Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-57/2023 02.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 03 mart 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10 aprel 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-265/2022 saylı, 07 dekabr 2022ci il tarixli hökmü ilə qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi sıkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd şüşə flakonda 0,897 qram təşkil edən narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının qarşısına qanunsuz daşıdığı zaman orada özünü şübhəli apardığına görə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşı tərəfindən 02 noyabr 2022-ci il tarixdə saat 22:00-da ünvan 4 ünvanın qarşısında saxlanılaraq, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə dəvət edilmiş və həmin gün saat 23:50-də həmin bölmənin inzibati binasının xidməti otaqların birində üzərinə keçirilən baxış zamanı əynində olan qırmızı rəngli gödəkçənin sağ cibindən 01 (bir) ədəd şüşə flakonda təmiz çəkisi 0,897 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 10 (on) il olar ki, narkotik vasitə kimi bildiyi heroini tanıdığı növündən inyeksiya yolu ilə istifadə edir. Narkotik vasitələri müxtəlif yerlərdən öz şəxsi istifadəsi üçün almış, sonuncu dəfə 02 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka" adlanan yerdən tanımadığı şəxsdən 10 (on) manat ödəməklə narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitəni istifadə etmək üçün hazırladığı zaman yaşadığı evin yaxınlığında yəni, ünvan 6 ünvanında olduğu zaman iki nəfər polis formasında geyimli əməkdaşları ona yaxınlaşmış və onu Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə dəvət etmişlər. Bölmədə üzərinə baxış keçirilən zaman şəffaf flakonun içərisində narkotik vasitə olan heroin aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməliyyat müvəkilli Şahid1 ifadəsində göstərmişdir ki, 02 noyabr 2022-ci il tarixdə, saat 22:00-da o, Səbail Rayon Polis İdarəsinin sahə inspektoru, polis baş leytenantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət apararkən ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs özünü şübhəli aparması onlarda şübhə yaratdığı üçün həmin şəxsə yaxınlaşmaq istəyərkən oradan yayınmağa çalışmış, lakin onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etməklə, xidməti vəsiqələrini göstərdikdən sonra polis əməkdaşı olduğlarını bildirdikdən sonra özünü şübhəli aparmasına dair bir neçə sual verdikdən sonra Təqsirləndirilən şəxs suallarımıza qeyri adekvat cavab verməsi, həmin şəxsin narkotik vasitənin təsiri altında olmasına ehtimal yaratdığına görə həmin şəxsi Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə dəvət etmişlər və həmin şəxs buna etiraz etməyib, onlarla birlikdə Polis Bölməsinə yollanmışlar. Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunduğunu, Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunduğunu, vəkil Təqsirləndirilən şəxs təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirmiş, sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdm etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkçənin sağ yan cibindən içərisində narkotik vasitəyə bənzər maddə olan 1 ədəd şəffaf flakon və 1 ədəd açıq rəngli cib dəsmalı, gödəkçəsinin iç sol cibindən 0,5 lit həcmli “Sirab” su qabı, gödəkçəsinin sağ yan cibindən 1 ədəd tünd rəngli cib dəsmalı və 2 ədəd feyxua meyvəsini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf flakonun içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 02 noyabr 2022-ci il tarixdə öz şəxsi istifadəsi üçün Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” deyilən ərazidə tanımadığı şəxsdən 10 (on) manat pulun müqabilində aldığını bilmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə inspektoru Şahid2, şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiqləmişdir. Cinayət işində olan DVD formatlı diskdəki videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Səbail Rayon Polis İdarəsinin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilərək, hüquq və vəzifələri izahat olunduqdan sonra Təqsirləndirilən şəxs «şəxsi axtarış və götürmə haqqında» qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkçənin sağ yan cibindən içərisində narkotik vasitəyə bənzər maddə olan 1 ədəd şəffaf flakon və 1 ədəd açıq rəngli cib dəsmalı, gödəkçəsinin iç sol cibindən 0,5 lit həcmli «Sirab» su qabı, gödəkçəsinin sağ yan cibindən 1 ədəd tünd rəngli cib dəsmalı və 2 ədəd feyxua meyvəsini çıxarıb masanın üzərinə qoymaqla təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf flakonun içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 02 noyabr 2022-ci il tarixdə öz şəxsi istifadəsi üçün Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” deyilən ərazidə tanımadığı şəxsdən 10 (on) manat pulun müqabilində aldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə baxış keçirildi, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan 01 ədəd şəffaf flakon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi baş olan ağ rəngli kağız zərə qoyularaq qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 49 saylı möhürü ilə möhürlənərək götürüldü. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 0,5 lit həcmli «Sirab» su qabı, 1 ədəd açıq rəngli cib dəsmalı, 1 ədəd tünd rəngli dəsmalı və 2 ədəd feyxua meyvəsi heç bir əhəmiyyət kəsb etmədiyindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə qaytarıldı. Məhkəmə iclasında tədqiq edilmiş və məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 noyabr 2022-ci il tarixli, 6/6375 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N 49” möhür əksi, “ Şübhəli şəxs” Təqsirləndirilən şəxs aşkar edilmiş...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd şüşə flakonda 4ml həcmində tünd qəhvəyi rəngli məhlulun tərkibində quru maddəsinin təmiz çəkisi 0, 897 qram narkotik vasitə - heroin müəyyən edildi. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Həmçinin ekspert rəyinə əlavə edilmiş akta əsasən heroinin təmiz çəkisi -4 ml olmuş, tədqiqata sərf edilmiş -2 ml, tədqiqatdan sonra qalıq heroinin çəkisi isə -2 ml-dir. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manatdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. 03 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 02 noyabr 2022-ci il tarixdə saat 22:00-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 04 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham irəli sürülmüşdür. Səbail rayon prokurorunun 04 noyabr 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. 04 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş - təmiz çəkisi 0,897 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertizaya təqdim olunmuş 4ml həcmli məhluldan tədqiqata sərf edildikdən sonrakı qalıq 2ml məhlul saxlanılmasından ötrü Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqında etiraf edici ifadələri, şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş məhkumluq haqqında arayışa əsasən Təqsirləndirilən şəxs: - Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 70, 120, 146, 228.1, 38-ci maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı ilə cəzası 07 (yeddi) ilə endirilmişdir. 12 may 2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. - Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10 aprel 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs, Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2010-cu il tarixli hökmü ilə təyin edilmiş 08 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından 10 aprel 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, lakin məhkumluğu ödənilməmiş yenidən 02 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş hazırki cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətlərin residivi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Eyni zamanda Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-265/2022 saylı, 07 dekabr 2022-ci il tarixli hökmü ilə qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bu səbəbdən, məhkəmə, Səbail Rayon Məhkəməsinin 1(009)-265/2022 saylı, 07 dekabr 2022-ci il tarixli hökmü ilə müəyyən edilmiş 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasını hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmasını əsaslı hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və yaşını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsin törətdiyi əməldən səmimi peşman olmasını, yaşını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yəni, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkoti vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşıması cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-265/2022 saylı 07 dekabr 2022ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının hazırki hökmlə təyin edilmiş cəza ilə toplanılmasını, barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-265/2022 saylı 07 dekabr 2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasının nəzərə alınmasını və cəzasının əvvəlinin həmin hökmə uyğun olaraq 07 dekabr 2022-ci il tarixindən hesablanmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 02 noyabr 2022-ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (günü) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Səbail Rayon Məhkəməsinin 1(009)-265/2022 saylı, 07 dekabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə növündə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsinin müəyyən olunduğu və əməlində residivin olması nəzərə alınaraq, hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının da ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini əsaslı hesab olunmalıdır. Həmçinin Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika X4 Hüquqi Şəxsinin 15 noyabr 2022-ci il tarixli 6838 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 110 (yüz on) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsində saxlanılan 0,897 qram narkotik vasitə heroinin ekspertizaya təqdim olunmuş 4ml həcmli məhluldan, tədqiqatda sərf olunduqdan sonrakı qalıq 2ml həcmli məhlulunun məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-265/2022 saylı 07 dekabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə müəyyən edilmiş cəza ilə qismən toplanılsın və üzərində 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 02 noyabr 2022-ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 265/2022 saylı 07 dekabr 2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasının təyin olunması nəzərə alınsın. Cəzacəkmə müddətinin əvvəli 07 dekabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsində saxlanılan 0,897 qram narkotik vasitə heroinin ekspertizaya təqdim olunmuş 4ml həcmi məhlulundan, tədqiqatda sərf olunduqdan sonrakı qalıq 2ml həcmli məhlulu məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 210 (iki yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən, 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-57/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-57/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver