Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-52/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş məhkumluğu ödənilmiş, işləməyən, ünvan 4 qeydiyyatda olmaqla yaşayan, hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi ayrı-ayrılıqda təmiz çəkiləri 0.375 qram, 0.416 qram, 0.153 qram olmaqla ümumi təmzi çəkisi 0.944 qram təşkil edən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini üzərində saxlamaqla daşımış, 16 iyul 2023-cü il tarixdə saat 00:35 radələrində Səbail rayon Polis İdarəsinin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq İdarənin inzibati binasına gətirilmiş, orada 16 iyul 2023cü il tarixdə saat 01:50-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü kağızın içərisndən 03 ədəd şəffaf sellofana bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.375 qram, 0.416 qram, 0.153 qram olmaqla ümumi təmzi çəkisi 0.944 qram təşkil edən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin istifadəçisi olmuşdur. 16 iyul 2023-cü il tarixdə saat ünvan 2 ünvanında saxlanılarkən onun üzərində 0.375 qram çəkidə bir büküm heroin olmuşdur. Digər iki büküm ona məxsus olmamışdır. O, Səbail RPİ-nin əməkdaşları tərəfindən döyülərək əlavə narkotik bükümləri onun boynuna qoyulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 16 iyul 2023-cü il tarixdə Səbail RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili Cavid Talıbov ilə birlikdə daxil olmuş məlumat əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs saat 00:35-də ünvan 2 ünvanında saxlanılaraq Səbail RPİ-nin inzibati binasına gətirilmişdir. Bundan sonra inzibati binada vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd gümüşü kağızın içərisndən 3 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngi spesifik iyə malik olan vasitə aşkar olunmuşdur. Həmin bükümlər açılan zaman, Təqsirləndirilən şəxs bükümlərin içərisindəki qəhvəyi rəngli kütlənin heroin olduğunu bildirmişdir. Aşkar olunmuş bükümlər zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in 51 nömrəli möhürü ilə möhürlənmişdir. İş materiallarında olan 16 iyul 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 16 iyul 2023-cü il tarixdə, saat 00:35-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 16 iyul 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolundan görünür ki, əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd gümüşü kağızın içərisindən 03 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngi spesifik iyə malik olan maddələri, həmçinin qara rəngi əl çantasının içərisində 06 ədəd şprisi, onlardan 3-nün içərisndə qəhvəyi rəngli mayə, gümüşü kağız və narkotik vasitəni istifadə edilməsi üçün qalyan, həmçinin «Super-Toys» yazısı olan sellofanın içərisindən bir ədəd kütlə, kütlənin üzərindən göy rəngli sellofana bükülmüş içərisindən 10 ədəd ağ rəngli həb, 01 ədəd gümüşü kağızın içərisində şəffaf sellofana bükülmüş qəhvəyi rəngi spesifik iyə məxsus maddə həmçinin kütlənində içərisində qəhvəyi rəngi spesifik iyə məxsus maddəni çıxarıb masanın üzərinə qoymuş, polis əməkdaşları tərəfindən qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş və DİN-nin 51 saylı möhürü ilə möhürlənmişdir. Keçirilmiş baxışla əlaqədar protokol tərtib edilmiş və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. İş materiallarında olan 17 iyul 2023-cü il tarixli 3-16-16/2-6/3856 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №51” dairəvi möhür əksi, “saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs “yazısı və imzalar olan paketdəki, 4(dörd) ədəd bükümdə (01 ədəd gümüşü rəngli kağıza bükülmüş büküm, 03 ədəd şəfaf sellofana bükülmüş bükümlər) ayrı-ayrılıqda təmiz çəkiləri (01 ədəd gümüşü rəngli kağıza bükülmüş büküm) 0,571 qram, (03 ədəd şəfaf sellofana bükülmüş bükümlər) 0,375 qram, 0,416 qram, 0,153 qram, ümumi təmiz çəkisi 1,515 qram qəhvəyi rəngli tozşəkilli maddələr və 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1045qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi, kimyəvi komponen tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatın dəyəri 114 (yüz on dörd) manatdır. İş materiallarında olan 17 iyul 2023-cü il tarixli cinayət işinin başlanması, icraata qəbul edilməsi və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış icraata qəbul edilmiş və istintaq olunması üçün aidiyyəti üzrə Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. İş materiallarında olan 17 iyul 2023-cü il təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2023-cü il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 17 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərarından görünür ki, Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal Səbail RPİ-nin MSY-dən azad edilməsi və barəsində həbslə əlaqəli olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 17 iyul 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 17 iyul 2023-cü il tarixli “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair aktından görünür ki, AR DİN Səbail RPİ tərəfindən 0.944 qram narkotik vasitə heroindən cəmi 0.06 qramının tədqiqat üçün sərf edildiyi və qalıq olaraq 0.884 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 17 iyul 2023-cü il tarixli “diskə baxış baxış keçirilməsi barədə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi bildirildikdə Təqsirləndirilən şəxs əynindəki əynindəki boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü kağızın içərisindən 03 ədəd şəffaf sellofana bükülmüş içində qəhvəyi rəngi spesifik iyə malik olan maddələr olan bükümləri təqdim edir. İş materiallarında olan 28 iyul 2023-cü il tarixli “telefona baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman götürülmüş “Samasung Galaxy A33” markalı mobil telefonun “Watsapp” sosial mesencer proqramına baxış keçirilən zaman aşağıdakılar müəyyən edildi: Elxan Qasmovun “Watsapp” sosial hesabına “+98- ***-***-**-**” seriyalı mobil nömrədən 16 iyul 2023-cü il tarixdə saat 00:15 dəqiqədən 02:12 dəqiqəyədək elektron ünvanın, qırmızı oxla müxtəlif yerlərin işarələndiyi və yapşıqanlı lentlə bağlanmış bükümün şəkilləri, habelə müxtəlif məzmunlu mesajlar gəlmişdir. Təqsirləndirilən şəxs dediklərinə istinad etməklə “+98-993-111- 87-31” seriyalı mobil nömrənin “Watsapp” sosial hesabına Təqsirləndirilən şəxs tərəfindən yazıldığı ehtimal edilən mesajlara və həmçinin təqirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən digər “Watsapp” ünvanların yazılmış mesajlara keçirilən zaman həqiqətən də mesajların yazılışında istifadə edilə hərflərin fərqli olduğu məlum olur. Digər mesajlara baxış keçirilən zaman müəyyən olunur ki, həmin mesajların yazılışında təqsirləndirilən şəxs tərəfindən kiril və latın qrafikalı hərflərin qarışığından istifadə edilmişdir. Lakin iran nömrəsi ilə yazışmada isə tamamilə latın hərflərindən istifadə edilməklə ilə mesajların məzmunu tərtib edilmiş və heç də digər mesajlara bənzəmədiyi aşkar edilmişdir. Odur ki, telefona keçirilmiş baxış nəticəsində qeyd edilənləri nəzərə almaqla “+98-***-***-**-**” seriyalı mobil nömrənin “Watsapp” sosial hesabına Təqsirləndirilən şəxs tərəfindən yazıldığı ehtimal edilən mesajların Təqsirləndirilən şəxs tərəfindən deyil başqa bir şəxs tərəfindən yazıldığı müyyən olunmuşdur. Bundan başqa mobil telefonun “Watsapp” sosial hesabına və mesajlar bölməsinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən və ya Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilini(satışım və ya paylanılmasım) təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan 02 avqust 2023-cü il tarixli 4905 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Publik hüquqi şəxsin rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan 04 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Qasımov X3 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək 2 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Səbail Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək 1 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2011-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edlmişdir. İş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli “sübutların qitmətləndirilməsi haqqında” qərarından görünür ki, təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması haqqında protokolu, bununla bağlı diskə baxış protokolu və məhkəmə-kimyəvi ekspertizasının rəyi təqsirləndirilən şəxsin üzərindən 03 (üç) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.375qram, 0.416qram və 0.153qram olmaqla ümumi təmiz çəkisi 0.944 qram təşkil edən narkotik vasitə heroin aşkar edilməsi xüsusatını təsdiq edən hissəsi istisna olmaqla digər hissələrdə sübut növü kimi tanınması və həmin xüsusatların sonuncuya elan ediləcək yeni ittihamdan xaric edilməsi nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, iş üzrə təqsirləndirilən şəxsin və şahidin ifadələri, şəxsin üzərinə baxış və götürmə keçirilməsinə dair protokol, diskə baxış keçirilməsinə dair protokol, telefona baxış keçirilməsinə dair protokol, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/3856 nömrəli rəyinə baxış keçirilməsina dair protokol, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/3856 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 4905 №-li rəyi təsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş 03 ədəd polietilen bükümdə ümumi çəkisi 0.944 qram təşkil edən narkotik vasitəni təsdiq edən hissədə sübut növü kimi qəbul edilmişdir. İş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli “maddi sübut kimi tanınma və saxlama barədə” qərarından görünür ki, üzərindən aşkar edilərək götürülmüş 03 ədəd polietilen bükümdə təmiz çəkisi 0.944 qram təşkil edən narkotik vasitə heroindən ekspertizadan sonra qalıq ümumi təmiz çəkisi 0.884 qram olan 03 ədəd narkotik vasitə heroin bükümləri hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, sonuncu tərəfindən şəxsi axtarış zamanı təqdim edilmiş lakin, ittihamın məzmunundan xaric edilmiş olan, 01 ədəd sarı rəngli polietilen bükümdə təmiz çəkisi 1045 qram təşkil edən heroindən ekspertizadan sonra qalıq ümumi təmiz çəkisi 1044,8 qram olan 01 ədəd narkotik vasitə heroin bükümü, 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,571 qram təşkil edən narkotik vasitə heroindən ekspertizadan sonra qalıq ümumi təmiz çəkisi 0,551 qram olan 01 ədəd narkotik vasitə heroin bükümü, tərkibindəki güclü təsir edici maddəsinin ümumi miqdarı 1,5 qram təşkil edən, üzərində “preqabalin 150” markalanma göstəricisi olan konvalyutada 10 ədəd ağ rəngli preqabalin dərman preparatlarından, ekspertizadan sonra qalıq 08 ədəd ağ rəngli preqabalin dərman preparatları, 06 ədəd müxtəlif ölçülü şprisləri və 01 ədəd narkotik vasitənin istifadəsi üçün nəzərdə tutulmuş şüşə qəlyanın isə hazırkı cinayət işindən ayrılacaq cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanca verilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli cinayət işinin materiallarından cinayət işinin ayrılması və icraata götürülməsi haqqında qərarından görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrıllmış və ibtidai istintaqın davam etdirilməsindən ötrü icraata qəbul edilmiş, ********* saylı cinayət işindən müvafiq sənədlərin surətləri həmin cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. İş materiallarında olan 09 fevral 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Səbail RPİ-nin əməkdaşları tərəfindən döyülməsi barədə Səbail rayon məhkəməsinin məlumatı əsasında Baş Prokurorluğun araşdırma zamanı göstərilən xüsusat təsdiqini tapmadığından material üzrə cinayət hadisəsi olmadığı əsası ilə 09 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidin ifadəsi, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi şahidin ifadəsi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq tutma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 06 iyul 2023-cü il saat 00:35-dən 07 iyul 2023-cü il saat 14:05-dək tutulduğu cəmi 02 (iki) gün müddət təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 4 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə Səbail rayon Polis İdarəsində saxlanılan maddi sübut olan 0.884 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 iyul 2023-cü il saat 00:35-dən 07 iyul 2023-cü il saat 14:05-dək tutulduğu cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 1 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 4 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan -Səbail rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0.884 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-52/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-52/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver