaxın tanışlarının materialları ucuz qiymətə satan obyektlərində lazimi əşyaları tapa biləcəyinə dair fikrini- Ülviyyəyə deyəndən sonra Ülviyyə razılaşıb. Onlar bir neçə gün ərzində tikinti mağazalarından ümumi dəyəri 20 000 manata yaxın tikinti materiallarını almışlar. Həmin materiallar ilə onun briqadası işə başlayıb. İş gedən zaman onun bəzi ailə-məişət problemləri ortaya çıxıb. Bu səbəbdən o bir neçə gün ərzində torpaq sahəsində gedən işlərdən bixəbər olub. Nəhayət həmin torpaq sahəsinə gedəndə aşkar etmiş ki, onun Ülviyyə ilə aldığı materiallar qurtarmaq ərəfəsindədir. O, bu barədə Ülviyyəyə demiş və bildirmiş ki, 3-4 min arası pul lazım olacaq. Ülviyyə onunla razılaşıb. Həmin pulları o, hissə-hissə iki dəfəyə ona verib. Birinci dəfə xx.xx.2022-ci il tarixdə çalışdığı gözəllik salonunda 1800 manat, ikinci dəfə isə 07 mart 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, 3-cü massiv, 51-ci döngədə yerləşən Ülviyyənin torpaq sahəsində əlbəəl ona vermişdir. Həmin vaxtı ustaları və onun ailə üzvləri COVİD-19 xəstəliyinə yoluxmuşlar. Bu səbəbdən işlər dayanıb. O, bunu Ülviyyəyə başa salmış, daha sonra isə Ülviyyə tərəfindən tikinti materiallarının alınması üçün ona verdiyi 4 000 manat pulu öz şəxsi ehtiyaclarına sərf edəcəyini, narahat olmamasını, aldığı pulları qaytaracağını bildirmişdir, lakin Ülviyyə onu dələduzluqda ittiham etmişdir. Bu hadisədən sonra o, Ülviyyə ilə olan bütün əlaqələri kəsmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlini qismən etiraf etdiyini və peşman olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etdiyini və onların şikayətçi olmamalarını, digər zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs2 vurduğu ziyanı azadlığa buraxılacağı təqdirdə ödəyəcəyini, Zərərçəkmiş şəxs4 epizotu ilə bağlı isə ona verilmiş ittihamı və mülki iddianı qəbul etmədiyini, şəkər xəstəsi olmasını bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2020-ci ilin avqust ayında Azərbaycan Respublikasında sutlə yayılan “COVİD- 19” pandemiyası ilə əlaqədar yaradılmış modul tipli xəstəxanalarından birinə, daha dəqiq isə Zığ qəsəbəsində yerləşən, xəstələrə baxıçı vəzifəsinə işə düzəlmişdi. 17 avqust 2021-ci il tarixdə mən “FACEBOOK” sosial şəbəkəsi vasitəsilə vətəndaş Təqsirləndirilən şəxs ilə tanış olmuş, tanışlığı Ramil tərəfindən göndərilən şeir parçası ilə başlanmışdı. Həmin şeirin göndərilməsinin səbəbini soruşduqda, o bildirmişdi ki, sadəcə olaraq tanış olmaq istəyir. Beləliklə tanışlıq münasibətləri yaranmışdır. Telefonda söhbət edən zaman Ramil işləmədiyini bilib onun tanışları olduğunu deyərək belə bir işlə bağlı köməklik edə biləcəyini demişdir. Ramilin bu söhbəti maraqlı gəldiyi üçün Ramili sorğu-suala tutmuşmuş, Ramil bildirmişdi ki, guya artıq bir neçə adamı "xxxx" şirkətində ayrı-ayrı vəzifələrə düzəltmişdir və lazım olsa də bir bir normal maaşlı iş yeri tapa bilər. Həmin vəzifə - "xxxx" şirkətinin Nəqliyyat İdarəsində qarajın operatorudur. Ramil (***-***-**-**) mobil nömrəsini verdi və ardınca şəxsi “FACEBOOK” səhifəsini atmışdır. Ramil yazdı ki, o “R DesiCon” dizayner təlimtəmir şirkətinin müdiridir. Həmin səhifə ilə tanış olandan sonra Ramilə öz razılığını vermişdi. Yuxarıda göstərilən nömrə ilə “Whatsup” mobil tətbiqi vasitəsilə yazışmaya başlamışdı. Ramil bildirmişdi ki, şəxsiyyət vəsiqəsi və diplom lazımdır ki, "xxxx" şirkətinin kadr şöbəsinə təqdim edilməlidir və üstümdə 500 (beş yüz) manat “hörmət” etmək lazımdır. Bununla razılaşmış və 22 avqust 2021-ci il tarixdə təxminən saat 14:00-da lazimi sənədləri və tələb etdiyi pulları Bakı şəhəri, Xətai rayonu, “X11” metrosunun yaxınlığında Ramilnən görüşdü. Sənədlərini və üzərində gətirdiyi 500 (beş yüz) manat məbləğində pul vəsaitini əlbəəl götürəndən sonra bildirmişdi ki, sabah yəni 23 avqust 2021-ci il tarixdə şəxsiyyət vəsiqəni və diplomun əslini "xxxx" şirkətinin kadrlar şöbəsində lazım olan adamına təqdim edəcəkdir. Sual vermişdi ki, bəs başqa sənədlər lazım olacaqmı? Ramil demişdi ki, bəli onların siyahısını Vvhatsapla atacaq və maksimum 27 avqust 2021-ci il tarixinədək həmin siyahıda olan sənədləri yenə də ondan görüşən zaman təqdim etməlidir. Həmin siyahıda olan sənədlər: 06 ədəd 3x4 şəkillər, yaşayış yerindən arayış, məhkumluq haqqında arayış, narkoloji dispanserdən arayış, sağlamlıq haqqmda arayış, “COVİD” pasportu. Yuxarıda qeyd edilən sənədlərin alınmasında Ramil köməklik etmişdi. Bütün bu proseslər 01 (bir) gün çəkdi. Ramil dediki, indi əsas məsələyə gəldik və 2000 (iki min) manata məbləğində pul hazırlamalıdır ki, o həmin pulları "xxxx" şirkətində işləyən tanışına versin və onu işə götürsünlər. 23 avqust 2021-ci il tarixdə 19:00 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, “GƏNCƏ” adlı mərasim evinin yanında Ramilnən görüşmüş və yığdığı lazimi sənədlərlə bərabər "xxxx" şirkətində operator vəzifəsinə düzəldəcəyi vədinə inanaraq, ona 2000 (iki min) manat məbləğində pul vermişdi. Ramil bildirmişdi ki, guya 03(üç) iş həftəsi ərzində "xxxx" şirkətinin kadrlar şöbəsindən çağıracaqlar. Ramil söz verdiyi müddət keçdi, lakin heç kim əlaqə saxlamadı. Ramildən soruşdu ki, aldatmaq fikri varımı? Ramil isə bildirmişdi ki, guya aldatma ilə məşğul deyil, çünki əvvəllər polis orqanlarında işləyirmiş və rüşvət məsələsinə görə xaric edilmişdir, daha sonra dediyinə görə 8000 (səkkiz min) manat məbləğində pulu lazimi yerlərə verəndən sonra X8 çavuş vəzifəsinə bərpa edilmişdir. Ramildən soruşan zaman isə, o, bildirirdi ki, belə tipli işlərdə gecikmələrin olması normal bir haldır. Ramilin bu yalanları və bəhanələri 16 oktyabr 2021-ci ilə kimi davam etdi. 16 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Ramillə görüşən zaman dedi ki, "xxxx" şirkətinin kadrlar şöbəsi tərəfindən sənədlərini qaytarmaq istəyirlər. Sənədlərin qaytarılmasının səbəbini belə izah etdi ki, guya yaşı çoxdur və stajı yoxdur. Ramil dedi ki, problemi həll edib, belə ki, kadrlar şöbəsi yuxarıda sadalan “çatışmazlıqlara” göz yummaq üçün əlavə 1000 (bir min) manat pul istəyib və o həmin məbləği düzəldib. Sözündən elə çıxdı ki, ona borcludur. Ramil dedi ki, 1000 (bir min) manatı özüdə kimnənsə borca götürüb və həmin məbləği qısa müddət ərzində ona qaytarmalıdır. Razılaşdı, “Elnibank” bankından 1000 (bir min) manat məbləğində kredit götürəndən sonra, 16 oktyabr 2021 -ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsində yerləşən “AG ÇİÇƏYİM” adlı gül mağazasının yanında Ramilə bankdan kreditə götürdüyü 1000 (bir min) manat pulu əlbəəl vermişdir. Göstərilən məbləği Ramilə verən zaman pul qabını açıqa vəziyyətdə saxlamışdı. Pul qabına nəzər yetirən Ramil, orada adına olan “Kapitalbank” debet tipli plastik bank kartını görmüşdür. Ramil pul aldıqdan sonra dedi ki, ola bilsin onun işi ilə bağlı əlavə xərclər olacaqdır. Buna görə də, kartı müvəqqəti götürərək, həmin gözlənilməz xərcləri ödəsin ki, nəhayət ki, 100 faiz işə götürsünlər. Ramilə bildirdi ki, üzərində olan plastik bank kartı hələ ki bank tərəfindən aktivləşdirilməyib. Ramil bildirdi ki, problem yoxdur və əvvəlcədən razılaşaraq müəyyən bir gün görüşərik və banka gedib bu problem həll edər. 26 noyabr 2022ci il tarixdə mən və Ramil “Kapital Bank”ın Nərimanov filialına getdi, həmin filialda bizə bildirdilər ki, üzərində olan kartı aktivləşdirmək mümkün deyil, lakin başqa bir plastik kart verilərək balansda olan 1100 (min yüz) manat vəsaiti oraya köçürdəcəklər. Buna razılığımı verdikdən sonra, bank əməkdaşları öz adma rəsmləşdirilmiş “Kapital Bank”ın 4169 7332 2655 2052 nömrəli yeni plastik bank kartını təhvil verdilər. Ramillə əvvəlcədən razılaşdığı kimi, həmin kartı elə həmin filialın əsas girişinin yanında Ramilə Verdi. Ramilə olan inamın yoxa çıxandan sonra, pullarının qaytarılmasını tələb etməyə başladı. Ramili xx.xx.2021-ci il tarixdə "xxxx" şirkətinin kadrlar şöbəsində işləyən və əvvəllər tanımadığı Habil dlı şəxslə görüşdürtdü. Ramil bildirdi ki, gəl bu gün gec olduğu üçün ofisə getməyək. Ramillə Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metro stansiyasının yaxınlığında düşürtdü. Yeni il keçdi və yenədə işsiz qalmağa davam etdi. Ramilə qarşı olan tələblərini artırdı və Ramilin dələduzluq etməsi ilə bağlı polisə müraciət edəcəyinə dair xəbərdarlıqları etmişdi . Ramil 08 yanvar 2022-ci il tarixdə öz deməsinə görə əvvəllər tanımadığı Zakir adlı şəxsin dediyinə görə Vvhatsapp mobil tətbiqi vasitəsilə "xxxx" şirkətinin Nəqliyyat İdarəsində işə qəbul olunmağını təsdiq edən saxta siyahını atmışdır. Siyahıda adı var idi. Siyahıya əsasən sənədləri 05 dekabr 2021-ci il tarixdə təsdiq edilib və xx.xx.2022-ci il tarixdən artıq işə başlayacaq. Yenədə bu yalana inanmışdı. xx.xx.2022-ci il tarixdə işə çağırılmamışdı. Təxminən xx.xx.2022-ci il tarixdən sonra Ramil zənglərimi götürməməyə başlayaraq, məni bütün sosial şəbəkələrdə də blok eləmişdir. Ramil tərəfindən edilən dələduzluq cinayəti faktı ilə bağlı Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət etmişdi. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs3 qardaşı oğludur, ailədə iki qardaşdılar, evin böyük evladıdır, qardaşının adı Samidir. Atasi Aris yaşadıqları rayonda Azərbaycan Avtomobil Yollarında yük maşını sürücüsüdür, anası isə evdar qadındır, heç bir yerdə işləmir. Qardaşı Samir atası ilə birlikdə həmin idarədə sürücü işləyir. 2016-2017-ci illərdə Ağstafa rayonunda müddətli hərbi xidmətdə olmuşdur, 2-ci Qarabağ müharibəsində isə özü künüllü olaraq müharibədə iştirak etmişdir. Ramili əmisi Laçının vasitəsi ilə tanımışdır. Belə ki, yaşadığı rayonda işləmədiyi üçün 2021-ci ilin avqust-sentyabr aylarında Bakı şəhərinə gəlib Ramilin tanışı olan, öz deməsinə görə əvvəllər prokurorluqda işləyən Azərin evinin təmiri zamanı tanımışdır. Belə ki, əmisi Laçınla birlikdə Azərin evinin oboyun dəyişmiş və hamamda kafel vurmuşlar. Həmin ərəfədə Ramil işləmədiyini bilirmişdi. Aralarında olan söhbət zaman Ramil iş yeri tapacağını demişdir. Belə ki, Ramil FHN-də yanğın söndürən kimi işə düzəltməyə köməklik edəcəkdir, Ramilin deməsinə görə onun FHN-də tanışının işləməsini demişdir, həmçinin onu da bildirmişdir ki, sonradan iş yerini Nərmanov rayonuna keçirəcəkdir. Lakin Ramil bu işin qiymərini deməmişdir, belə ki, buna görə Laçın ona pul verməli idi. Aralarında olan bu söhbətdən sonra əmisi Laçınla Azərin evinin təmirini başa çatdıqdan sonra yaşadığı rayona getmişdi. Rayona gedəndən sonra Laçın zəng edərək FFTN-də işə düzəlməyi ilə bağlı olaraq lazım olan sənədləri, yəni 3X4 ölçülü şəkil, məhkumluq haqqənda arayış, sağlamlığ haqqlnad arayış, yaşayış yeri haqqında arayış, hərbi bilet və şəxsiyyət vəsiqəsi istəmişdi. Bunları rayonda özü hazırladıqdan bir neçə gün sonra Bakı şəhərinə gəlib Ramilin idarə etdiyi Kia markalı ağ rəngli avtomobillə Maştağa qəsəbəsində olan narkoloji dispanserdən də arayışı alıb Ramilə vermişdi. Həmin sənədlərin hamısını Maştağada olan narkoloji dispanserin yanında Ramilə vermiş, öz maşını ilə gətirib Nərimanovda düşürüb getmişdi. Nərmanov metrosu ilə gəlib 20 Yanvar dairəsindən yol maşını ilə yaşadığı rayona getmişdi. Həmin günün səhəri yaşadığı rayonda olan zaman əmisi Laçın işinin düzəldilməsi üçün pul lazım olduğunu deyib, hələlik 3500 manat istəmişdi. 2-ci Qarabağ müharibəsi iştirakçısı olduğu üçün oradan verilmiş 1000 manat pulu, müharibədə olduğ müddətdə əvvəlki iş yerindən 1000 manat əmək haqqı verilmiş pulu və qalanın da borc alaraq yaşadığı evin yanında Laçına vermişdi, əmisi Laçın da həmin pulu Bakı şəhərinə gətirib 15 sentyabr 2022ci ildə Nərimanov rayonunda Ramilin maşınında, Azərin yanında sayaraq Ramilə vermişdir. Ramillə aralarında olan danışıq zamanı Ramil FHN-də yanğın söndürən kimi 2-3 ay müddətində bu işin həll olunacağını demişdir. Ramil işin üzəldilməsi ilə bağlı olaraq Laçına dediyi kimi Laçın da yamnda və ya ayrılıqda Ramilə zəng edərək işinin düzəlməsi ilə bağlı maraqlandıqda Ramil yaxın vaxtlarda bu işin həll olunacağını demişdir. Ramil Laçına zəng edərək işinin düzəlməsi məsələsi ilə bağlı Bakı şəhərinə gəlməyi demişdir. Ona görə də 16 noyabr 2022-ci ildə səhər tezdən Bakı şəhərinə gəlib Ramillə görüşmüş, Ramillə birlikdə gedirik FHN-nə tərəf getmiş, orada işlə bağlı olaraq sonradan adının Tofiq olduğunu bildiyi şəxslə görüşəcəkdir. Belə oldu ki, Ramil idarə etdiyi ağ rəngli həmin Kia markalı avromobillə Nərimanov rayonu Yanğından mühafizə xidməti idarəsinin yanından götürüb FHN-nin qarşısına gəlmişdi. Hər üçü maşında FHN-nə gələn zaman yolda Tofiq işinin FHN-də düzələcəyinin həll olunacağını deyib tələsməməyi bildirmişdir. FHN-nn qarşsında Tofıqi düşürdükdən sonra həmin binanın yaxınlığında maşını orada saxlamışdı. Bundan 5-10 dəqiqə sonra Tofiq gəlmiş və bu işin 10-15 günə həll olunacağını demişdi. Bundan sonra Ramil Tofıqlə birlikdə Sahil metrosunun qarşısına aparmışdılar, orada maşından düşün metro ilə 20 yanvara gedib oradan yol maşınlarının bir ilə işlədiyi Daşkəsən rayonuna getmişdi. Həmin günü səhərisi əmisi Laçın 500 manat pulu işin tez bir zamanda həll olunmasına görə istədiyinə görə rayonda yaşayan qardaşı Samirə dediyi üçün Samir də həmin gün, yəni 17 noyabr 2021-ci ildə rayonda olan Millön vasitəsi ilə Tofıuq Həsənovun adma olan hesab kartına 500 manat pulu göndərmişdir. Samiri həmin pulu Ramil Laçına dediyi üçün göndərilmişdir. Ramil tərəfindən FHN-də işə düzəlməyi ilə bağlı olanları atasına dediyi üçün onunda bundan xəbəri olmuşdur. Lakin işə düzəlməsi üçün verilmiş pullları özü tək tapmışdır. Həmin gündən sonra yenədə işi ilə bağlı olaraq Ramilə zəng edib danışdıqda Ramil bu işin həll olunacağını demişdir. Bundan bir ay sonra əmisi Laçın Ramilə zəng etdikdə Bakı şəhərinə gəlməyini və işinin həll olunduğu üçün təlimə gedəcəyini demişdir. Bakı şəhərinə gəlib Ramillə Gənclik molun qarşısında görüşmüş, Ramildən işinin nə vaxt həll olunacağım soruşduqda Ramil bu işin yaxın zamanlarda həll olunacağıma demişdir. Bundan sonra Ramillə şəhərdə bir az hərləmiş, bundan sonra Ramilin işə düzəltməsi ilə bağlı aldadıldığım bilmişdi. Ondan sonra bu barədə əmisi polisə şikayət ərizəsi yazmışdır. Zərərçəkmiş şəxs5 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 29 iyul 2022-ci ili tarixdə AR DİN-nin 102 xidmətinə və Sabirabad RPŞ-nə etdiyim müraciətlə bağlı aşağıdakıları qeyd edirəm ki, fərdi evlərdə tikinti sahəsində usta işləyir. Təqsirləndirilən şəxs da 2020-ci ildən iş icraçısı kimi tanıyır. Onun sifariş əsasında danışdığı işlərdə çalışırdı. 2021 -ci ildə qardaşı oğlu Pərvinlə Bakı şəhəri Nərimanov rayonu ərazisində Azər adlı şəxsin evində təmir işində fəhlə işləmişdir. Ramin Azərin dostu olduğu üçün oraya gəlib gedirdi, Ramil Pərvinin işsiz olduğunu bilib Fövqəladə Hallar Nazirliyində işə düzəldə biləcəyini deyib bunun qarşıslığında 5000 manat pul istəmişdi. Ona Pərvinin işə düzələcəyi təqdirdə həmin pulu verəcəyini demişdi. 2021 -ci ilin sentybar ayında Ramin inandırdı ki, Fövqəladə Hallar Nazirliyində çalışan Şahid1 vasitəsilə Pərvini işə düzəldəcək. Buna gorə 3500 manat pulu istədi. Bu barədə qardaşı Arisə məlumat verdi və 3500 manat pul tapıb ona vermişdir. Həmin pulu Azərin şahidliyi ilə Nərimanov rayonunda görüşüb Ramilin Kia markalı avtomobilində əyləşib vermişdi. Bundan sonra Ramil bildirdiyi bütün sənədləri Pərvin toplamağa başlamışdı. Lakin onu heç bir rəsmi dövlət qurumu çağırıb müraciətilə bağlı qəbul etmirdi. Bütün işləri Ramin öz öhdəliyinə götürdüyünü demişdi. 16 noyabr 2021-ci il tarixdə Ramin pərvini FHN-nin inzibati binasının qarşısına çağırıb apardı. Orada onu Şahid1la görüşdürmüş. İşlərim olduğu üçün oraya gedə bilməmişdi. Tofiq aldığı pulun az olmasına baxmayaraq onu işə düzəldəcəyinə söz vermişdi. Pərvin Raminlə binanın qarşısnda gözləyib. Tofiq nazirliyin binasına daxil olub 10 dəqiqə sonra qayıdıb Pərvinin işini 10-15 gün ərzində həll olunacağım demişdir. Bu hadisədən sonra Ramin zəng vurub əlavə 500 manatda istədi. Qardaşı oğlu Samir Sabirabad rayon mərkəzində yerləşən Ümüd marketə quraşdurlmış Milli Ön aparatı vasitəsilə Şahid1 oğlnun adına olan Kapital banka məxsus bankkatına 500 manatı göndərmiş. Ramin pulu çatdığını demişdi. Deyilən müddət keçdikdən sonra Raminə zəng vuurb işin nə yerdə olmasını soruşdu, Ramin artıq Pərvinin işə düzəldiyini deyib bir gün sonra Bakı şəhərinə gəlməyini istəmişdi. Pərvin onunla bir gün sonra Bakı şəhərində gedib görüşdü. Ramin ona müxtəlif bəhanlər gətirib şəhər ərazisində gəzdirirmiş. Ramin ona konkret söz deməyib yola salmışdır. Bu hadisədən bir gün bonra Ramin yenə zəng vurub əlavə 2000 manat pul istəmişdi. Bundan sonra Raminlə 2022-ci ilin mart ayında Ülviyyənin Bakı şəhərində işlədikləri Badamdar qəsəbəsində olan evinin yanında 2000 manat pulu Ramilə vermşdir. Lakin müddət keçdikcə Raminin dələduzluq edib qardaşı oğlunu işə düzəltmək adı ilə pulu ələ keçirməsini nüəyyən etmişdi. Dəfələrlə Raminə verilən pulu geri istədikdə aldadıb pulu qaytarmamaq üçün telefona cavab verməmişdir. Ona görə də bu barədə polis orqanına müraciət etmişdir. Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, 2021-ci ilin dekabr ayında Binəqədi rayonu Binəqədi qəsəbəsində 2-ci mədən deyilən yerdə Daş bazarının yanında yeni ev almışdı, həmin mənzilin içərisində mebel yığdırmaq və orada dizaner işləri gördürmək istəmişdir. Belə ki, mənzilə mətbəx mebeli, yataq dəst mebeli və qonaq otağı və dəhlizdə mebel işləri gördürmək istəyirdi. Bunun üçün də hamı kimi istifadəsində olan ***-***-**-** nömrəli telefonu ilə “Facebook” sosial bəbəkəsinə daxil olub elə bir işləri görən, yəni belə bir işlərlə məşqul olan şəxs axtarmışdır. Belə oldu ki, istifadəsində olan mobil telefonla bir neçə dəfəyə sosial şəbəkədə olanlarla maraqlanmışdır, onları tanımasada lakin aramızda olan danışıqlar maddi maraqlarına uyğun olmadığından razılaşa bilməmişdir. Belə oldu ki, bir nəfər «Təqsirləndirilən şəxs” adlı şəxsin ev təmiri və tikinti işləri ilə bağlı işlər görməsi barədə elanla tanış olmuş. Həmin saitdə baxdıqda Ramilin tanımadığı şəxslərin mənzillərində işlər gördüyünü bilmişdi. Telefon vasitəsi ilə maraqlamdırqda Ramilin mənzillərdə gördüyü işləri bəyənmişdi və onun həmin saitdə olan ***- ***-**-** nömrəsi ilə danışmış və evin dizayn işi ilə bağlı olan fikirlərini ona demişdi. Ramil mebel şirkəti olmasını və lazım olan sifarişlərlə bağlı mebel yığıdıqlarmı bildirmişdi. Bundan sonra Ramillər vədələşmiş, bacısı oğlu Toğrulla birlikdə aldığı həmin evə getdik, Ramil də həmin evə gəlmişdi və orada görüşərək evdə olan işlərlə bağlı ölçüləri götürüb evin dizaynın vermişdi. Bundan sonra aralarında olan söhbət zamanı evin açarını istəmişdi ki, Ramil ustalarını gətirib evdə lazım olan işlərlə məşqul olacaqdır. Bununla bağlı razılaşmaya görə Ramil ona göstərdiyi evdə olan dizayner işləri ilə bərabər mebellərində yığılmasında gördüyü işlərə görə cəmi 8000 manat pul istəmişdi. Ramillə bu barədə razılaşmişdı. Belə oldu ki, ilk dəfə evin təmiri işləri ilə bağlı olaraq 01 yanvar 2022- ci ildə Xətai rayonunda Əhmədli qəsəbəsi Telnov küçəsində yerləşən Şaiq MTK-nin binasında olan evində 1500 manat pulu Ramillə görüşərək sayıb ilkin olaraq ona vermişdi. Ramil həmin pulları almaqda məqsədi evin işlərini görmək üçün material almaqdan ötrü olmuşdur. 1500 manat pulu Ramilə verdikdən sonda onunla evin təmir işləri ilə bağlı maraqlandıqda Ramil bacısının qaraciyər xəstəsi olduğunu deyərək Mərkəzi Kliniki xəstəxanada yatdığını və qızı Gilənurun da ona donur kimi qan verdiyini söyləmişdi. Evimin təmir işlərinin tez bir zamanda icra olunmasını istəyirdi. Ona görə də Ramillə telefon əlaqəsi saxlayırdı. Belə oldu ki, Ramilə 1500 manat pulu verdikdən 5 gün sonra Ramil zəng edərək yenə də evin təmiri ilə bağlı lazım olan əşyaların alınmasınmdan ötrü pul istəmişdi. İkinci dəfə 05 yanvar 2022-ci ildə bacısının Binəqədi rayonunda S.S.Axundov küçəsi 3 saylı evinin həyətində Ramilnən görüşüb 1950 manat pulu sayaraq Ramilə vermişdi. İlk vaxtlardan Ramillə aralarında olan danışıq zamanı evin təmirini tez bir zamanda başa çatmasını demişdi. Ona görə də Ramillə aramda olan razılaşmaya əsasın Ramil evin təmirini bir həftə müddətində başa çatdıracağına vəd vermişdir. Belə oldu ki, ikinci dəfə də pulu Ramilə verdikdən sonra onunla mobil telefon vasitəsi ilə əlaqə saxladıqda o, adını demədiyi və xəstəxanada olan həmin bacısının öldüyünü bildirmişdir. Həmin zaman Ramillə aramda olan danışıq zamanı o, ölən bacısının yeddi mərasimin yola verdikdən sonra bu işlərlə məşqul olacağını demişdi. Ramilin dediyi müddəti gözlədikdən sonra onun verdiyi ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələrinə zəng etmiş, lakin Ramil zənglərə cavab verməmişdi. Bundan sonra məcbur olub bu barədə Binəqədi rayon polis idarəsinə bu barədə şikayət ərizəsi yazıb vermişdi. Ramillə aralarında aldığı evin dizayner və təmir işləri ilə bağlı olaraq mobil telefonda olan danışıqları və səs yazısını çıxardaraq təqdim etmişdir. Ramil evdə heç bir dizan və təmir tikinti işləri aparmamışdır. Belə ki, Ramilin evidə usta işlətməsini belə görməmişdi. Sonradan Ramil barədə maraqlandıqda bilmişdi ki, Ramil əlavə bir neçə nəfər şəxsi də eyni yolla və işə düzəlməyə köməklik edəcəyi adı ilə aldadaraq müxtəlif məbləğlərdə pullarını dələduzluq yolu ilə ələ keçiribdir. Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu və ona vurulmuş ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, 3-4 ildir ki tanıdığı və dayəliklə məşğul olan X7 ilə ev almağında bağlı söhbət etdikdə Mayaya münasib ev tapmadığı demişdi. Aralarında olan söhbətə yanlarında olan Mayanın tanışı Təqsirləndirilən şəxs müdaxilə etdi və bildirdi ki, o, bir MTK-da tikinti işi görüb və görülən işin qarşılığında MTK ona bir mənzil verib, həmin mənzili satır. Birlikdə Ramilin satdığı mənzilə baxdı. Lakin həmin bina yola yaxın yerləşdiyi üçün bundan imtina etdi, lakin Ramil başqa təklif edərək bildirdi ki, o, Bakı-Sumqayıt şossesində yerləşən "xxxx" MTK- da usta kimi işləyir və həmin MTK-da ev alıb verə bilər, bundan sonra birlikdə Ramilin idarə etdiyi avtomobillə həmin binaya getdi və orada 1ci girişdə və 10-cu mərtəbədə göstərilən 59 saylı 1 otaqlı 65 kvadratmetr sahəsi olan mənzili bəyəndi. 13 aprel 2021-ci il tarixdə MTK-nm rəhbərliyi ilə razılaşdı və ilkin ödəniş kimi MTKya müvafiq sənədlərlə 15000 manat pul ödəyərək maliyyə arayışı almışdı. Sonradan ödəmə cədvəlinə uyğun olaraq 36 ay müddətində hər ay 1070 manat olmaqla MTK-ya pul ödəməli idi, həmin MTK-dan aldığı mənzil tam olaraq təmirsiz təhvil verilmişdi və Ramillə razılaşdı ki, ona təmir edəcəkdir. Ona görə də Ramilə evinin təmir olunması ilə bağlı 2021-ci il tarixdə müxtəlif vaxtlarda hissə hissə pulları vermişdir, belə ki, ilkin olaraq 13 aprel də 5950 manat, 20 apreldə 3000 manat, 22 apreldə 300 manat, 29 apreldə 1000 manat, 05 mayda 1000 manat, 07 mayda 700 manat, 08 iyun 500 manat, 17 iyun 250 manat, 03 iyul 2000 manat, iyul 1200 manat, avqust ayında 1000 manat, sentyabrda 1300 manat, sentyabrda 1500 manat, sentyabrda 1000 manat, 03 iyulda 2000 manat, iyul ayında 600, 1000 və 1800 manat, sentyabr ayında 1000 manat, oktyabr ayında 700, oktyabr 700, noyabr ayında 600 manat və 05 dekabr 2021-ci ildə İzmir parkının yanında 900 manat pul vermişdi. Mənzili tam təmiri ilə bağlı 13 aprel 2021-ci il tarixdən 05 dekabr 2021-ci il tarixədək olan müddətdə Ramilə ümumilikdə hissə-hissə 30000 (otuz min) manat pul vermişdi. Sonuncu 900 manat pulu Ramilə Yasamal rayonu İzmir küçəsində vermişdi. Həmin pulun 5000 manatı isə MTK- nın Ramilə olan borcundan silmək üçün verilmişdi. Belə ki Ramil dedi ki, MTK- ya aylıq verəcəyi pulu ona versin ki, o, da həmin pulu MTK-ya işlər gördüyü üçün MTK tərəfindən borcundan sildirsin. Bu baxımdan 5000 manat pulu hissə-hissə 2021-ci ilin iyun ayından başlayaraq Ramilə vermişdi. Ramilə verdiyi bütün pulların hesabatını qeyd dəftərində aparmış və onları izahat yazan zaman polisdə təqdim etmişdi. Həmin əl yazmasında Ramilə nə vaxt və hansı məbləğdə pul verməyini yazmış ki, sonunda Ramillə aralarında olan hesabı itirməsin. Aralarında olan söhbət zamanı hətta Ramil demişdi ki, onun Şəmkirdə mebel istehsalı ilə məşğul olan tanışları var və həmin tamşı vasitəsi ilə mənzilinin mebellerini ona sifariş verdirəcəkdir, lakin sonradan Ramil mənzili təmir edib verə bilmədikdə bəhanələr gətirdi ki, guya bina təhvil verilmədiyi üçün ona təmirə icazə vermirlər, sonradan Ramil gördüyü işlərin fotoşəkillərini ataraq guya həmin işləri onun gördüyünə inandırdı. Bu baxımdan Ramilin təmirlə məşğul olduğu qənaətinə gəlmişdi və mənzilinə getməmişdi. Hətta Ramil deyirdi ki, kafel-metlaq vurub, hələ qurumadığı üçün mənzilə girmək olmaz. Ramil bu kimi yalançı sözlərlər danışmaqla və başqa evlərdə görülmüş fotoşəkillər atmaqla aldatmışdır. Ramil söz vermişdi ki guya mənzili 31 dekabr 2021-ci il tarixdə, sonradan 03 yanvar 2022 və 05 yanvar 2022-ci il tarixdə təhvil verəcəkdir, mənzilin qapısının bir açarı olmuşdur və həmin açarda Ramildə vermişdi. Ona görə də ki, mənzilin giriş qapısın MTK tərəfindən qoyulduğu üçün fikirləşmişdi ki, mənzilin qapısın təmir başa çatan ərəfədə dəyişdirib daha keyfiyyətli qapı qapı saldıracaqdır. Bu baxımdan mənzilə baxa bilmirdi. Hər dəfə Ramildən açarı istədikdə o, bəhanələr gətirib aldadırdı. 06 yanvar 2022-ci il tarixdə MTKnın işçisinin köməkliyi ilə mənzilimin qapısını açdırdı və içəri baxdıqda mənzilin 1 otaqlıdan iki otaqlıya düzəldilməsini, mənzildə arakəsmə olan divarların hörülməsi, suvaq və santexnik işlərinin aparılması, elektrik xəttlərinin çəkilməsini müşahidə etmişdi, lakin bundan başqa heç bir görülməmişdi. Belə desək Ramil həmin işlərin görülməsinə 5000-6000 manat pul xərcləmişdir. Bundan sonra polisə şikayət etmişdi. Ramillə vhatsapp proqramı üzərindən apardığı səs və mesaj mətnlərini istintaq orqanına təqdim etmişdi. Sonradan Ramil barədə maraqlandıqda bilmişdi ki, o, başqa adamlarada da evlərini təmir etmək və ya işə düzəltmək adı altında aldadaraq pullarını ələ keçirmişdir. Bundan sonra evinin sənədlərinin də surətlərini polisdə təqdim etmişdi. Ramil tərəfindən evinin təmiri ilə bağlı olareaq aralarında rəsmi müqavilə bağlanmamışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü massiv 51-ci döngədə anasından mülkiyyətinə keçirilən bir torpaq sahəsi vardı. Həmin sahəni bağ evinin tikilməsini nəzərində tutmuşdur. Təxminən 2022-ci fevral ayında “FACEBOOK” internet portalı vasitəsilə evlər tikilməsi və təmiri işlərini təşkil edərək aparan, özünü işgüzar bir şəxs kimi təqdim edən Təqsirləndirilən şəxs səhifəsi ilə maraqlanmışdı. Həmin səhifədə vət. Təqsirləndirilən şəxs məxsus olan telefon nömrəsi ilə əlaqə saxladı. Daha sonra biz görüşdü. Ramili yuxarıda göstərilən ünvanda olan torpaq sahəmə apardı. Bir sözlə Ramillə razılaşdıq ki, Ramil və iki nəfər ustası evi tikəcəklər. Ramil bildirdi ki, tikintiki başlamaqdan əvvəl çoxlusayda tikinti materialları almmahdır. Ramilə bildirdi ki, material satılan yerlərdə bir tanışı belə yoxdur ki, onlardan həmin materialları aşağı qiymətə ala bilsin. Ramilin bu sözünü eşidəndən sonra dedi ki, narahat olma ucuz qiymətə materialları almaq vəzifəsi mənlikdir. Bir neçə gün ərzində Ramillə birlikdə çoxsaylı tikinti və təmir materialları mağazaları və dükanlarda oldu. Ümumən 20.000 (iyirmi min) manata yaxın pulla tikinti ilə bağlı olaraq materialla aldı ki, təki tikinti işləri başlasın. Həmçinin Ramil bildirdi ki, öz haqqı və fəhlələrin iş pullarına dair narahat olmasın. İşlər qurtarana yaxın həmin pulları istəyəcəkdir. Evini Ramilə göstərdikdən 1-2 sonra tikinti işlərininin aparılması məqsədilə Ramil iki nəfər ustanı gətirdi və onlar yavaş-yavaş işləməyə başladılar. 10-15 gün ərzində tikinti işləri az-az da olsa gedirdi. Ramilə inancı yarandı və etibarı artdı. Təxminən mart ayının əvvəlində Ramil bildirdi ki, evin və sahənin təmir və tikilməsi üçün lazımı yenidən tikinti materialları alınmalıdır. Ramil dediki, bu dəfə çox yox yalnız 4000 (dörd min) manat məbləğində pul vəsaiti bütün çatışmayan əşyaların alınması üçün yüz faiz bəs edəcəkdir. Ramilə inandığı üçün onun verdiyi vədin yalan olmasını fikirləşməmişdi. Yekunda Ramilə lazım olan pulları iki dəfəyə vermişdi. 1-ci dəfə xx.xx.2022-ci il tarixdə həkim-kosmetoloq kimi işlədiyi ünvan 10 ünvanında yerləşən «ARTESTETİKA” estetik gözəllik mərkəzinin içində Ramillə görüşən zaman ona əlbəəl formada 1800 (min səkkiz yüz) manat pulu; 2-ci dəfə isə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, 3-cü massiv, 51-ci döngə ünvanında tikinti işlərinin aparıldığı torpaq sahəmdə Ramilə əlbəəl formada fəhlərərin gözü qarşısında 2200 (iki min iki yüz) manat pulu vermişdir. Təxminən 2 gün sonra torpaq sahəsində aparılan tikinti işlərinə və Ramil tərəfindən alınmalı olan yeni tikinti materiallarına baxmaq üçün yuxarıda göstərilən ünvana gedən zaman aşkar etdi ki, nə Ramil var nə də ustalar. Tikinti materialları da alınmayıb. Təcili olaraq Ramillə əlaqə salxadı. Ramil dedi ki, guya hər iki fəhlə xəstəliblər və bir neçə günə işlərinə qayıdacaqlar. Alınası olan materiallarla bağlı sual verdi. Ramil dedi ki, işlərin və şəxsi problemlərin çoxluğu səbəbində materialları almağa vaxtı olmayıb. Ustalar qayıtmadılar və bir neçə gümdən sonra isə, Ramil telefonlarına cavab verməməyə başladı. Ramil ona olan etibarıından sui-istifadə edərək, 4000 (dörd min) manat pulu aldadaraq ələ keçiridyi üçün polis orqanlarına müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Ramillə bir neçə il bundan əvvəla ailə qurmuşdur. Əri Ramil tərəfindən Laçının qardaşı oğlunu FHN-də işə düzəldilməsi məsələsindən əvvəldən xəbəri olmamışdır. Laçın özü dediyi kimi o, iş yerinə gəlib bu barədə danışdıqda bundan xəbəri olmuşdur. Bu hadisəni biləndən sonra evdə olan zaman Ramilə deikdə o, özü bu işi həll edəcəyini demişdir. Ramilə necə həll edəcəyini dedikdə Ramil bacısının adma olan mülkü sataraq əldə etdiyi puldan ödəniş edəcəyini demişdir. Ona görə də Laçınla mobil telıefonda zəng edən zaman Ramilin dediklərini ona demişdir. Hətta Laçına bu barədə vatsapla SMS və səs yazıları da göndərmişdir. Bildirmişdir ki, bu işlərdən əvvəldən xəbərim olmamışdır. Ramillə ər-arvad münasibətində olduğu üçün özünə məxsus ağ rəngli minik avtomobilini idarə etmək üçün Ramilə də vermişdi. Ona görə də Ramillə bağlı işi olanlar elə bilirlər ki, Ramil ilə onların aralarında olan işlərdən xəbəri var. Lakin əslində Ramil belə bir sözləri ona deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs6 ərizəsi ilə tanış olmuş, Aybəniz doğma xalasıdır, ərizəsində də qeyd etdikləri tamamilə doğrudur. Belə ki, xalası Aybəniz 2021-ci ilin dekabr ayında Binəqədi rayon Binəqədi qəsəbəsi Daş bazarının yanından özünə fərdi yaşayış evi almışdır. Həmin mənzilin təmir və dizayn işi ilə bağlı mənzildə bir az işlər görülməli idi. Ona görə də bu işləri icra etmək üçün belə bir usta axtarırdı. Belə oldu ki, bir neçə usta ilə özü danışsada lakin razılaşmadığından söhbətləri baş tutmamışdır. Bir gün xalası belə bir ustanı mobil telefonda sosial şəbəkələrdən istifadə etməklə tapdığını, onun adının Ramil olmasını demişdi. Lakin Aybəniz ilk vaxtlarda həmin üsta Ramil ilə aralarında olan razılaşmanın müqabilində görüləcək işlərin dəyərini deməsədə konkret olaraq pulun miqdarını deməmiş, bunu sonradan eşidib bilmişdi ki, Ramil bu işləri icra etmək üçün xalası Aybənizdən 8000 manat pul istəmişdir. Aybəniz Ramilin istifadəsində olan mobil telefon nömrələrini də götürmüşdür ki, təmirlə bağlı olaraq danışıb əlaqə saxlaya bilsin. Usta Ramil həmin evə baxmaq üçün Aybənizlə evə getməyi demişdi. 2022-ci ilin dekabr ayında Aybənizlə birlikdə günortadan sonrakı vaxtda Ramili Aybənizin təmmir etdirmək istədiyi evinə aparmışdır. Həmin zaman Ramil usta tək olaraq gəlmişdir, əlində də ölçüləri götürmək üçun metrə və dəftərçəsi olmuşdur. Ramil evə girdikdən sonra Aybənizlə aralarında olan təmir və dizaynla bağlı danışıq əsasında özündə olan metrə ilə müəyyən yerlərdən ölçülər götürmüşdü, həmin ölçüləri əlində olan dəftərçəsində qeydlər etmişdi. Həmin zaman orada bin neçə saat olmuşlar. Ramil ölçüləri görürüb qurtardı, bu işləri qısa bir müddətdə başa çatdıracağını demişdir. Aybəniz evinin təmir olunması üçün evin açarının birini Ramilə vermişdir. Bu gündən sonra xalam Aybəniz evin təmir və dizayn işlərinin Ramil tərəfindən müxtəlif bəhanələrlə uzadılmasını deyirdi. Belə ki, Aybəniz deməsinə görə Ramil bacısının xəstəxanada olmasını, qızının ona qan verməsini və sonunda ölməsini deyərək müxtəlif yalanlarla vaxtı uzadırdı. Aybəniz evin təmiri ilə bağlı olaraq Ramilə öz deməsinə görə cəmi 3450 manat pul verməsini bilmişlər. Belə ki, ilk dəfə 01 yanvar 2022-ci ildə Xətai rayonunda olan Əhmədlidə Telnov küçəsində Said MTK-nın binasında, qalan 1950 manatı isə ünvan 11 ünvanında küçədə vermişdir. Həmin zaman onların yanında ikisindən başqa heç kim olmamışdır. Aybənizin evin təmiori ilə bağlı Ramilə verdiyi pullar özünə məxsus pullar olmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ifadəsində bildirmişdir ki, latın qrafikalı əlifba ilə oxumağı bacardığı üçün ifadənin müstəntiq tərəfindən latın qrafikalı əlifba yazılmasına etirazı yoxdur. Xaricdə yaşayan azərbaycanlıların təbliği ilə məşqular, yəni diaspora kimi işləyir. Bundan əlavə onu da qeyd etmişdir ki, oğlu Həsənov Namir 2-di Qarabağ müharibəsində iştirak etmişdir və həmin müharibədə yaralandığı üçün qazı olmuşdur. Təqsirləndirilən şəxs 2005-ci ildən tanımışdır. Belə ki, Ramili qardaşının qaynı İlhamın sinif yoldaşı olduğuna və onlar qonşuluqda yaşadıqlarına görə taniş olmuşdur. Həmçinin onu da bildirirəm ki, Ramilin tanıyandan bəri onun ev təmiri və tikintisi ilə məşqul olan şəxs kimi tanımışdır. Hətta əvvəllər Ramil onun yaşadığı evin təmiri ilə də məşqul olmuşdur. Belə olubdur ki, Ramilnən aralarında tamşılıq münasibətləri yaranmışdır. Belə ki, Ramilin arvadı ilə birlikdə evdə olmuşdur, həmçinin Ramilin evinə getmişdir. Ona gorə də hərdən bir görüşüb söhbət etmişlər. Aramızda heç bir ədavət və ya düşmənçilkləri olmamışdır. Zərərçəkmiş şəxs3 şikayət ərizəsi ilə tanış olmuş, bununla bağlı biuldirmişdir ki, Laçının qardaşı oğlu Pərvinin Bakı şəhərində Fövqəladə Hallar Nazirliyində işə düzəlməsi məsələsindən xəbərim olmamışdır. Ramilin Aytənkinlə ailə qurması zamanı Ramilin bir yaxın adamı kimi orada iştirak etmişdi. Həmçinin onlar ailə qurduqdan sonra Aytəkinə məxsus ağ rəngli Kia markalı avtomobilini idarə edirdi. Onu da bildirmişdir ki, avtomobili olmadığı üçün Ramilin avtomobili olduğundan hərdən bir onun avtomobili ilə lazım olan ünvanlara getmişdir. Bir gün əvvəl Ramilə zəng edib FHN-nə aparmasını demişdi. Ona görə də təxminən xx.xx.2021-ci ildə saat da təxminən 11-12 radələrində yağışlı bir hava şəraitində Ramil avtomobili ilə gələrək Nərimanov rayonunda olan 5 nömrəli xəstəxana tərəfdən götürmüşdü. Həmin zaman sonradan adım bildiy i Pərvində Ramilin yanında olmuşdur. Birlikdə yolnan gələn zaman Ramillə Pərvin arasında nəsə tikinti ilə bağlı sözhbət etdiklərini bilmişdir. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla işlədiyi üçün azərbaycanda olan dövlətə məxsus bütün idarə, müassisiə və təşkilatlardan, həmçinin naziliklərdən dəstək alıb dövlət səviyyəsində işlərini qururmuş. Həmin günü FHN-nə getməkdə məqsədi diaspora işi ilə məşqul olduğu üçün pandemiyadan öncə verdiv i ”İrə\ an xanhğmm" xəritəsinin çap olunmasına dair maddi vəsait ayılmasını öyrənmək olmuşdur. Ramilin avtomobili ilə birlikdə FHN-nə gələn zaman həmin avtomobildə olan Pərvinin FHN-də işə düzəlməsi məsələsindən xəbərim olmamışdır. Birlikdə FHN-nə çatdıqda masından düsən zaman Ramilin gözləməsini demişdi, çünki, ki, hava yağışlı olduğundan sonradan evinə aparmasını xahiş etmiş və maşından düşəndə onlardan bir kağız istəmişdi ki, öz mobil telefon nömrəmi yazıb onunla əlaqə saxlanılması üçün FHN-də onlara versin. Belə oldu ki, Ramilgildən kağız alıb nömrəsini yazaraq onların yanından ayrılıb FHN-nə getmiş, orada olan işi ilə bağlı maraqlandıqdan sonra qayıtmışdı. Bundan sonra Ramilin maşını ilə evə gələndə maşında olan Pərvin yolda düşüb getmişdi. Yolda söhbət edən zaman maşmda Pərvinin də 2-ci Qarabağ müharibəsi iştirakçısı olduğuna və qazi olduğunu bilmişdi. Bundan başqa Ramilnən bağlı olan hadisələrdən xəbəri olmamışdır. “Üzləşmə” protokollarına əsasən, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 arasında olan üzləşmə istintaq hərəkəri zamanı Təqsirləndirilən şəxs tərəfindən aldanılaraq pullarını ələ keçirilməsi bir daha subuta yetirilmişdir. Zərərçəkmiş şəxs6 tərəfindən təqdim edilmiş 01 ədəd diskdəki səs yazısı və Təqsirləndirilən şəxs arasında olan mobil telefondan götürülmüş SMS-lərdən görünür ki, təqsirləndirilən şəxs X5 Zərərçəkmiş şəxs6 evinin təmir olunması ilə bağlı olaraq cəmi 3450 manat pul vəsaitini ələ keçirməsi, bununla bağlı olaraq Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs6 mənzilinin təmir olunması ilə bağlı danışıqlar, bunun üstündən müyənnə müddət keçdiyi üçün Təqsirləndirilən şəxs tərəfindən verilmiş vədə əməl olunmaması, belə ki, bacısının xətəxanada olması və onun müalicəsi ilə məşqul olduğundan təmirin gecikdirilməsi, həmçinin zərərçəkmiş şəxs tərəfindən verilmiş pulun geri istənilməsi ilə bağlı Təqsirləndirilən şəxsla zərərçəkmiş Zərərçəkmiş şəxs6 arasında olan səsə yazıları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən tanışı Zərərçəkmiş şəxs3 qardaşı oğlu Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası FHN-də işə düzəldilməsi ilə bağlı olaraq aralarında mobil telefon vasitəsi Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid2 arasında mobil telefon vasitəsi ilə olan SMS-lərdən və Vhatsap ani mesajlaşma vasitəlrindən çıxarılmış səs yazılarından və SMS yazılarındakı çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 FHN-də işə düzəltmək Zərərçəkmiş şəxs3adan cəmi 6000 manat pul vəsaitini alaraq ələ keçirmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş Whatsup yazışmalardan əldə edilmiş çıxarışlar və 01 ədəd diskdə olan səs yazılarına əsasən, Təqsirləndirilən şəxs tərəfindən sosial şəbəkə vasaitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası DNŞ-nin “Sokar”ına işə düzəldilməsi üçün sonuncudan aldığı cəmi 4600 manat pullun ələ keçirilməsi subuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 işə düzəldilməsi ilə bağlı olaraq təqsirləndirilən Ramin Hüseynov Zərərçəkmiş şəxs1 hissə-hissə pul almasını və həmin pulun müqabilində onun Azərbaycan Respublikası DNŞ-nin “Sokar”-ına işə düzəldilməsi ilə bağlı vədlər verməsi, bundan əlavə verdiyi vədə əməl edə bilmədiyi üçün zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən ona verilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı Təqsirləndirilən şəxs səs yazılarının olması aşkar olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli mülki iddia ərizəsi və dövlət rüsumunun ödənilməsinə dair 04 aprel 2023-cü il tarixli qəbzdən görünür ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 dəymiş maddi və mənəvi ziyana görə 30000 (otuz min) manat maddi ziyan, 2000 (iki min) manat mənəvi ziyana görə pul tutularaq ona ödənilməsini, eyni zamanda ödənilmiş dövlət rüsumunun yəni, 188 (yüz səksən səkkiz) manatın Təqsirləndirilən şəxs aid edilərək tutulmasını və ona ödənilməsini xahiş etmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 1(009)127/2023 saylı qərarına əsasən, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair mülki iddiası icraata qəbul olunmuşdur. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək 11 aprel 2023-cü il tarixdə vermiş olduğu mülki iddiasına əsasən ona dəymiş maddi ziyana görə 30.000 (otuz min) manat məbləğin azaldılaraq 25277 (iyirmi beş min iki yüz yetmiş yeddi) manat olmasını xahiş etmişdir. İş materiallarında olan müdafiəçi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqdim olunmuş 22 avqust 2023-cü il tarixli vəsatətdən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, onun mənzilinə 8000 (səkkiz) min manatlıq təmir-tikinti işlərini Təqsirləndirilən şəxs özü və ustaları tərəfindən aparılmışdır ancaq hazırda 30000 (otuz) min manat tələb etdiyini bildirir. Yaranmış zərurətlə əlaqədar məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməli və ekspert qarşısında aşağıdakı suallar qoyulmalıdır. Zərərçəkmiş şəxs4 mənzilinə neçə manatlıq təmir-tikinti materialları işlədilmiş və mənzilin hazırki vəziyyətə gətirilməsi üçün hansı məbləğdə pul lazımdır. Səbail Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 1(009)-127/2023 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə müdafiəçi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatəti təmin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Zərərçəkmiş şəxs Samirə Məhərrəm qızına məxsus "xxxx" MTK-dan “yaşayış binasının mənzil alqı-satqısına dair” 10 aprel 2021-ci il tarixli, 176 nömrəli müqavilə əsasında alınmış Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin kənarında inşa edilən 16 mərtəbəli yaşayış binasının 1-ci giriş 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 64,8 m olan bir otaqdan ibarət 59 saylı mənzilinin təmirinə neçə manatlıq təmir-tikinti materialları işlədilmişdir? 2) Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin kənarında inşa edilən 16 mərtəbəli yaşayış binasının 1-ci giriş 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 64,8 m olan bir otaqdan ibarət 59 saylı mənzilin hazırki vəziyyətə gətirilməsi üçün hansı məbləğdə vəsait lazımdır. Məhkəmə istintaqı zamanı elan olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2024-cü il tarixli 3-16-16/2-10/7451 saylı ekspert rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin kənarında inşa edilən 16 mərtəbəli yaşayış binasının 1-ci giriş, 10-cu mərtəbəsində yerləşən 59 saylı mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materiallarıdaxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 4723.2 manat məbləğində olduğu müəyyən edilir. Həmçinin aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 19 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışıdır. İttiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında 03 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularaq istintaq orqanına təhvil verilməsi məqsədi ilə barəsində axtarış elan olunmuşdur. Axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci il tarixdə saat 10:45 radələrində tutulmuşdir. İş materiallarında görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Daha sonra 12 oktyabr 2022-ci il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Xətai Rayon Məhkəməsinə vəsatətlə müraciət olunmuş və Xətai Rayon Məhkəməsinin 13 oktybar 2022ci il tarixli 4(011)-535/2022-ci il tarixli qərarı ilə onun barəsində, ev dutaqlığında saxlama müddətinın əvvəli 11 oktyabr 2022-ci il tarixdən hesablanmaqla, 02 ay 15 gün müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. 30 noyabr 2022-ci il tarixli ittiham elan etmək üçün təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. Səbail RPİ-nin 21 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. Səbail Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmiş və həbs etmənin əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablanmaqla 06 gün müddətinə, yəni 26 dekabr 2022ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 24 dekabr 2022-ci il tarixli qərarına əsasən isə Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 02 ay, yəni 26 fevral 2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN-nin əməliyyat-sorğu kartitekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etiraf edici ifadələri, zərərçəkmiş və şahid ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə iclasında Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etməsini nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini qismən etiraf etməsini, dediyinə görə şəkər xəstəsi olmasını, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini və onların şikayətçi olmamalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.14-cü və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı, ev dustaqlığında saxlanıldığı, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddətlər daxildir. Hazırki cinayət işinin materiallarına göründüyü kimi Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək tutulduğu, 12 oktyabr 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixədək ev dustaqlığında olduğu müddət, yəni 01 ay 20 gün ona təyin olunmuş azadlıqdan məhruemə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli tutulduğu vaxtdan, yəni Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-580/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qərarına əsasən 20 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı ona dəymiş maddi və mənəvi ziyana görə 30000 (otuz min) manat maddi ziyan, 2000 (iki min) manat mənəvi ziyana görə pul tutularaq ödənilməsini, eyni zamanda ödənilmiş dövlət rüsumunun yəni, 188 (yüz səksən səkkiz) manatın Təqsirləndirilən şəxs aid edilərək tutulmasını və ona ödənilməsini xahiş etmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək 11 aprel 2023-cü il tarixdə vermiş olduğu mülki iddiasına əsasən ona dəymiş maddi ziyana görə 30.000 (otuz min) manat məbləğin azaldılaraq 25277 (iyirmi beş min iki yüz yetmiş yeddi) manat olmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, mülki iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinin tələblərinə əsasən əmlaka vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı “ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda” mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırki, tələb bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğundan, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Beləliklə, yuxarıda şərh olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs4 maddi ziyanın vurulması ittihamı ilə əlaqədar verildiyindən və maddi ziyan həcmində olduğundan zərərçəkmiş Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı onun tərəfindən vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2024-cü il tarixli 3-16-16/2-10/7451 saylı ekspert rəyindən görünür ki, Abşeronm rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin kənarında inşa edilən 16 mərtəbəli yaşayış binasının 1-ci giriş, 10-cu mərtəbəsində yerləşən 59 saylı mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materiallarıdaxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 4723.2 manat məbləğində olduğu müəyyən edilir. Həmçinin ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs4 tərəfindən 188 manat dövlət rüsumu ödənilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 6102ci il tarixli qərarında göstərilmişdir ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Göstərilənlərə əsasən məhkəmə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiasının qismən təmin olunmasını, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 25277 (iyirmi beş min iki yüz yetmiş yeddi) manat maddi ziyanın, 200 (iki yüz) manat mənəvi ziyanın və 187 (yüz səksək səkkiz) manat dövlət rüsumunun, cəmi 25664 (iyirmi beş min altı yüz altmış dörd) manatın tutularaq zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cü maddəsinə əsasən, 11 oktyabr 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək tutulduğu, 12 oktyabr 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixədək ev dustaqlığında olduğu müddət, yəni 01 ay 20 gün müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümum rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 11 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 25277 (iyirmi beş min iki yüz yetmiş yeddi) manat maddi ziyan, 200 (iki yüz) manat mənəvi ziyan və 187 (yüz səksək səkkiz) manat dövlət rüsumu, cəmi 25664 (iyirmi beş min altı yüz altmış dörd) manat tutularaq zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 ödənilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası qalan hissədə təmin olunmasın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 600 (altı yüz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 21 saylı Vəkil Bürosunun “Express Bank”-in Xətai filialındakı bank hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-5/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-5/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver