Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-54/2023 09.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X6 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: X8 və Zərərçəkmiş şəxs1, Müdafiəçilər: Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X9, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, və Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, onun yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə və sağlamlığına ağır zərər vurmanın yetirilməsinə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə saat 23:50-də nəqliyyat vasitəsini idarə etmək hüququ verən BD 503529 nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, Zərərçəkmiş şəxs3-yə məxsus “Toyota Prius” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Bakı-Qazax yolunun 2-ci kilometrliyində mərkəz istiqamətində saatda 60 kilometr sürəti ilə hərəkətdə olarkən Bakı Su İdman sarayına aparan yolla kəsişdiyi yerin qarşısında “X24” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tələblərə riayət etməmiş, qarşısında yolu onun hərəkət istiqamətinə nisbətdə soldan sağa doğru birlikdə yanaşı keçməkdə olan piyadalar Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs4, eləcə də Azərbaycan Respublikası vətəndaşları Zərərçəkmiş şəxs1 və X5 onun hərəkəti üçün təhlükə yaratdığı halda hadisənin qarşısının alınması üçün texniki imkanın olmasına baxmayaraq, avtomobili tam dayanma həddinə qədər dayandırmadan ehtiyyatsızlıqdan adları qeyd olunmuş piyadaları avtomobilin qabaq hissəsi ilə vuraraq Yusif Türksoyuya hər iki ağciyərin və qaraciyərin kəskin qan itirmə ilə müşayiət olunan cırılmış yaraları, hər iki ağciyərə qansızmalar və sağdan İ, İİ, İİİ, İV, V, Vİ qabırğaların və solan Vİ qabırğanın onurğayam xətt üzrə, sağdan İİİ və İX qabırğaların mənə xətti üzrə yerdəyişmiş qəlpəli sınıqları və qabırğarası əzələlərə qansızmalar, sağ baldır sümüklərinin açıq yerdəyişmiş qəlpəli sınıqları, başın sol təpə-alın hissəsində beyinin sərt qişasına və beyinciyə qansızmalar və başın alın nahiyəsinin yumşaq toxumaları altına qansızma, sağ baldır və hər iki bud, sağ almacıq-gicgah, alın, sol qaşüstii, sağ bazu oynağı, sol gicgah nahiyələrinin, sol qulaq seyvasının, hər iki əlin arxa səthinin, sol mil-bilək oynağı nahiyəsinin, sağ körpücüküstü nahiyənin, sağ bazunun, sağ dirsək oynağı nahiyəsinin, sağ bazunun, sağ saidin sıyrıqları, sağ kürək və kürəkaltı nahiyənin iri ölçülü qançır və sıyrığı ilə müşayiət olunan, dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla ölümü ilə birbaşa səbəbli əlaqəli, Zərərçəkmiş şəxs1 müştərək travma, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, hər iki qasıq, oturaq sümüklərinin qapılı, yerdəyişmiş, sol baldır sümüklərinin proksimal uclarının açıq qəlpəli yerdəyişmiş sınıqları ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvıırmaya aid, Gülnar Abdullayevaya qapalı kəllə beyin travması, baş beyin əzilməsi, alın nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, Yusif Türksoyun aldığı travma kompleksi nəticəsində hadisə yerində 26 avqust 2022-ci il tarixdə ölməsinə səbəb olmuş, elədə də “Toyota Prius” markalı 77-PJ-7J2 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnərək Zərərçəkmiş şəxs3-yə 1600 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Lizinq şirkəti ilə bağladığı müqaviləyə əsasən həmin şirkətə məxsus Toyota Prius markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 26 avqust 2022-ci il tarixdə saat 23:43-də o, 20-ci sahədən “Nargilə” kafesinə gediş üçün sifariş qəbul etmiş və təxminən 5 dəqiqədən sonra kişi cinsindən müştərini 20-ci sahədə yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsindən götürüb oradan Bibi-Heybət qəsəbəsindən “Bayraq meydanı” istiqamətinə gedən yola çıxmış və yolun sağdan birinci hərəkət zolağı ilə hərəkətini saatda təxminən 60 kilometr sürəti ilə aparmışdır. Həmin vaxtı yolun sağ kənarında sayrıcı işıqları işlək vəziyyətdə olan yol patrul xidmətinin avtomaşını dayanmışdır və polis inspektoru maşının yanında dayanmışdır. Su İdman sarayına gedən yolu keçən kimi o, ani olaraq o avtomobilinə nəsə dəyməsini hiss etmişdir. “Prius" markalı avtomobilin ön şüşəsinin çərçivəsinin konstruktiv xüsusiyyətinə görə görünüş dairəsini bir qədər məhdudlaşdırılır. O, avtomobili dərhal saxlamış və maşından düşərək maşının nəyə dəyməsinə nəzər yetirdikdə avtomobilindən bir qədər qabaqda ikisi qadın, biri isə kişi olmaqla üç nəfərin yolun işlək hissədə uzanmalarını görmüşdür. Onun yanında olan sərnişin düşüb elə orada çıxıb getmişdir. Bu zaman yol patrul xidməti inspektoru ona yaxınlaşmış və təcili yardım briqadasını çağırmış, tibbi briqada gələnə kimi kişi hadisə yerində keçinmişdir. Sonra təcili tibbi yardım maşını qadınları xəstəxanaya aparmışdır. Hadisə baş verən yerin lap yaxınlığında yeraltı piyada keçidi olmuş, hadisə havanın qaranlıq vaxtı küçənin işıqlandırılmayan hissəsində baş vermişdir, piyadaçılar piyadalar üçün nəzərdə tutulmuş yeraltı keçidi ilə yox, həmin keçidin üstü ilə 5 zolaqlı maşınların sıx hərəkətdə olduğu yolu keçməyə çalışmışdılar bununla da piyadalar yol hərəkəti qaydalarını pozaraq öz ehtiyyatsızlığı nəticəsində xəsarət almışdılar. Təcili yardım briqadası gələrkən piyadaların içkili vəziyyətdə olduğunu söyləmişdilər. O, hadisənin qarşısını almaq üçün heç nə edə, eləcə də fiziki cəhətdən piyadaları görə bilməzdi. Piyadalar qəfildən piyadaların hərəkəti üçün nəzərdə tutulmayan yerdə qaranlıq vaxtı küçənin işıqlandırılmayan hissəsində digər maşının ön hissəsindən anidən qabağına çıxmışdılar. Həmçinin Təqsirləndirilən şəxs, cinayətin ondan asılı olmayan səbəblərdən baş verməsini, hadisənin zərərçəkmiş şəxslərin qanunla müəyyən olunmuş piyadalar üçün nəzərdə tutulan yeraltı keçiddən deyil məhz yolun hərəkət hissəsindən keçməsi nəticəsində baş verməsini, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, iş üzrə zərərçəkmiş şəxslərlə həmçinin dünyasını dəyişən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və bu barədə notarial qaydada təsdiq olunmuş barışıq ərizələrinin məhkəməyə təqdim olunmasının nəzərə alınmasını və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza tətbiq olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, iş üzrə təyin edilmiş məhkəmə-tibbi, məhkəməəmtəəşünaslıq və məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizalarının rəyləri, iş materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntülər, eləcə də iş üzrə toplanmış digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı ifadə vermiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, Türkiyə Respublikasının, Adana şəhərində anadan olmuş və hazırda da orada ailəsiylə birlikdə yaşayır. Ailədə 2 qardaş bir bacı olmuşdular. O, mərhum qardaşı Zərərçəkmiş şəxs4 ilə Türkiyə Respublikasında Ahşap Ürün Sanayi şirkətində mebel yığımı üzrə usta çalışırmışlar. Həmin şirkətin göndərişləri əsasında dünyanın müxtəlif ölkələrində ezamiyyətdə olmuşdular. Qardaşı təxminən 2022-ci ilin yanvar ayında Azərbaycana Bakı şəhərində yerləşən “Dream Land” şirkətində işləmək üçün bir il müddətinə ezam olunmuşdur. Bu qardaşının qərib ölkəyə ilk ezamiyyəti olmuşdur. Qardaşı şirkətə məxsus yaşayış kompleksində müvəqqəti qeydiyyatda olmaqla orada yaşamış, ailə həyatı qurmamış, müvəqqəti yaşamaq hüququ icazə verən sənəd almana qədər 3 aydan bir Türkiyyə gəlibgetmişdir. 2022-ci ilin avqust ayının əvvələrində o, şirkət tərəfindən Özbəkistan Respublikasının Samarkənd şəhərinə ezam olunmuşdur. 27 avqust 2022-ci il tarixdə səhər saatlarında işlədiyi şirkətin İstanbuldakı nümayəndəsi ona zəng vuraraq qardaşı Yusufun Bakı şəhərində olan iş yoldaşlarının qardaşının bir neçə saat öncə avtomobil tərəfindən vurularaq dünyasını dəyişməsi barədə məlumat verdiklərini bildirmişdir. O, bu məlumatı alan kimi gecə ilə Türkiyəyə qayıtmış və qardaşının iş yoldaşlarının köməkliyi ilə mərhum qardaşının cəsədi hava limanı vasitəsi ilə Adana şəhərinə göndərilmişdir. Sonra ailəsi qardaşının dəfni ilə məşğul olmuşdur. İşlədiyi şirkətin göndərişi əsasında 28 sentyabr 2022-ci il tarixdə qardaşının işləmiş olduğu pozisiyaya ezam olunmuşdur. Eyni zamanda cinayət prosesində iştirak elməyinə icazə verildiyindən o, istintaqda qardaşının hüquqi varisi kimi iştirak edir. Baş vermiş yol-nəqliyyat hadisəsinin şahidi olmadığı üçün hadisənin baş vermə mexanizmi ilə bağlı heç bir məlumatı yoxdur. Məhkəməyə daxil olmuş zərərçəkmiş şəxsin hüquqi varisi X2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulan ziyan tam olaraq ödənilmiş, onunla barışıq əldə etmiş və həmin şəxsə qarşı şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı verdiyi mülki iddiadan imtina etmişdir. Həmçinin bununla bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, hadisədən təxminən bir ay əvvəl işləmək üçün Bakı şəhərinə köçmüş və qohumu X15 qəsəbəsində kirayədə qaldığı evə köçmüşdür. Bakı şəhərinə gələndən sonra Bayıl qəsəbəsində yerləşən kafelərin birində qabyuyan kimi işə düzəlmişdir. Gülnar da onun kimi kafedə qabyuyan işləmişdir. 26 avqust 2022-ci il tarixdə həmişəki kimi saat 23:30 radələrində o işdən çıxmışdır. Gülnar da təxminən bu vaxtı işdən çıxmış və onlar görüşüb kirayədə qaldıqları evə birlikdə yola düşmüşdülər. 8-ci polis bölməsinin yaxınlığında yolu dənizkənarı parka tərəf keçməyə başlamış və iki hərəkət istiqaməti ayıran zolağın üzərində dayanıb mərkəz istiqamətinə hərəkət edən avtomobilləri gözləməyə başlamışdılar. Həmin vaxt sağında bir nəfər 35-40 yaşında oğlanın dayanmasını görmüş, sonuncu da onlar kimi yolun keçməsi üçün gözləmişdir. Bir neçə maşın buraxandan sonra yolun boş olduğunu görüb adi yerişlə yolu dənizkənarı parka tərəf keçməyə başlamışdır. Sağında dayanmış oğlan da yolu onlarla bərabər keçməyə başlamışdır. Onlar yolu bir sırada keçirmişlər. Yolun böyük hissəsini keçəndən sonra qəfildən şəhərin mərkəzi istiqamətində hərəkət edən avtomobilin üstlərinə gəldiyini görmüş, lakin məsafə az olduğundan heç bir tədbir görə bilməmiş və həmin avtomobil üçünü də vurmuşdur. Zərbədən o huşunu itirmiş və xəstəxanada ayılmışdır. Nəticədə sol ayağı sınmışdır. Xəstəxanada özünə gələndən sonra Gülnarın da həmin xəstəxanaya gətirildiyini bilmişdir. Səhərsi gün ona məlum olmuşdur ki, yolu onlarla bərabər keçən oğlan hadisə yerində ölmüşdür. Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbinin olmamasını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirmişdir ki, hadisədən təxminən 2 ay əvvəl Bakı şəhərinə köçmüş və Səbail rayonunda 20-ci sahədə yerləşən kafelərin birində qabyuyan kimi iş tapdığından Bayıl qəsəbəsində kirayə ev tapıb orada tək yaşamışdır. Təxminən 1 ay sonra isə həmyerlisi və qohumu olan Zərərçəkmiş şəxs1 da Bakı şəhərinə gəlmiş və onun yanında qalmaqla Bayıl qəsəbəsində digər kafedə qabyuyan işinə düzəlmişdir. İş vaxtları eyni vaxtda bitdiyi üçün onlar adətən Bayıl qəsəbəsində görüşüb evə birlikdə qayıdırmış. 26 avqust 2022-ci il tarixdə saat 23:30 radələrində o işdən çıxaraq Xəyalə ilə görüşmüş və onlar evə yola düşmüşdülər. Onlar “akopen” deyilən küçədən yolu dənizkənarı parka tərəf keçməyə başlamışdılar. Mərkəz istiqamətinə gedən avtomobil yoluna çıxmadan iki istiqaməti ayıran zolağın üzərində dayanıb nəqliyyat vasitələrinin keçməsini gözləmiş və maşınların axınını azaldılmasını görüb yolu keçməyə başlamışdılar. Həmin vaxtı onlarla eyni vaxtda 35-40 yaşlı oğlan da yolu keçirmiş. Onlar yolu bir aradan, maşınların sürücülərini çaşdırmamaq üçün asta sürətlə keçmişdilər. Yolun o biri tərəfində yol patrul xidmətinin maşını dayanmışdır. Onlar demək olar ki, həmin maşının dayanan xəttə qədər çatdıqda mərkəz istiqamətində hərəkət edən avtomobilin üstlərinə gəldiyini görən anda həmin avtomobil onları vurmuşdur. Zərbədən o huşunu itirmiş və xəstəxanada ayılmışdır. Xəstəxanada huşu tam bərpa olunduqda Xəyalənin də həmin xəstəxanaya gətirildiyini bilmişdir. Zərbədən güclü kəllə-beyin travmasmı almışdır. Dindirilməmişdən bir neçə gün əvvəl isə onlarla birlikdə yolu keçən oğlanın hadisə yerində ölməsi barədə məlumat almışdır. Zərərçəkmiş şəxs X8 notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbinin olmamasını göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı ifadə vermiş zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3-nin nümayəndəsi və həmin şirkətin direktoru X16 bildirmişdir ki, Zərərçəkmiş şəxs3-nin ofisi ünvan 4 ünvanında yerləşir. Şirkətin əsas fəaliyyət istiqaməti lizinq və kredit şərtləri ilə nəqliyyat vasitələrinin satışı və icarəyə verilməsindən ibarətdir. Zərərçəkmiş şəxs3 cəmiyyətinə məxsus avtoparkda təzə və işlənmiş vəziyyətdə müxtəlif markalı minik nəqliyyat vasitələri vardır, onların əksəriyyəti isə hibrit mühərrikli “Toyota Prius" markalı avtomobilləridir. Eyni zamanda şirkət bir sıra sərnişin daşıma şirkətləri ilə bağladığı partnyorluq müqavilələri əsasında həmin şirkətlərlə birgə sahibkarlıq fəaliyyətini həyata keçirir. 04 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adlı müştəri şirkətin ofisinə yaxınlaşaraq taksi fəaliyyəti ilə məşğul olmaq üçün şirkətə məxsus “Tofota Prius” markalı avtomobili lizing şərtləri ilə icarəyə götürmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs sənədləri yoxlanılmış və maşının ona verilməsi məqsədəmüvafiq hesab edildikdən sonra Təqsirləndirilən şəxslə X21 bağlanmışdır. Müqavilə əsasında Təqsirləndirilən şəxs idarə edilməsi üçün şirkətin avtoparkına məxsus “Toyota Prius” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil etibar edilmişdir. Həmin gündən etibarən Təqsirləndirilən şəxs avtomobili idarə etmişdir. Müqaviləyə əsasən müştəri şərtləri pozmadığı, avtomobilə lazımi texniki qulluq göstərdiyi və inzibati cərimələri olarsa onların ödənişləri gecikdirməyi halda etibarnamə hər növbəti ayın 1-də təzələnir. Təqsirləndirilən şəxs müqavilə ilə müəyyən edilmiş ödənişləri vaxtı-vaxtında etdiyi üçün və müqavilənin şərtlərinə riayət etdiyi üçün 01 avqust 2022-ci il tarixdə avtomobilin idarə edilməsi üçün etibarnamə 01 sentyabr 2022-ci il tarixədək uzadılmışdır. 27 avqust 2022-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs şirkətin ofisinə zəng vuraraq 26 avqust 2022-ci il tarixdə saat 23 radələrindən sonra Səbail rayonunda Bayraq meydanının yaxınlığında avtomobillə maqistral yolu ilə hərəkət edən zaman yolu keçən 3 piyadam vurduğunu, piyadalardan birinin dünyasını dəyişdiyini, digər iki piyadanın isə xəstəxanaya yerləşdirildiyini, avtomobilin qabarıq hissələrinin zədələndiyini və araşdırmaya başlanıldığı üçün avtomobilin müvəqqəti duracağı yerləşdirildiyini bildirmişdir. Bundan sonra avtomobilə dəymiş ziyanın məbləğini və hadisə baş verən anda avtomobilin hansı sürətlə idarə edilməsi müəyyən edilməsi üçün istintaqdan şirkətə sorğu daxil olmuşdur. Həmin sorğu şirkətdə icra edilmiş, dəymiş ziyanla bağlı akt, eləcə də avtomobilin hərəkət sürəti ilə bağlı tərtib olunmuş arayış istintaqa təqdim edilmişdir. Hadisənin baş vermə mexanizmi ilə bağlı şirkətdə və şəxsən onda heç bir məlumat yoxdur. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3-nin nümayəndəsi X16, notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbinin olmamasını göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı ifadə vermiş Şahid bildirmişdir ki, 26 avqust 2022-ci il tarixdə axşam saatlarında dayısının yaşadığı, Bayıl qəsəbəsində yerləşən evə qonaq getmişdir. Saat 23:30 radələrində o, dayısıgilin evindən çıxıb yaşadığı Xətai rayonuna getmək üçün telefonunda olan “Bolt” mobil tətbiqi ilə taksi sifariş etmişdir. Səbail rayon Dövlət yol polis şöbəsinin qarşısına çatanda taksi sürücüsü ona zəng vuraraq koordinatlarını söyləmiş və o sürücünü tapıb avtomobilinə əyləşmişdir. Sürücünün idarə etdiyi avtomobil boz rəngli “Toyota Prius” markalı dövlət qeydiyyat nişanına fikir vermədiyi avtomobil, sürücü isə 25-30 yaşında, arıq bədən quruluşlu oğlan olmuşdur. O, arxa oturacaqda sağda əyləşmiş və onlar təyin etdiyi yerə hərəkət etməyə başlamışdılar. “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanından mərkəz istiqamətinə gedən yola çıxmışdılar və həmin istiqamətlə hərəkətlərini davam etmişdilər. Onlar yolun sağ kənarına yaxın hissədə hərəkət edirmiş, hərəkət sürəti də təxminən saatda 60-70 kilometr olmuşdur. Hərəkət zamanı o, istifadəsində olan telefonunda olan mobil tətbiqləri işlətmiş, fikiri telefonunda olmuşdur. Hərəkət istiqamətlərinə uyğun sağda yerləşən “Su idman sarayını keçəndən sonra o, avtomobilin nəsə vurduğunu hiss edib xarakterik səs eşitmişdir. Zərbə anında o, nə baş verdiyini başa düşmədiyindən qoruyucu refleksi olaraq əlləriylə üzünü qorumağa çalışmışdır. Avtomobil zərbədən dərhal sonra dayanmış və o maşından çıxarkən əvvəl avtomobilin qabaq şüşənin çatlanmasını, sonra isə avtomobilin qarşısında ikisi qadın biri isə kişi olmaqla 3 nəfərin biri-birindən yaxın məsafədə yerdə uzanmalarını görmüşdür. O. insanların yerdə hərəkətsiz uzanmalarını gördüyündən qorxmuş və kənara çəkilmişdir. Sonra ətrafa xeyli insan toplaşmış və qısa bir zaman həmin yerə polis əməkdaşları və təcili tibbi yardım maşını gəlmişdir. O, orada gözləməyinin mənasız olduğunu görüb başqa taksi avtomobili çağırmış və evinə getmişdir. Əlavə olaraq o, hadisə zamanı xəsarət almadığını bildirmişdir. Şahid məhkəməyə teleqram ilə müraciət edərək bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqləyir və səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmir. “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması barədə” 28 avqust 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə müvəqqəti duracaqda saxlanılan Toyota Prius makalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş. Baxış zamanı müəyyən edilmişdir ki. avtomobilin motorxananın qapağının orta xətti ilə sol farası arasında radiatorun örtüyünə yaxın yerdə yeni yaranmasına xarakterik batıq vardır. Həmin xətt üzrə qabaq buferində qırıq aşkar edilir. Avtomobilin ön şüşəsinin sol aşağı hissəsindən orta və üst hissəsinə qədər təxminən 50 sm diametrində şahələnmiş çat və batıq vardır. Avtomobilin şinlərinin protektorları adidir, şinlərin üzərində heç bir zədələr yoxdur. Nəqliyyat vasitəsinin məsafə ölçən göstəricisi normal qaydada işləyir, saz vəziyyətdədir. Avtomaşının əl tormozu dəstəyi və sürət ötürücüsünün vəziyyəti sazdır və normal qaydada işləyir. Avtomaşının tormoz və sükanın hidravlik sisteminin vəziyyəti yoxlanıldıqda saz vəziyyətdə olması müəyyən edildi. Avtomaşının şinlərində havanın təzyiqi normaldır. Avtomaşının digər aqreqat, mexanizm və hissələrinin vəziyyəti normaldır, saz vəziyyətdədir. “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” 13 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, DİN-nin təhlükəsiz şəhər xidməti tərəfindən təqdim edilərək cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilmişdir. Diskdə 1 ədəd: “EGP_TŞ 1-220 3 -2022-08-26” adlı MP4 tipli fail mövcüddur. Həmin fail açıldıqda görünür ki, failin tutumu 337572 Kb təşkil edir. Çəkilişlər 11 dəqiqə müddətindədir. Görünür ki. çəkilişlər hündür dirəkdə quraşdırılmış müşahidə kamerası tərəfindən qeydə alınıb. Çəkilişlər sutkanın qaranlıq vaxtı ərzindədir. Tarix və yerli vaxt ekranın yuxarı sağ hissədə qeyd olunub. Çəkilişlər xx.xx.2022- ci il tarixdə saat 23:48-dən 58-ci saniyəsindən başlayır və saat 23:59-dək 59-cu saniyəsinə qədər davam edir. Müşahidə kamera statik vəziyyətdədir. Müşahidə kamerasının obyektivi Bakı-Qazax yolunun 2-ci kilometrliyinin mərkəz istiqamətində olan hərəkət axınını, həmin hissədə dairəvi hərəkəti təşkil olunan yol arıcını və həmin maqistral yolunun Bakı Su İdman sarayına gedən yolla birləşən hissələri əhatə edir. Görünür ki, şəhər elektrik işıqları yolun hərəkət hissəsində və ona birləşən hissələrində yol hərəkəti iştirakçıları üçün zəruri sahənin gözlə qavramaq qabiliyyətini təmin edir. Qeyd olunan küçələrin kəsişməsində ehtiyyat zolağı üzərində yol patrul xidmətinin BMW markalı avtomobilin dayanması müşahidə edilir. Yol örtüyün vəziyyətinin quru olması müşahidə edilir. 50-ci dəqiqənin 25-ci saniyəsində 3 nəfər piyadanın qeyd olunan maqistral yolunun Qaradağ rayonuna doğru olan hərəkət istiqamətindən əks hərəkət istiqamətinə doğru yolların ayrıcı zolağı üzərində piyada hərəkət etmələri müşahidə edilir. 50-ci dəqiqənin 30-cu saniyəsində 3 nəfər piyadanın sıra ilə mərkəzə doğru hərəkət istiqaməti üzrə yolun işlək hissəsinə çıxaraq asta yerişlə yolu Dənizkənarı Milli parka tərəf keçməyə başladıqları müşahidə edilir. Piyadalar 50-ci dəqiqənin 43-ciı saniyəsinə qədər yol-patrul xidmətinin avtomobilinin dayandığı ehtiyat zolağına qədər hərəkət edir və Qaradağ rayonu istiqamətindən sağdan birinci hərəkət zolağı ilə hərəkət edən minik avtomobilin hərəkət etdiyi sürətlə, hər hansı bir manevr və ya əyləc sistemindən istifadə etmədən piyadaların 3-nü də sağdan birinci hərəkət zolağı üzərində vurması və bundan dərhal sonra dayanması müşahidə edilir. Görüntülərə baxış zamanı piyadaları vuran avtomobilin sürücüsü üçün piyadaların yolun işlək hissəsinə çıxdıqları andan vurulan anma qədər onların yolu keçdiyi sahəni gözlə qavramaq qabiliyyətini məhdud edən hər hansı maneənin yaranmaması müşahidə edilir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunmuş “meyitlərin məhkəmə-tibbi ekspertizasının” 56 saylı 20 sentyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs4 meyitində aşkar edilmiş xəsarətlər - hər iki ağciyərin və qaraciyərin kəskin qan itirmə ilə müşayiət olunan cırılmış yaraları, hər iki ağciyərə qansızmalar və sağdan İ, İİ, İİİ, İV, V, Vİ qabırğaların və solan Vİ qabırğanın onurğayam xətt üzrə, sağdan İİİ və İV qabırğaların mənə xətti üzrə yerdəyişmiş qəlpəli sınıqları və qabırğarası əzələlərə qansızmalar, sağ baldır sümüklərinin açıq yerdəyişmiş qəlpəli sınıqları, başın sol təpə-alın hissəsində beyinin sərt qişasına və beyinciyə qansızmalar və başın alın nahiyəsinin yumşaq toxumaları altına qansızına, sağ baldır və hər iki bud, sağ almacıq-gicgah, alın, sol qaşüstü, sağ bazu oynağı, sol gicgah nahiyələrinin, sol qulaq seyvasının, hər iki əlin arxa səthinin, sol mil-bilək oynağı nahiyəsinin, sağ körpücüküstü nahiyənin, sağ bazunun, sağ dirsək oynağı nahiyəsinin, sağ bazunun, sağ saidin sıyrıqları, sağ kürək və kürəkaltı nahiyənin iri ölçülü qançır və sıyrığı həyatidilər. X1 ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən 26 avqust 2022-ci il tarixdə əmələ gəlmişdirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomaşının Yusuf Türksoyunu vurması nəticəsində əmələ gələ bilmələri mümkündü. Zərərçəkmiş şəxs4 ölümünə səbəb hər iki ağciyərin və qaraciyərin cırılması nəticəsində baş verən kəskin qanitirmə olmuşdur. Zərərçəkmiş şəxs4 ölümü onun meyitinin meyitxanada müayinəsindən başlanandan (xx.xx.2022-ci il tarixdə saat 10:00dan) 8-12 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs4 meyitindən götürülmüş qanda məhkəmə- kimyə tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoqoidlər (həmçinin tiryək qrupu), fenoiazin, pirazalon, 1,4 benzodiapin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunmuş məhkəmə-tibbi ekspertizasının 17 oktyabr 2022-ci il tarixli 69 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 adına Kliniki Tibbi mərkəzinin tərtib etdiyi 12023 saylı xəstəlik tarixinin kserosurətindən görünür ki, o, 27 avqust 2022-ci il tarixdə həmin xəstəxanaya ağır vəziyyətdə gətirilmiş, stasionarda aparılmış müayinə və müalicələrdən sonra, 21 sentyabr 2022-ci il tarixdə evə ambulator müalicəyə yazılmışdır. Son klinik diaqnoz: müştərək travma, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, hər iki qasıq, oturaq sümüklərinin qapılı, yerdəyişmiş, sol baldır sümüklərinin proksimal uclarının açıq qəlpəli yerdəyişmiş sınıqları. Qeyd olıınan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 26 avqust 2022-ci il tarixdə yol- nəqliyyat hadisəsi, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunmuş məhkəmə-tibbi ekspertizasının 20 oktyabr 2022-ci il tarixli 70 saylı rəyi ilə müəyyən edilmişdir ki, X5 adma Kliniki Tibbi mərkəzinin tərtib etdiyi 12022 saylı xəstəlik tarixinin təsdiqlənmiş kserosurətindən görünür ki, o 27 avqust 2022-ci il tarixdə həmin xəstəxanaya ağır vəziyyətdə gətirilmiş, stasionarda aparılmış müayinə və müalicələrdən sonra, xx.xx.2022-ci il tarixdə evə ambıılator müalicəyə yazılmışdır. Son klinik diaqnoz: qapalı kəllə beyin travması, baş beyin əzilməsi, alın nahiyəsinin əzilmiş yarası. X5 adma Ağdaş rayon mərkəzi xəstəxanasının tərtib etdiyi 014369 saylı xəstəlik tarixinin əslindən görünür ki, o, 05 oktyabr 2022-ci il tarixində həmin xəstəxanaya müraciət etmiş, stasionarda aparılmış müayinə və müalicələrdən sonra 15 oktyabr 2022-ci il tarixdə evə ambıılator müalicəyə yazılmışdır. Son klinik diaqnoz: qapalı kəllə beyin travmasının qalıq əlamətləri (xx.xx.2022-ci il), posttravmatik hipertenziv enseflopatiya. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 26 avqust 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunmuş məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının 17 oktyabr 2022-ci il tarixli 8/2776 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Toyota Prius markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X24» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizasının 04 oktyabr 2022-ci il tarixli 9/6594 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2006-cı il buraxılışlı Toyota Prius makalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1360 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti - 900 manat, təmir bərpa işlərinin qiyməti - 460 manat. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. "xxxx" MMC tərfindən tərtib olunmuş qüsur aktından görünür ki, hadisə nəticəsində ehtiyyat hissələri və işçilik haqqı nəzərə alınmaqla Toyota Prius makalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1600 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X28 İdarəsinin 01 sentyabr 2022-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, qeyd olunan idarənin kompyuter uçot bazasında Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BD 503529 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Zərərçəkmiş şəxs3-nin direktoru Loğman Məhərrəmov tərəfindən verilmiş 01 avqsust 2022-ci il tarixli etibarnamədən görünür ki, həmin şirkətlə Təqsirləndirilən şəxs arasında bağlanmış 04 iyul 2022-ci il tarixli, 008 nömrəli “X21” əsasında Lizinqə verilmiş Toyota Prius makalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsi səlahiyyətləri etibar edilmişdir. Etibarnamə 01 avqust 2022-ci il tarixdən 01 sentyabr 2022-ci il tarix daxil olmaqla etibarlıdır. 27 avqust 2022-ci il tarixli 2/28562 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həmin tarixdə saat 01:15-də müayinədən keçən zaman Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. “Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 3383 saylı aktdan” görünür ki, həmin tarixdə saat 11:50-də analizlər vermiş Təqsirləndirilən şəxs bu cür vasitə və maddələrdən istifadə halları aşkar edilməmişdir “ATS Group" MMC tərəfindən təqdim edilmiş arayışla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3-və məxsus Toyota Prius makalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 26 avqust 2022-ci il tarixində saat 23:50 radələrində Bakı şəhəri Salyan şossesində ortalama hərəkət sürəti 48 km/saat və maksimal sürət 63 km/saat olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş məhkumkluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 27 avqust 2022-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icaata qəbul edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “X24” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanununun 54-cü maddəsinin İ hissəsinə əsasən sürücühərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini vəvəziyyətini, yol və meteorolojişərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkə tüçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinəqədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “X24” 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaq Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin, zərərçəkmiş şəxsin hüquqi varisinin və digər zərərçəkmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntüləri və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, gənc olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, həm dünyasını dəyişən zərərçəkmiş şəxsin hüquqi varisinə həm də digər zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini və onlarla barışıq əldə etməsini, həmin şəxslərin Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.2ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106.6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsində zərərçəkmiş şəxsin hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulmamasını nəzərə alaraq hətta belə barışıq əldə edildikdə bu hal təqsirləndirilən şəxsə cəza təyini zamanı onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqi üçün əsas ola bilməz. Eyni zamanda. məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təsbit olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisinə və digər zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmiş həmçinin onlarla barışıq əldə etmiş və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8 və 59.1.1059.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda təqsirləndirilən şəxsə 4 (dörd) il 6 (altı) aydan artıq cəza təyin oluna bilməz. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası zəruri əlavə cəza kimi təyin edilməlidir. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ekspertiza rəylərini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, fərdi taksi fəaliyyəti ilə məşğul olmasını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində bir az yaşlı uşağının olmasını, gənc olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini, onlarla barışıq əldə etməsini və onların Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmamasını, habelə baş vermiş yol nəqliyyat hadisəsinin sutkanın qaranlıq vaxtı olmasını, zərərçəkmiş şəxslərin qanunla piyadalar üçün nəzərdə tutulan yeraltı keçiddən deyil məhz yolun hərəkət hissəsindən keçməsini və belə olan halda qəzanın baş verməsinin qaçılmaz olmasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasını əsaslı hesab edir. Eyni zamanda, məhkəmə, qeyd edir ki, şübhəli şəxsin tutulması haqqında 11 noyabr 2022-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 12 noyabr 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Səbail RPİ-nin müstəntiqi Rafiq Şərifov tərəfindən verilmiş vəsatət rədd edilmiş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda, Təqsirləndirilən şəxs 11 noyabr 2022-ci il tarixdən 12 noyabr 2022ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə müddətinə bərabər tutulmaqla, həmin müddətin təyin olunmuş cəzadan çıxılmasını, həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Bundan başqa məhəmə qeyd edir ki, məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs X3 hüquqi varisi X4 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair mülki iddia ilə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində ona vurulmuş maddi ziyana görə 20 000 (iyirmi min) manat, mənəvi ziyana görə 10 (on min) manat, cəmi 30 000 (otuz min) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X3 hüquqi varisi X4 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam olaraq ödənildiyini, onunla barışıq əldə etdiyini və həmin şəxsə qarşı şikayət və tələbinin olmadığını ibtidai istintaq zamanı verdiyi mülki iddiadan imtina etdiyini və iddia üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əssən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Belə olan halda zərərçəkmiş şəxs X3 hüquqi varisi X4 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair mülki iddiadan imtinası qəbul olunmalı və mülki iddiaya xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, maddi sübula və məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 135 (yüz otuz beş) manatın Təqsirləndirilən şəxs tutulmasını, iş üzrə maddi sübut bir ədəd “DVD” formatlı CD diskin iş materiallarında saxlanılmasını, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə əsasən Bakı şəhəri 03 saylı vəkillər bürosunun vəkili X17 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 11 noyabr 2022-ci il tarixdən 12 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə müddətinə bərabər tutulmaqla üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 03 (üç) ay 29 (iyimi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs X3 hüquqi varisi X4 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair mülki iddiaya xitam verilsin. İş üzrə maddi sübut bir ədəd “DVD” formatlı CD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 135 (yüz otuz beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili X17 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 180 (yüz səksən) manat pul tutulub, “Kapital Bank”-ın Bakı şəhəri 03 saylı Vəkil Bürosundakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-54/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-54/2023
09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver