Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-55/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4, Müdafiəçi Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 hal hazırda Bakı İstintaq Təcridxanada saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 06 sentyabr 2023-cü il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi Neftçilər küçəsində olan zaman 41-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün həmin polis bölməsinin inzibati binasına dəvət edilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən təmiz çəkisi 1.163 qram olan qəhvəyi rəngli tozşəkilli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroini aşkar edilib götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 05 sentyabr 2023-cü ildə Bakıxanov qəsəbəsində adını bilmədiyi üzdən tanıdığı bir şəxsdən on manata bir büküm narkotik vasitə olan heroin almış üzərində saxlamışdır. 06 sentyabr 2023-cü ildə axşam saatlarında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində 41-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb polis bölməsinə aparılmışdır. Polis bölməsində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmışdır. Bu zaman o, bir büküm içərsində narkotik vasitə olan heroini masaya qoymuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 06 sentyabr 2023-cü ildə təxminən saat 20:30 radələrində iş yoldaşı əməliyyat müvəkkili Şahid2la birlikdə olan zaman Təqsirləndirilən şəxs Səbail rayonu Badamdar qəsəbəsi Neftçilət küçəsində görüb onun narkotik maddənin qanunsuz olaraq əldə edilməsi və daşınmasında şübhəli bilindiyi üçün saxlayaraq 41-ci PB-nin inzibarti binasına dəvət etmişlər. Orada təhqiqatçı tərəfindən video-çəkilişdən istifadə edilməklə dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdi. Bu zaman Rasimə Abdullayev hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə təhvil verməsi təklif edilmişdi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən üzərində mismara oxşar dəmir parça bağlanmış şüşə kolba və bir ədəd sellofan paketə bükülmüş vəziyyətdə tozvari tünd qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlə və şalvarın arxa cibindən bir ədəd alışqan, əlli qəpik pul, bir ədəd “Bakı kartı”, bir ədəd “Kapital banka” məxsus “Bir kartı” çıxardıb təqdim etmişdir. Əynində olan şalvarın sol yan cibindən çıxardıb təqdim etdiyi bir ədəd sellofan bükümdə olan vasitənin heroin olmasını və şüşə kolbanın içərisində isə patı deyilən narkotik maddədən istifadə etməsini bildirmişdi. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni on manata Bakı şəhərində “Bakıxanov” qəsəbəsi deyilən ərazidə tanımadığı şəxsdən aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdi. Götürülmüş həmin narkotik vasitə və şüşə kolba bir ədəd kağız zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin «ZƏRFLƏR ÜÇÜN» 239 saylı möhürü ilə möhürlənmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 İnşallah oğlu ifadəsində şahid qismində dindirilmiş Şahid1 dediklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 06 sentyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2023-cü il tarixdə, saat 22:00 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 06 sentyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolundan görünür ki, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd üzərində mismara oxşar dəmir parça bağlanmış şüşə kolba və bir ədəd sellafon paketə bükülmüş halda tozvari tünd qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlə və arxa cibindən isə bir ədəd alışqan, bir bir ədəd alışqan, əlli qəpik pul, bir ədəd Bakı kartı, bir ədəd kapital banka məxsus bir kart könüllü olaraq çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs bükülünün içərsində tünd rəngli toz şəkilli narkotik vasitəyə oxşar kütlənin və kolbanın ona məxsus olduğunu və həmin narkotik vasitənin “Kokos” olduğunu, kolbanın içərisində isə “patı” adlanan narkotik vasitə olan metamfətanvitamin tökərək istifadə etdiyi bildirdi. O, narkotik vasitələrdən üzərində olanını özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, aşkar edilmiş narkotik vasitəni Bakı şəhəri, Bakıxanov qəsəbəsi ərazisində tanımadığı adamdan on manata aldığını bildirdi. Aşkar olunmuş kütlənin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 239 saylı möhürü ilə möhürlənərək götürüldü. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. İş materiallarında olan 07 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 6/4753 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «AR-nm DİN-nin Zərflər üçün 239 nömrəli möhür əksi və şübhəli şəxs X4 üzərindən aşkar olunmuş bir ədəd kolba və bir büküm narkotik vasitəyə oxşar maddə” şübhəli şəxsin imzası, vəkil imzası, iştirakçıların üç imzası, C.Bayramov imza- yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi 1.163 qram olan qəhvəsi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 ədəd şüşə kolbanın üzərində hero inin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümdəki eyni kimyəvi tərkibli olub- olmamasının müəyyən edilməsi mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarxli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir.Tədqiqatın dəyəri 92 (doxsan iki) manatdır. İş materiallarında olan 07 sentyabr 2023-cü il tarixli “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair aktından görünür ki, AR DİN Səbail RPİ-nin 41-ci PB-si tərəfindən 1.163 qram qəhvəyi toz maddə şüşə kolba qəbul edilmiş, 0.05 qram nümunə götürülmüş, 1.113 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 07 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, fakta Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 08 sentyabr 2023-cü il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Səbail RPİ-nin 41-ci PB-nin əməkdaşları və müdafiəçi qismində dəvət olunmuş X2 iştirakı ilə təhqiqatçı Cəsarət Bayramov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra o, əynində olan qara rəngli şalvarının sol yan cibindən üzərində mismara oxşar dəmir parça bağlanmış şüşə kolba və bir ədəd sellofan paketə bükülmüş halda tozvari tünd qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlə və şalvarın arxa cibindən bir ədəd alışqan, əlli qəpik pul, bir ədəd “Bakı kartı”, bir ədəd “Kapital banka” məxsus “Bir kartı” çıxardıb təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan vasitənin heroin olmasını bildirirb onu bundan bir gün əvvəl Bakı şəhərində “Bakıxanov” adlanan ərazidə on manat pula tanımadığı və anket məlumatın bilmədiyi şəxsdən özü qəbul etmək üçün aldığını bildirmişdir. Götürülmüş narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin «ZƏRFLƏR ÜÇÜN» 239 saylı möhürü ilə möhürlənir. Sonra bu barədə protokol tərtib edilir və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanır. Diskə baxış keçirilməsi barədə protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 02 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 10 saylı CM-si 79 №-li arayışından görünür ki, xx.xx.2015-ci Sabunçu rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317.2.1,181.2.1,181.2.5, 228.4 maddələri ilə 9 il müddətinə azadlıqdan məhrum edilib və o, 10 saylı CM-də xx.xx.2021-cu ildən xx.xx.2022-ci ilə dək cəza müddətini çəkib və Bakı şəhər, Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İş materiallarında olan 08 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 08 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal saxlanıldığı MSY-dən azad edilməsi və həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 08 sentyabr 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 12 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs:
1. Səbail Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad olunmuşdur.
3. Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsiin xx.xx.2014-cü il tarixli hökmü ilə təqsirli bilinib 9 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Appelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası 9 ilə endirilmişdir.
4. Sabunçu rayon məhkəməsinin hökmü ilə xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317.2.1,181.2.1, 181.2.5,228.4 maddələri ilə 9 il müddətinə azadlıqdan məhrum edilib və o, 10 saylı CM-də xx.xx.2021-cu ildən xx.xx.2022-ci ilə dək cəza müddətini çəkib və Bakı şəhər, Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İş materiallarında olan 01 oktyabr 2023-cü il tarixli “maddi sübut kii tanınması haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 1.163 qram narkotik vasitə heroin maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatından sonrakı qalıq 1.113 qram narkotik vasitə heroin saxlanılmasından ötrü Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan 02 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs tutulmaqla barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 10 oktyabr 2023-cü il tarixli AR DİN SRPİ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Səbail RPİ-nin İŞ-nə təhvil verilmişdir. İş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal saxlanıldığı MSY-dən azad edilməsi və həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 13 oktyabr 2023-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının 6510 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 15 mart 2024-cü il tarixli Səbail rayon məhkəməsinin 1(009)-55/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri secilməsi qərara alınmışdır. İş materiallarında olan 25 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasından məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq, xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan 30 may 2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübut, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Sabunçu rayon məhkəməsinin hökmü ilə xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317.2.1,181.2.1, 181.2.5, 228.4 maddələri ilə 9 il müddətinə azadlıqdan məhrum edilib və o, 10 saylı CM-də xx.xx.2021-cu ildən xx.xx.2022-ci ilədək cəza müddətini çəkib və Bakı şəhər, Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə qeydiyyatdan çıxarılmışdır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda xx.xx.2023-cü il tarixdə yenidən qəsdən cinayət törətməsi cinayətin residivi hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2023-cü il tarixdən 08 sentyabr 2023-cü il tarixədək, 09 oktyabr 2023-cü il tarixdən 11 oktyabr 2023-cü il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən törətdiyi cinayət residiv yaratdığı üçün cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 1.113 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353,358, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 sentyabr 2023-cü il tarixdən 08 sentyabr 2023-cü il tarixədək, 09 oktyabr 2023-cü il tarixdən 11 oktyabr 2023-cü il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 18 aprel 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 1.113 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB**********35********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən Günel Səmədova