Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-53/2023 28.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orla təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə, 26 avqust 2022-ci il tarixdə saat 16-17 radələrində yaşadığı evin yerləşdiyi həyətyanı sahəsində olan, dayısı Zərərçəkmiş şəxs və xalası Şahid2 birgə yaşadıqları ünvan 3 ünvanında yerləşən evin giriş qapısının kilidlənməmiş olmasından istifadə edərək həmin qapıdan evin Şahid2 və Zərərçəkmiş şəxs ümumi istifadələrində olan mətbəxinə daxil olduqdan sonra yaşayış sahəsi hesab olunan, evin Zərərçəkmiş şəxs aid hissəsinin qonaq otağının kilidlənməmiş qapısından həmin otağa qanunsuz daxil olaraq dolabın üzərində qoyulmuş 400 manat dəyərində Samsung markalı “UE48H4200” modelli 48 düym (121 sm diaqonal) LED televizoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs X3 təqsirləndirildiyi cinayət əməli öz etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə, götürmə, tanınmaya təqdim etmə protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasnın rəyi və iş üzrə toplanmış digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı evinin yerləşdiyi həyətdə dayısı Zərərçəkmiş şəxs bir mərtəbəli evi yerləşir. Həmin evdə həmçinin xalası Şahnaz da yaşayır. Lakin, onların evinə girişi və mətbəxləri bir olsa da, yaşayış sahələri ayrıdır. Dayısı orada həyat yoldaşı və övladı ilə birlikdə yaşayır. Dayısıyla münasibətləri soyuqdur. 26 avqust 2022-ci il tarixdə saat 16-17 radələrində o, öz evindən çıxıb dayısıgilə getmişdir ki, sonuncudan çəkmək üçün siqaret istəsin. Dayısının yataq otağının pəncərəsini döymüş, lakin həmin vaxtı ətrafdan kiminsə səslənməsini eşidib həmin adamın dayısının olduğunu və sonuncunun hamamda olduğunu zənn edərək evdən siqaret götürmək üçün həmin evin giriş qapısına yaxınlaşmış və qapının kilidlənməmiş olduğunu aşkar etmişdir. Həmin gündən bir neçə gün qabaq dayısının arvadının və övladının anası tərəfdən nənəsinin yaşadığı Bayıl qəsəbəsindəki evə getmələrini bilmişdir. Həmin qapıdan içəri mətbəxə keçmiş və dayısıgilin qaldığı otağın giriş qapısının kilidinin üzərində açarın olduğunu görüb həmin açarla qapını açıb qonaq otaqlarına keçmiş və siqaret axtaran zaman dolabın üzərindəki televizoru oğurlamaq qərarına gəlmişdir. O, televizoru və onun idarə etmə pullunu götürüb evdən çıxmış və evlərinin zirzəmisinə qoymuşdur. Həmin gün evlərində heç kəs olmamış, ailə üzvləri qohumugilə Sahil qəsəbəsinə getmişdilər. Dayısıgilin evindən çıxandan sonra sonuncunun otağın qapısının açarını qapının kilidində qoymuşdur. Həmin gün o, dayısının gözünə görsənməmişdir. Bir neçə saat sonra axşam saatlarında hava tam qaralmamış dayısının uca səslə polislə danışdığını eşitmişdir. Sonra dayısının evinə polis əməkdaşlarının gəldiyini görmüşdür. Səhəri gün saat 10 radələrində o, qonşuluqda yaşayan və taksi fəaliyyəti ilə məşğul olan Pərviz adlı şəxsə zəng vuraraq həyətlərinə gəlməyi xahiş etmişdir. Sonra o, televizoru zirzəmidən çıxarıb evinin ön hissəsində olan çıxışdan küçəyə çıxartmış və Pərvizin idarə etdiyi tünd bənövşə rəngli C klass Mercedes markalı avtomobilin arxa oturacağına qoymuş və Pərvizin yanında oturub televizoru metronun “Neftçilər” stanisyasının yanına aparmasını xahiş etmişdir. Pərviz niyə görə apardığını soruşduqda satış üçün apardığını demişdir. O, televizoru “Neftçilər” metroslanisyasının yanında yerləşən lombardın birinə qoyub pul götürmək fikirində olmuşdur. Pərviz isə televizoru neçəyə satmaq istədiyini soruşduqda o, 170 manata salacağını demişdir. Belə olan halda Pərviz özünə neçəyə sata biləcəyini soruşduqda o, 130 manata salacağını demiş və Pərviz onunla razılaşmışdır. Onlar Pərvizin evinə gedib televizoru qoymuşdular. Pərviz ona 100 manat pul vermiş, qalan 30 manatı bir neçə günə verəcəyini bildirmişdir. Bundan sonra o, Pərvizdən aldığı 100 manatı ehtiyaclarına xərcləmişdir. Növbəti gün onu polis əməkdaşları 8-cı polis bölməsinə çağırmışdılar və o, orada oğurluq etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs, son sözündə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, ziyanın qismən ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını və gənc olmasını bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdi ki, yaşadığı ev 05 sot yoxuşlu ərazidə yerləşir, bir mərtəbəli, 02 otaqlıdır, 04 tərəfdən daş hasarla hasarlanmışdır. Həyətə giriş dəmir qapıdandır. Həyətdə 02 ev var. Biri yaşadığı evdir, ikincisi isə kiçik bacısının 02 mərtəbəli evidir. Yaşadığı ev şərti olaraq 02 yerə bölünmüş, iki otağ isə böyük bacısının istifadə etdiyi ərazisidir, dəhliz və mətbəx ümumidir. Böyük bacısı may ayının axırlarından Quba rayonunda yaşayır. Kiçik bacısı isə oğlu ilə yaşayır. Böyük bacısı Quba rayonuna gedərkən evin giriş qapısının açarını kiçik bacısına vermişdir. Həyal yoldaşı isə övladı ilə birlikdə 24 avqust 2022-ci il tarixdə Naxçıvana gedib orada müalicə almışdır. 26 avqust 2022- ci il tarixdə saat 08:30 radələrində o, evdən çıxıb işə getmişdir. Saat 20:30 radələrində isə evə gəlib mənzilin giriş qapısını açıb dəhlizə keçmiş və mənzilin onlara aid hissəsinə keçmək istəyərkən qapının yarımçıq örtülü vəziyyətdə olduğunu aşkar etmişdir. O, əvvəl fikirləşmişdir ki, evdən çıxarkən həmin qapını bağlamağı yadından çıxmış və içəri keçəndə görmüşdür ki, qonaq otağında dolabın üzərində olan “Samsung” markalı 120 sm diaqonallı televizor yerində yoxdur. O, başa düşmüşdür ki, kimlərsə evə girib həmin televizoru oğurlamışdır. Həyat yoldaşına zəng vurub hadisə barədə danışmış və nağd pulla qiymətli əşyalarını hara gizlətdiyini soruşduqda arvadı ona həmin əşyaların yerlərini izah etdikdən sonra o, hər şeyin yerində olduğunu görmüşdür. Bundan sonra o hadisə barədə polisə məlumat vermişdir. Zərərçəkmiş şəxs oğlurlanmış televizoru 2015-ci ildə 1200 manat aldığını, hadisəni törətməkdə kiçik bacısı Gözəlin oğlu Raufdan şübhələndiyini, buna səbəb isə sonucunun narkoman olduğunu, evinin ümumi giriş qapısının açarı Təqsirləndirilən şəxs anasında olduğunu, həmin açarı böyük bacısı Quba rayonuna gedərkən bacısı Gözəl Əmirovaya verdiyini, eləcə də evin heç bir pəncərəsində eləcə də giriş qapısında zədə izlərin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs, ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini, ona qarşı şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2012-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurandan sonra yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Birgə nikah dövründə bir uşaq dünyaya gətirmişdilər. Yaşadıqları ev olan həyətdə baldızı Gözəlin oğlu ilə yaşadığı 2 mərtəbəli ev yerləşir. Həyətlərinə giriş 2 yerdəndir, biri onlara, digəri isə Gözəlgilə aiddir. Yaşadıqları ev şərti olaraq 2 yerə bölünmüş, giriş bir olsa da evin sağ tərəfində olan iki otağ digər baldızı Şahnazın istifadə etdiyi ərazisidir, dəhliz və mətbəx ümumidir. Şahnaz may ayının axırlarından Quba rayonunda yaşayır. Ağ ciyəri ilə bağlı səhhətində problemlər olduğu üçün o, hər il Naxçıvan Muxtar Respublikasına duzlaqlara gedib orada müalicə kursu keçir. 24 avqust 2022-ci il tarixdə o, övladıyla birlikdə növbəti dəfə bir həftə müddətinə Naxçıvana getmişdir. 26 avqust 2022-ci il tarixdə axşam saat 21 radələrində əri Şahlar ona zəng vuraraq bildirmişdir ki, bir neçə dəqiqə əvvəl işdən evə gələrkən evlərinin ümumi və onlara aid olan giriş qapılarının kilidlənməmiş vəziyyətdə olduqlarını, naməlum şəraitdə qonaq otaqlarından televizorun oğurlanmasını aşkar eldiyini bildirmiş və nağd pulla qiymətli əşyalarını harada saxlamağını soruşmuşdur. O, Zərərçəkmiş şəxs evdə qalan nağd pulun və qızıl-zinət əşyaları saxladığı yerləri izah edəndən sonra Şahlar onunla danışa-danışa həmin yerlərə baxmış və hər şeyin yerində olduğunu demişdir. Bundan sonra Şahlar hadisə barədə polisə məlumat vermişdir. Bundan 2 gün sonra Şahlar ona zəng vuraraq hadisəni törədən şəxsin müəyyən olunduğunu, həmin şəxsin baldızı oğlu Təqsirləndirilən şəxs olduğunu, sonuncudan əvvəllər də şübhələndiyini bildirmişdir. 31 avqust 2022-ci il tarixdə onlar Bakı şəhərinə qayıtmış və o, hadisənin təfərrüatları öyrənəndən sonra bilmişdir ki, Şahlar evdən işə gedərkən giriş qapıları bağlamağı unutmuş və Rauf ərinin evdə olmadığından istifadə edərək evlərinə qanunsuz daxil olub 120 santimetr diaqonallı “Samsung” markalı televizoru gizli talayıb qonşuluqda yaşayan şəxslərdən birinə satmışdır. Evdə olduqları vaxt Rauf onlara gəlib-getmədiyini, onların olmadıqları vaxtı da sonuncunun evlərinə girməyə icazəsi olmadığını, sonuncunun qanunsuz onların evinə daxil olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Səbail rayonu, O.Daşdəmirov küçəsi, ev 131 ünvanında yaşayır. Ailə həyatı qurmamışdır. Yaşadığı evin bir hissəsi onun, digər hissəsi isə qardaşı Şahların istifadəsindədir. Şahlar ailə qurandan sonra ailəsi ilə həmin evdə yaşayırlar. Onların bir övladı var. Onlarla bir həyətdə, lakin digər evdə bacısı Gözəl yaşayır. Sonuncunun evinin qarşısında həyətə girişi ayrıdır. Yaşadığı evə giriş bir olsa da onun istifadə etdiyi əraziyə girişi ayrıdır. Dəhliz və mətbəx ümumidir. 2022-ci ilin may ayının 15-dən o, əslən olduğu Quba rayonuna yay fəsilinə köçmüşdür. Uzun müddətli harasa gedərkən evin ona aid olan hissəsinin açarı bacısı Gözəldə olduğundan ara-bir sonuncu və ya Gözəlin oğlu Rauf gəlib yaşadığı sahəyə baş çəkirlər. Doğma bacı-qardaş olmalarına baxmayaraq Gözəlgilin Şahlarla və onun ailəsi ilə münasibətləri soyuqdur. 26 avqust 2022-ci il tarixdə axşam saat 21 radələrində qardaşı Şahlar ona zəng vuraraq Gözəlgildə evlərinin ümumi giriş qapısının açarın olubolmamasını soruşmuşdur. O, yalnız ona aid olan hissənin açarın Gözəldə olduğunu bildirib nə baş verdiyini soruşduqda Şahlar evdə olmadıqları vaxtı kimsə onun qonaq otağına girib televizorunu oğurladığını bildirmişdir. O, özünə aid olan hissə ilə bağlı maraqlandıqda Şahlar qapının bağlı olduğunu, üzərində zədə izi olmadığını bildirmişdir. 28 avqust 2022-ci il tarixdə o, Qubadan qayıtmış və özünə aid yaşayış sahəsinin qapısını açıb hər şeyin yerində olduğunu, heç kəsin içəri daxil olmadığından əmin olmuşdur. Həmin gün isə onlara məlum olmuşdur ki, Şahların evinə girib oğurluq edən Gözəlin oğlu Raufdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə fərdi qaydada taksi xidmətləri göstərir. O, əsasən 20-ci sahə dairəsinin yanında müştəriləri gözləyir. Təqsirləndirilən şəxs o, qonşu kimi təxminən 15 il olar ki, tanıyır, arabir sonuncuya və ailəsinə taksi xidməti göstərir. 27 avqust 2022-ci il tarixdə saat 15-16 radələrində yaşadığı evdən çıxıb avtomobiliylə 20-ci sahə dairəsinə tərəf hərəkət etməyə başlamış və Raufgilin evinin yanından keçərkən sonuncu bayıra çıxıb onu saxlatdırmış və “Neftçilər” metrostansiyasının yanına neçəyə apara biləcəyini soruşmuşdur. O, qardaşıgilə C.Naxçıvanski adına hərbi litseyin yanına gedəcəyini bildirib sonuncunu təmənnasız “Nargilə” kafesinin yanına apara biləcəyini demişdir. Rauf ondan lombard yeri tanıyıbtanımadığını soruşduqda o, hər yerdə lombard olduğunu deyib nə üçün lombard axtardığını soruşduqda Rauf evdə olan plazma televizoru lombarda qoyub pul götürmək istədiyini bildirmişdir. Səbəbini soruşduqda isə qumarda uduzduğunu bildirmişdir. Rauf “Nargilə” kafesinə qədər getməyinə razılaşmamış və istəyirsə televizoru ona sata biləcəyini demişdir. O, Raufa televizoru gətirməyi demiş və Raul yaşadığı evə gedib təxminən 8 dəqiqədən sonra əlində böyük ekranlı televizorla küçəyə çıxmış və o, həmin televizoru neçəyə satacağını soruşduqda Rauf əvvəl 200 manat qiymət qoymuşdur. O, televizoru evlərinə aparıb yoxlatdırmaq istədiyini bildirmişdir. Onlar evinə gəlmiş və televizoru mətbəxdə qoyub elektrik yuvasına taxdıqda o görmüşdür ki. televizorun ekranının iki yerində çatlar var. Televizorun pultu da normal işləməmişdir. O, televizorun bu vəziyyətdə olduğunu görüb televizorun təmiri üçün müəyyən məbləğdə pul vəsaitin tələb olunduğunu deyib televizorun sənədlərini istəmişdir. Rauf sənədlərin evdə olduğunu onları gətirəcəyini bildirmişdir. O, həmin televizoru Raufun dediyi qiymətdən aşağı qiymətə alacağını demiş və 130 manata alacağına razılaşmışdır. O, ilk olaraq Raufa evdə olan 100 manat vermiş və televizorun sənədlərini gətirəndən sonra yerdə qalan pulu verəcəyini demişdir. Rauf çıxıb getmiş və səhəri gün o televizoru bir daha yoxlatdırdıqda televizorun işləməyi onun xoşuna gəlmədiyi üçün o, televizoru maşınına qoyub Raufa qaytarmaq üçün sonuncunu axtarsa da tapa bilməmişdir. Ona görə də, televizor elə maşınında qalmışdır. Səhəri gün o Qobustan rayonuna gedərkən yaşadığı ərazinin sahə müvəkili Ədalət müəllim onun harada olduğunu soruşmuş və 20-ci sahədə olanda sonuncuya məlumat verməyi demişdir. O, həmin gün saat 14 radələrində 20-ci sahədə olanda Ədalət müəllimə zəng vurmuş vo sonuncu ilə görüşüb özünü təqdim etmişdir. Sahə müvəkkili ondan Rauf adlı oğlandan televizor alıb-almamağını soruşduqda o, təsdiqləmiş və bundan sonra həmin televizoru təqdim etmişdir. Təqsirləndirilən şəxs ona satdığı televizorun sonuncunun ailəsinə məxsus olmasını bildiyini, yalnız sahə müvəkkilinin deməsindən televizorun oğurluq yolu ilə əldə olunduğunu bildiyini, televizoru dəyərindən ucuz qiymətə almağın səbəbinin ekranında 2 yerdə çal olduğu üçün sönüb yanmasında problemlər olmasını bildirmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və istintaqında tədqiq olunmuş Məhkəməəmtəəşünaslıq ekspertizasının 23 sentyabr 2022-ci il tarixli, 9/6186 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş l ədəd Macarıstan istehsalı olan Samsung markalı “UE48H4200” modelli 48 düym (121 sm diaqonal) LED televizorun istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 400 manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 26 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşir, baxış zamanı evin giriş qapısının və içəridə olan qapıların, eləcə də pəncərələrin üzərində zədə və sair izlər aşkar edilməmişdir. “Görtürmənin aparılması barədə” 29 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 istintaq orqanına istifadədə olmuş 01 ədəd qara rəngli, Samsung markalı LED televizoru təqdim edərək həmin televizoru 27 avqust 2022-ci il tarixdə qonşusu Rauf adlı şəxsin ona 130 manata satdığını bildirmişdir. Televizor sübut əhəmiyyətli olduğundan götürülmüşdür. “Tanınmaya təqdim etmə haqqında” 30 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 təqdim etdiyi televizor tanınması üçün digər oxşar predmetlərin sırasında tanınması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim edildikdə sonuncu həmin telefon aparatını tanıyaraq 26 avqust 2022-ci il tarixdə həmin televizorun onun evindən oğurlanması aşkar etdiyini bildirmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 28 avqust 2022-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs 28 avqust 2022-ci il tarixdə saat 15:10-da tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi barədə” 30 avqust 2022-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Axtarışda olan şəxsin tutulması barədə” 15 noyabr 2022-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs 15 noyabr 2022-ci il tarixdə saat 15:00-da radələrində tutularaq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. “Qətimkan tədbirinin qüvvədə saxlanılması barədə” 16 noyabr 2022-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs barəsində 30 avqust 2022-ci il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmış və Səbail RPİ-nin MSY-dən azadlığa buraxılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, 14 mart 2023-cü il tarixdə tutularaq Səbail RPİ-nin MSY-nə təhvil verilmiş, 15 mart 2023-cü il tarixdə iş üzrə dayandırılmış icraat təzələnmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad olunaraq, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçildiyi nəzərə alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs: - Səbail Rayon Məhkəməsinin19 dekabr 2007-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib, 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. - Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə başlanılmış icraata 16 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd olunubdur. - Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə başlanılmış icraata 29 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd olunubdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, dəymiş ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını və gənc olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 28 avqust 2022-ci il tarixdən 30 avqust 2022-ci il tarixə, 15 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixə və 14 mart 2023-cü il tarixdən 15 mart 2023-cü il tarixədək ümumi 04 (dörd) gün tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Samsung markalı “UE48H4200” markalı televizorun zərərçəkmiş şəxsə qaytarılmasının nəzərə alınmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 11 (on bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 28 avqust 2022-ci il tarixindən 30 avqust 2022-ci il tarixinədək, 15 noyabr 2022-ci il tarixindən 16 noyabr 2022-ci il tarixinədək və 14 mart 2023-cü il tarixindən 15 mart 2023-cü il tarixinədək ümumi 04 (dörd) gün tutulduğu müddətin, 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisini tərk etməmək, ünvan 1 ünvanındakı yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun yaşadığı yer üzrə Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut qismində tanınmış Samsung markalı “UE48H4200” markalı televizorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat, Təqsirləndirilən şəxsndən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 192 (yüz doxsan iki) manat pul tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-53/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-53/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver