Məhkəmə qərarları › İş №1(009)-56/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-56/2021

27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-56/2021 27.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs (mülki iddiaçının) Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi3, Zərərçəkmiş şəxs (mülki iddiaçı): Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs (mülki cavabdeh): Təqsirləndirilən şəxs iştirakları ilə, 27 aprel 2021-ci il tarixdə saat 12:00-da, Bakı şəhərində Səbail Rayon Məhkəməsinin inzibati binasında 23 mart 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, hadisə vaxtı Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin polis nəfəri-sürücüsü vəzifəsində işləmiş, hazırda işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 11 fevral 2019-cu il tarixdə, saat 23:39-da qüvvədə olan “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında, ayıq vəziyyətdə Azərbaycan Respublikası DİNnin Sabunçu RPİ-nin avtomobil təsərrüfatına məxsus olmaqla, həmin vaxt qüvvədə olmuş yol vərəqəsi əsasında Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin sabiq əməliyyat müvəkkili Şahid Elbrus oğluna təhkim olunmuş, texniki cəhətdən saz vəziyyətdə olan “Khazar” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini sonuncunun özünü pis hiss etdiyi üçün onu yaşadığı evə aparmaq məqsədilə onun xahişi ilə və onun yanında idarə edərək Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi ilə Neftçilər prospekti istiqamətində yolun 4-cü hərəkət zolağı ilə saatda 70-80 kilometr sürətlə hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozaraq, yəni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunlara riayət etməyərək, sürətlər qutusu vasitəsilə avtomobilin sürətini azaltmağa çalışarkən hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq idarəetməni itirdiyi üçün surətini azalmadan yolun 1-ci hərəkət zolağına daxil olaraq idarə etdiyi avtomobilin qabaq hissəsi ilə yolun sağ hissəsində dayanıqlı vəziyyətdə olmuş “Mercedes Benz E270 CDİ” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sol qapısının yanında dayanmış sürücüsü Zərərçəkmiş şəxs1, həmçinin həmin avtomobilin qabaq sol yan qanadını vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sol bud sümüyünün aşağı 1/3-nin, sağ qamış sümüyünün kondilusunun, sağ qamış və incik sümüklərinin distal metafizinin, sol qamış sümüyünün kondilusunun və sol incik sümüyün boynunun qapalı, yerdəyişmiş sınıqları, sol daban nahiyyəsinin cırılmış yarası kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərin vurulmasına və sonuncuya məxsus “Mercedes Benz E270 CDİ” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində ona 2409 manat məbləğində maddi ziyanın vurulmasına, həmçinin özünün idarə etdiyi “Khazar” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində balansında olduğu Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nə 1570 manat məbləğində maddi ziyanın vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 31 may 2007-ci il tarixdən 11 fevral 2019cu il tarixədək Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş, 15 fevral 2019-cu il tarixdə tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi ilə bağlı Polis orqanlarından xaric olunmuşdur. Hadisə günü, yəni, 11 fevral 2019-cu il tarixdə axşam saat 18-19 radələrində xidmətdə olmadığı zaman, dostluq münasibətində olduğu və həmin dövrdə Sabunçu RPİnin 12-ci PŞnin əməliyyat müvvəkili, polis leytenantı Şahidla birlikdə Bakı şəhəri, Xətai rayonu, “Ukrayna” dairəsi adlanan ərazidə görüşmüşlər. Həmin vaxt Elvin özünə təhkim olunmuş Daxili İşlər Nazirliyinin balansında olan “Khazar” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmiş, o isə həmin vaxt maşınsız olmuş, onlar kafelərdən birində çay içdikdən sonra, Elvin ona bildirmişdir ki, “gedək səni evə düşürdüm, ondan sonra mən də öz işlərimi həll edərəm”. Elvin özünü pis hiss etdiyinə görə avtomobili onun idarə etməyini xahiş etmiş, o da, sürücülük vəsiqəsi olduğuna görə heç bir etiraz etmədən sükan arxasına əyləşmişdir. Onlar Elvinin yaşadığı ev istiqamətində gələrkən, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi ilə Neftçilər prospekti istiqamətində dördüncü hərəkət zolağı ilə təxminən saatda 70-80 km sürətlə hərəkət etmişdir. Həmin vaxt hava şəraiti çiskinli və asfalt örtüyü sürüşkən olmuşdur. Bundan sonra həmin ərazidə yerləşən “Emporium Armani” mağazasının qarşısından sola dönən zaman maşın sürüşərək yolun sağında dayanmış “Mercedes-Benz” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısının qarşısında dayanmış həmin avtomaşının sürücüsü X6, eləcə də həmin avtomaşının qabaq sol yan qanadına çırpılmışdır. Dərhal maşını saxlayıb yerə düşüb, sürücü Zərərçəkmiş şəxs1 yaxınlaşmış, həmin vaxt Faiq huşunu itirmiş və arxası üstə yerə uzanmış vəziyyətdə olmuşdur. O, dərhal X12 çağırmışdır, həmin vaxt iş yoldaşı Şahid də işlədikləri 12-ci Polis Şöbəsinin rəhbərliyinə hadisə barəsində məlumat vermişdir. Daha sonra hadisə yerinə X12 briqadasının həkimləri gəlib Zərərçəkmiş şəxs1 X11 aparmışlar. Hadisə baş verdikdən sonra o, valideynləri ilə birlikdə X11 getmişdir. Zərərçəkmiş şəxs1 səhhəti ilə maraqlanmış, həkimlər Faiqin təzyiqinin aşağı olduğunu və qan lazım olduğunu bildirmişlər. O, özü Zərərçəkmiş şəxs1 qan da vermişdir. Hadisədən bir gün sonra, yəni 12 fevral 2019-cu il tarixdə anası Anaxanım Əliyeva ilə birlikdə X11 gəlmiş, orada həkim tərəfindən Faiqə yazılan dərman preparatlarının hamısını alıb gətirmişdir. Bir ay müddətində hər gün o, Faiqin səhhəti ilə bağlı nə lazım olsa, müsbət halda öz köməkliyini göstərmişdir. Bir ay keçdikdən sonra X9 həkimi Faiqin ayağının əməliyyat olunmasını bildirmiş və sonuncunun qohumu Tural adlı şəxsin məsləhəti ilə onların tanıdığı həkimin əməliyyat etməsini istəmişlər. Ümumilikdə Zərərçəkmiş şəxs1 əməliyyatında 4000 manat məbləğində xərci çıxmışdır. Əməliyyatdan sonra Faiq təxminən 10 gün X9 reanimasiya şöbəsində qalmışdır. 10 gün sonra Faiqin vəziyyəti yaxşılaşdıqdan sonra palataya köçürülmüşdür. Bundan sonra Faiqin ayağında estetik əməliyyatla bağlı 800 manat məbləğində xərci çıxmış, həmin vaxt o Faiqin diz nahiyyəsi üçün karset və çəlik də almış, çəlik və karsetə ümumilikdə 100 manat məbləğində xərci çıxmışdır. Palatada Faiqin müalicəsi davam etdirilmiş və o sonuncuya bildirmişdir ki, xəstəxanada tam şəkildə sağaldıqdan sonra evə getsin. Təxminən üç ay sonra Faiq ona zəng vuraraq bildirmişdir ki, artıq səhhəti normallaşıb, həkimin icazəsi ilə xəstəxanadan çıxıb ev şəraitində müalicə alacaq. Baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs2-nin İŞ-də araşdırılma başlanılmış və hadisənin araşdırılması həmin şöbənin müstəntiqi Fariz Hacıyev tərəfindən aparılmışdır. Araşdırmanın gedişində 2019-cu ilin mart ayının əvvəllərində o, Faiqin müalicə aldığı X4rkən müstəntiq Fariz Hacıyev də oraya gəlmiş və Faiqə bildirmişdir ki, işin xitam olunması üçün Faiqin onunla bağlı heç bir şikayət və tələbi olmaması barədə ərizə yazmalıdır. Bundan sonra Faiq yanında olan adını xatırlamadığı qardaşı və telefonla Samir adlı qohumu ilə məsləhətləşərək ərizə yazmağa razılaşmışdır. Bundan sonra Faiq latın əlifbası ilə yaza bilmədiyinə görə ondan xahiş etmişdir ki, onun yerinə ərizə yazsın, özü həmin ərizəni imzalayacaq. Daha sonra o, razılaşıb Faiqin sözləri ilə sonuncunun onunla barışması və hazırda ona qarşı heç bir şikayət və tələbi olmaması barədə ərizəni yazmışdır. Faiq özü həmin ərizəni imzalamışdır. Faiqin sözləri ilə həmin ərizəni işin istintaqını aparan müstəntiqə, Fariz Hacıyevə təqdim etmiş, lakin sonradan Zərərçəkmiş şəxs1 hansısa ona məlum olmayan səbəbdən, ondan şikayətçi olduğunu bildirmişdir. O, nə qədər Faiqlə razılığa gəlməyə çalışsa da, Faiq onunla danışmaq istəməmiş, telefon zənglərinə də cavab verməmişdir. Hadisə baş verdiyi vaxt hava çiskinli olmuş, bu səbəbdən də maşın sürüşmüş, o da Faiqi və sonuncunun söykəndiyi “Mercedes-benz”markalı, “**-KR-***” dövlət qeydiyyat nişanlı avtomaşını gec gördüyündən maşının idarəetməsini itirmiş, maşını yığışdıra bilməmişdir. Sürətlər qutusu ilə manipuliyasiya etmiş, “3”dən “2”yə salmış, sonra əyləci basmış, lakin bütün hərəkətləri maşının sürüşməyinin qarşısını almamışdır. Hesab edir ki, həmin vəziyyətdə ondan daha peşəkar sürücü maşının sürüşməyinin qarşısını alıb maşını saxlaya bilərdi. Hərəkətindən səmimi peşimandır. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs həmçinin son sözündə əməlindən səmimi peşman olduğunun, ailəli olduğunun, himayəsində iki azyaşlı övladının olmasının, törətdiyi cinayətin ehtiyyatsızlıqdan törədilməsinin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, habelə məhkəmə və istintaq protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, özünə məxsus “Mercedes-benz” markalı **- KR-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğuldur. Hadisə günü yəni 11 fevral 2019-cu il tarixdə saat 23 radələrində Neftçilər prospektində yerləşən “Emporium Armani” paltar mağazasının qarşısında taksi fəaliyyətilə məşğul olmaq üçün dayanmışdır. Həmin tarixdə saat 23:40 radələrində taksi fəaliyyətilə məşğul olan zaman, yəni hadisə zamanı avtomaşının sol hissəsində iki qapının arasına söykənərək dayanmışdır. Həmin vaxt qəflətən avtomobil əyləci səsini eşitmiş və Z.Əliyeva prospekti ilə yüksək sürətlə hərəkət edən “Khazar” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun üzərinə gəldiyini görmüşdür. Həmin “Khazar” markalı avtomobil ona çırpılmış və bu zaman o iki avtomobil arasında qalmışdır. Hadisə nəticəsində aldığı xəsarətlərə görə X11 yerləşdirilmiş, orada təxminən 3 aya qədər stasionar şəraitdə qalmışdır. Bu müddət ərzində 3 dəfə cərrahiyyə əməliyyatı olunmuş, həmin vaxt əsasən ayaqlarından olmaqla 9 sayda ümumilikdə ağır dərəcəli xəsarətlər almışdır. Hadisə nəticəsində çanaq sümüyü də sınmış və buna görə həmin hissəyə millər qoyulmuşdur. Hazırda da hadisənin üstündən 1 ilə yaxın müddət keçməsinə baxmayaraq ayağı əyri bitdiyindən yeriməkdə çətinlik çəkir. O, hadisə zamanı aldığı xəsarətlərdən həmin vaxt huşunu itirmiş, 11 gündən sonra huşu özünə gəlmiş, ayıldıqdan sonra başının arxasında ağrı olduğunu hiss etmişdir. Ona görə də güman edir ki, hadisə nəticəsində başından da xəsarət almışdır. 12 fevral 2019-cu il tarixdən 03 may 2019-cu il tarixədək X10 stasionar şəraitdə müalicə olunmuşdur. Bundan sonra evində yataq şəraitində müalicəsini davam etdirir. Hazırda da yeriməkdə çətinlik çəkir. Hadisə nəticəsində onun avtomobilinə təxminən 5000 (beş min) manata yaxın məbləğdə ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən hadisədən sonrakı müddət ərzində ona dəymiş maddi və mənəvi, həmçinin sağlamlığına dəymiş ziyan ödənilmədiyi, onunla maraqlanmadığı üçün o, Təqsirləndirilən şəxs barəsində məhkəməyə şikayət ərizəsi ilə müxtəlif qurumlara müraciət etmişdir. Sağlamlığına vurulmuş ziyana görə, həmçinin maddi və mənəvi ziyana görə təxminən 35.000 manat məbləğində pul ödənilməsini tələb edir. Belə ki, avtomaşınına vurulmuş ziyana görə təxminən 5000 manat, hadisədən sonrakı müddət ərzində, yəni 11 aylıq müddətdə müalicəsinə sərf etdiyi təxminən 10000 manat, bundan sonra isə sağlamlığının bərpasına və bununla bağlı müalicəsinə sərf edəcəyi təxminən 20.000 manat pul ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onu bağışlamadığını, eyni zamanda mülki iddia qaldıraraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində onun sağlamlığına vurulmuş 10.000 (on min) manat məbləğində maddi ziyanın əvəzinin, 10.000 (on min) manat məbləğində mənəvi zərərin əvəzinin, avtomobilə vurulmuş 5000 (beş min) manat məbləğində maddi ziyanın əvəzinin və 22500 (iyirmi iki min beş yüz) manat məbləğində əldən çıxmiş faydanın əvəzinin, cəmi 47500 (qırx yeddi min beş yüz) manat məbləğində pulun əvəzinin cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Elbrus oğlu ifadəsində göstərmişdir ki, 2012-ci ildən X5 xidmət edir. Təqsirləndirilən şəxs 2018-ci ildən işlədiyi Sabunçu rayon polis idarəsinin 12-ci Polis şöbəsindən tanıyır. Elçin həmin şöbənin növbətçi hissə sürücüsü vəzifəsində işləmişdir. İşlədikləri müddətdə Elçinlə aralarında dostluq münasibətləri yaranmışdır. Şahid bundan başqa ifadəsində göstərmişdir ki, hadisə günü, yəni, 11 fevral 2019-cu il tarixdə iş yoldaşı, həmin şöbənin sahə inspektoru, Habilin toy məclisi olmuş, o, axşam saat 18-19 radələrində işdən çıxanda Daxili İşlər Nazirliyinin balansında olan, ona təhkim olunmuş “Khazar” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “Təbrik” Şadlıq Sarayına getmişdir. Təxminən saat 23 radələrində o özünü pis hiss elədiyi üçün toydan çıxıb evə getməyi planlaşdırmışdır. O, toydan çıxanda Elçin ona bildirmişdir ki, maşınsızdır, ona görə də onu da evə aparmağını xahiş etmişdir. Elçin onun özünü pis hiss etdiyini görüb ona bildirmişdir ki, “Ver maşını bizim evə kimi mən sürüm, sən özünü pis hiss edirsən. Mən düşdükdən sonra özün gedərsən”. O da Elçinin həmin dövrdə işlədiyi Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin növbətçi hissə sürücüsü vəzifəsində çalışdığını və sürücülük hüququnun olduğunu bilib, etiraz etməmişdir. Onlar Elçinin yaşadığı evə gələn zaman, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi ilə Neftçilər prospekti istiqamətində dördüncü hərəkət zolağı ilə təxminən saatda 70-80 km sürətlə hərəkət etmişlər. Həmin vaxt hava şəraiti çiskinli və asfalt örtüyü sürüşkən olmuşdur. Bundan sonra həmin ərazidə yerləşən “Emporium Armani” mağazasının qarşısından sola dönən zaman maşın sürüşərək yolun sağında dayanmış “Mercedes-Benz” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısının qarşısında dayanmış həmin avtomaşının sürücüsü X6, eləcə də həmin avtomaşının qabaq sol yan qanadına çırpılmışlar. Elçin dərhal maşını saxlamış və maşından düşüb, adının sonradan bildiyi sürücü Zərərçəkmiş şəxs1 yaxınlaşmış, həmin vaxt Faiq huşunu itirmiş vəziyyətdə, arxası üstə yerə uzanmışdır. Elçin, dərhal X12 çağırmış və hadisə barədə öz valideynlərinə məlumat vermişdir. Elçin, X12 çağıran zaman o da işlədiyi 12-ci Polis Şöbəsinin rəhbərliyinə hadisə barəsində məlumat vermişdir. Daha sonra hadisə yerinə X12 briqadasının həkimləri gəlib, Zərərçəkmiş şəxs1 X11 aparmışlar. Bir qədər sonra həmin vaxtı işlədiyi Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin rəis müavini Nümayəndə hadisə yerinə gəlmiş və onu götürüb evə aparmışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş, məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə tibbi ekspertizasının 09 mart 2019-cu il tarixli 121 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər- sol bud sümüyünün aşağı 1/3-nin, sağ qamış sümüyünün kondilusunun, sağ baldır - incik sümüklərinin distal metafiznin, sol qamış sümüyünün kondilusununvə sol incik sümüyünün boynunun qapalı, yerdəyişmiş sınıqları, sol daban nahiyəsinin cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 11 fevral 2019-cu il tarixdə yol nəqliyyat hadisəsi şəraitdə piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş, məhkəməyədək icraat dövründə keçirilmiş yol-nəqliyyat hadisələri ekspertizasının 22 iyun 2020-ci il tarixli 8/677 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Khazar” markalı, “**-PZ-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddəninn tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş, məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 23 noyabr 2020-ci il tarixli 9/4877 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2000-ci il buraxlışlı “Mercedes Benz E270CDİ” markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 2409,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti -1319,00 manat; Təmir- bərpa işlərinin qiyməti -1090,00 manat. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2018-ci il buraxlışlı Khazar markalı ** PZ *** avtomobilin hadisə baş verən tarixə təmir- bərpa xərci təxminən 1570,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti -570,0 manat; Təmir- bərpa işlərinin qiyməti - 1000,00 manat. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş, məhkəməyədək icraat dövründə keçirilmiş təkrar məhkəmə-tibbi ekspertizasının 05 aprel 2020-ci il tarixli T 116/2020 saylı ekspert rəyindən görünür ki, 1-3. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər - sol bud sümüyünün aşağı 1/3-nin, sağ qamış sümüyünün kondilusunun, sağ qamış və incik sümüklərinin distal metafizinin, sol qamış sümüyünün kondilusunun və sol incik sümüyünün boynunun qapalı, yerdəyişmiş sınıqları, sol daban nahiyəsinin cırılmış yarası,bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəində göstərilən müddədə və şəraitdə, 11 fevral 2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində törənmişlər və dərəcəsinə görə sınıqlar istər əmək qabiliyyətinin itirilməsi, istərsə də sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərərvurmaya, sol daban nahiyəsinin cırılmış yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddirlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş, məhkəməyədək icraat dövründə keçirilmiş komisyon məhkəmə-tibbi ekspertizasının 15 oktyabr 2020-ci il tarixli 487 saylı ekspert rəyindən görünür ki, 1-3. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər - sol bud sümüyünün aşağı 1/3-nin, sağ qamış sümüyünün kondilusunun, sağ qamış və incik sümüklərinin distal metafizinin, sol qamış sümüyünün kondilusunun və sol incik sümüyünün boynunun qapalı, yerdəyişmiş sınıqları, sol daban nahiyəsinin cırılmış yarası, bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəində göstərilən müddədə və şəraitdə, 11 fevral 2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində törənmişlər və dərəcəsinə görə sınıqlar istər əmək qabiliyyətinin itirilməsi, istərsə də sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərərvurmaya, sol daban nahiyəsinin cırılmış yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş tibbi sənədlərə əsasən onun ilkin müayinəsi zamanı “çanaq sümüyünün sınığı” diaqnozu qeyd edilsə də, 18 fevral 2019-cu il tarixli rentgenoqrafik müayinə zamanı çanaq sümüyünün sınması öz təsdiqini tapmamışdır. MTE və PA Birliyinin Səbail rayon şöbəsində tərtib edilmiş 11 mart 2019-cu il tarixli 121 və Təkrari ekspertizalar şöbəsində tərtib edilmiş T116/2020 saylı 05 aprel 2020-ci il tarixli rəylərin nəticəsi təsviri hissəyə uyğundur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş, məhkəməyədək icraat dövründə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsin 13 noyabr 2020-ci il tarixli 19/51-10938 saylı məktubun və həmin məktuba əlavə olunmuş aktdan görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törədərkən sərxoşluq müayinəsindən keçirilmiş və onun spirtli içki qəbul etmədiyi müəyyən edilmişdir. Məhkəmə və ibtidai istintaq zamanı videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 11 fevral 2019-cu il tarixdə saat 23:38:48 saniyədə qara rəngli “Mersedes- Benz” markalı ** KR *** dövlət nömrə nişanlı avtomaşın Rəsul Rza küçəsi ilə 1-ci yoldan 2ci yola daxil olaraq “Neftçilər” prospekti istiqamətinə asta sürətlə hərəkət edir, saat 23:38:51-də 2-ci yolda “Mersedes-Benz” markalı **-KR-*** dövlət nömrə nişanlı avtomaşınla yuxan yoldan hərəkətdə olan nömrə nişanı müəyyən olunmayan motoseklet həmin maşının qabaq sol yan qanadı ilə yavaşca toqquşur və hər iki nəqliyyat vasitəsi dayanırlar, saat 23:39:00-da hər iki nəqliyyat vasitəsi maşınları yolun sağına, yəni 1-ci hərəkət zolağına doğru hərəkət etdirib saxlayırlar, saat 23:39:08 saniyədə “Mersedes- Benz” markalı **-KR-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü qabaq sol qapını açır motosiklet isə həmin maşından təxminən 5-10 metr “Neftçilər” prospekti istiqamətində qabaqda dayanır. Saat 23:39:10 saniyədə “Mersedes-Benz” markalı ** KR *** dövlət nömrə nişanlı avtomaşının sürücüsü maşından düşür, qabaq sol yan qapı açıqdır, sürücüdə qapının qarşısıda dayanıb, saat 23:39:10 saniyədə Təqsirləndirilən şəxs idarə etdiyi “KHAZAR” markalı “** PZ ***” dövlət nömrə nişanlı avtomaşınla sol tərəfdən yəni Rəsul Rza küçəsində olan 4-cü hərəkət zolağı ilə təxminən 70-80 km/saat sürətlə gələrək 3-cü yola daxil olur, lakin sürətini azaltmır, həmin sürətlə gələrək yolun sağında olan birinci yola daxil olur, saat 23:39:11 saniyədə də həmin avtomaşının qarşısında, arxasında, sağ və solunda heç bir maşın və maneə yoxdur, qeyd olunan avtomaşın gəldiyi sürətlədə yolun sağında dayanıqlı olan “Mersedes- Benz” markalı “**-KR-***” dövlət nömrə nişanlı avtomaşının qabaq sol qapısının qarşısında piyada dayanmış sürücünü vurur, həmçinində dayanıqlı olan maşının qabaq sol qanadını vurduğundan dayanıqlı maşın səmtini də dəyişir. Piyada və dayanıqlı maşının vurandan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “KHAZAR “markalı ** PZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını yolun sağ kənarında 1-ci hərəkət zolağında saxlayır, maşının “stop" işığı yanlı vəziyyətdədir, saat 23:39:25 saniyədə motosikletçi Təqsirləndirilən şəxs avtomaşınının qabaq sol qapısına sürücü tərəfə yaxınlaşıb iradlarını Təqsirləndirilən şəxs bildirir və dərhal da motosikletə tərəf qayıdır. Saat 23:39:40 saniyədə motosikletçi motosikletini irəli əli ilə aparıb yolun sağında saxlayır, saat 23:39:58 saniyədə bir neçə 30-35 yaşlı yoldan keçən şəxslər Təqsirləndirilən şəxs maşınına yaxınlaşır, saat 23:40:05-də 4 nəfər 30-40 yaşlı şəxslər həmin “Mercedes- Benz” markalı ** KR *** dövlət nömrə nişanlı avtomaşına yaxınlaşırlar, saat 23:40:10 saniyədə Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşının qabaq sol yan qapısından, yəni sürücü tərəfdən olan qapısını açıb düşür və arxaya gələrək “Mersedes- Benz” markalı ** KR *** dövlət nömrə nişanlı avtomaşına yaxınlaşır, saat 23:40:30 saniyədə Təqsirləndirilən şəxs aşağıya, yəni maşını ilə vurduğu şəxsə tərəf əyilib kömək edir, hadisə yerində 7-8 nəfər var. Saat 23:41:09 saniyədə DYPŞ-nin dövlət qeydiyyat nömrəsi məlum olmayan maşını hadisə yerinə gəlir və 2-ci yolda maşını saxlayır, saat 23:48:25 saniyədə X12 maşını “Neftçilər” prospekti istiqamətindən gələrək əks yolla Rəsul Rza küçəsinə daxil olaraq “Mersedes-Benz” markalı ** KR *** dövlət nömrə nişanlı avtomaşının qarşısında saxlayır, həmin vaxt Təqsirləndirilən şəxs hadisə yerində olan dövlət yol polisinin əməkdaşı tərəfindən DYPŞ-nin dövlət qeydiyyat nömrəsi məlum olmayan maşınına əyləşdirilir, hadisə yerində artıq PPX əməkdaşları ilə çoxlu sayda insanlar toplaşıblar, saat 23:49:41 saniyədə TTY əməkdaşları avtomaşından xərəyi (nasılkanı) çıxarırlar, saat 23:53:04 saniyədə xəsarət alan şəxsi xərəyə qoyurlar, saat 23:54:15 saniyədə TTY maşının arxa qapısı açılır və xəstəni arxa qapıdan maşına mindirirlər, saat 00:03:31-də TTY hərəkətə başlayıb Neftçilər prospekti istiqamətinə hərəkət edir, hadisə yerinə çoxlu adamlar toplaşıblar. 09 oktyabr 2020-ci il tarixli qüsür aktından görünür ki, “Mercedes-benz E270” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə ilkin baxış keçirilmiş və həmin maşına 2409 manat ziyan vurulması müəyyən edilmişdir. Azərbaycan DİN-nin Sabunçu RPİ-nin 31 oktyabr 2020-ci il tarixli 073-34273-1220 nömrəli məktubu və həmin məktuba əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş, 31 oktyabr 2020-ci il tarixli 13 nömrəli qüsür aktında görünür ki, “Khazar” markalı. **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1910 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavəsitə tabe olan avtomobil təsərrüfatının 12 oktyabr 2020-ci il tarixli 1606 saylı məktubundan görünür ki, Sabunçu RPİ-nin 12-PŞ-nin CAX-nin xidməti istifadəsinə verilmiş “Khazar LD ” **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Sabunçu RPİ-dən daxil olmuş 03.01.2019-cu il tarixli 073-262-1219 nömrəli məktuba əsasən polis leytenantı Şahid Elbrus oğluna təhkim edilmişdir. AC seriyalı 511419 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2024cü ilədək sürücülük hüququ müəyyən edilir. 19 fevral 2020-ci il tarixli 073-4468-1220 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2016-15 fevral 2019-cu il tarixərdə Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin polis nəfəri - sürücüsü vəzifələrində xidmət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materialında olan döğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 12 mart 2014-cü il təvəllüdlü X7 və 02 oktyabr 2015-ci il təvəllüdlü X8 adlı övladları vardır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs, Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi ilə Neftçilər prospekti istiqamətində yolun 4-cü hərəkət zolağı ilə saatda 70-80 kilometr sürətlə hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozaraq, yolun sağ hissəsində dayanıqlı vəziyyətdə olmuş “Mercedes Benz E270 CDİ” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sol qapısının yanında dayanmış sürücüsü Zərərçəkmiş şəxs1, həmçinin həmin avtomobilin qabaq sol yan qanadını vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərin vurulmasına və sonuncuya məxsus “Mercedes Benz E270 CDİ” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində ona 2409 manat məbləğində maddi ziyanın vurulmasına, həmçinin özünün idarə etdiyi “Khazar” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində balansında olduğu Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nə 1570 manat məbləğində maddi ziyanın vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkibi vardır. Belə ki, “Yol hərəkəti haqqında” Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə düzgün tövsif edilmiş, onun təqsiri ibtidai istintaq və məhkəmə baxışı zamanı toplanmış sübutlarla tam sübuta yetirilir və və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını, əməlindən səmimi peşman olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Bu səbədən cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mənəvi, sağlamlığına vurulmuş ziyan və əldən çıxmış faydanın əvəzinin ödənilməsinə dair mülki iddiası qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsinin tələblərinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinin tələblərinə əsasən əmlaka vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı “ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda” mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 80-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Hazırki, tələb bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğundan, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) mülki iddia qaldıraraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində sağlamlığına vurulmuş 10.000 (on min) manat məbləğində maddi ziyanın, 10.000 (on min) manat məbləğində mənəvi zərərin, avtomobilə vurulmuş 5000 (beş min) manat məbləğində maddi ziyanın əvəzinin və 22500 (iyirmi iki min beş yüz) manat məbləğində əldən çıxmiş faydanın əvəzinin, cəmi 47500 (qırx yeddi min beş yüz) manat ona ödənilməsini tələb edir. Hazırki iş üzrə verilmiş ittihamdan və əmtəəşünaslıq ekspertizası rəyindən göründüyü kimi təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs əməli nəticəsində mülki iddiaçı Zərərçəkmiş şəxs1a məxsus “Mercedes Benz E270 CDİ” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində sonuncuya 2409 manat məbləğində maddi ziyanın dəymişdir. Bu səbəbdən avtomobilin zədələnməsi nəticəsində Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanının 2409 manat məbləğində müəyyən edilməsi məqsədəmüvaqfidir. Eyni zamanda hazırki iş üzrə verilmiş ittihamdan və məhkəmə tibbi ekspertiza rəylərindən göründüyü kimi təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs əməli nəticəsində mülki iddiaçı Zərərçəkmiş şəxs1 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurulmuşdur. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 sağlamlığına vurulmuş maddi ziyanı 10.000 (on min) manat məbləğində qiymətlədirmişdir. Lakin sağlamlığına vurulmuş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan vəsaitin həcmini təsdiq edən dəlilləri məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə Zərərçəkmiş şəxs1 sağlamlığına vurulmuş ziyanın 1000 (min) manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs əməli nəticəsində mülki iddiaçı Zərərçəkmiş şəxs1 22500 (iyirmi iki min beş yüz) manat məbləğində əldən çıxmiş faydasının əvəzinin ödənilməsi tələbini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən yalnız 14 noyabr 2011-ci il tarixdən 24 oktyabr 2018-ci il tarixədək olan dövr ərzində ödənilmiş vergiləri göstərən arayış təqdim olunmuşdur. İddia ərizəsində Zərərçəkmiş şəxs1 hadisə baş verən tarixdən hazırki tarixədək əldə etməsi ehtimal olunan gəlirin qeyd olunan dövr ərzində ödənilmiş vergi məbləqləri ilə əlaqəsi əsaslandırılmamışdır. Məhkəmə, həmçinin zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən verilmiş mülki iddianın mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, bu hissədə iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 1-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, “İnsan hüquqları və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktları, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq idarəetməni itirdiyi üçün surətini azalmadan yolun 1-ci hərəkət zolağına daxil olaraq idarə etdiyi avtomobilin qabaq hissəsi ilə yolun sağ hissəsində dayanıqlı vəziyyətdə olmuş “Mercedes Benz E270 CDİ” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sol qapısının yanında dayanmış sürücüsü Zərərçəkmiş şəxs1, həmçinin həmin avtomobilin qabaq sol yan qanadını vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərin vurulmasına və sonuncuya məxsus avtomobilin zədələnməsi ilə nəticələnə yol nəqliyyat hadisəsi törətmişdir. Göründüyü kimi zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 sağlamlığına və əmlakına ziyan vurulması ilə bərabər hadisə nəticəsində onun mənəvi sarsıntı yaşamasına səbəb olmuş, mənəvi sarsıntı, əsəb və stress keçirmişdir. Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi ilə əlaqədar mülki iddiaçının avtomobilinə və sağlamlığına zərərin vurulması nəticəsində yaşadığı sarsıntını öz-özlüyündə mənəvi zərərin vurulması kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə mənəvi zərəri 3000 (üç min) manat həddində müəyyən edir və hesab edir ki, həmin məbləqdə vurulmuş mənəvi ziyanın mülki cavabdehdən iddiaçının xeyrinə tutulması ədalətli və ağlabatandır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, həmçinin iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını, keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 120 (yüz iyirmi) manatın Təqsirləndirilən şəxs tutulmasını, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mənəvi, sağlamlığına vurulmuş ziyan və əldən çıxmış faydanın əvəzinin ödənilməsinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs avtomobilə vurulmuş 2.409 (iki min dörd yüz doqquz) manat məbləğində maddi ziyanın, sağlamlığına vurulmuş 1.000 (min) manat məbləğində maddi ziyanın və 3.000 (üç min) manat məbləğində mənəvi zərərin əvəzi, cəmi 6.409 (altı min dörd yüz doqquz) manat pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 3 saylı Vəkillər Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 528 (beş yüz iyirmi səkkiz) manat pul tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar