Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-55/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X12 oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, tamah məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 21:30 radələrində ünvan 3 ünvanı ilə Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsinin kəsişməsində Səbail rayonu ərazisində saxlanılmış Zərərçəkmiş şəxs məxsus 2196 manat dəyərində olan “Moon ZX 50QT-7” modelli mopedi gizli talayıb, Zərərçəkmiş şəxs 2196 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin oktyabr ayında o, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsində yerləşən avtomobil dayanacağının yaxınlığından bir ədəd açar tapmışdır. Həmin açarın həmin ətrafda yaşayan Abasqulu adlı şəxsə məxsus mopedə aid olduğunu düşünmüş, çünki eşitmişdir ki, Abasqulu özünə məxsus mopedin açarını itirmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 21:30 radələrində o, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsilə “Nərimanov” heykəli istiqamətində piyada qalxarkən, “sökülmüş ev” adlanan yerin qarşısında Abasquluya məxsus qırmızı rəngli mopedin dayandığını görmüş və cibindəki açarla mopedi işə salıb sürərək ünvan 5 ünvanına gəlmişdir. O, bir müddət sonra Azad adlı tanışına zəng edərək özündə moped olduğunu demiş və satmaq istədiyini bildirmişdir. Azad ona məhəllərinə gəlməsini və mopedə baxacağını demişdir. O, Azadın yaşadığı ünvan 6 ünvanının qarşısına gəlib, orada Azadla söhbət etmiş və Azada mopedi 500 manata satdığını bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat təxminən 02:00-da o, mopedi götürərək Azadgilin məhəlləsinə düşmüş, onlar alış-veriş etmiş, lakin Azad mopedin qiymətinə aşağı salaraq ona 350 manat pul vermiş və o, Azada mopedi açarla birlikdə təhvil vermişdir. Şahid1 mopedi satarkən tanışı Şahid2 da orda iştirak etmişdir. O Azada və Qurbana mopedin qaynına məxsus olduğunu, qaynı həbs olunduğundan pula ehtiyacı var idi və bu səbəbdən də mopedi satmışdır. O mopedi satarkən mopedin oğurluq olduğunu bildirməmişdir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Yasamal rayonunun ərazisində “Hüseyn Cavid” adına istirahət parkında soyğunçuluq cinayətini törətdiyinə görə Yasamal rayon məhkəməsinin qərarı ilə həbs olunmuş və Bakı İstintaq Təcridxanasında saxlanılır. Tutulmamışdan əvvəl o «Mətbəxlər» şirkətində kuryer vəzifəsində çalışmış və işi yemekləri vaxtında ünvana çatdırmaqdan ibarət olmuşdur. İşi ilə əlaqədar olaraq xx xxxxxxxx 2019-cu il tarixdə “MOOn ZX” markalı mopedi almışdır. Belə ki, mopedin qiyməti 1970 manat olmaqla kredit yolu ilə ilkin ödəniş 300 manat olmaqla, 12 ay ayda 158 manat ödəməklə 2196 manata başa gəlmişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 21:30 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 4-cü Nəriman Nərimanov, döngə 22 ünvanına gəlmiş və idarə etdiyi mopedi ünvanın qarşısında saxlayaraq həyətə keçmişdir. Təxminən 15-20 dəqiqədən sonra işə getmək üçün küçəyə çıxmış, həmin vaxt isə mopedinin yerində olmadığını görmüş və onun oğurlandığını başa düşmüşdür. O da bu barədə polisə şikayət etmişdir. İbtidai istintaq zamanı oğurlanmış “MOOn ZX” markalı moped ona qaytarılmışdır. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək təqsirləndirilən şəxs X2 qarşı heç bir şikayət və tələbinin olmadığını, dəymiz ziyanın ödənildiyini bildirərək Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla əvvəllər Sabunçu rayonunda bir məhlədə yaşamışlar və həmin vaxtdan o Heybəti tanıyır. Heybət mopedi onun yanında tanışı Şahid1 satmışdır. Heybətlə mopedə görə danışıq aparanda, həmin mopedin oğurluq olub-olmamasını soruşmuşlar. Heybət mopedin oğurluq olmadığını, mopedin qaynına məxsus olduğunu, qaynının həbs olunduğunu və bu səbəbdən pula ehtiyacı olduğundan mopedi satdığını bildirmişdir. Azad onunla məsləhətləşmiş və 350 manat ödəyib mopedi Heybətdən almışdır. O və Azad həmin mopedin oğurluq yolu ilə əldə olunduğunu bilməmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində o yaşadığı məhəllədə olduğu zaman ona bir nəfər tanımadığı, adı sonradan ona məlum olan Heybət yaxınlaşaraq, velosipedlə dayandığını görüb, mopedlə maraqlanıb-maraqlanmadığını soruşmuşdur. O da, həmin vaxt moped almaq üçün özü də axtardığından, əgər mopedi varsa göstərməsini və əgər xoşuna gələrsə razılaşa biləcəklərini bildirmişdir. Bundan sonra isə Heybət bir qədər sonra mopedi götürüb məhəlləyə gələcəyini bildirmiş və mopedi gətirməyə getmişdir. Həmin vaxt o, evə getməli olduğundan, məhəllədə yaşayan Qurban adlı oğlana bildirmişdir ki, bir nəfər moped satan oğlan gələcək və o evdə olsa onu çağırmasını xahiş etmişdir. Bir qədər sonra, Qurban ona zəng vuraraq oğlanın mopedi gətirdiyini bildirmiş və məhəlləyə çıxıb, Heybətin mopedlə gəldiyini görmüşdür. Həmin mopedə baxarkən, mopedin «MOON ZX» markalı olmasını görmüş, daha sonra özü də sürüb yoxlamış və bəyəndiyindən qiymətini Heybətlə maraqlandıqda, Heybət mopedi 700 manata satdığını bildirmişdir. Həmin vaxt o Qurbanın Heybətlə tanışlığı olduğunu və münasibətlərinin yaxşı olduğunu hiss etmiş və Heybətlə o da, Qurbana görə söhbətləşərək, mopedin qiymətini 500 manata salmış və Heybət də razılaşdığından 500 manat verərək mopedi almışdır. Bundan sonra mopedi bəzi hissələrində nasazlıqlar olmuş, yəni mopedin işıqları yanmamış, sağ yan güzgüsı çatlamış vəziyyətdə olmuş, mopedin ön hissəsində bəzi sınıqlar və çatlar olmuşdur. Həmin hissələrin bir qismini düzəldərək, 14 noyabr tarixlərdə sürməyə başlamışdır. Həmin vaxt isə o «Sahil» metrostansiyasının qarşısında dayandığı zaman isə ona polis əməkdaşları yaxınlaşaraq, mopedin oğurluq olmasında şübhəli olduğunu bildirərək, yoxlamaq üçün polis bölməsinə dəvət etmişlər və 9-cu polis bölməsində məlum olmuşdur ki, həmin moped Heybət tərəfindən oğurlanmış və sonradan ona satılmışdır. O da mopedin oğurluq olduğunu bildikdən sonra, dərhal mopedi polis əməkdaşlarına təhvil vermişdir. Heybət ona həmin mopedi satdığı zaman ona mopedin oğurluq olması barədə heç bir söz deməmiş, mopedi özünə məxsus moped kimi təqdim etmişdir. Heybət ona mopedin oğurluq olması barədə hər hansı bir məlumat verməmiş, lakin, Heybətdən o mopedi aldığı zaman onu məhəllələrində yaşayan Qurban çağırmış, onlar mopedlə bağlı söhbət etdikləri zaman isə Qurbanla Heybətin əvvəlcədən tanışlıqları olmasını başa düşmüş və buna görə də, hətta Heybət qiymətdə onun üçün aşağı düşmüşdür. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 29888 saylı rəyindən görünür ki, Respublikada yerləşən avtobazalarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən ekspertiza tədqiqatına təqdim edilmiş Moon ZX 50QT-7 markalı mopedin 2019-cu ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 1600,00 manat müəyyən olunur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 30 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus oğurlanmış bir ədəd “Moon ZX 50QT-7” markalı moped maddi sübut kimi tanınmışdır. xx xxxxxx 2019-cu il tarixdə oğurlanmış bir ədəd “Moon ZX 50QT-7” markalı moped Zərərçəkmiş şəxs qaytarılmışdır. Zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayət və tələbi yoxdur. Elektron məhkəmə portalının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs iki uşağı vardır – xx.xx.2010-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X7. Sübutların qiymətləndirilməsi haqqında 30 yanvar 2020-ci il tarixli qərarı ilə Şahid1 və Şahid2 barələrində müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 194.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. 17 noyabr 2019-cu il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 17 noyabr 2019-cu il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2019-cu tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. 19 noyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-in 177.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə Səbail RPİ-nin X4 həbsdən azad edilmişdir. Səbail Rayon Məhkəməsinin 1(009)-55/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs oğlunun barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində əvvəl seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. 09 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs oğlu Səbail RPİ-nin əməkdaşları tərəfindən tutulmuş və o Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 07 dekabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə Səbail RP tərəfindən cinayət məsuliyyətinə cəlb olunmuş və xx.xx.2019-cu il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Səbail Rayon Məhkəməsinin 1(009)-170/2019-cu il saylı, xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 10 (on) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Səbail Rayon Məhkəməsinin 1(009)-170/2019-cu il saylı, xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən 01 il 10 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Bəşirov X6 rayon İcra və probasiya şöbəsində 05 fevral 2020-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkum tərəfindən ona təyin edilmiş cəzanın 09 ay 03 günü çəkilmişdir. Hazırkı vaxta çəkilməmiş cəzası 01 il 01 ay 05 gün təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hallarını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 1(009)- 170/2019-cu il saylı, xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 10 (on) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Səbail Rayon Məhkəməsinin 1(009)-170/2019-cu il saylı, xx xxxxxx 2020-ci il tarixli Bəşirov X6 rayon İcra və probasiya şöbəsində 05 fevral 2020-ci il tarixdə qeydiyyata alınmışdır, təyin edilmiş cəzanın 09 ay 03 günü çəkilmişdir, xx.xx.2020-ci il tarixədək çəkilməmiş cəzası 01 il 01 ay 05 gün təşkil edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Hazırkı iş üzrə cinayət əməli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(009)-170/2019 saylı hökmü çıxarılmazdan əvvəl, yəni 13 noyabr 2019-cu ildə törədilmişdir. Belə olan halda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(009)-170/2019 saylı hökmü ilə Bəşirov Heybət Firuz oğluna təyin edilmiş 01 (bir) il 10 (on) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının CM-nın 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzalar qismən toplamaq yolu ilə Bəşirov Heybət Firuz oğluna cəza təyin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(009)-170/2019 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, cəmi 23 (iyirmi üç) gün həbsdə saxlanıldığı müddətini nəzərə alaraq Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 01 (bir) ay 16 (on altı ) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(009)-170/2019 saylı hökmünün icrası ilə əlaqədar Təqsirləndirilən şəxs Yasamal rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxt, yəni 05 fevral 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – ünvan 8 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən həbs olunmuş şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşıdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Moon ZX 50QT-7” markalı moped Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-347, 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(009)-170/2019 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 10 (on) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, cəmi 23 (iyirmi üç) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlıqlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 01 (bir) ay 16 (on altı ) gün ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 dekabr 2019cu il tarixli, 1(009)-170/2019 saylı hökmünün icrası ilə əlaqədar Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – ünvan 8 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Moon ZX 50QT-7” markalı moped Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 300 (üç yüz) manat tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx) manat tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun “xxxx” ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-55/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-55/2020
30.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver