Məhkəmə qərarları › İş №1(009)-52/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-52/2022

20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-52/2022 20.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi Ağa-Zəki qızının, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1996-cı ildə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, məhkum olunmuş, subay, orta təhsilli, Tovuz rayonu, Aşağı Öysüzlü ərazi dairəsi, Aşağı Öysüzlü kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs oğlu X5, kürəkəni Şahid2 və qohumu X6 “Socar” neft şirkətinə işə qəbul etdirəcəyinə vəd verib ona yaranmış etibardan suiistifadə edərək, sonucunun 2021-ci ilin mart ayının müxtəlif tarixlərində hissə-hissə 3 dəfə 160 manat, 2 dəfə 1500 manat 1 dəfə 2000 manat və 1 dəfə 3000 manat olmaqla onun "xxxx" ASC-nin ******************** saylı hesabına göndərmiş olduğu ümumilikdə 8480 (səkkiz min dörd yüz səksən) manat pulu vahid niyyətlə ələ keçirib verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs öz tanışı vasitəsilə tanımışdır. 2021- ci ilin mart ayında Polad ona zəng edərək qohumlarını işə düzəltmək üçün kömək etməsini xahiş etmişdir. Bir müddət sonra o, Polada zəng edərək «Socar» neft şirkətinə sürücüsü vəzifəsinə işə qəbul edə biləcəyini demişdir. O, bunun müqabilində 8.480 manat pul lazım olduğunu demiş, həmin pulu Polad hissə-hissə ödəmə terminalı vasitəsilə onun bank hesabına göndərmişdir. O, həmin pulu Bakı şəhəri İcra Hakimiyyətinin yaxınlığında yerləşən bankomatdan çıxarmışdır. Pul almaqda niyyəti həqiqətən də işə düzəltmək olmuş, lakin bəzi səbəbələrə görə alınmamışdır. Poladdan aldığı pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş, onunla barışmış və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək borcun tam şəkildə ödənildiyini, heç bir şikayət və tələbinin olmamasını, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs tanımır, aralarında heç bir münasibət yoxdur. Süphanı öz qohumu Anar adlı şəxsin vasitəsilə tanımışdır. 2021-ci ilin fevral ayında Anarla Bakı şəhərində görüşərkən söhbət əsnasında ona Aqşin adında bir nəfəri tanıdığını, "Socar" şirkətində kadrlar şöbəsində işlədiyini və pul müqabilində müxtəlif şəxsləri həmin şirkətə işə düzəltdiyini demişdir. O da Aqşin adı ilə tanıdığı Təqsirləndirilən şəxs telefon nömrəsini Anardan almış və səhəri gün Süphana zəng etmişdir. Nömrəsinin Anardan aldığını Süphana bildirib tanışlıq vermiş və oğlu X3 Şəmkir rayonu ərazisində yerləşən neft-qaz sektorunda işə düzəltmək istədiyini demişdir. Süphan da oğlu Pərvini hara və hansı məbləğə işə düzəldəcəyini soruşanda, Süphan da Şəmkir rayonu, Ceyrançöl qış otlaq ərazisində yerləşən “Socar” şirkətinin neftqaz kəmərləinə nəzarət blokunda sürücü vəzifəsinə işə düzəldəcəyini, bunun müqabilində 3.000 manat pul alacağını bildirmişdir. O həmin vaxt pulu göndərməmiş və özü ilə danışdıqdan sonra 2021-ci ilin mart ayında Şəmkir şəhəri, Heydər Əliyev prospektində yerləşən marketin qarşısında olan ödəmə terminalı vasitəsilə sağlamlıq üçün 160 manat, daha sonra isə oğlunun işə düzəlməsi üçün 3.000 manat pulu Təqsirləndirilən şəxs adına olan «Kaptal bank» kart hesabına göndərmişdir. Bundan sonra isə 2021-ci ilin mart ayı ərzində əlavə olaraq kürəkəni Şahid2 işə düzəlməsi üçün 160 manat və 3.000 manat pul göndərmişdir. Daha sonra isə qohumu X4 da işə düzəlməsi üçün 160 manat və 2.000 manat pul göndərmişdir. Lakin bundan sonra Təqsirləndirilən şəxs ona müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməyərək həmin şəxsləri işə düzəltməmişdir. Təqdim etdiyi çeklərdə 2021-ci ilin mart ayının müxtəlif tarixlərində 3 dəfə 160 manat ödəməyi, bundan başqa 06.03.2021-ci il tarixdə 2000 azn əlavə olaraq 06.03.2021-ci il tarixdə 1500 azn və 04.03.202lci il tarixdə 1500 azn göndərdiyi məlum olur. Sonuncu dəfə həmin hesaba 3000 manat pul ödədiyini bildirir, həmin qəbzi tapa bilmədiyi üçün istintaqa edə bilmir, lakin qeyd edir ki, Süphan özü də təsdiq edə bilər ki, ona ümumilikdə 8480 manat pul göndərmişdir,yəni ona ümumilikdə 8480 manat ziyan dəymişdir. İş materiallarında olan cinayət işinin başlanması haqqında 27 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış HK-1321 saylı material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarında olan video diskə baxış keçirilməsi haqqında 05 avqust 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" tərəfindən təqdim edilmiş 1 ədəd videodiskə baxış keçirilmişdir. Diskdə olan görüntülər "xxxx" məxsus bankomatın kamerasından qeydə alınıb. Baxış zamanı diskdə olan 64 ədəd şəkil faylında bankomatın kodu, ondan pul çəkən şəxsin ön hissədən fotoşəkli müəyyən edilmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilməsi haqqında 08 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, 06 mart 2021-ci il tarixdə saat 12:50 radələrində bankomatdan pulu çəkən şəxsin ön hissədən fotoşəkilləri müəyyən olunur. Həmin şəxs Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məxsus "xxxx" hesabına 2021-ci ilin mart ayı ərzində cəmi 8480 manat olmaqla müxtəlif məbləğlərdə pul göndərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, xx xxxx 1996-ci ildə Tovuz rayonunda anadan olmuş Təqsirləndirilən şəxs:

1. Bakı şəhəri Suraxanı RPİ tərəfindən 27.09.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. 01.10.2021-ci il tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır.

2. Füzuli RPŞ tərəfindən 19.10.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 13 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 13 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Füzuli rayon Məhkəməsinin 4(064)-23/2021 saylı 21 oktyabr 2021-ci il tarixli qərarı ilə həbsdə saxlama müddətinin əvvəli 19 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri olması nəzərə alınmışdır. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 4(012)-658/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs" qətimkan tədbirinin müddəti 19 dekabr 2021- ci il tarixdə başa çatdığından 20 gün müddətinə yəni 08 yanvar 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-116/2022 saylı, 11.01.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığn məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Səbail RPİ-yə ünvanlanmış 15 dekabr 2021-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Bakı Şəhər Səbail rayon məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 1(009)-52/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasının 29 mart 2022-ci il tarixli 17/38-1811 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 16 mart 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan “Kapital Bank“ ASC-nin 15.03.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs adından X2 hesabına dəymiş zərərin 25 %-i olan 2120 (iki min yüz iyirmi) manat məbləğində pul vəsaiti ödənilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə törətdiyi əməl az ağır cinayət hesab olunur. İş materialları ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onlar barışmışlar və dəymiş ziyan tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə 01 (bir) ədəd disk, fotoşəkillər və ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə 01 (bir) ədəd disk, fotoşəkillər və ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi Ağa-Zəki qızı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 270 (iki yüz yetmiş) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsinən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar