Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-50/2023 22.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/68 məhəlləsi, ev 3, mənzil 12-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 fevral 2023-cü il tarixdə saat 11.00-da məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixdə səhər saat 09 radələrində, Bakı şəhəri,Səbail rayonu, İstiqlaliyyət küçəsindəki “Sabir bağı” ərazisində yerləşən taxta oturacaqda uzandığı zaman,orada qarşı oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs qısa müddət ərzində yuxuya getməsindən istifadə edib,sonuncunun yanında qoyduğu bir ədəd qəhvəyi rəngli dəridən hazırlanmış pul kisəsinin içərisindən 1.838 manat nağd pulunu-özgənin əmlakını gizli olaraq talamaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 avqust 2022-ci il tarixdə günün o, Fəvvarələr Meydanına gəlmiş, gecə saatlarında evinə getmək üçün avtobus dayanacağına gəlmiş, lakin həmin vaxt çox gec olduğundan ictimai nəqliyyat işləməmiş, bu səbəbdən evə gedə bilməmiş və o, yaxınlıqdakı Sabir Bağına getmiş, orada taxta oturacağın üzərinə uzanaraq yuxuya getmiş və gecəni orada yatmışdır. Növbəti gün, yəni 29 avqust 2022-ci il tarixdə səhər saat 09 radələrində, o, gecədən yatdığı oturacaqda gözünü açdıqda, uzandığı oturacağın qarşısında, yerləşən oturacaqda, bir nəfər tanımadığı cavan oğlanın oturmuş vəziyyətdə yuxuya getməsini, həmin şəxsin sol yan tərəfində oturacağın üzərinə qəhvəyi rəngli pul kisəsinin qoyulduğunu görmüş, həmin şəxsin dərin yuxuya getdiyindən yanına qoyduğu pul kisəsi nəzarətsiz qalmasını başa düşmüş, uzandığı yerdən qalxıb sakitcə oğlanın oturduğu oturacağa yaxınlaşmış və orada olan pul kisəsini gizlincə götürüb uzaqlaşmışdır. O, piyada Fəvvarələr Meydanı istiqamətdə getmiş, bağın ərazisindən çıxaraq oğurladığı pul kisəsini açıb içərisinə baxdıqda 23 manat olmasını görmüşdür. O, pula ehtiyacı olduğundan həmin 23 manatı götürmüş, pul kisəsi və içərisindəki digər əşyalar ona lazım olmadığından, qərara gəlmiş ki, aparıb oğlan yuxudan oyanmadan yerinə qoysun. Bu məqsədlə o, bağa pul kisəsinin sahibi oturduğu yerə döndükdə, tanımadığı həmin cavan oğlanı yerində görməmiş, buna baxmayaraq o, pul kisəsini həmin şəxsin oturduğu yerə qoyub oradan uzaqlaşdıqda, pul kisəsinin sahibi oğlan gəlib çıxmış, dərhal pul kisəsini götürüb açaraq içərisinə baxıb pulun olmamasını aşkar edib, pulun harada olmasını ondan soruşmuş və geri qaytarmasını tələb etməyə başlamış, həmin şəxs pul kisəsinin içərisində 1838 manat olmasını bildirmiş və həmin məbləği ondan geri tələb etməyə başlamışdır. Bu zaman o, oradan uzaqlaşmaq üçün həmin şəxsə fikir verməyib, piyada üzü “İçəri şəhər” metrosu istiqamətində getməyə başlamış, həmin şəxs də onun arxasınca gedərək, polis çağıracağını demişdir. Müəyyən məsafədən sonra Bakı Şəhər İcra Hakimiyyətinin qarşısından gələn tanımadığı və nömrəsinə fikir vermədiyi taksini saxladıb əyləşərək oradan uzaqlaşmış, taksini “Azneft” yol dairəsinə sürdürmüşdür. O, pul kisəsində nağd şəkildə cəmi 500 manat olduğunu, həmin məbləği oğurladığını və sonralar özü üçün xərclədiyini bildirmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və himayəsində azyaşlı övladının olmasını nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhərinə gələn xarici turistlərə bələdçilik edir. 2022-ci il avqust ayının 28-dən 29-a keçən gecə Bakı şəhəri, Səbail rayonu ərazisində Fəvvarələr Meydanında yerləşən müxtəlif klublarda əylənib spirtli içki qəbul edərək vaxtını keçirmiş, bu səbəbdən gecəni yatmamış yorğun olmuşdur. 29 avqust 2022-ci il tarixdə, səhər saat 08 radələrində, o, tək İstiqlaliyyət küçəsində yerləşən Sabir Bağına gəlmiş, o, bağa çatdıqda səhər saat 09 radələri olmuşdur. Həmin bağda o, oturacağa əyləşmiş, oturacağın qarşısındakı digər oturacaqda bir nəfər orta yaşlı tanımadığı kişinin yatdığını, ətrafda isə başqa heç kəsin olmadığını görmüşdür. O, oturacağa əyləşərkən əlində olan pul kisəsini sol tərəfinə yanına qoymuşdur. Həmin pul kisəsinin içərisində isə 1838 manat nağd pul, yəni 16 ədəd 100-lik, 4 ədəd 50-lik, bir ədəd 20-lik, bir ədəd 10-luq və 08 ədəd bir manatlıq pul əskinazları, bir ədəd mobil telefon, bir ədəd gün eynəyi, adına olan bir ədəd tibbi kart, bir ədəd kitabxana kartı, adına olan “Kapital Bank”ın plastik kartı olmuşdur. O, gecəni yatmadığı üçün yuxulu olduğundan, eyni zamanda oturduğu bağda da sakitçilik olduğundan yuxuya gedib mürgüləmiş, yuxudan ayılıb gözünü açdıqda, qarşıdakı oturacaqda uzanmış vəziyyətdə olan tanımadığı kişinin yerində olmadığını görüb, sol tərəfinə yanına qoyduğu pul kisəsinə baxmış, bu zaman o, pul kisəsinin yoxa çıxmasını aşkar etmiş, bağın içərisinə ətrafa göz gəzdirmiş, həmin şəxsi ətrafda görmədikdə, həmin şəxsi axtarmaq üçün İçərişəhərin “Qoşa qala” qapısının yanına tərəf gedərək telefonu üzərində olmadığından mühafizə polisinə yaxınlaşaraq ətrafda müşahidə kamerasının olub-olmamasını soruşmuş, bu zaman həmin şəxsin oturduqları yerə tərəf getdiyini görmüşdür. O, həmin şəxsin arxası ilə gedərək uzaqdan müşahidə edərkən, əlində olan ona məxsus pul kisəsini aparıb onun əvvəl oturduğu yerə qoymasını, özü isə uzandığı oturacağa gedib oturmasını görmüşdür. O, dərhal gedib pul kisəsini götürüb, bağlanmış vəziyyətdə olan sepini açıb içərisinə baxdıqda, ona aid bütün əşyaların yerində olduğunu, yalnız içərisində olan 1838 manat nağd pulun yerində olmadığını görüb pul kisəsini götürmüş tanımadığı şəxsə yaxınlaşaraq, “pul hanı, pulu neylədin” deyə soruşmuş, həmin şəxs isə pul görməmişəm” demişdir. Sonra isə yerindən qalxıb “İçəri şəhər” metrosu istiqamətində addımlamağa başlamış, o, həmin şəxsə yaxınlaşıb qolundan tutaraq “hara gedirsən, gözlə polis çağırıram” dedikdə, həmin şəxs qolunu onun əlindən çıxararaq, özündən əl çəkməsini tələb etmişdir. O, israrla polis çağıracağını,oradan getməməsini bildirdikdə, həmin şəxs cibindən balaca dəmir aləti çıxarıb öz boğaz nahiyəsinə tutaraq, ona yaxınlaşdığı halda boğazını kəsib qanını üstünə tökəcəyini demişdir. O, həmin şəxsin özünə xəsarət yetirəcəyindən ehtiyat edib kənarda dayanmış, həmin şəxs isə yol kənarına İstiqlaliyyət küçəsinə çıxıb qarşıdan gələn “Toyota Prius” markalı taksini saxladıb əyləşmiş, lakin o, taksi sürücüsünə həmin şəxsin oğru olmasını söylədikdə, taksi sürücüsü həmin şəxsi avtomobildən düşürmüşdür. Sonra həmin şəxs başqa bir “Chevrolet Aveo” markalı taksini saxladıb əyləşmiş həmin taksi sürücüsünə də taksiyə minən şəxsin oğru olmasını desə də, taksi sürücüsü onun sözlərinə əhəmiyyət verməyib avtomobili sürüb getmiş, o, taksinin arxasınca qaçsa da, çata bilməmişdir. Sonra o, yaxınlıqda yerləşən 9-cu Polis Bölməsinə gedib şikayət ərizəsi vermişdir. Onun şikayəti əsasında polis tərəfindən yaxalanmış və orada adı Təqsirləndirilən şəxs olmasını bilmiş, əvvəlki ifadəsində onun pul kisəsinin içərisində olan cəmi 23 manat nağd pulu götürməsinə dair dedikləri yalan olmasını, onun pul kisəsinin içərisində cəmi 1838 manat nağd pul olduğunu və həmin pulu da Cəmilin oğurladığını göstərmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, o icarəyə ofis götürüb turizm xidmətləri göstərir, 1838 manatı icarə haqqı idi, ayın sonu olduğundan həmin pulu o icarəverənə ödəməli idiş Bu səbəbdən pulu üstündə gəzdirirdi. Məhkəmə iclasında şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Post-patrul Xidməti Bölüyünün polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, 31 avqust 2022-ci il tarixdə, saat 17 radələrində o, iş yoldaşı Səbail Rayon Polis İdarəsinin Post- Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid4la birlikdə Bakı şəhəri, Səbail rayonu, Filarmoniya Bağında xidmətdə olarkən, həmin ərazinin yaxınlığında yerləşən “İçərişəhər" metrosu yaxınlığında bir nəfər orta yaşlı kişi cinsindən olan şəxsin özünü şübhəli apardığını müşahidə etmiş, həmin şəxsə yaxınlaşıb özünü təqdim edərək şəxsiyyətinin müəyyən edilməsi üçün inzibati ərazi üzrə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə dəvət etmiş, Təqsirləndirilən şəxs etiraz etməmiş, bölmədə şəxsiyyətini müəyyən edərkən onun xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu, həmin şəxsin bir neçə gün öncə Bakı şəhəri, Səbail rayonu, Sabir Bağında oğurluq etməkdə şübhə edilməsi müəyyən edilmiş, Təqsirləndirilən şəxs kimdən və haradan oğurluq etməsini bilməmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İdarəsinin Post- Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid X2 ərizə təqdim edərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonunda yaşayır, işləmir, özünə məxsus “Chevrolet Aveo” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. O, müştəri götürmək üçün hər gün səhər saat 08 radələrindən saat 13 radələrinə kimi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati binasının qarşısında dayanır. 29 avqust 2022-ci il tarixdə, səhər saat 09 radələrində o, həmişə olduğu kimi İstiqlaliyyət küçəsində universitetin qarşısında yol kənarında avtomobili saxlamış, həmin küçədə universitetin qarşısındakı piyada keçidində, bir nəfər orta yaşlı tanımadığı kişinin yol kənarına çıxıb taksi saxlamaq üçün avtomobillərə əllə işarə etməsini görmüş, həmin tanımadığı şəxs avtomobilin qabaq oturacağına əyləşərək ona avtomobili irəli sürməsini demiş, o, avtomobili İstiqlaliyyət küçəsi ilə üzü aşağı Sabir Bağı istiqamətində hərəkət etdirərkən, avtomobilin sağ yan piyadalar üçün səki tərəfindən, “onu götürmə,oğrudur” sözlərini eşitmiş, o, sağ tərəfə baxdıqda bir nəfər oğlanın bu sözləri dediyini eşitmiş, o, bu zaman yanında oturmuş sərnişin, “sür getsin, bənd olma” sözlərini ona demiş, o isə avtomobilini sürərək yolunu davam etmişdir. Sonra həmin sərnişin ona yol göstərməklə idarə etdiyi avtomobili N.Nərimanov heykəlinin qarşısına gətirmiş, orada həmin şəxs ona bütöv 20 manatlıq pul əskinazını vermiş, o, da pulun artığını -15 manat geri qaytarmışdır. Həmin şəxs avtomobildən düşdükdən sonra o, yenidən avtomobili ilə İstiqlaliyyət küçəsinə dayandığı yerə qayıtmış və bir daha həmin sərnişini görməmişdir. Sonra o, İstiqlaliyyət küçəsində dayandığı zaman və tanımadığı sərnişii Azneft yol dairəsinə düşürüb qayıtdıqdan təxminən 30-40 dəqiqə keçmiş, oraya mülki geyimdə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşı və bir nəfər şəxs gəlmişdir. Polis əməkdaşından ona məlum olmuşdur ki, o, apardığı sərnişin həqiqətən də sonradan adını Əlfəddin bildiyi şəxsin pul kisəsindən pul oğurlamışdır. Bundan başqa o, həmin tanımadığı müştərinin üzərində hər hansı bir məbləğdə pul olmasını görmədiyini, ona cəmi 20 manat verib pulun artığını geri aldığını bildirmişdir. 31 avqust 2022-ci il tarixli qərarla fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 31 avqust 2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. 31 avqust 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 02 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan edilmişdir. 02 sentyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 06 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 02 noyabr 2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-da könüllü olaraq istintaqa gəlib özünü təqdim etmişdir. Eyni tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 02 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarla iş üzrə toplanmış zərərçəkmiş şəxsin, şahid ifadələri, üzləşmə protokolu, hadisə yerinə baxış protokolu, protokolla əlavə edilmiş fotocədvəllər sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs hadisə zamanı bir ədəd qəhvəyi rəngli dəridənki pul kisəsini, içərisində olan bir ədəd gün eynəyini,bir ədəd “Tara” markalı mobil telefonu, zərərçəkmiş şəxsin adına olan “Kapital-Bank”-a aid kredit kartı, tibbi və oxucu kartını gizli şəkildə oğurlamaqdan könüllü imtina etməklə, sahibinə qaytardığından, həmin əşyaların ona elan edilmiş ittihama daxil edilməməsi nəzərə alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-50/2023 saylı qərarı ilə xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 sentyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs: - Bakı Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 240-cı maddəsinin A bəndi, 242-ci maddənin A bəndi və 38-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Ali Məhkəmənin Hərbi Kollegiyasının xx.xx.2000-ci il tarixli qərarı ilə xx.xx.2000-ci il tarixli hökm dəyişdirilmiş və Cinayət Məcəlləsinin 42-1-ci maddəsinə əsasən hökmün icrası 01 (bir) il təxirə salınmışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3, 68.1 və 66.5-ci maddələrinə əsasən 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)-257/2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətnə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəasına bərabər tutulsun və həmin cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə müəyyən olunan azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02(iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 09 may 2020-ci il tarixdən hesablanmışdır. Salyan Rayon Məhkəməsinin 29 dekabr 2020-ci il tarixli, 7(007)-846/2021 saylı qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)-257/2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən 02(iki) il 06(altı) ay müddətə azadlıqdan məhumetmə cəzasına məhkum edilmiş 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il amnistiya qərarının 4cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin icraatında olmuş ********* nömrəli cinayət işi üzrə tərtib olunmuş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2022-ci il tarixdə ünvan 1 ünvanının qarşısında “Qəpik Evi” adlı piştaxtadan 309,66 manat məbləğində oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Elektron İnformasiya sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var – xx.xx.2015-ci il təvəllüdlü X4. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilməsi, yəni pul kisəsində cəmi 23 manat pulun olması və o 23 manat məbləğində pul oğurlaması iş materiallarında olan sənədlər, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunduğunu, bundan əvvəl soyğunçuluq və oğurluq cinayətlərini törətdiyini, cəzanı çəkib qurtadıqdan sonra islah olunmadığını və yenidən talama cinayətini törətdiyini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 31 avqust 2022-ci il tarixdən 02 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 02 (iki) günü 02 (iki) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 30 yanvar 2023-cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 31 avqust 2022-ci il tarixdən 02 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) bank hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-50/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-50/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver