Məhkəmə qərarları › İş №1(009)-57/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-57/2024

17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-57/2024 17.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı6, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 17 avqust 1990-cı ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işləməyən orta təsilli, məhkum olunmuş, Şuşa rayonu, Şuşa şəhəri, M.Ə.Rəsulzadə küçəsi,ev 13,mənzil 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış, 01 avqust 2023-cü il tarixli, Bakı şəhəri, Səbail rayon məhkəməsinin hökmü ilə 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhküm edilmiş və Azərbaycan Respublikası ƏN-nin PX-in 14 saylı X11 cəzasını çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o,özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə «Xioami 10T» markalı mobil telefonun satılması ilə bağlı “Tap.az” saytında elan yerləşdirmiş Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-** mobil nömrəyə ***-***-**-** mobil nömrədən 16 noyabr 2023-cü il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu alacağı ilə bağlı razılıq əldə etdikdən sonra, Zərərçəkmiş şəxs6 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini,istifadə müddətini və “CVV” nömrələrini əldə etmiş, 20 noyabr 2023-cü il tarixdə saat 13:01 dəqiqədə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində, “Oba” marketin qarşısında yerləşən Azərbaycan Beynəlxalq Bankının bankomatından «ABB» mobil tətbiqindən istifadə edib, Zərərçəkmiş şəxs6 adına olan 5490 2641 0317 1664 nömrəli plastik bankomat kartının hesabında olan 1000 manat pulu bankomatın kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə nağdlaşdırmaqla daha sonra isə elə həmin günü saat 14:05 dəqidədə, həmin bank kartdan 244 manat pulu öz istifadəsində olan ***-***-**-** mobil nömrəsinə danışıq paketi kimi yükləyərək elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs6 məxsus cəmi 1244 manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən,özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə “Samsung J2” markalı mobil telefonun satılması ilə bağlı “Lalafo.az” saytında elan yerləşdirmiş Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrəyə ***-***-**-** mobil nömrədən 19 noyabr 2023-ci il tarixdə müştəri qismində zəng edib, həmin mobil telefonu alacağı ilə bağlı razılıq əldə etdikdən sonra, Zərərçəkmiş şəxs3 Şahid7 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini və “CVV” nömrələrini əldə etmiş, 20 noyabr 2023-cü il tarixdə,saat 14:50 dəqiqədə,Bakı şəhəri,Qaradağ rayonu, Lökbatan qəsəbəsində, “Oba” marketin qarşısında yerləşən Azərbaycan Beynəlxalq Bankının bankomatından «ABB» mobil tətbiqindən istifadə edib, Şahid7 adına olan 5490 2641 0317 1664 nömrəli plastik bank kartınının hesabında olan 1.013 manat pulu bankomatın kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə nağdlaşdırmaqla,elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs3 məxsus cəmi 1.013 manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan əlavə,Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakım gizli olaraq talamaq məqsədi ilə «İphone7» markalı mobil telefonun satılması ilə bağlı “Tap.az” saytında elan yələşdirmiş X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**- ** mobil nömrəsindən 25 noyabr 2023-cü il tarixdə müştəri qismində zəng edərək, həmin mobil telefonu alacağı ilə bağlı razılıq əldə etdikdən sonra,Nəcmə Musazadəyə məxsus "xxxx" tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini,istifadə müddətini və “CVV” nömrələrini əldə etmiş,25 noyabr 2023-cü il saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində «ASAN» xidmətin qarşısında yerləşdirilən Azərbaycan Beynəlxalq Bankının bankomatından «ABB» mobil tətbiqindən istifadə edib, Nəcmə Musazadə adına olan 5490 2641 0630 9055 nömrəli plastik bankomat kartının hesabında olan 240 manat pulu bankomatın kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə nağdlaşdırmaqla, elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə zərərçəkmiş şəxs Nəcmə Musazadəyə məxsus cəmi 240 manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə «Xioami» markalı mobil telefonun satılması ilə bağlı «Top.az» saytında elan yerləşdirmiş Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 070-432- 90-90 mobil nömrədən 06 dekabr 2023-cü il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu alacağı ilə bağlı razılıq əldə etdikdən sonra,Şahid3 tanışı X7 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini və “CVV” nömrələrini əldə etdikdən sonra, 06 dekabr 2023-cü il tarixdə, saat 17:15 dəqiqədə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində fəaliyyət göstərən «Kinqsmart» supermarketin qarşısında yerləşdirilən Azərbaycan Beynəlxalq Bankının bankomatından «ABB» mobil tətbiqindən istifadə edib,Aslan Sadıqovun adına olan 5490 2641 0449 9536 nömrəli plastik bankomat kartının hesabında olan 635 manat pulu bankomatm kartsız istifadə tətbiqi «Cash by code» vasitəsi ilə nağdlaşdırmaqla,elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə zərərçəkmiş şəxs Aslan Sadıqova məxsus cəmi 635 manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə “Samsung S21” markalı mobil telefonun satılması ilə bağlı “Tap.az” saytında elan yerləşdirmiş Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** mobil nömrəyə ***-***- **-** mobil nömrədən 12 dekabr 2023-cü il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu alacağı ilə bağlı razılıq əldə etdikdən sonra,Zərərçəkmiş şəxs4 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini və “CW”nömrələrini əldə etdikdən sonra, 12 dekabr 2023-cü il tarixdə,saat 09:52 dəqiqədə,Bakı şəhəri,Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu park” yaşayış komplek¬sində yerləşdirilən Azərbaycan Beynəlxalq Bankının bankomatından «ABB» mobil tətbiqindən istifadə edib, Zərərçəkmiş şəxs4 adına olan 5490 2641 0150 1664 nömrəli plastik bank kartınının hesabında olan 1218 manat pulu bankomatın kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə nağdlaşdırmaqla, elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs4 məxsus cəmi 1218 manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən,özgənin əmlakım gizli olaraq talamaq məqsədi ilə “Samsung Galaxy J2” markalı mobil telefonun satılması ilə bağlı “Tap.az” saytında elan yerləşdirmiş Zərərçəkmiş şəxs8 istifadəsində olan ***-***-**-** mobil nömrəyə ***-***-**-** mobil nömrədən 09 dekabr 2023-cü il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu alacağı ilə bağlı razılıq əldə etdikdən sonra,Zərərçəkmiş şəxs8 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini və “CW" nömrələrini əldə etdikdən sonra, 12 dekabr 2023-cü il tarixdə,saat 14 radələrində,yaşadığı Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,“Qobu park”yaşayış kompleksində yerləşdirilən Azərbaycan Beynəlxalq Bankının bankomatından «ABB»mobil tətbiqindən istifadə edib, Zərərçəkmiş şəxs8 adına olan 4127 2093 0156 2077 nömrəli plastik bank kartının hesabında olan 392 manat pulu bankomatın kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə nağdlaşdırmaqla,elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs8 məxsus cəmi 392 manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan əlavə,Təqsirləndirilən şəxs təkrarən,özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə “Samsung A6” markalı mobil telefonun satılması ilə bağlı “Tap.az” saytında elan yerləşdirmiş Zərərçəkmiş şəxs10 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 070- ***-**-** mobil nömrədən 16 dekabr 2023-cü il tarixdə müştəri qismində “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə mesaj yazaraq həmin mobil telefonu alacağı ilə bağlı razılıq əldə etdikdən sonra,Zərərçəkmiş şəxs10 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini və “CW” nömrələrini əldə etdikdə sonra, 16 dekabr 2023-cü il tarixdə,saat 21:45 dəqiqədə,yaşadığı Bakı şəhəri,Qaradağ rayonu, Lökbatan qəsəbəsi,“Qobu park” yaşayış kompleksində yerləşdirilən Azərbaycan Beynəlxalq Bankının bankomatından «ABB» mobil tətbiqindən istifadə edib, Zərərçəkmiş şəxs10 adına olan 4127 2044 4313 1451 nömrəli plastik bank kartının hesabında olan 413 manat pulu bankomatın kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə nağdlaşdırmaqla,elektron informasiya daşıyıcıla¬rından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs10 məxsus cəmi 413 manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə «Xioami11T» markalı mobil telefonun satılması ilə bağlı «Top.az» saytında elan yerləşdirmiş Şahid1 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə ***-***-**-** mobil nömrədən 17 dekabr 2023-cü il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu alacağı ilə bağh razılıq əldə etdikdən sonra, Tural Məmmədovun tanışı X4 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini və “CW” nömrələrini əldə etdikdən sonra, 17 dekabr 2023-cü il tarixdə,saat 17:35 dəqiqədə,Bakı şəhəri,Səbail rayonu,Bakı- Salyan şossesi, “Bibiheybət” məcidi yaxınlığında qoyulmuş yerləşdirilən Azərbaycan Beynəlxalq Bankına aid 1553 saylı ATM-də, «ABB»mobil tətbiqindən istifadə edib,Zərərçəkmiş şəxs1 adına olan 4127 2141 2132 5275 nömrəli plastik bank kartının hesabında olan 748,12 manat pulu bankomatın kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə nağdlaşdırmaqla,elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə zərərçəkmiş şəxs Aslan Sadıqova məxsus cəmi 748,12 manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan əlavə,Təqsirləndirilən şəxs təkrarən,özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə “İphone7” markalı mobil telefonun satılması ilə bağlı «Tap.az» saytında elan yerləşdirmiş Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 070-432- 90-90 saylı mobil nömrədən 25 dekabr 2023-cü il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu alacağı ilə bağlı razılıq əldə etdikdən sonra, Şahid4 anası Zərərçəkmiş şəxs12 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini,istifadə müddətini və “CW” nömrələrini əldə etdikdən sonra, 25 dekabr 2023-cü il tarixdə, saat 20:32 dəqiqədə, ünvan 5 ünvanında yerləşdirilən Azərbaycan Beynəlxalq Bankının bankomatından «ABB»mobil tətbiqindən istifadə edib, Zərərçəkmiş şəxs12 məxsus 5490 2642 0833 1677 saylı plastik kartdan 969,50 manat məbləğdə vəsaiti digər 5167**** ****3571 saylı digər plastik bank kartı hesabına köçürmüş və həmin hesabdan 969,50 manat pulu bankomatın kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə nağdlaşdırmaqla,elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs12 məxsus cəmi 969,50 manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə “Redmi Note 9” markalı mobil telefonun satılması ilə bağlı “Lalafo.az” saytında elan yerləşdirmiş Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** mobil nömrəyə ***-***-**-** mobil nömrədən 29 dekabr 2023-cü il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu alacağı ilə bağlı razılıq əldə etdikdən sonra,Zərərçəkmiş şəxs5 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, stifadə müddətini və “CW” nömrələrini əldə etdikdən sonra,29 dekabr 2023-cü il tarixdə,saat 18:57 dəqiqədə, Bakı şəhəri, ünvan 6 ünvanındakı “A PLUSTnarketin qarşısında yerləşdirilən Azərbaycan Beynəlxalq Bankının bankomatından “ABB” mobil tətbiqindən istifadə edib, Zərərçəkmiş şəxs5 5490 2641 0535 0829 nömrəli plastik bank kartının hesabında olan 4.517,60 manat pulu bankomatın kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə nağdlaşdırmaqla,elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs5 məxsus cəmi 4.517,60 manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə «Redmi Note-11» markalı mobil telefonun satılması ilə bağlı «Top.az» saytında elan yerləşdirmiş Şahid8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** mobil nömrədən 02 yanvar 2023-cü il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu alacağı ilə bağlı razılıq əldə etdikdən sonra,Şahid8 tanışı X8 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini və “CW” nömrələrini əldə etdikdən sonra, 02 yanvar 2023-cü il tarixdə,saat 11:10 dəqiqədə,Bakı şəhəri, Qaradağ rayonu,Lökbatan qəsəbəsi, “Qobu park”yaşayış kompleksində yerləşdirilən Azərbaycan Beynəlxalq Bankının bankomatından «ABB»mobil tətbiqindən istifadə edib, Zərərçəkmiş şəxs14 bank hesabında olan cəmi 1.420 manat pulu bankomatın kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə nağdlaşdırmaqla, elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs14 məxsus cəmi 1.420manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə “Samsung 310” markalı mobil telefonun satılması ilə bağlı “Tap.az” saytında elan yerləşdirmiş Zərərçəkmiş şəxs7 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 070- ***-**-** mobil nömrədən 05 yanvar 2023-cü il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu alacağı ilə bağlı razılıq əldə etdikdən sonra, Zərərçəkmiş şəxs7 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini və “CW” nömrələrini əldə etdikdən sonra,05 yanvar 2023-cü il tarixdə, saat 21:03 dəqiqədə, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 53 ünvanında yerləşdirilən Azərbaycan Beynəlxalq Bankının bankomatından “ABB” mobil tətbiqindən istifadə edib, Zərərçəkmiş şəxs7 4127 2081 1357 0112 nömrəli plastik bank kartının hesabında olan 393 manat pulu bankomatın kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə nağdlaşdırmaqla,elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs7 məxsus cəmi 393 manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə mobil telefonun satılması ilə bağlı “Tap.az” saytında elan yerləşdirmiş X5 istifadəsində olan mobil nömrəyə ***-***-**-** mobil nömrədən 17 yanvar 2023- cü il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu alacağı ilə bağlı razılıq əldə etdikdən sonra, Vəfa Rəhimovanın atası Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini və “CW” nömrələrini əldə etdikdən sonra, 17 yanvar 2023-cü il tarixdə,saat 14:39 dəqiqədə, Abşeron rayonu,Masazır qəsəbəsində yerləşən “Araz” marketin içərisində yerləşdirilən "xxxx" ASC-nin bankomatından “ABB” mobil tətbiqindən istifadə edib, Zərərçəkmiş şəxs2 məxsus 4127-****-****-1193 nömrəli plastik bank kartının hesabında olan 224,50manat pulu bankomatın kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə nağdlaşdırmaqla, elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs2 məxsus cəmi 224,50 manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə “İphone 11” markalı mobil telefonun satılması ilə bağlı “Tap.az” saytında elan yerləşdirmiş Zərərçəkmiş şəxs9 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 070-564- 58-58 mobil nömrədən 30 yanvar 2023-cü il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu alacağı ilə bağlı razılıq əldə etdikdən sonra,Zərərçəkmiş şəxs9 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini və “CW” nömrələrini əldə etdikdəb sonra, 30 yanvar 2023-cü il tarixdə, saat 16:21 dəqiqədə, ünvan 8 ünvanında yerləşən “Bazarstore” market mağazasında yerləşdirilən Azərbaycan Beynəlxalq Bankının bankomatından “ABB” mobil tətbiqindən istifadə edib, Zərərçəkmiş şəxs9 5167 5133 4698 6078 nömrəli plastik bank kartının hesabında olan 1116,50 manat pulu bankomatın kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə nağdlaşdırmaqla, elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs9 məxsus cəmi 1116,50 manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, özünü tam təqsirli bilərək və istintaqa verdiyi ifadəsini təsdiq edərək məhkəməyə ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü ilin noyabr ayının əvvəllərində, pul lazım olduğu üçün o, yenidən müxtəlif şəxslərə məxsus plastik bank kartlarından oğurluq etmək qərarına gəlmişdir. 19 noyabr 2023-cü il tarixdə “Tap.az” saytındakı elanlara baxarkən, orada olan “Samsung J2” markalı mobil telefonun satılmasına dair elan onun diqqətini cəlb etmiş,elandakı ***-***-**-** saylı mobil nömrəyə istifadə etdiyi, lakin kimin adına olmasını bilmədiyi, bir neçə ay öncə Bakı şəhəri, “Nərimanov” metrostansiyası yaxınlığında yerləşən dönərxada Bayandur adlı ilə tanıdığı şəxsdən 30 manat aldığı, ***-***-**-** mobil nömrənin “vatsapp” proqramı vasitəsi ilə həmin nömrəyə zəng etmiş, elanda göstərilən mobil telefonu almaq istədiyini bildirmişdir.Bu zaman onun məqsədi telefonu almaq deyil,həmin şəxsin bank kartının məlumatlarını ələ keçirərək, həmin kartdan pul oğurlamaq olmuş,danışıq zamanı həmin şəxslə mobil telefonu 50 manata almağa razılaşmışdır. 20 noyabr 2023-cü İl tarixdə, o, yenidən həmin şəxsə “vatsapp” proqramı vasitəsi ilə zəng edərək mobil telefona görə pul göndərmək bəhanəsi ilə "xxxx"-a aid bank kartının üzərində olan 16 rəqəmli kodunu istəmiş, həmin şəxs “ABB” aid 16 rəqəmi və kodu ona bildirmiş, o, “ABB”aid mobil tətbiqi vasitəsi öz mobil telefonunda qeydiyyatdan keçərək yeni mobil tədbiq yaratmış, son ra altı rəqəmli kodu daxil etməklə bank kartının sahibi Şahid7 adına olan “ABB”aid “tam kart” plastik bank kartında olan 100 manat pulu bankomatların kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə yaşadığı Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi, Qobu park yaşayış kompleksində yerləşən “ABB”-nin bankomatından nağdlaşdırmış,sonra isə dərhal istifadə etdiyi mobil telefonu söndürmüş ki, kart sahibi onu tapa bilməsin və ya narahat etməsin,götürdüyü pulu da öz ehtiyaclarına xərcləmişdir.Sonra eyni üsul ilə 16 noyabr 2023-cü il tarixdə “Tap.az” saytında olan “Xiaomi 10Т” markalı mobil telefonun satış elanında göstərilən ***-***-**-** mobil nömrəsinə istifadə etdiyi ***-***-**-** saylı mobil nömrənin “vatsapp” proqramı vasitəsi ilə zəng edərək elanda göstə¬rilən mobil telefonu almaq istədiyini bildirmiş,eyni üsul ilə kart məlumatlarını ələ keçirərək,kart sahibi Zərərçəkmiş şəxs6 adına olan “ABB” aid “tam kart” plastik bank kartında olan 2000manat pulu,həmin şəxsin adına olan digər “ABB” digər plastik bankomat kartına köçürərək,həmin kartan da 1000manat pulu bankomatların kartsız istifadə tətbiqi “Cash by code”vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Oba”marketin qarşısında yerləşən “ABB” bankomatından nağdılaşdırmışdır. Ardınca elə həmin vaxt həmin kartdan 214 manat istifadə edərək öz istifadəsində olan digər ***-***-**-** saylı mobil nömrəsinə danış¬maq üçün kontur pulu yükləmiş, sonra isə dərhal istifadəsində olan mobil telefonu söndürmüş ki, həmin şəxs onu tapa bilməsin və ya narahat etməsin,götürdüyü pulu da öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 24 noyabr 2023-cü il tarixdə, “Tap.az” saytında satışda olan «İphone7» markalı mobil telefonun elanı onu cəlb etmiş, elanda olan mobil nömrəyə istifadə etdiyi 070-432- 90-90 saylı mobil nömrənin “vatsapp”proqramı vasitəs ilə istintaq zamanı adını bildiyi Nəcmə adlı şəxsə zəng vurub danışaraq telefonu 240manata almağa razılaşmış, səhəri günü yəni 25 noyabr 2023-cü il tarixdə, təkrar zəng edərək,mobil telefonun ödənişini kart vasitəsilə ödüyəcəyi üçün “ABB” aid kartın üzərindəki 16 rəqəmli şifrəni istəmiş, Nəcmə “vatsapp” vasitəsilə bank kart nömrəsini göndərmiş,o,həmin bank kartının ***-***-**-** saylı mobil nömrəyə qoşulu olmasını öyrənib, bank kartının mobil tədbiqinə daxil olmuş və bank kartında 500 manat pulun olmasını aşkar edib, kartın balansındakı puldan 240 manatı digər karta göçürmüş.az sonra Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən «ASAN» xidmətin qarşısındakı bankomatdan kartsız istifadə «Cash by code» vasitəsi ilə 240 manat pulu çıxartmış,dərhal istifadəsində olan mobil telefonu söndümüş ki, həmin şəxs onu tapa bilməsin və ya narahat etməsin.Bundan başqa,06 dekabr 2023-cü il tarixdə,o,«Top.az» saytında baxarkən «Xioami» markalı mobil telefonun satılması bağlı elanla tanış olmuş,o.elanda qeyd olunan ***-***-**-** saylı mobil nömrəyə istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən zəng edib,özünü Əmrah adı ilə təqdim etmiş şəxsdən telefonun vəziyyəti və qiyməti ilə maraqlanıb 170 manata razılaşmışdır. Əmrah özündə “ABB” aid bank kartı olmadığından tanışına məxsus bank kart nömrəsini onun mobil telefonuna “vatsapp” vasitəs ilə göndərmiş, o, həmin plastik bank kartın ön hissəsində yazılmış 16 rəqəmi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsindəki «Kinqsmart» supermarketin qarşısında yerləşən «ABB» mobil tətbiqinə daxil etmiş, yenidən Əmrahdan kart sahibinin modil nömrəsinə mesaj vasitəsilə gələn 4 rəqəmli kodu istəyib almış, sonra həmin kodu “ABB” mobil tətbiqinin bankomatların kartsız istifadə tətbiqindən «Cash by code» vasitəsilə 635 manat pulu həmin kart hesabından çıxartmış, sonra o, dərhal istifadə etdiyi mobil telefonu söndürmüş ki, Əmrah onu narahat etməsin, əldə etdiyi pulu isə şəxsi ehtiyyacları üçün xərcləmişdir. Daha sonra eyni üsul ilə 12 dekabr 2023-cü il tarixdə “Tap.az” saytında olan mobil telefonun satış elanında göstərilən ***-***-**-** saylı mobil nömrəsinə istifadə etdiyi ***-***-**-** saylı mobil nömrənin “vatsapp”proqramı vasitəsi ilə zəng edib elanda olan mobil telefonu almaq istədiyini bildirmiş,sonradan istintaqda Zərərçəkmiş şəxs4 olmasını bildiyi şəxsin adına olan “ABB” aid “tam kart” plastik bank kartının hesabında olan 1200manat pulu sonuncunun adına olan digər “ABB” aid plastik bank kartına köçürmüş,həmin kartdan da 1000 manat pulu bankomatların kartsız istifadə tətbiqi “Cash by code" vasitəsi ilə Bakı şəhəri,Qaradağ rayonu, Lökbatan qəsəbəsi,Qobu park yaşayış kompleksində yerləşən “ABB” aid bankomatından nağdlaşdırmışdır.Daha sonra eyni üsul ilə 09 dekabr 2023-cü il tarixdə “Tap.az” saytında olan mobil telefonun satış elanında göstərilən ***-***-**-** saylı mobil nömrəsinə istifadə etdiyi 070-432- 90-90 saylı mobil nömrənin “vatsapp” proqramı vasitəsi zəng edib, elanda göstərilən mobil telefonu almaq istədiyini bildirib,bu üsul ilə kart məlumatlarını ələ keçirərək, Zərərçəkmiş şəxs8 adına olan “ABB” aid plastik bank kartı hesabında olan 392 manat pulu 12 dekabr 2023-cü il tarixdə bankomatların kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu park yaşayış kompleksində yerləşən “ABB” aid bankomatda nağdılaşdırmışdır.Bundan başqa,o,16 dekabr 2023-cü il tarixdə, “Top.az”internet saytında “Samsung A6” markalı mobil telefonun satılmasına dair elanla maraqlanıb,elanda olan nömrəyə o,istifadə etdiyi ***-***-**-** saylı mobil telefonun “vatsapp” proqramı vasitəsi ilə mesaj yazıb almaq istədiyini bildirmiş,həmin şəxs istintaqda adını öyrəndiyi Zərdab rayon sakini Zərərçəkmiş şəxs10 ilə mobil telefonu 220 manata alacağına razılaşmış, sonuncuya pul göndərmək üçün plastik bank kart hesabı istəmiş,telefonu isə səhər bir xanım gəlib götürəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs10 ona “ABB” aid “tam kart” plastik bank kartın üzərindəki rəqəmlər olan hissənin şəkilini "vatsapp” vasitəsi çəkib göndərmiş, o, həmin bank kartının hansı nömrəyə bağlı olmasını öyrənərək, həmin telefona mesajla gəlmiş iki ədəd şifrələri istəyərək almış,sonra həmin şifrələrdən istifadə etməklə o, plastik kart hesabından 406 və 7 manat olmaqla cəmi 413 manat məbləğini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” Yaşayış Kompleksində yerləşən bankomatdan kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə çıxarmışdır.Sonra isə dərhal o,istifadəsində olan mobil telefonu söndürmüş ki, həmin şəxs onu tapa bilməsin və ya narahat etməsin,götürdüyü pulu da öz ehtiyaclarına xərcləmişdir. Daha sonra eyni üsul ilə 17 dekabr 2023-cü il tarixdə “Tap.az” saytında olan “XioamiHT” markalı mobil telefonun satılması dair elanda olan ***-***-**-** saylı mobil nömrəyə istifadə etdiyi ***-***-**-** saylı mobil nömrənin “vatsapp” proqramı vasitəsi ilə zəng edib elanda göstərilən mobil telefonu almaq istədiyini bildirmiş,bu üsul ilə kart məlumatlarını ələ keçirərək, “ABB” aid plastik bank kartının üz şəklini və bank kartının bağlı olduğu mobil nömrəni almış,sonra həmin bank kartının mobil tədbiqini öz mobil telefonuna yükləmiş və elan yerləşdirmiş şəxsin tanışı istintaqada tanıdığı Zərərçəkmiş şəxs1 aid bank kartının şifrəsini həmin şəxsdən öyrənərək,kart hesabında olan 748 manat məbləği Bakı şəhəri,Səbail rayonu,Bibiheybət məcidi yaxınlığında yerləşən bankomatdan kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə çıxartmış,sonra dərhal o,istifadə etdiyi mobil telefonu söndürmüş ki,həmin şəxs onu tapa bilməsin və ya narahat etməsin,götürdüyü pulu da öz ehtiyaclarına xərcləmişdir.Bundan əlavə, o, 25 dekabr 2023-cü il tarixdə, yenə “Tap.az” satış saytında «İphone7» markalı mobil telefonun 250 manata satılması barədə elan görmüş,elanda olan mobil nömrəyə istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən “vatsapp” proqramı vasitəsilə zəng edib,elanda qoyulmuş mobil telefonu almaq istədiyini,ödənişi kart vasitəsilə etmək istədiyini,mobil telefonu isə digər tanışı götürəcəyini bildirmiş.həmin şəxs onunla razıla¬şaraq “ABB” aid bank kart üzərindəki 16 rəqəmli şifrəni “vatsapp” vasitəsi yazıb göndərmişdir. Sonra o, bank kartının hansı mobil nömrədə qeydiyyatda olmasını soruşub,həmin yəni 050-632- 08-92 saylı mobil nömrəni öyrənmiş,bank kartın mobil tədbiqini öz telefonunda açmış,həmin şəxsin göndərdiyi bank kartında pul olmamasını aşkar etmiş,lakin həmin nömrə də daha bir “ABB”aid “tam kart” hesabı olmasını aşkar etmiş,həmin kart həsabına daxil olmaq üçün 6rəqəmli şifrəni öyrənib istihadə etməklə,həmin kartın balasında olan 1.770 manatı mobil tədbiqdə olan digər kart hesabına köçürmüş,az sonra Yasamal rayonu Şərifzadə küçəsində yerləşən «ASAN» xidmətin yaxınlığındakı bankomatdan kartsız istifadə «Cash by code» vasitəsi ilə 950 manat pulu çıxartmış və dərhal istifadəsində olan mobil telefonu söndürmüş ki,həmin şəxs onu tapa bilməsin və ya narahat etməsin, götürdüyü pulu da öz ehtiyaclarına xərcləmişdir. Daha sonra 29 dekabr 2023-cü il tarixdə,“Lalafo” alqı-satqı saytında “Redmi Note 9” markalı mobil telefonun satılmasına dair elanda qeyd edilmiş ***-***-**-** saylı mobil nömrəyə istifadə etdiyi 070-432- 90-90 saylı mobil nömrənin “vatsapp” proqramı vasitəsi zəng etmiş, mobil telefonu almaq üçün beh göndərmək məqsədi ilə bank kartının 16 rəqəmi olan hissəsinin şəklini və həmin kartın bağlı olduğu ***-***-**-** saylı mobil nömrəni istəyib alaraq, öz istifadəsində olan mobil nömrədə həmin mobil tədbiqi açmış, sonra istintaqda öyrəndiyi Zərərçəkmiş şəxs5 adına olan “ABB” aid “tam kart” plastik bank katından 1000 manat pulu bankomatların kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə həmin gün ünvan 9ünvanında yerləşən“A PLUS”marketin qarşısında olan “ABB” aid bankomatında nağdlaşdırmışdır. Daha sonra eyni üsul ilə 02 yanvar 2023-cü il tarixdə “Tap.az” saytında olan “Redmi Note 11” markalı mobil telefonun satılması barədə elan qeyd edilmiş ***-***-**-** saylı mobil nömrəya istifadə etdiyi ***-***-**-** saylı mobil nömrənin “vatsapp” proqramı vasitəsi ilə zəng edib elanda göstərilən mobil telefonu almaq istədiyni bildirib, “ABB” aid plastik bank kartının üz şəklini və həmin nömrənin istifadə etdiyi mobil nömrəni istəyib almış,həmin məlumatlardan istifadə edib bank kartının mobil tədbiqini öz mobil telefonuna yükləmiş, istintaqda tanıdığı Zərərçəkmiş şəxs14 aid bank kartının şifrəsini elan yerləşdirmiş şəxsdən öyrənib, kart hesabında olan 1.420 manat məbləğini Bakı şəhəri,Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” Yaşayış Kompleksində yerləşən bankomatdan kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə çıxartmışdır.Daha sonra eyni üsul ilə 05 yanvar 2023- cü il tarixdə “Tap.az” saytında olan mobil telefonun satış elanında qeyd edilmiş ***-***-**-** saylı mobil nömrəsinə istifadə etdiyi ***-***-**-** saylı mobil nömrənin “vatsapp”proqramı vasitəsi ilə zəng edib, elanda göstərilən mobil telefonu almaq istədiyini bildirib,bu üsul ilə kart məlumatlarını ələ keçirmiş, “ABB”aid plastik bank kartında olan 140 manat pulu 05 yanvar 2023- cü il tarixdə bankomatların kartsız istifadə tətbiqi “Cash by code”vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 53 ünvanında yerləşdirilmiş “ABB” aid bankomatdan nağdlaşdırmışdır. Daha sonra 17 yanvar 2023-cü il tarixdə,“Tap.az” saytında mobil telefonun satılmasına dair elanda qeyd edilmiş ***-***-**-** saylı mobil nömrəyə istifadə etdiyi ***-***-**-** saylı mobil nömrənin “vatsapp”proqramı vasitəsi ilə zəng edib,elanda göstərilən mobil telefonu almaq istədiyini bildirib,ödənişi kartla aparmaq üçün “ABB” aid plastik bank artının üzərində olan 16 rəqəmli kodu və bank kartının bağlı olduğu mobil nömrəni istəyib almış, öz mobil telefonunda həmin bank kartının mobil tədbiqini yaradaraq,sahibinə yeni yaradılmış mobil tədbiqin təsdiqi üçün mesajla göndərilmiş 6 rəqəmli kodu da istəyib almış,yeni mobil tədbiqdə X2 adına olan “ABB” aid plastik bank kartının hesabından 224 manat pulu bankomatların kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə Abşeron rayonu,Masazır qəsəbəsində yerləşən “Araz” marketin içərisində quraşdırılmış “ABB” ödəmə terminalından nağdlaşdırmışdır.Daha sonra eyni üsul ilə 30 yanvar 2023-cü il tarixdə “Tap.az”saytında olan «İphone7» markalı mobil telefonun satış elanında göstərilən ***-***-**-** mobil nömrəyə istifadə etdiyi ***-***-**-** saylı mobil nömrənin “vatsapp”proqramı vasitəsi ilə zəng edib, elanda göstərilən mobil telefonu almaq istədiyini bildirmiş,bu üsul ilə kart məlumatlarını ələ keçirərək,Zərərçəkmiş şəxs9 adına olan “ABB”aid plastik bank kartı hesabında olan 1116 manat pulu 30 yanvar 2023-cü il tarixdə bankomatların kartsız istifadəsa tədbiqi “Cash by code”vasitəsi ilə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Bazarstore” marketin qarşısında quraşdırılmış “ABB" aid bankomatında nağdlaşdırmış,sonra dərhal istifadəsində olan mobil telefonu söndürmüş ki,həmin şəxs onu tapa bilməsin və ya narahat etməsin,götürdüyü pulu da öz ehtiyaclarına xərcləmişdir. Etmiş olduğu cinayət əməllərindən səmimi peşman olmasını,ifadəsində qeyd etdiyi pul məbləğləri ola bilsin bir qədər dəqiq olmamasını,bank kartlarından pul oğurluqlarını ardıcıl və dəfələrlə törətdiyindən məbləğlər tam dəqiq yadında qalmamasını, bank kartlarından oğurluqları tək törətməsini,bu işdə heç kəsin kömək etməməsini, bank kartından oğurluq etməsi barədə ailə üzvləri və ya tanışları bilməməsini, bank kartalrından oğurluq etdiyi şəxslərlə heç bir zaman görüşməməsini,həmin şəxslərlə verdikləri elanlarda qeyd etdikləri mobil nömrələrin “vatsapp” proqramı vasitəsi ilə zənglə, yazılı və ya səsli mesajla əlqə saxlamasını, istifadə etdiyi ***-***-**-** saylı mobil nömrənin kimin adına olmasını bilməməsini, həmin şəxsin də onu tanımadığından oğurluq etdiyi bank kart sahibləri ilə yalnız həmin nömrə ilə əlaqə saxlamasını göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 Xəlil oğlu ifadəsində göstərmişdir ki,o,20 noyabr 2023-cü il tarixdə özünə məxsus “Samsung J2”markalı mobil telefonu satmaq üçün “TAP.AZ” sayıtana qoymuş, həmin günü tanımadığı ***-***-**-** saylı mobil telefon nömrəsinin “whatsapp” vasitəsi ilə onun nömrəsinə mesaj yazmış tanımadığı şəxs,mobil telefonu hansı qiymətə satması ilə bir daha maraqlanmış,o,da 50 manata satmasını bildirmiş,bu qiymətə razılaşdıqdan sonra,mobil telefonu almaq istəyən şəxs müharibə bölgəsində olduğundan,teriminal olmadığından bank kartı vasitəsi ilə ödəniş etməsi üçün ondan “ABB” aid bank kart nömrəsini göndərməsini və həmin hesaba pulu köçürəcəyini.aldığı mobil telefonu isə yoldaşı gəlib götürəcəyini bildirmişdir.O, da özündə “ABB” aid bank kartı olmadığından, həmin şəxsə kart nömrəsi verməsi üçün tanışı Şahid6 müraciət etmiş,sonuncunun da yanında bank kartı olmadığında tanışı Şahid7 “ABB”-yə aid bank kart nömrəsinin şəklini həmin şəxsə göndərmiş,bir neçə dəqiqədən Şahid7 mobil telefonuna bank kartından 1.013 manat pulun çıxarılması barədə mesaj gəlmiş və bu barədə ona bildirilmişdir. Sonra o, məcbur olub onun xahişi nəticəsində Şahid7 bank kart nömrəsi göndərilməsi və kartdan pul çıxarılmasını nəzərə alaraq,sonuncuya vurulmuş maddi ziyanı yəni 1.013 manatı Şahid7 ödəmiş, o, da öz nöbəsindən bank kartından pul çıxarmış şəxsin tapılıb məsuliyyətə cəlb edilməsi üçün DİN-nin “102” XZM-nə müraciət etmiş,bank kartından edilmiş oğurluq nəticəsində ona cəmi 1013 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 29 dekabr 2023-cü il tarixdə internet üzərindən “Lalafo” adlanan satış saytına oğlu Şahid5 özünə məxsus bir ədəd “Redmi Note 9”markalı mobil telefonu 170 manata satmaq üçün elan yerləşdirmiş, həmin elana da əlaqə saxlamaq üçün Mirhəsən öz istifadəsində olan mobil telefon nömrəsini qoymuş,elə həmin günü o,evdə olarkən saat 17:30 radələrində, Mirhəsən ona ***-***-**-** saylı mobil telefon nömrəsinin “Whatssap” proqramı vasitəsi ilə əlaqə saxlayan bir nəfər tanımadığı şəxsin telefonu almaq istədiyini və beh göndərmək üçün plastik bank kartının şəkilini istəməsini bildirmiş, bu məqsədlə onun adına olan “Beynəlxalq Bank” tərəfindən verilmiş əmək haqqı üçün plastik bank kart nömrəsini verməsini ondan xahiş etmiş, o, da plastik bank kartını oğluna vermişdir.Mirhəsən “ABB” bankın 6762 6121 0062 2593 nömrəli plastik bank kartın şəkilini çəkib həmin şəxsə “Whatssap”proqramı vasitəsi ilə göndərmiş, sonra həmin şəxs oğlu Mirhəsəndən bank kartının hansı mobil nömrə ilə istifadə edilməsini soruşmuş, Mirhəsən də onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə qoşulu olmasını bildirmişdir. Bundan sonra həmin naməlum şəxs ona aid “Beynəlxalq Bank”-ın bank kartlarının istifadəsi üçün nəzərdə tutulan mobil tədbiqdən istifadə etməklə,ardıcıl olaraq telefona gələn gizli kodu Mirhəsəndən soruşub öyrənməklə,hesabında 5.000 manata yaxın pul depoziti olan bank kartından dörd dəfə ardıcıl 1.015manat,bir dəfə 11 manat və sonda 446,60 manat pulu çıxılmaqla ümumilikdə 4.517,60manat pulunu hesabından oğurlanmışdır.Bu oğurluq barədə o,səhəri günü mobil telefonuna kontur vurmaq üçün mobil tədbiqə girdikdə hesabında pul olmadığını,oğurlandığını görüb anlamış,bu barədə DİN-nin “102” xidmətinə məlumat vermişdir.O,ümumilikdə 4.517manat 60 qəpik pulun oğurlanması təsdiq edən,ona aid bankın mobil tədbiqindən pulun hesabdan köçürülməsi barədə,mobil tədbiqdən çıxarılmış qəbzlərin ksero surətlərini istintaqa təqdim etmişdir. Şikayətçidir, ona vurulmuş ziyanı tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, 09 dekabr 2023-cü il tarixdə, özünə məxsus olan “Samsung Galaxy J2” markalı mobil telefonunu satmaq üçün “TAP.AZ” saytına elan yerləşdirmiş, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində, onun mobil telefonuna tanımadığı şəxs ***-***-**-** saylı mobil telefon nömrəsinin “vatsap” vasitəsi ilə mesaj yazaraq mobil telefonu almaq istədiyi, mobil telefondan ödənişi ancaq "xxxx" kartına edə biləcəyini, onun mobil telefonuna gələcəyi kodu deməsini xahiş etmiş, o, da həmin şəxsin istədiyi məlumatları verdikdən bir neçə dəqiqə sonra bank kart hesabından 392 manat pulun çıxarılması barədə onun mobil telefonuna mesaj gəlmiş, o, oğurluqla bağlı DİN-nin “102” XZM-nə müraciət etmiş,bank kartından edilmiş oğurluq nəticəsində ona cəmi 392 manat məbləğində maddi ziyan dəymişdir. Şikayətçidir, ona vurulmuş ziyanı tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki,o,27 yanvar 2023-cü il tarixdə, arvadına məxsus “İphone11” markalı mobil telefonu satmaq üçün “TAP.AZ” saytına elan yerləşdirmiş, 30 yanvar 2023-cü il tarixdə, onun mobil telefonuna tanımadığı şəxs ***-***-**-** saylı mobil telefon nömrəsinin “vatsapp” vasitəsi ilə mesaj yazaraq mobil telefonu almaq istədiyi, ödəniş üçün plastik bank kartın şəklini göndərməsini xahiş etmiş, o, da adına olan "xxxx" bankına aid 5167 5133 4698 6078 saylı plastik bank kartın şəklini həmin şəxsə göndərmiş,sonra həmin şəxs bank kartının qeydiyyatdan keçdiyi mobil telefon nömrəsini və telefonuna gəlmiş altı rəqəmli kodu həmin şəxsə bildirmiş, bir neçə dəqiqədən hesabından 1.116 manat 50 qəpik pulun çıxarılması barədə mobil telefonuna mesaj gəlmiş,o,oğurluqla bağlı DİN-nin “102” XZM-nə müraciət etmişdir. Bank kartından edilmiş oğurluq nəticəsində ona cəmi 1.116,5manat məbləğində maddi ziyan dəyməsini,həmin oğurluq etmiş şəxsin Təqsirləndirilən şəxs olmasını və Suraxanı polisi tərəfindən tutulmasını ona məlum olmasını bildirmişdir. Şikayətçidir, ona vurulmuş ziyanı tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 16 dekabr 2023-cü il tarixdə axşam saatlarında özünə məxsus olan “Samsunq A6+”markalı mobil tefonunu satmaq məqsədi ilə “tap.az” elanlar saytında 250 manata yerləşdirmiş, təxminən bir saat sonra istifadə etdiyi 051- ***-**-** saylı mobil telefonuna “vatsapp" proqramı vasitəsi ilə tanımadığı ***-***-**-** saylı nömrədən naməlum şəxs mesaj yazaraq mobil telefonunu almaq istədiyini bildirmiş, bazarlıq etdikdən sonra 220 manata razılaşmışlar. Həmin şəxs telefonun pulu köşürmək üçün bank kartı hesabı istəmiş, telefonu isə səhəri günü bir xanım gəlib götürəcəyini demişdir. Sonra o, adına olan “Beynəlxalq banka” aid 4127-2044-4313-1451 saylı “tam kart” plastik bank kartının üz hissəsinin şəkilini çəkib həmin şəxsə göndərmiş, həmin şəxs mobil telefonuna kod gələcəyini bildirərək ondan istəmiş, bir neçə dəqiqədən onun telefonuna ardıcıl 335719 və 352960 saylı kodlar gəlmiş, o , həmin kodları həmin tanımadığı şəxsə göndərdikdən bir dəqiqə sonra, kart hesabından əvvəlcə 406 manat sonra isə 7 manat pul çıxılmış, o, həmin şəxsə bir neçə dəfə mesaj yazsa da, həmin şəxs cavab verməmiş, onun nömrəsini “qara siyahıya atmışdır. O, da DİN-nin “102” xidməti zəng edib oğurluq barədə məlumat verərək,kart hesabından cəmi 413 manat pulun oğurlanmasını bildirmişdir. Şikayətçidir, ona vurulmuş ziyanı tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o, 06 dekabr 2023-cü il tarixdə,saat 17 radələrində,satıcı işlədiyi Bakı şəhəri,Xətai rayonu, 8 noyabr prospektində yerləşən “Bravo” market mağazasında olduğu zaman iş yoldaşı Şahid9 xahişi ilə pul yükləmək üçün istifadə etmək məqsədi ilə adına olan “ABB” aid bank kartının üz nömrəsi olan hissəsinin şəklini çəkib “vatsapp” vasitəsi ilə göndərmiş, Kənan da öz növbəsində həmin kartın şəklini tanışı Əmraha göndərmişdir. Bir neçə dəqiqədən onun başı iş yerində kassa arxasında müştərilərə qarışdığından, Kənanın istəyi ilə həmin bank kartının mobil tədbiqini istifadə etdiyi telefon nömrəsinə mesaj şəklində gəlmiş gizli dörd rəqəmli kodu Kənana demişdir. Bundan bir neçə dəqiqə sonra o,mobil telefonuna baxdıqda, telefonun “sms” mesaj bölümünə kartından xx.xx.2023-cü il tarixdə,saat 17:16 dəqiqədə,635 manat pul çıxarılması barədə məsaj gəlməsini görmüş,bu barədə o, iş yoldaşı Kənana bildirmiş, sonra həmin pul məbləğinin Kənanın tanışı Əmrah internet üzərində köçürmə yolu ilə mobil telefonunu almaq istəyən şəxs tərəfindən aldadılıb hesabından pul çıxarmasını bildikdə, o, DİN-nin 102 xidmətinə oğurluq barədə məlumat vermişdir. "xxxx" bank tərəfindən ona verilmiş hesabat çıxarışında,çıxarılan məbləğ 635 manat 95 qəpik göstərildiyindən,o,həmin məbləği yuvarlaq şəkildə 636 manat olmasını qeyd etməklə həmin məbləğin oğurlandığını göstərmişdir.Bankdan onun mobil telefonuna gəlmiş “sms” mesajın skrin edilmiş ksero sürətini istintaqa təqdim etmiş,həmin mesajda hesabdan çıxılmış məbləğ 635 manat olaraq göstərilmiş,həmin məbləğdə ona maddi ziyan dəymişdir. O, hesabından pul oğurlamış şəxslə hər hansı bir əlaqəsi olmamış, həmin şəxslə telefon vasitəsi ilə danışmamış və ya görməmiş,həmin şəxslə iş yoldaşı Kənanın tanışı Əmrah danışmış, Əmrah da həmin şəxsin ***-***-**-** saylı nömrənin “vatsapp” proqramı ilə zəng edib əlaqə saxlamasını demiş,həmin nömrəyə sonralar o,dəfələrlə zəng etdikdə həmin nömrə bağlı olmasını göstərmişdir. Şikayətçidir, ona vurulmuş ziyanı tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 ifadəsində göstərmişdir ki, 23 noyabr 2023-cü il tarixdə,o,özünə məxsus “İphone7”markalı mobil telefonu 240 manata satmaq məqsədi ilə “Tap.az” internet üzərindən satış saytında elan yerləşdirmiş, 24 noyabr 2023cü il tarixdə 070- ***-**-** saylı mobil telefon nömrəsinin “vatsapp” proqramı vasitəsi ilə tanımadığı bir oğlan ona zəng edərək,elan verilmiş mobil telefonu almaq istədiyini bildirmiş, o, həmin telefonun son qiyməti 240 manat olmasını bildirdikdə, həmin şəxs hərbçi olmasını və ödənişi kart vasitəsi ilə edəcəyini,mobil telefonu isə Bakı şəhərində olan dostu götürəcəyini bildirmiş, o, da etiraz etmədən razılaşmışdır. 25 noyabr 2023-cü il tarixdə, saat 20 radələrində, həmin tanımadığı oğlan yenə “vatsapp” vasitəsi ilə onunla əlaqə saxlayıb ödəniş etmək üçün“Azərbaycan Beynəlxalq Banka” aid bank kartının 16 rəqəmli şifrəsini istəmiş, o, da adına olan,“ABB” aid,“tam kart”-ın 5167 5141 0785 0735 saylı şifrəsi olan üz hissəsinin şəklini “vatsapla” çəkib oğlana göndərmiş, bir neçə saniyədən həmin şəxs onun mobil telefon nömrəmsinə gələn dörd rəqəmli şifrəni istəmiş,o,da həmin şəxsə inanıb mobil telefonuna mesajla gəlmiş şifrəni demişdir. O, iş yerində kassa arxasında olduğundan,kartından pul çıxılmasını bilməmiş,bu barədə o,işdən sonra, avtomobillə evinə gedərkən,saat 22 radələrində,“Koroğlu”metrosunun yaxınlığındakı yanacaq doldurma məntəsənin qarşısından keçərkən,mobil telefonun mesaj bölümünü açıb baxarkən bank kart hesabından 240 manat çıxılmasını aşkar etmiş,dərhal bank kartının mobil telefonunda olan mobil tədbiqinə daxil olub baxdıqa, “ABB” aid “tam kart” hesabında olan cəmi 500 manat puldan cəmi 260 manat qalmasını aşkar etmiş, o, banka zəng edib bu barədə məlumat vermiş, bankdan onun kartın dörd rəqəmli şifrəni kənar şəxsə verib-verməməsini soruşduqda, o, kart şifrəsini mobil telefonu almaq istəyən şəxsə verməsi yadına düşmüş, o, həmin şəxsin ***-***-**-** saylı mobil telefonuna dəfələrlə zəng etsə də mobil telefon bağlı olmuşdur. O, aldadıldığını başa düşüb DİN-nin “102” xidmətinə zəng edib oğurluq barədə məlumat vermiş,tanımadığı şəxsin bank kart hesabından 240 manatı digər hesaba köçürməkləoğurlamaqla ona maddi ziyan vurmasını bildirmişdir. Şikayətçidir, ona vurulmuş ziyanı tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs14 Ramiz qızı ifadəsində göstərmişdir ki, o, 02 yanvar 2023-cü il tarixdə səhər saat 10:30 radələrində yaşadığı evində olarkən qonşuluqda yaşayan və mehriban münasibətdə olduğu Şahid8 onun istifadə etdiyi ***-***- **-** saylı mobil telefonuna zəng edərək, özünə məxsus mobil telefonu internet üzərindən elan verərək satdığını, telefonuna alıcı çıxdığılnı və həmin alan şəxsin telefonun pulunu köçürmək üçün "xxxx"-a aid bank kart nömrəsini istəməsini,özünün bank kartı olmadığından,əgər onun bank kartı varsa verməsimi xahiş edərək,telefonu alan şəxs pulu onun kartına köçürməsini,sonra isə özü telefonun pulunu ondan götürməsini demişdir.O, da Şəmsəddini və ailəsini yaxından tanıdığından, etibar etdiyindən, həmçinin adına “ABB”aid bank kartı olduğundan, “ABB”-in həmin 4127 2093 0255 2986 nömrəli “tam” kredit kartın üz nömrə olan hissəsinin şəklini telefonla çəkib “vatsapp” vasitəsi ilə Şəmsəddinə göndərmişdir. Bir neçə dəqiqədən yenə Şəmsəddin ona zəng edərək bank kartın mobil tədbiqini hansı telefon nömrəsində istifadə etməsini soruşmüş, o, da, istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədə istifadə etməsini bildirmişdir.Sonra onun mobil telefonuna mesajla bankın gizli kodu gəlmiş, Şəmsəddin həmin kodu da ondan istəmiş, o, isə Şəmsəddinə həmin kodu kənar şəxsə verməməsini demiş, hətta bu barədə bank da xəbərdar etməsini demiş, Şəmsəddin isə həmin kodu əvvəllərdə mal satarkən istifadə edib pul köçürdüyü bildirərək ondan yenə kodu istəmiş, o, da Şəmsəddinə inandığından kodu demişdir. O, Şəmsədin ilə danışıb qurtardıqdan sonra təxminən 30 dəqiqə keçmiş, onun mobil telefonuna ardıcıl bank kartlarından, yəni mobil telefonun mobil tədbiqində olan “ABB”aid 4127 2081 1766 8912 nömrəli əmək haqqı kartından, həmin banka aid 4127 2093 0255 2986 nömrəli “tam” kredit kartından və digər 5490 2641 0204 8905 nömrəli “tam” kartından müxtəlif məbləğlərdə pul çıxmasını aşkar etmiş, o, dərhal gedib evinin yaxınlığında yerləşən “ABB” aid bankomatda həmin üç ədəd bank kartları yoxlamış və bank kartlarının hesablarında pul olmamasını,hesab sıfırlandığı görmüş,banka zəng edib hər üç kartın hesablarını bloklatdırmışdır. Sonra o, qonşusu Şəmsəddinin yanına gedib,bank kartlarında olan hesablardan müxtəlif məbləğlərdə pul çıxılmasını bildirərək,mobil telefonuna bununla bağlı gəlmiş ”sms” mesajları göstərmişdir.Şəmsəddin telefonuna gələn bank kartlarından çıxarılmış pul məbləğinin mesajlarını hesabladıqda,üç ədəd bank kartından cəmi 1.420 manat pulun çıxıldığını bildirmişdir. Bundan sonra Şəmsəddin özü DİN-nin “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. O bank kartından pul çıxarmış şəxslə danışmamasını, əlaqə saxlamamasını, həmin şəxs Şəmsəddinlə əlaqə saxlamasını,Şəmsəddin də ondan aldığı bank kartına dair məlumatları həmin şəxsə ötürməsini, Şəmsəddin hansı markalı mobil telefonu və neçəyə həmin şəxsə satmaq istəməsini o,bilməməsini,bank kart hesabından çıxarılmış pulların bir hissəsinin “sms” mesajlarının ksero surətlərini araşdırma zamanı polisə təqdim etməsini, onun üç ədəd bank kartlarının hesabından,xx.xx.2023-cü il tarixdə saat 11:00-dan saat 11:10- dək olan müddət ərzində cəmi 1420 manat pul çıxarılmasını göstərmişdir. Şikayətçidir, ona vurulmuş ziyanı tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki,o, 09 dekabr 2022-ci il tarixdə,özünə məxsus olan “Samsung Galaxy J2” markalı mobil telefonunu satmaq üçün “TAP.AZ” saytına elan yerləşdirmiş, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində,onun mobil telefonuna tanımadığı şəxs ***-***-**-**saylı mobil telefon nömrəsinin “vatsap” vasitəsi ilə mesaj yazaraq mobil telefonu almaq istədiyi,mobil telefondan ödənişi ancaq "xxxx" kartına edə biləcəyini,onun mobil telefonuna gələcəyi kodu deməsini xahiş etmiş,o,da həmin şəxsin istədiyi məlumatları verdikdən bir neçə dəqiqə sonra bank kart hesabından 392 manat pulun çıxarılması barədə onun mobil telefonuna mesaj gəlmiş,o,oğurluqla bağlı DİN-nin “102” XZM-nə müraciət etmiş,bank kartından edilmiş oğurluq nəticəsində ona cəmi 392 manat məbləğində maddi ziyan dəymişdir. Şahid2 Sədaqım oğlu məhkəməyə teleqram göndərərək istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Şahid2 Sədaqım oğlu istintaqa verdiyi ifadəsində göstərmişdir ki,o,01 may 2018-ci il tarixdə,Bakı şəhəri,Qaradağ rayonu ərazisində yerləşən “Binə” Ticarət Mərkəzindəki “Dəniz” karqo şirkətiində işlədiyi müddətdə öz adına ***-***-**-** saylı mobil telefon nömrəsi alıb işlətmiş, 17 iyul 2021 -ci il tarixdə həmin işdən azad olunarkən adına olan həmin mobil nömrəni karqo şirkətinə təhvil versə də, nömrəni adından çıxarmamışdır. 2023-cü ilin sentyabr ayında o, Bakı Baş Polis İdarəsinə çağırıldıqda və orada aparılan araşdırma zamanı ona məlum olmuş ki,adına olan ***-***-**-** nömrəni,sonradan adını bildiyi Təqsirləndirilən şəxs tərəfindən istifadə edilərək müxtəlif vətəndaşlara qarşı dələduzluq cinayətləri törədilmiş,pullarını ələ keçirilmiş və buna görə həbs edilmişdir.Qeyd olunan ***-***-**-** saylı mobil nömrə, ondan sonra kimin adına olması, kimin tərəfindən istifadə edilməsindən məlumatı yoxdur Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, o, 30 noyabr 2023-cü il tarixdə pula ehtiyyacı olduğundan istifadə etdiyi «Xioami» markalı mobil telefonu satmaq məqsədilə «Top.az» internet üzərindən satış saytında 170 manata satmaq üçün yerləşdirmişdir.06 dekabr 2023-cü il tarixdə,onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmiş,zəng edən tanımadığı oğlan onun elanda yerləşdirdiyi «Xioami» markalı mobil telefonun vəziyyəti ilə maraqlanmış, o,da normal işlək vəziyyətdə olmasını bildirmişdir. Həmin şəxs telefonun pulunu bank kart hesabına göndərəcəyini,telefonu isə onunla əlaqə saxlayıb təhvil götürəcəklərini, pulu ancaq "xxxx"-a aid plastik bank kart hesabına göndərə biləcəyini demiş,o,etiraz etməyib razılaşmışdır. O, özündə “ABB”aid bank kartı olmadığını, lakin tanışlarından əldə edib göndərəcəyinə söz vermişdir.Sonra o,«Bravo»supermarketində işləyən sinif yoldaşı Kənana zəng edərək, “ABB”aid bank kartının olub-olmaması ilə bağlı maraqlanmış.Kənan özünə məxsus “ABB” aid bank kartı bloklandığını,lakin marketdə birgə işləyən iş yoldaşında olmasını və xahiş edib alacağına söz vermiş.bir neçə dəqiqədən Kənan ona zəng edərək iş yoldaşının adına olan “Azərbay¬can Beynəlxalq Bank"-a aid plastik bank kartın üz rəqəmləri olan hissəsinin şəkilini çəkib “vatsapp” vasitəsilə onun mobil nömrəsinə göndərmiş, o, da həmin kartın üz hissəsinin şəkilini “vatsapp” vasitəsilə mobil telefon almaq istəyən şəxsin istifadəsində etdiyi ***-***-**-** saylı mobil nömrəyə göndərmişdir. Bir neçə dəqiqədən həmin şəxs ona zəng edərək,bank kartının sahibinin mobil nömrəsinə mesaj vasitəsilə gələn 4 rəqəmli nömrəni özünə göndərmə-sini xahiş etmiş,o,da Kənana zəng edib kart sahibinin mobil nömrəsinə mesaj vasitəsilə gələn 4 rəqəmli nömrəni göndərməsini istəmiş,Kənan həmin 4 rəqəmli nömrəni “vatsapp”vasitəsilə ona, o, da həmin rəqəmləri mobil telefon almaq istəyən şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərdim.Bir neçə saniyədən sonra Kənan ona zəng edərək,tanışına məxsus bank kart hesabından 636 manat pulun çıxarılması ilə bağlı mesaj gəlməsini bildirmişdir. O, 070- 432-90-90saylı mobil nömrəyə zəng etmiş,lakin həmin nömrənin söndürüldüyünü aşkar etdikdə,başa düşdüm ki, həmin şəxs onu aldatmışdır. O, Kənanın işlədiyi Xətai rayonu, 8 noyabr prospektində yerləşən «Bravo» supermarketinə getmiş, orada Kənan onu “ABB” bank sahibi Aslan Sadıqovla tanış etmiş, o, yenə Aslanla birlikdə bir neçə dəfə mobil telefonu alma istəyən şəxsə zəng etsə də həmin nömrəyə yenə bağlı olmuş, sonra Zərərçəkmiş şəxs11 polisə şikayət vermişdir. Şahid4 məhkəməyə teleqram göndərərək istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Şahid4 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 25 dekabr 2022-ci il tarixdə saat 20 radələrində, “Tap.az”internet saytında “İphone 7”markalı mobil telefonunu 250 manat qiymətinə satış üçün elan yerləşdirmiş,təxminən 1 saat sonra onun mobil nömrəsinə tanımadığı ***-***-**-** saylı nömrənin “vatsapp” proqramı vasitəsi ilə özünü təqdim etməyən bir nəfər şəxs zəng edərək,satışa qoyduğu mobil telefonu almaq istədiyini və ödənişi kart vasitəsilə ödəmək istədiyini, mobil telefonu isə digər tanışının götürəcəyini bildirmişdir.O,həmin şəxsə anası Zərərçəkmiş şəxs12 adına olan “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən verilmiş, balansında pul olmayan maaş kartının üzərindəki 16 rəqəmli şifrəni “vatsapp” yazıb göndərmiş,həmin şəxs təkrar zəng edərək “ABB” tərəfindən “Tam kart” hesabını həqiqiliyini təsdiqləyən 6 rəqəmli şifrəni göndərməyini istəmiş, o,da həmin şifrəni tanımadığı şəxsə göndərmiş,bir neçə dəqiqə sonra anasının istifadə etdiyi ***-***-**- ** saylı mobil telefonuna,1 dəqiqə ərzində,bank kartın hesabında olan 1.770 manat puldan,iki dəfəyə yəni 913.50 manat və 56 manat olmaqla cəmi 969 manat 50qəpik hesabdan çıxılması barədə “sms” mesajı gəlmiş,həmin vaxt ona məlum olmuş ki,tanımadıqları şəxs onun satışa qoyduğu mobil telefonun ödənişini onlayn formada etmək adı ilə aldadıb bank kartının üzərindəki 16 rəqəmli və sonra isə “sms” vasitəsi ilə daxil olmuş 6 rəqəmli məxfi şifrələri ələ keçirməklə anasına aid bank kartının balansında olan 969,50 manat pulu ələ keçirmişdir. Şahid6 məhkəməyə teleqram göndərərək istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Şahid6 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, əslən Gürcüstan Respublikası,Marneuli rayonundan olan Zərərçəkmiş şəxs3 2023-cü ilin iyun ayından tanıyır,normal münasibəti olub,İbrahim rəqsaz ustası kimi onun nəzarət etdiyi tikintidə işləmişdir. 20 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində, tanışı İbrahim ona zəng edərək,bir nəfərin özünə köçürmə yolu ilə pul göndərməsi üçün "xxxx"-a aid kartın hesab nömrəsi lazım olmasını demiş,o,da İbrahimi tanıdığından və sonun¬cuya köməklik edəcəyini demiş,onda “ABB” aid bank kartı olmadığından dostu Elməddin Mirzə- yevdən adına olan “ABB” aid bank kart nömrəsini istəyərək,kart hesabına pul köçürüləcəyini bildirmişdir. Sonra o, Elməddin göndərdiyi adına olan “ABB” aid bank kartının şəklini İbrahimin ona yönəltdiyi tanımadığı şəxsin ***-***-**-** saylı nömrənin “vatsapp”-na göndərmişdir.Bir neçə dəqiqədən həmin şəxs ona səsli mesaj göndərər karta pul köçürməsi üçün bank kartının istifadə edildiyi mobil nömrəyə gəlmiş təhlükəsizlik kodu istəmiş,o,da həmin kodu Elməddindən alıb tanımadığı şəxsin mobil nömrəsinə göndərmişdir.Bir neçə dəqiqədən Elməddin ona zəng edərək bank kart hesabından əvvəlcə 1.000 manat sonra isə 12 manat çıxıldığını deyərək, bank kartı hesabından həmin pulların çıxılmasına dair mobil telefonuna gəlmiş “sms” mesajı ona göndərmişdir. O, da Elməddinin bank kartından pul çıxılması barədə İbrahimə bildirərək,pul çıxılmasına dair “sms” mesajı sonuncuya göndərmişdir.Sonra o, dəfələrlə İbrahimin göndərdiyi tanımadığı şəxsin ***-***-**-** saylı nömrənə zəng etmiş, əvvəlcə nömrəni işlədən şəxs onun zənglərinə cavab verməmiş,sonra isə onun nömrəsini bloka salmışdır.Sonra tanışı İbrahim bank kart hesabından 1013 manat pul oğurlanması barədə DİN-nin “102” xidmətinə məlumat vermiş, İbrahim öz xahişi ilə tanımadıqları şəxsə Elməddinin bank kart nömrəsini verildiyi üçün həmin kartından çıxılmış cəmi 1.013manat pulu nağd şəkildə Elməddinə ödənmişdir. Əlavə olaraq tanımadığı ***-***-**-** saylı mobil nömrə istifadəçisi Elməddinin bank kartından əvvəlcə 1.000 manatı çıxarmasını,sonra isə 12 manatı ***-***-**-** saylı mobil nömrənin balansına köçürməsini,eyni zamanda həmin pulların komissiya haqqı tutulmaqla,ümimilikdə Elməddinin bank kartından 1.013 manat pul çıxılmasını,bu məbləğdə Elməddinə “sms” mesaj gəlməsini, həmin hadisə baş verənə kimi İbrahim Elməddini tanımamasını,Elməddin onun tanışı olmasını, İbrahimin göndərdiyi ***-***-**-** saylı mobil telefon sahibi ilə o, səsli mesaj vasitəsi ilə əlaqə saxlayıb pul köçürməsi üçün Elməddindən aldığı bank kartının həm üz hissəsində olan 16 rəqəmi,həm də mobil telefonuna “sms” şəklində gəlmiş gizli kod şifrəsini həmin şəxsə göndərməsini, bank kartından pul çıxarmış şəxsi Elməddin tanımamasını və danışmamasını bildirmişdir. Şahid5 məhkəməyə teleqram göndərərək istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Şahid5 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, valideyinləri ilə birlikdə ünvan 10 ünvanında yaşayır və Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsidir.29 dekabr 2022-ci il tarixdə,o,internet üzərindən “Lalafo” adlanan satış saytına özünə məxsus bir ədəd “Redmi Note 9”markalı mobil telefonu 170 manata satmaq üçün elan yerləşdirmiş,həmin elana əlaqə saxlamaq üçün istifadəsində olan mobil telefon nömrəsini qoymuş,elə həmin günü o,evdə olarkən saat 17:30 radələrində,ona ***-***-**-** saylı mobil telefon nömrəsinin “Whatssap” proqramı vasitəsi ilə bir nəfər tanımadığı şəxs əlaqə saxlayaraq mobil telefonu almaq istədiyini və beh göndərmək üçün plastik bank kartımın şəkilini göndərməsini istəmişdir.O.da atası Zərərçəkmiş şəxs5 adına olan və atası tərəfindən istifadə edilən ABB Bankın 6762 6121 0062 2593 nömrəli plastik bank kartın şəkilini atasının razılığı ilə çəkib həmin şəxsə “Whatssap”proqramı vasitəsi ilə göndərmişdir.Sonra həmin şəxs bank kartının hansı mobil nömrə ilə istifadə edildiyini soruşduqda, o,atasının istifadə etdiyi ***- ***-**-** saylı mobil nömrəyə qoşulu olduğunu bildirmişdir. Bundan sonra atasına aid “Beynəlxalq Bank”-nın bank kartlarının istifadəsi üçün nəzərdə tutulan mobil tədbiqdən istifadə edilməklə,ardıcıl olaraq telefona gələn gizli kodu həmin şəxs ondan soruşmüş,o,da kod rəqəmlərini həmin şəxsə bildirmişdir.Sonra həmin tanımadığı şəxs mobil tədbiqdən istifadə etməklə,hesabında 5.000 manata yaxın pul depoziti olan atasına aid bank kartından,dörd dəfə ardıcıl 1.015manat,bir dəfə 11 manat və sonda 446,60manat pul çıxılmaqla ümumilikdə 4.517,60 manat pulu hesabdan oğurlanmış,pulun oğurlanmasını atasının telefonunda mobil tedbiq blok olduğundan,o,anlamamış,həmiun an elə başa düşmüş ki,ödəniş alınmır,buna görə də həmin şəxslə sağollaşmışdır.Səhəri günü atası mobil telefonun banka aid mobil tədbiqində hesabında 5.000 manat depoziti olan “tam” adlanan bank kartının hesabında heç bir pul məbləği olmamasını,hesabdakı pullar oğurlamasını bildirdikdə,o,atasının mobil tədbi- qinə daxil olub baxıb görmüş ki,əvvəlki günü ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng etmiş naməlum şəxs tərəfindən hesabından pul çıxarıldığını başa düşmüşdür.Bundan sonra o,DlN-nin “102” xidmətinə zəng edib oğurluq barədə məlumat vermiş,atasına aid “Beynel- xalq Bankın” “tam” adlanan bank kart hesabından, 29 dekabr 2022-ci il tarixdə saat 17:52 dəqiqədən həmin günü saat 18:36 dəqiqəyədək cəmi 4.517,60 manat pulun oğurlanması aşkar etməsini bildirmişdir. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərmişdir ki, 2023-cü ilin dekabr ayının axırlarında, o, Bakı şəhərinə iş axtarmaq üçün gəlmiş və Yasamal rayonu, 11-ci xrebtovı küçəsində qohumlarının evində müvəqqəti yaşamışdır. Həmin dövrdə o, Bakı şəhərində olarkən “Tap.az” internet üzərindən satış saytına, özünə məxsus “Redmi Note-11” markalı işlənmiş mobil telefon aparatını 350 manata satışa qoymuş, elan üzrə əlaqə saxlamaq üçün özünün istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni qoymuşdur. Elə həmin günü onun istifadə etdiyi nömrəyə ***-***-**-** saylı mobil nömrədən “vatsapp” proqramı ilə zəng edən tanımadığı şəxs mobil telefonu almaq istəməsini,ödənişi bank kartına köçürəcəyini,bunun üçün ona mobil nömrəsinə “ABB”bankının bank kart nömrəsini göndərməsini xahiş etmişdir. O, özündə "xxxx"-a aid bank kartı olmadığından, qohumlarından kimdə olması ilə maraqlanmış və qonşuluqda yaşayan Zərərçəkmiş şəxs14 adlı qadında həmin banka aid kart olmasını öyrənib,Rəna xanımla ailəvi yaxın münasibətləri olduğundan, sonuncu ilə əlaqə saxla¬yıb vəziyyəti izah etmiş, Rəna xanımdan pul köçürmək üçün adına olan “ABB” aid bank kartının şəklini alıb, mobil telefonu almaq istəyən şəxsin ***-***-**-** saylı nömrəsinə göndərmişdir. Bundan sonra 02 yanvar 2023-cü il tarixdə səhər saat 10:30 radələrində o,evdə olarkən mobil telefonunu almaq istəyən şəxs təkrar zəng edərək, bank kartının istifadə edildiyi mobil telefon nömrəsini istəmiş, o, da Zərərçəkmiş şəxs14 həmin kartın ***-***-**-**saylı mobil nömrədə istifadə edilməsini öyrənib tanımadığı şəxsə demiş,bir neçə dəqiqədən həmin şəxs mobil telefona kod gələcəyini və həmin kodu ona deməmi xahiş etmiş, o, da həmi kodu Zərərçəkmiş şəxs14 istədikdə, sonuncu əvvəlcə kodu vermək istəməmiş,həmin kodu kənar şəxsə vermək olmaz demiş, lakin o, xahiş etdiyi üçün Rəna xanım nömrəni ona demiş, o, da həmin şəxsə inanıb kodu demişdir. Sonra həmin şəxslə əlaqəsi kəsilmiş,təxminən 30 dəqiqə keçmiş, Rəna xanım onun yanına gələrək, bank kartlarından ardıcıl müxtəlif məbləğlərdə pul çıxıldığından,məcbur qalıb banka zəng edib bank kartlarını bloklatdırdığını bildirmiş, telefonuna gəlmiş bank kartından müxtəlif məbləğlərdə pul çıxılmasına dair “smsTnesajları ona göstərmiş, o,mesajlara baxıb həmin mesajlardakı məbləğləri hesablamış və Rəna xanıma məxsus “ABB” aid üç ədəd bank kartından cəmi 1.420 manat pulun çıxıldığını hesablamışdır. Bundan sonra o, DİN-nin “102” xidmətinə zəng edib bu barədə məlumat vermiş, sonra isə Rəna xanım polisə gedib oğurluq barədə ərizə vermişdir. Rəna xanımın bank kartından pul çıxartmış şəxsi o,tanımamış, heç bir zaman görüşməmiş, həmin şəxslə yalnız ***-***-**-** saylı nömrənin “vatsapp” proqramı ilə zəng edib əlaqə saxlaması, adını və digər anket məlumatlarını bilmədiyini göstərmişdir. Məhkəmə iclasında Şahid9 ifadəsində göstərmişdir ki, 06 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində, o, “Bravo”marketində işdə olduğu zaman tanışı Əmrah zəng edərək, özünə məxsus mobil telefonu satmasını,telefonu almaq istəyən müştəri hərbiçi olduğundan mobil telefonun pulunu yalnız “Azərbaycan Beynəlxalq Banka” aid karta köçürə bildiyini,onda “ABB” aid bank kartı olub-olmamasını soruşmuş, əgər varsa bank kartının üz rəqəmlər olan hissəsinin şəkilini çəkib “vatsapp” vasitəsilə mobil telefonuna göndərməsini xahiş etmişdir. O, Əmraha adına olan “ABB”aid bank kartın bloklandığı, lakin birgə «Bravo» supermarketində işləyən iş yoldaşında “ABB” bankın kartı olmasını, iş yoldaşından xahiş edib alaraq göndərəcəyinə söz vermiş, sonra o, kassada işləyən iş yoldaşı Zərərçəkmiş şəxs11 bank kartının nömrəsini dostunun pul göndərməsi üçün istəyib almış, iş yoldaşının onun mobil telefonuna göndərdiyi bank kartının üz rəqəmlər olan hissəsinin şəklini, o, da öz növbəsində Əmraha göndərmişdir. Bir neçə dəqiqədən Əmram yenə ona zəng edərək bank kart sahibinin mobil nömrəsinə mesaj vasitəsilə gələn 4 rəqəmli şifrəni istəmiş, o, da heç nədən şübhə etmədən, həmin nömrəni Aslandan öyrənib Əmraha demiş. bir neçə dəqiqədən Aslan ona bank kartının hesabından cəmi 636 manat pul çıxılmasını demiş, o buna inanmayıb Aslanın mobil telefonun mesaj bölümünə baxdıqda,həqiqətəndə Aslanın bank kart hesabından 636 manat pulun çıxılmasını görmüş,dərhal zəng edib bu barədə Əmraha demiş,müəyyən vaxtdan Əmrah onların yanına marketə gəlmiş,Aslan Əmraha da pulun çıxılması ilə bağlı mesajı göstərmiş, Əmrah da mobil telefonda olan tanımadığı şəxslə satdığı mobil telefonun pulunu ödəməsi üçün aralarında olan həm səsli, həm də yazılı mesajlarını göstərmiş,sonra Əmrah həmin şəxsin ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, “vatsapp”-na mesajlar yazmış, lakin həmin şəxs zənglərə və ya mesajlara cavab verməmişdir. Bundan sonra kartından pul oğurlanması barədə tanışı Zərərçəkmiş şəxs11 DlN-nin“120” xidmətinə məlumat vermişdir. Aslanın bank kartından təxminən 635 manat neçəsə qəpik çıxıldığıdan Aslan ona bank kartından yuvarlaq şəkildə 636 manat oğurlandığını dediyindən, o, da Aslanın bank kartından həmin məbləğin oğurlanmasını bilmişdir. İş materiallarında olan 01 yanvar 2023-cü il tarixli “cinayət işin başlanması və icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə ********** nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli “cinayət işin başlanması və icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 26 yanvar 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma” haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs12 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 30 yanvar 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və cinayət işinin başlanması” haqqında qərarından görünür ki, material üzrə qəbul edilmiş 26 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilmiş və Azərbaycan Respublikası CMnin 177.2.3-1-ci maddəsi ilə ********* saylı cinayət başlanmışdır. İş materiallarında olan 30 yanvar 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma” haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə X10 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 30 yanvar 2023-cü il tarixli “cinayət işin icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir və istintaqı davam etdirilmişdir. İş materiallarında olan 30 yanvar 2023-cü il tarixli “cinayət işin başlanması və icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlamış və istintaqı davam etdirilmişdir. İş materiallarında olan 02 fevral 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma” haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi Zərərçəkmiş şəxs10 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 02 fevral 2023-cü il tarixli “cinayət işin başlanması və icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 02 fevral 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdə, saat 21:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 02 fevral 2023-cü il tarixli “cinayət işin başlanması və icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 02 fevral 2023-cü il tarixli “cinayət işin başlanması və icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 02 fevral 2023-cü il tarixli “cinayət işin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi” haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ********** nömrəli cinayət işi ilə bir icraatda birləşdirilsin və ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. İş materiallarında olan 04 fevral 2023-cü il tarixli “təqsirlənidirilən şəxs qismində cəlb etmə” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 04 fevral 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma” haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs3 Xalil oğlu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 04 fevral 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma” haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs4 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 04 fevral 2023-cü il tarixli “təqsirlənidirilən şəxs qismində cəlb etmə” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 04 fevral 2023-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-51/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir.Həbs etmənin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 04 fevral 2023-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-51/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir və həbs etmənin əvvəli 02 fevral 2023cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 04 fevral 2023-ci il tarixli ifadənin yerində yoxlanması protokolundan görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2022-ci il tarixdə, Zərərçəkmiş şəxs3 məxsus mobil telefonu və 12 dekabr 2022-ci il tarixdə,Zərərçəkmiş şəxs4 məxsus mobil telefonun satılması ilə bağlı internet saytında olan elan üzrə sonuncularla əlaqə saxlayıb danışıqlar aparması və alaçağı mobil telefonların pullarını bank kart hesabına köçürməsi adı ilə “ABB” aid bank kart məlumatlarını əldə etdyi yaşadığı Bakı şəhəri,ünvan 12 ünvanını, sonra zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 bank kart hesabından 1.013 manat və Zərərçəkmiş şəxs4 bank kart hesabından 1000 manat pulu nağdılaşdıraraq oğurlamasına dair ifadə verərək,pulu nağlaşdırdığı “ABB” aid bankomatın yerləşdiyi Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış kompleksi ərazisindəki ünvanı əyani olaraq göstərmişdir. İş materiallarında olan 06 fevral 2023-cü il tarixli “cinayət işin başlanması və icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 10 fevral 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma” haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs9 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 13 fevral 2023-cü il tarixli “cinayət işin başlanması və icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 17 fevral 2023-cü il tarixli “cinayət işin icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, işi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin istintaqı davam etdirilmişdir. İş materiallarında olan 17 fevral 2023-cü il tarixli “cinayət işin icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. İş materiallarında olan 17 fevral 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma” haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs7 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 17 fevral 2023-cü il tarixli “cinayət işin icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, işi Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir. İş materiallarında olan 27 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 62 və 221.3-cü maddələri ilə təqsirli bilinib 160 saat müddətinə ictimai işlər cəzasına məhkum edilmişdir. İş materiallarında olan 02 mart 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma” haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs5 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 04 mart 2023-cü il tarixli “təqsirlənidirilən şəxs qismində cəlb etmə” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 04 mart 2023-cü il tarixli “cinayət işin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi” haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və icraatda olan Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilsin və ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. İş materiallarında olan 04 mart 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma” haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs6 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 05 mart 2023-cü il tarixli “təqsirlənidirilən şəxsə ittiham elan etmək” haqqında qərarından görünür ki, təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə ittiham elan edilmişdir. İş materiallarında olan 06 mart 2024-cü il tarixli Zərərçəkmiş şəxs1 Sarvan oğlunun məhkəməyə ünvanladığı teleqram göstərişindən görünür ki, məhkəmənin iştirakı olmadan keçirilməsinə etiraz etməmişdir. İş materiallarında olan 27 mart 2023-cü il tarixli “cinayət işin başlanması və icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət iş başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 28 mart 2023-cü il tarixli “təqsirlənidirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında qərarından görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 28 mart 2023-cü il tarixli “cinayət işin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi” haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və icraatda olan Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilsin və ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. İş materiallarında olan 30 mart 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma” haqqında qərarından görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 04 aprel 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və cinayət işinin başlanması” haqqında qərarından görünür ki, material üzrə Suraxanı RPİ-nin 30-cu –PŞ-nin təhqiqatçısı Vüqar İsizadənin 1884 /22 nömrəli material üzrə cinayət işi başşlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilsin və X6 bank kartından 636 manat pulun dələduzluq yolu ilə ələ keçirilməsi faktına görə Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. İş materiallarında olan 05 aprel 2023-cü il tarixli “cinayət işin icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, işi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin istintaqı davam etdirilmişdir. İş materiallarında olan 21 aprel 2023-cü il tarixli “təqsirlənidirilən şəxs qismində cəlb etmə” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 22 aprel 2023-cü il tarixli “materialın cinayət işinə birləşdirilməsi” haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs8 müraciəti əsasında toplanmış material hal-hazırda icraatda Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaqı davam etdirilmişdir. İş materiallarında olan 23 aprel 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma” haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs8 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 24 aprel 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma” haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 25 aprel 2023-cü il tarixli “cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilmişdir. İş materiallarında olan 27 aprel 2023-cü il tarixli “təqsirlənidirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında qərarından görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 27 aprel 2023-cü il tarixli “təqsirlənidirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 27 aprel 2023-cü il tarixli “cinayət əməlinin tövsif edilməsi” haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-1ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş və ibtidai istintaqı davam etdirilmişdir. İş materiallarında olan 27 aprel 2023-cü il tarixli “təqsirlənidirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 27 aprel 2023-cü il tarixli “təqsirlənidirilən şəxsə ittiham elan etmək” haqqında qərarından görünür ki, təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 27 aprel 2023-cü il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi” haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.2ci və 177.2.3-1-ci maddələri ilə olan ********* nömrəli cinayət işi istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilsin və ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. İş materiallarında olan 29 aprel 2023-cü il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-91/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay müddətinə, yəni 02 iyul 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan 01 may 2023-cü il tarixli “cinayət işin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi” haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilsin və ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. İş materiallarında olan 04 may 2023-cü il tarixli “cinayət əməlinin tövsif edilməsi” haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinə tövsif edilmiş və ibtidai istintaqı davam etdirilmişdir. İş materiallarında olan 04 may 2023-cü il tarixli “təqsirlənidirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 06 may 2023-cü il tarixli “təqsirlənidirilən şəxs qismində cəlb etmə” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 13 may 2023-cü il tarixli “materialın cinayət işinə birləşdirilməsi” haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs8 müraciəti əsasında toplanmış material hal-hazırda icraatda Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaqı davam etdirilmişdir. İş materiallarında olan 18 may 2023-cü il tarixli “təqsirlənidirilən şəxs qismində cəlb etmə” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 18 may 2023-cü il tarixli “təqsirlənidirilən şəxs qismində cəlb etmə” haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 25 may 2023-cü il tarixli “təqsirlənidirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 25 may 2023-cü il tarixli “diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki,Bir ədəd CD-R formatlı disk Qaradağ RPİ-nin MSY-də « HP » markalı kompüterdə disk oxuducuda açıldıqda “Bankomat 2382-xx.xx.2023-1000 AZN “adlı qovluq, “Bankomatın ünvanı” və “Zərərçəkmiş şəxs9- 2023-1099.50 AZN” adlı fayllar aşkar edildi. “Bankomat 2382-xx.xx.2023-1000 AZN “adlı qovluğa baxış keçirən zaman orada xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs9 məxsus 5167-5133-4698-6078 nömrəli plastik bankomat kartından pul oğurlayan şəxsin şəkilləri və videosu həmçinin oğurlanan pulun 1000 manat olduğunu təsdiq edən çıxarışın olduğu müəyyən edildi. Bankomatın ünvanı” adlı fayla baxış keçirən zaman Zərərçəkmiş şəxs9 məxsus 5167-5133-4698-6078 nömrəli plastik bankomat kartından pulun nağdlaşdırıldığı bankomatın Bakı şəhəri, Səbail r., Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 1 (Bazarstore bayıl) mağazasının qarşısında quraşdırılmış Azərbaycan Beynəlxalq Bankının bankomatı olduğu müəyyən edildi. “Zərərçəkmiş şəxs9-xx.xx.2023-1099.50 AZN” fayla baxış keçirən zaman orada Zərərçəkmiş şəxs9 məxsus 5167-5133-4698-6078 nömrəli plastik bankomat kartından ilkin olaraq ***-***-**-** mobil nömrəsinə 98 manat danışıq kartı yükəndiyi, daha sonra isə 1000 manat pulun Bakı şəhəri, Səbail r., Badamdar qəsəbəsi 1-ci yaşayış massivi, 1 (Bazarstore bayıl) mağazasının qarşısında quraşdırılmış Azərbaycan 'əlxalq Bankının bankomatından nağdlaşdırdıldığı müəyyən edilmişdir. İş materiallarında olan 26 may 2023-cü il tarixli “cinayət işin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi” haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilsin və ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. İş materiallarında olan 26 may 2023-cü il tarixli “cinayət işin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi” haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilsin və ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. İş materiallarında olan 01 iyun 2023-ci il tarixli ifadənin yerində yoxlanması protokolundan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 məxsus 5167 5133 4698 6078 saylı plastik bank kartından 1.000 manat pulu Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Q.Abbasov küçəsində yerləşən “Bazarstore” market mağasının giriş hissəsində yerləşən bankomat aparatında nağdılaşdıraraq ələ keşirməsinə dair ifadə verərək həmin ünvanı əyani olaraq göstərmişdir. İş materiallarında olan 01 iyun 2023-cü il tarixli Səbail Rayon Polis İdarəsinin məktubundan görünür ki, 01 iyun 2023-cü il tarixdə saxlanaraq Səbail Rayon Polis İdarəsinə təhvil verilmişdir. İş materiallarında olan 01 iyun 2023-cü il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri,Səbail rayonu, Bakı-Salyan şossesi, “Bibiheybət” məcidi yanındakı ATM-dən 1 nəfər şəxs cəmi 747 AZN pulun çıxarılması müəyyən edilmişdir. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli “cinayət işin icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, işi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələri ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı aparılmışdır. İş materiallarında olan 14 iyun 2023-cü il tarixli “cinayət işin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi” haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş , Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddələsi ilə olan ********* nömrəli cinayət işi icraatda olan Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* icraatda birləşdirilmişdir. İş materiallarında olan 26 iyun 2023-cü il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-445/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri 19 gün müddətinə uzadılmışdır. İş materiallarında olan 19 iyul 2023-cü il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-483/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri 1 ay 12 gün müddətinə uzadılmışdır. İş materiallarında olan 27 iyul 2011-ci il tarixli 067570№-li məcburi köçkün qeydiyyat vərəqəsinin görünür ki, Təqsirləndirilən şəxs məcburi köckün statusundadır. İş materiallarında olan 31 iyul 2023-cü il tarixli məhkəmə-psixiatrik ekspertizasının 2104 №-li rəyindən görünür ki,Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, hazırki psixi vəziyyətinə məcburi müalicəyə ehtiyacı yoxdur,Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür.Ekspertin rəyi istintaqda təhlil edilmiş,düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 01 avqust 2023-cü il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-114/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan 16 oktyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərarından görünür ki, iş üzrə Azərbaycan Beynəlxalq Bankından 27 yanvar 2023-cü il tarixli 6-2-xx/xx-2472/2023 saylı, 01 fevral 2023-cü il tarixli 6-2-41/2-2911/ 2023 saylı, 27 mart 2023-cü il tarixli 6-2-41/2-7945/ 2023 saylı, 28 aprel 2023-cü il tarixli 6-2xx/xx-11655/ 2023 və 6-2-xx/xx-11612/ 2023 saylı məktublarla daxil olmuş bank kartlarına dair məlumatlar və bankomatdan pul çıxarılmasına dair video görüntülər köçürülmüş beş ədəd “DVD” formatlı “CD” diski iş üzrə əhəmiyyətli-olduğundan, sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 18 oktyabr 2023-cü il tarixli “təqsirlənidirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli “mülki iddiaçı qismində tanınma” qərarından görünür ki, Zərərçəkmiş şəxs14 Ramiz qızı cinayət işi üzrə mülki iddiaçı qismində tanınması, Təqsirləndirilən şəxs vurulmuş 1420 (bir min dörd yüz iyirmi) manat məbləğində maddi ziyan və 34.20 (otuz dörd manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1454.20 (bir min dörd yüz əlli dörd manat iyirmi qəpik) manat məbləğində pul tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş, mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs14 Ramiz qızı mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs cavabdeh qismində tanınmışdır. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli Zərərçəkmiş şəxs12 məhkəməyə ünvanladığı teleqram göstərişindən görünür ki, ziyanın ödənildiyini, bu səbəbdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan 06 mart 2024-cü il tarixli Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçi olmadığını və ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını və ziyanı qismən ödənilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Hazırkı iş üzrə cinayət əməlləri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 1(009)-114/2023 saylı hökmü çıxarılmazdan əvvəl törədilmişdir. Belə olan halda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 1(009)-114/2023 sayl hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 1(009)- 114/2023 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 27 iyul 2023-cü il tarixdən 29 iyul 2023-cü il tarixdək, 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək tutulduğu 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2023-cü il il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın həcmi məsələsinə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ziyan vurulduqda əmlakına vurulmuş ziyana görə hüquqi şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş 1420 (bir min dörd yüz iyirmi) manat məbləğində maddi ziyan və 34.20 (otuz dörd manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1454.20 (bir min dörd yüz əlli dörd manat iyirmi qəpik) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs14 Ramiz qızına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə 05 (beş) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 01 avqust 2023-cü il tarixli, 1(009)-114/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 02 (iki) ay azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq ona 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 27 iyul 2023-cü il tarixdən 29 iyul 2023-cü il tarixdək, 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək tutulduğu 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 03 (üç) il, 02 (iki) ay, 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 04 fevral 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs14 Ramiz qızı təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı ziyanın ödənilməsinə dair mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş, ödənilməmiş 1420 (bir min dörd yüz iyirmi) manat məbləğində maddi ziyan və 34.20 (otuz dörd manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1454.20 (bir min dörd yüz əlli dörd manat iyirmi qəpik) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs14 Ramiz qızına ödənilsin. Cinayət işi üzrə 05 (beş) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar