Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-56/2023 24.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 21 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,204 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxlayaraq daşımış, Səbail Rayon Polis İdarəsinin 8-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitənin istifadəsində şübhəli bilindiyi üçün 08 sentyabr 2022-ci il tarixdə saat 14:30 radələrində yaşadığı ünvan 2 ünvanın qarşısında saxlanılıb, Səbail RPİ-nin 8-ci PB-nə gətirilərək, həmin tarixdə saat 15:25 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0,204 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,187 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib əynində olan qara rəngli idman şalvarının şalvarın sağ yan cibində saxlayaraq daşımış, Səbail Rayon Polis İdarəsinin 8-ci PB- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 sentyabr 2022-ci il tarixdə saat 18:10 radələrində yaşadığı ünvan 4 ünvanın yaxınlığında saxlanılıb, Səbail RPİ-nin 8-ci PB-nə gətirilərək, həmin tarixdə saat 19:00 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0,187 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə aydır ki, tanımadığı şəxslərdən narkotik vasitə olan heroin alaraq istifadə edir. 08 sentyabr 2022-ci il tarixdə səhər saatlarında “Sovetski” adlanan ərazidə əvvəllədən tanımadığı şəxsdən 05 manata içərsində narkotik maddə olan heroin 01 ədəd büküm almış və həmin bükümü əynindəki cins şalvarın cibinə qoyaraq sonra istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin gün saat 14:30 radələrində o, yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitə istifadəçisi olduğundan şübhələndiklərini bildirib onu 8-ci PB-nə dəvət etdilər. Bölmədə vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürmə keçirmişdir. Bu zaman o, əynindəki cins şalvarının cibindən narkotik vasitə heroin olan 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin narkotik vasitə zərfə qoyulub möhürlənmişdir. 14 sentyabr 2022-ci il tarixdə baş verdiyi hadisədə özünü təqsirli bilmir. 14 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvan 4 ünvanın yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb onu 8-ci PB-nə dəvət etmişlər. Polis bölməsində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümündə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Lakin polisə gətirilməmişdən əvvəl həmin narkotik vasitə onun üzərində olmamış, sonradan polislər tərəfindən üzərinə qoyulmuşdur. O, törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci Polis bölməsinin polis sahə inspektoru, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 08 sentyabr 2022-ci il tarixdə saat 14:30 radələrində Ə.Ç.P.A-nm 4-cü patrul Bölüyünün polis nəfərləri Şahid4, Şahid3 və Şahid5la birlikdə xidməti ərazisi olan ünvan 6 ünvanın qarşısında iki nəfər şəxsin özlərini şübhəli aprardığını görmüş onlara yaxınlaşmışlar. Həmin iki nəfər şəxsin narkotik vasitə istifadəçisi olduqlarından şübhələnib onları Polis İdarəsinin 8-ci PB-nə dəvət etmişdilər. Bölmədə həmin şəxslərdən birinin Təqsirləndirilən şəxs, digərinin isə X3 olduğu müəyyən edilmişdir. Bölmədə videoçəkilişlə vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroinə bənzər, qəhvəyi rəngli, spesifik iyə malik olan maddə aşkar edilmişdir. . Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki maddənin naroktik vasitə heroin olduğunu bükümü, şəxsi istifadə üçün “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən 5 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış aparılmış, lakin heç bir qadağan olunmuş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm zərfə qablaşdırılmış, möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, onlar ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Bundan başqa xx.xx.2022-ci il tarixdə xidmət etdiyi Səbail RPİ-nin 8-ci PB-də olan zaman bölmənin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 tərəfindən ona ünvan 7 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə məlumatın daxil olması və bununla əlaqədar tədbir keçirilməsi bildirilmişdir. Bu barədə rəhbərliyə məruzə edildikdən sonra həmin şəxsin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Səbail RPİ-nin 8-ci PBnin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 və ondan ibarət əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs ünvan 4 ünvanın yaxınlığında olması barədə daxil olmuş məlumatla əlaqədar həmin ünvana yaxınlaşıb Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etmə, saxlama, daşıma, gəzdirmədə şübhəli bilindiyinə görə saxlanıldığını bildirib onu 8-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla polis bölməsinə gəlmişdir. Bölmədə videoçəkilişlə vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroinə bənzər, qəhvəyi rəngli, spesifik iyə malik olan maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin naroktik vasitə heroin olduğunu, şəxsi istifadə üçün “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 5 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış aparılmış, lakin heç bir qadağan olunmuş əşya aşkar edilməmişidr. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə bir ədəd gümüşü kağıza bükülmüş büküm zərfə qablaşdırılmış, möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, onlara ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci Polis bölməsinin CA üzrə sabiq əməliyyat müvəkkili X4 Şahid1 ilə eyni məzmunda ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ə.Ç.P.A-nın 4-cü patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, 08 sentyabr 2022-ci il tarixdə saat 14:30 radələrində Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru Şahid1 və Ə.Ç.P.A-nın 4-cü patrul Bölüyünün polis nəfərləri Şahid4 və Şahid5la birlikdə xidməti ərazisi olan ünvan 6 ünvanın qarşısında iki nəfər şəxsin özlərini şübhəli apardığını görmüş və onlara yaxınlaşmışdılar. Həmin iki nəfər şəxsin narkotik vasitənin istifadəçisi olduqlarından şübhələnib onları Polis İdarəsinin 8-ci PBnə dəvət etmişdilər. Bölmədə həmin şəxslərdən birinin Təqsirləndirilən şəxs, digərinin isə X3 olduğu müəyyən edilmişdir. Bölmədə videoçəkilişlə vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroinə bənzər, qəhvəyi rəngli, spesifik iyə malik olan maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin naroktik vasitə heroin olduğunu və şəxsi istifadə üçün “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən 5 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış aparılmış, lakin heç bir qadağan olunmuş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qablaşdırılmış, möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, onlar ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ə.Ç.P.A-nın 4-cü patrul Bölüyünün polis nəfərləri Şahid4 Calahir oğlu və Şahid5 Şahid3 ilə eyni məzmunda ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan 15 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə, saat 18:10 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 14 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, onun əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülü aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 15 sentyabr 2022-ci il tarixli, 6/5209 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №-52” dairəvi möhür əksi “Şübhəli şəxs imza Təqsirləndirilən şəxs.-imza..” yazı əlavəsi qeyd edilmiş 1 ədəd kağız zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,187 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Tədqiqatın dəyəri 92 (doxsan iki) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 15 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 8-ci PB-si tərəfindən 0,187 qram qəhvəyi rəngli tozşəkilli maddə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,137 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 16 sentyabr 2022-ci il tarixli “cinayət işləri üzrə icraatların birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi 220020306saylı cinayət işinə birləşdirilmişdir. İş materiallarında olan 09 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə, saat 15:15 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 08 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülü aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 09 sentyabr 2022-ci il tarixli, 6/4967 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 52” dairəvi möhür əksi “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadları və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 ədəd bükümdə təmiz çəkisi 0,204 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 09 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 8-ci PB-si tərəfindən 0,204 qram qəhvəyi rəngli maddə qəbul edilmiş, 0,04 qram nümunə götürülmüş, 0,164 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 09 sentyabr 2022-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 09 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, 16 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs elan olunmuş ittiham dəyişdirilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 16 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Səbail RPİ-nin TŞ-nin əməkdaşları tərəfindən videoçəkilişlə çəkilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesini özündə əks etdirən DVD diskə baxış keçirilmişdir. DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə olan narkotik vasitə heroin aşkar edilməsi müəyyən olunmuşdur. İş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 16 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Səbail RPİ-nin TŞ-nin əməkdaşları tərəfindən videoçəkilişlə çəkilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosessini özündə əks etdirən DVD diskə baxış keçirilmişdir. DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə olan narkotik vasitə heroin aşkar edilməsi müəyyən olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 14 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 16 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs:
1. ACDİÜ Azərbaycan Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad olunmuşdur.
2. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 06 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2016-cı ildə cəza müddəti başa çatmışdır.
3. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 03 oktyabr 2022-ci il tarixli 5721 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Kannabioidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 2 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 0,187 qram olan heroinin tədqiqatlara sərf olunduqdan sonrakı qalıq çəkisi 0,137 qram və ilkin xalis çəkisi 0,204 qram olan heroinin tədqiqatlara sərf olunduqdan sonrakı qalıq çəkisi 0,164 qram olan narkotik vasitə-heroin maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair ifadəsi şahidlərin ifadəsi, ekspertiza rəyləri, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs təkrarən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran halı, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsinə baxmayaraq islah olunmamasını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdən 09 sentyabr 2022-ci il tarixədək, tutulduğu cəmi 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin əvvəli 14 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan ilkin xalis çəkisi 0,187 qram olan heroinin tədqiqatlara sərf olunduqdan sonrakı qalıq çəkisi 0,137 qram və ilkin xalis çəkisi 0,204 qram olan heroinin tədqiqatlara sərf olunduqdan sonrakı qalıq çəkisi 0,164 qram olan narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 157 manat (bir yüz əlli yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353,358, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdən 09 sentyabr 2022-ci il tarixədək, tutulduğu cəmi 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 14 sentyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə Səbail RPİ-də saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddi sübut ilkin xalis çəkisi 0,187 qram olan heroinin tədqiqatlara sərf olunduqdan sonrakı qalıq çəkisi 0,137 qram və ilkin xalis çəkisi 0,204 qram olan heroinin tədqiqatlara sərf olunduqdan sonrakı qalıq çəkisi 0,164 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 157 manat (bir yüz əlli yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 21 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 21 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən Günel Səmədova