Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-53/2025 18.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi məhkəməyə daxil olmuşdur. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9 vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X5 barəsində xüsusi qərar çıxarılması və Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay, yəni 18 iyul 2025-ci il tarixədək uzadılması barədə qərar qəbul edilməsinini xahiş etdi. Vəsatət onunla əsaslandırmışdır ki, həmin cinayət işi fakta görə Bakı şəhəri Səbail rayon prokuroru Natiq Əsədov tərəfindənxx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə başlanmış, ibtidai istintaq Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, X8 tərəfindən aparılmış, ittiham aktı həmin müstəntiq tərəfindən 30 avqust 2024-cü il tarixdə tərtib edilməklə, 31 avqust 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədov tərəfindən təsdiq edilib, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasında müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Həmin Məcəllənin 223.3.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti, CPM-nin 223.4-cü maddəsinə əsasən, həmin qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilməlidir. İttiham aktına dair tələblər AR CPM-nin 289-cu maddəsində tənzimlənmişdir. İttiham aktı ibtidai istintaqın yekun aktıdır. O, cinayət işi üzrə ibtidai istintaqın qurtarmasını və nəticələrini özündə əks etdirir. İttiham aktı mühüm prosessual sənəd kimi istintaq orqanının gəldiyi nəticənin səciyyəvi xüsusiyyətlərini ehtiva edir. İttiham aktının nəticəvi hisssində təqsirləndirlən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri göstərilir. Hazırki iş üzrə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda Təqsirləndirilən şəxs elan olunmuş ittihamın məzmunu aşağıdakı kimi təsvir olunmuşdur: “ o, özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Şahid3 məxsus olan "Toyoya-Prius "(Hibrit) minik markalı, ** ZU *** qeydiyyat nişanlı avtomobili özünə məxsus olmadığı halda tanışı Şahid2 vasitəsilə tanıdığı Şahid1 Əlcan oğluna 17500 manata satacağını bildirərək, həmin məbləğin ilk ödəniş hissəsini Şahid1 məxsus GEELY EMGRAND MİNİK markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobili 5 500 dəyərləndirməklə 04 iyul 2023-cü il tarixdə ünvan 4 ünvanının yaxınlığında «Mobil natariat» tətbiqi vasitəsilə elektron qaydada avtomaşının sahibi X2 adından tanışı Şahid2 adına «nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair» etibarnamə verilməsinə nail olub faktiki olaraq həmin avtomobil üzərində sərəncam vermək imkanı əldə etməklə ələ keçirdikdən sonra guya qalan 12 000 manat pulu hər ay 400 manat olmaqla 30 ay müddətində ödəniş etməsinə razılaşdıraraq, 14 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, M.Useynov küçəsində yerləşən Qafur Məmmədov parkında (Bayıl parkı) ilkin aylıq ödəniş adı ilə Şahid1 400 manat pulu da alıb ələ keçirmiş, lakin, həmin ödənişləri "Toyoya- Prius "(Hibrit) minik markalı avtomobilin sahibi X4 etmədiyi üçün, sonuncu tərəfindən avtomobilinə dair Şahid1 verilmiş xx.xx.2023-cü il tarixli etibarnamə ləvg edilərək avtomobil Şahid1 alınsa da, o, verdiyi vədə əməl etməyib aldatmaqla, sonuncuya məxsus 5 500 dəyərləndə GEELY EMGRAND MİNİK markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobili özgəninkiləşdirməklə, habelə guya avtomobil sahibinə verəcəyi adı ilə ilkin aylıq ödəniş kimi aldığı 400 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə zərərçəkmiş şəxs Şahid1 ümumilikdə 5 900 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxsə verilmiş ittihamın təsvirində isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Şahid3 məxsus olan və aralarında heç bir sənədləşmə aparılmadan şifahi razılaşma ilə 1 200 manat ilkin ödəniş edərək qalan məbləği günü 25 manatdan 30 ay müddətində ödəniş etmək şərti ilə götürdüyü "Toyota-Prius" (Hibrit) minik markalı, ** ZU *** qeydiyyat nişanlı avtomobili (özünə məxsus olmadığı halda) tanışı Şahid2 vasitəsilə tanıdığı Şahid1 Əlcan oğluna 17 500 manata satması barədə danışıb razılaşaraq, həmin məbləğin ilk ödəniş hissəsini Şahid1 məxsus GEELY EMGRAND MİNİK markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobili 5 500 dəyərləndirib, 04 iyul 2023-cü il tarixdə ünvan 4 ünvanının yaxınlığında «Mobil notariat» tətbiqi vasitəsilə elektron qaydada avtomobilin sahibi X2 adından tanışı Şahid2 adına «nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair» etibarnamə alıb faktiki ələ keçirərək, qalan 12 000 manat pulu hər ay 400 manat olmaqla 30 ay müddətində ödəniş etməsi razılığı ilə, 14 iyul 2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən 30 saylı notariat kontorunda avtomobilin sahibi X3 adından Şahid1 Əlcan oğlunun adına nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verməklə, təhvil vermiş, 14 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, M.Useynov küçəsində yerləşən Qafur Məmmədov parkında (Bayıl parkı) ilkin aylıq ödəniş olaraq Şahid1 400 manat alıb ələ keçirmiş, maşının sahibi X7 ilə razılaşdıqları pulu ödəmədiyindən, sonuncu tərəfindən Şahid1 verilmiş etibarnamə birtərəfli qaydada ləvg olunaraq, avtomobil Şahid1 götürülmüş, Şahid1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə ilkin ödəniş adı ilə aldığı avtomaşının 5 500 manat və bir ayın ödənişi olan 400 manat, ümumilikdə 5 900 manat pulunu qaytarmayaraq, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Göründüyü kimi istintaqın gedişində müəyyən olunan hallarla istintaqın yekununda gəlinən nəticə fərqli olmuşdur. Bu hal isə ittiham aktı tərtib olunarkən nələrə diqqət yetirilməsinin vacibliyi əks olunan CPM-in 289-cu maddəsinin tələblərinin pozulması ilə nəticələnmiş və yekunda həmin pozuntu CPM-in 303.3.6-cı maddəsinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Göstərilənlərdən əlavə cinayət prosesi iştirakçılarına təsdiq olunaraq verilmiş ittiham aktının surətlərində ittihamın məzmunu cinayət işinin materiallarına əlavə edilmiş ittiham aktından fərqli olaraq təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda təsvir olunan kimi qeyd olunmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, ittiham aktında qeyd edilən ittihamın mahiyyəti, onu müdafiə etməsi və cinayət təqibini davam etdirə bilməsi üçün işdə iştirak edən dövlət ittihamçısına məlum olmalıdır. Qanunla həmin hallar məhkəmə iclasına qədər aradan qaldırılmadığı təqdirdə, məhkəmə iclasında dövlət ittihamçısına ittihamın mahiyyətini əks etdirən zəruri tərkib elementləri ilə bağlı yeni halları araşdırıb müəyyən edərək ittihama daxil etmək, ona düzəlişlər etmək səlahiyyəti verilməmişdir. Məhz bu səbəbdən, ittiham aktı göstərilənlərlə əlaqədar CPM-in 289-cu maddəsinə uyğun tərtib edilmədikdə, qanun yalnız Azərbaycan Respublikası CPM-nin 303-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməli olmasını müəyyən etmişdir. Qeyd olunanlar isə, bilavasitə ittihamın mahiyyətinə təsir edən əlamətlər olduğundan Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinin ifadə etdiyi mənada “məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntudur” və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Göründüyü kimi, cinayət işi üzrə məhkəməyədək icraat zamanı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair iş üzrə məhkəmə baxışının təyin edilməsini mümkünsüz edən ittiham aktının tərtibinə dair CPM-nin tələblərinin kobud pozuntularına yol verilmişdir. Bu isə Azərbaycan Respublikası CPM-nin 303-cü maddəsinin tələblərinə əsasən, məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini zəruri edir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməli, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X8 barəsində xüsusi qərar çıxarılaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X8 barəsində xüsusi qərar çıxarılaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi göstərmişdir ki, təqsirləndirilən şəxsin hüquqları pozulmuşdur. Bu səbəbdən cinayət işinin baxılmasına xitam verilməsini və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatətlə razıdır. Lakin Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılması ilə bağlı hissə ilə razı deyil. Hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs cinayət işinin yenidən istintaq orqanına qaytarılmasına etiraz etmədi. Məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ittiham aktı və cinayət işi materialları öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı bir sıra kobud qanun pozuntularına yol verildiyindən dövlət ittihamçısının vəsatəti təmin edilməli və cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi öyrənilərkən müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda göstərilən ittihamın məzmunu ilə ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxsə verilmiş ittiham üst-üstə düşmür və bununla ziddiyyət yaranmışdır. Hazırkı iş üzrə ittiham aktı müvafiq hissələrdə CPM-in 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Təsbit olunanlara əsaslanaraq məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında yaranmış anlaşılmazlıq CPM-in 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud prosessual pozuntu kimi qəbul edilməlidir. Cinayət Prosessual Məcəllənin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntusudur və bu halda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. CPM-in 306.2.2.-ci maddəsinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə CPM-in müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Vəsatətin təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması hissəsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması 01 (bir) ay müddətə uzadılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı mərhələdə Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesini həyata keçirən orqanın çağırışına üzrlü səbəblər olmadan gəlməmək, digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın normal gedişinə mane olmaq ehtimallarının olması məhkəmə tərəfindən nəzərə alınır. Beləliklə, sadalanan xüsusatlara məcmu halında qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan kobud prosessual pozuntularının müəyyən edilməsi ilə bağlı, cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanılmasının 01 (bir) ay müddətə uzadılması barədə qərar qəbul edilməlidir. Beləliklə, sadalanan xüsusatlara məcmu halında qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılmasının 01 (bir) ay müddətə uzadılmalı, həmçinin fəaliyyətində kobud qanun pozuntularına yol vermiş Bakı Şəhər Səbail rayon Polis İdarəsinin baş müstəntiqi X5 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarımalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 157, 299, 300.1.5, 303.3.6, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6 vəsatəti təmin olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6 Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin 01 (bir) ay müddətə uzadılması barədə vəsatəti təmin olunsun və həbsdə saxlanılması 01 (bir) ay müddətə uzadılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bakı şəhər Səbail rayon Polis İdarəsinin baş müstəntiqi X8 tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmasına yol verildiyi müəyyən edilsin və barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 334 (üç yüz otuz dörd) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı vəkil bürosunun hesabına keçirilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və protesti verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-53/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-53/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver