Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-57/2020 08.06.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Radiyevnanın, Təqsirləndirilən şəxs, Tərcüməçi X1 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs mənzilə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxx 2019-cu il tarixdə saat 19:13 radələrində Zərərçəkmiş şəxs məxsus, sonuncunun ailəsi ilə yaşadığı Bakı şəhəri Səbail rayonu Mərdanov qardaşları küçəsi 3 saylı evin 34 saylı mənzilinin giriş qapısının bir qədər açıq olmasını görüb mənzilə qanunsuz daxil olaraq yataq otağındakı dolabdan 246 (iyi yüz qırx altı) manat dəyərində Türkiyə istehsalı olan bir ədəd qadın qızıl üzüyünü və 900 manat dəyərində «Tiffany» markalı bir ədəd qızıl qolbağını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs 1146 (bir min yüz qırx altı) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və təyin edilmiş cəzanın 5 il 6 ayını çəkdikdən sonra vaxtından əvvəl azad olunmuş, cəzadan azad olunandan sonra dayısı ilə qeydiyyatda olduğu ünvanda yaşamışlar. xx xxxx 2019-cu il tarixdə, təxminən saat 19 radələrində o, Malakan bağı yaxınlığında, dəqiq bilmədiyi ünvana rəfiqəsi Veronikanın yaşadığı mənzilə getmiş, lakin Veronika evdə olmadığından həmin binanın 3-cü mərtəbəsinə qalxıb oradan keçib aşağı düşərkən mənzilin girişinin seyf qapısının açıq olduğunu görüb qapını döymüş, qapı açılmış, o, içəri girmiş, həmin vaxt gözündə qara gün eynəyi olmuş, o, eynəyini çıxarıb orada olan divanın üstünə qoymuş, sonra mənzildə adam olmadığını görüb girişdə olan güzgünün qarşısında açıq vəziyyətdə olan bir ədəd qızıl üzüyü və orada olan plastmas siyirmədə olan bir ədəd qızıl qolbağı götürüb, sonra da divanın üstünə qoyduğu qara eynəyini götürüb mənzildən çıxmış, ordan uzaqlaşıb getmişdir. Həmin mənzildən götürdüyü qızıl üzüyün üst hissəsinin qıraqları ağ xırda qaşlarla əhatə olunmuş, orta hissəsində zəncir forması həkk olunmuş, qolbağının bir tərəfi zəncir kimi, bir tərəfi isə qoşa məftil formasında olmuş, həmin qızıl əşyalarını üzərində saxlayırmış. xx xxxx 2019-cu il tarixdə qızıl qolbağı o, «Moskva» univermağının yaxınlığında olan qızıl alış-verişi mağazasının qarşısında tanımadığı bir nəfər şəxsə 550 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin gün Rəna adlı tanışı ilə «Nizami» metro stansiyasının yaxınlığında görüşmüş, Rəna ilə birlikdə metronun «İnşaatçılar» stansiyasının yaxınlığına getmiş, Rəna hazır şprisdə heroin almış və Rənanın ağrıları başladığından binanın blokuna girib Rəna həmin şprisdə olan narkotiki inyeksiya yolu ilə qəbul etmək istərkən polis əməkdaşları ora gəlmiş və onları saxlayıb Səbail RPİ-nin 39-cu PB-nə gətirmişlər. 39-cu PB-də sorğu zamanı ondan həmin qızılların oğurlanması ilə əlaqədar sorğu-sual edərkən, o, qızılları oğurladığını etiraf etmiş və üstündə olan mənzildən oğurladığı qızıl üzüyü polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkdiyini, dəymiş ziyanın bir hissəsini aradan qaldırdığını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 2016-cı ildə Türkiyə Respublikası vətəndaşı Ertuğrul Doğanla ailə həyatı qurmuş və həmin vaxtdan özünə məxsus olan ünvan 2 mənzil 34 ünvanında yaşayır. Hər iş günü saat 08:00-də evdən çıxıb işə gedir və işin sonunda, saat 17:30 radələrində evdə olur. Evlərinin giriş qapısının iki açarı vardır ki, həmin açarlardan biri onda, ikincisi isə əri Ertuğrulda olur. Onlar təxminən eyni vaxtlarda işdən sonra evlərinə gəlirlər. xx.xx.2019-cu il tarixdə, saat 18:40 radələrində işdən evinə gəlmiş və evin giriş qapısını özündə olan açarla açıb içəri girmiş, çantasını evə qoyub sanitar qovşağına girmiş, sanitar qovşağına girərkən evin giriş qapısını açarla bağlamamış, sadəcə olaraq örtmüşdür. Mənzillərinin sanitar qovşağı başqa evlərdən fərqli olaraq girişdə, yəni blokda, mənzilə giriş qapısının yanındadır. Sanitar qovşağından çıxaraq qapını açıb mənzilə daxil olanda görmüşdür ki, evin zalında olan divanın üstündə qara rəngli qadın günlük eynəyi vardır. Həmin eynəyin onun və həyat yoldaşının olmadığını bilib başa düşmüşdür ki, evdə kənar adam var, evin heç bir tərəfinə baxmadan, yenidən sanitar qovşağa qayıtmış, sanitar qovşağına qayıdarkən də qapını örtmüş, yenə də açarla bağlamamış və sanitar qovşağında həyat yoldaşı Ertuğrula zəng edib evdə adam olmasını bildirmişdir. Təxminən 5 dəqiqədən sonra Ertuğrul gəlmiş və onu səsləyəndən sonra o, sanitar qovşağın qapısını açmış, Ertuğrula gördüklərini danışmış, sonra Ertuğrulla birgə evə girmiş, mənzillərinin otaqlarını gəzmiş, lakin hər hansı kənar şəxsi görməmişlər. Divanın üstündə gördüyü qara eynək də yerində olmamışdır. Sonra baxmışlar ki, yataq otağındakı çarpayının üzərində olmuş «APPLE» markalı planşet yerindən götürülərək zala qoyulmuşdur, yataq otağındakı dolabın üstündə olan üç siyirməli plastmas qabın üstündə olan, ona həyat yoldaşı Ertuğrulun Türkiyədən 2015-ci ildə 200 manata aldığı, qıraqları ağ sapfir daşdan, ortasında zəncir rəsmi ilə 585 əyyarlı və içərisində Ertuğrulun adı, evlilik tarixləri olan “x xxxxxx 2016-cı il” yazılmış qızıl üzük və siyirmədə olan 2016-cı ildə Bakı şəhərindən 900 manata aldıqları İtaliya istehsalı olan «Tiffany» markalı, bir tərəfi zəncir formasında, digər tərəfi isə qoşa məftil kimi qızıl qolbaq oğurlanmışdır. Evdə və oğurlanan qızıllar olan yerdə də başqa qızıl-zinət əşyaları və pul olmuş, lakin onlara əl vurulmamışdır. Sonra Ertuğrul bu barədə DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş və polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Oğurluq nəticəsində onlara ümumilikdə 1100 manat maddi ziyan dəymişdir. İş üzrə zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs ərizə göndərərək ibtidai istintaq müddətində verdiyi ifadəsini təsdiq etdiyini, eləcə də şikayətçi olduğunu və əri Ertuğrul Doğan ilə 2019-cu ilin dekabr ayından etibarən ABŞ-ın Saipan adasında yaşadığını göstərərək iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Ertuğrul Doğan Ömər oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 2015-ci il tarixdən Azərbaycandadır və həmin vaxtdan da «Azərsu» Holdinqdə elektrik mühəndisi vəzifəsində işləyir. xx xxxxxx 2016-cı il tarixdə Vəliyeva (Doğan) Məhliqə Səməd qızı ilə ailə qurmuş, ünvan 2 mənzil 34 ünvanda yaşayır, həmin ev onun həyat yoldaşı Məhliqənin evidir. xx.xx.2019-cu il tarixdə saat 18:30 radələrində evinə gəlib, idman geyimini geymiş, evin yaxınlığında yerləşən «X17»nın yaxınlığındakı idman zalına getmişdir. İdmanda olan zaman, saat 19:18 radələrində həyat yoldaşı Məhliqə ona zəng edib evdə kənar şəxsin olduğunu bildirmişdir. O, bunu eşidən kimi idman zalından çıxıb yaşadığı evə gəlmiş, evə girən zaman həyat yoldaşı sanitar qovşağında olmuşdur. Yaşadıqları binanın sanitar qovşaqları binanın blokunda, evin giriş qapısı ilə üzbəüz yerləşir. O, gəlib sanitar qovşağının qapısını döymüş, həyat yoldaşı ilə birlikdə mənzilə daxil olmuşlar. Evə girdikdən sonra hər iki otağa və eyvanlara baxmış, evdə heç kimin olmadığını aşkar etmişdir. Məhliqə ona söyləmişdir ki, evdən çıxıb sanitar qovşağına getmiş, həmin vaxt evin giriş qapısını sadəcə örtmüş, sanitar qovşağından çıxıb evə girəndə zaldakı divanın üstündə qara rəngdə qadın eynəyini görmüş, həmin eynəyin özünə və ərinə məxsus olmadığını bilib, evdə kənar şəxsin olduğunu şübhələnərək yenidən sanitar qovşağına qayıtmışdır. O, gəldikdən sonra birlikdə evə girib yoxlayarkən yataq otağındakı dolabın üstündə olan üç siyirməli plastmas qabın üstündə olan, həyat yoldaşına Türkiyədən 2015ci ildə 200 manata aldığı, qıraqları ağ sapfir daşla, ortasında zəncir rəsmi olan 585 əyarlı qızıl üzük və siyirmədə olan, 2016-cı ildə Bakı şəhərindən 900 manata aldığı «Tiffany» markalı, bir tərəfi zəncir formada, digər tərəfi isə qoşa məftil kimi qolbağın oğurlandığını aşkar etmişlər. Yoldaşına məxsus həmin nişan üzüyünün içərisində onun adı və evlilik tarixləri-xx xxxxxx 2015-ci il yazılmışdır. Evdə və oğurlanan qızıllar olan yerdə də başqa qızıl zinət əşyaları və pul olmuş, lakin onlara əl vurulmamışdır. Sonra o, bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Ertuğrul Doğan Ömər oğlu ərizə göndərərək ibtidai istintaq vaxtı verdiyi ifadəsini təsdiq etdiyini, eləcə də hazırda həyat yoldaşı ilə 2019-cu ilin dekabr ayından etibrən ABŞ-ın Saipan adasında yaşadığını göstərərək iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Dövlət Sərhəd Xidmətinin arayışından görünür ki, X11 və Ertuğrul Doğan Ömər oğlu xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasından çıxmışlar. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 19750/19751 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 4,49 qram kütləli üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşları qiymətli qaşlara aid deyildir. Aparılmış fiziki-kimyəvi tədqiqatların nəticəsi nəzərə alınmaqla, ekspertiza tədqiqatına təqdim edilmiş 4,49 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış üzüyün 2019-cu ilin iyul ayına pərakəndə satış qiyməti təxminən 246,0 manat müəyyən edilmişdir. Ekspert rəyinin təsviri-əsaslandırıcı hissəsindən qeyd edilmişdir ki, tədqiqata 4,49 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd üzük təqdim edilmişdir. Üzüyün halqasının iç tərəfində «Ertuğrul xx.xx.2016» yazısı və «ASWERA 585» damğası həkk edilmişdir. Üzüyün kənarında girintili-çıxıntılı hissələr vardır. xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim edilərkən götürülmüş bir ədəd halqasının iç tərəfində “Ertuğrul xx.xx.2016” yazısı və “ASWERA 585 ” damğası həkk edilmiş, qaşları qiymətli daşlara aid olmayan olmayan qızıl üzük maddi sübut hesab edilmiş və saxlanılması üçün zərərşəkmiş Zərərçəkmiş şəxs qaytarılmışdır. xx xxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə, saat 02:20-də şübhəli şəxs qismində tutulmuşdur. xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. xx xxxx 2019-cu il tarixdə saat 16.25-də X5 Səbail RPİ-nin X7 azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin arayışından görünür ki, Bakı şəhəri, Səbail raonu, Mərdanov qardaşları küçəsi 3, mənzil 34-də yaşayan Zərərçəkmiş şəxs evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan 01 ədəd əl-barmaq izinin (ADİS-in məlumat bazasına BƏSİİ və Nəsimi RPİ-dən daxil olmuş) xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs (xx.xx.1988ci il X8) sağ əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. «İnsan izlərinin tədqiqi»nə dair məhkəmə-trasoloji ekspertizasının (məhkəmədaktiloskopik ekspertizası) xx xxxxxxxx 2019-cu il tarixli 22141 saylı rəyindən görünür ki, təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki ovuc izi, 3 saylı daktilolentin səthindəki papilyar naxış izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 2, 3, 4, 5, 6, 7 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri tam aydın əks olunmadığından, həmçinin kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Təqdim edilmiş 2 saylı daktilolentin səthindəki ovuc izi, 3 saylı daktilolentin səthindəki papilyar naxış izi Təqsirləndirilən şəxs əl-barmaq və ovuclarından qalmamışdır. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağından qalmışdır. Səbail ryon Polis İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1986cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Arayış Təqsirləndirilən şəxs xx.xx.1987-ci il tarixdə Səbail rayon Qeydiyyat şöbəsində 132№-də qeydiyyata alınmış doğum haqqında akt əsasında tərtib olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. Atası – X13 (erməni), anası – Qasımova X12r ( azərbaycanlı). Bu barədə xx.xx.1987-ci il tarixdə Səbail rayon Qeydiyyat şöbəsində 132№-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X3 tərəfindən tələbnamədən görünür ki, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs: 1) Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 3100 manat cərimə cəzasına məhkum edilmişdir; 2) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3, 67.1 və 68.2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına və 3100 manat cərimə cəzasına məhkum edilmişdir; 3) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2, 234.1, 66.3, 67.1 və 68.2-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə və 2709 manat cərimə cəzasına məhkum edilmişdir; 4) Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə əməl Cinayət Məcəlləsinin 177.3.2-ci madəsindən 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə maddələrinə tövsif edilmiş, cəza müddəti dəyişdirilmədən saxlanılmışdır. 5) Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu tətbiq edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 66.2, 234.1 və 67.1-ci maddələri ilə cəzası 05 (beş) il, 06 (altı) aya endirilmiş, xx xxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə cəzasına, Cinayət Məcəlləsinin 326.2-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 3100 ( üç min yüz) manat məbləğində cərimə cəzası saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci madəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. AR CM-nin 66.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə müvafiq hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2009-cu il 17 dekabr tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasının 2709 manat ödənilməmiş hissəsi tamamilə birləşdirilməklə ona qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası və 2709 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-431/2020 nömrəli, xx xxxx 2016cı il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci madəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, AR CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaya Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasının 2709 manat ödənilməmiş hissəsi tamamilə birləşdirilməklə qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 2709 manat məbləğində cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs oğurluq əməli Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəsaçəkmə Müəssisəsindən xx.xx.2019-cu il tarixli xx/xx-1797 №-li məktubla verilmiş, təsdiq edilmiş fotoşəkilli arayışda bildirilmişdir ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməmiş, daimi yaşayış yeri və qeydiyyat yeri olmayan. Törətdiyi cinayət üzrə xx.xx.2014-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.3.2, 234.1, 66.3, 67.1, 68.2 maddələri ilə 08 il müddətinə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum edilmişdir. xx.xx.2015-ci il tarixli Xətai rayon məhkəməsinin qərarı ilə 02 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsindən həbsxanaya keçirilmişdir. xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək həbsxanada cəza çəkmişdir. xx.xx.2018-ci il tarixli Xətai rayon məhkəməsinin qərarı ilə «Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında» xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası qanunu tətbiq edilərək 177.2.2, 177.2.3, 177.2.4, 66.2, 234.1, 67.1 maddələri ilə cəza müddəti 05 il 06 ay müddətinə endirilmişdir. Cəzanın əvvəli xx.xx.2013-cü il. Cəzanın sonu xx.xx.2019-cu il. 4 saylı cəzaçəkmə müəssisəsinə xx.xx.2014-cü il tarixdə Bakı İstintaq Təcridxanasından daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs cəza müddəti qurtardığına görə xx.xx.2019-cu il tarixdə azad olunmuşdur. Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, iş üzrə xx.xx.2019-cu il tarixə Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim edilərkən götürülmüş bir ədəd halqasının iç tərəfində “Ertuğrul xx.xx.2016” yazısı və “ASWERA 585” damğası həkk edilmiş, qaşları qiymətli daşlara aid olmayan qızıl üzük maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmış, eləcə də xx.xx.2019-cu il tarixdə hadisə yerinə baxış keçirilərkən Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsi, 3 saylı evin, 34-cü mənzilindən götrülmüş 7 ədəd əl-barmaq izləri maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə, ekspert rəyləri və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ziyanın qismən aradan qaldırılmasını, oğurlanmış əşyanın könüllü olaraq təqdim edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin resedivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2 və 234.1 maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 2709 manat cərimə olunmuş, Qaradağ Rayon Məhkəməsinin 23.06.20-cı il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 177.3.2-ci madəsi 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu tətbiq edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 66.2, 234.1 və 67.1-ci maddələri ilə cəzası 05 (beş) il, 06 (altı) aya endirilmiş, xx xxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin iki il keçmədən xx xxxx 2019-cu il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli resedivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli resedivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İstintaq dövründə Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 02:20-dən xx xxxx 2019-cu il tarixdə saat 16:25-dək müddətə tutularaq həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli və barəsində həbs qətimkan tədbiri seçilərək o məhkəmə iclas zalında həbsə alınmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hesab edir ki, hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasının ödənilməmiş hissəsi, yəni 2709 manat tam birləşdirilərək ona qəti cəza təyin olunmalı, Azərbaycan Respublikasl CM-nin 68.2-ci maddəsinə müvafiq olaraq cərimə növündə cəza müstəqil icra olunmalıdır. Maddi sübutla və ekspertiza xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd halqasının iç tərəfində “Ertuğrul xx.xx.2016” yazısı və “ASWERA 585” damğası həkk edilmiş, qaşları qiymətli daşlara aid olmayan qızıl üzük maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarıldığı nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixdə hadisə yerinə baxış keçirilərkən X6 məxsus Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsi, 3 saylı evin, 34-cü mənzilindən götrülmüş 7 ədəd əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işinin 113 və 175-ci vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən müəyyən edilir ki, məhkəmə trasoloji ekspertizasına dair aparılmış tədqiqatın dəyəri 227,16 (iki yüz iyirmi yeddi mnat on altı qəpik) manat və məhkəmə metal və daşların tədqiqi ekspertizasına dair aparılmış tədqiqatın dəyəri 76,30 (yetmiş altı manat otuz qəpik) manat, ümumilikdə 303,46 ( üç yüz üç manat qırx altı qəpik) manat təşkil edir. Qeyd edilən ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Lakin təqdim edilmiş hesabatlarda göstərilən məbləğ məhkəmə tərəfindən ağlabatan hesab edilmədiyindən, Təqsirləndirilən şəxs hüquqlarını istintaq müddətində müdafiə etmək üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2 270 manat məbləğində, məhkəmədə müdafiə etmək üçün Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Radiyevnaya isə 180 manat məbləğində vəsaitin ayrılmasını məqsədəmüvafiq hesab edir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İstintaq dövründə Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 02:20-dən xx xxxx 2019-cu il tarixdə saat 16:25-dək müddətə həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasının 2709 ( iki min yeddi yüz doqquz) manat ödənilməmiş hissəsi tamamilə birləşdirilməklə ona qəti olaraq 03 (üç) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 2709 ( iki min yeddi yüz doqquz) manat məbləğində cərimə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaqTəcridxanasına göndərilsin. Cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci –303,46 ( üç yüz üç manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan bir əddə xalqasının iç tərəfində “Ertuğrul xx.xx.2016” yazısı və “ASWERA 585” damğası həkk edilmiş, qaşları qiymətli daşlara aid olmayan qızıl üzüyünün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs götürülmüş əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 270 (iki yüz yetmiş ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil bürosunun hesabına keçirilsin. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi Radiyevna tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 180 ( bir yüz səksən ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı vəkil bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-57/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-57/2020
08.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver