Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-5/2025 07.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Baxşəliyeva Sevinc Samir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı5, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Göyçay şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanlarda kirayə yaşamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü əsasında çəza çəkən, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə 02 fevral 2022-ci il tarixdə saat 11 radələrində ünvan 3 ünvanında yerləşən “MFl- Dent" MMC-yə gələrək həmin MMC-nin direktoru Zərərçəkmiş şəxs məxsus iş otağının qapısının açıq olmasından istifadə edib, sonuncun razılığı olmadan həmin otağa qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs məxsus masanın üzərinə qoyulmuş üzərində 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan bir ədəd 200 manat dəyərindəki “Samsung S7” markalı mobil telefon cihazını və otaqdakı asılqandan asılmış Zərərçəkmiş şəxs məxsus qara rəngli gödəkçənin cibindən “BirKart Umico” bank kartını gizli olaraq talayıb otağı tərk etdikdən sonra cinayət əməlinin davamı olaraq həmin tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami 117A ünvanında yerləşən “City Markef’ə gəlib identfikasiya nömrəsi olan elektron məlumat daşıyıcısı hesab edilən həmin bank kartı vasitəsilə 1-ci dəfə 61 manat, sonra isə ardıcıl olaraq 90 manat, 22 manat, 29 manat, 61 manat, 66 manat, 85 manat, 84 manat məbləğində alış- veriş etməklə həmin kartın hesabından cəmi 498 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə elektron məlumat daşıyıcılarından istifadə etməklə özgə əmlakını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 708 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, oğurluq əməli törətmiş lakin heç bir bağlı sahəyə daxil olmamışdır. O, ümumi istifadədə olan otaqdan oğurluq etmiş və özünü Cinayət Məcəlləsinin 177.1 maddəsi ilə təqsirli bilir. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı tələbi, iddiası yoxdur. Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşayır və həmin ünvanda qeydiyyatdadır. Təxminən 4 ilə yaxındır ki, ünvan 7 ünvanında yerləşən "xxxx" MMC-nin direktoru vəzifəsində fəaliyyət göstərir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Nizami rayonu, T.Abbasov 38/38A ünvanında yerləşən və direktor vəzifəsində işlədiyi MH-Dent MMC-də olarkən Samsung S7 markalı **********71057 və **********47769 İMEİ kodlu mobil telefonumu otaqda olan stolun üzərinə qoymuş və gödəkçəsini çıxarıb girişdə sol tərəfdə yerləşən asılqana asmışdır. Bundan sonra sağ tərəfdəki otağa keçmiş 3-4 dəqiqə sonra qayıtdıqda mobil telefonunun stolun üzərindən oğurlandığını və gödəkçəsinin ciblərinə baxış keçirdikdə isə burada olan Kapital banka məxsus **********576632 saylı plastik bank kartımın oğurlandığını aşkar etmişdir. Hadisə olan vaxt, yəni xx.xx.2022-ci il tarixdə plastik kartdan 578 manat dəyərində alış veriş edildiyini müəyyən etmişdir. Hadisədən 10 gün sonra PŞ-nə gəlməyimin səbəbi ilk əvvəl özüm araşdırıb mobil telefonumu aşkar etmək olmuş, lakin bir nəticə əldə etməyərək bu barədə 25-ci PŞ-nə mürciət etmişdir. Bildirmişdir ki, MH-Dent MMC-də iki nəfər diş həkimi fəaliyyət göstərir. Hadisə olan vaxt MH-Dent MMC-nin təsisçisi atası Şahid2 Abdul oğlu və digər qeyd etdiyi həkimlər ünvanda olmuşdurlar. İş materiallarında olan 08 mart 2022-ci il tarixli “cinayət işin başlanması və icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.3-1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 14 mart 2022-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma” haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 12 fevral 2022-ci il tarixli hadisə yerinə baxış keçirilmasi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 7 ünvanında yerləşən “MH-Dent" MMC klinikasına baxış keçirilmişdir. İş materiallarında olan 16 fevral 2023-cü il tarixli “cinayət işin icraatının təzələnməsi və icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi təzələnmiş və icraata qəbul edilmişdir. İş materiallarında olan 18 fevral 2023-cü il tarixli “təqsirlənidirilən şəxs qismində cəlb etmə” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 18 fevral 2023-ci il tarixli ifadənin yerində yoxlanması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini əyani şəkildə təsvir etməklə təsdiq etmişdir. İş materiallarında olan 11 mart 2023-cü il tarixli “cinayət işin icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir və istintaqı davam etdirilmişdir. İş materiallarında olan 24 mart 2023-cü il tarixli “cinayət işin icraatının təzələnməsi və icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 24 mart 2023-cü il tarixli baxış keçirmə və götürmə haqqında protokolundan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi "xxxx" ASC-yə məxsus “BirKart Umico” adlı “4169 7385 9557 6632” saylı bank kartından hesabında ümumilikdə cəmi 518 manat pul olmuşdur. Həmin hesabdan 01 fevral 2023-cü il tarixdə, yəni cinayət hadisəsindən bir gün öncə 20 manat istifadə olunmuşdur. Həmin kartın hesabından cinayət hadisəsi baş verən gün yəni 02 fevral 2023-cü il tarixdə, 1-ci dəfə “CASİO G-SHOCK” BAKU CİTY ünvanında 61 manat, sonra isə ardıcıl olaraq 90 manat, 22 manat, 29 manat, 61 manat, 66 manat, 85 manat, 84 manat olmaqla 8 dəfəyə “CİTY MARKET”də kartın hesabından cəmi 498 manat istifadə edilməsi təsdiq olunur. İş materiallarında olan 06 iyun 2023-cü il tarixli “cinayət işin icraatının təzələnməsi və icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi təzələnmiş və icraata qəbul edilmişdir. İş materiallarında olan 20 iyun 2023-cü il tarixli Azərbaycan Respublikası DİNnin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3, 66.5, 178.2.1 və 310.1-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2014-cü il tarixində cəzanın son ilə azad edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xətai RPİ-nin İŞ-i tərəfindən 178.2.4-cü maddələri ilə təqsirli bilinib DİN BMCMİ İŞ-nin xx.xx.2015-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən 178.1-ci mddəsinə tövsif edilərək CPM-nin 85, 157.8.2 və 175.3-cü maddəsini rəhbər tutaraq barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilərək azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 29.178.2.2. 234.4.3, 66.3, 93.1.2 maddələri ilə təqsirli bilinib 8 il müddətinə azadlığdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci ildə bakı Apelyasiya. Məhkəməsinin qərarı ilə hökm dəyişib Cinayət Məcəlləsinin 29.178.2.2 mad. xaric edilib qəti 07 il 02 ay 14 gün azadlığdan məhrum etmə saxlanılmışdır. xx.xx.2018 ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 mad. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 mad. tövsif edilib və 05 il 08 ay 14 gün azadlığdan məhrum etmə təyin edilmişdir. xx.xx.2020-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin edilmiş dəyişikliklərə əsasən azad edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinmiş və 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Nizami Rayon Məhkəməsinin qərarı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən məhsuliyyətə cəlb edilmiş xx.xx.2021-ci il tarixdə 39.1.12-ci maddəsinə əsasən xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2, 177.2.3, 177.2.4 maddələri ilə təqsirli bilinib və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan 19 iyul 2023-cü il tarixli “cinayət işin başlanması və icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi təzələnmiş və icraata qəbul edilmişdir. İş materiallarında olan 20 iyul 2023-cü il tarixli “təqsirlənidirilən şəxsə yenidən ittiham etmək” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.3-1-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. İş materiallarında olan 20 iyul 2023-cü il tarixli “seçilmiş qətimkan tədbirinin nəzərə alınması” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığdan məhrum etmə cəzasına məhkum edilməsi və hazırda 11 saylı cəza çəkmə müəsissəsində cəza çəkməsi nəzərə alınmalıdır. İş materiallarında olan 26 sentyabr 2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-107/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-274/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) gün müddət azadlıqdan məhrumetmə cəzasının 03 (üç) gününə bərabər tutulmaqla, onun cəzasından 03 (üç) gün çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 02 mart 2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin, barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1 (006)-274/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmışdir. İş materiallarında olan 04 mart 2025-ci il tarixli hökmündən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 1(008)-107/2023 saylı hökmü qanuni qüvvəsini almışdır. İş materiallarında olan Məhkəmə Elektron Sisteminin çıxarışından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Şahid2 Zərərçəkmiş şəxs atasıdır. İş materiallarında olan 05 oktyabr 2023-cü il tarixli notarial qaydasında təsdiq olunmuş etibarnamədən görünür ki, Şahid2 Zərərçəkmiş şəxs nümayəndəsidir, etibarnamə bir il müddətinə verilmişdir. İş materiallarında olan 12 oktyabr 2023-cü il tarixli notarial qaydasında təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı tələbi, iddiası yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, özünün qismən etirafı, zərərçəkmiş şəxsin ifadəsi, 12 fevral 2022-ci il tarixli hadisə yerinə baxış protokolu, 18 fevral 2023-cu il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokolları və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün qismən etirafı, zərərçəkmiş şəxsin ifadəsi, 12 fevral 2022-ci il tarixli hadisə yerinə baxış protokolu, 18 fevral 2023-cu il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokolları, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmamasını cəzasını yüngülləşdirən halları kimi qiymətləndirir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin edilmiş dəyişikliklərə əsasən azad edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 02 fevral 2022-ci il tarixdə yenidən qəsdən cinayət törətməsi cinayətin residivi hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Hazırkı iş üzrə cinayət əməlləri Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 1(008)-107/2023 hökmü çıxarılmazdan əvvəl törədilmişdir. Belə olan halda Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 26 sentyabr 2023cü il tarixli, 1(008)-107/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməli, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 1(008)-107/2023 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs əvvəlki cinayət iş üzrə istintaq dövründə 14 iyul 2021-ci il tarixdən 16 iyul 2021-ci il tarixdək, 10 dekabr 2021-ci il tarixdən 11 dekabr 2021-ci il tarixədək tutulduğu cəmi 03 (üç) gün müddət ona təyin olunacaq azadlığdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli çəkilən cəza qəti cəza müddətinə daxil edilməklə 02 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 1(008)-107/2023 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 1(008)-107/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət iş üzrə istintaq dövründə 14 iyul 2021-ci il tarixdən 16 iyul 2021-ci il tarixdək, 10 dekabr 2021-ci il tarixdən 11 dekabr 2021-ci il tarixədək tutulduğu cəmi 03 (üç) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 03 (üç) il, 11 (on bir) ay, 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli çəkilən cəza qəti cəza müddətinə daxil edilməklə 02 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 26 sentyabr 2023cü il tarixli, 1(008)-107/2023 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Cinayət işi üzrə üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-5/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-5/2025
07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver