Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-51/2025 12.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşayan barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 Səbail RPİ-nin X4 Şöbəsində işləməsini bildirib, sonuncunun ona qarşı yaranmış etibarından sui istifadə edərək, guya Zərərçəkmiş şəxs1 yol vərəqəsi əsasında idarə etdiyi «Hunday Sonata» markalı, Az **- AU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin Bakı şəhərində müxtəlif ünvanlarda sürət həddini keçmə, texniki baxışdan keçməmə və dayanma-durma qaydalarını pozduğuna görə yaranmış ümumi 1040 manat cərimənin həll olunmasına köməklik göstərməsinə dair hər hansı bir səlahiyyətlərə malik olmadığı halda yalandan vəd verib inandıraraq, 23 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi Salyan yolu 5 ünvanda yerləşən Səbail RPİ-nin X4 Şöbəsinin inzibati binasında Zərərçəkmiş şəxs1 1040 manat pulu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla, Zərərçəkmiş şəxs1 1040 (bir min qırx) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3 Səbail RPİ-nin X4 Şöbəsində işləməsini bildirib, sonuncunun ona yaranmış etibarından sui istifadə edərək, guya Zərərçəkmiş şəxs3 yol vərəqəsi əsasında idarə etdiyi «Toyota» markalı, Az **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin Bakı şəhərində müxtəlif ünvanlarda sürət həddini keçmə, texniki baxışdan keçməmə və dayanma-durma qaydalarını pozduğuna görə yaranmış 1100 manat cərimənin həll olunmasına köməklik göstərməsinə dair hər hansı bir səlahiyyətlərə malik olmadığı halda yalandan vəd verib inandıraraq, 24 yanvar 2023-cü il tarixdə saat 12:25 radələrində Zərərçəkmiş şəxs3 Bakı şəhərində xatırlamadığı ünvanda olarkən tanışı Şahid Qabil oğlunun hesab kartından onun 4098 5844 6489 88 63 nömrəli hesab kartına köçürülmüş 1100 manat pulu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla, Zərərçəkmiş şəxs3 1100 (bir min yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 RPİ-nin X4 Şöbəsində işləməsini bildirib, sonuncunun ona qarşı yaranmış etibarından sui istifadə edərək, guya Zərərçəkmiş şəxs2 yol vərəqəsi əsasında idarə etdiyi «Fort» markalı, Az **- AS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin Bakı şəhərində müxtəlif ünvanlarda sürət həddini keçmə, texniki baxışdan keçməmə və dayanma-durma qaydalarını pozduğuna görə 1900 manat cərimənin həll olunmasına köməklik göstərməsinə dair hər hansı bir səlahiyyətlərə malik olmadığı halda yalandan vəd verib inandıraraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin iyul ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Salyan yolu 5 ünvanda yerləşən Səbail RPİ-nin X4 Şöbəsinin inzibati binasında Zərərçəkmiş şəxs2 380 manat, 2023-cü ilin noyabr sonunda eyni adla həmin ünvanda 220 manat və 04 aprel 2024-cü il tarixdə isə eyni adla həmin ünvanda 1300 manat pulu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla, Zərərçəkmiş şəxs2 ümumilkdə 1900 (bir min doqquz yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 Səbail RPİ-nin X4 Şöbəsində işləməsini bildirib, sonuncunun ona qarşı yaranmış etibarından sui istifadə edərək, guya bir vətəndaşın adına olan avtomobilin 974 manat məbləğində cərimələrinin ödənilməsi üçün həmin şəxsin lesabına pul köçürülməli oğlduğuna dair yalandan həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, həmin pulu özünün günün sonunadak qaytaracağına dair vəd verməklə, 05 may 2024-cü il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 10 ünvanda yerlən 23 saylı Azərpoçtda öz hesabından onun istifadəsində olan kart hesabına köçürülmüş 974 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs4 974 (doqquz yüz yetmiş dörd) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs X1 özünü təqsirli bilərək bildirmişdir ki, ibtidai istintaqda ifadə verib, birbanka borcu olub, Kapital Banka dəfələrlə yazılı və şifahi müraciət edib ki, borcu ondan hissə-hissə tutsunlar, çünki karta gələn pul onun deyil. Dəymiş ziyanı tam olaraq ödəyib. 25%-i ödəməyib. Əməlindən peşmandır. İbtidai istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 Mehralı oğlu bildirmişdir ki, ilk dəfə 2023-cü ilin iyul ayının sonunda Təqsirləndirilən şəxs Səbail RPİ-nin X4 Şöbəsində tanıyıb və onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Təxminən 2023-cü ilin iyul ayının ortalarında Bakı şəhərində dəqiq xatırlamadığı ünvanda olan zaman Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonundan onun istifadə etdiyi ***-***-**-** mobil telefonuna zəng edərək, Səbail RPİ-nin X4 Şöbəsinin əməkdaşı olduğunu özünü «Elşən» adlı şəxs kimi təqdim etməklə onun yol vərəqəsi əsasında idarə etdiyi “Ford” markalı AZ **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin Bakı şəhərində olan müxtəlif ünvanlarda dayanma-durma olmasını müəyyən edildiyini, həmin avtomobilin cərimələrinin olmasını və cərimələrin onun tərəfindən ödənilməsi üçün Səbail RPİ-nin X4 Şöbəsinə yaxınlaşmağını bildirdi. Bundan sonra o təxminən 2023-cü ilin iyul ayının ortalarında Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Salyan yolu 5 ünvanda yerləşən Səbail RPİ-nin X3 Şöbəsinin 1-ci mərtəbəsinin sağdan brinci otağında özünü «Elşən» kimi təqdim edən Təqsirləndirilən şəxs yaxınlaşaraq nə qədər miqdarda cəriməsi olduğunu soruşduqda o, hazırda dayanmadurma üçün 380 manat cərimə olduğunu bildirib, bu zaman o Aydına həmin xidməti otaqda polis serjantı olan adını bilmədiyim əməkdaşın yanında 380 manat pulu sayıb Aydına verib. Aydın isə ona özü həmin cəriməni ödəyəcəyini və guya onun mobil telefonuna cərimənin ödənilməsi barədə SMS gələcəyini bildirdi. O isə ona inanıb çıxıb gedib. Təxminən 2023-cü ilin oktyabr ayının əvvələrində o Bakı şəhərində olan zaman Təqsirləndirilən şəxs ona yenidən zəng edərək əlavə avtomobilin cəriməsi olduğunu və onun Səbail RPİ-nin X4 Polisinə gəlməli olduğunu bildirdi. O isə ona iki həftdə ərzində gələcəyimi bildirdim. Bundan sonra təxminən 2023-cü ilin noyabr sonunda o Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Salyan yolu 5 ünvanda yerləşən Səbail RPİ-nin X4 asinin 1ci mərtəbəsinin sağdan brinci otağında özünü «Elşən» kimi təqdim edən Təqsirləndirilən şəxs yaxınlaşaraq nə qədər miqdarda cəriməsi olduğunu soruşduqda o, mənə hazırda dayanma-durma üçün 350 manat cərimə olduğunu və sənədləri toplayıb məhkəməyə göndərəcəyini bildirdi. Bu zaman ona mənim həmin məbləğin ödərilməsi üçün bir qədər cox olduğunu bildirdikdə, Aydınla 220 manata razılaşıb və ona 220 manat pulu, həmin xidməti otaqda polis serjantı olan adını bilmədiyi əməkdaşın yanında sayıb Aydına verib. Aydın isə ona özü həmin cəriməni ödəyəcəyini və guya onun mobil telefonuna cərimənin ödənilməsi barədə SMS gələcəyini bildirib. O isə ona inanıb çıxıb gedib. Təxminən 2024cü ilin mart ayının sonunda mən Bakı şəhərində olan zaman Təqsirləndirilən şəxs ona yenidən zəng edərək onun əlavə avtomobilinin cəriməsi olduğunu və onun Səbail RPİ-nin X4 Şöbəsinə gəlməyini bildirdi. O isə ona 2024-cü ilin aprel ayının əvvələrində gələcəyimi bildirib. Bundan sonra təxminən 04 aprel 2024-cü il tarixdə mən Bakı şəhəri Səbail rayonu qəsəbəsi Salyan yolu 5 ünvanda yerləşən Səbail RPİ-nin X4 Şossesinin 1-ci mərtəbəsinin sağdan birinci otağında özünü «Elşən» kimi təqdim edən Təqsirləndirilən şəxs yaxınlaşaraq onun nə qədər miqdarda cəriməsi olduğunu soruşduqda o, ona hazırda sürət həddini keçmə, texniki baxışdan keçməmə, dayanma-durma ümumi 1500 manat cərimə olduğunu bildirib. Bu zaman o ona həmin məbləğin ödənilməsi üçün bir qədər cox olduğunu bildirdikdə, Aydın onunla 1300 manat pulla razılaşıb və ona 1300 manat pulu, həmin xidməti otaqda polis serjantı olan adını bilmədiyi əməkdaşın yanında sayıb Aydına verib. Aydın isə ona bir daha özü həmin cəriməni ödəcəyini və guya onun mobil telefonuna cərimənin ödənilməsi barədə SMS gələcəyini bildirib. O isə ona inanıb çıxıb gedib. Lakin üstündən bir müddət keçdikdən sonra o avtomobilin cəriməsinin olub-olmamasını yoxladıqda ona məlum oldu ki, Aydının ondan ümumlikdə aldığı 1900 manat pullarla cərimələri ödədəmişdir. Bundan sonra Aydından dəfələrlə zəng edərək ona verdiyi 1900 manat pulu tələb etdikdə o, müxtəlif bəhanələr gətirərək ondan yayındı. Buna görədə məcbur olub 03 iyul 2024-cü il tarixdə Səbail rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. İbtidai istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdirmişdir ki, ona ilk dəfə 23 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Səbail RPİ-nin X4 Şöbəsində tanıyıb və onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Təxminən 2022-ci ilin oktyabr ayının ortalarında Bakı şəhərində dəqiq xatırlamadığı ünvanda olan zaman Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil telefonundan onun istifadə etdiyi ***-***-**-** mobil telefonuna zəng edərək, Səbail RPİ-nin X4 Şöbəsinin əməkdaşı olduğu kimi təqdim etməklə mənim yol vərəqəsi əsasında idarə etdiyi «Hundai Sonata» markalı AZ **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilimin şəhərində olan müxtəlif ünvanlarada sürət həddini keçmə, texniki baxışdan keçməməyə və dayanma-durma olmasını müəyyən edildiyini, həmin avtomobilin cərimələrini olmasını və cərimələrin onun tərəfindən ödənilməsi üçün Səbail RPİ-nin X4 Şöbəsinə yaxınlaşmağını bildirib. Bundan sonra təxminən 23 oktyabr 2022-ci il tarixdə saat təxminən 12 radələrində o Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Salyan yolu 5 ünvanda yerləşən Səbail RPİ-nin X4 Şöbəsinin 1-ci mərtəbəsinin sağdan birinci otağında Təqsirləndirilən şəxs yaxınlaşaraq onun nə qədər miqdarda cəriməsi olduğunu soruşduqda o, ona hazırda sürət həddini keçmə, texniki baxışdan keçməməyə və dayanma-durma üçün 1040 manat cərimə olduğunu, sənədləri toplayıb məhkəməyə göndərəcəyini bildirib. Bu zaman 1040 manat pulla raşılaşıblar və ona 1040 manat pulu, həmin xidməti otaqda polis serjantı olan adını bilmədiyim əməkdaşın yanında sayıb Aydına verib, həmin polis əməkdaşı otağı tərk edərək çölə çıxıb. Bundan sonra Aydın isə mənə özü həmin cəriməni ödəcəyini və guya onun mobil telefonuna cərimənin ödənilməsi barədə SMS gələcəyini bildirdi. O da inanıb çıxıb gedib. Bir müddət keçdikdən sonra o avtomobilin cəriməsinin olub-olmasını yoxladıqda məlum olub ki, Aydına ondan ümumlikdə aldığı 1040 manat pullarla cəriməni ödəməmişdir. Bundan sonra Aydına dəfələrlə zəng edərək 1040 manat pulu tələb etdikdə o, müxtəlif bəhanələr gətirərək yayınıb. Buna görə də başa düşüb ki, Aydın onu aldadaraq aldığı 1040 manat pulu ələ keçirmişdir. Buna görə də məcbur olub 27 iyul 2024-cü il tarixdə Səbail Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. İbtidai istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, 2022-ci ilin oktyabr ayının ortalarında Bakı şəhərində dəqiq xatırlamadığı ünvanda olan zaman Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil telefonundan onun istifadə etdiyi ***- ***-**-** mobil telefonuna zəng edərək Səbail RPİ-nin X4 Şöbəsinin əməkdaşı olduğu kimi təqdim etməklə yol vərəqəsi əsasında idarə etdiyi «Toyota» markalı AZ **-PU-*** dövlət avtomobilinin Bakı şəhərində olan müxtəlif ünvanlarda sürət həddini keçmə, texniki baxışdan keçməməyi və dayanma-durma olmasını müəyyən edildiyini,həmin avtomobilin 1100 manat cərimələrinin olmasını və cərimələrin onun tərəfindən ödənilməsi üçün Səbail RPİ-nin X4 Şöbəsinə yaxınlaşmağını bildirmişdir. O isə Təqsirləndirilən şəxs işi ilə bağlı vaxtı olmadığını və həmin 1100 manat pulu karta biləcəyini bildirib. Təqsirləndirilən şəxs isə onunla razılaşaraq o, ona öz nömrəsini whatsapp vasitəsi ilə göndərmişdir, 24 yanvar 2023-cü il tarixdə saat təxminən 12:25 radələrində mən Bakıda olan zaman hesab kartı olmadığı üçün tanışı Şahid Qabil oğlunun hesab kartına özünə məxsus 1100 manat pulu Aydının hesab kartına göndərib. Təqsirləndirilən şəxs isə ona telefonuna cərimənin ödənilməsi barədə SMS gələcəyini bildirib. Sonra o dəfələrlə Təqsirləndirilən şəxs zəng edərək 1100 manat pulun ödənilmədiyi barədə maraqlandıqda onun mobil telefonuma cavab verməyib. Bundan sonra o təxminən 2024-cü ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs işlədiyi Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Bakı Salyan şössesi 5 ünvanında yerləşən Səbail RPİ-nin X4 Şöbəsinə gedərək orada onunla görüşüb cərimənin ödəyib-odənilməsini soruşub. Lakin Təqsirləndirilən şəxs ondan bir qədər vaxt istəyib o da artıq başa düşüb ki onu aldadır. Bundan sonra O Aydından 1100 manat pulu qaytarmasını tələb edib o, isə ona guya qısa müddət ərizində pulu qaytaracağını söz verdi. Lakin bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs onun pullarını qaytarmadığından 22 may 2024-cü il tarixdə DİN-nin 102 zəng xidməti mərkəzinə müraciət edib. İbtidai istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 bildirmişdir ki, təxminən 05 may 2024-cü il tarixdə saat təxminən 10 radələrində işlədiyi şəhəri Səbail rayonu Salyan yolu 10 ünvanda yerləşən 23 saylı Azərpoçtda olan zaman Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil telefonundan onun istifadə etdiyi ***-***-**-** mobil telefonuna zəng edərək, guya hansısa bir vətəndaşın adına olan avtomobilinin cəriməsini ödəməsi üçün ondan 974 manat pulun onun hesab kartına köçürməsini və həmin pulu isə həmin günü ona qaytaracağını bildirib. O isə tanıdığı üçün ona inanıb və elə həmin günü iş yerində olan zaman öz hesabından onun hesab kartına 974 manat pulu göndərib. Lakin həmin günü axşam saatlarında o Təqsirləndirilən şəxs zəng edərək 974 manat pulun onun hesab kartına köçürməsini xahiş edib. Təqsirləndirilən şəxs isə ondan təxminən 2-3 gün vaxt istəyib və 2-3 gündən sonra Aydın onun hesab kartına 300 manat pulu köçürüb. Qalan 674 manatı isə guya 1-2 gün ərzində onun hesab kartına köçürəcəyini bildirib. O isə onun dediyi vaxta kimi gözləyib. Bir müddət keçdikdən sonra mən Təqsirləndirilən şəxs zəng edərək - manat pulumu qaytarmasını tələb etdikdə, o, isə ondan yenidən bir qədər vaxt istəyəndə artıq başa düşüb ki onu aldadır. Bundan sonra o məcbur olub Təqsirləndirilən şəxs barəsində 15 iyul 2024-cü il tarixdə Səbail rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. İş materiallarında olan 03 iyul 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (c.i.v. 1). İş materiallarında olan 12 iyul 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v. 14). İş materiallarında olan 16 iyul 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v. 36). İş materiallarında olan 18 iyul 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v. 61). İş materiallarında olan 17 avqust 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v. 165). İş materiallarında olan 30 iyul 2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il tarixdə saat 14:30-da tutulmuşdur (c.i.v.122-123). İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (İ cild c.i.v. 134- 135). İş materiallarında olan Səbail rayon Məhkəməsinin 4(009)-406/2024 saylı, 01 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (c.i.v. 154-157). İş materiallarında olan Səbail rayon Məhkəməsinin 4(009)-445/2024 saylı, 23 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 30 sentyabr 2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (c.i.v.184-191). İş materiallarında olan Səbail rayon Məhkəməsinin 1(009)-295/2024 saylı, xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 1(009)-51/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirmə tətbiq edilmişdir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 1(009)-51/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan 15 iyul 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (c.i.v.84). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıb. Ona dəymiş ziyan tam ödənilib. Onlara qarşı heç bir şikayəti yoxdur, gələcəkdə də şikayəti və iddiası olmayacaq (c.i.v.174-175). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıb. Ona dəymiş ziyan tam ödənilib. Onlara qarşı heç bir şikayəti yoxdur, gələcəkdə də şikayəti və iddiası olmayacaq (c.i.v.177-178). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıb. Ona dəymiş ziyan tam ödənilib. Onlara qarşı heç bir şikayəti yoxdur, gələcəkdə də şikayəti və iddiası olmayacaq (c.i.v.180-181). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıb. Ona dəymiş ziyan tam ödənilib. Onlara qarşı heç bir şikayəti yoxdur, gələcəkdə də şikayəti və iddiası olmayacaq (c.i.v.183). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ ki, keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərarın 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş, biri-birini məntiqi baxımdan tamamlayan və təkzibedilməz mötəbər dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərlə barışmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. Səbail rayon Məhkəməsinin 4(009)-406/2024 saylı, 01 avqust 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Səbail rayon Məhkəməsinin 4(009)-445/2024 saylı, 23 avqust 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri 30 sentyabr 2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Səbail rayon Məhkəməsinin 1(009)-51/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il tarixindən 12 may 2025ci il tarixədək həbsdə saxlanıldığı 09 (doqquz) ay 12 (on iki) gün nəzərə alınmalı və ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini – ünvan 15 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” “qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 462 manat pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il, 09 (doqquz) ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il tarixdən 12 may 2025-ci il tarixədək həbsdə saxlanıldığı 09 (doqquz) ay 12 (on iki) gün müddət, iki günə bir gün hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq qəti olaraq 01 (bir) il, 02 (iki) ay, 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini – ünvan 15 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” “qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 462 (dörd yüz altmış iki) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 03 saylı Vəkil Bürosunun, "xxxx" QSC-nin Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-51/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-51/2025
12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver