Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-55/2025 15.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Cəbrayıl rayonu, Şükürbəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən məcburi köçkünlər binasında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 ayrı-ayrı şəxslər üçün sosial müavinat düzəltdirmək kimi imkanının olmasına inandıraraq, sonuncuya sosial müavinat düzəldəcəyinə dair yalan vəd verib, aldadaraq, etibarından sui-istifadə edib, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1 ünvanında özünə məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169-7388-6764-4621 nömrəli bank kartının mobil tətbiqi vasitəsilə onun 4169-7388-1088-6535 nömrəli bank kartına 17 oktyabr 2023-cü il tarixdə göndərdiyi 400 manat, 18 oktyabr 2023-cü il tarixdə göndərdiyi 200 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs2 ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 ayrı-ayrı şəxslər üçün sosial müavinat düzəltdirmək kimi imkanının olmasına inandıraraq, sonuncuya sosial müavinat düzəldəcəyinə dair yalan vəd verib, aldadaraq, etibarından sui-istifadə edib, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 vasitəsilə sonuncunun Zərərçəkmiş şəxs3 alaraq, yaşadığı ünvan 1 ünvanında özünə məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169-7388-6764-4621 nömrəli bank kartının mobil tətbiqi vasitəsilə onun 4169-7388-1088-6535 nömrəli bank kartına 2023-cii ilin oktyabr ayında göndərdiyi 1500 manat, 2023-cü ilin oktyabr ayının sonlarında göndərdiyi 300 manat, 2023-cii ilin noyabr ayının əvvəllərində göndərdiyi 200 manat, 2023-cü ilin dekabr ayının sonlarında göndərdiyi 1500 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs3 ümumilikdə 3500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 ayrı-ayrı şəxslər üçün sosial müavinat düzəltdirmək kimi imkanının olmasına inandıraraq, sonuncuya sosial müavinat düzəldəcəyinə dair yalan vəd verib, aldadaraq, etibarından sui-istifadə edib, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 vasitəsilə sonuncunun Zərərçəkmiş şəxs1 alaraq, yaşadığı ünvan 1 ünvanında özünə məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169-7388-6764-4621 nömrəli bank kartının mobil tətbiqi vasitəsilə onun 4169-7388-1088-6535 nömrəli bank kartına 2023-cü ilin oktyabr ayında göndərdiyi 1500 manat, 2023-cü ilin oktyabr ayının sonlarında göndərdiyi 300 manat, 2023-cü ilin noyabr ayının əvvəllərində göndərdiyi 200 manat, 2023-cü ilin dekabr ayının sonlarında göndərdiyi 1500 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs1 ümumilikdə 3500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 ayrı-ayrı şəxslər üçün sosial müavinat düzəltdirmək kimi imkanının olmasına inandıraraq, sonuncuya sosial müavinat düzəldəcəyinə dair yalan vəd verib, aldadaraq, etibarından sui-istifadə edib, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 vasitəsilə sonuncunun Zərərçəkmiş şəxs5 alaraq, yaşadığı ünvan 1 ünvanında özünə məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169-7388-6764-4621 nömrəli bank kartının mobil tətbiqi vasitəsilə onun 4169-7388-1088-6535 nömrəli bank kartına 2023-cü ilin oktyabr ayında göndərdiyi 1500 manat, 2023-cü ilin oktyabr ayının sonlarında göndərdiyi 300 manat, 2023-cü ilin noyabr ayının əvvəllərində göndərdiyi 200 manat, 2023-cü ilin dekabr ayının sonlarında göndərdiyi 1300 manat, 15 yanvar 2024-cü il tarixdə göndərdiyi 200 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs5 ümumilikdə 3500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 “Toyota Prius” markalı avtomobili ona icarəyə verilməsini təmin edəcəyinə dair yalan vəd verib, aldadaraq, etibarından sui-istifadə edib, Zərərçəkmiş şəxs4 18 yanvar 2024-cü il tarixdə ünvan 2 ünvanda yerləşən “Al Market” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə onun 4169-7388-1088-6535 nömrəli bank kartına göndərdiyi 100 və 900 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs4 ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə cinayət hadisəsi törətdiyinə görə məhkum olunmuşdur. Zərərçəkmiş şəxs4 DİN-in 102 xidmətinə və 39-cu Polis Bölməsinə yazdığı şikayət ərizəsi ilə taniş olmuş, həmin ərizədə göstərilənlərlə razıdır. Belə ki, avtomobil alqı-satqısı və icarəsi ilə məşğul olur. X2 tanıyır, Ceyhun taksi fəaliyyəti ilə məşğul olur. 15 yanvar 2024-cü il tarixdə Ceyhun ona zəng vuraraq Anar adlı tanışına icarəyə maşın lazım olduğunu və bu işdə ondan köməklik göstərməyini xahiş etmişdir. Həmin vaxt o, Anar ilə danışıb demişdir ki, əlində indi maşın vardır. İşi olduğu üçün Anara demişdir ki, “səninlə sonra əlaqə saxlayacam”. 16 yanvar 2024-cü il tarixdə o, Anara zəng vuraraq “Toyota Prius” markalı avtomobilinin olduğunu bildirmiş və həmin avtomobilin Xırdalan şəhər dövlət yol polisinin qarşısında olduğunu və Anara gedib orada dostunda olan avtomobilə baxmağını bildirmişdir. Anar gedib maşına baxmış, maşın xoşuna gəlmişdir. Həmin vaxt həmin maşının sənədləri qayıda düzəltdirmişdir. Anara demişdir ki, sənədləri düzəltdirsin, maşını götürər. O, Anara ona məxsus olan 4169-7388-1088-6535 nömrəli Kapital bank hesab nömrəsini göndərmişdir. Anara demişdir ki, “sən pulu göndər və avtomobilin sənədləri düzələn kimi gəlib maşını götürərsən”. Həmin vaxt maşını gündəlik 20 manata olmaqla 36 ay müddətinə ödəməklə avtomobilin pulunu danışdıqları müddətə ödədikdən sonra maşın Anara qalmaq şərtilə danışmışlar. Anar onun kartına 100 və 900 manat olmaqla ümunilikdə xx.xx.2024-cü il tarixdə 1000 manat pul göndərmişdir. O, Anara demişdir ki, axşam maşını verəcək. Bundan sonra onun pula ehtiyacı olduğu üçün maşını başqa adama satmışdır. Fikirləşmişdir ki, Anara da sonra maşın tapıb verər. Ancaq Anar ondan maşını tələb etmişdir. O, Anara demişdir ki, həmin maşın alınmamış, başqa maşın tapıb verəcək. Anar onunla razılaşmamış, ondan pulunu tələb etmişdir. O da Anarm pulunu öz şəxsi ehtiyacları üçün xərclədiyinə görə həmin vaxt qaytara bilməmişdir. Sonradan Anarın 400 manat pulunu geri qaytarmışdır. Sonrada Anarın pulunu qaytarmağa imkanı olmadığı üçün pulunu qaytara bilməmişdir. Ancaq sonradan ona məlum olmuşdur ki, Anar onun barəsində 39-cu polis bölməsinə şikayət etmişdir. Bundan başqa o, 2023-cü ilin oktyabr ayının əvvəllərində tanışı Yasəmən vasitəsi ilə Xaçmaz rayon sakini Zərərçəkmiş şəxs2 ona zəng vuraraq pul müqabilində sosial müavinət düzəltdirmək istədiyini deyərək ondan sosial müavinət düzəltdirə biləcəyini soruşmuşdur. O da həmin vaxt o işlə məşğul olduğuna görə demişdir ki, düzəldər. Ancaq bunun üçün 600 manat pul lazım olduğunu və bunun qarşılığında hər ay 195 manat sosial müavinət alacağını söyləmişdir. Ülviyyə də onunla razılaşmış və Ülviyəyə “Vatsapp” proqramı vasitəsilə "xxxx" ASC-nə məxsus “4169 7388 1088 6535” nömrəli bank kartını göndərmişdir. Ülviyyə 17 oktyabr 2023-cü il tarixdə yaşadığı evdə olan zaman 400 manat pul göndərmişdir. 18 oktyabr 2023-cü il tarixdə isə qalan 200 manatı ona göndərmişdir. O, Ülviyyənin işini düzəltmiş, Ülviyyə bir ay 195 manat və 2-ci ay 210 manat müavinət almışdır. Sonra Ülviyyə ondan bacıları Kifayət, Nəzakət və Şəhlaya təqaüd dezəltdirməyi xahiş etmişdir. O da Ülviyyə ilə danışmışdır ki, təqaüd adamın biri 3500 manata düzəldə bilər. Həmin vaxt Ülviyyə də onunla razılaşmışdır. Buna görə də Şəhla üçün 3.500 manat pulu, Nəzakət üçün 3.500 manat pulu və Kifayət üçün isə 3.500 manat pulu hissə-hissə olmaqla 2023-cü ilin oktyabr ayından 2024-cü ilin yanvar ayının 15-nə kimi onun "xxxx" ASCyə məxsus 4169-7388-1088-6535 nömrəli bank kartına köçürmüşdür. Həmin vaxt pula ehtiyacı olduğu üçün onların pulunu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Ona görə də onların təqaüd işini düzəldə bilməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurduğu ziyanın bir hissəsini ödədiyini, həmçinin atasının rəhməyə getdiyini bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayının əvvəllərində eltisi Şahid onunla əlaqə saxlayaraq bacısı Yasəmənin Kamran adlı bir tanışının olduğunu, Kamranın özü ilə bacısına pul müqabilində sosial müavinət düzəltdirdiyini, əgər istəyirsə ona da sosial müavinət düzəltdirə biləcəyini söyləmişdir. Onun da maddi vəziyyəti yaxşı olmadığına görə fikirləşmişdir ki, özünə sosial müavinət düzəltdirsin. Buna görə də Qızılgüldə ona Kamrana məxsus ***-***-**-** nömrəli mobil nömrə vermişdir. O da ardınca Kamrana zəng etmişdir. Danışıq zamanı telefondakı şəxs ona narahat olmamalı olduğunu və ona sosial müavinət düzəltdirə biləcəyini söyləmişdir. Ancaq bunun üçün 600 manat pul lazım olduğunu və onun da bunun qarşılığında hər ay 195 manat sosial müavinət alacağını söyləmişdir. O da ortada Qızılgül və Yasəmən olduğuna görə Kamrana inanmışdır. Çünki onlar Kamranla öz işlərini danışdıqdan sonra Yasəmən təxminən 10 ay müddətində, Qızılgül isə 1 ay müddətində sosial müavinət almışdır. O da həmin vaxt Qızılgüllə danışanda sonuncu həmin ay sosial müavinət almışdır. Beləcə o da Kamrana inanmış və sonuncunun onun telefonuna “Vatsapp” proqramı vasitəsilə atdığı "xxxx" ASC-nə məxsus “4169 7388 1088 6535” nömrəli bank kartına 17 oktyabr 2023-cü il tarixdə yaşadığı evdə olan zaman 400 manat pul göndərmişdir. 18 oktyabr 2023-cü il tarixdə isə qalan 200 manatı da yenə yaşadığı evdə Kamranın həmin bank kartına göndərmişdir. Kamran ona söz vermişdir ki, ayın sonuna kimi onun müavinəti düzələcək. 23 oktyabr 2023-cü il tarixdə Kamran onunla telefon əlaqəsi saxlayaraq ona məxsus bank kartının olubolmamasını soruşmuşdur. O isə cavabında özünə məxsus "xxxx" ASC-nə məxsus “Birbank” bank kartının olduğunu söyləmişdir. Kamran da ona cavabında onsuzda bank kartının olduğunu, buna görə də əlavə karta ehtiyac olmadığını, özünün bankla danışacağını və hər ay onun pulunun həmin karta köçəcəyini söyləmişdir. Kamranın verdiyi vədə görə o, həmin ayın sonu 195 manat pul almalı olmuşdur. Elə olmuşdur ki, 30 oktyabr 2023-cü il tarixdə həqiqətəndə onun kartına 195 manat pul köçmüşdür. Ancaq noyabr ayında ona pul köçməmişdir. Bununla bağlı Kamranla əlaqə saxladıqda sonuncu narahat olmamalı olduğunu, sosial müavinətlərin miqdarının qalxdığını, buna görə də qısa zaman ərzində özünün məsələni həll edəcəyini söyləmişdir. 2023-cü ilin dekabr ayında Kamran onunla telefon əlaqəsi saxlayaraq işini həll etdiyini söyləmişdir. Həqiqətəndə dekabr ayın sonlarında onun “4169 7388 6764 4621” nömrəli bank kartına 200 manat pul köçmüşdür. Ancaq yanvar ayında kartına heç bir pul köçməmişdir. Buna görə də Kamranla yenə əlaqə saxladıqda sonuncu işinin yaxın zaman da həll olunacağını söyləmişdir. Ancaq qeyd edir ki, bir daha onun kartına pul köçməmişdir. Kamranın etdiyi hərəkətlərdən başa düşmüşdür ki, Kamran sən demə onları aldatmışdır. Bundan əlavə qeyd edir ki, Kamran ona sosial müavinət düzəltdirəcəyi vədini verən zaman ona təklif etmişdir ki, əgər sosial müavinət, pensiya almaq istəyən tanışları varsa onları ona calasın. Buna görə də o da ailə üzvləri ilə bu haqda danışmışdır. Bacıları da Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Nəzakət Alcman özləri üçün pensiya düzəltmək istədiklərini söyləmişlər. O da oktyabr ayında hələ sosial müavinət aldığına görə Kamrana inanmışdır. Buna görə də Şəhla üçün 3.500 manat pulu, Nəzakət üçün 3.500 manat pulu və Kifayət üçün isə 3.500 manat pulu hissə-hissə olmaqla 2023-cü ilin oktyabr ayından 2024-cü ilin yanvar ayının 15-nə kimi Kamranın "xxxx" ASC-nə məxsus “4169 7388 1088 6535” nömrəli bank kartına köçürmüşdür. Həmin pullar da ayrı-ayrılıqda bacılarının özlərinə məxsusdur. Ancaq Kamran bacılarına verdiyi vədə də əməl etməmişdir və onlarında pullarını dələduzluq yolu ilə ələ keçirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, Kamran ona demişdir ki, Əmək və Əhalinin Sosial Müavinətlər İdarəsində işləyir və sosial müavinətlərin və pensiyaların düzəlməsi ilə məşğuldur. O, ayrı-ayrılıqda Qızılgül və Yasəmənlə telefonda danışmış, danışıq zamanı Qızılgül ona demişdir ki, Kamranı Yasəmənin vasitəsilə tanımışdır. Ancaq day Yasəməndən Kamran haqqında heçnə soruşmamışdır. O, Kamranı bir dəfə görmüşdür. Belə ki, 2023-cü ilin dekabr ayının sonlarında axşam saatlarında Kamran onlara gəlmişdir. Bu zaman Kamran tək olmuşdur. Kamran gəlməmişdən əvvəl də bacılarına əvvəlcədən xəbər eləmişdir. Buna görə də bütün bacıları da evdə olmuşdur. Bacılarının hər biri üçün pensiya düzəltmək məqsədilə lazım olan pulu Kamrana hissə-hissə verməyə razılaşmışlar. Söhbət zamanı Kamran müdirinin bu yaxınlarda işdən qovulacağını, buna görə də bacılarının yerdə qalan pulu tez zamanda verməli olduqlarını bildirmişdir. Bacıları da onunla razılaşmışdır. Bundan əlavə Kamran hər bir bacısına ayrı-ayrılıqda sənədə qol çəkdirmişdir. Həmin sənədlərdə ayrı-ayrılıqda hər bir bacısının müxtəlif xəstəliklə bağlı əziyyət çəkdikləri ilə bağlı yazılar yazılmış, bundan əlavə hər birinin telefon nömrələri də qeyd olunmuşdur. Kamran həmin sənədi xəstəxanaya təqdim edəcəyini söyləmişdir. Beləcə onlar da razılaşdıqdan sonra da Kamran gəldiyi kimi getmişdir. O, Kamrana həm özü üçün, həmdə ki, bacıları üçün göndərdiyi bütün pulları yaşadığı ünvan 1 ünvanında yerləşən evində göndərmişdir. Belə ki, 2023-cü ilin oktyabr ayında hər üç bacısı üçün ayrı-ayrılıqda 1.500 manat olmaqla 4.500 manat pulu, 2023-cü ilin oktyabr ayının sonlarında ayrı-ayrılıqda 300 manat ümumilikdə isə 900 manat pulu, 2023-cü ilin noyabr ayının əvvəllərində ayrı-ayrılıqda 200 manat olmaqla 600 manat pulu, 2023-cü ilin dekabr ayının sonlarında Kifayət və Şəhla üçün ayrı-ayrılıqda 1.500 manat, Nəzakət üçün isə 1.300 manat pulu, 2024-cü ilin yanvar ayının 15-də isə Nəzakət üçün 200 manat pulu yaşadığı evdə yəni, ünvan 1 ünvanında yerləşən evində göndərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sosial müavinat düzəltdirəcəyi məqsədi ilə bacısı Zərərçəkmiş şəxs2 vasitəsilə 2023-cü ilin oktyabr ayında 1.500 manat, 2023-cü ilin oktyabr ayının sonlarında 300 manat, 2023-cü ilin noyabr ayının əvvəllərində 200 manat, 2023-cü ilin dekabr ayının sonlarında 1.500 manat pul vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sosial müavinat düzəltdirəcəyi məqsədi ilə bacısı Zərərçəkmiş şəxs2 vasitəsilə 2023-cü ilin oktyabr ayında 1.500 manat, 2023-cü ilin oktyabr ayının sonlarında 300 manat, 2023-cü ilin noyabr ayının əvvəllərində 200 manat, 2023-cü ilin dekabr ayının sonlarında 1.500 manat pul vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sosial miiavinat düzəltdirəcəyi məqsədi ilə bacısı Zərərçəkmiş şəxs2 vasitəsilə 2023-cü ilin oktyabr ayında 1.500 manat, 2023-cü ilin oktyabr ayının sonlarında 300 manat, 2023-cü ilin noyabr ayının əvvəllərində 200 manat, 2023-cü ilin dekabr ayının sonlarında 1.300 manat, 2024-cü ilin yanvar ayının 15-də 200 manat pul vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2015-ci ildən Heydər Əliyev adma X9 nəzdində olan Bosh Shelf şirkətində çoxtəkəıii nəqliyyat vasitəsinin operatoru vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində yaşadığı evdən Qaradağ rayonuna getmək üçün Uber taksi şirkətindən taksi sifariş vermişdir. Uber taksi şirkətindən ona **-XD-*** dövlət qeydiyyat nömrəli boz rəngli opel markalı avtomobil təyin edilmişdir. Həmin avtomobilin sürücüsü X3 olmuş, Ceyhun ilə yaşadığı Abşeron rayonu Məmmədli kəndindən Qaradağ rayonuna gedən zaman söhbət etmişlər və onun Ceyhunla söhbəti tutduğuna görə o, Ceyhuna demişdir ki, o, avtomobil icarəyə götürmək istəyir. Həmin vaxt Ceyhun ona bu işlə məşğul olan tanışı Kamran adlı şəxsin ***-***-**-** saylı mobil telefon nömrəsini vermişdir. O, Ceyhunun yanında Kamrana zəng vurmuş və telefonda danışmışlar. Həmin vaxt Kamran ona demişdir ki, əlində maşın vardır. Sonra onunla əlaqə saxlayacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Kamran ona zəng vuraraq “Toyota Pirus” markalı avtomobilinin olduğunu bildirmiş və həmin avtomobilin Xırdalan şəhər dövlət yol polisinin qarşısında oduğunu və onun gəlib avtomobilə baxmağını bildirmişdir. O, Kamranın dediyi yerə getmiş və Kamranın dediyi adını unutduğu adamla görüşmüş və maşına baxmışdır. Maşın xoşuna gəlmişdir. Həmin vaxt Kamran ona demişdir ki, həmin maşının sənədlərini qayıda düzəltdirir, maşını götürər və ona Kapital bank hesab nömrəsi göndərmişdir. Ona demişdir ki, «sən pulu göndər və avtomobilin sənədləri düzələn kimi gəlib maşını götürərsən». Həmin vaxt maşını gündəlik 20 manata 36 ay müddətinə ödəməklə avtomobilin pulunu danışdıqları müddətə ödədikdən sonra ona qalmaq şərtilə danışmışlar. O, xx.xx.2024-cü il tarixdə Səbail rayonu Zərifə Əliyeva 22 ünvanında yerləşən “AL” marketin içərisində yerləşən Emanat ödəmə terminalı vasitəsi ilə Kamranın ona göndərdiyi bank hesab nömrəsinə 1000 manat pul göndərmişdir. O, pulu ödədiyi günün axşamı Kamran maşını ona verəcəyini bildirmişdir. Axşam o, Kamrana zəng vurmuş və Kamran ona bildirmişdir ki, maşını sabah verəcək. O, səhəri günü Kamranla yenidən əlaqə saxlamış və Kamran ona demişdir ki, həmin maşın alınmamışdır. Başqa maşın tapıb versinlər. Həmin vaxt o, başa düşmüşdür kı, Kamran onun ona olan etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edir. O, həmin vaxt Kamrana demişdir ki, pulunu qaytarsın, Kamran onun pulunu qaytarmamışdır. O, Kamrana dəfələrlə zəng vurduqdan sonra Kamran onun 400 manat pulunu geri qaytardıqdan sonra onun telefon zənglərinə cavab verməmişdir. 600 manat pulunu qaytarmadığına görə də Anarın barəsində şikayət etmişdir. Məhkəməyədək icraat zamanı ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, X4 onun doğma bacısıdır və Yasəmən ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır və Bakı şəhərində Bayıl qəsəbəsində ünvanı tam dəqiq bilmədiyi “Al market” mağazalar şəbəkəsində satıcı kimi çalışır. 2023-cü ilin sentyabr ayının əvvəllərində bacısı Yasəmən ilə söhbət etmişdir. Söhbət zamanı Yasəmən çalışdığı işdə iş yoldaşları vasitəsilə Kamran adlı şəxslə tanış olduğunu, onunla telefonda söhbət etdiklərini və həmin şəxsin sosial müavinət düzəldə bildiyini və özünün də sosial müavinət düzəltdirdiyini söyləmişdir. X7 nə qədər pul verməsi haqqında heç bir məlumatı yoxdur. Onun maddi imkanı da aşağı olduğuna görə fikirləşmişdir ki, özünə sosial müavinət düzəltdirsin. Buna görə də Yasəməndən xahiş etmişdir ki, Kamranın telefon nömrəsini ona versin. Yasəmən də ona Kamranın hal-hazırda xatırlamadığı telefon nömrəsini vermişdir. O da elə 2023-cü ilin sentyabr ayının əvvəllərində Kamranla telefon əlaqəsi saxlayaraq ona sosial müavinət düzəldib-düzəldə bilməyəcəyini soruşmuşdur. Onun ümumiyyətlə Kamranla telefon danışığı 2-3 dəfə olmuş və onunla ümumiyyətlə görüşməmişdir. Kamranda telefonda ona sosial müavinət düzəldə biləcəyini ancaq bunun üçün 400 manat pul lazım olduğunu söyləmişdir. O da onunla razılaşmışdır. Daha sonra isə 2023-cü ilin sentyabr ayının əvvəllərində yaşadığı evdə Kamranın ona dediyi xatırlamadığı bank nömrəsinə 400 manat pul vəsaitini göndərmişdir. Kamranın verdiyi vədə əsasən o, hər ay 195 manat sosial müavinət almalı olmuşdur. Elə olmuşdur ki, o, 2023-cü ilin sentyabr və oktyabr aylarında həqiqətəndə 195 manat pul kartına köçmüşdür. Bundan əlavə 2023-cü ilin oktyabr ayının əvvəllərində eltisi Zərərçəkmiş şəxs2 ilə telefonda danışmışlar. Danışıq zamanı o da Ülviyyəyə Kamran barəsində söhbət etmiş və Kamranın vasitəsilə özünə sosial müavinət düzəltdirdiyini bildirmişdir. Bu zaman Ülviyyə ondan xahiş etmişdir ki, əgər mümkünsə Kamranla onu calasın. O da Kamranın onda olan nömrəsini Ülviyyəyə vermişdir. Ancaq qeyd edir ki, Ülviyyə ilə Kamran arasında olan məsələdən onun heç bir xəbəri yoxdur. Ülviyyə RPŞ-nə şikayət etdikdən sonra bilmişdir ki, Kamran Ülviyyə və bacılarını aldadaraq onların pullarını dələduzluq yolu ilə ələ keçirmişdir. O, ümumilikdə 2 ay sosial müavinət almışdır. Yasəmən isə təxminən 3-4 ay sosial müavinət almışdır. Yasəmən 10 ay sosial müavinət almamış, ola bilsin Ülviyyə onu yanlış anlamışdır. Onun Kamran barəsində heç bir şikayəti yoxdur. Çünki Kamran ona verdiyi bütün pulları qaytarmışdır. Kamran harada işləməsi barədə məlumat verməmişdir. Sadəcə olaraq demişdir ki, onun kimi insanlara sosial müavinət düzəldir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı etirafedici ifadələri, zərərçəkmiş şəxslər və şahidin ifadələri eləcə də digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanda yerləşən “Al market” mağazasıdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı etiraf edici ifadələri, zərərçəkmiş və şahid ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə iclasında Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmalarını nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf edərək səmimi peşman olmasını, gənc olmasını, ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmaqla sonuncu dəfə Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cii maddələri ilə təqsirli bilinərək 03 il 01 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi” haqqında 30 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilməklə o saxlanıldığı Bakı şəhəri Səbail RPİnin X5 azad edilmişdir. Məhkəmənin 21 noyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin 1(038)-3/2025 saylı, 19 iyun 2025ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 05 sentyabr 2024-cü il tarixdən hesablanması barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3.-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır Bu səbəbdən, məhkəmə, Yardımlı Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli hökmü ilə təyin olunmuş müəyyən müddətdə azadlıqdan məhrumetmə cəzasını hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməsini məqəsəduyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Cinayət Məcəlləsinin 66.1- 66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Bu səbəbədən, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs, onun hazırki cinayət işi üzrə 28 may 2024cü il tarixindən 30 may 2024-cü il tarixinədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin olunmuş cəzadan çıxılmaqla şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddətlərin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla qəti cəza təyin olunmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsini, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmasını və Yardımlı Rayon Məhkəməsinin 1(038)-3/2025 saylı, 19 iyun 2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasının nəzərə alınmasını, cəzacəkmə müddətinin əvvəlinin isə 05 mart 2024-cü il tarixdən hesablanmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Yardımlı Rayon Məhkəməsinin 1(038)-3/2025 saylı, 19 iyun 2025-ci il tarixli hökmü ilə təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə 28 may 2024-cü il tarixindən 30 may 2024-cü il tarixinədək şübhəli şəxs qismində saxlanıldığı müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, Təqsirləndirilən şəxs üzərində qəti 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilsin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və Yardımlı Rayon Məhkəməsinin 1(038)-3/2025 saylı, 19 iyun 2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasının təyin olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzacəkmə müddətinin əvvəli 05 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 480 (dörd yüz səksən) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 21 saylı Vəkil Bürosunun “Ekspress Bank” dakı hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-55/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-55/2025
15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver