Məhkəmə qərarları › İş №1(009)-53/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-53/2022

04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-53/2022 04.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Astara rayonu, Şiyəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin üzərindən və cibindən özgə əmlakını gizli olaraq talayıb xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədi ilə 12 iyul 2021-ci il tarixdə gecə saat 02:00 radələrində alkoqol sərxoşluğu vəziyyətində ünvan 1 ünvanında yerləşən binanın qarşısında Böyük Britaniya və X4 Krallığının vətəndaşı X7 həddindən artıq spirtli içki qəbul etdiyi üçün yol kənarında səkidə yatmasından istifadə edərək sonuncuya məxsus üzərində həmin dövrün məzənnəsi ilə 102,0 manat təşkil edən 60,0 ABŞ dolları dəyərində üzlük olan 1750,0 manat dəyərində “İphone 12 Pro” markalı 128 GB yaddaşlı **********80091 imei kodlu mobil telefonu əynində olan cins şalvarının sol yan cibindən, üzərindən, yəni qolundan 6500,0 manat dəyərində “Luminor Panerai” markalı “Brevettato” modelli “U003/800" serialı dəri kəmərli orjinal qol saatını və ayağından həmin dövrün məzənnəsi ilə 170,0 manat təşkil edən 100,0 ABŞ dolları dəyərində “Nike” markalı idman ayaqqabısını gizli olaraq çıxarmaqla talayıb ümumilikdə zərərçəkmiş şəxs X8 8522,0 manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.4 və 177.2.5-ci maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, «Yaşıl bazar» adlanan bazarda araba sürüb fəhləlik etməklə məşğuldur. 12 iyul 2021-ci il tarixdə gecə saat təxminən 02:00 radələrində dənizkənarı bulvarda təxminən 5-6 şüşə pivə içdikdən sonra sərxoş vəziyyətdə 28 may metrosu istiqamətində hərəkət edərkən bir nəfər şəxsin sərxoş vəziyyətdə yerdə huşsuz vəziyyətdə uzanıb yatmasını gördükdə o, ətrafa baxmış və ətrafda kimsənin olmamasına əmin olduqdan sonra həmin şəxsdən bir ədəd «İphone 12 pro» markalı mobil telefonun, bir ədəd qol saatını və ayağında olan bir cüt idman ayaqqabısını çıxardıb götürərək oradan aralanmışdır. Bir qədər getdikdən sonra isə yaxınlıqda olan “Puşkin” parkına girib oğurladığı ayaqqabıları kolluqların içində gizlətmişdir. Təbriz küçəsində olarkən o, təsadüfən bir ərzaq mağazasının açıq olmasını görüb həmin mağazaya daxil olmuş onlarda «İphone» markalı telefon üçün adapter olub-olmamasını soruşmuş və orada olan satıcı oğlan adapteri olduğunu bildirdikdə o, ondan xahiş etmişdir ki, 5-10 dəqiqəlik telefonu adapterə qoşsun, özü isə guya dostlarını gözlədiyini deyib mağazadan 02 ədəd «Red bull» içkisi və bir ədəd «Snikers» şokoladı götürüb küçəyə çıxmışdır. Bir müddət küçədə dayandıqdan sonra oradan uzaqlaşıb işlədiyi bazara getmişdir. Bazarda olarkən bazardan üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxsə yaxınlaşaraq saat tapdığını deyərək və həmin şəxslə razılaşıb qol saatı 10 manata satmışdır. Daha sonra onlar polis əməkdaşları ilə birlikdə idman ayaqqabılarını oğurlayıb gizlətdiyi parka getsələr də ayaqqabıları orada tapa bilməmişlər. Qol saatı və “İphone 12 pro» markalı mobil telefonu zərərçəkmiş şəxsə qaytarılmışdır. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X9 məhkəməyə teleqram göndərərək göstərmişdir ki, istintaqa verdiyi ifadəsini təsdiq edir, zərər ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış, şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 04.02.2021-ci il tarixdə işlədiyi “BP” şirkəti tərəfindən Azərbaycana gəlmiş və burada “BP” şirkətində elektrik mühəndisi vəzifəsində çalışır. 11.07.2021-ci il tarixdə iş yoldaşları ilə birlikdə futbola baxmaq üçün “Abşeron” otelə gəlmiş, oteldə iş yoldaşları ilə futbola baxarkən spirtli içki qəbul etmiş və həmin vaxt həddindən artıq sərxoş olmuşdur. Futbol qurtardıqdan sonra sərxoş halda evə getmək üçün oteldən çıxmış və səhərə yaxın yuxudan ayıldıqda ona məxsus ümumi dəyəri təxminən 8000 ABŞ dolları olan bir ədəd “Panerai Luminur” markalı qol saatının, bir ədəd “İphone 12 PRO” markalı mobil telefonunun və “Nike” firmasına məxsus idman ayaqqabısının üzərində olmadığını və naməlum şəxs tərəfindən oğurlandığını müəyyən etmişdir. Sonra oradan durub taksi ilə evə getmişdir. Həmin vaxt həddindən artıq sərxoş olduğundan baş verənləri bir o, qədər dəqiq xatırlamır. Ona məxsus mobil telefon oğurlanarkən üzərində dəyəri 60 ABŞ dollar olan qoruyucu qabı və simkart olmuşdur, lakin sim kartı ona mobil telefon alarkən üzərində hədiyyə vermişlər, oğurlanmış ayaqqabılarının isə dəyəri işlənmiş vəziyətdə təxminən 100 ABŞ dollar olmuşdur. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 04.08.2021-ci il tarixli 9/5100 nömrəli rəyi ilə razıdır. Belə ki, ona məxsus olan “İphone 12 Pro” markalı 128 GB yaddaşlı **********80091 imei kodlu markalı mobil telefonun qiyməti 1750,0 manat və “Luminor Panerai” markalı “Brevettato” modelli “U003/800” serialı dəri kəmərli orjinal qol saatının qiyməti 6500,0 manat təşkil edir. Oğurluq zamanı ona telefonun qoruyucu qabına görə 60 ABŞ dollar və idman ayaqqabısına görə 100 ABŞ dollarında maddi ziyan dəymişdir. Ümumilikdə isə oğurluq nəticəsində ona 8522,0 manat maddi ziyan dəymişdir. Ona ümumilikdə 8000 ABŞ dollar miqdarında maddi ziyanın vurulması barədə ilkin ifadəsində göstərdikləri təxmini hesablamalar olduğundan nəzərə alınmamasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, «Yaşıl bazar»da satıcılıqla məşğul olur. 12 iyul 2021-ci il tarixdə gecə saat 23:00 radələrində bazarda olarkən bazardan üzdən tanıdığı bir nəfər araba sürən ona yaxınlaşaraq yerdən saat tapdığını və onu satmaq istədiyini bildirdikdə o, saatı götürüb baxaraq həmin saatı 10 manata almışdır. 13 iyul 2021-ci il tarixdə isə ona 39-cu Polis Bölməsinin əməkdaşları zəng edərək onu polis bölməsinə dəvət etmikşlər. Polis Bölməsində saat aldığı şəxsi ona göstərərək ondan saat alıb-almadığını və hazırda saatın harada olmasını soruşduqda, o, həqiqətən də həmin şəxsdən 10 manata saat aldığını bildirmiş və saatı polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan 13 iyul 2021-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.4 və 177.2.5-ci maddələri ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 12 iyul 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan ünvan 1 ünvanında yerləşən binanın qarşısında zərərçəkmiş şəxsin iştirakı ilə baxış istintaq hərəkəti keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 13 iyul 2021-ci il tarixli qərardan görünür ki, X9 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 13 iyul 2021-ci il tarixli “maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, «İphone 12 pro» mobil telefonu maddi sübut olaraq əhəmiyyət kəsb etdiyindən Şahid1 götürülmüşdür. İş materiallarında olan 13 iyul 2021-ci il tarixli “maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, “Panerai Luminor” markalı qol saatı maddi sübut olaraq əhəmiyyət kəsb etdiyindən Şahid2 götürülmüşdür. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 13 iyul 2021-ci il tarixli protokoldan görünür ki, 01 ədəd «İphone 12 pro» mobil telefonu zərərçəkmiş şəxs X8 tanınmaya təqdim edilmiş və o, «İphone 12 pro» mobil telefonu təqdim edilmiş əşyaların arasında tanıyaraq ona məxsus olduğunu bildirimişdir. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 13 iyul 2021-ci il tarixli protokoldan görünür ki, 01 ədəd “Luminor Panerai” markalı qol saatı zərərçəkmiş şəxs X8 tanınmaya təqdim edilmiş və o, “Luminor Panerai” markalı qol saatını təqdim edilmiş əşyaların arasında tanıyaraq ona məxsus olduğunu bildirimişdir. İş materiallarında olan 14 iyul 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, X6 13 iyul 2021-ci il tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” qərardan görünür ki, X6 15 iyul 2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.4 və 177.2.5-ci maddələri ilə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 15 iyul 2021-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs X5 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmiş və X10 oğlu dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 15 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 15 iyul 2021-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, X6 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilən zamanı istintaq zamanı verdiyi ifadəsni bir daha tam təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 04.08.2021-ci il tarixli 9/5100 nömrəli rəyindən görünür ki, bir ədəd “İphone 12 Pro” markalı 128 GB yaddaşlı **********80091 imei kodlu mobil telefonun qiyməti 1750,0 manat, bir ədəd “Luminor Panerai” markalı “Brevettato” modelli “U003/800” serialı dəri kəmərli qol saatının qiyməti orjinal olduğu halda 6500,0 manat təşkil edir. Tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan Astara rayon qeydiyyat şöbəsinin 04.09.2021-ci il tarixi Arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1972-ci ildə Astara rayonu, Şiyəkəran kəndində anadan olmuşdur. Bu barədə 18.12.1972-ci ildə Astara rayonu Şahağac KİN 211 №-li doğum haqqında qeyd tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18.10.2021-ci il tarixli tələbnaməsindən görünür ki, X10 oğlu: 1) RF Tümen Vilayətinin NijniVartovski şəhər Xalq Məhkəməsinin 23.06.1997-ci il tarixli hökmü ilə RF CM-nin 158-ci maddəsi, 2-ci hissə, V,Q bənd və 30-cu maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 29.01.1999-cu ildə azad olunmuşdur. 2) RF X3 Posadskin şəhər Xalq Məhkəməsinin 14.06.2002-ci il tarixli hökmü ilə RF CM-nin 158-ci maddəsi, 2H, B,V,Q bəndi, 162-ci maddəsi 2H, B,V bəndi, 167-ci maddəsi 1H və 69-cu maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 16.11.2011-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. İş materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” 05 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasında məhkumluğunun Azərbaycan Respublikası daxilində hüquqi qüvvəsi olmadığından və hüquqi nəticə doğurmadığından Təqsirləndirilən şəxs məhkum olunmamış hesab edilmişdir. Həmin qərardan görünür ki, cinayət işi üzrə bəzi prosessual sənədlərdə Təqsirləndirilən şəxs soyadı Həsənov kimi qeyd edilmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənəddən göründüyü kimi onun soyadı Həsənzadədir. Odur ki, cinayət işi üzrə bəzi prosessual sənədlərdə “X6” “Təqsirləndirilən şəxs” kimi oxunmalıdır. Həmin qərardan görünür ki, Şahid2 götürülmüş “Luminor Panerai” markalı qol saatı və Şahid1 götürülmüş «İphone 12 pro» markalı 128 GB yaddaşlı mobil telefonu maddi sübut kimi tanınması və saxlanması üçün zərərçəkmiş şəxs X8 təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan 06 dekabr 2021-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4 və 177.2.5-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 1(009)- 53/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Səbail rayon Polis İdarəsinin 39-cu PB-nin 12 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixində saxlanılaraq Səbail RPİ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış, onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi , işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələrini yerinə yetirməməsini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun 13 iyul 2021-ci il tarixdən 15 iyul 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Səbail Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 1(009)-53/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixində saxlanılaraq Bakı İstintaq Təcridxanasına təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun cəzaçəkmə müddətinin əvvəli 07 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd «İphone 12 pro» mobil telefonu və “Luminor Panerai” markalı qol saatı zərərçəkmiş şəxsə qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 iyul 2021-ci il tarixdən 15 iyul 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 07 aprel 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar