Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-55/2022 09.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 Əsgər oğlunun, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,187 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və bir ədəd gümüşü rəngli bükümün içərisində təmiz çəkisi 0,195 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamini əldə edərək üzərində saxlayıb daşımış, Səbail RPİ-nin PPXB-nün polis nəfərləri və Səbail RPİ-nin 39cu Polis Bölməsinin əməkdaşları tərəfindən 27 oktyabr 2021-ci il tarixdə saat 13:00 radələrində ünvan 2 ünvanın qarşısında özünü şübhəli apardığına görə saxlanılaraq Səbail RPİ-nin 39- cu Polis Bölməsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən çıxardığı qara rəngli “Samsung A-52” markalı mobil telefonun qara rəngli üzlüyünün arxa hissəsindən gümüşü rəngli bükümdə təmiz çəkisi 0,187 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və bir ədəd gümüşü rəngli bükümün içərisində təmiz çəkisi 0,195 qram olan kustar üsulla hazırlanmış həmin psixotrop maddə metafetamin aşkar olunaraq götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulumuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 oktyabr 2021-ci il tarixdə tanışı Anar ona zəng edib metronun “28 May” stansiyası yaxınlığında görüşməyi təklif etmiş, sonra onlar Anarın qardaşının yaşadığı ünvanın qarşısına gedərək, binanın həyətinə daxil olan zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər, üzərilərində narkotik vasitə olmasını bildirdikdən sonra onları Səbail RPİ-nin 39-cu Polis Bölməsinə dəvət etmişlər. O və tanışı Anar Alıcanov heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə getmişdir. Polis bölməsində olduqları zaman xidməti otaqların birində videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparılmış və ona üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması barədə sual verdikdə, o, üzərində olan “Samsung A-52” markalı mobil telefonu çıxararaq, mobil telefonunun qara rəngli üzlüyünün arxa tərəfindən içərisində olan siqaretin “gümüşü” rəngli kağızına bükülmüş iki ədəd bükümü polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlərdən birinin içərisində narkotik vasitə heroin və digərinin içərisində metamfetamin olduğunu bildirmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, Anar Alıcanovun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamış və Anar Alıcanovun yalnız narkotik vasitələrin və psixotorp maddələrin istifadəçisi olduğunu bilmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 39-cu Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Səbail RPİ-nin 39cu Polis Bölməsinə “Anar Alıcanov” adlı şəxsin külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 27 oktyabr 2021-ci il tarixdə saat təxminən 13:00 radələrində Səbail RPİ-nin PPXB-nün əməkdaşları ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində «Anar Alıcanov» adlı şəxsə bənzər şəxsin başqa bir nəfər şəxslə birlikdə ünvan 2 yaşayış binasının həyətinə daxil olmaq üzrə olduqlarını görmüş, həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirmişlər və birlikdə Səbail RPİ-nin 39-cu Polis Bölməsinin inzibati binasına getməyi təklif etmişlər. Həmin iki nəfər şəxs etiraz etmədən, onlarla birlikdə 39-cu Polis Bölməsinə getmiş, orada həmin şəxslərdən birinin Təqsirləndirilən şəxs, digərinin isə, X3 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu çıxararaq, telefonun qara rəngli üzlüyünün arxa hissəsindən siqaretin gümüşü rəngli kağızına bükülmüş olan 02 ədəd bükülünü təqdim etmiş, həmin bükülünün birinin içərisində spesifik iyə malik, qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddə olması və digər 01 ədəd bükülünün içərisində şəffaf rəngli kristal şəkildə narkotik vasitəyə oxşar maddə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şəffaf sellofana bükülmüş bükülülərin içərisindəki maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğu, həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini təxminən 15 gün əvvəl Şamaxı rayonunda tanımadığı “İranlı” adlanan şəxsdən alaraq öz şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 (iki) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlər sübut əhəmiyyətinə malik olduğu üçün kağız zərfdə qablaşdırılmışdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin PPXB-nin polis nəfərləri Şahid3 və Şahid2 da Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək, onun göstərdiklərini tam təsdiq etmişlər. İş materiallarında olan 28 oktyabr 2021-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 27 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2021-ci il tarixdə, saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 27 oktyabr 2021-ci il tarixdə tarixdə videoçəkilişlə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən qara rəngli “Samsung” markalı mobil telefonu çıxararaq, telefonun qara rəngli üzlüynün arxa hissəsindən siqaretin gümüşü rəngli kağızına bükülmüş olan 02 ədəd bükülünü təqdim etmiş, həmin bükülünün birinin içərisində spesifik iyə malik, qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddə olması və digər 01 ədəd bükülünün içərisində şəffaf rəngli kristal şəkildə narkotik vasitəyə oxşar maddə olması aşkar olunmuş, Təqsirləndirilən şəxs şəffaf sellofana bükülmüş bükülülərin içərisindəki maddələrin narkotik vasitə heroin və narkotik maddə metamfetamin olmasını, onları təxminən 15 gün əvvəl Şamaxı rayonunda tanımadığı “İranlı” adlanan şəxsdən alaraq şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmiş, aşkar olunmuş 02 ədəd siqaretin gümüşü kağızma bükülmüş olan bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, boş zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in 51 saylı möhürü ilə möhürlənərək götürülmüş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4774 saylı, 28 okyabr 2021-ci il tarixli Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd bükümlər...” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,187 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,195 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 28 oktyabr 2021-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 39-cu PB-si tərəfindən təmiz çəkisi 0,187 qram heroin qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,137 qram maddə geri qaytarılmış, 0,195 qram metamfetamin qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,145 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, 29 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 29 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş və saxlanıldığı Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 noyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 28 oktyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması barədə videogörüntünün əks edildiyi diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, “Kodak DVD-R” adlı diskdə “VİD-20211028-WA0016” adlı, 16.439 kB yaddaşlı; “VİD-20211028-WA0017” adlı, 16.383 kB yaddaşlı; “VİD-20211028-WA0018” adlı, 14.579 kB yaddaşlı; 20211028-WA0024” adlı, 16.401 kB yaddaşlı; 20211028- WA0025” adlı, 16.332 kB yaddaşlı; 20211028-WA0026” adlı, 16.401 kB yaddaşlı; “VİD- 20211028-WA0027” adlı, 15.448 kB yaddaşlı və “VİD-20211028-WA0028” adlı, 7.058 kB yaddaşlı 08 (səkkiz) ədəd “.mp4” formalı videofayl yerləşir. Videofaylların ilk 03 ədədi müvafiq olaraq 02:50 dəqiqə, 02:50 dəqiqə və 02:25 dəqiqə müddətdə davam etməklə, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirir. Videofayl qapalı otaq şəraitində lentə alınmışdır, otaqda 05 nəfər polis uniformasında, 01 nəfər isə mülki geyimli olmaqla, 06 nəfər kişi cinsli şəxslər əks olunur. Polis uniformasında olan kişilərdən biri özünü Səbail RPİ-nin 39-cu Polis Bölməsinin təhqiqatçısı polis kapitanı Bəxtiyar Məmmədli olaraq təqdim edir, daha sonra iki nəfər Səbail RPİ-nin 39-cu Polis Bölməsinin polis sahə inspektorları, polis baş leytenantı Şahid1, polis leytenantı Rəsul Aslanov, iki nəfər isə Səbail RPİ-nin PPXB- nün polis nəfərləri, polis serjantları Adil Xanbabayev və Şahid2 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilir, ona Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilir və üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və ya maddə olub-olmaması sorğu-sual edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli üzlüyü olan “Samsung” markalı “ağıllı” mobil telefonu çıxararaq masanın üzərinə qoyur, həmin mobil telefonun üzlüyünü çıxarır, üzlüyün arxa səthində olan 05 (beş) ədəd siqaretin gümüşü rənggli kağızı masanın üstünə düşür. Həmin siqaretin gümüşü kağızlarının 3-ü açıq olmaqla, içi boşdur, 2-si isə, xırda büküm şəklindədir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər bir-bir açılır, birinin içərisində qəhvəyi rəngli kütlə və digərinin içərisində ağ rəngli kristal şəkilli maddənin olması aşkar olunur. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin qəhvəyi rəngli kütənin narkotik vasitə heroin olduğunu, digər ağ rəngli, kristal şəkilli maddənin psixotrop maddə “şüşə” kimi təqdim edir, həmin narkotik vasitə və psixotrop maddəni təxminən 15 gün əvvəl Şamaxı rayonu ərazisində tanımadığı “iranlı” kimi təqdim etdiyi şəxsdən aldığını bildirir. Sonra təhqiqatçı Bəxtiyar Məmmədli tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 02 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümlər boş zərfdə qablaşdırılır, zərfin üzərində bütün iştirakçılar tərəfindən imzalanmalar həyata keçirilir. Sonda bu barədə protokol tərtib edilir və protokol da iştirakçılar tərəfindən imza edilir. Son videogörüntii həmin anda başa çatır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 4622 saylı, 23 noyabr 2021-ci il traixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 17 dekabr 2021-ci il tarixli “ sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd bükülüdə təmiz çəkisi 0,187 qram olan narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,195 qram psixotrop maddə metafetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış; tədqiqatdan sonra qalıq çəkisi 0,137 qram olan narkotik vasitə heroin və qalın çəkisi 0,145 qram olan psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli onun özünün, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs oğluna cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs oğluna təyin edilən azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun 27 oktyabr 2021-ci il tarixdən 29 oktyabr 2021-ci il tarixədək, yəni 02 (iki) gün tutulduğu müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs oğlunun üzərinə Şamaxı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0,137 qram olan narkotik vasitə heroin və 0,145 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 oktyabr 2021-ci il tarixdən 29 oktybar 2021-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şamaxı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 210020290 saylı cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. 210020290 saylı cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 0,137 qram olan narkotik vasitə heroin və 0,145 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs vəsaiti Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ20ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-55/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-55/2022
09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver