Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-55/2021 01.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində xx xxxxx 2021-ci il tarixdə saat 11:00-da xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum edilmiş, lakin məhkumluğu ödənilmiş, ünvan 1 mənzil 5-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivində yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,502 qr və 0,350 qr, ümumi təmiz çəkisi 0,852 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib özündə saxlayaraq daşımış, xx xxxx 2020-ci il tarixdə barəsində mülki axtarış elan edildiyi üçün xx xxxxxxx 2020-ci tarixdə saat 16:50 radələrində Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə gətirilmiş, həmin tarixdə 19:40 radələrində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı həmin narkotik vasitə olan heroin, həmçinin, daxilində çəkisini müəyyən etmək mümkün olmayan narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd sınıq şüşə flakon və bir ədəd birdəfəlik şpris onun əynində olan göy rəngli cins şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 1 mənzil 5-də qeydiyyatdadır, Azərbaycan dilində latın qrafikası ilə sərbəst yazıb oxuya bilir, ifadəsini sərbəst şəkildə verə bilər, xx xxxxxx 2013-cü il tarixdə Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 3 ay müddətində barəsində azadlıqdan məhrum etmə növündə cəza seçilmiş və cəzasının sonu ilə azad olunmuş, bir azyaşlı övladı var, həyat yoldaşı Ruslan hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkir. Mahiyyəti üzrə bildirmişdir ki, 13 ildir ki, narkotik vasitələrin istifadəsi ilə məşğuldur, həmin narkotik vasitələri tanımadığı şəxslərdən alıb istifadə edir, xx xxxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Biləcəri qəsəbəsində “Tunel” deyilən yerin yanında bir nəfər kişi cinsindən olan şəxslə aralarında olan söhbət zamanı ona narkotik vasitələrdən istifadə etdiyini bildirmiş, həmin şəxs əgər istəsə ona da narkotik vasitə verə biləcəyini demiş, o həmin şəxsdən üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, həmin şəxs də üzərində iki bükümdə narkotik vasitə heroin olduğunu, ümumilikdə çəkisinin təxminən 0,850 qram olduğunu və 25 manata satdığını bildirmiş, o həmin şəxsə 25 manat verərək ondan iki ədəd bükümdə narkotik vasitə olan heroini almış, həmin narkotik vasitəni istifadə etməmişdir. Qeyd etmişdir ki, səhəri gün, yəni xx xxxxxxx 2020-ci il tarixdə günorta saatlarında anası Sevda və azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən 3 saylı “ASAN” xidmətə gedərək özünə şəxsiyyət vəsiqəsi almaq istəmiş, əməliyyat sistemində onun mülki axtarışda olduğu bilinmiş və bu barədə Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə məlumat verilmiş, həmin bölmənin əməkdaşları gələrək onu 28-ci polis bölməsinə aparmış, orada onun barəsində Səbail rayon Polis İdarəsi tərəfindən mülki axtarış elan edildiyi məlum olmuş, ona görə də, onu aparıb 9-cu polis bölməsinə təhvil vermişlər. Bölmənin növbətçi hissəsində üzərində nə kimi əşyaların olması soruşularkən o, həyəcandan üzərində narkotik vasitə heroin olduğunu bildirmiş, ona görə də, o şübhəli şəxs qismində tutulmuş, ona dövlət hesabına müdafiəçi təyin edilmiş, hüquq və vəzifələri elan edildikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, o da əynində olan göy rəngli cinsi şalvarının cibində olan iki ədəd bükümdə narkotik vasitə heroinin olduğu kibrit qutusunu, narkotik vasitəni çəkmək üçün istifadə etdiyi bir ədəd şpris və bir ədəd şüşə flakonu təqdim etmiş, axtarış zamanı videoçəkiliş aparılmış, üzərimdən aşkar edilən narkotik vasitə heroin, narkotik vasitəni çəkmək üçün istifadə etdiyi bir ədəd şpris və bir ədəd şüşə flakon zərfə qoyularaq götürülmüşdür. Üzərindən aşkar edilən narkotik vasitəni aldığı şəxsi əvvəllər görməmiş və tanımamış, birinci dəfə görmüş, adını, yaşadığı yeri və telefon nömrəsini bilmir, həmin narkotik vasitədən hələ ki istifadə etməmiş, əvvəllər istifadə etdiyi şpris və şüşə flakonu da ağrıları başlasa çəkməsi üçün götürmüş, lakin alınmamış, polis əməkdaşları tərəfindən üzərindən aşkar edilərək götürülmüş, narkotik vasitəni özü istifadə etmək üçün əldə etmiş, heç vaxt narkotik vasitə satmaq fikri olmamış, heç kimə də əldə etdiyi narkotik vasitədən verməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, cinayətin açılmasında fəal kömək etməsinin, himayəsində bir azyaşlı uşağının olmasının, həyat yoldaşının həbsdə olmasının və gənc olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə daxil olmuş məlumatla icraatında Ai 20257 nömrəli axtarış işi üzrə mülki axtarışda olan ünvan 1 mənzil 5-də qeydiyyatda olan Təqsirləndirilən şəxs Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi tərəfindən saxlanılması müəyyən edildi və o, Təqsirləndirilən şəxs 28-ci polis bölməsindən təhvil alaraq həmin tarixdə saat 16:50-də 9cu polis bölməsinə gətirmiş, 9-cu polis bölməsinin məsul növbətçisi, polis mayoru X14 Kişiyevanın “şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin” qeydiyyat kitabında adını qeyd edərkən ondan üzərində nə kimi, yəni kəsici-deşici əşyalar olmasını soruşduqda Təqsirləndirilən şəxs həyəcanlı şəkildə üzərində narkotik vasitə heroin olduğunu və istifadə etmək üçün üzərində gəzdirdiyini, narkotik vasitə aludəçisi olduğunu bildirmiş, məsul növbətçi Hadi Qasımov dərhal bu barədə raportla 9-cu polis bölməsinin rəhbərliyinə məruzə etmiş və raportun icrası Bölmənin təhqiqatçısı Eltay Mikayılova həvalə edilmiş, xidməti zərurətlə əlaqədar digər işləri olduğu üçün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında iştirak etməsə də, sonuncunun üzərindən şəxsi axtarış və götürmə zamanı bir ədəd kibrit qutusunda iki bükümdə narkotik vasitə heroin olduğunu bilmiş, bundan sonra, Təqsirləndirilən şəxs təhqiqatçı Eltay Mikayılov tərəfindən şübhəli şəxs qismində tutularaq 9-cu polis bölməsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsində növbətçilik cədvəlinə uyğun olaraq xidmətdə olmuş, ünvan 1 mənzil 5-də qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Ai 20257 nömrəli mülki axtarış işi olduğu üçün Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi tərəfindən saxlanıldığına görə Bölmənin polis sahə inspektoru Şahid3 tərəfindən həmin bölmədən təhvil alınaraq xx xxxxxxx 2020-ci il tarixdə saat 16:50-də 9-cu polis bölməsinə gətirilmiş, Təqsirləndirilən şəxs barəsində olan axtarış işi polis mayoru Şahid3 icraatında olmuş, o bir məsul növbətçi kimi Təqsirləndirilən şəxs “şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabı”nda adını qeyd edərkən ondan üzərində nə kimi, yəni kəsici-deşici əşyalar olmasını soruşduqda Təqsirləndirilən şəxs həyəcanlı şəkildə üzərində narkotik vasitə heroin olduğunu və istifadə etmək üçün üzərində gəzdirdiyini, narkotik vasitə aludəçisi olduğunu bildirmiş, o dərhal bu barədə raportla 9-cu polis bölməsinin rəhbərliyinə məruzə etmiş və raportun icrası 9-cu polis bölməsinin təhqiqatçısı Eltay Mikayılova həvalə edilmiş, o, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında iştirak etməsə də, sonuncunun üzərindən şəxsi axtarış və götürmə zamanı bir ədəd kibrit qutusunda iki bükümdə narkotik vasitə heroin olduğunu bilmiş, bundan sonra, Təqsirləndirilən şəxs təhqiqatçı Eltay Mikayılov tərəfindən şübhəli şəxs qismində tutularaq 9-cu polis bölməsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 16:50-də 9-cu polis bölməsinin polis sahə inspektoru, polis mayoru Şahid3 icraatında olan mülki axtarış işi üzrə axtarışda olan ünvan 1 mənzil 5-də qeydiyyatda olan Təqsirləndirilən şəxs 9-cu polis bölməsinə gətirilmiş və Bölmənin məsul növbətçisi, polis mayoru X14 Kişiyevanın “şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabı”nda adını qeyd edərkən ondan üzərində nə kimi, yəni kəsici-deşici əşyalar olmasını soruşduqda Təqsirləndirilən şəxs həyəcanlı şəkildə üzərində narkotik vasitə heroin olduğunu və istifadə etmək üçün üzərində gəzdirdiyini, narkotik vasitə aludəçisi olduğunu bildirmiş, məsul növbətçi Hadi Qasımov bu barədə raportla 9-cu polis bölməsinin rəhbərliyinə məruzə etmiş və raportun icrası 9-cu polis bölməsinin təhqiqatçısı Eltay Mikayılova həvalə edilmiş, bundan sonra, Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunmasından ötrü polis bölməsinə 3 saylı vəkil bürosundan vəkil dəvət olunmuş. Təqsirləndirilən şəxs təhqiqatçı Eltay Mikayılov tərəfindən şübhəli şəxs kimi tutulduqdan sonra ona hüquq və vəzifələri izah edilmiş və üzərində həmin tarixdə saat 19:40-dan başlayaraq videoçəkiliş ilə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə zamanı videoçəkilişi “İphone xs” markalı mobil telefonla o aparmış, Təqsirləndirilən şəxs üzərində nə kimi əşyalar olduğunu soruşduqda və paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, yaxud da qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü şəkildə təhvil verməsi təklif edildikdə o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan torba çıxarıb stolun üstünə qoymaqla təqdim edərək həmin sellofan torbada bir ədəd şpris, bir ədəd şüşə flakon və kibrit qutusunda iki ədəd bükümdə narkotik vasitə heroin olduğunu bildirmiş, baxış zamanı sellofan torbadan Təqsirləndirilən şəxs dediyi kimi bir ədəd şpris, bir ədəd şüşə flakon və bir ədəd kibrit qutusu, kibrit qutusundan da iki ədəd bükümdə narkotik vasitə herionə bənzər kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hansı məqsədlə və kimdən aldığını soruşduqda o, həmin narkotik vasitə heroini 25 manata şəxsi istifadəsi üçün tanımadığı və adını bilmədiyi şəxsdən aldığını bildirmiş, bundan başqa, Təqsirləndirilən şəxs üzərində axtarış aparıldıqda onun üzərindən başqa heç nə aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd şpris, bir ədəd şüşə flakon və iki ədəd bükümdə narkotik vasitə herionə bənzər kütlə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənərək hər bir iştirakçı tərəfindən imzalanmış, bundan sonra, videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmış, daha sonra tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalandı. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı ifadəsi şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında axtarış və götürmə aparılması barədə video görüntünün əks edildiyi video-diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən keçirilmiş şəxsi axtarış zamanı polis əməkdaşlarının və vəkilin iştirak etməsi, həmçinin Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sol yan cibindən kibrit qutusunda 2 ədəd büküm çıxarması, həmin bükümlərin içində narkotik vasitə olan heroin bildirməsi öz əksini tapmışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq olunaraq elan olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizası şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 6/2309 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...saxlanılan şəxs: (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki, 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,502 qram və 0,350 qram, ümumi təmiz çəkisi 0,852 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd sınıq şüşə flakon və bir ədəd birdəfəlik şprisin daxilində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik müəyyən edilmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq olunaraq elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsi ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2193 saylı rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Hal-hazırda Təqsirləndirilən şəxs psixi xəstəliklə əlaqədar məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs, barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəllləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona ittiham edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Elektron Məhkəmə Portalının çıxarışından gorünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxxx 2015-ci il təvəllüdlü X7 adlı azyaşlı uşağı var. 8 saylı Mənzil-Kommunal İstismarı Sahəsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs, həbsdə olan həyat yoldaşı X3, az yaşlı oğlu X4 ilə birlikdə ünvan 1 mənzil 5-də qeydiyyatdadır. 8 saylı Mənzil-Kommunal İstismarı Sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, , Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şübhəli şəxsin tutulması haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında Səbail rayon prokuroru Natiq Əsədovun xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxx 2020-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və o, dərhal azad edilmişdir. Maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,852 qram heroin maddi sübut hesab edilmiş və tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,752 qram narkotik vəsitə heroin saxlanılması üçün Səbail RPİnin saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 93.1.4-cü maddələrinə əsasən 01 il 03 ay müddətinə azadıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxx 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayətlərin residivi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, təqsirini könüllü boynuna almasını, himayəsində bir azyaşlı uşağının olmasını, həyat yoldaşının həbsdə olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cinayətin açılmasında fəal kömək etməsini və gənc olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək, 02 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2020-ci il tarixli 3086 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,752 qram narkotik vəsitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, X5 xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazisini tərk etməmək, ünvan 1 mənzil 5 ünvanında yaşayış yerini hər gün saat 2300dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,752 qram narkotik vəsitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (yüz səksən) manat, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 252 (iki yüz əlli) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-55/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-55/2021
01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver