Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-54/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi X8 iştirakları ilə xx xxxxxxx 1980-ci ildə Qazaxstan Respublikası Aktyubinski Vilayətində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan barəsində “polis nəzarəti altına vermə qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq olaraq talama məqsədilə 21 iyul 2024-cü il tarixdə saat 23:30 radələrində ünvan 3 ünvanın qarşısında dayanmış Zərərçəkmiş şəxs əlində saxladığı sonuncuya məxsus balansında 2 manatlıq kontur olmalqa 10 manat dəyərində 070-207- 55-75 GSM nömərə quraşdırılmış və 2600 manat dəyərində 01 ədəd **********80464/**********0980463/01 İMEİ kodlu «Samsung Galaxy s22ultra» markalı mobil telefonun əlində tutmasından istifadə edərək əlindən götürüb qaçmaqla açıq olaraq talayıb Zərərçəkmiş şəxs 2612 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş materiallarında olan 22 iyul 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə saat 20:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 22 iyul 2024-cü il tarixli “cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” qərardan görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan 23 iyul 2024-cü il tarixli “təqsirlənidirilən şəxs qismində cəlb olunma” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 05 avqust 2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Əmirov X7 rayon məhkəməsinin 27 mart 1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 102-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 26 dekabr 1999-cu il tarixdə Milli Məclisin 10 dekabr 1999-cu il tarixli “ Amnis” qərarının 5-ci maddəsinə azad edilmişdir. Bundan başqa Əmirov X7 rayon məhkəməsinin 03 may 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 93-5 maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 il (yeddi il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 18 mart 2006-cı il tarixdə Binəqədi rayon məhəkməsinin 01 mart 2006-cı il tarixli qərarına əsasən 01 il 11 ay 10 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlərə dair işlər üzrə məhkəməsinin 18 sentyabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1 –ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 il (yeddi il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 26 mart 2020-ci il tarixdə Nizami rayon məhəkməsinin qərarı ilə 02 ay 03 gün vaxtından əvvəl şərti azad edilmişdir. 22 may 2020-ci il tarixdə isə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsində göstərilmişdir ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğun ödənməsi nəzərdə tutulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs məhkumluğunun ödənməməsi Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayətlərin residivi kimi qiymətləndirilməklə ağırlaşdırıcı hal kimi nəzərə alınmışdır. İş materiallarında olan 23 iyul 2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ saidin orta 1/3-nin ön, sol bazunun orta 1/3-nin arxa səthlərinin qançırları bərk küt əşyanın (əşyaların) təsindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-CÜ il tarixində, kənar şəxs tərəfindən qeyd olunan nahiyələrin əl ilə sıxılması nəticəsində əmələgələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. İş materiallarında olan 16 avqust 2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 01 ədəd “Samsung” markalı, S22 Ultra modelli, mobil telefonun istifadədə olması və satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti təxminən 1000,00 manat müəyyən olunur. Samsung” markalı, S22 Ultra modelli, mobil telefon 2022-ci ildən istehsal olunduğundan həmin mobil telefonun 2021-ci il tarixə olan orta bazar qiymətini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan 01 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” qərardan görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan 28 dekabr 2024-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə X3 Xanlar Bəylər oğlunun hüquqi varisi qismində tanınmışdır. İş materiallarında olan 26 dekabr 2024-cü il tarixli ölüm haqqında akt qeydindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan 13 fevral 2025-ci il tarixli Təqsirləndirilən şəxs qardaşı X9 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ölüm faktı ilə əlagədar onun barəsində aparılan cinayət işinə məhkəmə baxışı qaydasında xitam verilməsinə (bəraət verici əsaslar olmadan) etirazı yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə iclasında cinayət təqibini istisna edən hallar müəyyən edildikdən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ölmüşdür. Məhkəmə qeyd edir ki, ölmüş, Təqsirləndirilən şəxs həyat yoldaşı X2 və digər yaxın qohumlarına qanunvericiliyin tələblərinə əsasən məhkəmədə təqsirləndirilən şəxsin hüquqi varisi qismində iştirak etmələri məqsədi ilə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1-ci maddəsində göstərilən tələblər, həmçinin bununla bağlı hüquq və vəzifələri izah edilmişdir. Lakin, qanunla müəyyən edilmiş müddət Təqsirləndirilən şəxs anası X5 və ya digər yaxın qohumları məhkəmə iclasına gəlməmişlər, eləcə də, təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınma istəyi barədə məhkəməyə müraciət etməmişlər. Məhkəmə iclasında Dövlət ittihamçısı3 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında Müdafiəçi hüquqlarını müdafiə etdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs öldüyünü nəzərə alaraq cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmiş və buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur; 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə həmin Məcəllənin 39.1.5ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir; 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); Belə ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqi varisi X9 razılıq ərizəsi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 manat (əlli) manat məbləğində pul vəsaiti Dövlət Büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5, 106, 300.1.7, 305, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 manat (əlli) manat məbləğində pul vəsaiti Dövlət Büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 200 (iki yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-54/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-54/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver