Məhkəmə qərarları › İş №1(009)-51/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-51/2023

08.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-51/2023 08.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, Hacıqabul şəhəri, Ə.Vahid küçəsi, 113 saylı evdə qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, özgə əmlakını gizli olaraq talamaqla oğurluğa cəhd etmiş, habelə, təkrarən özgə əmlakını yaşayış sahəsinə qanunsuz daxil olaraq gizli talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış 0,168 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə həmin narkotik vasitəni özü ilə daşıyaraq Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Məktəb küçəsi, 63 saylı evin qarşısına gətirmiş və Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıması barədə əvvəlcədən daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat 11:30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Məktəb küçəsi, 63 saylı evin qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına gətirilib üzərinə keçirilən video baxış zamanı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış 0,168 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 00:40 radələrində Bakı şəhəri, Səbail rayonu, “Dəniz Kənarı Milli Parkın” ’’Azneft” dairəsi yaxınlığında olan Zərərçəkmiş şəxs1 kassir olaraq işlədiyi “Qutabxana”-nın taxta arakəsməsindən sağ əlini salıb masa üzərindən sonuncuya məxsus 1 (bir) ədəd 20 (iyirmi) manat dəyərində qara rəngli pul kisəsini və içərisində olan 1000 manat pulunu gizli olaraq talayan zaman, Zərərçəkmiş şəxs1 onun qanunsuz və hüquqa zidd hərəkətlərini görməsinə görə pul kisəsini yerə atmaqla özgənin əmlakını gizli yolla talamağa yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 1020 manat məbləğində əmlakını oğurlamağa cəhd etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 08:20-də Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi hesab olunan fərdi yaşayış evinə giriş qapının açıq olmasından istifadə edərək qanunsuz olaraq hüquqa zidd qaydada evə daxil olub, heç kimin görmədiyi şəraitdə, sonuncuya məxsus 1 (bir) ədəd 1400 manat dəyərində 64 GB yaddaş tutumlu, qara rəngli, “**********70434” İMEİ kodlu “İphone 11 Pro Max” markalı cihazı və 1 (bir) ədəd 3 manat dəyərində ***-***-**-** saylı mobil nömrə kartını gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1403 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Beləliklə də Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM- nin 29, 177.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə heroin qəbul edir. Bibiheybət qəsəbəsi, Məktəb küçəsi 63 saylı kirayə qaldığı evin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq 8-ci polis bölməsinə dəvət etdilər. O, etiraz etmədən 8-ci polis bölməsinə getmiş və orada vəkilin iştiraki ilə video çəkiliş aparılmaqla üzərində saxladığı içərsində heroin olduğu 1 ədəd bükümü təqdim etmişdir. Narkotiki yerdən tapmışdır. xx.xx.2022-ci il tarixdə gecə saatlarda “Azneft ” dairəsi yaxınlığında yerləşən “Qutabxana”-nın daxilində masa üzərində qara rəngli pul kisəsini görmüş, “Qutabxana”çöl tərəfdən yaxınlaşmış və əlini içəriyə doğru uzadaraq masa üzərində olan pul kisəsini götürmüşdür. Bu vaxt pul kisəsinin onun əlində olduğunu “Qutabxana”-nın sahibi görmüşdür. Həmin an o, pul kisəsini yerə atmışdır. “Qutabxana”-nın sahibi onu saxlayaraq polis əməkdaşlarını çağırmışdı. O, heç yerə qaçmamışdır. Pul kisəsində 1000 manat pul olmamışdır, bu səbəbdən özünu bu əməldə qismən təqsirli bilir. xx.xx.2022-ci il tarixdə məhlə arası gəzdikdə Şeyx Şamil küçəsi, 57 saylı ünvanın həyətinə içəri daxil olduqda, həyətdə olan mənzillərdən birinin giriş qapısının açıq olduğunu görmüş, mənzilə daxil olaraq masanın üzərində olan “İphone” markalı mobil telefonu götürərək ordan getmişdir. Mobil telefonu 100 manata satmışdır. Ziyanı hal-hazırda ödəmək imkanı yoxdur. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında kirayə qaldığı Ş.Şamil küçəsi 57 ünvanında yerləşən mənzildə giriş qapısını açıq qoymuşdur. Bir qədər sonra özünə məxsus olan mobil telefonun masanın üzərində olmadığını görmüşdür. Həmin zaman başa düşmüşdür ki, giriş qapısının açıq olmasında istifadə edərək naməlum şəxs içəri daxil olmaqla ona məxsus bir ədəd mobil telefonu masanın üzərindən oğurlamışdır. Baş vermiş oğuıruq hadisəsi ilə bağlı xx.xx.2022-ci il tarixdə saat 11:54 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə zəng edərək hadisə barəsində məlumat vermişdir. Ona 1403 manat ziyan dəymişdir. Şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin CA üzrə Əməliyyət müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Məktəb küçəsi, 63 saylı evdə kirayə yaşayan, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayonu, Bibiheybət qəsəbəsi ətrafında narkotik vasitələrin qəbulu, gəzdirməsi, satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 11:30-də Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru Şahid2 ilə birlikdə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə Bakı şəhəri Səbail rayonu, Bibiheybət qəsəbəsi, Məktəb küçəsi, 63 saylı evin yaxınlığında Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirilmiş və həmin ünvanda qeyd edilən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, onun şəxsiyyətini dəqiqləşdirmişlər. Həmin vaxt Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində, ərazidə xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X9 4-cü Polis Bölüyünün polis nəfəri polis serjantı Şahid3 və Daxili İşlər Nazirliyinin Əlahiddə X9 polis nəfəri polis serjantı Şahid4, onun və Şahid2 Təqsirləndirilən şəxs saxlamağını görüb dərhal onlara yaxınlaşmışlar. Bundan sonra onlar Təqsirləndirilən şəxs 8-ci Polis Bölməsinə dəvət etmişlər. 8-ci Polis Bölməsində Təqsirləndirilən şəxs üzərinə vəkilin iştiraki ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürülmə aparılmış və təhqiqatçı polis kapitanı X7 tərəfindən protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olan əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim edilməsi təklif olunmuş bu zaman Təqsirləndirilən şəxs əynində olan cins şalvarın cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində narkotik vasitə olan heroin bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 1 büküm narkotik vasitəni heroin olduğunu və narkotik vasitəni Nizami metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 büküm ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə zərfə qoyularaq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru Şahid2, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X9 4-cü Polis Bölüyünün polis nəfəri polis serjantı Şahid3 və Daxili İşlər Nazirliyinin Əlahiddə X9 polis nəfəri polis serjantı Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Post Patrul Bölüyünün polis kiçik serjantı Şahid5 ifadəsində göstərmişdir ki, 19 avqust 2022-ci il tarixdə saat 07 radələrinədək o, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Post Patrul Bölüyünün polis nəfəri Şahid6 və Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Post Patrul Bölüyünün polis nəfəri polis kiçik serjantı Şahid7 ilə birlikdə onlara təhkim edilmiş inzibati ərazidə xidmətdə olmuşdur. 18 avqust 2022-ci il tarix saat 00:40 radələrində Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın “Azneft” dairəsi yaxınlığında yerləşən “Qutabxana”-nın yanından keçən zaman, onlara bir nəfər şəxs əl işarəsi ilə əl edib onu, Şahid6 və Şahid7 yanına çağırmışdır. Həmin vaxt o, Şahid6 və Şahid7 ilə birlikdə “Qutabxana”-ya yaxınlaşmışdır.“ Özünü Zərərçəkmiş şəxs1 olaraq təqdim edən şəxs “Qutabxana”-nın içərisində bir nəfər şəxsi, onlara göstərərək həmin şəxsin “Qutabxana”-nın çölündən əlini içəri uzadaraq masa üzərində olan və ona məxsus pul kisəsəsini və həmin pul kisəsinin içərisində 1000 manat nəğd pulunu oğurlamağa cəhd etdiyini və hazırda həmin şəxsdən şikayətinin olduğunu bildirmişdir. Bununla yanaşı olaraq Zərərçəkmiş şəxs1 onlara bildirmişdir ki, həmin şəxsin onun pulunu oğurlayan zaman qəfil onu “Qutabxana”- da görmüş və həmin şəxs pul kisəsini yerə atmışdır. Bundan sonra onlar “6656” saylı avtopatrulu hadisə yerinə çağırmışlar. Onlara məlum olmuşdur ki, 1000 manat pulu oğurlamağa cəhd göstərən şəxs- Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 ayrı-ayrılıqda xidməti avtopatrula əyləşdirilib 9-cu Polis Bölməsinə apararaq raport tərtib etməklə onları bölməyə təhvil vermişlər. Təqsirləndirilən şəxs cinayət etməyə cəhd göstərən zaman hadisə yerindən qaçması halı onlar tərəfindən və Zərərçəkmiş şəxs1 tərəfindən müəyyən edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Post Patrul Bölüyünün polis nəfəri Şahid6 Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 28 avqust 2022-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixdə, saat 13:20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 30 avqust 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 30 avqust 2022-ci il tarixli “təqdim etmə və götürmə aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi iş üzrə əhəmiyyət kəsb edən görüntülərin əks olunduğu bir ədəd disk götürülmüşdür. İş materiallarında olan 30 avqust 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, video-diskə baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 08:19:50-də bir nəfər əynində qara rəngli şalvar, ayağında yay ayaqqabısı olan şəxsin sol əlində saxladığı əşya ilə birlikdə həyətə daxil olması və 08:21:50-də sol əlində əşya ilə həyətdən çıxdığı görünür. Baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olmasını bildirir. İş materiallarında olan 30 avqust 2022-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanlması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi ünvan 1 ünvanında yerində yoxlanılarkən o, həyətin giriş hissəsini və həyətdə olan mənzili göstərərək xx.xx.2022-ci il tarixdə saat 08 radələrində həmin həyətə daxil olaraq, mənzilin açıq qapısından içəri girərək masanın üzərində olan mobil telefonu oğurladığını bildirmişdir. İş materiallarında olan 31 avqust 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Qərar ona 31 avqust 2022-ci il tarixdə, saat 09:00-da elan olunmuşdur. İş materiallarında olan cinayət işinin bir icraatda birləşdirilməsi haqqında 31 avqust 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilmiş və ********* nömrə ilə istintaqı davam etdirilmişdir. İş materiallarında olan 01 avqust 2022-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2022-ci il tarixdə, saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 31 iyul 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparmadan əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş və paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində qəhvəyi rəngli tozşəkilli maddə olan 1 (bir) ədəd bükümçıxarıb təqdim etmişdir. Həmin büküm qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 avqust 2022-ci il tarixli 6/4115 saylı Ekspert rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş üzərində, “Azərbaycan Respublikası DİN Zərflər üçün №-52” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxsin təqdim etdiyi maddi sübut 01 ədəd büküm ... Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs- imza, Müdafiəçi M.H.Məmmədov imza, iştirakçılar-dörd imza; Tərtib etdktəhqiqatçı R.Cəfərov imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi - 0,168 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqatın dəyəri 92 (doxsan iki) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 01 avqust 2022-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 8-ci PB-si tərəfindən 0.168 qram qəhvəyi toz şəkilli maddə təqdim edilmiş, 0.05 qram nümunə götürülmüş, 0.118 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 02 avqust 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Qərar ona 02 avqust 2022-ci il tarixdə, saat 09:30-da elan olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 02 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxssaxlanıldığı MSY-dən azad edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi barədə” 02 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs:

1. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2000 manat cərimə cəzasına məhkum olunmuşdur.

2. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 29.177.2.2 və 29.177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il şərti sınaq müddəti ilə 03 (üç) il azadlıqdan məhrum etmə cəzası və 2000 manat cərimə cəzasına məhkum olunmuşdur.

3. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 02 (iki) ay 01 (bir) gün azadlıqdan məhrum etmə və 1630 manat cərimə cəzasına məhkum olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 234.1, 67.1, 71.5, 68.2-ci maddələrinə əsasən qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 1630 manat cərimə cəzası təyin edilmişdir. İş materiallarında olan Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. İş materiallarında olan cinayət işinin bir icraatda birləşdirilməsi haqqında 31 avqust 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 29,177.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilmiş və ********* nömrə ilə istintaqı davam etdirilmişdir. İş materiallarında olan 18 avqust 2022-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 29,177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. İş materiallarında olan 18 avqust 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Səbail rayonu, “Dəniz Kənarı Milli Parkın” ’’Azneft” dairəsi yaxınlığında olan Qutabxanaya baxış keçirilmiş, bu barədə foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 18 avqust 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdə, saat 13:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 19 avqust 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 29,177.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Qərar ona 19 avqust 2022-ci il tarixdə, saat 12:05-də elan olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru vəzifəsini icra edən ədliyyə müşaviri Ədalət Aslanovun 20 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal Səbail MSY-dən azad edilərək barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi barədə” 20 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 31 avqust 2022-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* №-li cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddəsinə tövsif edilməklə, ibtidai istintaq Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddəsi ilə davam etdirilmiş, Azərbaycan Respublikası CM-nin 29, 177.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* №-li cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 29, 177.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 29, 177.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilməklə, ibtidai istintaq Azərbaycan Respublikası CM-nin 29, 177.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə davam etdirilmişdir. İş materiallarında olan 31 avqust 2022-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 29, 177.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru vəzifəsini icra edən ədliyyə müşaviri Ədalət Aslanovun 31 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal Səbail MSY-dən azad edilərək barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə 31 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 09 sentyabr 2022-ci il tarixli “götürmə aparılması haqqında” qərardan və “təqdim etmə və götürmə aparılması haqqında” protokoldan görünür ki, Əliyev X4 Anar İlqar oğluna məxsus məbil telefonu ona satan şəxsin şəxsiyyət vəsiqəsinin surətini və ona imza etdirdiyi sənədi istintaqa təqdim etmişdir. İş materiallarında olan 03 oktyabr 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini əks etdirən diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, diskdə bir ədəd videofayl mövcüddur. Video görüntüdə bir nəfər kişi cinsli şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması görünür. Üzərinə şəxsi axtarış və götürmə istintaqı keçirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim edir. Şəxsin üzərindən aşkar edilmiş bir ədəd büküm zərfə qoyularaq qablaşdırılır və zərf möhürlənir və iştirakçılar tərəfindən imzalanır. İş materiallarında olan 02 noyabr 2022-ci il tarixli “qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 şəxsi Ambulator Məcburi-narkoloji X3 xx.xx.2022-ci tarixli 4688 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlann birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 oktyabr 2022-ci il tarixli 9/6794 saylı Ekspert rəyindən görünür ki, 01 ədəd 64 GB yaddaş tutumlu, qara rəngli“İphone 11 Pro Max”mobil telefonunun hadisə baş verən tarixə, yəni 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla 1100 manat, 1 (bir) ədəd mobil telefonun üzərində olan ***-***-**-** saylı GSM nömrə 4 manat dəyərində müəyyən edilmişdir. Tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2 (iki) ay müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan 14 noyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 29, 177.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 15 noyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılması hərəkətlərinin əks olunduğu 1 (bir) ədəd “DVD” disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərindən götürülmü təmiz çəkisi 0,168 qram heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış, təqdiqata sərf olunduqdan sonra qalan 0,118 qram heroin Bakı şəhəri Səbail RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. İş materiallarında olan Qaradağ rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarına əsasən 1630 manat məbləğində cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndi tətbiq edilərək, ona təyin edilmiş cərimə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏNPX-nin 4 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. Məhkəmə iclasında şəxsi axtarış və götürmə hərəkətlərinin əks olunduğu diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olmasını təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin , Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə zamanı verdiyi ifadəsi, şahidlərin ifadəsi, ekspertiza rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, şahidlərin ifadəsi, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsi onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 29,177.1ci maddəsi ilə isə ittiham düzgün verilməmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Əgər şəxs Cinayət Məcəlləsinin müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.4 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.4 yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.2, 181.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviri-əsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 29,177.1-ci maddəsi ilə nəzərdə tutulan əməl CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tam əhatə olunduğundan və bu maddələrlə də təqsirləndirilən şəxsə ittiham elan edildiyindən, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan CM-nin 29,177.1-ci maddəsi xaric olunmalıdır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Müəyyən edilmişdir ki, Məmmədov X5 rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 29.177.2.2 və 29.177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il şərti sınaq müddəti ilə 03 (üç) azadlıqdan məhrum etmə cəzası və 2000 manat cərimə cəzasına məhkum olunmuş, daha sonra Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 02 (iki) ay 01 (bir) gün azadlıqdan məhrum etmə və 1630 manat cərimə cəzasına məhkum olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 234.1, 67.1, 71.5, 68.2-ci maddələrinə əsasən qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 1630 manat cərimə cəzası təyin edilmiş, Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yenidən cinayət törətməsi cinayətin residivi hesab edilir. Azərbaycan Respublikası CM-in 18.1 qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal qismində nəzərə alır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran hallarını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı və ona qəti cəza təyin edilməlidir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs istintaq dövründə 31 iyul 2022-ci il tarixdən 02 avqust 2022-ci il tarixədək, 18 avqust 2022-ci il tarixdən 19 avqust 2022-ci il tarixədək, 29 avqust 2022-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək tutulduğu 05 (beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli hökmün tarixindən, yəni 08 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0,118 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 142 qəpik (bir yüz qırx iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsi Təqsirləndirilən şəxs verilmiş ittihamdan xaric olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 31 iyul 2022-ci il tarixdən 02 avqust 2022-ci il tarixədək, 18 avqust 2022-ci il tarixdən 19 avqust 2022-ci il tarixədək, 29 avqust 2022-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək tutulduğu 05 (beş) gün müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 05 (beş) gün təyin olunmuş cəzadan çıxılmaqla, ona qəti olaraq 03 (üç) il, 05 (beş) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 0,118 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –142 qəpik (bir yüz qırx iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20(iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar