Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-52/2021 25.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X13 qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Bağırov Davud Zöhrab oğlu və vəkili Müdafiəçi iştirakları ilə, Bağırov Davud Zöhrab oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bağırov Davud Zöhrab oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət işi başlanmaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair hökm çıxarılmasını xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, o, Qırğızıstan Respublikasının vətəndaşı, X5 X8 Merim Beishekeyevanın (Beyşekeyevanm) hüquqlarını məhkəmə instansiyalarında 2017-ci ildən müdafiə edir. Xüsusi İttiham Qaydasında ittiham edilən Bağırov Davud Zöhrab oğlusa Merim Beishekeyevanın (Beyşekeyevanm) keçmiş əri olub, Merim Beishekeyevaya (Beyşekeyevaya) xx xxxxxxx 2015-ci il tarixində şər-böhtan atmış olaraq onu bir günlüyə polisdə araşdırma aparılmış olmasından istifadə etmiş olaraq Qazaxıstan vətəndaşı yüngül əxlaqlı Zarina Jeksenbayevanın köməkliyi ilə onun azyaşlı qızı, xx xxxxxx 2012 il tarixdə X6 New York şəhərində anadan olan, X6 vətəndaşı Ceylanı Dubaydan oğurlayaraq Azərbaycan ərazisinə gətirmişdi. Bu hal özünü Dubay Ali Məhkəməsinin 250/2016 saylı xx xxxxxx 2017 il tarixli Qərarda yer almışdır. Merim Beishekeyevaya (Beyşekeyevaya) hüquqi yardım göstərməklə əlaqədar Merim Beishekeyevaya (Beyşekeyevaya) və ona təzyiqlər olduğundan, Bağrov Davdun bacısı olmuş, Bağırova Cəmilənin öz vəzifə səlahiyyətlərindən istifadə etmiş olaraq azyaşlı Ceylanm anası ilə (yəni Merim Beishekeyeva (Beyşekeyeva) ilə görüşməsinə maneçilik törətdiklərindən, bu qanunsuzluqlar haqqında ona KİV-lərdə bir neçə dəfə çıxış etdiyindən Bağırov Davud da heç bir əsas olmadan ona qarşı şər-böhtan, təhqir dolu məqalələr çap etdirmişdi. Daha doğrusu öz mövqeyini rəsmi şəkildə göndərmişdir. Həmin məqalələrin çoxu yoxa çıxıb, itirilmişdi. Sadəcə o vaxt Bağırov Davuda görə məhkəmədə adının hallanmasını istəmədiyindən Şikayət təqdim etmək istəmirdi. Lakin onun növbəti dəfə heç bir əsas olmadan aidiyyəti üzrə olmayan məhkəməyə-Sabunçu rayon məhkəməyə vermiş olması, Sabunçu rayon məhkəmənin (hakimi olmuş Zeynalov M.S.-in) də heç bir əsas olmadan icraata götürmüş olması artıq onun səbrini daşdırdı, o, da Bağırov Davud Zöhrab oğlunun cinayət məsuliyyəti daşıması üçün məhkəməyə müraciət etməli oldu. Həmin məqalələrdən “Yeni Müsavat” qəzetin 135 (6749) saylı xx xxxx 2017 il tarixli buraxılışda işıq üzü görən “Dubayda uşaq oğurlamaqda ittiham olunan şəxs danışdı” məqaləsində, “Yeni Müsavat” qəzetin 170 (6784) saylı xx xxxxxx 2017 il tarixli buraxılışda işıq üzü görən “Dubayda uşaq oğurluğunda ittiham olunan azərbaycanlı danışdı” məqaləsində, “Müsavat.com” saytının xx xxxxxxxx 2017 il tarixli saat 10:47 buraxılışda işıq üzü görən “Dubay Məhkəməsinin qəbul etdiyi Qərarın Azərbaycanda tanınmasına əsas yox idi”- Qarşı tərəf məqaləsində, “Millətin.Səsi.İnfo” saytının xx xxxxxx 2018 il tarixli saat 16:56 buraxılışda işıq üzü görən “X10rlamış olaraq Türkiyə üzərindən Azərbaycan ərazisinə gətirmiş olduğu ABŞ vətəndaşı azyaşlı Ceyla haqda danışdı” məqaləsində mənə böhtan atmaqla yanaşı təhqirlərə də yol vermişdir. “Yeni Müsavat” qəzetinin 135 (6749) saylı xx xxxx 2017 il tarixli buraxılışda 14 səhifəsində işıq üzü görən “Dubayda uşaq oğurlamaqda ittiham olunan şəxs danışdı” məqaləsində 14 səhifədə 4-cü sütünda qeyd etmişdi ki? “Bununla yanaşı Merim Beishekeyeva və nümayəndəsi Abdulla Əfəndizadə şantaj, hədəqorxu dolu və həqiqətə uyğun olmayan böhtan yazıları müxtəlif instansiyalara göndərməklə açıq-aşkar qanunsuz hərəkətlərinə yol vermişdi və hazırda bu hərəkətlərini davam etdirmişdi” yazısında məni ağır cinayətdə ittiham etmiş olaraq böhtan atmışdı. Daha sonra həmin səhifədə 6-cı sütunun əvvəlində: “Təbii ki, özünü “Vəkil” adlandıran bunu daha yaxşı anlayır, daha çox sensasiya onu düşündürdüyü üçün bu cür çirkin yollara əl atır” cümləsində dırnaq içində yazmış olduğu “Vəkil” sözü ilə məni təhqir edir, digər sözlərdə isə mənə böhtan atır. Həmin 6-cı sütunun sonuncu cümləsində: “Bununla mənim və digər şəxslərin konustitusion hüquqları pozulmuş olur ki, belə hərəkətlər özünü hüquqşünas adlandıran şəxsə yaraşmaz” cümləsində mənim hüquqşünas olmağıma şübhə ilə yanaşmış olduğunu qəsdən qeyd etmiş olmaqla təhqir edir. “Yeni Müsavat” qəzetin 170 (6784) saylı xx xxxxxx 2017 il tarixli buraxılışda işıq üzü görən “Dubayda uşaq oğurluğunda ittiham olunan azərbaycanlı danışdı” məqaləsinin 12 səhifəsində birinci sütunun əvvəlində: “özünü hüquq müdafiəçisi adlandıran A.Əfəndizadə tərəfindən mütəmadi olaraq haqqımda qəzetdə verilən məlumatlar əsassız idi” cümləsində yenə məni təhqir edir ki, özümü hüquq müdafiəçisi adlandırıram. Həmin səhifənin ikinci sütununda: “bir daha qeyd edirəm ki, özünü “Hüquq müdafiəçisi”adlandıran, bu proseslərin birbaşa iştirakçısı olan şəxsin məhkəmə qərarına şübhə ilə yanaşması bunları qəbul etməməsi mediyada açıq şəkildə yayma, prosəsə hansısa vasitə ilə təsir etməyə çalışması özüözlüyündə bir cinayət əməlidir” cümləsində məni dırnaq arasında “Hüquq müdafiəçisi” yazmaqla məni növbəti dəfə təhqir edir. Həmin səhifənin ikinci sütunun sonuncu abzasında: “yeni yazıda A.Əfəndizadə qeyd edir ki, onu pulla ələ almaq istəyimiz olub. “Hüquq müdafıəçisf’nin əslində mənə təsir töstərərək pul almaq niyyəti özünü həmişə büruzə verib.” cümləsində məni yenə də dırnaq içində “Hüquq müdafıəçisi”nin” adlandırmaqla təhqir edir, ona təsir göstərərək pul almaq niyyətimin özünü həmişə büruzə vermiş olması barədə qeydləri isə məni ağır cinayətdə ittiham etmiş olması idi. Həmin səhifənin üçüncü sütunun əvvəlində: “Yazıda qeyd olunmuş əsassız bir məlumat odur ki, guya Zarina Jeksenbayeva adlı şəxs öz övladımı oğurlamaqda mənə kömək edib. Bu tamamilə yalan məlumatdır. A.Əfəndizadə belə yalan məlumatları qeyd edir, ancaq unudur ki, hazırda məndə Zarina Jeksenbayevanm yazılı ifadəsi var və mən həmin yazıları məhkəməyə təqdim edəcəyəm.” cümlələrində mənə böhtan atır ki, guya mən uşaq oğurluğu ilə əlaqədar yalan məlumat verirəm. X20 Məhkəməsinin 250/2016 saylı xx xxxxxx 2014 il tarixli X14 Merim Beishekeyevanm (Beyşekeyevanm) azyaşlı qızı Ceylanı heç bir əsas olmadan oğurlamış olması, Zarina Jeksenbayevanm da onunla əlbir olması qeyd edilmişdir. Bütün bunlardan başqa Dubay Əmirliyinin Baş Prokurorluğunun tərəfindən Zarina Jeksenbayevaya və Bağırov Davuda qarşı uşaq oğurluğu ilə əlaqədar cinayət işinin açıldığı ilə əlaqədar Qərar da vardır. Həmin səhifənin üçüncü sütunun sonunda: “bundan başqa A.Əfəndizadə müxtəlif KİV-lərə ötürdüyü məlumatlarda məhkəmə prosesinə nəinki şübhə ilə yanaşır, hətta məhkəmə hakimlərinin də adlarını hallandırmaqla onlara təsir etməyə, öz qanununu tətbiq etməyə çalışır. Düşünürəm ki, bu barədə də müvafiq tədbir görülməli idi və bunu A.Əfəndizadə bir “hüquqşünas”olaraq dərk etməlidir” cümləsində guya mənim hakimlərin də adlarını hallandırmaqla onlara təsir etməyimi yazmış olduğu mənə böhtan atmış olmaqla, yenə də məni dırnaq içində “hüquqşünas” adlandırmaqla isə növbəti dəfə təhqir etmişdir. “Müsavat.com” saytının xx xxxxxxxx 2017 il tarixli saat 10:47 buraxılışda işıq üzü görən “Dubay Məhkəməsinin qəbul etdiyi Qərarın Azərbaycanda tanınmasına əsas yox idi”- Qarşı tərəf məqaləsinin 2-ci səhifəsinin 6-cı cümləsində: “xx xxxxxx 2017-ci il tarixində və ötən müddətdə qəzetinizdə verilən yazılarda özünü “hüquqşünas” adlandıran Əfəndizadə məni və övladımı fərdi məlumatlarını özündə birləşdirən pasport, şəkillər və rezident kartı mediyada yaymaqla hüquqlarımı kobud şəkildə pozub” cümləsində dırnaq içində “hüquq müdafiəçisi” yazmış olmaqla təhqir edib, həmçinin 7-ci cümləsində: “görəsən “Vəkil” cinayət məcəlləsinin 106-cı maddəsindən xəbəri varmı?” cümləsində də dırnaq içində “Vəkil” yazmaqla növbəti dəfə təhqir edib. “Millətin.Səsi.İnfo” saytının xx xxxxxx 2018 il tarixli saat 16:56 buraxılışda işıq üzü görən “X10rlamış olaraq Türkiyə üzərindən Azərbaycan ərazisinə gətirmiş olduğu ABŞ vətəndaşı azyaşlı Ceyla haqda danışdı” məqaləsində 2-ci səhifəsinin 3-cü abzasında: “bununla yanaşı, Merim Beishekeyeva və nümayəndəsi şantaj, hədə-qorxu dolu və həqiqətə uyğun olmayan böhtan yazılan müxtəlif instansiyalara göndərməklə açıq-aşkar qanunsuz hərəkətlərə yol verib və hazırda bu hərəkətlərini davam etdirir. Abdulla Əfəndizadə hüquq müdafiəçisi kimi yox, daha çox “hərbə-zorba, hədə, təhdid yolları” ilə Merim Beişikeyevamn hüquqlarının müdafiəsinə qalxmışdır.” cümləsində məni təhqir edir. Daha sonra 2- ci səhifəsinin 4-cü abzasında: “bu çirkin əməlləri ilə yanaşı Abdulla Əfəndizadə tanımadığım insanlar vasitəsiylə ailəmi izlətdirir, onların evdən çıxama və qayıtma vaxtlarma nəzarət edir.” cümləsində mənə ağır cinayətdə növbəti dəfə böhtan atır, 2-ci səhifəsinin 5-ci abzasında “Abdulla Əfəndizadənin bu cinayətlərinə hələ ki, dur diyən yoxdur sadəcə mən uşaqla bağlı məhkəmələr bitəndən sonra Əfəndizadə barəsində müvafiq tədbir görəcəyəm.” cümləsində yenə də məni heç bir əsas olmadan guya cinayət törətmiş olmaqda böhtan atır. Həmin 2-ci səhifəsinin 6-cı abzasında: “digər tərəfdən əgər nümayəndə azyaşlı uşağın fərdi məlumatlarını, pasport və şəkillərini yayırsa bu ciddi şəkildə araşdırılmalı və onun “Vəkillik” fəaliyyəti müəyyən müddətə dayandırılmalı və ya xitam verilməlidir. Abdulla Əfəndizadə bununla kifayətlənmir, hazırda bacımın işləmiş olduğu hökümət evinin qarşısına gələrək hər gün onu izləməyə çalışır.” cümlələrində yenə də dırnaq içində “Vəkillik” sözünü yazmaqla məni təhqir edir, bacısını isə guya hər gün işləmiş olduğu hökümət evinin yanma gəlib, izləməyə çalışdığımı yalandan qeyd etməklə yenə də mənə böhtan atır. Daha sonra həmin məqalənin 4-cü səhifəsinin 2-ci abzasının 2ci cümləsində: “təbii ki, özünü “Vəkil” adlandıran A.Əfəndizadə bunu daha yaxşı anlayır, daha çox sensasiya, maddi maraqlar onları düşündürdüyü üçün bu cür çirkin yollara əl atır.” cümləsində yenə də dırnaq içində “Vəkil”, guya çirkin yollara əl atdığımı yazmış olmaqla məni növbəti dəfə təhqir edir. Ümumiyyətlə mən heç vaxt özümü Vəkil kimi təqdim etməmişəm, necə ki, vəkillər kollegiyasının üzvü olmamışdım. Bu halı da Bağırov Davud yaxşı bilir. Çünki, hələ ilk dəfə məni razılığa gətirmiş olmaq üçün “Billur” restoranına dəvət edərkən məndən soruşanda ki, kollegiyanın üzvüyəmmi, mən cavab vermişəm ki, üzvü deyiləm. Bütün bunlardan başqa ona daima nümayəndə və vəkilliyi həyata keçirmiş, vəkillər kollegiyasına üzv olmuş Qulyev Azar da mənim hazırki vaxtda kollegiyanın üzvü olmamağım barədə elə mənim yanımda Bağırov Davudu məlumatlandırmışdı. Həmçinin cinayətin törədildiyi yer-yəni məqalələrin işıq üzü gördükləri qəzetin və saytların ünvanı üzrə də aidiyyət məsələsinin həll edilməsini də təşkil edirəm. Xüsusi İttiham Qaydasında ittiham edilən şəxs Bağrov Davdun məqaləsi ilk dəfə “Yeni Müsavat” qəzetində, sonuncu dəfə “MillətinSəsi.İnfo” saytında yerləşdirildiyindən, “MillətinSəsi.İnfo” saytının yerləşdiyi ünvan Bakı ş-ri, Yasamal r-nu, Mətbuat pr., 529 məhəllə, “AZƏRBAYCAN” Nəşriyyatı, 7-ci mərtəbəsində yerləşdiyindən Şikayət Yasamal rayon məhkəməsinə təqdim edilmişdi. Lakin Yasamal r-nı məhkəmənin hakimi olmuş Səfərov H.A.-in bildirdiyindən ki, AR Ali Məhkəməsinin xx xxxxxx 2014 il tarixli Plenumun 3 JN^-li Qərarına əsasən ki, X2 fəaliyyət göstərdiyi ünvan yox, məhz hüquqi ünvanına əsasən həmin ərazi aidiyatı üzrə məhkəməsinə təqdim edilməlidir, mən də rəsmi şəkildə hüquqi ünvanın olduğu yer üzrə sənədin təqdim edilməsi üçün məcbur olub şikayətimi geri götürdüm. Eyni zamanda Bağırov Davuda nümayəndə və vəkili olmuş Qulyev Azarın mənə təklifinə ki, Bağırov Davud mənə qarşı vermiş olduğu şikayətdən imtina edəcək, qoy mən də Bağırov Davuda qarşı xüsusi ittiham qaydasında şikayət verməyim, bu səbəblərə, həmçinin də koronavirus pandemiyasına görə yollar bağlı olduğundan Beyləqan rayon məhkəməsinə müraciət edə bilmirdim. X17 və ona nümayəndə və vəkilliyi etmiş Qulyev Azarın məni aldatdıqlarını gördüyümdən Xüsusi İttiham Qaydasında Şikayəti hazırladım. Xüsusi İttiham Qaydasında Şikayətimin Beyləqan rayon məhkəməsinə təqdim edilməsində qanunla hərəkət edirəm. Qoşmada təqdim edəcəyim, 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx xxxxxx 2015 il tarixdə verilən X9 Dövlət Reyestrdən Çıxarışının notariat qaydasında təsdiq edilən surətinə diqqət yetirdikdə “MilletinSesi.İnfo” saytının Beyləqan rayon ərazisində qeydiyyatdan keçdiyi məlum olur. Belə ki, AR CPM 74.2.1. maddəsinə əsasən uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Həmçinin AR CPM 74.2.2. maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Yəni yuxarıda qeyd edildiyi kimi Beyləqan rayon məhkəməsinə təqdim edilməsi qanuni və əsaslıdır. “Yeni Müsavat” qəzetin 135 (6749) saylı xx xxxx 2017 il tarixli buraxılışda işıq üzü görən “Dubayda uşaq oğurlamaqda ittiham olunan şəxs danışdı” məqaləsində, “Yeni Müsavat” qəzetin 170 (6784) saylı xx xxxxxx 2017 il tarixli buraxılışda işıq üzü görən “Dubayda uşaq oğurluğunda ittiham olunan azərbaycanlı danışdı” məqaləsində, “Müsavat.com” saytının xx xxxxxxxx 2017 il tarixli saat 10:47 buraxılışda işıq üzü görən “Dubay Məhkəməsinin qəbul etdiyi Qərarın Azərbaycanda tanınmasına əsas yox idi”- Qarşı tərəf məqaləsində, “Millətin.Səsi.İnfo” saytının xx xxxxxx 2018 il tarixli saat 16:56 buraxılışda işıq üzü görən “X10rlamış olaraq Türkiyə üzərindən Azərbaycan ərazisinə gətirmiş olduğu ABŞ vətəndaşı azyaşlı Ceyla haqda danışdı” məqaləsində barəmdə yalan olduğunu bilə-bilə həqiqətə uyğun olmayan şərəf və ləyaqətimi ləkələyən (böhtan) və şəxsiyyətimi nalayiq formada qəsdən alçaldan (təhqir) məlumatların çap edilmiş və çoxaldılmış üsulla habelə kütləvi tirajla buraxılmasını təşkil etmiş olmaqla, bununla da barəmdə həqiqətə uyğun olmayan məlumatların əhatə etmə dairəsini, habelə həqiqətə uyğun olmayan göstərilən məlumatların AR KİV haqqında Qanunun 29-cu maddəsinə müvafiq olaraq təsisçiyə, Dövlət arxivinə, Milli kitabxanaya, Kitab palatasına qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarına göndərilməsini və həqiqətə uyğun olmayan göstərilən məlumatlar dərc edilmiş olmalarını nəzərə alaraq onun haqqında həmin məqalələrdə nəzərdə tutulan cinayəti törətməsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması və azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılması barədə Qərar çıxarılması labüddür. AR CM-nin 147.1. maddəsindən məlum olur ki, Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı.şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma kimi başa düşülür. AR CM-nin 147.2. maddəsindən məlum olur ki, eyni əməllər ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atıldıqda təqsirləndirilən şəxsin əməllərini ağırlaşdırır. AR CM-nin 148 maddəsindən məlum olur ki, Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi başa düşülür. “Millətin.Səsi.İnfo” saytının xx xxxxxx 2018 il tarixli saat 16:56 buraxılışda işıq üzü görən “X10rlamış olaraq Türkiyə üzərindən Azərbaycan ərazisinə gətirmiş olduğu ABŞ vətəndaşı azyaşlı Ceyla haqda danışdı” məqaləsinin sonunda göründüyü kimi “Millətin.Səsi.İnfo” saytının təsisçi və baş redaktoru Tahir Abbaslı tərəfindən ittiham olunan Bağırov Davuda xəbərdarlıq edilsə də ki, göndərdiyi mövqeyində mənə və Merim Beishekeyevaya (Beyşekeyevaya) qarşı böhtanlar və təhqirlər vardır, qoy çapa getməsin, X17 israrından sonra xx xxxxxx 2018 il tarixdə onun mövqeyi yuxarıda adı çəkilən məqalədə işıq üzü görmüşdü. X18 qəsdən bilərəkdən ona və Merim Beishekeyevaya (Beyşekeyevaya) böhtanlar atmışdı, təhqirlər də yağdırmışdı. Yuxarıda göstərilənləri nəzərə alaraq, X12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət işi başlanmaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair hökm çıxarılmasını xahiş etmişdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Bağırov Davud Zöhrab oğlu və vəkili Müdafiəçi şikayətin əsassız olması səbəbindən icraata qəbul olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının xx xxxxxx 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və xx xxxxxx 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş və ya fikir söyləmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli Plenum Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası məhkəmədə yoxlanılmalı, habelə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalı, xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bağırov Davud Zöhrab oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət işi başlanmaqla cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etsə də, ərizəsində onun məhz hansı hərəkəti ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsini fərqləndirməmişdir. Eyni zamanda qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur. Məhkəmə iclaslarında müəyyən edilmişdir ki, Xüsusi ittihamçı X4 xx xxxxxx 2021-ci il tarixli və xx xxxxxx 2021-ci il tarixlərinə təyin olunmuş məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Beləliklə, X3 “Bağırov Davud Zöhrab oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət işi başlanmaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair hökm çıxarılması”na dair xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilən halları nəzərə alıb və Azərbaycan Respublikası Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 10-12, 37-39, 299-302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 “Bağırov Davud Zöhrab oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət işi başlanmaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair hökm çıxarılmasın”na dair xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayəti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-52/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-52/2021
25.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver