Məhkəmə qərarları › İş №1(009)-54/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-54/2022

21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-54/2022 21.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Məmmədli kəndi, Xaqani küçəsində pasport qeydiyyatda olan, Səbail rayonu G.Əliyev küçəsi ev 9 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir büküm, təmiz çəkisi 0,327 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 bükümdə şəxsi istehlak miqdarından artıq olmayan təmiz çəkisi 0, 040 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış proxotrop maddə metamfetamin əldə edərək üstündə saxlamaqla daşımış, 04 avqust 2021-ci il tarixdə saat 04:45-də Bakı şəhəri Səbail rayonu Gülbala Əliyev küçəsində yerləşən “Faiq” kafesinin qarşısında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X8 4-cü Patrul bölüyü əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Səbail RPİ-nin 8-ci polis bölməsinə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sol qabaq cibindən bir büküm təmiz çəkisi 0,327 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 bükümdə şəxsi istehlak miqdarından artıq olmayan təmiz çəkisi 0,040 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə - heroin və psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyçsi ilə məşqul olması barədə Səbail rayon Polis idarəsinin 8-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında 16 sentyabr 2021-ci il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri Səbail rayonu G.Əliyev küçəsi-12 ünvanında Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Səbail rayonu Ə.Yaqubov küçəsində yerləşən 8-ci PB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins parçadan şalvarının sağ qabaq cibindən 2 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,152 qram və 0,047 qram, ümumi təmiz çəkisi 0,199 qram qəhvəyi rəngdi kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,02 qram, 1,451 qram, ümumi təmiz çəkisi 1,471 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bir ildən artıqdır ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini yandıraraq tüstüsünü nəfəsinə qəbul etməklə istifadə edir, əvvəllər nakrkotik vasitə marixuananı siqaretə doldurub çəkməklə də qəbul etmişdir. Daimi iş yeri olmayıb 15 gündür ki, ’Piyalə” şirkətinə sürücü kimi işə düzəlmiş, əvvəllər məhkum olunmamış, təxminən 5-6 aydır narkotik vasitə olan heroin və şüşə çəkmək yolu ilə istifadə edir. 06.07.2021-ci il tarixdə 20 yanvar metro stansiyası yaxınlığında yerləşən binaların birinə su çatdırılması edən zaman orada məhəllədə təsadüfən Əmrah adlı şəxslə tanış olmuş, Yasamala aid neise lazım olsa çox vaxt olduğunu deyib şifrəli danışmışdı, onun narkotik nəzərdə tutduğunu başa düşmüş, 03 avqust 2021-ci il tarixdə həmin məhəlləyə getdib Əmrahı tapıb şəxsi istifadəsi ücün cəmi iki bükümdə gümüşü falqaya bükülmüş vəziyyətdə 1 büküm narkotik vasitə heroin və 1 büküm şüşə adlı narkotik maddəni cəmini 20 manat müqabilində ondan almışdı və istifadə etmədən saxlamışdı. 04 avqust 2021-ci il tarixdə səhər saat 04:45 radələrində işə gedən zaman yolda tanıdığı Fəqan və Amil adlı şəxsləri görüb onlar saxladıb yola qədər onları aparmasını istəmiş və avtomaşına əyləşbilər. Gülbala Əliyev küçəsində yerləşən “Faiq” kafenin qarşısında, polis əməkdşları saxlatdırdılar avtomaşını saxlayan kimi Fəqan və Amilə qaçmalarını demişdi özüdə üzərində aldığı həmin iki ədəd gümüşü falqaya bükülmüş vəziyyətdə olan narkotik vasitələr qara rəngli cins şalvarının sol qabaq cibində olduğu üçün qaçmaq istəyəndə polis əməkdaşları saxlamış və niyə qaçmaq istədiyini soruşmuş qorxub üzərində narkotik vasitə olduğunu etiraf etmişdi sonra 8-ci PB-nə gətirmişdilər. 8-ci PB-nə dəvət olunmuş vəkilin iştirakı ilə üzərinə axtarış aparılarkən üzərində olan cəmi iki bükümdə gümüşü falqaya bükülmüş vəziyyətdə 1 büküm narkotik vasitə heroin və 1 büküm şüşə adlı narkotik maddəni masanın üzərinə qoymuş, polis əməkdaşı tərəfindən həmin narkotik maddələri qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və o da həmin protokola imza etmişdir, həmin şəxsi axtarış mobil telefon vasitəsilə polis əməkdaşları tərəfindən videoya çəkilmişdir. 08 sentyabr 2021-ci il tarixdə İnstaqram sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı Cavid adı ilə özünü təqdim edən şəxslə tanış olmuşdur, Cavidlə “İnstaqram” sosial şəbəkəsində danışıb narkotik vasitələrin satışı ilə məşğul olduğunu öyrənmiş və Cavid narkotik vasitə satmasını bildirərək ona almaq istəyib-istəmədiyini soruşmuşdur, o Cavidin təklifini qəbul edib qiyməti və növləri ilə maraqlanmış, Cavid bildirmiş ki, 4 bükümdə narkotik vasitə heroin və psixotrop maddə-şüşəni ona 160 manat satacaq, onun dediyi qiymət uyğun olduğuna görə razılaşmışdır. Cavid “İnstaqram” sosial şəbəkəsində bank kartına aid 16 rəqəmli məlumatları ona yazmış və o, 10 sentyabr 2021-ci il tarixdə Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsində olan “MilliÖn” ödəniş terminalından Cavidin ona göndərdiyi və hazırda xatırlamadığı hesaba 160 manat pulu yükləmişdir. Cavid ona “lnstagram” sosial şəbəkəsində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində narkotik vasitələrin olduğu yerin şəklini göndərmiş, o da 10 sentyabr 2021-ci il tarixdə, saat təxminən 16:30 radələrində Cavidin göndərdiyi şəkilə əsasən həmin ünvana gedib orada bir daşın altında olan dörd bükümdə olan narkotik vasitə və psixotrop maddəni götürüb yaşadığı ünvana qayıtmışdır. Həmin yerə tək getmiş və onu orada görən olmamışdır, həmin ünvanı hazırda xatırlamır və göstərə bilməz. Həmin vaxtdan Cavid adlı İİR vətəndaşı kimi özünü təqdim edən şəxsin sosial şəbəkə vasitəsilə ona satdığı, ikisində şüşə, ikisində isə heroin olan 4 ədəd bükümləri əynində olan qara rəngli cins parçadan şalvarının sağ yan cibində saxlayırmış, üstündən götürüb istifadə etməmişdir. Həmin şüşə və heroinin onda olması barədə ailə üzvlərinin və dosttanışlarının məlumatı olmamışdır və həmin şüşədən, heroindən heç kimə satmamış, verməmişdir. 16 sentyabr 2021-ci il tarixdə, axşam vaxtlarında o dostu Fəqanla yaşadığı ünvanın yaxınlığında olarkən polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və sonra onu və Fəqanı Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə aparmışlar, həmin vaxt İİR vətəndaşından sosial şəbəkə vasitəsilə aldığı 2 büküm narkotik vasitəheroin və 2 büküm psixotrop maddə-metamfetamin əynindəki şalvarın sağ yan cibində imiş, onlar siqaretin gümüşü falqasma bükülü halda imişlər, bölmədə vəkil dəvət etməklə üstündə şəxsi axtarış aparılarkən o həmin narkotik vasitə və psixotrop maddə olan 4 ədəd bükümləri polis əməkdaşlarına təqdim etmiş və videoçəkiliş aparılmaqla həmin bükümlər ondan götürülmüşdür, bu barədə protokol tərtib edilmişdir ki, o həmin protokola imza etmişdir. O həmin narkotik vasitə-heroini və psixotrop maddə- metamfetamini özü qəbul etmək üçün alıbmış və bu məqsədlə də üstündə saxlayırmış, heç vaxt heç kimə narkotik vasitə və psixotrop maddə satmamış, bəxşiş etməmişdir. Narkotik vasitə, psixorop maddənin qanunsuz əldə edilməsinin saxlanmasının, daşınmasının cinayət olmasını bilir, lakin onların aludəçisi olduğundan, orqanizmimi tələb etdiyindən onları alıb qəbul edir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, əməlini etiraf etməsinin, ilk dəfə cinayət törətməsinin, cinayətin açılmasında fəal kömək etməsinin, anasının xəstə olmasının və gənc olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 04 avqust 2021-ci il tarixdə iş yoldaşı Şahid2 ilə AP 2448 çağırışlı avtopatrulla Səbail RPİ- nin 8-ci PB-nin xidməti ərazisində saat 04:45 radələrində Gülbala Əliyev küçəsi ilə Faiq kafesi istiqamətində hərəkətdə olarkən kafenin qarşısında Domas markalı mini yük avtomobilini gördükdə həmin avtomobilə yaxınlaşmaq istədikdə avtomobilin içərisində olan 3 nəfər şəxsin nəqliyyat vasitəsindən düşərək qaçmağa başlamışlar, onlar həmin qaçan 3 nəfərdən birini tutub saxlamış və ondan niyə qaçmalarının səbəbini soruşduqda həmin şəxs səmimi olaraq etiraf etmiş ki, əynində olan qara rəngli cins parçadan şalvarının sol cibində narkotik vasitə vardır, dostları da polislə problem yaşamasınlar deyə qaçmışlar, qaçan dostlarının da üzərlərində narkotik vasitə olub- olmadığını soruşduqda həmin saxladıqları şəxs “bu barədə məlumatı olmadığını” demişdir, sonra onlar həmin saxladıqları şəxsi Səbail RPİ-nin 8-ci PB-nə gətirmiş və raport yazaraq 8-ci PB-nin növbətçi hissəsinə təhvil vermişlər, orada məlum olmuş ki, həmin saxladıqları şəxs X5r. Sonra 8-ci PB-nin baş təhqiqatçısı Mahir Feyzullayev tərəfindən vəkil dəvət etməklə gətirdikləri həmin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarışın gedişi mobil telefon vasitəsilə videoya çəkilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış aparılması barədə qərar elan edilmiş və sonra təhqiqatçı tərəfindən ona təklif olunmuş ki, paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilən, yaxud maddi sübut əhəmiyyətinə malik ola bilcək əşyalar və sənədlər vardırsa, onları könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins parçadan şalvarının sol yan cibindən iki ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş bükümləri təqdim edib həmin bükümlərin içərisində narkotik vasitə-heroin və narkotik maddə olan şüşənin olmasını bildirdi və həmin heroin və şüşəni 2021-ci ilin avqust ayının 03-də, axşam saatlarında Bakı şəhəri nəsimi rayonu, 20 Yanvar metrostansiyasınm yaxınlığında Əmrah adlı şəxsdən şəxsi istehlakı məqsədi ilə alaraq üstündə gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd siqaretin gümüşü falqasına bükülmüş bükümlər açıldı və bükümün birinin içərisində tünd qəhvəyi rəngdə toz şəkilli, spesifik qoxulu narkotik vasitə-heroinə bənzər kütlə olması, digərində isə ağ rəngli kristal formalı olan narkotik maddə mütamfetamin aşkar edildi. Həmin iki ədəd bükümdə olan narkotik vasitə-heroinə bənzər kütlə və narkotik maddə olan metanfetaminə bənzər maddə təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırıldı və möhürlənərək götürüldü. Həmin iki bükümdə olan narkotik vasitəyə bənzər kütlədən və narkotik maddə olan metanfetamindən başqa Təqsirləndirilən şəxs üzərində başqa heç nə aşkar edilmədi. Təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edildi və mən də daxil olmaqla iştirakçılara oxunduqdan sonra doğru tərtib edildiyi imzalarımızla təsdiq edildi.. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, daxil olmuş məlumat əsasında 8-ci PB-nin sahə inspektoru Şahid4 və özündən ibarət əməliyyat qrupu yaradılaraq 16 sentyabr 2021-ci il tarixdə, saat, təxminən 20:30 radələrində Bakı şəhəri Səbail rayonu Gülbala Əliyev küçəsində yerləşən “Dəmirçilər məhləsi”də xarici əlamətləri məlumata uyğun gələn Səbuhi və Fəqan adlı şəxsləri Səbail rayonu, G.Əliyev küçəsi-12 ünvanında saxlamış və özlərini təqdim edərək onları şəxsi axtarış aparılması məqsədi ilə Səbail rayon Polis idarəsinin 8-ci Polis bölməsinə dəvət etmişlər. PB-də onların şəxsiyyətləri dəqiqləşdirildikdən sonra üzərlərində şəxsi axtarış aparılması üçün rəhbərliyin icazəsi ilə bölməyə vəkillər dəvət olunmuş və 8-ci PB-nin təhqiqatçısı X7 tərəfindən bölmənin inzibati binasında olan otaqda saat 21:20 dəqiqədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışın gedişi mobil telefon aparatının videkamerası vasitəsilə videoya çəkilmiş və videoçəkiliş barədə şəxsi axtarışın iştirakçılarına elan edilmişdir, etiraz edən olmamışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış aparılacağı barədə qərarla tanış edildikdən sonra paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilən, yaxıd iş üzrə maddi sübut əhəmiyyəti daşıyacaq digər əşyalar və ya sənədlər vardırsa könüllü təhvil verməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins parçadan şalvarının sağ yan cibindən siqaretin gümüşü falqasına bükülmüş bükümləri təqdim edib bildirmiş ki, bükümlərin ikisində narkotik vasitə - heroin və psixotrop maddə - metamfetamin vardır, həmin narkotik vasitə və psioxtrop maddəni 10 sentyabr 2021-ci ildə İnstaqram sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı Cavid adlı şəxsin bilmədiyi hesabına 160 manat ödəniş etdikdən sonra Bakıxanov qəsəbəsində tanımadığı küçədə olan daşın altından götürmüş və şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 4 ədəd siqaretin gümüşü falqası bükümləri açılmış və onlardan ikisinin içərisində tünd qəhvəyi rəngdə, toz-kristal şəklində spesifik qoxuya malik, narkotik vasitə-heroinə bənzər kütlə və iki bükümün içərisində ağ rəngli kristall şəkilli, spesifik qoxuya malik psixotrop maddə-metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin 04 ədəd büküm təhqiqatçı tərəfindən kağız zərfə qoularaq möhürlənib qablaşdırılaraq götürülmüş və təhqiqatçı həmin faktla əlaqədar protokol tərtib edərək iştirakçılara oxuduqdan sonra protokolun düzgünlüyü o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Şahid3 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında Bakı şəhəri Səbail RPİ-nin Təhqiqat şöbəsində şəxsi axtarış və götürmə aparılan zamanı qeydə alınmış videogörüntülərə baxış keçirilmişdir və müəyyən edilmişdir ki, Şübhəli şəxs Təqsirləndirilən şəxs təklifdən sonra əynindəki qara rəngli şalvarının sol cibindən 02 ədəd gümüşü rəngli falqaya bükülmüş bükümləri çıxarıb stolun üstünə qoyur və həmin bükümlərdə nə olması soruşulduqda bildirir ki, bükümün biri narkotik vasitə-heroin və digəri narkotik maddə şüşədir, onları 2021-ci ilin avqust ayının 03-də axşam saatlarında Nəsimi rayonu 20 Yanvar dairəsi yaxınlığında Ərmah adlı şəxsdən alaraq şəxsi istifadəsi üçün üzərində saxlamış və üstündə gəzdirir. Həmin bükümlər açıldı və bükümün birində tünd qəhvəyi rəngdə, toz şəkilli, spesifik iyə malik, narkotik vasitə-heroinə bənzər kütlə, digərində isə ağ rəngli psixotrop maddə metamfetamin olması müəyyən edildi. Həmin bükümlərdə olan narkotik vasitə-heroinin və psoxortop maddə metamfemain iş üzrə maddi sübut kimi əhəmiyyəti olmasını nəzərə alaraq bükümlər kağız zərfə qoyulub möhürlənərək qablaşdırılmış və götürülmüş, sonra təhqiqatçının bu barədə tərtib etdiyi protokola iştirakçılar imza edirlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş materialların məhkəmə ekspertizasının 4 avqust 2021-ci il tarixli, 6/3294 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 2 ədəd bükümdə təmiz çəkisi 0,327 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 0,040 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri”n, metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri” İ siyahısına daxildirlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş materialların məhkəmə ekspertizasının 17 sentyabr 2021-ci il tarixli, 6/4105 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” yazısı olan zərfdəki 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,152 qr və 0,047 qr, ümumi təmiz çəkisi 0,199 qram qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,02 qr və 1,451 qr, ümumi təmiz çəkisi 1,471 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri”, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”n İ siyahısına daxildirlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş materialların məhkəmə ekspertizasının 26 oktyabr 2021-ci il tarixli, 6/4523 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti № 59” və “Tədqiqat Obyekti № 260” ştamp əksləri olan paketlərdəki -Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə 3 ədəd bükümdəki heroinlər xarici əlamətlərinə və tərkibindəki kompanentlərinə görə eynidirlər; -Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə 3 ədəd bükümdəki metamfetamin xarici əlamətlərinə və tərkibindəki kompanentlərinə görə eynidirlər; -Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinlər, X4 götürülmüş heroinlə xarici əlamətlərinə və tərkibindəki kompanentlərinə görə fərqlidirlər. -Təqsirləndirilən şəxs götürülmüş heroinlərin və metamfetaminin ilkin tədqiqat zamanı ayrı-ayrılıqda və ümumi təmiz çəkiləri MEM-nin 6/3294 və 6/4105 saylı və X4 götürülmüş heroinin ilkin tədqiqat zamanı təmiz çəkisi 6/4118 saylı ekspert rəylərində göstərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Maddi sübut hesab etmək haqqında 10 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 04.08.2021-ci il tarixdə götürülmüş narkotik vasitə-heroinin təmiz çəkisi 0,327 qram (ilkin ekspertizaya sərf edildi 0,05 qram) - qalıq 0,277 qram, (müqayisəli ekspertiza tədqiqatına hərəsindən 0,01 qram sərf edildi) - qalıq 0,267 qram; psixotrop maddə- metamfetaminin təmiz çəkisi 0,04 qram (ilkin ekspertizaya sərf edildi 0,02 qram) qalıq 0,02 qram, (müqayisəli ekspertiza tədqiqatına 0,01 qram sərf edildi) - qalıq 0,01 qram; 16.09.2021-ci il tarixdə götürülmüş narkotik vasitə-heroinin ümumi təmiz çəkisi 0,199 qram, (ilkin ekspertizaya sərf edildi 0,06 qram) - qalıq 0,139 qram, (müqayisəli ekspertiza tədqiqatına 0,01 qram sərf edildi) - qalıq 0,119 qram; metamfetaminin ümumi təmiz çəkisi 1,471 qram, (ilkin ekspertizaya sərf edildi ümumi 0,06 qram) - qalıq 1,411 qram, (müqayisəli ekspertiza tədqiqatına sərf edildi 0,01 qram) - qalıq 1,121 qram, həmçinin təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişatı çəkilmiş 02 ədəd disklər maddi sübut hesab edilmiş, narkotik vasitə və psixotrop maddələr saxlanılması üçün Səbail RPİ-nin saxlan yerinə təhvil verilmiş, disklər isə cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən götürülmüş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə məlumat yoxdur. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 sentyabr 2021-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, ilk dəfə cinayət törətməsini, cinayətin açılmasında fəal kömək etməsini, anasının xəstə olmasını və gənc olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 04 avqust 2021-ci il tarixdən 05 avqust 2021-ci il tarixədək, 01 (bir) gün, 16 sentyabr 2021-ci il tarixdən 18 sentyabr 2021-ci il tarixədək, 02 (iki) gün, şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş ambulator məcburi narkoloji tibbi yoxlamanın 08.10.2021-ci il tarixli, 3838 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan hər biri 0,267 və 0,119 qram narkotik vasitə-heroin, 0,01 və 1,121 qram psixotrop maddə-metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, iki ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən X3 hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 04 avqust 2021-ci il tarixdən 05 avqust 2021-ci il tarixədək, 01 (bir) gün, 16 sentyabr 2021-ci il tarixdən 18 sentyabr 2021-ci il tarixədək, 02 (iki) gün, şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) gün çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 3 ünvanı yaşayış yerini hər gün saat 23-00-dən 700dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan hər biri 0,267 və 0,119 qram narkotik vasitə-heroin, 0,01 və 1,121 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iki ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 342 (üç yüz qırx iki) manat, 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 228 (iki yüz iyirmi səkkiz) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar