Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-53/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Tağıyev Azər Ramiz oğlunun sədrliyi Əlirza Azər oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə idarənin Bakı şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Müdafiəçi: Fərdi fəaliyyət göstərən Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Eminli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Yeni tikili yaşayış massivində kirayə yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 233, 34.2, 315, 34.2, 186.2.1, 34.2, 186.2.2, 34.2, 127.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs - qabaqcadan əlbir olan bir qrup şəxs qismində ictimai qaydanı kobud surətdə pozan, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan və nəqliyyatın, təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsində fəal iştirak etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərilməsi və xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar törədilməsində iştirak etmiş, habelə həmin cinayətin törədilməsində qabaqcadan əlbir olduğu qrupun üzvləri ilə birlikdə bilavasitə iştirak etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma ilə bağlı cinayətin törədilməsində qabaqcadan əlbir olduğu qrupun üzvləri ilə birlikdə bilavasitə iştirak etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq borcunu yerinə yetirən və digər zərərçəkmiş şəxslərə məxsus özgənin əmlakını qəsdən məhv etmə və zədələməklə ağır nəticələrə səbəb olan külli miqdarda ziyan vurmaqla bağlı cinayətin törədilməsində iştirak etmiş, habelə həmin cinayətin törədilməsində qabaqcadan əlbir olduğu qrupun üzvləri ilə birlikdə bilavasitə iştirak etmişdir. Belə ki, o, Bakı və Respublikanın digər şəhər və rayonlarından çoxsaylı Azərbaycan Respublikasının vətəndaşlarının işğalçı Ermənistan Respublikasınının Azərbaycan torpaqlarını ələ keçirmək məqsədilə davam etdirdiyi təcavüzkar hücumlarına qarşı, habelə Azərbaycan Respublikasının ordusuna və Silahlı Qüvvələrin Ali Baş Komandanına öz dəstəyini nümayiş etdirmək məqsədilə 14 iyul 2020-ci il tarixdə “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz, Vətən bölünməz” və sair vətənpərvər ruhda olan şüarlarla Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Şəhidlər Xiyabanı istiqamətdə yürüş keçirdiklərini öyrənib Almaniyada yaşayan X20, sonuncunun arvadı X2 və qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətlərin törədilməsini təşkil, həmin cinayətlərə rəhbərlik və bilavasitə həmin cinayətlərin törədilməsində iştirak etməkdə ifadə olunan təşkilatçılqla "WhatsApp” mobil tətbiqetmə proqram təminatı vasitəsilə verilən təlimata uyğun olaraq həmin yürüşə qoşularaq müxtəlif şüarlar səsləndirməklə ətraflarına çoxsaylı şəxsləri toplayıb təşkilatlandıqdan sonra isə ölkədə ictimai sabitliyin pozulmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan və nəqliyyatın, təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərilməsi və xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar onlara qarşı zor tətbiq edilməsi ilə bağlı, habelə özgənin-yəni öz qulluq borcunu yerinə yetirən zərərçəkmiş şəxsin əmlakını qəsdən məhv etmə və zədələməklə ağır nəticələrə səbəb olan ziyan vuran cinayətlərin törədilməsində bilavasitə icraçı qismində iştirak edib Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərindən X49, X32, X50 və qeyrilərinin yürüşə qoşulmadan, X15 isə Bakı şəhəri Neftçilər prospektində yerləşən Azadlıq meydanından yaşadığı evə qayıdıb oradan, Almaniyada yaşayan X20 və sonuncunun arvadı X2 isə Respublika hüdudlarından kənarda olmaqla, fəaliyyətlərini telefonun "WhatsApp" mobil tətbiqetmə proqram təminatı və 'Facebook" sosial şəbəkəsində yaradılmış "Söhbət" adlı gizli qrup vasitəsilə və sair üsullarla davam etdirmələri, habelə özü, X51, X91 oğlu, X25 və qeyrilərinin, həmçinin partiyanın üzvü olmayan digər şəxslər ilə birlikdə eyni məqsədlə bilavasitə yürüşə qoşulub “WhatsApp” mobil tətbiqetmə proqram təminatı və “facebook.com” sosial şəbəkəsində qeydiyyatdan keçdikləri profil hesabları vasitəsi ilə canlı yayımlar keçirməklə, bir birləri ilə telefon əlaqələri saxlamaq və bu yolla saylarını artırmaq məqsədilə yürüşdə iştirak edən partiya üzvlərini həmin hərəkətlərdə aktiv iştirak etməyə dəvət edilib, əvvəlcədən hazırlanmış cinayətkar plana uyğun olaraq yürüş iştirakçıları ilə birlikdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Şəhidlər Xiyabanının qarşısına çatıb orada və Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 1 ünvanda yerləşən Azərbaycan Respublikası Milli Məclisin inzibati binasının qarşısında toplaşdıqdan sonra, nizamsız kütlənin vətən sevgisindən qaynaqlanan Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı emosiyalı tələblərindən öz cinayətkar məqsədləri üçün istifadə edilməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, ümumi cinayətkar plana uyğun olaraq 15 iyul 2020-ci il tarixdə saat təxminən 03 radələrindən 05 radələrinədək olan müddət ərzində məqsədyönlü şəkildə əlbir olduqları qrupun üzvlərinə, eləcə də yürüşdə iştirak edən digər şəxslərə xitabən “İstefa”, “Allahu Əkbər”, “Milli Məclisə hücum edin”, habelə kütlə içərisində olmaqla onların təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə qarşı “vurun”, “qorxmayın”, “geri çəkilməyin”, “sizin sayınız polislərdən çoxdur, qorxmayın qırın” və sair şüarlar səsləndirilməklə qanuna zidd, cinayət sayılan əməllər törətməklə, ictimai qaydanı kobud surətdə pozaraq, yəni onların hüquqa zidd hərəkətlərinin qarşısını alan hakimiyyət nümayəndələrini söyüb təhqir etmələrinə, ətrafda yaşayan vətəndaşların gecə vaxtı dincliyinin, ictimai asayişin uzun müddətə pozulmasına, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamasına, nəqliyyatın, Milli Məclisin, Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsinə, həmin qurumların xidmətdə olan əməkdaşlarına zor tətbiq edib müqavimət göstərilməsinə, əmlaklarının qəsdən məhv edib zədələnməsinə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərin törədilməsində xüsusilə fəal iştirak etməklə verdikləri göstərişlərə uyğun olaraq qrupun üzvü X26 insan kütləsini yüksək səslə “içəriyə…, içəriyə…”, Asif Yusifli, Ramid Nağıyev və qeyrilərinin “Milli Məclisə daxil olun, hücum edin” sözləri ilə səsləyib, qrupun digər üzvlərindən Kamil Mahmudov, Elçin Məmmədov, Tural Vəliyev, Emin Hüseynzadə, Taleh Məmişov, Ceyhun Məmmədov və qeyrilərinin Milli Məclisin inzibati binasının əsas giriş qapısının qarşısında dayanmaqla yuxarıda qeyd olunan qurumların əməkdaşlarının xidməti vəzifələrini icra etmələrinə maneə yaradaraq əlbir olduğu bir qrup şəxslə birlikdə uca səslə müxtəlif şüarlar səsləndirib ictimai qaydanın pozulmasına, ətrafındakı insanların inzibati binaya daxil olmalarına, binanın içərisindəki inventar əmlaka, əşyalara, yəni özgə mülkiyyətinə qəsdən zərər vurmaqla müşayiət edilən qanunazidd hərəkətlər törətmələrinə əlverişli şərait yaradıb, eləcə də hərbi qulluqçuların səhra paltar geyimində yürüşə qoşulmuş cinayətkar qrupun üzvü Səyavuş Mustafayevin qabaqcadan əlbir olduğu qrupun ümumi planına uyğun olaraq əsasən gənclərdən ibarət olan kütlə içərisində hakimiyyət nümayəndəsinin xüsusi geyimindən istifadə edib onların diqqətini özünə çəkməklə, habelə Azər Məmmədovun isə müxtəlif şüarlar səsləndirməklə emosional və qızışdırıcı çıxışlar edərək fəallıq göstərdikdən sonra hərəkətə gələn qrup üzvlərindən X91 oğlu, X11, X27, X28, X53, X54, X55, X56, X57, X37, X21, X29, X9, X58, X38, X39, X16, X40, X3 Fariz Azər oğlu, X34 və qeyriləri Milli Məclisin inzibati binasının mühafizəsini təşkil edən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarına kömək göstərmək məqsədilə binanın giriş qapısı yaxınlığında çəpər formada düzülməklə orada xidmətə cəlb edilmiş ictimai qaydanın kobud surətdə pozulmasının qarşısının alınması, ictimai asayişin qorunması sahəsində xidməti vəzifələrini yerinə yetirən və hakimiyyət nümayəndələri olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X85 və Bakı şəhərinin rayon polis idarələrinin və Bakı şəhər Baş Polis idarəsinin əməkdaşlarının üzərinə gedib, hakimiyyət nümayəndəsinin-ictimai qaydanı qorumaq, ictimai təhlükəsizliyi təmin etmək, şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq, cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək, mülkiyyətə ziyan vurmamaq və sair məzmunlu qanuni tələblərinə tabe olmamaqla xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına su butulkası, taxta parçası, daş və sair predmetləri atmaqla, onları dartıb, itələyib yıxmaqla, əlləri, ayaqları ilə vurmaqla və sair formada zor tətbiq etməklə zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma ilə bağlı cinayətin törədilməsi ilə müqavimət göstərib, o cümlədən Bakı şəhəri, Səbail rayon polis idarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs18, DİN-nin X70 Patrul bölüyünün polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs19 və həmin bölüyün polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs4 itələyib inzibati binanın qarşısında sərt örtükdən ibarət olan pilləkənlərə yıxıb Zərərçəkmiş şəxs18 sağ aşıq-baldır oynağının yumşaq toxumalarının şişkinlik, ödem və hematoma halında əziyi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərəvurmaya aid, Zərərçəkmiş şəxs19 sağ əlin arxa səthinin yumşaq toxumalarının şişkinliyi, sıyrılmış yaraları və daraq-falanqa oynaqlarında hərəkət məhdudluğu ilə müşayiət olunan əziyi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərəvurmaya, Zərərçəkmiş şəxs4 sağ qamış sümüyünün distal ucunun sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirib üzərlərindən keçməklə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən sutkalıq naryadla mühafizə olunan Azərbaycan Respublikasının Milli Məclisinin inzibati binasının Parlament prospekti istiqamətindən metal çərçivə ilə haşiyələnmiş və arxa tərəfdən bağlanmış şüşə qapılarını itələməklə, vurmaqla, dartmaqla o cümlədən qrupun üzvü Pərvin Çobanov, Gündüz Mirzəyev, İsmayıl Məmmədov və qeyriləri binanın giriş qapısını əlləri ilə güc tətbiq etməklə itələyərkən qapını arxadan açılmaması üçün əlləri ilə tutmuş həmin Xidmətin əməkdaşlarına zor tətbiq edib onlardan baş çavuş Zərərçəkmiş şəxs12 sol təpə nahiyyəsində dərialtı hematoma ilə müşayiət olunan qançır, sıyrıq, şişkinlik halında yumşaq toxumaların əziyi və sol mil-bilək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinliyi, qançır kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, baş leytenant Zərərçəkmiş şəxs3 sağ bazunun qançırı və sıyrıqları kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən, kiçik gizir Zərərçəkmiş şəxs10 sağ bazunun və sağ dirsək oynağının qançırlar, sol saidin sıyrıqları kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən, polkovnik-leytenant Zərərçəkmiş şəxs6 sağ bazunun və sol diz oynağı nahiyyəsinin qançırları kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən, baş çavuş Zərərçəkmiş şəxs8 sol saidin sıyrığı kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən və kiçik çavuş Zərərçəkmiş şəxs7 sol bazunun və sol saidin sıyrıqları sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək binanın giriş qapısını açmağa nail olduqdan sonra, ümumi cinayətkar niyyətə uyğun olaraq qabaqcadan əlbir olmuş qrupun üzvləri X91 oğlu, X55, X28, X57, X37, X58, X9, X39, X40, X16, X59, X34, X33, X27 və qeyriləri Milli Məclisin inzibati binasına qanunsuz daxil olub orada ictimai qaydanı kobud surətdə pozan və binanın normal mühafizə qaydasının pozulmasına səbəb olan hərəkətlərini davam etdirərək, Səyavuş Mustafayev, Elçin Mehdiyev, Ceyhun Məmmədov, Elçin Məmmədov, İlkin Əliyev, Azər Məmmədov və qeyriləri müxtəlif qızışdırıcı şüarlar səsləndirərək hakimiyyət nümayəndələrinə müqavimət göstərməyə, onlara zor tətbiq etməyə, qanuni tələblərinə açıq itaətsizlik göstərməyə, orada olan əmlakları məhv etməyə və zədələməyə, gəncləri emosiyaları ilə aqressiv hərəkətlər etməyə və binanın içərisində daha çox dağıntılar törətməyə kökləyən şüarlar səsləndirmiş, bu hərəkətlərdən daha da azğınlaşan qabaqcadan əlbir olmuş cinayətkar qrupun üzvləri aksiyanın mahiyyətinə uyğun olmayan uca səslərlə qışqıraraq xaotik şəkildə binanın 1-ci, 2-ci və 3-cü mərtəbələrinə qalxaraq orada olan kreslo, divan, çılçıraq və digər əmlakları, divarların alçipan örtüklərini, stendləri qırmaqla və yerə çırpmaqla, divardan dartıb qopartmaqla, aşırtmaqla, binanın beton sütunlarına və divarlarına bərkidilmiş alçipan örtüklərinə, ximəti otaqların giriş qapılarına təpik, yumruq və müxtəlif əşyalardan istifadə etməklə zərbələr vurmaqla, o cümlədən Şəmsi Rəhimli binanın 1-ci mərtəbəsinin divarlarının bir hissəsini təpiklə vuraraq, divardan asılmış işıq lampasını sındıraraq, qrupun digər üzvləri İsmayıl Məmmədov 1-ci mərtəbədə olarkən həmin mərtəbədə olan digər şəxsləri yuxarı mərtəbələrə qalxmaları ilə bağlı səsləyib və həmin mərtəbədə yerləşən sütuna bir dəfə yumruq zərbəsi vurduqdan sonra yarıçılpaq vəziyyətdə pilləkənlər vasitəsi ilə inzibati binanın ikinci mərtəbəsinə qalxıb orada xidməti otaqlara gedən yolda olan iki taylı taxta dəhliz qapısına üç təpik zərbəsi vurub zədələyərək, Müşviq Vahabov inzibati binanın 3-cü mərtəbəsinə qalxıb, həmin mərtəbədə yerləşən 318 nömrəli xidməti otağın qapısına təpiklə bir neçə dəfə möhkəm vurub qapını sındıraraq, habelə qrupun ümumi cinayətkar niyyətləri ilə əhatə olunmaqla istintaqla şəxsiyyətləri araşdırılan digər üzvləri isə eyni üsulla digər əmlakları qırmaqla qabaqcadan əlbir olduğu qrup üzvləri ilə birlikdə özgənin əmlakını qəsdən məhv etməklə və zədələməklə zərərçəkmiş şəxs Milli Məclisə xeyli miqdarda, yəni cəmi 22.232 manat maddi ziyan vurulmuş, polis əməkdaşlarının müdaxiləsi ilə insan kütləsi inzibati binadan çıxarıldıqdan sonra isə X91 oğlu, X55, X57, X58, X40, X34, X38, X29, X21, X33 və qeyriləri həmin gün saat 04 radələrində ümumi cinayətkar niyyətə uyğun olaraq Şəhidlər Xiyabanının və Bakı şəhəri Parlament prospekti 1 ünvanda yerləşən Milli Məclisin inzibati binasının qarşısında olan meydan və asfalt yolda xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar hakimiyyət nümayəndələri olan Bakı şəhəri, Xətai rayon polis idarəsinin Postpatrul xidməti bölüyünün polis nəfərləri Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs9, Suraxanı rayon polis idarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Zərərçəkmiş şəxs2, Nəsimi rayon polis idarəsinin Post-patrul xidməti bölüyünün manqa komandiri Zərərçəkmiş şəxs11 və Nizami rayon polis idarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Zərərçəkmiş şəxs16 üzərinə gedib onların kütləvi tədbirlər zamanı ictimai asayişin təmin olunması, hüquqazidd və cəmiyyətə qarşı hörmətsiz davranışların qarşısının alınması və sair kimi tələblərini yerinə yetirmədən müqavimət göstərərək onları itələməklə, yıxmaqla, əl və ayaqları ilə vurmaqla, özlərində olan və ya kənardan götürdükləri daş, butulka və sair müxtəlif növ predmetləri onlara atıb xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma və digər müxtəlif dərəcəli xəsarətlər yetirilməklə zor tətbiq edib, o cümlədən hakimiyyət nümayəndəsi olan polis əməkdaşları Zərərçəkmiş şəxs17 sağ əlin V daraq sümüyünün sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbə olan sağlamlığa az ağır zərərəvurmaya aid, Zərərçəkmiş şəxs11 sol gözün ağlı qişasına qansızma və sol gözaltı nahiyyəsinin qançırı(hematoma), şişkinliyi, səthi dəri yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərəvurmaya aid, Zərərçəkmiş şəxs2 sol ayaq pəncəsinin yumuşaq toxumalarının qançırı(hematoma), sıyrığı və barmaqlarda hərəkət funksiyasının məhdudluğu ilə müşayiət olunan əziyi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərəvurmaya aid, Zərərçəkmiş şəxs16 alt dodağın qançırı və selikli qişasının əzilmiş səthi yarası kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs5 sağ əlin qançırı, şişkinliyi kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs15 sol ayaq pəncəsinin yumşaq toxumalarının şişkinliyi, qançır və barmaqlarda hərəkət məhdudluğu ilə müşayət olunan əziyi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, Zərərçəkmiş şəxs14sağ əlin və sol saidin sıyrıqları kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən və Zərərçəkmiş şəxs9 sağ dizin qançırı kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən, X1 qoparıb götürdüyü aqlay parçalarını bir neçə dəfə polis əməkdaşları istiqamətində atması nəticəsində xidməti vəzifəsini yerinə yetirmək məqsədilə Şəhidlər Xiyabanı tərəfdən Milli Məclisin inzibati binasına doğru hərəkət edən Bakı şəhəri, Xətai rayon polis idarəsinin Post-patrul xidməti bölüyünün polis nəfərləri Zərərçəkmiş şəxs13 sifət və sağ qol nahiyyəsinə dəyməklə sonuncuya sifətin sağ almacıq nahiyyəsinin qançırı, sıyrığı və sağ əlin V barmağının sıyrığı kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsinə, habelə qrup üzvlərinin ümumi cinayətkar niyyətləri ilə əhatə olunmaqla özlərində olan və ya kənardan götürdükləri daş, butulka və sair müxtəlif növ predmetləri daxili işlər orqanlarına və mülki şəxsə məxsus avtomobillərə atmaqla, əllari ayaqları ilə təpikləməklə, həmçinin birlikdə həmin avtomobilləri aşırtmaqla, o cümlədən Şəmsi Rəhimli tərəfindən polis əməkdaşlarına bilavasitə zor tətbiq edilməklə ümumi cinayətkar niyyətə uyğun olaraq daxili işlər orqanlarına məxsus avtomobillərdən “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşırdılmasından sonra həmin avtomobilə əl-ayaq zərbələri endirməklə hissələrinin əzilməsinə, Fərid Abadov, İlkin Əliyev, Dəyanət Mövlayev və qeyriləri tərəfindən ümumi cinayətkar niyyətə uyğun olaraq Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsində “Fairmont” otelin qarşısında nəqliyyatın hərəkətini bərpa etmək, ictimai qaydaların pozulmasının qarşısını almaq məqsədilə dayanmış, daxili işlər orqanlarına məxsus “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əl və ayaqları ilə çoxsaylı zərbələr endirilməklə qrupun digər üzvlərinin köməklikləri ilə həmin avtomobilin aşırdılmasına, Azər Məmmədov, Pərvin Çobanov və qeyriləri tərəfindən polis əməkdaşlarına bilavasitə zor tətbiq edilməklə ümumi cinayətkar niyyətə uyğun olaraq daxili işlər orqanlarına məxsus avtomobillərdən “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşırdılmasına, əl-ayaq zərbələri ilə şüşələrinin sındırılmasına, hissələrinin əzilməsinə, Gündüz Mirzəyevin Milli Məclisin qarşısında, səki daşlarından qoparıb sındıraraq meydanda ictimai qaydanı kobud surətdə pozan şəxslərin həmin ərazidən kənarlaşdırılmaları üçün daxili işlər orqanlarına məxsus su vuran avtomobillərdən “Mercedes-Benz Toma” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilə atıb həmin avtomobilin hissələrinin əzilməsinə, Ceyhun Məmmədovun öz aqressivliyini nümayiş etdirməklə yerdə olan mişar daşını götürərək daxili işlər orqanlarına məxsus “Mercedes-Benz Toma” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsi istiqamətinə atıb həmin avtomobilin hissələrinin əzilməsinə, Səbuhi Mustafayevin ümumi cinayətkar niyyətə uyğun olaraq əl-ayaq zərbələri ilə mülki şəxs Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Şəhidlər Xiyabanının yaxınlığında dayanmış “Daewoo” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yan pəncərəsini sındırmaqla Zərərçəkmiş şəxs1 əmlakının qəsdən zədələnməsinə, Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsində “Fairmont” otelin qarşısında nəqliyyatın hərəkətini bərpa etmək, ictimai qaydaların pozulmasının qarşısını almaq məqsədilə dayanmış, daxili işlər orqanlarına məxsus “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilə eyni üsulla zərbə endirməklə şüşəsinin sındırılmasına və əzilməsinə, habelə qrupun ümumi cinayətkar niyyətləri ilə əhatə olunmaqla istintaqla şəxsiyyətləri araşdırılan digər üzvləri isə eyni üsulla digər avtomobillərə zədə yetirilməklə ümumilikdə daxili işlər orqanlarına məxsus 27 ədəd avtomobilə, müxtəlif zədələrin yetirilməsinə nail olub qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlaklarını qəsdən zədələməklə və məhv etməklə zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinə cəmi 54.394 manat məbləğində külli miqdarda ziyan vurmaqla, eləcə də mülki şəxs Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Şəhidlər Xiyabanının yaxınlığında dayanmış “Daewoo” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin eyni üsulla pəncərə şüşələrinin qəsdən sındırılması ilə özgə, yəni Zərərçəkmiş şəxs1 əmlakını qəsdən zədələməklə ona cəmi 660 manat miqdarında ziyan vurmaqla, “Şəhidlər xiyabanı”nın girişindəki səki və sütunlardan 46 ədəd üzlük, 20 ədəd səki daşı, 16 ədəd qalın üzlük daş, yerindən qopardılaraq sındırılaraq və 5 paqon metr kant dağıdılaraq özgəyə, yəni zərərçəkmiş şəxs Bakı şəhər İcra Hakimiyyətinə məxsus əmlakı qəsdən zədələməklə həmin təşkilata cəmi 1.436 manat miqdarında ziyan vurmaqla, Milli Məclisə, Daxili İşlər Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə və mülki şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 78.722 manat maddi ziyanın yetirilməsi kimi hüquqa zidd hərəkətlərə yol verilməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ictimai qaydanı kobud surətdə pozan, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan və nəqliyyatın, təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərdə fəal iştirak edilmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərilməsi və xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar onlara qarşı zor tətbiq edilməsi cinayətinin törədilməsində qabaqcadan əlbir olduğu qrupun üzvləri ilə birlikdə bilavasitə iştirak edilmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma ilə bağlı cinayətin cinayətin törədilməsində qabaqcadan əlbir olduğu qrupun üzvləri ilə birlikdə bilavasitə iştirak etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq borcunu yerinə yetirən və digər zərərçəkmiş şəxslərə məxsus özgənin əmlakını qəsdən məhv etmə və zədələməklə ağır nəticələrə səbəb olan külli miqdarda ziyan vurmaqla bağlı cinayətin törədilməsində bilavasitə iştirak etmişdir. Təqsirləndirilən şəxs cinayyət əməli zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə ekspert rəyləri, iş materiallarında olan videogörüntülərlə və məhkəmə iclasında araşdırılan digər subutlarla tam subuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ifadəsində özünü ona elan edilmiş ittihamla təqsirli bilməsə də, cinayət əməlinin törədilmə səbəbini, cinayətin motivini və işin faktiki hallarını təsfir edərək göstərmişdir ki, orta məktəbi bitirdikdən sonra Masallı rayonunda mebel fabrikində işləmiş, 2014-cü ildən etibarən Bakı şəhərində tikinti obyektlərində fəhlə və usta işləmişdir. 2017-ci ilin sonlarından həmçinin ictimai əsaslarla AXCP-nin sədri Əli Kərimlinin şəxsi mühafizəçisi olmuşdur. Mühafizəçisi kimi əsas işi onun hər hansı tədbirə getdiyi zaman yanında olmaqdan ibarət olmuşdur. Mühafizəçi xidmətini göstərməyi ilə əlaqədar Əli Kərimli ona hər hansı məbləğdə vəsait ödəmir, həmin xidməti o ictimai əsaslarla həyata keçirir. 2017-ci ildən etibarən ***-***-**-** və ***-***-**-** telefon nömrələrini istifadə etmişdir, “Facebook” sosial şəbəkəsində “Təqsirləndirilən şəxs”adlı profili vardır. 12 iyul 2020-ci ildən etibarən Tovuz rayonu ərazisində Azərbaycanla Ermənistan arasında döyüşlərin şiddətlənməsi zamanı bir neçə əsgər və zabitimizin şəhid olmasından sonra 14 iyul 2020-ci il tarixdə “Facebook” sosial şəbəkəsindəki səhifələrdə Bakı şəhərinin müxtəlif yerlərində insanların qruplarla toplaşaraq yürüşlər təşkil etdiyini, Qarabağla bağlı müxtəlif vətənpərvərlik mövzusunda şüarlar səsləndirmələrini görmüşdür. “Facebook” sosial şəbəkəsindəki həmin görüntülərdən də yürüşdə xeyli sayda, minlərlə adam iştirak etdiyi görünmüşdür. Həmin gün AXCP üzvü olan Şahid8 ilə birlikdə ünvan 3 ünvanındakı evdə olmuşdur, Sosial şəbəkələrdə insanların Azadlıq meydanından keçməklə 20 saylı orta məktəbin yanına yürüş etdiklərini görüb, Gülnarə ilə birlikdə oraya getmək qərarına gəlmiş və taksi ilə gecə saat 01 radələrində həmin əraziyə getmişlər. Oraya toplaşan şəxslər “Qarabağ bizimdir, bizimdir olacaq”, “Şəhidlər ölməz, vətən bölünməz”, “Vur keç səngəri, Azərbaycan əsgəri” kimi şüarlar səsləndirmişlər. Eyni zamanda 15 iyul 2020-ci il tarixdə Asif Yusiflinin gecə saatlarında öz “Facebook” profilində canlı yayım açmasının şahidi olmuş, həmin “Canlı yayımda” Asif də ətrafdakı çoxsaylı insanlarla birlikdə Orduya dəstək mövzusunda şüarlar səsləndirərək insanlarla birlikdə irəliləyərək hər kəsi aktiv olmağa çağırmışdır. Təxminən 01:30 radələrində oradakı insanlarla birlikdə Milli Məclisin qarşısına tərəf irəliləmiş, Milli Məclisin qarşısına çatanda AXCP-nin üzvləri kimi tanıdığı şəxslərdən X18 üzvü Asif Yusifli, partiya üzvləri Elvin Məmmədov, Baba Süleymanov, İsmayıl Həsənov, Ramid Nağıyev, Seymur Əhmədov, Mətanət Türksoy, Fatimə Mövlanlı, Ceyhun Novruzov, Müşviq Quliyev və xarici görkəmlərindən tanıdığı, lakin adlarını bilmədiyi başqa partiya üzvlərinin Milli Məclislə üzbə-üz dayananda sol tərəfdəki pilləkənlərin aşağı hissəsində dayandıqlarını görmüşdür. Gülnarə ilə o da onlara yaxınlaşmışlar. Həmin vaxt saat təxminən 01:30-02:00 radələri olmuşdur. Orada təxminən 15-20 nəfərə yaxın AXCP üzvü olmuş və getdikcə partiya üzvlərinin sayı artmışdı. Asif Yusifli AXCP-nin Rəyasət heyətinin üzvü kimi partiyanın rəhbər şəxslərindən sayılır. Milli Məclisin qarşısına toplaşan partiya üzvlərindən də ən yuxarı vəzifəli şəxs Asif Yusifli idi və həmişə onun fikirləri partiyanın rəhbərliyi adından deyilən söz kimi qəbul olunurdu və qiymətləndirilirdi. Təxminən 02:30-03:00 radələrində Gülnarə ilə birlikdə oradan çıxıb evə getmiş. Növbəti gün xəbər portallarından məlumat əldə etmişdir ki, gecə saatlarında bir qrup şəxs Milli Məclisin inzibati binasına daxil olmuş və orada dağıntılar aparmışlar. 16-17 iyul 2020-ci il tarixədək Gülnarə ilə Xətai rayonunda yerləşən yuxarıda qeyd etdiyi mənzildə qaldıqdan sonra, həbs olunacağından ehtiyat edərək Binə qəsəbəsində Yeni tikili adlanan ərazidə kirayə ev tutaraq, həmin vaxtdan sonra orada tək yaşamağa başlamışdır. 14 iyul 2020-ci il tarixdə həmin aksiyanın keçirildiyini sosial şəbəkəsindən bilmiş, sərbəst şəkildə özü qərar verərək aksiyaya getmiş və adların çəkdiyi digər partiya mənsubları ilə aksiyada rastlaşmışdır. Həqiqətən də həmin aksiyada bir sıra qanunsuzluqlar baş vermişdir və o həmin hərəkətləri sosial şəbəkələrdə izləmişdir, lakin həmin qanunazidd əməlləri törətmiş şəxslərdən tanıdığı yoxdur. Məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, o, 2007-ci ildən X81 Alayının 4-cü Patrul bölüyünün polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. 14 iyul 2020-ci il tarixdə Bakı şəhərində keçirilən yürüyüş mitinqlə bağlı Milli Məclisin qarşısına getməyimiz barədə rəhbərlik tərəfindən onlara göstəriş verilmişdir ki , Milli Məclisin qarşısına getsinlər və orada təxribat törətmək istəyən şəxslərin qarşısını alsınlar. Təxminən 03:00 radələrində Milli Məclisin qarşısına gəlmiş və meydandan Milli Məclisinin pilləkənlarının aşağı sol tərəfindən 20-25 nəfərdən ibarət qrupun xsusi ilə aktivlik göstərdiyinin şahidi olmuşdur. Həmin qrup meydanda daha uca səslə qışqırmış həmdə bir birilərini başa düşərək şuarlarını bir ağızdan səsləndirmişlər. Onlar həmin qrupdan təxminnən 30-40 metr aralıqda dayanmışlar. Təxminən 03:20 radələrində qeyd etdiyi qrupun icərisində caxnaşma yaranmış və qrupdan bir necə şəxs ayrılaraq Milli Məclisin inzibati binasının giriş qapısının qarşına tərəf irəlləmişlər. Bu zaman ətrəfdaki insanların da bəziləri Milli Məclisin qarşına tərəf irəlləmişlər. Qrupun icərisində olan şəxslərin bəzilərini sonradan Sissial şəbəkələrlə görərkən tanımışdır. aktiv olan şəxslərdən birinin Asif Yusifli olduğunu digər şəxsin İsmayıl Həsənov olmasını bildmişdir. Milli Məclisin önünə gedən şəxslərdən birinində sonradan sossial şəbəkələrdə görüntülərə baxarkən Gündüz Mirzəyev adlı şəxs olmasını bilmişdir. Asif Yusifli və İsmayıl Həsənov ətrafındakılara nəsə sözlər demiş Gündüz Mirzəyev isə həmin qrupa yaxınlaşıb söhbət etdikdən sonra araşlaşmış və insanların arasına getmişdir. Milli Məclisin inzibati binasının qarşındı dayanan digər qrup isə dini və təxribatçı şuarldar səsləndirmişlər. Kütlənin Milli Məclisin icərisinə giriişinin qarşısını kəsmək üçün onlar iş yoldaşları ilə birlikdə «sipər» şəklində düzülmüş, bu zaman Gündüz Mirzəyevində aralarında olmuş kütlə onları itələyib yıxmış, yıxılarkən sağ əlindən xəsarət almışdır. Kütlə qapıları sındıraraq Milli Məclisin inzibati binamsına icərisinə daxil olmuşdur. Sonradan onlara kömək gəlmiş və onlar kütəlini Milli Məclisin qarşısından dağıtmışlar. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin X81 Alayında xidmət edir. 14.07.2020-ci il tarixdə Bakı şəhərində keçirilən yürüyüş mintiqlə əlaqədar onlara həyəcan siqnalı verilmiş və təxminən gecə saat 03:00 radələrində Milli Məclisin qarşısında bəzi insanların təxribat etmə xəbərlərini aldıqdan sonra Milli Məclisin qarşısına gəlmişlər. Milli Məclisin qarşısında 3 nəfər xüsusi fəallıq göstərən şəxslər onun diqqətini cəlb etmiş həmin qrup fəallığı ilə seçilmiş, bir nəfərin qruplar arasında gedib gələrək bir qrupundan digərinə məlumat ötürdüğünü görmüşdür. Pilləkənın yuxarısında duran bir necə nəfərdə fəallığı ilə seçilmişdir. İnsanlar birdən birə Milli Məclmisə doğru hərəkət etmiş, onlar insanların Milli Məclisə girməsinin qarşısını almaq istərkən kütlə onun da itələyib yerə yıxmış və o, ayağından yüngül zədə almışdır. Mitinqdə fəallığı ilə iştirak etmiş şəxsləri əvvəl tanımamış, lakin sonradan istintaq vaxtı prokurorluqda kadırlar ona göstərilərkən Asif Yusifli, Gündüz Mirzəyev, Ceyhun Novruzov və İsmayıl Həsənovu tanımışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs17 2019-cu ilin oktyabr ayından başlayaraq hazırki vaxtadək Bakı şəhəri, Xətai RPİ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir. 14.07.2020-ci il tarixdə Bakı şəhərində keçirilən mitinq yürüyüşlə bağlı rəhbərlik tərəfindən onlarda Milli Məclisin qarşısında qayda qanunu bərpa etmək üçün xidmət yoldaşları ilə birlikdə təxminən saat 02:30 radələrində Milli Məclisin qarşısına gəlmişlər. Orada olarkən təxminən saat 03:00 radələrində bir qrup azlığın təxribat yaratmaq istəmələri barədə onlara məlumat daxil olmuş, məlumat daxil olduqdan sonra onlar bir qədər də Milli Məclisin qarşısına yaxınlaşmışlar. Orada artıq vətənpərvər ruhda şuarlarla yanaşı “Azadlıq”, “İstefa” kimi hakimiyyət əlehinə şuarlar səsləndirilmiş, eləcədə “Allahu Əkbər”, “Ya Hüseyn” kimi şuarlar səslənməsini görmüşdür. Meydanda toplaşan insanların icərisində Milli Məclisin pilləkənlərinin aşağı sol tərifinə toplaşmış 20-25 nəfərdən qrup daha aktivliyi ilə seçilmişdir. Həmin şəxslər meydanda hamıdan aktiv olmuşlar və digərlərindən fərqli olaraq həm daha uca səslə qışqırmışlar, həm də birbirlərini başa düşərək eyni şüarı bir ağızdan səsləndirmişlər. Həmin şəxsləri ilk dəfə idi ki, görmüş və sifətdən heç birini tanımır. Həmin qrupdan aralı dayanmış bir neçə şəxs də olmuşdur ki, faktiki olaraq onlardan 30-40 metr aralıda dayanmışlar, arada bir digər qrupun yanına gedib bir neçə dəqiqə dayandıqdan sonra geri, əvvəlki yerlərinə qayıtmışlar. Orada toplaşan şəxslərin bəziləri əllərindəki telefonlarla çəkiliş apararaq oradakı jurnalistlərə müsahibə vermişlər. Həmin qrup aktivliyi ilə onun diqqətini cəlb etmişdir. Təxminən 03:30 radələrində qeyd etdiyi qrupun içərisində bir qədər çaxnaşma yaranmış və qrupdan bir neçə şəxs ayrılaraq Milli Məclisin inzibati binasının qarşısına, giriş qapısının qabağına tərəf irəliləmişdir. Bu zaman ətrafdakı şəxslərdən də bəziləri onların ardınca Milli Məclisin qapılarına tərəf getmişlər. Qrupun içərisində olan şəxslərin bəzilərini o, sonradan sosial şəbəkədə görərkən tanımışdır. Həmin şəxslərdən biri dolu bədən quruluşlu, gur saclı, bığı olan ağ rəngli qısaqol köynək geyinmiş şəxs olan Asif Yusifli, digər bir şəxs ağ rəngli, qısaqol, yaxalığı olan köynək geyinmiş və başının orta hissəsi keçəl olan İsmayıl Həsənov olmuşdur. Həmin qrupa yaxınlaşıb, sonda Milli Məclisin önünə gedən şəxsin isə gur saclı, orta boylu olmaqla əynində açıq rəngli qısaqol köynək geyinmiş Gündüz Mirzəyev olmasını bilmişdir. Asif Yusifli, İsmayıl Həsənov ətrafındakı şəxslərlə birlikdə qeyd olunan ərazidə dayanmaqla müxtəlif şüarlar səsləndirmiş və ətraflarına daha çox kütlə cəlb etməyə çalışmışlar. Asif Yusifli və İsmayıl Həsənov ətrafdakılara nəsə sözlər demişdilər. Gündüz Mirzəyev isə həmin qrupa yaxınlaşıb söhbət etdikdən sonra aralaşmış və insanların arasına getmişdir. Milli Məclisin inzibati binasının qarşısında dayanan digər qrup isə dini və təxribatçı şüarlar səsləndirmişlər. Onlar Milli Məclisin qarşısında dayanmış kütlənin oradan uzaqlaşdırılması üçün bir qədər də irəliyə doğru hərəkət etmişlər. Bu zaman Gündüz Mirzəyevi orada görmüş, sonuncu dini şüarlar səsləndirən qrupun yanında "İstefa!" şüarını səsləndirməyə başlamış və kütlə Gündüz Mirzəyevə qoşulmuşdur. Gündüz Mirzəyev aktiv əl-qol hərəkətləri edib “istefa” şüarını səsləndirməklə kütləni Milli Məclisin inzibati binasına tərəf yönləndirmişdir. Bu zaman o, digər polislərlə birlikdə kütləyə xüsusi mühafizə olunan Milli Məclisin inzibati binasına daxil olmağın qadağan olduğunu deyib qarşısını kəsmək istəyərkən Gündüz Mirzəyev polis əməkdaşlarının vətəndaşlara zor tədbiq etdiyini deyib kütləni aqresivləşdirmiş və kütləni Milli Məclisə istiqamətləndirmişdir. Polis əməkdaşları köməyə gəldikdən sonra Milli Məclisin qarşısında olan şəxsləri oradan çıxartmağa başlamışlar. Daha sonra digər polis əməkdaşları Milli Məclisin inzibati binasının içərisində olan şəxlsəri oradan çıxartmış və xüsusi vasitələrdən istifadə edilməklə kütlə aşağıya doğru, yəni Teleteatrın binasına doğru istiqamətləndirilməyə başlamışdır. Həmin vaxt ətrafda olan insan kütləsi arasından ona, eləcə də digər polis əməkdaşlarına daş parçası, pivə şüşəsi, eləcə də taxta parçaları atılmışdır. O, patrul avtomobilinin yanına çatdıqda insan kütləsinin arasından ona doğru pivə şüşəsi atıldığını görmüş və əlini başına doğru qaldırmışdır ki, şüşə başına dəyməsin. Bu zaman pivə şüşəsi sağ əlinə dəyib idarə etdiyi avtomobilin qabaq alın şüşəsinə dəyib yerə düşmüşdür. Nəticədə avtomobilin alın şüşəsi sınmış və o, hiss etmişdir ki, sağ əlində möhkəm ağrı əmələ gəlmişdir. İnsanlar durmadan yenə də polis əməkdaşlarına və ona müxtəlif əşyalar atmaqda davam etmişlər. Bununla yanaşı insanlar yol kənarında dayanmış polis maşınlarına daş, içki şüşələri, taxta parçaları və təpiklə zərbələr vurub avtomobilləri sıradan çıxarmağa başlamışlar. Hətta insanlar Xətai RPİ-nə məxsus “Fiat Doblo” markalı, **-AP-*** dövlət nömrə nişanlı patrul avtomaşınını da çevirirək sol böyrü üstündə qoymuşlar. Elə bu zaman Milli Məclisin inzibati binası tərəfdən əlavə qüvvə olaraq su vuran polis maşınları gəlmiş və insan kütləsi dağıdılmağa başlamışdır. Daha sonra o, patrul avtomobilinə yaxınlaşan zaman maşının qabaq alın şüşəsindən başqa sayrışan işıqları, sol yan güzgüsünün sındırıldığını, yan detallarında və damında əziklər olduğunu, bundan başqa arxa sol işığının da sındırıldığını görmüşdür. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs16 2019cu ilin 23 may tarixindən Nizami RPİ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir. 14-15 iyul 2020-ci il tarixdə Bakı şəhərində keçirilən mitinqlə bağlı bildirir ki, həmin günü xidmət yoldaşları ilə birlikdə təxminən gecə saat 01-02 radələrində Milli Məclisin qarşısına gəlmişlər. Təxminən gecə saat 03:00 radələrində insanların bir qismi “İstefa”, “Allahu Əkbər” şuarlaırı əsələndirməyə başlamış, bütün olanlarda bundan sonra baş vermişdir. Artıq insanlar əllərinə keçən daş parcalarını, su butulkalarını və sair onlpara doğru atırdılar. Onlara insanların Milli Məclisin qabağından dağıdılması barədə tapşırıq gəlmiş, polislər insanları Milli Məclisin inzibati binasından aşağıya doğru dağıtmağa başlamış, bu zaman tanımadığı 3 nəfər şəxs onun üzərində olan dəbilqəni ona doğru itələməsi nəticəsində dəbilqənin üst tərəfi ağız nahiyəsinə dəymiş və o xəsarət almışdır. Hadisə zamanı çoxlu sayda polis xəsarət almış, bəzi polis maşınları aşırılmış və onlara xəsarətlər yetirildiyini görmüşdür. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən DİO-da xidmət etməyə başlamış, həmin vaxtdan da Bakı şəhəri, Qaradağ RPİ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir. 14-15 iyul 2020-ci il tarixli Bakı şəhərində keçirilən mitinq yürüyüşlə bağlı bildiri ki, həmin günü təxminən gecə saat 03:00 radələrində Milli Məclisin qabağında Alov qullərlərinin qarşısına catarkən polislər artıq insan kütləsini dağıtmağa başlamış onlarda insanları aşağıya doğru istiqamətləndirmişlər həmin vaxt insanlar digər polis əməkdaşlarına daş, butulka və sair əllərində olan əşyaları atmış, elə bu zaman sol ayağına daş dəymiş, daş parcasının kim tərəfindən atılmasını görməmiş, Fiat Doblo markalı avtomaşının aşırdılmasını görmüşdür. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai RPİ polis serjantı vəzifəsində işləyəyir. 14-15 iyul 2020-ci il tarixdə rəhbərlik tərəfindən onlara yürüüş mitinq iştirakcılarını müşaət etmək tapşırığı verilmiş, heç bir vətəndaşa toxunulması, ictimai əsaişi qorunması tapşırığı verilmişdir. İnsanları müşayət edərək təxminən idarə etdiyi “Fiat Doblo” markalı patrul maşını ilə “Flame Tower” hotel kompleksinin qarşısında hərəkət etmiş və avtomobili orada saxlamışdır. Təxminən gecə saat 03:00 radələrində insan kütləsi əllərində olan daş parcalarını, butulkaları, taxta parcaları onlara atmış, bu zaman atılan predmetlərdə biri onun sol əlinə dəymiş, o yüngül xəsarət almış, onun idarə etdiyi polis maşınının şüşələri sındırılmış, daş parcaları avtomobilin salonuna düşmüşdür. İnsanların digər bir polis maşınınıda arxası üstə cevrildiyini görmüşdür. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs13 Xətai RPİ-nin polis əməkdaşıdır. 14-15 iyul 2020-ci il tarixdə həyacan siqnalı ilə xidmətə cağırılmış ictimai əsaişi bərpa etmək məqsədi ilə Milli Məclisin qarşısına göndərilmişlər. O xidmət yoldaşları ilə birlikdə "Fairmont" otelindən yuxarda Şəhidlər xiyabanı tərəfdə dayanmışlar. Təxminən gecə saat 03-04 radələrində Milli Məclisin qarşısında caxnaşma yaranmış bu zaman insanlar onlara daşlar, butulkalar və digər əşyalar atmağa başlamış, atılın daşlardan biri onkn sağ əlinə dəymiş, digər atılan əşya isə sağ gözünün alt hissəsinə dəymişdir. Daşların kim tərəfindən atılmasını insanlar cox olduğundan görməmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs12 göstərmişdir ki, Xüsusi Dövlət Mühafizə Xidmətində sürücü vəzifəsində işləyir. 14-15 iyul 2020ci il tarixdə Milli Məclis qarşısında keçirilən mitinqlə bağlı şöbə rəisi ilə birlikdə Milli Məclisin qabağına gəlmişlər mühafizə xidmətinin əməkdaşları və polislər təxminən gecə saat 03-04 radələrində qol qola girərək insanların Milli Məclisin inzibati binasına daxil olmasının qarşısını almaq istəsələrdə insan kütləsi onları itələyib, Milli Məclisin qapıların sındıraraq icəriyə daxil oldular. Daha sonra polis əməkdaşları gələrək insanları binadan cölə çıxartmış, insanlar orada coxlu dağıntılar törətmişlər. Onlarda insanların ardınca inzibati binadan cölə çıxmış bu zaman kütlə tərəfindən atılan daşlardan biri onun başına dəymiş və o xəsarət almışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs11 göstərmişdir ki, Bakı şəhəri, Nəsimi RPİ-nin Post-patrul xidməti bölüyünün manqa komandiri vəzifəsində işləyir və polis baş serjantı rütbəsindədir. 14-15 iyul 2020-ci il tarixdə təxminən gecə saat 02:30 radələrində xidmət yodaşları ilə birlikdə Milli Məclisin qarşısına gəlmiş və orada mitinqdə iştirak edən bir qrupun təxribat yaratması barədə onlara məlumat daxil olmuş və onlar Milli Məclisin qarşısına daha da yaxınlaşmışlar. Həmin vaxtı kütlə artıq “Allahu Əkbər”, “Ya Hüseyn” kimi dini şuarlar elecədə “İstefa”, “Azadlıq” kimi şuarlar səsləndirmişlər. Meydana toplaşan insanlar icərisində Milli Məclisin pilləkənlərinin aşağı sol tərəfində dayanmış 20- 25 nəfərdən ibarət qrup daha aktivliyi ilə secilmiş, həmin şəxslər daha uca səslə qışqıraraq həmdə bir birini başa düşərək eyni şuarı bir ağızdan səsləndirmişlər. Həmin şəxslərdən dolu bədən qurluşlu bığı olan ağ qısa qol kohnək geyinmiş şəxsin sossial şəbəkələrdən tanıdığı Asif Yusifli olmasını bilmişdir. Həmin qrupdan bir necə metr aralıda başqa bir qrupda dayanmış bu iki qrup arasında əlaqələri olmuş, onlardan bəziləri digər qrupun yanına gedib onları təlimatlandırmış və geri qayıtmışlar. Həmin qrupların icərisində olan aktiv şəxslərdən sonradan sosial şəbəkələrlən baxıb tanıdığı İsmayıl Həsənov, Gündüz Mirzəyev olmuşdur. Təxminən gecə saat 03:00 radələrində həmin aktiv qrupun icərisində caxnaşma yaranmış, qrupdan bir neçə nəfər ayrılaraq Milli Məclisin qapılarına tərəf hərəkət etmişdir. Onlar kütləinin Milli Məclisə doğru hərəkət etmənin qarşını almağa cəht etsələrdə Gündüz Mirzəyev və digər şəxslər vətəndaşları qızışdırmış, kütləninin qarşısını almaq mümkün olmamış və onlar Milli Məclisin qapısını qıraraq icəriyə daxil olmuşdur. Daha sonra köməyə gələn polislərlə birlikdə insanların Milli Məclisin icərisindən çıxarıb kütləni aşağıya doğru istiqamətləndirmişlər. O, polis maşınına əyləşib teleteatr istiqamətində hərəkət edərkən atılan bir daş gözünün altından yanaq nahiyəsini sürtərək keçib maşının arxa oturacağına düşmüşdür. Həmin daşın kim tərəfindən atıldığını görməmişdir. İnsanlar yol kənarında dayanmış polis maşınlarına müxtəlif əşyalar atmaqla xəsarət yetirmişlər. Ona tərəf atılmış daşın dəyməsi nəticəsində gözünün altı qaralmış və şişmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs10 göstərmişdir ki, Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət edir, bölmə komandiri olmaqla rütbəsi kiçik gizirdir. Xidməti vəzifələrinə xüsusi əhəmiyyət dovlət obyektlərinin mühafizəsinin təşkili və təmin edilməsi daxildir. 14-15 iyul 2020-ci il tarixdə Bakı şəhərində baş vermiş mitinqlə əlaqədar bildirmişdir ki, həmin o, Milli Məclisin mühafizəsini təşkil edən qrupun tərkibində xidmədtə olmuşdur, insanlar təxminən axşam saat 09:00-dan Milli Məclisin qarşısına toplaşmağa başlamış və müxtəlif şuarlar səsləndirmişlər. Təxminən gecə sat 03:00 radələrində insan kütləsi Milli Məclisə daxil olmaq istəmiş, onlara nə qədər izah edilsədə başa düşməmiş, mühafizəçilərə və polis əməkdaşlarına zor tətbiq etmiş, kütələ 3 dəfə icəriyə girmək istəsədə qarşısı alınmış, lakin 4-cü cəhdə onların müqavimətini qıraraq Milli Məclisin inzibati binasına daxil olmuşlar. Kütlə onları itələyib Milli Məclisə daxil olarkan qolu giriş qapısına dəyərək sıyrılmış, o sağ qolundan xəsarət almışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs9 2013-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində, 2018-ci ildən Bakı şəhəri, Xətai rayonu polis idarəsində Post Patrul Xidmətində polis nəfəri kimi işləyir. Polis nəfəri olaraq əsas vəzifəsi Post Patrul Xidmətinin komandiri tərəfindən aparılmış bölgüyə əsasən xidməti ərazidə ictimai qaydanı təmin etməkdən ibarətdir. 14-15 iyul 2020-ci il tarixdə Bakı şəhərində baş vermiş mitinqlə əlaqədar bildirmişdir ki, həmin günü öz xidməti avtomobilləri ilə rəhbərliyin tapşırına əsasən Milli Məclisin qabağına gəlmişlər və orada insanları müşahidə etmişlər. İnsanlar Milli Məclisin qarşından Prezident aparatına düşən yolda onlara da daş və müxtəlif əşyalar atmış, atılan daşlardan biri onun dizinə dəyərək o yüngül xəsarət almışdır. Daş atanın kim olduğunu görməmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs7 Xüsusi Dövlət Mühafizə Xidmətində işləyir, rütbəsi kiçik çavuşdur. Xidmətə başladığı gündən Azərbaycan Respublikası Milli Məclisinin təhlükəsizliyinin təmini və təşkili ilə bağlı postda xidmət aparır. Xidməti vəzifəsi təyin olunduğu postların yerləşdiyi hökümət binalarının təhlükəsizliyini təmin etməkdən ibarət olmuşdur. 14-15 iyul 2020-ci il tarixdə Bakı şəhərində baş vermiş mitinqlə əlaqədar bildirmişdir ki, 14 iyul tarixində səhər növbəni təhvil alıb xidmətə başlamışlar. O, xidmətini əsas giriş qapısında aparmışdır. Həmin günü Milli Məclisin qarşısına çox saylı insanlar yığışmış və təxminən gecə saat 03:00 radələrində insan kütləsi qapını itələyəib acaraq Milli Məclisə daxil olmuşlar. Onlar zəncirvari dayanıb insanların Milli Məclisə girməsinin qarşısını almaq istəsələrdə bunu bacarmamışlar. Kütlənin üzərlərinə gəlməsi nəticəsində o, yüngül xəsarət almışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadə verən zərərçəkmiş şəxs Atakişiyev X6 Təhlükəsizlik Xidmətinin obyektlərin mühafizəsi şöbəsinin rəisi vəzifəsində işləyir. Xidməti vəzifəsinə xüsusi əhəmiyyətli dövlət obyektlərinin mühafizəsinin təşkili və təmin edilməsi daxildir. Rəhbərlik etdiyi şöbənin əməkdaşları hərbçilər olmaqla, bir sıra dövlət obyektlərinin, o cümlədən Azərbaycxan Respublikası Milli Məclisinin inzibati binasının mühafizəsini həyata keçirirlər. 14-15 iyul 2020-ci il tarixdə Bakı şəhərində keçirilmiş yürüyüş mitinqlə əlaqədar bildirmişdir ki, onlara ordaya dəstək üçün mitinq keçirilməsi barədə xəbər gəlmiş və o, təxminən axşam saat 10:00 radələrində Milli Məclisə getmişdir. İnsanların sayı getdikçə coxalmağa başlamış və onların bir qismi Milli Məclisin inzibati binasına girməyə cəhd göstərmişlər. Milli Məclisə girməmələri üçün olarla təxminən 3 sata yaxın danışıq aparmışlar, lakin həmin şəxslər onlara əhəmiyyət verməmiş onu və əməkdaşlarını vurub itəliyərək qapıları sındırıb icəriyə daxil olmuşlar. Həmin şəxslər orduya dəstək üçün yox Milli Məclisi dağıtmağı gəlmişlər. Həmin hadisə zamanı Milli Məclisin qapıları və pəncərələri sındırılmışdır. Onun özü və əməkdaşları müxtəlf dərəcəli xəsarətlər almışlıar. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Xətai RPİ polis nəfəri vəzifəsində işləyir. 14-15 iyul 2020-ci il tarixdə Bakı şəhərində keçirilmiş yürüyüş mitinqlə əlaqədar bildirmişdir ki, həmin günü iş yoldaşları ilə birlikdə Milli Məclisin yaxınlığına gələrək polis avtopatrul maşını yolun kənarında saxlayıb xidmət aparmış, xidmət apardığı zaman insan kütləsi müxtəlif şuarlar səsləndirərək Şəhidlər Xiyabanınn yanından üzü aşağıya doğru hərəkət etməyə başlamış və polis əməkdaşlarına daş və müxtəlif əşyalar atmağa başlamışlar. Atılan daşlardan biri onun sağ əlinə dəymiş və o xəsarət almışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs4 ifadəsində gömtərmişdir ki, Daxili İşlər Nazirliyinin X81 Alayının polis əməkdaşıdır. 14-15 iyul 2020-ci il tarixdə Bakı şəhərində keçirilmiş yürüyüş mitinqlə əlaqədar bildirmişdir ki, həmin günü həyacan siqnalı verildikdən sonra Milli Məclisin qarşısına gəlmişlər. Onlara insanları müşayyət etmək və təhlükəsizlisini qorumaq tapşırğı verilmişdir. Daha sonra mitinqdə bir qrup şəxslərin fəallıq göstərdiyini bildirərək onlara nəzarət etməyi tapşırıldı. Həmin qrpun icərisində Gündüz Mirzəyev, Asif Yusifli, İsmayıl Həsənov, Ceyhun Novruzov daha fəal idilər şuarlar səsləndiridilər. Qruplar arasında söz aprıb gətirərək daha yuksək səslə qışnqırmağı təhrik edir, caxnaşma yaradırdılar. Adlarını cəkdiyi şəxslərin sossial şəbəkəoərdə olan vidiolarını öz dostlarına atıb onların kim olduqlarvnı soruşmuş və şəxsiyyətlərini dəqiqləşdirmişdir. Eyni zamanda istintaq vaxtında ona video kadılar təqdim edilmişdir. Aktiv olan bu şəxslərin Gündüz Mirzəyev yalandan polislərin insanlara zor tətbiq edilməsini qışqırıb deyərək insanlar arasında caxnaşma yaradır və onları daha da qızışdırırdı və bu şəxslərin təhriki nəticəsində insanlar Milli Məclisə daxil olmuşlar. Milli Məclisə daxil olan kütlənin qarşısını almaq istərkən insanlar onu itələyib yerə yıxmış və onun üstündən keçərək Milli Məclisə daxil olmuşlar. Hadisə zamanı onun sağ ayağı topuqdan iki yerdən sınması nəticəsində o, xəsarət almışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin təhlükəsizlik xidmətində qrup komandiri vəzifəsində işləyir. Xidməti vəzifəsinə xüsusi əhəmiyyətli dövlət obyektlərin mühafizəsinin təşkili və təmin edilməsi daxildir. Rəhbərlik etdiyi qrupun əməkdaşları hərbiçilər olmaqla, bir sıra dövlət obyektlərin, o cümlədən Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasının mühafizəsini həyata keçirirlər. 14-15 iyul 2020-ci il tarixdə Bakı şəhərində keçirilmiş yürüyüş mitinqlə əlaqədar bildirmişdir ki, həmin günü Milli Məclisin mühafizəsinin qorunması ilə əlaqədar xidmətdə olmuş insanların təxminən axşam saat 09:00 radələrində Milli Məclisin qarşısına toplanmasını görmüş, kütlə Milli Məclisin qarışısına toplaşdıqdan sonra müxtəlif şuarlar səsləndirmiş, təxminən saat 02-03 radələrində toplanmış kütlə Milli Məclisin icərisinə girməyə cəhd göstərmiş, o, xidməti yoldaşları və orada polis işciləri bunun qarşısını almağa çalışsalardı 3-cü cəhdən sonra onların müqaviməti qırılmış və kütlə Milli Məclisin icərisinə daxil olmuşdur. Kütlənin Milli Məclisə yönəldən xüsusi şəxslər olmuş və kütlə Milli Məclisin icərisinə daxil olarkən orada sağ qolundan xəsarət almışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində, Bakı şəhəri, Xətai rayonu polis idarəsində Post Patrul Xidmətində polis nəfəri kimi işləyir. 14-15 iyul 2020-ci il tarixdə Bakı şəhərində keçirilmiş yürüyüş mitinqlə əlaqədar bildirmişdir ki, həmin günü rəhbərliyin tapşırığına əsasən Azneft dairəsindən üzü Prezident aparatına qalxan yolda xidmət aparmış, insanların gediş –gəlişini tənzimləmiş, təxminən gecə saat 02-03 radələrində Azneft meydanının yaxınlığında Funikulor tərəfdən 50-60 nəfər şəxs gəlib Prezident aparıtının yanından Milli Məclisə qalxmaq istəyən kütələyə qoşulmuş və kütlə onları itələyib yerə yıxaraq Milli Məclis istiqamətinə doğru getmiş bu zaman o, sol ayağından xəsarət almışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadə verən zərərçəkmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2017-ci ilin avqust ayında Xüsusi Dövlət Mühafizə Xidmətinin Obyektlərin mühafizəsi şöbəsinin mühafizəçisi vəzifəsinə təyin edilmişdir. Hazırda baş çavuş rütbəsində olmaqla mühafizəçi kimi işləyir. 14-15 iyul 2020-ci il tarixdə Bakı şəhərində keçirilmiş yürüyüş mitinqlə əlaqədar bildirmişdir ki, həmin günü Milli Məclisin mühafizəsini təmin edən qrupun tərkibində xidmətdə olmuş, təxminən gecə saat 03:00 radələrində insan kütləsi Milli Məclisin qapılarına doğru hərəkət etməyə başlamış onlar zəncirvari dayanaraq kütləinin Milli Məclisin icərisinə girməsinə mane olmaq istəsələrdə insanlar onlara müqavimət göstərərək qapıları itələyib acaraq, Milli Məclisin icərisinə daxil olmuş, bu zaman o, sol qolundan xəsarət almışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, adına və özünə məxsus “DAEWOO” markalı, **-TP-*** dövlət qeydiyyat nömrəli sərnişin avtobusu vardır. 14-15 iyul 2020-ci il tarixdə Bakı şəhərində keçirilmiş yürüyüş mitinqlə əlaqədar bildirmişdir ki, həmin günü özünə məxsus **-TP-*** dövlət qeydiyyat nömrəli sərnişin avtobusunun Suraxanı rayon Polis İdarəsinin müraciətinə əsasən sürəcü ilə birlikdə onların istifadəsinə vermiş və həmin avtobusla polis əməkdaşları Milli Məclisin qarşısına aparmışdır. Təxminən gecə saat 03:00 radələrində sürücü ona zəng vuraraq avtobusun arxa şüşələrinin, arxa işıqforların mitinqdə iştirak edən şəxslər tərəfindən sındırıldığını bildirmiş, sonradan təxminən avtobusuna 1000 (min) manat ziyan vurduğunu bildirmişdir. Ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, 14-15 iyul 2020-ci il tarixdə Bakı şəhərində keçirilmiş yürüyüş mitinqlə bağlı bildirmişdir ki, yürüyüş mitinqə tanışları Vüqar Ədimov, Şəmsi Kəsəmənli ilə birlikdə getmiş, maşını Milli Məclisin arxasında saxlayıb, təxminən axşam saat 01:30 radəərində Milli Məclisin inzibati binasının pilləkanlarının qarşısına gəlmişdir. Həmin vaxtı AXCP partiyasının üzvüləri Asif Yusifli, Fatimə Mövlanlı, Şahid8, Ramid Nağıyev, Seymur Əhmədov, Mətanət adlı şəxsləri orada görmüş və özüdə AXCP-nin üzvü olduğundan onların yanına gəlmişdir. Həmin vaxtı orada hamı vətənpərvər şuardar səsləndirmişdir. Asif Yusifli partiya üzvülərinin yanında hamıya bildirmişdir ki, partiya rəhbərinin göstərişidir ilkin mərhələdə siyasi şuarlar səsləndirilməsin və ilk öncə Qarabağ və vətənpərvər ruhunda şuarlar səsləndirsinlər, oraya toplaşan şəxslərin sayı artandan sonra isə partiya rəhbərliyi tərəfindən əlavə göstərişlər veriləcəkdir. Bundan sonra gecə saat təxminən 03:00 radələrində oraya əlavə polis qüvvələri gəlib insanları dağıtmağa başlamış və onlar oradan uzaqlaşmağa başlamışlar. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid4 oğlu göstərmişdir ki, 14 iyul 2020-ci il tarixdə axşam saatlarında evdə olarkən sosial şəbəkələrdən ona məlum olmuşdur ki, Tovuz rayonu ərazisində gedən döyüşlərlə əlaqədar olaraq orduya dəstək məqsədilə Bakı şəhərində aksiya keçirilir və insanlar Milli Məclisin qarşısındakı meydana toplaşırlar. Sosial şəbəkələrdə çoxsaylı kadrlar izləmiş və saat təxminən 01 radələrində yaşadığı evdən çıxıb Milli Məclis istiqamətində piyada tək hərəkət edib təxminən yarım saat sonra 20 nömrəli orta məktəbin qarşısından keçməklə Milli Məclisin qarşısındakı meydana çatmış, həmin vaxt orada çoxsaylı insanın Qarabağ və orduya dəstək şüarları səsləndirdiklərini görmüşdür. Milli Məclisin qarşısında, pilləkən və fəvvarələrin yuxarı hissəsində kimlərinsə çıxış etdiyini görüb maraq üçün insanların arası ilə hərəkət edib həmin əraziyə yaxınlaşıb fəvvarələrin qarşısında dayanmış, ətrafında və kənarda tanımadığı insanlar yenə də Qarabağ və şəhidlərlə bağlı şüarlar səsləndirirdilər. O, təxminən bir saat həmin yerdə dayandıqdan sonra insanların arası ilə yavaş-yavaş olduğu yerdən Milli Məclisin qarşısındakı, Şəhidlər Xiyabanına tərəf olan pilləkənlərlə yuxarı qalxmağa başlamış və pilləkənlərin yuxarısında dayanmışdır. Gecə saat 03 radələrində yuxarısında dayandığı pilləkənlərin alt hissəsində bir qrup, hansı ki həmin anadək “şəhidlər ölməz vətən bölünməz” şüarları səsləndirən şəxslər “rədd olsun hakimiyyət”, “istefa”, “azadlıq” şüarları səsləndirməyə başladılar. Elə həmin vaxtda o bir qrup şəxsə yaxın, eləcə də ona da yaxın yuxarıda dayanan bir neçə şəxs “Allahu əkbər” şüarları səsləndirərək hərəkətlilik yaratdılar. Bu zaman pilləkənlərin aşağı hissəsində dayanan, “rədd olsun hakimiyyət”, “istefa”, “generalın ölümündə hakimiyyət günahkardı” şüarları səsləndirən qeyd etdiyim bir qrup şəxsin əhatəsində olan, qara rəngli, aypara şəkilli uzun bığlı, dolu bədənli və gur saçlı xarici görkəmindən yadda qalan bir şəxs üzünü ətrafdakı insanlara tutaraq “sizin sayınız polislərdən çoxdu, qorxmayın qırın”, “hakimiyyət bizimdir” kimi sözlərlə qışqıraraq insanları polislərə müqavimət göstərməyə, Milli Məclisə girməyə çağırırdı. Həmin aypara bığlı şəxsin yanındakı adamlar da eyni sözlərlə çağırışlar edirdilər, lakin onların içində xatırladığı digər bir şəxs isə həmin qrupun Şəhidlər Xiyabanı tərəfində dayanaraq ətrafdakıları, eləcə də onun dayandığı yuxarı hissədə olan insanları polislərə tabe olmamağa, Milli Məclisin və Aztv-nin binasını tutmağa səsləyərək çaxnaşma yaratmağa çalışırdı və bəzi insanlar bu çaxnaşmadan sonra Milli Məclisə tərəf qalxmağa başladılar. Həmin şəxslərin xarici görkəmi yadda qalan olduğundan tam xatırlayır ki, aypara bığlı, gur saçlı olanın əynində ağ rəngli köynək var idi, onun təxminən arxa hissəsində 2-3 metr aralıda dayanan, insanları təxribata səsləyən digər şəxs isə bir az hündür boylu, idmançıya bənzəyən, çox gur olmayan qara saqqal və bığı olan təxminən 30 yaşlarında bir oğlan idi və əynində səhv etmirsə qarışıq göy və boz rəngə çalan yuxarıdan üç düyməli köynək var idi və saçları alın hissədə bir az tökülmüşdü. Pilləkənlərin aşağısında qeyd etdiyi yerdə dayanan bir qrup insanın hərəkətlərindən, hakimiyyət əleyhinə şüarların ilk olaraq həmin şəxs tərəfindən səsləndirilərək ətrafındakıların təkrarlamasından aydın hiss olunurdu ki, həmin qruplaşmanın ordakı təşkilatçısı kimi uzun qara bığlı, ağ köynəkli şəxsdir və onun yanındakı xarakterizə etdiyi şəxs də ona dəstək olaraq çağırışları ilə insanları təxribata cəlb etmək istəyirlər. Təsfir etdiyi həmin iki şəxs və ətrafındakı xatırlamadığı bir qrup şəxslər yuxarıda qeyd etdiyi məzmunda hakimiyyət əleyhinə və təxribatçı şüarlar səsləndirdikdən sonra həmin qarışıq göy və boz rəngli köynəkli, az qara saqqalı olan şəxs pilləkənlərin üst tərəfində, onun yaxınlığında dayanan insanlara əlləri ilə işarə verərək “girin binaya” deyə səslənəndən sonra ətrafındakı bəzi şəxslər “Allahu əkbər”, “istefa”, “azadlıq” şüarları səsləndirərək Milli Məclisin binası istiqamətində hərəkət edərkən orada olan bir neçə polis işçisinin yerə yıxıldığını, bəzi insanların isə sanki məqsədli şəkildə həmin polislərə xəsarət yetirmək istədiklərini hiss etmişdir. O, həmin kütlənin içərisində məcbur hərəkət edərək yerə yıxılmış polislərin yanından keçib irəliləməyə davam etmiş, Milli Məclisin binasının girişinə yaxınlaşanda da həmin bir qrup şəxs eyni məzmunda hakimiyyət əleyhinə şüarlar səsləndirməkdə davam edirdilər. O, ətrafında olan, fiziki cəhətdən ondan üstün olan şəxslərin hərəkət istiqaməti üzrə Milli Məclisin giriş qapısına yaxınlaşmış və artıq həmin vaxt qapının açıq olduğunu, içəridə foyedə bir çox şəxsin yüksək səslə qışqıraraq hərəkət etdiklərini, bəzi tanımadığı şəxslərin isə təpik və ya yumruqla divarın müxtəlif yerlərinə zərbələr vurduğunu görmüşdür. Arxadakı bir neçə tanımadığı insanın hərəkət təsirindən özündən asılı olmayaraq Milli Məclisin artıq açıq olan qapısından içəri girmiş və heç bir qanunazidd hərəkət etmədən bir neçə dəqiqədən sonra oradan çıxmışdır. Çıxandan sonra xüsusi geyimli polislər ora yaxınlaşmış və insanları Milli Məclisin binasından çıxartmağa başlamışlar. Bu təxribatlardan qorxub dərhal Şəhidlər Xiyabanı tərəfə hərəkət edərək oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu göstərmişdir ki, Xətai RPİ-nin PPXB polis nəfəri. 14-15 iyul 2020-ci il tarixdə Bakı şəhərində keçirilmiş yürüyüş mitinqlə bağlı bildirmişdir ki, həmin günü xidmətdən sonra həyacan siqnalı verilmiş və onlar xidməti avtomobilləri ilə birlikdə Milli Məclisə tərəf gələrək Teleteatrın qarşısına gəlib maşınları saxlamış, təxminən gecə saat 04:00 radələrində Milli Məclisin qarşısındaki meydandan aşağıya onlara tərəf gələn adamlardan bir qrupu Mərkəzi Klinikanın yanındaki parkdan onlara tərəf daş və digər predmetlər atmağı başlamış, kimin atdığını görmək mümkün olmamış, polis avtomaşnlarına ziyan dəymiş, onun idarə etdiyi avtomobilədə xeyli ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, XDMX əməkdaşıdır. 14-15 iyul 2020-ci il tarixdə Bakı şəhərində keçirilmiş yürüyüş mitinqlə bağlı bildirmişdir ki, o, yalnız Azərbaycan Respublikasının Milli Məclisinin inzibati binasının mühafizə postuna çıxır. 14 iyul 2020-ci il tarixdə saat 09:00-da Milli Məclisin həyətinə əsas giriş qapısında, postda xidmətə başlamışdır. Saat təxminən 23 radələrində insan kütləsi xidmət apardığı Milli Məclisin inzibati binasının qarşısında olan dairənin ətrafına toplaşmağa başlamışdır. Bu zaman hadisə ilə bağlı iş yoldaşlarından biri rəhbərliyə məlumat vermişdir. Bundan sonra əlavə olaraq XDMX-nin əməkdaşı Zərərçəkmiş şəxs3 da xidmət apardıqları əraziyə gəlmişdir. İlkin olaraq qeyd edilən dairənin ətrafına toplaşmış kütlə "Qarabağ bizimdir, bizim olacaq", “Şəhidlər ölməz, vətən bölünməz”, Azərbaycan Respublikasının Milli X19 xitabən "Mübariz" şüarlarını səsləndirmişlər. Milli Məclisin inzibati binasının qarşısında toplaşan şəxslər çoxaldıqca rəhbərlikdən olan şəxslər də xidmət apardıqları əraziyə gəlmişlər. 15.07.2020-ci il tarixdə saat 02:00-dək həmin kütlə Milli Məclisin sadəcə qarşısında toplaşmış və qeyd etdiyi şüarları səsləndirmişlər. 15.07.2020-ci il tarixdə saat 02:00-da daxili təlimata uyğun olaraq o, xidməti postunu dəyişmiş, binanın ön hissəsində olan digər giriş darvazasının yanındakı posta keçmiş və bundan sonra kütlənin hərəkətlərini müşahidə edə bilsə də, Milli Məclisin inzibati binasının giriş qapısını görə bilməmişdir. Saat 02:00-da Milli Məclisin inzibati binası ilə üzbəüz dayandıqda sol tərəfdən yuxarı hissədən, yəni teleqüllə istiqamətindən bir qrup şəxsin “Allahu Əkbər” şüarı səsləndirərək aşağı istiqamətdə düşmələrini görmüşdür. Həmin şəxslər aşağı düşdükdən bir müddət sonra təxminən saat 03 radələrində o, bir qrup şəxsin Milli Məclisin inzibati binasının ön tərəfinə yığılmasını müşahidə etmişdir. Bundan sonra Milli Məclisin inzibati binasının içərisində “Allahu Əkbər!” şüarları eşitməyə başlamışdır. Bu zaman o, saat 02 radələrində kütləyə tərəf gələn bir qrup şəxsin inzibati binaya daxil olduğunu güman etmişdir. Bundan sonra polis əməkdaşları da inzibati binaya daxil olmuşlar. Polis əməkdaşları inzibati binaya daxil olduqdan sonra binanın içərsisində olan mülki geyimli şəxslər oradan çxıb onun xidmət apardığı posta tərəf gəlməyə başlamışlar. Həmin şəxslərin arasında olan bir nəfər üzü saqqallı, 165 sm boyunda, yumrusifət üz quruluşlu şəxsin davranışlarından Milli Məclisin içərisinə daxil olan qrupun rəhbəri olması hiss edilmişdir. O, darvazanı açmış və həmin şəxslərin kənara çıxmasına şərait yaratmışdır. Milli Məclisin içərisindən çıxan qrupdan bir nəfər uzunboy, arıq bədən quruluşlu, üzü uzunsov, az saclı, paltarlarını xatırlamadığı şəxs yanındakı şəxslərlə danışarkən o, başa düşmüşdür ki, həmin kütlə Sumqayıt şəhərindən gəlmişdir. Həmçinin kütlənin arasında olan danışıqdan o, başa düşmüşdür ki, onlardan bəziləri inzibati binanın daxilində nələrisə sındırmışlar. Təxminən 3-5 dəqiqə ərzində binanın qarşısına yığışmış şəxslərin hamısı həmin ərazidən uzaqlaşmışlar. Həmin şəxslər təxminən 20-30 yaşlarında olmuşlar. O, həmin şəxslərin geyimləri və xüsusi zahiri əlamətlərini xatırlamır. Həmin şəxslər polisin istiqamətləndirməsinə əsasən "Flame Tower" kompleksinə tərəf getmişlər. Həmin şəxslərdən ona qarşı fiziki zor tədbiq edən və təhqiramiz ifadələr işlədən olmamışdır. Qeyd edilən hadisə təxminən saat 04 radələrindək davam etmiş və saat 04 radələrindən sonra həmin aqressivləşmiş kütlə polis əməkdaşlarının müdaxiləsi nəticəsində oradan uzaqlaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, o, AXCP Nəsimi rayon şəbəsinin üzvüdür, 14-15 iyul 2020-ci il tarixdə Bakı şəhərində keçirilmiş yürüyüş mitinqə dostları və partiya yoldaşları Fərid Əsədov, İsmayıl Həsənov, Baba Suleymanov, Telman Seyfullayevlə birlikdə qoşulmuş və təxminən axşam saat 24:00 radələrində Milli Məclisin qarşısına çatmışlar, orada müxtəlif şuarlar səsləndirmişlər. Milli Məclisin qarşısında Asif Yusiflini, mətanət xanımıda görmüş və onların yanına getmişdir. Yürüyüş mitinqə qoşmaqla bağlı partiya rəhbərliyi tərəfindən onlara hər hansı tapşırıq verilməmişdir. İbtidai istintaq zamanı Məmməd İbrahim, Fuad Qəhramanlı və digərlərinin barəsində verdiyi ifadələrini təstiq etmir, ibtidai istintaq vaxtı ona başqa suallar verilmiş və həmin sualların cavablarını fərqli suala cavab kimi onun adından yazıblar. Asif, İbrahim, Fuadın onlara göstəriş verməsini deməmişdir. İfadəsini əvvəlcədən oxuyub imzalasada sonradan əlavə nüsxə işə tikmək üçün lazımdır dediklərinə görə ifadəsini yenidən oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 14-15 iyul 2020-ci il tarixlərində Bakı şəhərində keçirilmiş yürüyüş mitinqlə bağlı bildirmişdir ki, AVXCP-nın üzvü olmuşdur. Sonradan partiya üzvülüyündən çıxmışdır. 14-15 iyul 2020-ci il tarixində o, da yürüyüş mitinqə qoşulmuş Milli Məclisin qarşısında olarkən partiya üzvülərindən Asif Yusiflini görmüş, onunla birlikdə Milli Məclisin aşağısında dayanmışlar. İnsanların Milli Məclisə girməsini görməmiş, bu barədə növbəti gün bilmişdir. Polislə münaqişə onlar gedəndən sonra baş verdiyindən onlar görməmişlər. Milli Məclisin qabağında yalnız Qarabağla bağlı şuarlar səsləndirilmiş, yürüyüşün ruhuna olmayan şuarlar olmamışdır. İbtidai istintaq zamanı o iki dəfə 28 mayda yerələşən idarəyə aparılıq ifadəsi alınmışdır. Birinci gün onun ifadəsi alınmış, sonra ki gün o, yenədə ifadəyə çağırılmış, “tarix səhv düşüb gəl ifadənə qol çək” deyərək ona ağ vərəqə imza etdirmişlər. İfadəsini oxumadan imzalamışdır. Bununla belə ibtidai istintaq zamanı sərbəst ifadə vermiş, ona təyziq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 göstərmişdir ki, AXCP üzvlüyünə qəbul olunması üçün bir neçə ay əvvəl müraciət etmişdir, həmin partiyanın bir sıra üzvlərini sosial şəbəkələrdən tanıyır. Təxminən bir il əvvəl AXCP üzvü Ruslan Əmirli ilə tanış olmuşdur və onunla aralarında yaxın münasibətlər vardır. 2017-ci ildən etibarən 055 ***-**-** mobil telefon nömrəsini istifadə etmişdir, “Facebook” sosial şəbəkəsində “Şahid8”adlı profili vardır. 12 iyul 2020-ci ildən etibarən Tovuz rayonu ərazisində Azərbaycanla Ermənistan arasında döyüşlərin şiddətlənməsi zamanı bir neçə əsgər və zabitimizin şəhid olmasından sonra 14 iyul 2020-ci il tarixdə “Facebook” sosial şəbəkəsindəki səhifələrdə Bakı şəhərinin müxtəlif yerlərində insanların qruplarla toplaşaraq yürüşlər təşkil etdiyini, Qarabağla bağlı müxtəlif vətənpərvərlik mövzusunda şüarlar səsləndirmələrini görmüşdür. “Facebook” sosial şəbəkəsindəki həmin görüntülərdən də yürüşdə xeyli sayda, minlərlə adam iştirak etdiyi görünmüşdür. Həmin vaxt onun evində olan AXCP üzvü Təqsirləndirilən şəxs ilə sosial şəbəkələrdə insanların Azadlıq meydanından keçməklə 20 saylı orta məktəbin yanına yürüş etdiklərini görüb, birlikdə oraya getmək qərarına gəlmiş və taksi ilə gecə saat 01 radələrində həmin əraziyə getmişlər. Oraya toplaşan şəxslər “Qarabağ bizimdir, bizimdir olacaq”, “Şəhidlər ölməz, vətən bölünməz”, “Vur keç səngəri, Azərbaycan əsgəri” kimi şüarlar səsləndirmişlər. Eyni zamanda 15 iyul 2020-ci il tarixdə Asif Yusiflinin gecə saatlarında öz “Facebook” profilində canlı yayım açmasının şahidi olmuş, həmin “Canlı yayımda” Asif də ətrafdakı çoxsaylı insanlarla birlikdə Orduya dəstək mövzusunda şüarlar səsləndirərək insanlarla birlikdə irəliləyərək hər kəsi aktiv olmağa çağırmışdır. Təxminən 01:30 radələrində oradakı insanlarla birlikdə Milli Məclisin qarşısına tərəf irəliləmiş, Milli Məclisin qarşısına çatanda AXCP-nin üzvləri kimi tanıdığı şəxslərdən X18 üzvü Asif Yusifli, partiya üzvləri Elvin Məmmədov, Baba Süleymanov, Ramid Nağıyev, Şəmsi Kəsəmənli, Seymur Əhmədov, Mətanət Türksoy, Fatimə Mövlanlı, Ceyhun Novruzov və adlarını bilmədiyi başqa partiya üzvlərinin Milli Məclislə üzbə-üz dayananda sol tərəfdəki pilləkənlərin aşağı hissəsində dayandıqlarını görmüşdür. Təqsirləndirilən şəxsla onlara yaxınlaşmışlar. Həmin vaxt saat təxminən 01:30-02:00 radələri olmuşdur. Orada təxminən 15-20 nəfərə yaxın AXCP üzvü olmuş və getdikcə partiya üzvlərinin sayı artmışdı. Asif Yusifli AXCP-nin Rəyasət heyətinin üzvü kimi partiyanın rəhbər şəxslərindən sayılır. Milli Məclisin qarşısına toplaşan partiya üzvlərindən də ən yuxarı vəzifəli şəxs Asif Yusifli idi və həmişə onun fikirləri partiyanın rəhbərliyi adından deyilən söz kimi qəbul olunurdu və qiymətləndirilirdi. Təxminən 02:30- 03:00 radələrində Gülnarə ilə birlikdə oradan çıxıb evə getmiş. Növbəti gün xəbər portallarından məlumat əldə etmişdir ki, gecə saatlarında bir qrup şəxs Milli Məclisin inzibati binasına daxil olmuş və orada dağıntılar aparmışlar. 22 iyul 2020-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs onun evinə gəlmiş və “sənə də problem yaratmaq istəmirəm” deyib tələsik, hətta mobil telefonunu da unudaraq ona məlum olmayan ünvana getmişdir. 14 iyul 2020-ci il tarixdə həmin aksiyanın keçirildiyini sosial şəbəkəsindən bilmiş, sərbəst şəkildə özü qərar verərək aksiyaya getmiş və adların çəkdiyi digər partiya mənsubları ilə aksiyada rastlaşmışdır. Həqiqətən də həmin aksiyada bir sıra qanunsuzluqlar baş vermişdir və o həmin hərəkətləri sosial şəbəkələrdə izləmişdir, lakin həmin qanunazidd əməlləri törətmiş şəxslərdən tanıdığı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 14 iyul 2020-ci il tarixdə səhər saat 07:00-da Xətai rayonu ərazisində xidmətə başlamış və axşam saat 20:00-da xidmətini başa çatdırıb yaşadığı evə getmişdir. Saat 22:00-da idarədən zəng olunaraq təcili işə çağırılmış və idarədə ona məlum olmuşdur ki, Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində insan kütləsi hərəkətdədir və göstəriş verilmişdir ki, bütün naryadlar Yusif Səfərov küçəsinə yaxınlaşsınlar. O, həmkarı Zərərçəkmiş şəxs5 ilə birlikdə “Mercedes” markalı, dövlət nömrə nişanını bilmədiyi patrul avtomobilində Yusif Səfərov küçəsinə gəlmiş və Afiyəddin Cəlilov küçəsi ilə Yusif Səfərov küçələrinin kəsişməsində xidmətə başlamışdır. Həmin vaxt Bakı şəhər BPİ-si istiqamətindən gələn kütlə polis əməkdaşları tərəfindən Xocalı prospekti istiqamətinə yönləndirilmişdir. Təxminən 3000-4000 insan olmuşdur. Həmin kütlə "Qarabağ bizimdir, bizim olacaq", “Şəhidlər ölməz, vətən bölünməz”, Azərbaycan Respublikasının Milli X19 xitabən "Mübariz" şüarlarını səsləndirmişlər. Bəzi insanlar isə “İstehfa” şüarları da səsləndirmişlər. Həmin vaxt qeyd etdiyi ərazidə hər hansı bir vətəndaşla insident baş verməmiş və kütlə polisin istiqamətləndirməsinə əsasən Xocalı prospektinə doru hərəkətini davam etmişdir. Axşam saat təxminən 23 radələrində Yusif Səfərov küçəsinə gələn kütlə demək olar ki, heç bir insident baş vermədən Xocalı prospektinə tərəf hərəkət edib gözdən itmişdir. Saat təxminən 23 radələrində efir vasitəsilə göstəriş verilmişdir ki, hamı idarəyə qayıtsın. O, həmkarı Zərərçəkmiş şəxs5la birlikdə idarəyə qayıtmışdır. 15 iyul 2020-ci il tarixdə saat təxminən 02 radələrində bütün şəxsi heyyətə göstəriş verilmişdir ki, çoxlu sayda insan kütləsi Hökumət evinin qarşısından Azneft dairəsi istiqamətində hərəkət etməyə başlamış, bununla bağlı hamı Hökumət evinin qarşısına yığılsın və orada kütləni hərəkət boyu müşayiət etsin. O, xidmət yoldaşı Zərərçəkmiş şəxs5la yuxarıda qeyd etdiyi patrul avtomaşınında Hökumət evinin qarşısına gəlmişdir. Onlar patrul avtomaşını ilə Azneft dairəsi istiqamətində hərəkətdə olan insan kütləsini müşayiət etmişlər. Həmin vaxt orada təxminən 10.000-ə yaxın insan olmuş, kütlə yenə də “İstefa”, "Qarabağ bizimdir, bizim olacaq", “Şəhidlər ölməz, vətən bölünməz”, Azərbaycan Respublikasının Milli X19 xitabən "Mübariz" şüarlarını səsləndirmişlər. İnsan kütləsi şüarları səsləndirə-səsləndirə Azərbaycan Respublikası Milli Məclisinin inzibati binası istiqamətinə hərəkət etmişdir. Teleteatrın inzibati binasının qarşısına çatıb sola doğru döndükdə efir vasitəsilə Milli Məclisin inzibati binasının qarşısından aşağıya doğru həddindən böyük insan kütləsinin gəlməsi barədə məlumat verilmişdir. Onlar patrul avtomobili ilə insan axınının arasından Milli Məclisə doğru hərəkət edə bilməyəcəklərini görüb məcbur qalıb bir qədər yuxarıya doğru hərəkət etməklə yolun sağ tərəfində "Flame Tower" kompleksinin qarşısında patrul avtomobilini saxlamışlar və maşınlardan yerə enmişlər. Bundan sonra yolu bağlayıb insan kütləsini dağüstü park istiqamətinə istiqamətləndirmişlər. Elə bu zaman sanki insan kütləsi azğınlaşmış və əllərinə keçən daş parçası, pivə şüşəsi, eləcə də taxta parçalarını onun və xidmət aparan digər polis əməkdaşlarının üstünə atmağa başlamışlar. Hətta həmin vaxt azğınlaşmış kütlə bütün polis əməkdaşlarına, eləcə də ona “ermənilər, siz də ermənidən əmələ gəlmisiniz, rədd olun burdan” deyə təhqir etməyə başlamışlar. Bundan başqa insanlar yenə də “İstefa!” və “Allahu Əkbər” kimi şüarlar da səsləndirməyə başlamışlar. Hətta əllərinə keçəni polis maşınlarına atmışlar. Bu zaman efir vasitəsilə Milli Məclisin inzibati binasının şüşələrinin insanlar tərəfindən sındırılması və insanların oraya daxil olması ilə bağlı məlumat verilmiş və o, digər polis əməkdaşları ilə birlikdə dərhal yuxarı qalxmağa başlamışdır. O, Milli Məclisin inzibati binasının qarşısına çatanda artıq insan kütləsi digər polislər tərəfindən Milli Məclisdən bayıra çıxarılmışdır. O, Milli Məclisin içəri tərəfində şüşələrin qırılmış və içərinin dağıdılmış vəziyyətdə olduğunu görmüşdür. Bununla yanaşı əlavə kömək olaraq xüsusi texnika da ora gəlmişdir. İnsan kütləsi su şırnağını görüb yavaş-yavaş dağılışmağa başlamışdır. Bu zaman insanlar yol kənarında dayanmış polis maşınlarına daş, içki şüşələri, taxta parçaları və təpiklə zərbələr vurub avtomobilləri sıradan çıxarmağa başlamışlar. Hətta insanlar Xətai RPİ-nə məxsus “Fiat Dobla” markalı, dövlət nömrə nişanını xatırlamadığı patrul avtomaşınını da sol böyürü üstündə çevirmişlər. Patrul maşınlarının demək olar ki bir neçəsinin sağ və sol şüşələri sındırılmış vəziyyətdə olmuşdur. O, ifadəsində 14.07.2020-ci il tarixdən 15.07.2020-ci il tarixə keçən gecə xidmətdə olan zaman hər hansı bir şəxs tərəfindən ona qarşı fiziki və psixi zor tətbiq edilmədiyini, xəsarət almadığını, xidməti geyim formasının zədələnmədiyini, yalnız insan izdihamının qarşısını alan zaman 340 manat dəyəri olan “MEİZU” modelli mobil telefonunun əlindən yerə düşərək vətəndaşların ayaqları altında qalmaqla ekran şüşəsinin sındığını, ətrafda olan və "Allahu Əkbər" şüarları səsləndirmiş, eləcə də qanunsuz hərəkətlərə yol verməklə insan kütləsini bu hərəkətlərin törədilməsinə yönləndirmiş şəxslərin əksəriyyətinin saqqallı olduğunu, digər əlamətlərini və əyinlərində olmuş paltarlarını xatırlamadığını bildirmişdir. Bundan başqa o, ifadəsində İstintaq orqanı tərəfindən dəvət olunan zaman Vasif adlı şəxsin idarə etdiyi yaşıl rəngli “KİA RİO” markalı, **-VT-*** dövlət nömrə nişanlı avtomobillə gəldiyini, yolda olarkən Vasif adlı taksi sürücüsünün, bir qədər hərəkət etdikdən sonra ondan üzr istəyərək səsinin tutulduğunu bildirdiyini, bunun səbəbini soruşduqda ona gecə mitinqdə iştirak edib orada uzun müddət qışqırdığını, səfərbərlik tələb etdiklərini, bu məqsədlə də Milli Məclisin binasının qarşısına yığıldıqlarını, həmin vaxt üzündə maska olduğunu bildirmişdir. O, nə qədər Vasifdən Milli Məclisə daxil olub-olmaması ilə bağlı, eləcə də polis avtomobillərinə zərər vurması ilə bağlı suallar versə də sonuncu ona heç bir cavab verməmişdir. İş materiallarında olan 15.07.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokola əsasən Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 1 ünvanında yerləşən Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasına və ətraf əraziyə baxış keçirilərkən binanın qarşısındakı Parlament prospektindən üzlənmiş daş səkilərlə yuxarı qalxanda sol tərəfdə tünd rəngli üzlük daşlar ilə üzlənmiş divarın daşlarından birinin qırılıb, beş hissəyə bölünərək parçalanması, həmin divarın dibində içərisində iyindən piyvə içkisinə oxşayan yarımçıq maye olan plastik butulka olması aşkar edilmişdir. Pilləkənin sol tərəfində və sağda videogörüntülərin əks olunması üçün nəzərdə tutulan xüsusi kameralar quraşdırılımış, həmin solda olan kamera əyilərək sındırılmış vəziyyətdə aşkar olunmuşdur. Milli Məclisin inzibati binasının qarşısındakı əsas hissələri metal çərçivəli konstrksiyadan olmaqla şüşə materialdan hazırlanmış qapı və pəncərələrdə əl-barmaq və ayaqla vurmağa xarakterik ayaqqabı izlərinə oxşar izlər aşkar edilmişdir. Milli Məclisin inzibati binasının foyesində soldan sağa doğru baxışın keçirilməsi davam etdirilmiş, solda giriş qapısının qarşısında döşəmədə 1 ədəd ayaqqabı içliyi (1 rəqəmi ilə nömrələnmiş), giriş qapısının əl tutacağının sındırıldığı (2 rəqəmi ilə nömrələnmiş), döşəmədə 2 ədəd plastik butulkalar (3 və 4 rəqmləri ilə nömrələnmiş), həmin sahədə divara vurulmuş taxta materialdan olan üzlüyün orta hissəsinin və digər hissələrini sındırılması (5-8 rəqəmləri ilə nömrələnmiş), divarın üzərində 9 sm ölçüdə olan zədələr aşkar edilmiş, divara vurulmuş işıq lampasının bütovlüklə sındırılıb, döşməyə atıldığı, ona aid elektrik naqilinin divardan sallandığı (9 rəqəmi ilə nömrələnmiş), divara vurulmuş taxta üzlüklərin təpiklə vurularaq sındırıldığı və birinin qoparaq döşəməyə düşdüyü, digərinin isə qoparaq yerində qaldığı, üzərində 11x30 sm ölçüdə bir ədəd ayaq izi (10 və 11 rəqəmləri ilə nömrələnmiş), sağda olan sütunun alçıpan materialından olan hissəsində 54x54 sm ölçüdə zədə aşkar edilmiş, həmin hissə dağılaraq yerə tökülmüş (12 rəqəmi ilə nömrələnmiş), divarın taxta üzlüyündə 80x70 sm ölçüdə olan zədələr (13 rəqəmi ilə nömrələnmiş), həmin səthdə digər zədələr (14 rəqəmi ilə nömrələnmiş), sütunun üzərində alçıpan materialdan olan hissəsində 11x15 sm ölçüdə zədə (15 rəqəmi ilə nömrələnmiş), qarderobun qarşısında döşəmədə müxtəlif ölçülü şüşə qırıntıları və divara vurulmuş işıq lampasının aşağı hisssəsinin əzilməsi (16 rəqəmi ilə nömrələnmiş), qarderobdan sonrakı kuboklar yığılmış xüsusi düzəldilmiş şkafda olan bir neçə kuboklar arasında “Parlament kuboku 2011” futbol turnirinin qalibi” sözləri yazılmış kubokun zədələnməsi (17 rəqəmi ilə nömrələnmiş), digər şkafın qapısı açıq vəziyyətdə, üzərində əl-barmaq izlərinə oxşar izlərin olması (18 rəqəmi ilə nömrələnmiş), orada olan əsas hissəsi şüşədən ibarət və hündürlüyü 238 sm olan qapının sağ tayında üzərində “43” rəqəmi olan ayaqqabı izi (19 rəqəmi ilə nömrələnmiş), qapıdan sonra yerləşən şkafın şüşələri üzərində taxta parçalarının fraqmentləri və izlər (20 rəqəmi ilə nömrələnmiş), oradan sola 2-ci mərtəbəyə çıxışda olan səkidə boz rəngli divanın qoltuq hissəsi (21 rəqəmi ilə nömrələnmiş), zədələnmiş vəziyyətdə boz rəngli divan (22 rəqəmi ilə nömrələnmiş), döşəmədə şüşə qırıntaları, ramkanın qalıqları və üzərində “Belorus” sözü əks olunmuş şəkil (23 rəqəmi ilə nömrələnmiş), sınmış vəziyyətdə divan və kreslo (24 rəqəmi ilə nömrələnmiş) aşkar edilmiş, binaya daxil olmaq üçün nəzərdə tutulan ehtiyat qapı qırılmış, zədələnmiş vəziyyətdə (25 rəqəmi ilə nömrələnmiş), döşəmədə 2 ədəd gül qabından biri yerə aşmış, içərisində olan torpağı yerə tökülmüş, çöl pəncərə şüşəsində gözlə görünən izlər (26 rəqəmi ilə nömrələnmi), divan üzərində başqa bir divanın hisələri, iki divanın arasında döşəmədə bir divan hissəsi, çölə baxan pəncərənin qarşısında kreslonun sınmış qəhvəyi rəngli ayaq hissəsi (27 rəqəmi ilə nömrələnmiş), divanın qarşısında 3 ədəd ayaq hissələri sındırılmış kreslo, 1 kreslonun aşırılmış vəziyyətdə pəncərənin qarşısında divana söykənməsi (28-29 rəqəmi ilə nömrələnmiş), oradan zirzəmiyə düşməsi üçün nəzərdə tutulan səkinin sağ tərəfində divarın üzərində və pəncərənin qarşısında şüşəyə söykənmiş 2 ədəd divan hissələri (30 rəqəmləri nömrələnmiş), oradan binanı 2-ci mərtəbəsinə qalxmaq üçün nəzərdə tutulan səkinin qarşısında 1 ədəd gül qabının və içərisində olan torpağın döşəməyə tökülməsi, gül qabının yanında siqaret çəkmək üçün yeri göstərən plastik materialdan hazırlanmış işarənin sınması (31 rəqəmi ilə nömrələnmiş), sağ tərəfdə güllər əkilmiş sahədə gül qablarının torpağının döşəməyə tökülməsi (32 rəqəmi ilə nömrələmiş), sağ tərəfdə olan 3 sütunün üzərindəki alçıpan materialdan olan hissəsində 48x30 sm ölçüdə olan zədə, zədə yetirilən zaman həmin hissənin döşəməyə tökülmüş qırıntıları (33 nömrə ilə nömrələnmiş), 2-ci cərgədə yerləşən 1-ci sütunün üzərindəki alçıpan materialdan hazırlanmış hissəsində 13x10 sm ölçüdə olan zədə, həmin sütunün taxta materialdan olan üzlük hissəsinin sındırılması (34 və 35 rəqəmmləri nömrələnmiş), orada quraşdırılmış girişdən sağ istiqaməti üzrə 5-ci çilçıraqın üzərinə atılmış və orada ilişib qalmış 1 ədəd balınc, çilçıraqın bir qolunun qırılaraq sallanması, 3-cü çılçıraqın iki qolunun qırılması, 1-ci mərtəbədən 2-ci mərtəbəyə keçmək üçün nəzərdə tutulan keçiddə 105 sm ölçüdə taxta parçası (36 rəqəmi ilə nömrələnmiş), oradan 2-ci mərtəbəyə gedən keçiddə olan səkinin 3 və 4 pillələrində qana bənzər ləkələr, bir ədəd taxta parçası (37 və 38 rəqəmləri ilə nömrələnmiş), pilləkənin sağında döşəmədə torpaq və pilləkənin arxasında, altında taxta parçası (39 rəqəmi ilə nömrələnmiş), ondan sonrakı davam edən səkinin 1 və 6-cı pillələrində qana bənzər ləkələr (40 və 41 rəqəmləri ilə nömrələnmiş), səkinin davam edən 3-cü hissəsinin 1, 3 və 5-ci pillələrində qana bənzər ləkələr (42 rəqəmi ilə nömrələnmiş), 2-ci mərtəbədə liftin qarşısında mərmər döşəmənin üzərində qana bənzər ləkələr (43 rəqəmi ilə nömrələnmiş), liftin qarşısında döşəmdə 5 ədəd taxta parçası, divarda quraşdırılmış lövhənin qırılmış hissəsi (44 rəqəmi ilə nömrələnmiş), xatirə zalının giriş qapısının iki tayının qırılması (45 rəqəmi ilə nömrələnmiş), 3-cü mərtəbəyə qalxan səkinin 5-ci pilləsində və piləkənin qurtardığı sahədə, yuxarı hissədə davam edən səkinin 2 və 4-cü pillələrində, piləkənin qurtardığı sahədə, davam edən səkinin 5-ci pilləsində qana bənzər ləkələr (46-49 rəqəmləri ilə nömrələnmiş), 3-cü mərtəbədə dəhlizin sağ tərəfində yerləşən 302 nömrəli otağın qarşısında döşəmədə, ağ rəngli, “Sure” markalı dispensor aparatının və üzərində plasmas materialdan, “Safsu” markalı su bidonunun isə 303 nömrəli otağın qarşısında döşəmədə aşması nəticəsində əmələ gəlmiş su gölməçəsi, 302 nömrəli otaqla üzbəüz şəkildə, künc divarda yerləşən, parçası yaşıl rəngli, mebel materialdan divanın önündə olan mebel materialdan olan kiçik masa tam yararsız vəziyyətə, şüşə lövhəsi sındırılmış, şüşə qırıntılarının dəhliz boyu yayılması, “geostrateji” jurnalın isə masanın altına düşməsi (50, 51 və 52 rəqəmləri ilə nömrələnmiş), işlər müdiri X10 məxsus otağın sol yanında olan nömrəsi olmayan otağın qapısının dəstəyinin sındırılması, lakin qapının açılmaması, qapı ilə üzbəüz döşəmənin üzərində 154x94 sm ölçüdə, yağlı boya ilə işlənmiş, üst tərəfi və asılqanı qırılmış qapının lövhəsi (53 rəqəmi ilə nömrələnmiş), dəhlizdə 312 saylı otağının qarşısında döşəmədə burağac (otvertka) tutacaqsız vəziyyətdə dəmir hissəsi, dəhlizdə döşəməyə sərilmiş kovralitin üzərində şüşə və çərçivə qırıntıları, 313-cü otağın qapısının dəstəyinin qırılması, tutacağının əyilməsi və zərbədən qapıda 7 sm yuxarıda 4x7 sm ölçüdə deşilmiş zədənin əmələ gəlməsi, dəhlizdə olan 1-ci sütunda olan Şirvanşahlar sarayı, 2-ci sütunda Axundov bağı, 3-cü sütunda İçərişəhər mövzusunda olan 36x46 sm ölçüdə olan fotoşəkillərin şüşəli çərçivələri ilə birlikdə divardan çıxarılaraq qırılmaqla yerdə olması, 2-ci sütunun qarşısında göy rəngli parçadan hazırlanmış kreslonun aşırıldığı, o cümlədən onun qarşısında olan taxta masanın ayağının qopardılaraq aşırıldığı, 2-ci sütunda 4x7 sm ölçülü, döşəmədən 80 sm hündürlükdə zədənin, 314 saylı otağın qapısını sol yuxarı hissəsində X22 adı yazılmış lövhənin və 57x78 sm ölçüdə olan Neftçilər mövzulu şəkilin divardan çıxardılaraq şüşə çərçivəsi ilə birlikdə qırılaraq döşəməyə atılması, dəhlizin arka hissəsində sağ tərəfdə döşəmədə “Kaspi Yıldız” markalı, qırmızı rəngli yanğın söndürmə balonun olması, yanğın söndürmə balonun taxta şkafın qapısının açıq olması, yanğın söndürmə balonunun taxta lövhəsinin içərisinin qırılması, dəhlizin sağ tərəfində lift şaxtasının dəmir dəstəyinin qırılaraq yararsız vəziyyətə salınması, 317 saylı otağını qapısını sol yuxarı hissəsində X7 adı yazılmış lövhənin şüşəli çərçivəsi ilə birlikdə sındırılaraq döşəməyə atılması, otağın qapısının dəstəyinin qırılaraq yararsız vəziəyyətə salınması, 316 saylı otağın divarında X13 adı yazılmış lövhənin çərçivəsi ilə birlikdə sökülərək qırıldığı və döşəməyə atıldığı, qapının sağ tərəfəində taxta tumbanın aşırılması, tumbanın yanında yerdə “A4tech” qulaqcıqların kağız qabığının bir hissəsi, X7 və X23 adları qeyd olunduğu lövhənin yerindən qoparılaraq, çərçivəsi ilə birlikdə döşəməyə atılması, otağın qapısının dəstək hissəsinin və kilit yerinin qırılaraq döşəməyə düşməsi, otaqda iş masasının üzərində olan “HP” markalı kompüter monitorunun üzü üstə kiçik masanın üzərinə aşırılması, Zamiq Əhmədovun iş otağın qapısının orta hissəsində 70 sm hündürlükdə 48x52 sm ölçüdə sındırılaraq deşilməsi, qırılmış hissələrin otağın döşəməsinə tökülməsi, 320-ci otağın yanında dispensor aparatının döşəməyə aşırılması, qırılmış hissələrin və su bidonunun dispensorun ətrafında səpələnmiş vəziyyətdə olması, 319 saylı otağın qapısını sol yuxarı hissəsində Azər Güləliyev yazılmış lövhənin əyilməsi, çərçivəsinin qoparılması, qapının üzərində döşəmədən 61 sm hündürlükdə 9-10 sm ölçüdə batıq zədəsinin olması, deputat korpusuna keçid hissəsində Azrbaycan xəritəsinin əks etdirən lövhənin qarşısında istirahət güşəsində 1 ədəd kreslonun və 1 ədəd taxta materialdan olan stolun aşırıldığı, Milli Məclis jurnalının, pandemiyaya qarşı mübarizə kitabçasının cırılaraq yerə atılması, dəhlizin sonunda ikitaylı taxta qapının kənarında döşəmədə çərçivə qırıntıları, 2-ci dəhlizdə yerdə yaşıl rəngli üzərində naxışları olan kovralitlə döşənməsi, oradakı sanitar qovşağının lövhəsinin və çərçivəsinin qırılaraq döşəməyə atılması, 308 saylı otağın qapısının qarşısında X8 qeyd olunduğu yazı lövhəsinin divardan qoparılaraq çərçivəsi ilə birlikdə qırılaraq döşəməyə atılması, 5-ci mərtəbədə dəhlizdə olan 511 saylı otağın sağında “Dolphin” markalı dispensor aparatının su bidonu ilə birlikdə aşırılması, plasmas materialdan yuxarı hissəsinin qırılaraq döşəməyə atılması (54-76 rəqəmləri ilə nömrələnmiş) aşkar olunmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş və ibtidai istintaq zamanı keçirilmiş videogörüntülərə baxış keçirilməsi haqqında 15.07.2020-ci il tarixli protokoldan görünür ki, 2020-ci ilin 14 iyul tarixindən 15 iyul tarixinə keçən gecə çoxsaylı insanların Bakı şəhərinin ayrı-ayrı məntəqələrindən Azərbaycan Respublikası Mili Məclisinin inzibati binasının qarşısındakı meydan istiqamətində yürüşü davam edir, həmin meydana toplaşdıqdan sonra bir qrup şəxs təxribatçı şüarlar səsləndirdikdən sonra qrupun bir sıra üzvləri polis və binanın mühafizəsini təşkil edən dövlət məmurlarına müqavimət göstərməklə Milli Məclisin inzibati binasına daxil olub dağıntılar törədirlər. Bundan sonra meydanda və ətrafdakı avtomaşınlara, əsasən də DİNnə məxsus xidməti avtomaşınlara qəsdən müxtəlif zədələr yetirirlər, aşıraraq yararsız hala salırlar. Məhkəmə iclasında tədqiq olunmuş və ibtidai istintaq zamanı keçirilmiş avtomaşınlara baxış keçirilməsi haqqında protokollardan görünür ki, daxili işlər orqanlarının xidməti istifadəsində olan “Mercedes-Benz Toma” markalı **-JN-***, Mercedes-Benz Citan” markalı **-PB-***, **-PB-***, **-PB-***, **-PB-***, **-PB-*** dövlət qeydiyyat nişanlı, “BMW-328” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı, “X102” markalı **-JO-***, “Hyundai County” markalı **-JR-***, “Hyundai Accent” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı, “Fiat Doblo” markalı, **-AP-***, **-AP-***, **-AP- ***, **-AP-***, **-AP-***, **-AP-***, **-AP-***, **-AP-***, **-AP-***, **-AP-***, **-AP-***, **- AP-***, **-AP-***, **-AP-***, **-AP-***, **-AP-***, **-AP-***, **-AP-***, **-AP-***, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomabillər üzərində müxtəlif zədələr aşkar olunmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 28.07.2020-ci il tarixli 159/MEŞ nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs4 sağ qamış sümüyünün distal ucunun sınığı aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti 15.07.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 28.07.2020-ci il tarixli 157/MEŞ nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs2 sol ayaq pəncəsinin yumşaq toxumalarının qançırı (hematoma), sıyrıığı və barmaqlarda hərəkət funksiyasının məhdudluğu ilə müşayiət olunan əziyi aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın əsirindən əmələ gəlmişdir, törənmə müddəti 15.07.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 28.07.2020-ci il tarixli 158/MEŞ nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs15 sol ayaq pəncəsinin yumşaq toxumalarının şişkinlik, qançır və barmaqlarda hərəkət məhdudluğu ilə müşayiət olunan əziyi aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti 15.07.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aidir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 28.07.2020-ci il tarixli 160/MEŞ nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs19 sağ əlin arxa səthinin yumşaq toxumalarının şişkinliyi, sıyrılmış yaraları və daraq-falanqa oynaqlarında hərəkət məhdudluğu ilə müşayiət olunan əziyi aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti 15.07.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aidir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 17.07.2020-ci il tarixli 129/MEŞ nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs17 sağ əlin V daraq sümüyünün sınığı aşkar edildi. Qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti 15.07.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aidir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 17.07.2020-ci il tarixli 132/MEŞ nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs16 alt dodağın qançırı və selikli qişasının əzilmiş səthi yarası aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti müayinədən bir neçə saat əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən 15.07.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 17.07.2020-ci il tarixli 134/MEŞ nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs14 sağ əlin və sol saidin sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti müayinədən bir neçə saat əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən 15.07.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 17.07.2020-ci il tarixli 131/MEŞ nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs11 sol gözün ağlı qpişasına qansızma və sol gözaltı nahiyəsinin qançırı (hematoması), şişkinliyi, səthi dəri yarası aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti müayinədən bir neçə saat əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən 15.07.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 17.07.2020-ci il tarixli 135/MEŞ nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs5 sağ əlin qançırı, şişkinliyi aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti müayinədən bir neçə saat əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən 15.07.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 17.07.2020-ci il tarixli 138/MEŞ nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs3 sağ bazunun qançırı və sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti müayinədən bir neçə saat əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən 15.07.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 17.07.2020-ci il tarixli 143/MEŞ nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs13 sifətinin sağ almacıq nahiyəsinin qançırı, sıyrığı və sağ əlin V barmağının sıyrığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti müayinədən bir neçə saat əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən 15.07.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 17.07.2020-ci il tarixli 140/MEŞ nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs10 sağ bazunun və sağ dirsək oynağının qançırları, sol saidin sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti 15.07.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 17.07.2020-ci il tarixli 142/MEŞ nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs12 sol təpə nahiyəsində dərialtı hematoma ilə müşayiət olunan qançır, sıyrıq, şişkinlik halında yumşaq toxumaların əziyi və sol ml-bilək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinliyi, qançırı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti 15.07.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 17.07.2020-ci il tarixli 141/MEŞ nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs8 sol saidin sıyrığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti 15.07.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 17.07.2020-ci il tarixli 136/MEŞ nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs9 sağ dizin qançırı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti 15.07.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 17.07.2020-ci il tarixli 139/MEŞ nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs7 sol bazunun və sol saidin sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti 15.07.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 17.07.2020-ci il tarixli 136/MEŞ nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs6 sağ bazunun və sol diz oynağı nahiyəsinin qançırları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti 15.07.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 17.07.2020-ci il tarixli 130/MEŞ nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs18 sağ aşıq-baldr oynağının yumşaq toxumalarının şişkinlik, ödem və hematoma halında əziyi aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti 15.07.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə Ekspertizası Mərkəzinin 28.08.2020-ci il tarixli 9/2805-10/1908 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, Daxili İşlər Nazirliyinin 27 ədəd nəqliyyat vasitələrinə dəymiş maddi ziyanın ümumi məbləği 54.394 manat müəyyən edilir. (rəyin nəticə hissəsində hər bir avtomobilə dəymiş ziyan ayrı-ayrılıqda göstərilmişdir) Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasına və binada olan bir sıra əmlakların zədələnməsi və ya məhv edilməsi nəticəsində (ayrı-ayrılıqda hər bir əmlaka dəymiş ziyan rəydə qeyd edilmişdir) Milli Məclisə dəymiş ziyanın ümumi məbləği 22232 manatdır. Belə ki, əmtəə üzrə dəymiş ziyan 16800 manat, tikinti üzrə dəymiş ziyan isə 5432 manatdır. Bundan başqa Şəhidlər Xiyabanının girişindəki səki və sütunların sındırılması, dağıdılması nəticəsində dəymiş ziyanın dəyəri təqribən 1436 manat məbləğində müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 məxsus “Daewoo” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtobusa isə 660 manat manat məbləğində ziyan dəymişdir. Təqsirləndirilən şəxslərin istintaqla araşdırılan əməlləri zərərçəkmiş şəxslər - Azərbaycan Respublikasının Milli Məclisi, Daxili İşlər Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və Zərərçəkmiş şəxs1 şəxsində özgənin əmlakının qəsdən zədələnməsi və məhv edilməsi ümumilikdə 78.722 manat məbləğində maddi ziyanın yetirilməsi ilə nəticələnmişdir. Digər tərəfdən göründüyü kimi də qeyd olunan əməllər kompleksi nəticəsində 18 hakimiyyət nümayəndələrinin sağlamlıqları üçün müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsi, 27 daxili işlər orqanlarına, biri mülki şəxsə aid olmaqla 28 avtomobilin, habelə Milli Məclisin inzibati binasında və Şəhidlər Xiyabanında geniş miqyaslı dağıntıların törədilməsinə, əmlakların zədələnməsi və məhv edilməsinə yönəlmiş əməllər ağır nəticələrə səbəb olmuşdur. Ekspertin qiymətləndirməyə dair öz sahəsi üzrə ixtisaslaşması, cinayət prosesində marağı olmadan tərtib etdiyi rəydə dəymiş ziyanın və həmin ziyanın aradan qaldırılması üçün görülməli təmir işlərinin həcmini, avtomobilin istismar müddətini və sair halları daha dəqiq təsvir edib göstərməsini nəzərə alaraq Daxili İşlər Nazirliyinin 27 ədəd nəqliyyat vasitələrinə dəymiş maddi ziyanın ümumi məbləği məhz ekspertin təqdim etdiyi rəydə göstərildiyi kimi, yəni 54394 manat qəbul edilməli və təqsirləndirilən şəxslərə veriləcək ittihamda məhz ekspertin qiymətləndirdiyi məbləğ əsas götürülməlidir. Məhkəmə Təqsirləndirilən şəxsn ittiham verilən cinayyət əməlləri ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə Şahid5 məhkəmə baxışı zamanı veridiyi ifadəsinin səmimi olmadığını ibtidai istintaq zamanı ifadəsini oxuyub imzalamasını, daha sonra aldadılaraq hansısa nüsxə əlavə eləmək lazım olduğunu və o, nüsxəni oxumadan imzalamsına dair dediklərinin qeyri ciddi olduğunu, bu ifadələrin öz partiya yoldaşlarını müdafiə etmək və məsulliyyətdən yayındırmağa yönəlmiş ifadələr kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə hesab edir ki, Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadələr daha səmimi və inandırcıdır. Şahid5 ibtidai istintavq zamanı ifadəsində göstərmişdir ki, 15 iyul 2020-ci il tarixdə təxminən 00:01 radələrində Milli Məclisin qarşısına gəlmiş istifadəsində olan mobil telefon nömrəsi ilə İsmayılın istifadəsində olan xatırlamadığı mobil telefon nömrəsinə zəng edərək harada olduqlarını maraqlanmış və onların “AzTv”-nin binasından Şəhidlər Xiyabanına tərəf hərəkət etdikdə Şəhidlər Xiyabanına çatmamış yolun sol tərəfində, yəni Milli Məclisin alt hissəsində aşağıda dayandıqlarını öyrənərək onların yanlarına getmiş, insanlarla birlikdə orduya və dövlətə dəstək şüarları səsləndirmişlər. Həmin yerdə bir qədər dayandıqdan sonra təzyiqinin qalxması və səhhətinin yaxşı olmaması səbəbindən təxminən saat 02:30-da yoldaşlarla sağollaşaraq həmin ərazidən “İçəri şəhər” metro stansiyasına tərəf hərəkət etmiş və arvadı Kifayət İsmayılova istifadəsində olan “Nissan X- Trail” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat 03 radələrində onu Bakı şəhər İcra Hakimiyyətinin binasının qarşısından götürmüş və evə aparmışdır. O, Milli Məclisin qarşısında olduğu zaman hər hansı bir şəxsin hakimiyyət əleyhinə çağırış etməsi, dağıntı törətməsinin şahidi olmamışdır. Şəhidlər Xiyabanı ətrafında dayandığı zaman AXCP-nin üzvlərindən həmçinin Nərimanov rayon şöbəsindən Asif Yusiflini, Binəqədi rayon şöbəsindən Seymur Əhmədzadəni, Ramid Nağıyevi, Nəsimi rayon şöbəsində Mətanət xanımı, Abşeron rayon şöbəsində Vüqar Əbilovu görmüşdür. Həmçinin bildirmişdir ki, “Facebook” və “İnstaqram” sosial şəbəkələrində “Ali İmanxanlı” adı ilə fəaliyyət göstərir. “Facebook” sosial şəbəkəsində Baba Süleymanov “Baba Süleyman” adlı profillə, Fərzəli Əsədov “Fərid Əsədov” adlı profillə, Mətanət xanım “Mətanət Turan” adlı profillə, İsmayıl Həsənov, Telman Seyfullayev, Ceyhun Novruzov, Ramil Nağıyev, Asif Yusifli, Seymur Əhmədzadə, Vüqar Əbilov isə eyni adlı profillərlə fəaliyyət göstərirlər. AXCP-nin üzvləri bir-birləri ilə əsasən telefon vasitəsilə, xüsusilə “Whatsapp messenger”, “Facebook messenger” adlı proqramlar vasitəsilə əlaqə saxlayırlar. AXCP heyətinin rəhbəri partiya sədrinin tapşırıqlarını Rəyasət Heyətinin üzvlərinə bildirir və onlar da “Facebook” sosial şəbəkəsində yaradılmış müxtəlif şöbələr üzrə qapalı qruplarla məlumat ötürürlər. İdarəçilik də partiyanın rəhbəri və Rəyasət Heyəti tərəfindən həyata keçirilir. Həmin tarixdəki yürüş və mitinqlə əlaqədar AXCP sədri tərəfindən partiya üzvlərinə hər hansı tapşırıq və ya göstərişin verilməsindən xəbərsizdir, lakin Partiyanın əsas koordinatorları kimi Məmməd İbrahim və Fuad Qəhrəmanlı tərəfindən partiyanın üzvlərinə müəyyən tapşırıqlar verilmişdir. Belə ki, 14 iyul 2020-ci il tarixli həmin yürüş başlayandan dərhal sonra sosial şəbəkələrdə AXCP üzvlərinin “Söhbət” adlı qrupunda və “WhatsApp” mobil tətbiqi proqramı vasitəsilə Məmməd İbrahim və Fuad Qəhrəmanlı partiya üzvlərinin aksiyada hansı şəkildə iştirak etmələri, hərəkət istiqamətləri, kimlərlə birlikdə və harada dayanmaları, Milli Məclisin qarşısındakı meydanda Asif Yusiflinin təlimatı ilə hərəkət etməyi, sonrakı saatlarda onların əlavə təlimatlarını gözləməyi tapşırmışdılar. 14-15 iyul 2020-ci il tarixdə Milli Məclisin qarşısında olduğu zaman əynində tünd göy rəngli cins şalvar və tünd göy rəngli üç düymə (polo) köynək olmuşdur. Telman qara rəngli, Asif, İsmayıl, Baba ağ rəngli köynək, Ceyhun isə açıq rəngli zolaqlı uzunqol köynək geyinmişdir. Məhkəmə Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadələrinin daha doğru və mötəbər olduğunu bildirir və onun ibtidai istintaq zamanı verdiyi ifadələrini doğru ifadələr kimi qəbul edərək əsas götürür. Məhkəmə hesab edir ki, Şahid6 məhkəmə baxışı zamanı verdiyi ifadələr səmimi deyildir və qeyri ciddidir. Onun ibtidai istintaq zamanı verdiyi ifadələr daha doğru və mötəbərdir. Şahid6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdinr ki, 14 iyul 2020-ci il tarixdə təxminən saat 23:30 radələrində tanışı və qonşusu AXCP gənclər təşkilatının üzvü Şahid7 onun mobil telefonuna zəng edərək Bakı şəhərində “Əsgərə dəstək və Qarabağla bağlı” dəstək yürüyüşünün keçirilməsini bildirərək orada iştirak etmək istəyib-istəmədiyini soruşmuş, o da həmin yürüyüşün Əsgərlə və Qarabağla bağlı olmasını, bu yürüyüşün vətənpərvərliklə bağlı olmasını düşünüb bir Azərbaycan vətəndaşı kimi həmin yürüyüşdə iştirak etmək istədiyini bildirmişdir. Bundan sonra Ramil ona Şəmsi adlı oğlanın da Xırdalan şəhərinin mərkəzində yerləşən “Bazarstore” super marketin yaxınlığında gözlədiyini, onu da özü ilə gələndə götürməsini, birlikdə getmələrini bildirmişdir. Ona çox maraqlı gəldiyi üçün dərhal “Facebook” sosial şəbəkəsindəki səhifələri izəyərək həqiqətən də Bakı şəhərində müxtəlif istiqamətlərdə çoxsaylı insanların orduya və Qarabağa dəstək şüarları səsləndirərək yürüşlər etdiyinin şahidi olmuşdur. Həmin vaxt AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin də “Facebook” sosial şəbəkəsindəki profili vasitəsi ilə “canlı yayım” edərək bir neçə partiya mənsubları ilə birlikdə Azadlıq meydanına, sonra isə Milli Məclisin qarşısındakı meydana doğru hərəkət etdiklərini görmüş və partiya mənsublarını həmin aksiyada iştirak etməklə fəallıq göstərməyə çağırmışdır. O, Şahid7 ona bildirdiyi kimi özünə məxsus “Opel-Astra” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə gedib Şəmsi adlı şəxsi razılaşdığı ünvandan, Şahid7 və qardaşı Tərlanı isə Xırdalan şəhərində yaşadıqları ünvandan götürərək Bakı şəhərinə doğru irəliləmişlər. Avtomaşında olan Şəmsi və digərləri də “Facebook” sosial şəbəkəsində Asif Yusiflini izlədiklərini, oradakı çağırışlarını eşitdiklərini bildirərək yola davam edib təxminən saat 00:30 radələrində Milli Məclisin inzibati binasının arxa hissəsinə çatmışlar. Lakin avtomaşınla həmin meydana doğru davam etmək mümkün olmadığından kənarda saxlayıb dördü də birlikdə Milli Məclisin inzibati binasının qarşısındakı meydana doğru irəliləmişlər. Həmin vaxt digər istiqamətlərdən də insanların həmin meydana hərəkətinin davam etdiyini, meydanda insanların sayının çoxaldığını bildirmişdir. O, digər üç şəxslə birlikdə tanımadığı insanlara qoşularaq orduya dəstək şüarları səsləndirməklə meydana gələn insanların hərəkətinə uyğun olaraq içərilərə doğru hərəkət etməyə başlamışlar və onlar istəmədən belə istiqamətləri Milli Məclisin qarşısındakı pilləkənlərə tərəf düşmüşdür. Həmin yerdə AXCP-nin Reyasət Heyətinin üzvü Asif Yusifli, partiya üzvləri Seymur Əhmədov, Ramin Nağıyev, İsmayıl Həsənov, Ceyhun Novruzov, Mətanət Mahmarzayeva, Fatimə Mövlanlı, Şahid8, Cəlal Babayev, Təqsirləndirilən şəxs və hazırda xatırlamadığı digərlərini görmüşdür. O, yaxınında olmadığından dəqiq məzmununu bilməsə də, Asif Yusiflinin orada olan adlarını sadaladığı və tanımadığı digər insanlara təlimatlar verərək fəal olmaqla şüarlar səsləndirməyi tapşırmışdır. O, indiyədək mitinqlərdə çoxsaylı insan kütləsini toplaya bilməyən AXCP-nin belə çoxsaylı kütlənin bir yerə toplaşmasından öz məqsədləri üçün istifadə etmək istədiklərini, lakin nədənsə ehtiyyatlı davrandıqlarını, sanki hansısa məqamı gözləmə mövqeyində olduqları açıq şəkildə hiss olunmuşdur. Onsuz da fəaliyyətindən razı olmadığı AXCP-nin rəhbər şəxslərindən sayılan Asif Yusiflinin belə şübhəli hərəkətləri onların yanına yaxınlaşmaq fikrindən uzaqlaşdırmışdır. Eyni zamanda həm xarici görünüşlərindən, həm arada etdiyi şüarlardan Asif Yusiflinin yaxınlığında radikal dini qruplaşmaların üzvlərindən də toplaşanların olduğu görünmüşdür. Beləcə müxtəlif şüarlarla aksiya davam etmiş və saat təxminən 03 radələrində artıq Asif Yusifli və ətrafındakı digər AXCP üzvlərindən, həmçinin digər şəxslər də “Azadlıq”, “İstefa” şüarları səsləndirməyə başlamışlar. Bir neçə dəqiqə sonra Asif Yusiflinin ətrafında olan bir neçə qeyd etdiyi kimi dini qruplaşmaların üzvlərinə bənzəyən insanlar pilləkənlərdən yuxarı qalxaraq Milli Məclisin inzibati binasına yaxınlaşmışlar. Onun dayandığı yer aşağıda olduğundan həmin şəxslərin tam olaraq hara yaxınlaşdığını görə bilməmişdir. Təxminən saat 03:30 radələrində insanların artıq Milli Məclisin inzibati binasının qapısını qıraraq içəri daxil olduqlarını yanındakı insanlardan eşitmişdir. Bu vaxt Asif Yusifli ətrafındakılara səbrli olmağı, tələsməməyi tapşırmışdır. AXCP-nin fəaliyyəti əvvəlki mitinqlərə çağırışlar və təbliğatlarından ona belə aydın olmuşdur ki, Asif Yusiflinin rəhbərliyi ilə oradakı AXCP üzvləri “azadlıq”, “istefa” şüarları səsləndirməklə oradakı insanları da həmin şüarları səsləndirməyə sövq və təhrik edərək çoxsaylı insanları özlərinə cəlb etməklə kütlənin ən azından bir qisminin idarəçiliyini ələ keçirmək, insanların hərəkətini polislərin nəzarətindən çıxartmaq və ətrafdakı Milli Məclisi və televiziya binasını ələ keçirmək məqsədləri olmuşdur. O, AXCP üzvü kimi Asif Yusiflinin həmişə bütün məsələlərdə birbaşa partiya sədrinin tapşırıq və təlimatları ilə hərəkət etdiyini bildirmişdir. Asif Yusiflinin təlimatı ilə oradakı digər AXCP üzvləri ona görə gözləmə mövqeyi tutmuşdular ki, oradakı çoxsaylı digər insanların bir qrup şəxsin Milli Məclisin inzibati binasına daxil olmalarına reaksiyalarının bilinməsini, əgər onlar dəstəklənsə polisin nəzarəti itəcək və qarışıqlıqdan istifadə edərək “istefa” şüarları səsləndirməklə insanları artıq hakimiyyətin idarə olunmamasına inandırmağa çalışacaqlarını bildirmişdir. Oradakı hansısa AXCP üzvünün söhbətlərindən AXCP-nin insanların idarəçiliyini ələ keçirdiyi təqdirdə xaricdə yaşayan müxalifyönlü insanlardan bir neçəsi, əsasən də Tural Sadıqlı, Qənimət Zahid, Natiq Ədilov, Qabil Məmmədov, Sevinc Osmanqızı və başqalarının sosial şəbəkələr vasitəsilə ölkədə hakimiyyət dəyişikliyi olmasını təbliğ edəcəkləri məlum olmuşdur. İnsanların Milli Məclisə daxil olmalarından qısa müddət sonra əraziyə əlavə polis qüvvələri cəlb olunmuş və onlar Milli Məclisin inzibati binasına daxil olmuş şəxsləri oradan çıxartmışlar. Vəziyyətin belə olduğunu gördükdə, oradakı AXCP üzvləri Milli Məclisin inzibati binasına daxil olmaq üçün cəhd göstərməmişlər. Bundan sonra polislərin təzyiqli su vuran avtomaşınların ora gəlməsini və həmin vaxtı ora yığışan insanların polis əməkdaşları tərəfindən oradan uzaqlaşdırdıqlarını görmüşdür. Həmçinin o, “AzTv” yolu ilə də çoxlu sayda polis əməkdaşlarının Milli Məclisin qarşısı istiqamətə gəlməsini görüb daha da qorxmuş və avtomobilini saxladığı yerə tərəf irəliləmişdir. Lakin o, çox aralanmamış, təxminən 10-15 dəqiqə keçmiş Şəmsi, Ramin və Tərlan da oradan dağılışan insanların içərisindən çıxaraq onun yanına gəlmişlər. Sonra da onlar birlikdə oradan uzaqlaşıb maşını saxladığı yerə gələrək, geri, yəni Xırdalana qayıtmışlar. Məhkəmə ilk növbədə onu qeyd edir ki, məhkəmə istintaqı zamanı dindirilən bütün zərərçəkmiş şəxslərin və şahidlərin əksəriyyəti 14-15 iyul 2020-ci il tarixdə Milli Məclisin qarşısında olan meydanda Qarabağla bağlı şuarlarla yanaşı “İstefa”, “Azadlıq” və sair hakimiyyət əlehinə şuarlar səsləndirildiyini ifadələrində təsdiq etmişlər. Şahid6 isə məhkəməyə bildirdi ki, həmin gecə orada Qarabağla bağlı şuarlardan başqa digər şuarlar səsləndirilməmişdir. Bu da onun məhkəməyə səmimi ifadə verməməsini göstərir. Şahid6 həmçinin məhkəmə baxışında göstərdiki, ondan iki dəfə ifadə alınmış, ikinci dəfə ağ kağıza ona imza etdirmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında Şahid6 bir ifadəsi vardır, həmin ifadə məhkəmə baxışı zamanı elan edilərkən Əbbil Vüqar ifadəsinin bir hissəsini təstiq etmiş və həmin ifadədəndən görünür ki, o, ifadəsini şəxsən oxumuş onun doğruluğunu imzası ilə təstiq etmişdir. İfadələrdə nəinsə doğru yazılmadığı ilə bağlı, nə həmin vaxtı öz iradının bildirmiş, nədə ki, sonradan bu barədə müvafiq qrumların rəhbərliyinə və yaxudaki, digər dövlət orqanlarına müraciət etməməişdir. Ona görə də məhkəmə hesab edir ki, Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi və ifadəsinin yerində yoxlanılması zamanı göstərdiyi xüsusatlar daha doğru və mötəbərdir, onun məhkəmə baxışı zamanı dedikləri nəzərə alınmamalı və ibtidai istintaq zamanı verdiyi ifadələr qəbul edilərək əsas götürülməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X49, X32, X50, X35, X41, X5, X60 və qeyriləri əvvəlcədən hazırlanmış cinayətkar plana uyğun olaraq ətraflarına daha çox adam cəlb etmək, özlərinin saylarını artırmaq üçün mobil telefonla danışıq aparmaq, “WhatsApp” mobil tətbiqetmə proqram təminatı və “facebook.com” sosial şəbəkəsində qeydiyyatdan keçdikləri profil hesabları vasitəsi ilə canlı yayımlar keçirmək yolu ilə insanları yürüşə qatılmağa və fəal iştiraka dəvət etməkdə, AXCP mənsublarının və yürüşə qoşulan digər şəxslərin hərəkətlərini əlaqələndirməkdə davam etmişlər. Bu yolla cinayətkar qrupun üzvləri yürüş iştirakçıları ilə birlikdə 14 iyul 2020-ci il tarixdə saat 22-23 radələrində Şəhidlər Xiyabanına çatdıqdan sonra özləri Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 1 ünvanında yerləşən Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasının qarşısında toplaşmaqla və yürüş iştirakçılarının da oraya dəvət etməklə, Milli Məclisin binası qarşısında mövqe tutmuşlar. Yürüşün Azərbaycan Respublikası Milli Məclisinin qarşısında mitinqin gedişinə dair video və fotomateriallar belə bir qənaətə gəlməyə əsas verir ki, AXCP üzvlərindən və onlarla birgə hərəkət edən şəxslərin tutduqları mövqelər onlara bütün iştirakçılara müraciət etmək, görünmək və kütləni idarə etmək üçün fəal hərəkətlər etmək üçün seçilmişdir. Belə ki, cinayətkar qrupun üzvləri Milli Məclisin inzibati binasının qarşısındakı pillələrin aşağısında, sol tərəfdə və kiçik meydançada, yəni yürüş iştirakçılarının hamısı tərəfindən asan görünə bilən hissələrdə qərarlaşmışlar. Belə əlverişli mövqelər isə onlara istər öz hərəkətləri, istərsə də səsləndirdikləri şüarlar sayəsində yürüş iştirakçılarının bir qismi ilə elə yerindəcə cinayət əlaqəsinə girib əlbir olmağa, yəni qrupun tərkibini genişləndirməyə, həmçinin cinayətkar qrupda nəzərdə tutulan cinayətlərin törədilməsinin koordinasiya və idarə edilməsinə imkan vermişdir. Azərbaycan Xalq Cəbhəsi partiyasının üzvləri tərəfindən “facebook” sosial şəbəkəsində yaradılmış “söhbət” adlı qrupda olan 14-15.07.2020-ci il tarixli yazışmalara baxış keçirilməsi haqqında 10.09.2020-ci il tarixli protokoldan da görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Bəxtiyar İmanov və Ayaz Məhərrəmov AXCP-nin digər üzvləri arasında rəhbər və təşkilatçılığı həyata keçirən şəxslər kimi 2020-ci ilin iyul ayının 14-dən 15-ə keçən gecə məlum aksiyada patiya üzvlərinin hərəkət koordinasiyasını müəyyənləşdirməklə onlar üzərinə düşən vəzifə və funksiyaların bölüşdürülməsində xüsusi rol oynamışlar. Cinayət işinin materiallarından və dindirilmiş şəxslərin ifadələrindən də göründüyü kimi, aksiyanın gedişində nizamsız kütlə vətən sevgisi ilə işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi tələbi kimi emosiyalarını şüarlar səsləndirməklə və digər hərəkətlərlə aşkar bəyan etməyə başlamış, həmin bu emosional məqamdan istifadə edib yürüş iştirakçılarını nəzərdə tutulan cinayətlərin törədilməsində iştiraka sövq etmək, yəni onlarla cinayətkar qrupda birləşib planlaşdırılan cinayətləri reallaşdırmaq vəzifəsi isə adları yuxarıda sadalanan şəxslər tərəfindən yerinə yetirilməyə başlamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş yürüşdə olmuş şahidlərin təsdiq etdiyi kimi, AXCP mənsublarından Təqsirləndirilən şəxs, X61 və qeyrilərinin, onlarla əlbir olub qrupda birləşmiş digər şəxslər özlərinin fəal hərəkətləri ilə yürüşdə iştirak edən dindar kəsimin nümayəndələrindən X11, X28, X53, X54 və qeyrilərinin, habelə kütlənin içərisində olan X33, X55, X56, X57, X37, X21, X29, X16 və başqalarının həmin şəxslərlə qabaqcadan cinayət əlaqəsinə girib qrupda əlbir olmaları, onlarda planlaşdırılmış cinayətləri törətmək qətiyyətinin möhkəmlənməsi ilə nəticələnmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin 20 aprel 1999-cu il tarixli qərarı ilə təsbit edildiyi kimi, əvvəlcədən əlbir olan bir qrup şəxs bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur. Əvvəlcədən əlbir olan bir qrup şəxsin tərkibi nisbətən daha az sabit olur: qrupun üzvləri sərbəst olaraq onu tərk edə bilər və buraya eyni asanlıqla yeni üzvlər də daxil edilə bilər. Əvvəlcədən əlbir olan bir qrup şəxsə, həmçinin özünəməxsus xüsusi psixoloji durum mənsubdur. Belə ki, adi bir qrup şəxsdən fərqli olaraq, əvvəlcəden əlbir olan bir qrup şəxsdə daha çox təşkilatlanma, habelə fəal və nüfuzlu iştirakcıların asanlıqla ayrılmasi mümkündür. Belə cinayətkar qrupda ictimai mənafelərə zidd qurumlaşma və şəxsi münasibətlərlə yanaşı, cinayətlərin birlikdə törədilməsi üçün iştirakçılar arasında işgüzar münasibətlərin yaradılması aydın görünür. Araşdırılan halda ictimai qaydanın, nəqliyyatın və təşkilatların normal fəaliyyətinin pozulmasına, özgə əmlakının zədələnməsinə və məhv edilməsinə, ictimai sabitliyi qorumaq sahəsində xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə zor tətbiqi ilə müqavimət göstərilməsinə yönəlmiş cinayətlərin törədilməsi barədə X41, X5, X49, X32, X50, X58 və qeyrilərinin bir neçə cinayətin törədilməsi məqsədi ilə əlbir olduqları, cinayətlərin birlikdə törədilməsinə razılığın onların törədilməsi anına, yəni Milli Məclisin binasının qarşısında bilavasitə fəal hərəkətlərə başlayana qədər əldə olunması, adi qrupa nisbətən daha çox təşkilatlanmanın həyata keçirilməsi, fəal və nüfuzlu iştirakçıların asanlıqla ayrılmasının mümkünlüyü kimi əlamətlərin mövcudluğu ilə cinayət işi üzrə təqsirləndirilən şəxslərin sadalanan cinayətlərin törədilməsi üçün qabaqcadan əlbir olduqları sübuta yetirilmişdir. Qrup üzvləri Fuad Qəhrəmanlı, Bəxtiyar İmanov, İbrahim Məmməd, Qabil Məmmədov, Aytən Ramazanova, Ayaz Məhərrəmov və qeyriləri yürüşə qoşulmadan, lakin telefon və sosial şəbəkələr vasitəsilə, X51, Təqsirləndirilən şəxs, X25, X91 oğlu, X42, X24 və qeyriləri isə Milli Məclisin qarşısında yürüşdə iştirakı müəyyən edilən təqsirləndirilən şəxslərlə əlbir olub qrupda biləşdiklərinə, özlərində və cəlb etdikləri şəxslərdə nəzərdə tutulan cinayətləri törətməkdə qətiyyət yaratdıqlarına tam əmin olduqdan sonra ümumi cinayətkar plana uyğun olaraq yürüş iştirakçıları ilə birlikdə ucadan səsləndirdikləri vətənpərvər məzmunlu şüarları 15 iyul 2020-ci il tarixdə saat 03 radələrindən etibarən məqsədyönlü şəkildə dəyişib, iştirakçılara xitabən “İstefa”, “Allahu Əkbər”, “Milli Məclisə hücum edin” şüarlarına dəyişməyə başlamışlar. Həmin şüarların yürüş iştirakçılarından vətənpərvər, lakin sadəlövh və təsir altına tez düşə bilən bir qismi tərəfindən təkrar səsləndirildiyini gördükdə isə, kütlə içərisində ümumi təhlükəsizliyi və ictimai asayişi təmin etməklə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə qarşı “vurun”, “qorxmayın”, “geri çəkilməyin”, “sizin sayınız polislərdən çoxdur, qorxmayın qırın” kimi şüarlar səsləndirməyə başlamış, bununla da nəzərdə tutduqları cinayət əməllərinin törədilməsini təşkil etmiş, yürüşdə bilavasitə iştirak edən təqsirləndirilən şəxslər özləri də icraçı qismində bu cinayətlərin törədilməsində iştirak etmişlər. Cinayətkar qrupun ümumi planına uyğun olaraq onun üzvlərindən X9 əynindəki hakimiyyət nümayəndəsi görünüşü yaradan hərbi səhra geyimi ilə diqqəti cəlb edməklə fərqlənərək gənclər arasında “sizin qeyrətinizə qurban olum” kimi ifadələrlə və səsləndirdiyi şüarlarla daha fəallıqla qızışdırıcı çıxışlar etmişdir. Səyavuş Mustafayevin həmin emosional çıxışı ətrafdakılarda qətiyyətin artmasına səbəb olmuş, ardınca da cinayətkar qrupun digər üzvləri onunla birlikdə fəal hərəkətə keçmiş, o cümlədən X91 oğlu, X11, X28, X53, X54, X55, X56, X57, X37, X21, X29, X27, X39, X34 və qeyriləri Milli Məclisin inzibati binasının qarşısında Xüsusi Dövlət Mühafizə Xidmətinin əmkdaşlarının, onlara kömək üçün binanın giriş qapısı yaxınlığında çəpər formada düzülüb xidmət aparan Daxili İşlər Nazirliyinin X85, Bakı şəhərinin və rayon polis idarələrinin əməkdaşlarının üzərinə getmişlər. Zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrindən göründüyü kimi, Milli Məclisin inzibati binasının qarşısında xidmət aparan hakimiyyət nümayəndələri ictimai qaydanı qorumaq, ictimai təhlükəsizliyi təmin etmək, şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqazidd əməllərdən qorumaq, baş verə biləcək mümkün cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək vəzifələrini yetirə yetirmiş, yürüş iştirakçılarından belə hüquqazidd əməllərə yol verməməyi tələb etmişlər. Cinayətkar qrupun üzvləri isə ümumi plana uyğun olaraq polis əməkdaşlarına su butulkaları, taxta parçaları, daş və sair predmetləri atmağa, onları dartmağa, itələyib yıxmağa, əl, ayaq zərbələri ilə vurmağa, yəni zor tətbiq etməyə başlamışlar. Bununla da qabaqcadan əlbir olmuş cinayətkar qrupda nəzərdə tutulan cinayətlərin bilavasitə törədilməsinə yönələn hərəkətlər aktiv fazaya keçmişdir. Qrup üzvlərinin fəal müqaviməti ilə müşayiət olunan zərbələrindən birbaşa, habelə yıxılmaqla, digər predmetlərə dəyməklə xəsarət alan hakimiyyət nümayəndələrindən Bakı şəhəri, Səbail rayon polis idarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs18 sağlamlığa yüngül zərərvurmaya, DİN-in X70 Patrul bölüyünün polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs19 sağlamlığa yüngül zərərəvurmaya, həmin bölüyün polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs4 sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almışlar. Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs4 itələyib yıxan cinayətkar qrupunun üzvləri onların üzərindən keçərək Milli Məclisin giriş qapılarının qarşısına doğru hərəkət etmişlər. Yıxılmış polis işçisinin üzərindən addımlayıb keçməklə təqsirləndirilən şəxslər hakimiyyətin və qanunun tələblərinə müstəsna dərəcədə həyasızlıq, xüsusi azğınlıq və açıq etinasızlıq numayiş etdirmişlər ki, belə münasibət onların nəzərdə tutulan cinayətləri törətməkdə israrlı və qətiyyətli olduqlarının aşkar göstəricisi kimi dəyərləndirilmişdir. Eləcə də qrup üzvləri və qeyriləri Milli Məclisin binasının içəri tərəfdən bağlanmış şüşə qapılarını itələməklə, vurmaqla, dartmaqla açmağa başlamışlar. Bu zaman əlləri ilə güc tətbiq edən həmin qrup üzvləri qapını arxadan açılmaması üçün əlləri ilə tutmuş Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarına zor tətbiq etmişlər ki, nəticədə baş çavuş Zərərçəkmiş şəxs12 sağlamlığa yüngül zərərvurmaya aid, baş leytenant Zərərçəkmiş şəxs3 dərəcəsi təyin edilməyən, kiçik gizir Zərərçəkmiş şəxs10 dərəcəsi təyin edilməyən, polkovnik-leytenant Zərərçəkmiş şəxs6 dərəcəsi təyin edilməyən, baş çavuş Zərərçəkmiş şəxs8 dərəcəsi təyin edilməyən və kiçik çavuş Zərərçəkmiş şəxs7 dərəcəsi təyin edilməyən xəsarətləri də qəsdən yetirmişlər. İctimai asayişin pozulmasına gətirib çıxarmış cinayətlərindən daha da azğınlaşan cinayətkar qrupun üzvləri Milli Məclisin inzibati binasının içərisində nizamsız şəkildə hərəkət edib əməllərini əmlakın məhvinə və zədələnməsinə yönəltmişlər. Milli Məclisin inzibati binasına daxil olmuş azğınlaşmış qrup üzvləri səslənən şüarların təsiri altında hərəkət etməklə binanın 1-ci, 2-ci və 3-cü mərtəbələrinin foyesində, dəhlizində olan kreslo, divan, çilçıraq və digər əmlakları, divarların alçipan örtüklərini qırmaqla, stendləri qoparmaqla, xidməti otaqların giriş qapılarını təpiklə sındırmaqla qəsdən məhv edib zədələmişlər. Nəticədə Milli Məclisə ümumilikdə 22,232 manat məbləğində maddi ziyan vurmuşlar. Bütün bunlar onu göstərmişdir ki, qabaqcadan əlbir olmuş qrupun üzvləri qarşıya qoyduqları məqsədlərə nail olmaq üçün nəinki polis əməkdaşlarına və hakimiyyət nümynədələrinə müqavimət göstərib zor tətbiq etməklə, eləcə də dövlətin və vətəndaşın əmlakını məhv etməklə və zədələməklə ümumi cinayətkar plana uyğun hərəkət etmişlər. Özgə əmlakının məhv edilməsi cinayətlərinin davamı olaraq qrup üzvləri tərəfindən “Şəhidlər xiyabanı” ərazisində səki və sütunlardan səki, üzlük daşların yerindən qoparılması və sındırılması nəticəsində Bakı şəhər İcra Hakimiyyətinə 1.436 manat məbləğində ziyan vurulmuşdur. Eyni zamanda sağlamlığa zərər vurulması əməllərinə hüquqi qiymət verilərkən nəzərə alınmalıdır ki, bu hərəkətlər zərərçəkmiş şəxslərin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onların özləri barəsində törədilmişdir, həmin şəxslərə həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır və digər zərər vurma ilə müşayiət olunmuşdur. Qabaqcadan əlbir olmuş bir qrup halında hərəkət edən təqsirləndirilən şəxslərin təşkilatçılığı və fəal iştirakı nəticəsində ictimai qayda kobud surətdə pozulmuş, hakimiyyət nümayəndələrinin, yəni polis və xüsusi mühafizə xidməti əməkdaşlarının dağılışmaq, ictimai asayişi pozmamaq, özgə əmlakını zədələməmək və məhv etməmək, Milil Məclisin inzibati binasına daxil olmamaqda ifadə olunan qanuni tələblərinə tabe olmamaqla əlaqədar olmuş, eləcə də Bakı şəhərinin Neftçilər və Parlament prospektlərində, M.Hüseyn və digər çoxsaylı küçələrində nəqliyyatın, Azərbaycan Respublikası Milli Məclisinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Daxili İşlər Nazirliyinin normal fəaliyyətinin pozulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxslərin əməlləri nəticəsində zərərçəkmiş şəxslər - Azərbaycan Respublikasının Milli Məclisi, Daxili İşlər Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və Zərərçəkmiş şəxs1 ümumilikdə 78.722 manat məbləğində maddi ziyanın yetirilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3-cü maddəsinə əsasən cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsi ilə təsbit edildiyi kimi, cinayətin təşkilatçısı törədilmiş cinayətə görə, cinayətin törədilməsində eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə görə, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Məhkəmə hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlarla ictimai qaydanı kobud surətdə pozan, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan və nəqliyyatın, təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin törədilməsi, hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərilməsi və xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar onlara qarşı zor tətbiq edilməsi, öz qulluq borcunu yerinə yetirən və digər şəxslərə məxsus özgənin əmlakını qəsdən məhv etmə və zədələməklə ağır nəticələrə səbəb olan külli miqdarda ziyan vurmaqla bağlı cinayətlərin bilavasitə törədilməsində iştirak etmiş şəxslərin qabaqcadan əlbir olan bir qrup halında hərəkət etdikləri öz təsdiqini tapdığından Təqsirləndirilən şəxs əməllərinin tövsifi zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə istinad edilməsi doğrudur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əmməllərini təşkil etməsi və həmin cinayyət əməllərinin törədilməsinə rəhbərlik etməsi ilə bağlı ittiham verilmiş, lakin onun əməlləri CM-nin 32.3 maddəsi ilə tövsif ediməmişdir. Bununla əlaqəlar məhkəmə qeyd edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təşkilatcı kimi bu cinayyət hadisələrinin törədilməsini təşkil və rəhbərlik etməsi, əlaqələndirməsi öz təsdiq olunmamışdır. İstintaq orqanının özü də düzgün olaraq həmin şəxsin əmməllərini Cinayət Məcəlləsinin 34.2, 233, 34.2, 315, 34.2, 186.2.1, 34.2, 186.2.2 və 34.2, 127.2.1-ci maddələri ilə tövsif etmişdir. Ona görə də məhkəmə hesab edir ki, qeyd edilən təqsirləndirilən şəxsə verilmiş həmin ittiham ittihamın məzmunundan xaric edilməlidir. Məhkəmə baxışı zamanı araşdırılan sübutların məcmusu ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törədərkən bilavasitə icraçı qismində iştirak etməməsi, habelə bir şəxsin əmlakı məhv edərkən, digərinin hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərməsi və s. əməllər qabaqcadan əlbir olan bir qrup şəxsin cinayət əməllərini törətməmişdən əvvəl vahid niyyətləri və hər birinin qəsdləri ilə tam əhatə olunmuşdur. Yəni qabaqcadan əlbir olan qrupa daxil olan hər bir təqsirləndirilən şəxs baş verməsi planlaşdırılmış cinayətin törədilməsini arzu etməklə özlərində cinayət törətmək qətiyyətini yaradıb, törədəcəyi əməlin ictimai təhlükəliliyini dərk etmişdir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsə verilmiş ittihamlar tamamilə subuta yetirilmiş Təqsirləndirilən şəxs əmmələri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 233, 34.2, 315, 34.2, 186.2.1, 34.2, 186.2.2 və 34.2, 127.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. Cinayət işinə əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin 26.10.2020-ci il tarixli 7441 saylı məktublarına əsasən xx.xx.1982-ci il təvəllüdlü, Masallı rayonu Eminli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində müalicədə olmayıb. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsin 26.10.2020-ci il tarixli 19/51-10371 saylı məktubuna əsasən xx.xx.1982-ci il təvəllüdlü, Masallı rayonu Eminli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində qeydiyyatda olmayıb və qeydiyyatda yoxdur. Masallı RİHB-nın Qarğalıq kənd inzibati ərazə dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, ərazinin Eminli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.1982-ci il tarixdə Masallı rayon Eminli kəndində anadan olmuş, orta təhsillidir, ailəlidir, AXCP-nın üzvüdür. Hal-hazırda arvadı və 3 uşağı Eminli kəndində yaşayırlar. Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə özünü yaxşı aparmış, müsbət iş xüsusiyyətləri ilə fərqlənmişdir. Elektron məhkəmə portalının çıxaraşından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 20.02.2007-ci il təvəllüdlü X62, 18.08.2005-ci il təvəllüdlü X43 və 07.09.2008-ci il təvəllüdlü X44 adlı uşaqları vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Məhəkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs оьлунун himayəsində azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 315, 233, 186, 127-ci maddələrinə nəzərdə tutularaq qeyd olunan cinayətləri qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətmələrini cəzalarını ağırlaşdırıcı hallar kimi nəzərə alır. Eləcə də, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315, 186, 127-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində xüsusilə fəal iştirak etməsini cəzalarını ağırlaşdırıcı hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və şəraiti, 14-15 iyul 2020-ci il tarixlərində Bakı şəhərində keçirilən yürüş mitinqin əsas amalının Azərbaycan torpaqlarının Erməni işğalından azad olması olduğunu və hazırda bunun həyata keçməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edimədən islah olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 233, 34.2, 315, 34.2, 186.2.1, 34.2, 186.2.2 və 34.2, 127.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzaları təyin edilməsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən həmin cəzaların şərti olaraq tətbiq edilməsi və üzərində müəyyən sınaq müddətinin müəyyən edilməsini qanuni və ədalətli hesab edir, həm də cəzanın məqsədinə uyğun olduğunu bildirir. Məhkəmə qeyd edir ki, təqsirləndirlən şəxsin cəzaçəkmə müddətlərinin əvvəli hökm qanuni qüvvəsini alıb icraya yönəldiyi vaxtdan hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-cu maddəsinə uyğun olaraq iş üzrə maddi subut kimi tanınmış və Azərbaycan Respublikası Baş prokurorluğunun İstintaq idarəsində saxlanılan hadisə yerindən götürülmüş pivə içkisinə oxşayan yarımçıq maye olan 1 ədəd plastik butulka, səkilərdə və Milli Məclisin inzibati binasının giriş tərəfindən aşkar edilmiş 9 ədəd çəkələk, üzərində etiketi olmayan 1 ədəd plastik butulka, 14 ədəd çəkələk, 1 ədəd ayaqqabı içliyi, 1 ədəd kubok, “Coca-Cola” və “Jaquar” yazıları həkk olunmuş 2 ədəd aliminumdan hazırlanmın banka, üzərlərində “Qızıl quyu”, “Bonagua” və “Gülüstan” yazıları olan 3 ədəd şəffaf plastik butılkalar, qana bənzər ləkələr, 1 ədəd zibil qabı qapağı, daktiloplyonkalar vasitəsilə götürülmüş - inzibati binanın birinci mərtəbəsində yerləşən suviner lövhənin sol tay şüşəsinin üzərindən izlər, dipçəklərin arxasındakı pəncərələrin üzərindən, eləcə də qapının üzərindən ayaq izləri, Milli Məclisin əsas giriş qapısının sağ tərəfində 2-ci pəncərəsinin sol şüşəsinin alt hissəsindən 28 sm uzunluğunda 1 ədəd ayaq izi, 2-ci pəncərənin sağ şüşəsinin alt hissəsindən 29 sm uzunluğunda 1 ədəd ayaq izi, 2-ci pəncərənin sol şüşəsinin orta hissəsindən 18-19 sm uzunluğunda əl-barmaq izləri, 3-cü pəncərənin sol şüşəsinin alt hissəsindən 28-29 sm uzunluğunda 1 ədəd ayaq izi, 4-cü pəncərənin sağ şüşəsinin alt hissəsindən 24-25 sm uzunluğunda 1 ədəd ayaq izi, 6-cı pəncərənin sağ şüşəsinin alt hissəsindən 28-29 sm uzunluğunda 1 ədəd ayaq izi, 8-ci pəncərənin sol şüşəsinin alt hissəsindən 27 sm uzunluğunda 1 ədəd ayaq izi, 14-cü pəncərənin sol şüşəsinin alt hissəsindən 30 sm uzunluğunda 1 ədəd ayaq izi, 15-ci pəncərənin sağ şüşəsinin orta hissəsindən 25 sm uzunluğunda əl-barmaq izləri, 16-cı pəncərənin sağ şüşəsinin orta hissəsindən 37-38 sm uzunluğunda əl-barmaq izləri, 2-ci əlavə giriş qapısının sağ şüşəsinin orta hissəsindən 17 sm uzunluğunda əl-barmaq izləri, 2020-ci ilin 14 iyul tarixindən 15 iyul tarixinə keçən Milli Məclisin qarşısında rəhbər vəzifəli şəxslərin çıxışı üçün quraşdırılmış səsgücləndiricinin elektrik şəbəkəsinə qoşmaq üçün istifadə edilmiş və həmin vaxt iki dəfə qırılmış, uzunluğu 31,4 metr olan, bir tərəfində elektrik çəngəli, digər tərəfində isə 3 ədəd razetka olan elektrik naqili və 1 ədəd çay daşının Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-23/2021 saylı, 14 iyun 2021-ci il tarixli hökmü ilə məhv olunmasının müəyyən olunduğunun nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 233, 34.2, 315, 34.2, 186.2.1, 34.2, 186.2.2, 34.2, 127.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 127.2.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası, 34.2, 186.2.1, 34.2, 186.2.2-ci maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası, 34.2, 233-cü maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası, 34.2, 315-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılsın və ona 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilsin və üzərində 03 il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Hökmün icrası Masallı rayon icra və Probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş barəsində polisin nəzarəti altına vermə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən iş yerini və daimi yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. İş üzrə maddi subut kimi tanınmış və Azərbaycan Respublikası Baş prokurorluğunun İstintaq idarəsində saxlanılan hadisə yerindən götürülmüş pivə içkisinə oxşayan yarımçıq maye olan 1 ədəd plastik butulka, səkilərdə və Milli Məclisin inzibati binasının giriş tərəfindən aşkar edilmiş 9 ədəd çəkələk, üzərində etiketi olmayan 1 ədəd plastik butulka, 14 ədəd çəkələk, 1 ədəd ayaqqabı içliyi, 1 ədəd kubok, “Coca-Cola” və “Jaquar” yazıları həkk olunmuş 2 ədəd aliminumdan hazırlanmın banka, üzərlərində “Qızıl quyu”, “Bonagua” və “Gülüstan” yazıları olan 3 ədəd şəffaf plastik butılkalar, qana bənzər ləkələr, 1 ədəd zibil qabı qapağı, daktiloplyonkalar vasitəsilə götürülmüş - inzibati binanın birinci mərtəbəsində yerləşən suviner lövhənin sol tay şüşəsinin üzərindən izlər, dipçəklərin arxasındakı pəncərələrin üzərindən, eləcə də qapının üzərindən ayaq izləri, Milli Məclisin əsas giriş qapısının sağ tərəfində 2-ci pəncərəsinin sol şüşəsinin alt hissəsindən 28 sm uzunluğunda 1 ədəd ayaq izi, 2-ci pəncərənin sağ şüşəsinin alt hissəsindən 29 sm uzunluğunda 1 ədəd ayaq izi, 2-ci pəncərənin sol şüşəsinin orta hissəsindən 18-19 sm uzunluğunda əl-barmaq izləri, 3-cü pəncərənin sol şüşəsinin alt hissəsindən 28-29 sm uzunluğunda 1 ədəd ayaq izi, 4-cü pəncərənin sağ şüşəsinin alt hissəsindən 24-25 sm uzunluğunda 1 ədəd ayaq izi, 6-cı pəncərənin sağ şüşəsinin alt hissəsindən 28-29 sm uzunluğunda 1 ədəd ayaq izi, 8-ci pəncərənin sol şüşəsinin alt hissəsindən 27 sm uzunluğunda 1 ədəd ayaq izi, 14-cü pəncərənin sol şüşəsinin alt hissəsindən 30 sm uzunluğunda 1 ədəd ayaq izi, 15-ci pəncərənin sağ şüşəsinin orta hissəsindən 25 sm uzunluğunda əl-barmaq izləri, 16-cı pəncərənin sağ şüşəsinin orta hissəsindən 37-38 sm uzunluğunda əl-barmaq izləri, 2-ci əlavə giriş qapısının sağ şüşəsinin orta hissəsindən 17 sm uzunluğunda əl-barmaq izləri, 2020-ci ilin 14 iyul tarixindən 15 iyul tarixinə keçən Milli Məclisin qarşısında rəhbər vəzifəli şəxslərin çıxışı üçün quraşdırılmış səsgücləndiricinin elektrik şəbəkəsinə qoşmaq üçün istifadə edilmiş və həmin vaxt iki dəfə qırılmış, uzunluğu 31,4 metr olan, bir tərəfində elektrik çəngəli, digər tərəfində isə 3 ədəd razetka olan elektrik naqili və 1 ədəd çay daşının Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 23/2021 saylı, 14 iyun 2021-ci il tarixli hökmü ilə məhv olunmasının müəyyən edildiyi nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa catdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-53/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-53/2021
17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver