Məhkəmə qərarları › İş №1(009)-52/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-52/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-52/2025 10.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4, Müdafiəçilər Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3, Təqsirləndirilən şəxslər Vəİiyev Fəxrəddin Həsən oğlunun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxx 1972-ci ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı əvvələr məhkum olunmuş, evli, orta təhsilli işləməyən, Mingəçevir şəhəri, M.Vidadi küçəsi, ev 3, mənzil 54-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi yeni tikilidə yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş, Vəİiyev Fəxrəddin Həsən oğlunun xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvələr məhkum olunmuş, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni yol ev 4-də qeydiyyatda olmaqla yaşayan barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx xxx 1981-ci ilda Bakı şəhərində anadan olmuş, məhkum olunmuş, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Ş.Mollazadə küçəsi, ev 55-də qeydiyyatda olmaqla yaşamış, Nərimanov rayon məhkəməsnin xx.xx.2024-cü il tarixli hökmü əsasında azadlıqdan məhrum etmə cəzanı çəkən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək,özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 aprel 2024-cü il tarixdə, saat 13 radələrində, Bakı şəhəri,Səbail rayonu,Şıx qəsəbəsi,Salyan şossesi 32 ünvanda yerləşən bağ həyətinin giriş qapısının asma qıfılını sındırmaqla həyətə və həyət yanı sahədə yerləşən tikilinin plastik pencərənin kilidini sındıraraq içərisinə,yəni saxlanc yerinə qanunsuz daxil olmaqla, həmin tikilidə saxlanılan bağ sahibi Zərərçəkmiş şəxs məxsus dəyəri 300 manat olan bir ədəd ağ rəngli, 12 personluq “Sharp” markalı qabyuyanını, dəyəri 600 manat olan bir ədəd işıq generatorunu,dəyəri 1.200 manat olan bir ədəd işıq transformatorunu,dəyəri 600 manat olan xaricidə istehsal olunmuş,bir ədəd mətbəx kombaynı,dəyəri 450 manat olan bir ədəd “Bosch” markalı böyük həçmli perforatorunu,dəyəri 130 manat olan bir ədəd “Bosch" markalı lobzikini.hər birinin qiyməti 100 manat olan cəmi 1.400 manat dəyərində 14 ədəd Rusiyada istehsal edilmiş, “Kristal” markalı,bir litirlik araqlar şüşələrini və hər birinin qiyməti 50 manat olan cəmi 100 manat dəyərində iki ədəd nərd-taxtalarını-özgənin əmlakını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 4.780 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək,özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 aprel 2024-cü il tarixdə, saat 13 radələrində, Bakı şəhəri,Səbail rayonu,Şıx qəsəbəsi,Salyan şossesi 32 ünvanda yerləşən bağ həyətinin giriş qapısının asma qıfılını sındırmaqla həyətə və həyət yanı sahədə yerləşən tikilinin plastik pencərənin kilidini sındıraraq içərisinə.yəni saxlanc yerinə qanunsuz daxil olmaqla, həmin tikilidə saxlanılan bağ sahibi Zərərçəkmiş şəxs məxsus dəyəri 300 manat olan bir ədəd ağ rəngli, 12 personluq “Sharp” markalı qabyuyanını, dəyəri 600 manat olan bir ədəd işıq generatorunu.dəyəri 1.200 manat olan bir ədəd işıq transformatorunu,dəyəri 600 manat olan xaricidə istehsal olunmuş,bir ədəd mətbəx kombaynı,dəyəri 450 manat olan bir ədəd “Bosch” markalı böyük həçmli perforatorunu,dəyəri 130 manat olan bir ədəd “Bosch" markalı lobzikini,hər birinin qiyməti 100 manat olan cəmi 1.400 manat dəyərində 14 ədəd Rusiyada istehsal edilmiş, “Kristal” markalı,bir litirlik araqlar şüşələrini və hər birinin qiyməti 50 manat olan cəmi 100 manat dəyərində iki ədəd nərd-taxtalarını-özgənin əmlakını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 4.780 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək,özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 aprel 2024-cü il tarixdə, saat 13 radələrində, Bakı şəhəri,Səbail rayonu,Şıx qəsəbəsi,Salyan şossesi 32 ünvanda yerləşən bağ həyətinin giriş qapısının asma qıfılını sındırmaqla həyətə və həyət yanı sahədə yerləşən tikilinin plastik pencərənin kilidini sındıraraq içərisinə.yəni saxlanc yerinə qanunsuz daxil olmaqla, həmin tikilidə saxlanılan bağ sahibi Zərərçəkmiş şəxs məxsus dəyəri 300 manat olan bir ədəd ağ rəngli, 12 personluq “Sharp” markalı qabyuyanını, dəyəri 600 manat olan bir ədəd işıq generatorunu.dəyəri 1.200 manat olan bir ədəd işıq transformatorunu,dəyəri 600 manat olan xaricidə istehsal olunmuş,bir ədəd mətbəx kombaynı,dəyəri 450 manat olan bir ədəd “Bosch” markalı böyük həçmli perforatorunu,dəyəri 130 manat olan bir ədəd “Bosch" markalı lobzikini,hər birinin qiyməti 100 manat olan cəmi 1400 manat dəyərində 14 ədəd Rusiyada istehsal edilmiş, “Kristal” markalı,bir litirlik araqlar şüşələrini və hər birinin qiyməti 50 manat olan cəmi 100 manat dəyərində iki ədəd nərd-taxtalarını-özgənin əmlakını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 4780 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 vurulmuş ziyanın məbləği ilə razı olmadığından ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2024-cü ilin aprel ayının ortalarında qonşuluqda yaşayan Rəşadla və Raşadın tanışı olan Təqsirləndirilən şəxs2 ilə birlikdə Şıxov qəsəbəsində bağ evləri olan ərazidə yarımçıq tikilisi olan bağ həyətindən oğuluq etmişlər. Qabyuyanı, balaca işıq transformatoru, 4-5 şüşə araq oğurlamışlar lakin işıq generatoru, mətbəx kombaynı, nərd-taxtalarını, perforatoru və lobzikini oğurlamamışdılar. Qabyuyanı saxlanılanda polis əməkdaşlarına təhvil vermişlər. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək Təqsirləndirilən şəxs1 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmiş və əməlindən peşman olduğunu bidirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə eyni məzmunda ifadə verərək onların göstərdiyi xüsusatları bir daha təsdiq etmiş və əməlindən peşman olduğunu bidirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ona məxsus bağ torpaq sahəsinin içərisində iki mərtəbəli yarı tikili bina, həyətin girişində bir ədəd mətbəx və anbar kimi istifadə etdiyi təmirli otaq olmuş, həmin otaqda mətbəx əşyalarını eyni zamanda bağda istifadə edilməsi üçün nəzərdə tutduğu məişət elektrik avadanlıqlarını saxlamış. 20 aprel 2024-cü il tarixdə o, ağacları sulamaq üçün bağ həyətinə gəlmiş, həyətin giriş darvazasının qapısı örtülü olsa da, asma qıfılı sınmış vəziyyətdə görmüşdü. Anbar otağın qapısı açıq, pencərənin cəftəsi sındırılmış olmasını görmüş ora oğru girməsini başa düşmüş və oğurluq barədə 102 xidmətinə məlumat vermişdir. Sonra yoxladıqda bağ sahəsindəki otaqda saxladığı dəyəri bir ədəd “Sharp" markalı qabyuyanın, bir ədəd işıq generatorun, bir ədəd işıq transformatorun, bir ədəd mətbəx kombaynı, bir ədəd “Bosch" markalı böyük həçmli perforatorun, bir ədəd “Bosch” markalı lobzikin, 14 ədəd “Kristal" markalı bir litirlik araq şüşələrinin və iki ədəd nərd-taxtalannın Vəliyev X4 Rəşad Ağaməlik oğlu və Təqsirləndirilən şəxs2 oğlu tərəfindən oğurlanaraq ona ümumilikdə 4880 manat ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, о, Xocəsən qəsəbəsi,Yeni yol adlanan ərazidə icarəyə götürdüyü köşkdə metal qırıntıların qəbulu ilə məşğul olmuş, işlətdiyi köşkün yaxınlığında yaşayan Təqsirləndirilən şəxs3,Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin köşkdə işləməyə başladığı vaxtdan tanımışdı. 2024-cü ilin aprel ayının axırlarında Rəşad köşkə gələrək özünə aid işıq generatoru pula ehtiyacı olduğundan 150 manata satmaq istədiyini demiş,o,da imkanı olmadığından işıq generatoru almaq istəməmişdir. Bundan bir neçə gün sonra Rəşad yenə ona işıq generatorunu almasını təklif etmiş,vacib pul lazım olduğundan həmin generatoru bu dəfə 100 manata satmasını ona demiş,o,da Rəşadla razılaşmış və həmin günü axşam saatlarında idartə etdiyi “BMV" markalı avtomobil ilə Rəşadın yaşadığı ünvana getmiş, sonuncunun həyətində saxladığı işıq generatoruna baxıb bəyənərək, 100 manat almışdır. Həmin işıq generatorunu köşkdə bir nəçə gün saxlamış və bir müddət sonra təsadüfü gəlmiş tanımadığı müştəriyə 120 manata satmışdır. İş materiallarında olan 23 aprel 2024-cü il cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 24 aprel 2024-cü il tarixdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 26 aprel 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 26 aprel 2024-cü il tarixli Qərarından görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs1 dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan 26 aprel 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barədə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 21 may 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan 06 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilməsi üçün şübhəli şəxs qismində tutulması məqsədi ilə barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 21 iyun 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 21 iyun 2024-cü il il tarixdə Səbail RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Səbail RPİnin MSY-ə təhvil verilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 23 iyun 2024-cü il tarixli Qərarından görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs2 dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan 23 iyun 2024-cü il il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barədə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materialalrında olan 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər barəsində seçilmiş“polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozduğuna görə, haqqında axtarış elan edilmiş və cinayət təqibi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.4 maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan 10 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 yeri müəyyən edilib saxlanılaraq Səbail RPl-nin MSY-nə təhvil verilmiş,10 avqust 2024-cü il tarixdə iş üzrə dayandırılmış icraat təzələnmiş və ibtidai istintaq davam etdirilmişdir. İş materiallarında olan 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 yeni məzmunda Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3 maddələrində nəzərdə tutulan ittihamlar elan edilmiş,barəsində əvvəllər seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə “həbs”qətimkan tədbiri seçilməsi üçün Bakı şəhəri,Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədov qarşısında vəsatət qaldırılmış,həmin tarixdə vəsatət Bakı şəhəri,Səbail prokuroru tərəfindən təmin edilmədən,Təqsirləndirilən şəxs2 dərhal müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində xx.xx.2024-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə" qətimkan tədbirinin qüvvədə saxlanılması dair qərar qəbul edilmişdir. İş materiallarında olan 17 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 yeni məzmunda Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittihamlar elan edilmişdir. İş materiallarında olan 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 yeni məzmunda Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittihamlar elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 25 aprel 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1: Nizami rayon Məhkəməsinin 02 mart 2011-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Suraxanı rayon Məhkəməsinin 29 dekabr 2011-ci il tarixli qərarı ilə 08 (səkkiz) ay 01 (bir) gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir.Qaradağ rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 ( on bir) ay 26 ( iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 11 may 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2: Xızı rayon Məhkəməsinin 29 dekabr 2004-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1,177.2.1,177.2.3,66.3-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il şərti sınaq müddəti ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ rayon Məhkəməsinin 31 yanvar 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1,177.2.2,177.2.3,177.2.4,67.1-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.Binəqədi rayon Məhkəməsinin 27 dekabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.3,67.1,93.1.4-cü maddələri ilə təqsirli bilinərək 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qaradağ rayon Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1,67.1-ci maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 20 dekabr 2017-ci il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə AR CM-nin 177.3.3-cü maddəsi AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilməklə qəti cəza müddəti 02 (iki) il 02 (iki) ay müəyyən olunmuş və cəzasını tam çəkdiyindən cəzadan azad edilmişdir. Binəqədi rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək azad olunmuşdur.Binəqədi rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Binəqədi rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 (bir) il müddətinə azaldılmışdır. 14 may 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 11 may 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3: Binəqədi rayon Məhkəməsinin 26 noyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2,177.2.3,177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 22 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Binəqədi rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.,177.2.2,69.3.-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan 25 aprel 2024-cü il tarixli ifadənin yerində yoxlanması protokolundan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki,Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəklində olmasını və 2024-cü ilin aprel ayının ortalarında,saat 13 radələrində,Bakı şəhəri,Səbail rayonu, Şıxov qəsəbəsi,Salyan yolu 32 ünvanına gələrək.oğurluğa daxil olduqları bağ həyətininin yerini, həyətə daxil olduğu darvazanı,oğurladıqları əşyaları götürdükləri tikilini və Təqsirləndirilən şəxs2 avtomobilə yükləyərək gətirdikləri Təqsirləndirilən şəxs3 yaşadığı evin ünvanını əyani göstərərək ifadə vermişdir. İş materiallarında olan 21 may 2024-cü il tarixli ifadənin yerində yoxlanması protokolundan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki,Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəklində olmasını və 2024-cü ilin aprel ayının ortalarında,saat 13 radələrində,Bakı şəhəri,Səbail rayonu, Şıxov qəsəbəsi,Salyan yolu 32 ünvanına gələrək,oğurluğa daxil olduqları bağ həyətininin yerini, həyətə daxil olduğu darvazanı,oğurladıqları əşyaları götürdükləri tikilini və Təqsirləndirilən şəxs2 avtomobilə yükləyərək gətirdikləri yaşadığı evin ünvanını əyani olaraq göstərərək ifadə vermişdir. İş materiallarında olan 21 iyun 2024-cü il tarixli ifadənin yerində yoxlanması protokolundan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki,Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəklində olmasını və 2024-cü ilin aprel ayının ortalarında,saat 13 radələrində,Bakı şəhəri,Səbail rayonu, Şıxov qəsəbəsi,Salyan yolu 32 ünvanına R,Məlikovun çağırışına əsasən idarə etdiyi avtomobil ilə gəldiyi ünvanı,oğurluğa daxil olduqları bağ həyətininin yerini,həyətə daxil olduğu darvazanı, oğurladıqları əşyaları götürdükləri tikilini və idarə etdiyi avtomobilə yükləyərək gətirdikləri Təqsirləndirilən şəxs3 yaşadığı evinin ünvanını əyani olaraq göstərərək ifadə vermişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 iyul 2024-cü il tarixli 9/4190 №-li rəyindən görünür ki,ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Sharp” markalı, ağ rəngli, 12 personluq qabyuyanın istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti təxminən 300 manat müəyyən edilmişdir. İş materiallarında olan 23 aprel 2024-cü il tarixli götürmə protokolu ilə baxış keçirilərək götürülmüş, bir ədəd “Sharp” markalı,ağ rəngli qabyuyan,iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarında olan video görüntüləri özündə əks etdirən bir ədəd diskə məhkəmə baxış iclasında baxış keçirərkən məhkəmə müəyyən etmişdir ki, 2024-cü ilin aprel ayında günorta saatlarında Vəİiyev Fəxrəddin Həsən oğlu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus bağ həyətinə və həmin həyətdə olan tikiliyə qanunsuz daxil olaraq oğurluq etmişlər, oğurladığı əşyaları Təqsirləndirilən şəxs2 avtomobilinə yığıb oradan aparmışlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli onların özlərinin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi, video görüntüləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini qizmən təqsirli bilməsi onların özlərinin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi, video görüntüləri və işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxslərin qeyd edilən qaydada ifadə verməsini və özünü onlara qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsini, onların hüququ kimi qəbul edir və təqsirləndirilən şəxslərin dəlillərini əsaslı hesab etmir, onların həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxslərin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onların bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Odur ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməlindən peşman olmasını, cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 24 aprel 2024-cü il tarixdən 26 aprel 2024-cü il tarixədək, yəni tutulduğu 02 (iki) gün müddət ona təyin olunacaq cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Vəİiyev Fəxrəddin Həsən oğlunun cəza çəkmə müddətinin əvvəli 10 sentyabr 2025ci il tarixdən hesablanmalıdır. Vəİiyev Fəxrəddin Həsən oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Vəİiyev Fəxrəddin Həsən oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Vəİiyev Fəxrəddin Həsən oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Vəİiyev Fəxrəddin Həsən oğlunun saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna həvalə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3 əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixli Nərimanov rayon Məhkəməsinin hökmü ilə 03 (üç) il 06 (altı) ay müddətinə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə 03 (üç) il müddətinə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin əvvəli 22 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixli Nərimanov rayon Məhkəməsinin hökmü əsasında azadlıqdan məhrum etmə cəzanın çəkməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs3 barəsində “həbs” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 21 iyun 2024-cü il tarixdə saat 16:10-dan 23 iyun 2024-cü il tarixədə saat 19:00-dək tutulduğu 03 (üç) gün müddət, 10 avqust 2024-cü il tarixdən 12 avqust 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, cəmi 05 (beş) gün müddət ona təyin olunacaq cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli 10 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçililməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna həvalə edilməlidir. Cinayət işi üzrə olan 01 (bir) ədəd olan disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut bir ədəd "Sharp" markalı, ağ rəngli,12 personluq qabyuyan Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2, Vəİiyev Fəxrəddin Həsən oğlundan və Təqsirləndirilən şəxs3 müştərək qaydada hər birindən 21.7(iyirmi bir manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs3,Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixli Nərimanov rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin əvvəli 22 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixli Nərimanov rayon Məhkəməsinin hökmü əsasında azadlıqdan məhrum etmə cəzanın çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs3 barəsində “həbs” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəİiyev Fəxrəddin Həsən oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Vəİiyev Fəxrəddin Həsən oğlunun 24 aprel 2024-cü il tarixdən 26 aprel 2024-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Vəİiyev Fəxrəddin Həsən oğlunun cəza çəkmə müddətinin əvvəli 10 sentyabr 2025ci il tarixdən hesablansın. Vəİiyev Fəxrəddin Həsən oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Vəİiyev Fəxrəddin Həsən oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Vəİiyev Fəxrəddin Həsən oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəİiyev Fəxrəddin Həsən oğlunun saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 21 iyun 2024-cü il tarixdə saat 16:10-dan 23 iyun 2024-cü il tarixədə saat 19:00-dək tutulduğu 03 (üç) gün müddət, 10 avqust 2024-cü il tarixdən 12 avqust 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, cəmi 05 (beş) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli 10 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna həvalə edilsin. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə olan 01 (bir) ədəd olan disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut bir ədəd "Sharp" markalı, ağ rəngli,12 personluq qabyuyan Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2, Vəİiyev Fəxrəddin Həsən oğlundan və Təqsirləndirilən şəxs3 müştərək qaydada hər birindən 21.7(iyirmi bir manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Müadfiəçi Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. X1 tərəfindən təqsirləndirilən şəxs Vəİiyev Fəxrəddin Həsən oğlunun hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 1000 (bir min) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Müadfiəçi Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 898 (səkkiz yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar