Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-50/2024 15.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi Heydərova Elnarə Aydın qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə Səli qızının Zərərçəkmiş şəxs nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə Müdafiəçi Bakı şəhəri Kamandar Nəsibov və partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Quba şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İ dərəcə əlil, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı İ dərəcə əlil Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından sui istifadə edərək, sonuncuya «Gözdən Əlillər Cəmiyyəti» vasitəsi ilə 2 otaqlı mənzilin verilməsini təşkil edəcəyinə dair yalandan vəd verib inandıraraq, ilk dəfə 11 iyul 2017-ci tarixdə Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240 A ünvanında «Abşeron City» yaşayış kompleksində yerləşən evində sonuncudan 5000 (beş min) manat, 18 iyul 2023-cü il tarixdə eyni adla ünvan 5 ünvanında yerləşən mənzildə 10000 (on min) manat, daha sonra isə dələduzluq niyyətinin davamı olaraq guya Zərərçəkmiş şəxs veriləcək 2 otaqlı mənzilin 3 otaqla əvəz edilməsi adı ilə 2020-ci ilin noyabr ayında ünvan 6 ünvanında yerləşən evin qarşısında sonuncudan 800 (səkkiz yüz) manat, bundan bir müddət sonra isə eyni adla ünvan 7 ünvanında yerləşən «Caspian Hospital» xəstəxanasının qarşısında 100 (yüz) manat məbləğində pulu Zərərçəkmiş şəxs alıb ələ keçirərək verdiyi vədlərə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə aldatmaqla Zərərçəkmiş şəxs ümumilikdə 15900 (on beş min doqquz yüz) manat məbləğində pulunu ələ keçirməklə ona maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı İ dərəcə əlil Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından sui istifadə edərək sonuncunun bacısı əlil X3 əlillik dərəcəsinin İİ dərəcədən İ dərəcəyə dəyişdirməsində köməklik edəcəyinə dair yalandan inandıraraq 2021-ci ilin yanvar ayının əvvəlində ünvan 6 ünvanda yerləşən mənzilində 2000 (iki min) manat məbləğində pulu Zərərçəkmiş şəxs alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək göstərdi ki, o, İ dərəcə gözdən əlildir. 2014-cü ildən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dostu Müşfiqin vasitəsi ilə tanımışdır. Həqiqətən Rüstəmdən onun mənzil məsələsini həll etmək üçün müxtəlif vaxtlarda 15900 (on beş min doqquz yüz) manat, eyni zamanda Rüstəmin bacısının əlillik dərəcəsini İİ-ci dərəcədən İ-ci dərəcəyə keçirilməsi üçün 2000 (iki min) manat pul almışdır. Aldığı pulların bir hissəsini maddi vəziyyəti ağır olduğuna görə öz şəxsi ehtiyaclarına xərcləmiş, bir hissəsini isə Rüstəmin işlərini düzəltmək üçün xərcləmişdir. Rüstəmin 2005-ci ildən mənzil növbəsinə durması məsələsini məhkəmə yolu ilə həll etmiş, X6 Cəmiyyətinin sədri Şahid3lə tanış etmişdir. Lakin Rüstəmə mənzil verilməsi məsələsi ondan asılı olmayan səbəblərdən indiyədək həll olunmamış qalmışdır. Gözdən Əlillər Cəmiyyətinin sədri Şahid3 yaxın vaxtlarda Rüstəmi mənzillə təmin edəcəyinə dair söz vermişdir. Aldığı pullardan 2500 (iki min beş yüz) manatı Rüstəmə qaytarmışdır. Yerdə qalan məbləği hazırda maddi imkanı ağır olduğundan Rüstəmə qaytara bilmir. Rüstəmdən ona vaxt verilməsini xahiş edir. Məhkəmədən gözdən İ-ci dərəcəli əlil olmasını nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, doğulduğu andan gözdən əlildir. Mənzil məsələsi ilə əlaqədar 2005-ci ildə anası ilə birlikdə Gözdən Əlillər Cəmiyyətinin sədri Şahid3 qəbulunda olmuş, Şahid3 ona kömək göstərilməsini xahiş etmişlər. Şahid3 ondan ərizə almış, onu növbəyə kötürəcəklərini demiş, gözləmələrini və tez tez onunla əlaqə saxlamalarını bildirmişdir. 2008-ci ildə bir qrup şəxslərə mənzillər verilmiş, lakin ona mənzil verilməmişdir. 2012-ci ildə dostu Müsfiqlə görüşmüş, vəziyəti ona danışmış, ona kömək göstərməsini, onu Şahid3 qəbula aparmasını xahiş etmişdir. Təxminən 2014-cü ildə Müşfiqlə birlikdə Gözdən Əlillər Cəmiyyətinə gəlmiş, Şahid3 qəbuluna girmək istəmişdir, orada Səfər adlı bir şəxs Şahid3 qəbuluna yox, Qadirin yanına getmələrini onlara tövsiyə etmişdir. O, Təqsirləndirilən şəxslə görüşüb tanış olmuş, Qadir mənzillə əlaqədar ona kömək edə biləcəyini bildirmiş və demişdir ki, hazırda qiymətlər xeyli qalxmışdır. Cəmiyyətdən mənzil almaq üçün ən aşağısı mənzilin dəyərinin 50 faizini ödəmək gərəkdir. O, Qadirə imkanının olmadığını bildirmişdir. 2015-ci ildə Güzdəkdə olan beş sot torpaq sahəsini satıb, Xırdalan şəhərində Abşeron City də 1 (bir) otaqlı ev almışdır. Təxminən 2017-ci ildə Təqsirləndirilən şəxs yenidən zəng vurmuş və ona kömək gösdərməsini bir daha xahiş etmişdir. Səhərisi günü Qadir ona zəng edib adının mənzil növbəsində olmadığını bildirmiş və bu məsələnində həll olunması üçün ondan pul istəmişdir. O, məcbur qalıb Xırdalan şəhərində yaşadığı evi 50000 (əlli min) manata satmış, onun 28000 (iyirmi səkkiz min )manatını əsas borc kimi, 17000 (on yeddi min) manatını isə faiz borcu kimi banka ödəmişdir. Qalan 5 (beş min) manatı Qadirə vermişdir. Qadir onu mənzil növbəsinə qeydiyyata saldırsada, onun mənzil məsələsini həl etməmişdir. 2017-ci ildən başlayaraq 2023-cü ilə qədər müxtəlif vaxtlarda, müxtəlif bəhanələrlə Qadir ondan 15900 (on beş min doqquz yüz) manat pul almış, lakin indiyədək onun mənzil problemini həll etməmişdir. Bundan başqa 2021-ci ilin yanvar ayında Qadir onun bacısı X3 əlillik dərəcəsinin İİ-ci dərəcədən İ-ci dərəcəyə keçirilməsinə köməklik edəcəyinə söz verib, Badamdar qəsəbəsində 2000 (iki min) manat ondan pul almış, lakin o, bacısının bu məsələsini də həll etməmişdir. O, Qadirin onları aldatdığını başa düşmüş, vəziyyətinin ağır olması, kirayədə yaşamasını dəfələrdə ona bildirmiş, aldığı pulları qaytarmasını xahiş etmişdir. Qadir ümumilikdə aldığı pullardan 2500 (iki min beş yüz) manatını bank vasitəsi ilə ona qaytarmışıdır. Dəfələrlə müraciət etsədə Qadir ondan aldığı pulları geri qaytarmamış hər dəfə bir bahanə gətirmiş o, da məcburiyət qarşısında qalıb şikayət ərizəsi ilə dövlət orqanlarına müraciət etmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Ondan vurulmuş ziyanın ödənilməsini tələb edir, eyni zamanda məhkəmədən vermiş olduğu mülki iddianann təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, o, Gözdən Əlillər Cəmiyyətinin sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxslə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs aralarında olan pul məsələsindən 2022-ci ilin axırlarında 2023-cü ilin əvvəllərində məlumatı olmuşdur. Zərərçəkmiş şəxs bir neçə dəfə mənzillə bağlı onun qəbulunda olmuş, onun tərəfindən Rüstəmə kömək olunacağı bildirilmişdir. X7 arasındaki mübahisəni öyrənmişdir. Cəmiyyətin mənzil növbəsinə salmaq, bir rayondan digər rayona köçürmək kimi səlahiyyətləri olmadığını, həmin səlahiyyətlərin yerli İcra Hakimiyyəti orqanına aid olduğunu bildirmişdir. Rüstəmin 2005-ci ildə onun qəbulunda olması yadında olmadığını, Rüstəm tərəfindən ona rəsmi müraciət olmadığını bildirmişdir. Rüstəmin təzəlikdə müraciət etdiyini, sonra anası ilə gəlib Qadirlə belə bir məsələsi olduğunu bildirmişdir. Qadirdən Rüstəmdən pul aldığını soruşanda Rüstəmə məhkəmə qaydasında mənzil növbəsinə qeydiyyata düşməsi ilə bağlı kömək etdiyini və pula ehtiyacı olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs 6 ildir ki, onları aldadıb. Onun yoldaşından qalma yarım tikili Güzdək kəndində evi olmuş, həmin tikilini satıb Xırdalan şəhərində «Abşeron City» dən bir otaqlı kreditlə mənzil almışlar və həmin mənzil üçün ayda 852 manat pul ödəmişlər. Krediti ödəməyə imkanları çatmadığından Rüstəm Qadirə zəng vurub ona kredit müddətinin uzadılması və məbləğin azaldılmasında cənab prezidentə müracət etmək üçün ona kömək etməsini xahiş etmiş, Qadir Rüstəmə gözdən əlil olmasını Rüstəmə Cəmiyyət tərəfindən mənzil düşdüyünü və Rüstəmə evini satmasını, Nərimanov ərazisində mənzillərin inşa olunduğunu və tez vaxtda onlara mənzil düzəldə biləcəyini demişdir. Əvvəl razılıq verməsələrdə sonra razılaşmış, evi aşağı qiymətə satıb ilkin olarq Qadirə 5000 (beş min) manat pul vermişlər, daha sonra 10000 (on min) manatı qızının evində Buzovna qəsəbəsində Qadirə vermişlər. O, Qadirdən pulların kimə çatdığını soruşmuş o, Semyar Abdullayevə çatdığını bildirmişdir. Sonra Qadir müxtəlif bəhanələr gətirərək onları aldatmışdır. Daha sonra məhkəmə adı ilə 800 (səkkiz yüz) manat bir, 100 (yüz) manat da bir pul almışdır. Qızı İİ-ci dərəcəli əlildir onu İ-ci dərəcəli əlil yazdırması üçün Qadir onlardan 2000 (iki min) manat pul almışdır. Ümumilikdə onlardan 17900 (on yeddi min doqquz yüz) manat pul almışdır. Qadir hər dəfə onları aldatmış, müxtəlif bəhanələr gətirmiş, indiyiədək oğlunun məsələsini həll etməmiş, qızının əlillik məsələsinədə kömək etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs rayonun tərbirlərində görmüş və həmin tədbirlərdə onunla tanış olmuşdur. Onun bu hadisə ilə bağlı məlumatı ilk dəfə Korrupsiya idarəsinə çağrılanda olmuşdur. Zərər çəkmiş şəxsi tanımadığını və 2003-cü ildən mənzil şöbəsi ləğv olunduqdan sonra bu işlərlə məşğul olmadığını bildirmişdir. İşlədiyi dövürdə o, statistikaya baxdığını, mənzillə bağlı işlərə baxmadığını və bu işlərdən də xəbəri olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul aldığını o, Prokurorluqda öyrənmiş və Korrupsiya İdarəsində bununla bağlı ondan ifadə alınmış və o, bu işlə əlaqəsi olmadığını demişdir. Bir müddət dən sonra o, Səbail RPİ-nə çağrılıb ifadə vermişdir. 16 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. 16 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi E.Məmmədov tərəfindən başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 27 may 2023-cü il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş CD formatlı diskə baxış keçirilmiş, qovluqda olan həm audio, həm də video fayılların hər birində səs yazıları əks olunmuşdur. Qeyd olunan bütün səs yazılarına baxış keçirilərkən müəyyən edilmişdir ki, audio yazılarda iş üzrə zərər çəkmiş şəxs X4 ilə Təqsirləndirilən şəxs arasında olan telefon danışıqları əks olunmuşdur. Məhkəmə istintaqı zamanı təqdim olunmuş səs yazıları olan diskə baxış keçirilmiş və səs yazılarına baxış keçirilərkən müəyyən edilmişdir ki, iş üzrə zərərçəkmiş şəxs X4 ilə Təqsirləndirilən şəxs arasında Rüstəmin mənzil məsələsinin həll edilməsi ilə əlaqədar telefon danışıqları aparılır, Təqsirləndirilən şəxs səs yazısının ona aid olduğunu etiraf edir. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli mülki iddia ərizəsindən görünür ki, o, mülki cavabdeh Təqsirləndirilən şəxs 15.400 (on beş min dörd yüz) manat qanunsuz aldığı pulun, 25550 (iyirmi beş min beş yüz əlli) manat kirayə haqqının, cəmi 40950 (qırx min doqquz yüz əlli) manat dəymiş maddi ziyanın, 10000 (on min) manat mənəvi ziyanın, iddia üçün ödənilmiş 243 (iki yüz qırx üç) manat dövlət rüsumunun tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və digər sübutlarla tam sübüta yetirilmiş, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs aldatmaqla etibarından sui-istifadə edib onun əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir, Təqsirləndirilən şəxs niyyəti əvvəlcədən Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs niyyətinin Zərərçəkmiş şəxs pullarının dələduzluq edərək ələ keçirmək olmaması, ona kömək etmək istəməsi, maddi vəziyyətinin ağır olması səbəbindən aldığı pulları geri qaytara bilməməsi və həmin pulların bir qismini öz şəxsi ehtiyacları üçün xərcləməsi ilə bağlı ifadələrini özünü müdafiə məsulliyəndən yaxa qurtarmaq üçün verilən ifadələr kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs gözdən Əlillər Cəmiyyətinin hesabına zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mənzil düzəltmək yaxud təşkil etmək ilə bağlı hər hansı səlahiyyəti olmamışdır. Təqsirləndirilən şəxs Gözdən Əlillər Cəmiyyətində hər hansı vəzifəni yerinə yetirməmişdir, eyni zamanda onun Zərərçəkmiş şəxs bacısının əlillik dərəcəsinin İİ-ci dərəcədən İ-ci dərəcəyə keçirilməsi ilə bağlı hər hansı səlahiyyəti və imkanı olmamış, onun niyyəti əvvəldən zərərçəkmiş Zərərçəkmiş şəxs aldadıb onun etibarını qazanmaqla pullarını ələ keçirmək olmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hall kimi məhkəmə cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini nəzərə alır, eyni zamanda məhkəmə onun ilk dəfə məhkum olunmasını, gözdən İ-ci dərəcəli əlil olmasını da nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs üzərinə cəzanın icrası zamanı müəyyən vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yeri üzrə ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə kömək edəcəkdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam“ növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2017-ci ildə Zərərçəkmiş şəxs 5000 (beş min) manat, daha sonra zərərçəkmişin bacısının Buzovnada yerləşən evində 10000 (on min) manat, əlavə 800 (səkkiz yüz) manat, 100 (yüz) manat, zərərçəkmişin 2-ci qrup əlil olan bacısını 1-ci qrup əlil yazdırması üçün 2000 (iki min) manat, ümumilikdə 17.900 (on yeddi min doqquz yüz) manat pul almış, həmin puldan 2500 (iki min beş yüz) manatını qaytarmış, qalan 15400 (on beş min dörd yüz) manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsiri sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, cavabdeh Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində iddiaçı Zərərçəkmiş şəxs 15.400 (on beş min dörd yüz) manat məbləğində maddi ziyanın dəyməsi təsdiq olunduğundan, cavabdeh həmin ziyanla bağlı mülki məsuliyyət daşıyır və bu səbəbdən həmin pulun tutulması hissəsində iddia tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin kirayə haqqı ilə bağlı olan hissəsinə münasibətdə, yəni 25550 (iyirmi beş min beş yüz əlli ) manat məbləğində kirayə haqqının cavabdehdən tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassızdır. İş materiallarından görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Xırdalan şəhəri Abşeron City-də kreditlə aldıqları 1 (bir) otaqlı mənzil üzrə aylıq ödənişləri həyata keçirə bilməmiş bu hall məhkəmə iclasında zərəçəkmiş Zərərçəkmiş şəxs və onun anasının ifadələri ilə təstiq olunmuşdur. Bu səbəbdən zərərçəkən və ailəsi həmin mənzili satmaq qərarına gəlmişlər.Təqsirləndirilən şəxs mənzilin alınması və satılması ilə əlaqəsi sübuta yetirilməmişdir. Ona görə də həmin hissədə sübut mövcud olmadığından, məhkəmə iddia tələbini əsaslı hesab etmir. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi ziyanın əvəzi kimi 10000 (on min) manat tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən, yəni 3000 (üç min) manat məbləğində təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh gözdən İ-ci qrup əlildir, əmlak vəziyyətinin qənaətbəxş olması ilə əlaqədar məhkəməyə digər sübut təqdim edilməmiş, ona görə də cavabdehdən iddiaçının xeyrinə 3000 (üç min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində də tam əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, təmin edilmiş tələbə uyğun məhkəmə xərci – iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 145.20 manat cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş üzrə maddi sübut kimi tanınan içərisində «WhatsApp» səs və qeyd olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bakı şəhəri Kamandar Nəsibov və partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri Kamandar Nəsibov və partnyorları Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail filialındakı bank hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşadığı ünvan 2nı axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs iddiası qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 15400 (on beş min dörd yüz) manat vurulmuş maddi ziyan, 3000 (üç min) manat mənəvi ziyan və 145.20 (yüz qırx beş manat iyirmi qəpik) manat dövlət rüsumu ümümilikdə 18.545.20 (on səkkiz min beş yüz qırx beş manat iyirmi qəpik) manat tutulub iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə maddi sübut kimi tanınan içərisində «WhatsApp» səs və qeyd olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Kamandar Nəsibov və partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri Kamandar Nəsibov və partnyorları Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail filialındakı bank hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ağamalı Qafarov
Məhkəmə qərarları › İş №1(009)-50/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-50/2024
15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver