Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-57/2022 09.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Tərcüməçi: X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1964-cü ildə Qazax rayonu, Yuxarı Salahlı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Qazax rayonu, Yuxarı Salahlı kəndində qeydiyyatda olan, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci və 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,243 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, əynindəki qara rəngli qış gödəkçəsinin ön sol döş cibindəki pul qabının içində kağıza bükülmüş halda saxlamaqla daşımış, Səbail RPİ-nin CAŞ-nin əməkdaşları tərəfmdən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 noyabr 2021ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu, “Nərimanov” metrostänsiyasmm çıxışında saxlanılaraq Səbail RPİ-nin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli qış gödəkçəsinin ön sol döş cibindəki pul qabının içində kağıza bükülmüş halda bir ədəd bükümdə təmiz çəkisi 0,243 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs 04 iyul 2021-ci il tarixdə 01 radələrində ünvan 1 ünvanında yerləşən “Nizami” hostelin girişində olarkən, həmin hostelin rəhbəri Warıs Sohaıl ona hostelin yaxınlığında mənşəyi bəlli olmayan iynələrdən özünə vurmaqla istifadə etməsini irad bildirdikdə, şəxsi münasibətlərin pozulması nəticəsində aralarında yaranmış mübahisə zamanı qəsdən xəsarət yetirmək məqsədilə yumruq zərbəsi ilə sonuncunun çənə nahiyyəsinə bir dəfə zərbə vurub Warıs Sohaılin çənə sümüyünün sağ şaxəsinin qapalı yerdəyişməyən sınığı xəsarətini yetirərək, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, polisdən yayındığına axtarışa verilməsi ilə əlaqədar polis əməkdaşları tərəfindən 19 noyabr 2021-ci il tarixdə 17 radələrində o, Nərimanov rayonu, “Nərimanov ” metrostansiyasmın park tərəfində olan çıxışında saxlanılmışdır. Bu zaman polis əməkdaşları ona tutulmasının səbəbini izah edib onu Səbail rayon polis idarəsinin inzibati binasına gətirmişdirlər. Sorğu zaman o, polis əməkdaşlarına üzərimdə saxlanılması qanunla qadağan edilmiş olan patı(metamfetamin) olduğunu bildirmişdir. Bundan sonra polis idarəsinə X5 dəvət olunmuş və ona müdafiəçi Nicat İmanzadə təqdim edilib onun dövlət hesabına təyin edilmiş vəkil olduğu, polis idarəsində X4 iştirakı ilə onun üzərinə baxış və götürmə keçiriləcəyi izah olunmuşdur. O da üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. Baxış keçirilməzdən əvvəli polis əməkdaşları tərəfindən ona üzərinə video çəkiliş aparmaqla baxış keçiriləcəyi halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edilmişdir. Daha sonra onun üzərinə video çəkiliş aparmaqla baxış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı o özü əynindəki qara rəngli qış gödəkçəsinin ciblərindən 01 ədəd “NokiaC5”markalı mobil telefonu, 02 ədəd alışqanı, 01 ədəd “Geneve” saatı, 01 ədəd cib dəsmalını,sellofan torbanı və ağ rəngli salfetləri, gödəkçənin ön sol döş cibindən qara rəngli pul qabını, gödəkçənin sol yan cibindən üzərində “Ozon” sözü yazılmış sellofan torbanı çıxarıb təqdim etmişdir. Qara rəngli dəri pul qabının içinə baxış keçirilən zaman içindən 01 ədəd özünə məxsus “AA*******” seriyalı şəxsiyyət vəsiqəsi, 01 ədəd qoruyucu, 01 ədəd “Araz market ” kartı, 01 ədəd ağ rəngli büküm polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Həmin 01 ədəd büküm onun və digərlərinin iştirakı ilə açılan zaman içərisində ağ-şəffaf rəngli kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı o, həmin bükümün içərisindəki kütlənin çox olduğunu, belə ki, həmin bükümü təxminən 3-4 gün öncə 15-16 noyabr 2021- ci il tarixdə saat 16 radələrində Nərimanov rayonunda yerləşən “Nərimanov” parkından tapdığını, lakin həmin bükümün içərisini açıb baxan zaman içərisindəki kütləni çox az miqdarda “metafetamin”ə (patıya) bənzər kütlə olduğunu gördüyünü, özünün “heroin” (kokos) istifadəçisi olduğu üçün gələcəkdə “metamfetamin” istifadəçisi olan şəxslərlə “heroin” əvəzində dəyişmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Lakin bir daha qeyd etmişdir ki, həmin bükümdəki kütlə tapdığı zaman çox az miqdarda idi, o, Nərimanov metrostansiyasınının çıxışında polis əməkdaşları tərəfindən tutulub gətirilən zaman üzərindəki bükümün içərisində hazırda aşkar ediləndən az miqdarda kütlə olmuşdur. Həmin kütlə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərfin üzərinə o imza etməkdən imtina etmişdir, zərfin üzəri müdafiəçi və digərləri tərəfindən imza edilmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, cinayətin açılmasında fəal kömək etməsinin, etiraf etməsini, təqsirini boynuna almasının, narkotik vasitəni təsadüfən yerdən tapmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, o, Səbail RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı rütbəsində xidmət edir. 19 noyabr 2021-ci il tarixdə Səbail RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid1 ilə birlikdə axtarışda olan Təqsirləndirilən şəxs tapılması istiqamətində keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində Təqsirləndirilən şəxs tərəflərindən saat 19 radələrində Nərimanov rayonu, “Nərimanov” metrostansiyasının park çıxışında saxlanılaraq Səbail RPİ-nə gətirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin saxladığını bildirmişdir. Bundan sonra polis idarəsinin inzibati binasına vəkil X5 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində psixotrop maddə saxlamaqda şübhəli olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra onun, vəkilin və digərlərinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin ciblərindən 01 ədəd “NokiaC5”markalı mobil telefonu, 02 ədəd alışqanı, 01 ədəd “Geneve” markalı saatı, 01 ədəd cib dəsmalını,sellofan torbanı və ağ rəngli salfetləri, gödəkçənin ön sol döş cibindən qara rəngli pul qabını, gödəkçənin sol yan cibindən üzərində “Ozon” sözü yazılmış sellofan torbanı çıxarıb təqdim etmişdir. Qara rəngli dəri pul qabının içinə baxış keçirən zaman içindən 01 ədəd özünə məxsus “AA*******” seriyalı şəxsiyyət vəsiqəsi, 01 ədəd qoruyucu, 01 ədəd “Araz market ” kartı, 01 ədəd ağ rəngli büküm aşkar edilərək götürülmüşdür. Həmin 01 ədəd bükümü Təqsirləndirilən şəxs və digərlərinin iştirakı ilə açılan zaman içərisində ağ-şəffaf rəngli kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki kütlənin çox olduğunu, belə ki, təxminən 3-4 gün öncə 15-16 noyabr 2021 -ci il tarixdə saat'16 radələrində Nərimanov rayonunda yerləşən “Nərimanov” parkından tapdığını, lakin həmin bükümün içərisini açıb baxan zaman içərisindəki kütləni çox az miqdarda “metafetamin”ə (patı) bənzər kütlə olduğunu gördüyünü, özünün “heroin” (kokos) istifadəçisi olduğu üçün gələcəkdə “metamfetamin” istifadəçisi olan şəxslərlə “heroin” əvəzində dəyişmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Lakin bir daha qeyd etmişdir ki, həmin bükümdəki kütlə tapdığı zaman çox az miqdarda olmuşdur. Həmin kütlə müstəntiq tərəfindən zərflə qablaşdırılmış, möhürlənmiş və zərfin üzərinə Təqsirləndirilən şəxs imza etməkdən imtina etmişdir, zərfin üzəri müdafiəçi və digərləti tərəfindən imza edilmişdir. Həmin büküm tərəfimizdən elektron tərəzidə çəkilmiş çəkisi 0,44 qram olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Şahid2 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında Bakı şəhəri Səbail RPİ-də şəxsi axtarış və götürmə aparılan zamanı qeydə alınmış bir ədəd DVD diskdə olan videogörüntülərə baxış keçirilmişdir və müəyyən edilmişdir ki, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,243 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, əynindəki qara rəngli qış gödəkçəsinin ön sol döş cibindəki pul qabının içində kağıza bükülmüş halda saxlamaqla daşımış, Səbail RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 noyabr 2021ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu, “Nərimanov” metrostansiyasmm çıxışında saxlanılaraq Səbail RPİ-nin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli qış gödəkçəsinin ön sol döş cibindəki pul qabının içində kağıza bükülmüş halda bir ədəd bükümdə təmiz çəkisi 0,243 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə xx.xx.2021 -ci il tarixli qərarla təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6\5137 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N-51 dairəvi möhür əksi olan iki ədəd zərfdə olan: - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ... ” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,243 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixtrop maddə - metamfetamindir. Metmafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixtrop maddələr” in siyahısına (Siyahı 2) daxildir. Üzərində “ Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd şpris, 02 ədəd ampula” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 2 ədəd qırılmış şüşə ampulada, bir ədəd 2,5 ml və bir ədəd 1 ml həcmli istifadə olunmuş şprislərdə narkotik vasitə olan heroin izləri aşkar edildi. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün olmadı. Bir ədəd 1 ml həcmli istifadə olunmamış şprisdə narkotik vasitələrə və psixotrop maddələrə aid izlər aşkar edilmədi. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə 21 noyabr 2021-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-narkoİoji ekspertizasının xx.xx.2021-ci il tarixli 5051 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə xx.xx.2021-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021 -ci il tarixli 6\5486 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, təmiz çəkisi 0,193 qram olan metamfetamin haqqında 20 noyabr 2021-ci il tarixli 6\5137 nömrəli ekspert rəyində geniş məlumat verilmişdir. Təqdim olunan ağ rəngli kristallardan ibarət metamfetamin bir ədəd bükümdə olduğundan və müqayisəli tədqiqat üçün nümunə olmadığından eynilik tədqiqatının aparılması mümkün deyildir Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,243 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilməli və hər iki ekspertiza üzrə tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,188 qram psixotrop maddə metamfetaminin, həmçinin narkotik vasitə olan heroin izləri aşkar edilmiş 02 ədəd qırılmış şüşə ampula, bir ədəd 2,5 ml və bir ədəd 1 ml həcmli istifadə olunmuş şprislər saxlanılması üçün maddi sübut kimi tanınması və saxlanca verilməsi barədə qərar qəbul edilmişdir İş materiallarından olan tələbnamədən görünür ki, AZ SSR Əli Bayramlı Rayon Xalq Məhkəməsinin xx.xx.1989-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin 3-cü hissəsi ilə təqsirlədnirilərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək əmlakı müsadirə olunması cəzasına məhkum edilmişdir. xx.xx.1990-cı il tarixində Nərimanov Rayon Xalq Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-2 maddəsinə əsasən 01 il 10 ay 09 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.1992-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Rusiya Federasiyasının Leninqrad Vilayətinin Kirov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən 330-cu maddəsinin 2-ci hissəsinin, 161-ci maddəsinin 1 hissəsinin, 69 maddəsinin 2-ci hissəsi ilə təqsirlədnirilərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirlədnirilərək qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixində cəzanı tam olaraq çəkib qurtarmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Hazırki cinayət əməlinin 04 iyul 2021-ci il tarixində törədildiyi üçün Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs istintaqa gəlməkdən yayındığı üçün 13 oktyabr 2021-ci il tarixdə barəsində ittihamı elan etmək üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilməklə, həmin tarixdən cinayət işinin icraatı dayandırılmışdır. Təqsirləndirilən şəxs 19 noyabr 2021-ci il tarixdə tutulduğu üçün həmin tarixdən cinayət işinin icraatı təzələnmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2021-ci il tarixdən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə Səbail rayon prokurorluğuna vəsatət verilmiş, həmin tarixdə Səbail rayon prokuroru Natiq Əsədov tərəfmdən “həbs” qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin rədd edilməsi barədə qərar qəbul edilmiş, ona görə də həmin tarixdə Təqsirləndirilən şəxs barəsində tərəfimdən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həbs qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi tərəfindən məhkəməyə ünvanlanmış **********2 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 21 aprel 2022-ci il tarixdə saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əmlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, təqsirini boynuna almasını nəzərə alaraq, onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 19 noyabr 2021-ci il tarixdən 21 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və 21 aprel 2022-ci il tarixdən 09 iyun 2022ci il tarixədək, yəni 01 (bir) ay 20 (iyirmi) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmasını əsaslı hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəmə-narkoİoji ekspertizasının xx.xx.2021-ci il tarixli 5051 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 41-ci bəndinin tələblərinə uyğun olaraq məhkəmə qeyd edir ki, Səbail Rayon Məhkəməsinin 1(009)-57/2022-ci il nömrəli, 09 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,188 qram psixotrop maddə metamfetaminin, həmçinin narkotik vasitə olan heroin izləri aşkar edilmiş 02 ədəd qırılmış şüşə ampula, bir ədəd 2,5 ml və bir ədəd 1 ml həcmli istifadə olunmuş şprislər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 19 noyabr 2021-ci il tarixdən 21 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və 21 aprel 2022-ci il tarixdən 09 iyun 2022-ci il tarixədək, yəni 01 (bir) ay 21 (iyirmi bir) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 03 (üç) ay 14 (on dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Qazax rayonu ərazisini tərk etməmək, Qazax rayonu, Yuxarı Salahlı kəndində ünvanındakı yaşayış yerini hər gün saat 23:00dən 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Qazax rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,188 qram psixotrop maddə metamfetamin, narkotik vasitə olan heroin izləri aşkar edilmiş 02 ədəd qırılmış şüşə ampula, bir ədəd 2,5 ml və 1 ədəd 1 ml həcmli istifadə olunmuş şprislər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə isə 390 (üç yüz doxsan) manat pul tutulub, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-57/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-57/2022
09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver