Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-58/2021 23.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Quliyeva (Atapur) Zeynəb Mövsüm qızının iştirakları ilə, Bakı şəhərində 23 sentyabr 2021-ci il tarixdə saat 17:00-da 02 avqust 2000-ci ildə Ağdam rayonu, Xındırıstan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan Qaradağ rayonu "xxxx" MMC-də xadimə işləyən, əvvəllər Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli hökmü ilə 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Ağdam rayonu, Sarıçoban kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ rayonu, Ümid qəsəbəsi, 4-cü küçə, ev 24də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Quliyeva (Atapur) Zeynəb Mövsüm qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Quliyeva (Atapur) Zeynəb Mövsüm qızı tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq etməkdə təqsirləndirilmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə 03 sentyabr 2020-ci il tarixdə, saat 03 radələrində İsmayıllı rayonu Zeyvə kəndində yerləşən, həmin kəndin sakini Zərərçəkmiş şəxs2 məxsus mağazanın qarşısına gəlib, dəmir asma qıfılla bağlı olan taxta qapısının qıfıl birləşdiyi dəmir halqasını oradan götürdüyü dəmir alətlə sıxıb yerindən çıxartmaqla saxlanc yeri hesab olunan ərzaq mağazasına qapısından qanunsuz daxil olaraq oradan 8 (səkkiz) ədəd 2 manatlıq cin, 5 (beş) ədəd 2 manatlıq nar, 2 (iki) ədəd 2 manatlı sim danışıq kartlarını və 300 manat nəğd pulunu gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 330 manat (üç yüz otuz) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 08 sentyabr 2020-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi ünvan 1 ünvanda yerləşən avtoyumadan rəfin üzərində sonuncuya məxsus olan 470 manat pulu, bir ədəd ümumi dəyəri 190 manat olan **********65436 və **********65444 İMEİ kodlu “Jinga” markalı mobil telefonu və divardan asılı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus şalvarın cibindən 30 manat pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 690 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Quliyeva (Atapur) Zeynəb Mövsüm qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində hazırki baxılan işdə birinci epizod üzrə məhkəməyədək verdiyi ifadələrindən qətiyyətlə və birmənalı şəkildə imtina edərək İsmayıllı rayonu Zeyvə kənd sakini Zərərçəkmiş şəxs2 məxsus mağazadan törədilən oğurluğun ona aidiyyətinin olmadığını bildirmişdir. O, həmçinin göstərmişdir ki, həmin oğurluğu tanışı İsmayıllı rayonu Zeyvə kənd sakini Şahid2 törətmişdir. Özü isə həmin vaxt, yəni 02 sentyabr 2020-ci il tarixindən 03 sentyabr 2020-ci tarixinə keçən gecəni, ümumiyyətlə Bakı şəhərində olmuş və həmin vaxtı əslən Kürdəmir rayonundan olan “Totu” ləqəbli qızla bir yerdə keçirmişdir. İbtidai istintaqda bu oğurluğu boynuna götürüb “etirafedici” ifadələr verməsinin səbəbini isə belə izah etmişdir ki, Şahid2 4 ilə yaxındır tanıyır və bu məhkəmə prosesinə qədər onunla sevgi münasibətləri olmuş, bu dövr ərzində dəfələrlə Şahid2 dəvəti ilə onun yaşadığı İsmayıllı rayonunun Zeyvə kəndinə qonaq gedib orada onunla qalmış, 02 sentyabr 2020-ci il tarixində axşam radələrində yuxarıda göstərdiyi “Totu” ləqəbli qızla Bakı şəhərində metronun “Əcəmi” stansiyası yaxınlığında olarkən mobil telefonu olmadığından özünə məxsus olan 070 *** ** ** saylı nömrəni “Totu”nun telefon aparatına qoymuş və bu vaxt Şahid2 dəfələrlə zəng etsə də ona cavab verməmişdir. Həmin gecə “Totu” ilə səhərə kimi Bakı şəhərinin müxtəlif yerlərində gəzişib və 03 sentyabr 2020-ci il tarixində saat 09 radələrində Elvinin axşam nömrəsinə dəfələrlə zəng edib onu axtardığını xatırlayıb sonuncunun nömrəsini yığaraq nə üçün zəng etdiyi ilə maraqlandıqda Şahid2 ondan təcili yaşadığı kəndə yanına gəlməyi tələb etmiş, nə baş verdiyini niyə belə təcili gəlməli olduğunu soruşduqda isə artıq suallar verməyib təcili taksi ilə onun yanına gəlməsini və kəndə gələndə səbəbini izah edəcəyini bildirmişdir. Bundan sonra “Totu” ilə sonuncunun telefonun onda qalması barədə razılaşaraq təxminən saat 10 radələrində Bakıdan İsmayıllıya gedən adambaşı 5 manatlıq taksilərdən birinə əyləşib yola düşmüş, Basqal qəsəbəsində avtomobildən düşərək Zeyvə kəndi istiqamətində piyada getmiş, saat 12-13 radələrində isə yol ayrıcında Şahid2la görüşmüşdür. Bundan sonra Elvinin axşam kəndlərindəki qohumu Zərərçəkmiş şəxs2 məxsus mağazadan oğurluq etdiyini, bu cinayətin üstü açıldığından tutulub polisdə saxlandığını və burada döyüldüyündən həmin cinayətin guya Zeynəb tərəfindən törədildiyini deməsini bilmiş, həmin oğurluğu öz boynuna götürməyi ondan tələb etmiş, buna etiraz etdikdə isə onu döyüb övladını öldürəcəyi ilə təhdid etmişdir. Bir müddət sonra isə o, bu oğurluğu öz boynuna götürdüyü halda köməklik edəcəyini və tezliklə işi qurtaracağına söz vermişdir. Həmin gün təxminən saat 15 radələrində polis əməkdaşları onları saxlayıb hər ikisini İsmayıllı RPŞ-nə gətirmiş, burada Elvinin təhdidlərinə görə, həmçinin aralarında olan münasibətlərə və onun darda qoymayacağına dair verdiyi vədlərinə inandığına görə həmin oğurluğu öz üzərinə götürmüşdür. Halbuki, İsmayıllı RPŞnə xidmətə təzə gəlmiş polis əməkdaşları və oğurlanmış mağazanın sahibi Zərərçəkmiş şəxs2 elə əvvəldən buna inanmayıb Şahid2 törətdiyi cinayəti öz boynuna götürməməyi ona tövsiyə etmişdirlər. Lakin o, buna baxmayaraq həmin oğurluğun guya özü tərəfindən törədildiyini demiş, Elvin isə oğurluq etdiyi mağazaya dair, orada nəyi və haradan götürdüyü barədə ona ətraflı məlumat vermişdir. Təxminən bir saat sonra isə üç nəfər polis əməkdaşı onu əlləri qandallı şəkildə oğurluq baş vermiş mağazaya gətirmiş və burada polis zabiti nəyi necə etməyə dair ona göstərişlər vermişdir. Orada ağır bir dəmir parçası ona verilib əlində saxlanılmağı istənilmiş, lakin həmin dəmir parçası çox ağır olduğundan və qaldıra bilmədiyindən buna etiraz etmişdir. Bu zaman həmin polis əməkdaşı bildirmişdir ki, bir təhər əlində tutsun ki, şəklini çəkə bilsin. O, da əlacsız qalıb razılaşaraq həmin dəmir parçasını bir təhər tutaraq bu vəziyyətdə şəklini çəkmişlər. Sonra həmin polisin göstərişi ilə mağazanın qapısını əlinin ovucu ilə itələyib içəri daxil olmuş və burada da şəkillərini çəkmişlər, sonradan onu İsmayıllı RPŞ-yə gətirmişlər. 06 sentyabr 2020-ci il tarixində saat 18 radələrində polisdə onu sərbəst buraxdıqdan sonra Elvinlə birlikdə gəlib gecəni onun evində keçirmiş, cinayəti boynuna götürməsi məsələsində tərəddüd etdiyini görüb Elvin onu yenə də hədələyərək döymüş, sonra isə polisdə vəkilə vermək üçün təcili pul lazım olduğunu deyərək hardan olursa-olsun pul tapıb gətirməsini tələb etmişdir. Səhəri gün, yəni 07 sentyabr 2020-ci il tarixində günorta saatlarında ona Bakıdan Pərviz adlı tanışı zəng edərək harada olduğu ilə maraqlanmış və təcili Bakı şəhərinə qayıdaraq gecəni onunla birlikdə keçirməsini təklif etmişdir. O isə öz növbəsində gedib Pərvizlə gecələyərək sonra da ondan pul istəyəcəyi düşüncəsi ilə pul dalınca Bakıya gedəcəyini Elvinə deyərək 07 sentyabr 2020-ci il tarixində günün ikinci yarsında İsmayıllıdan taksi ilə Bakıya qayıtmışdır. Bundan sonra Pərvizlə zəngləşmiş, sonuncu isə onun dalınca taksi göndərmiş və sonradan Zərərçəkmiş şəxs1 kimi tanıdığı başqa bir şəxslə onu Badamdar qəsəbəsində qarşılayıb işlədikləri avtoyuma məntəqəsinə gətirmişlər. Pərvizin təklifi ilə 100 manat müqabilində hər ikisi cinsi əlaqədə olmağa razılaşmış, lakin Pərvizgil 100 manat pulun cinsi əlaqədə olduqdan sonra ona veriləcəyini bildirmişlər. Özünün razılığı əsasında elə oradaca əvvəlcə təzə tanış olduğu Zərərçəkmiş şəxs1 ilə gecə saat 12-yə kimi cinsi əlaqədə olmuş, Pərviz həmin vaxt çöldə gözləmişdir. Elnurla işini qurtardıqdan sonra avtoyuma məntəqəsindən çölə çıxmış və Pərvizlə sonuncunun yaşadığı evə gələrək səhərə kimi orada Pərvizlə cinsi əlaqədə olmuşdur. Eyni zamanda bildirir ki, 08 sentyabr 2020-ci il tarixində ona çatası 100 manat pulu Pərvizdən istəyəndə sonuncu işə gedib gələndən sonra pulu verəcəyini demiş, habelə Elnurun yanında avtoyuma məntəqəsində müvəqqəti işləməyi ona təklif etmiş və Elnur da buna razılıq verdiyindən onun yanında işləməyə başlamış və gələn avtomobillərin salonlarını təmizləmişdir. Həmin gün təxminən saat 12 radələrində müştəri olmadığından avtoyuma məntəqəsinin arxasındakı otaqda uzanıb dincəlmiş, sonra qalxıb ətir axtarmağa başlamış və bu zaman divara bərkidilmiş rəfin üzərində 120 (bir yüz iyirmi) manat pulu və indi markasını xatırlamadığı mobil telefonu görüb oğurlamaq qərarına gəlmiş və onları götürüb cibinə qoymuşdur. Otaqdan çıxarkən Elnurun şalvarının divardan asıldığını görüb ciblərini yoxlamış və 30 manat pul tapıb onu da cibinə qoymuşdur. Həmin vaxt Elnur çöldə tanışları ilə domino oynadığından başı qarışıq olmuş, onun nə etdiyimi görə bilməmişdir. Əlindəki zibili Elnura göstərərək zibili atıb oradan da ayaqyoluna gedəcəyini demiş, Elnurun razılığını aldıqdan sonra isə təcili İsmayıllıya Şahid2 tələbi ilə pul çatdırmalı olduğundan tez həmin yerdən uzaqlaşıb 20 Yanvar dairəsinə və oradan da İsmayıllı rayonuna getmişdir. Bir daha bildirmək istəyir ki, o, avtoyuma məntəqəsindən otaqdan cəmisi 150 (bir yüz əlli) manat pul və bir ədəd mobil telefon oğurlamışdır və ona görə də, bu cinayətə görə özünü qismən təqsirli bilir. İsmayıllıya gəldikdən sonra burada həmin puldan 100 manatını polisdə guya vəkil üçün vermiş və gecəni yenə Elvinlə birlikdə keçirmişdir. Səhəri gün, yəni 09 sentyabr 2020-ci il tarixində İsmayıllı polisindən zəng edib təcili ondan oraya gəlməyi tələb etdiklərindən qaldığı kənddən avtobusla polisə gəlmiş, Bakıda Səbail rayonu ərazisində yerləşən avtoyuma məntəqəsindən oğurluq edib-etmədiyini soruşduqda isə hər şeyi olduğu kimi danışmış, həmin axşam dalınca Səbail RPİ-dən gəlmiş polislər onu götürüb özləri ilə Bakıya gətirmişlər və burada tutub iki gün saxladıqdan sonra 11 sentyabr saat 23 radələrində sərbəst buraxmışlar. Məhkəmə istintaqının gedişində təqsirləndirilən şəxs Quliyeva (Atapur) Zeynəb Mövsüm qızı yazılı şəkildə təqdim etdiyi 14 iyun 2021-ci il tarixli “Sərbəst ifadəsi”ndə yuxarıda göstərdiyi xüsusatlara əlavə olaraq bildirmişdir ki, əvvəlcə Elvinə inansa da, sonradan avtoyuma məntəqəsindəki oğurluqla bağlı barəsində Səbaildə iş açıldığından və İsmayıllıdakı oğurluq da həmin işə birləşdirildiyindən sonuncunun onu aldatdığını anlamış, bu barədə Elvinə bildirdikdə o, onun adını verməsə kömək edəcəyinə yenə söz vermişdir. Sonradan iş məhkəməyə verildikdə və Şahid2 şahid qismində olduğuna baxmayaraq məhkəmə iclaslarına gəlmədiyini görüb ondan niyə belə rəftar etdiyini soruşmuş və hər şeyi prosesdə açıb deyəcəyini bildirmişdir. Bundan sonra Elvin onu və ailə üzvlərini telefonda təhqiramiz ifadələrlə söyərək hədələməyə, azyaşlı övladını öldürəcəyi ilə təhdid etməyə başlamışdır. Elvinin onu aldatdığını tam dərk etdikdən sonra məcbur qalıb hər şeyi olduğu kimi əvvəlcə vəkili İslam müəllimə, sonra isə məhkəmədə bildirmişdir. Sonradan bundan xəbər tutan Şahid2 məhkəmədən yayınmaqla yanaşı ona və ailəsinin ünvanına olan təhdid və təhqirləri daha da artırmış, o bütün bunlara son qoymaq, Şahid2 yalan dediyini, yuxarıda sözügedən cinayətin məhz onun tərəfindən törədildiyini sübut etmək üçün və sonuncunun məhkəmə iclaslarına gəlmədiyini görüb anası X5 adına alınmış 050 *** ** ** nömrədən dəfələrlə Şahid2 zəng edərək 2021-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Papanin deyilən ərazidə onunla ikilikdə görüşüb Elvinin cinayəti törətməsini etiraf etməsi barədə aralarında olan söhbəti anasının adına olan “REDMİ 9” markalı mobil telefonun diktofonuna yazmağa müvəffəq olmuşdur. Sonra da həmin səs yazısını diskə köçürüb müdafiəçisi Müdafiəçi vasitəsilə məhkəməyə təqdim etmişdir. İfadəsinin sonunda onu da qeyd edir ki, hər iki epizod üzrə məhkəməyədək araşdırma zamanı ona hər hansı bir vəkil təqdim edilməmiş və onları heç vaxt görməmiş, ilk dəfə olaraq bu işdə vəkili məhkəmədə görmüşdür. Həmçinin özü yazıb oxuya bilmədiyindən və yazılanlar ona oxunmadığından imzaladığı bir çox sənədlərdə nədən bəhs edildiyindən indiyədək məlumatı olmamışdır. Təqdim edilən bəzi sənədləri isə imzalamaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs Quliyeva (Atapur) Zeynəb Mövsüm qızı son sözündə İsmayıllı rayonunun Zeyvə kənd sakini Zərərçəkmiş şəxs2 məxsus həmin kənddə yerləşən mağazadan oğurluğunun onun tərəfindən törədilmədiyini bildirmiş, ünvan 1 ünvanda yerləşən avtoyumada baş verən oğurluq hadisəsi üzrə zərərçəkmiş şəxslə barışmasının, həmin cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayətçi olmamasını, əməlindən səmimi peşman olmasını, sözügedən epizod üzrə təqsirini boynuna almasını və himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınmasını və ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayon Zeyvə kəndində yaşayır. Təxminən 14 ildir ki, İsmayıllı rayon Zeyvə kəndində ərzaq və qeyri-ərzaq məhsulları satdığı mağazanı rəsmi olaraq işlədir. Mağaza həftənin bütün günləri səhər saat 10 radələrindən axşam saat 21 radələrinə kimi açıq olur. Həmin müddətdə mağazada müştəri qəbul edir və gün ərzində təxminən 200-250 manatlıq alver olur. Məhsullar satılarkən pulları mağazanın içərisində əyləşdiyi masanın üstündə olan nisyə dəftəri adlandırdığı jurnalın altına, qəpikləri isə masanın sağ tərəfindən çəkməcəyə yığır. Bundan başqa həmin çəkməcədə Nar, Cin və Sim kontur danışıq kartları da saxlayır. X6 əvvəllər tanımamışdır, onunla hər hansı bir münasibəti olmayıb, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. İşin mahiyyəti üzrə bildirir ki, 02.09.2020-ci il tarixdə saat 21 radələrində mağazanın taxtadan olan qapısını qıfılla bağlayıb, yəni qapı və çərçivə hissəsində olan dəmir halqalara asma qıfıl taxaraq bağlayıb və evə getmiş, həmin vaxt mağazada əyləşdiyi masanın üstündə olan “Nisyə dəftəri” dediyi jurnalın altına bilmədiyi sayda 1 və 5 manatlıq əskinazlardan ibarət olmaqla ümumən 240 manat pul olmuş, bundan başqa masanın sözügedən çəkməcəsində isə bilmədiyi sayda 50, 20 və 10 qəpiklərdən ibarət olmaqla ümumi 60 manat pul, həmçinin 8 ədəd 2 manatlıq cin, 5 ədəd 2 manatlıq nar və 2 ədəd 2 manatlıq sim danışıq kartları olub. 03.09.2020-ci il tarixdə saat 06:30 radələrində qardaşı Ziya Əhmədov ona telefonla zəng edərək mağazaya kiminsə daxil olduğunu dedikdə dərhal mağazaya gəlmiş, mağazanın qapısının üzərindəki dəmir asmalı qıfılın kənarda qoyulduğunu, mağazanın dəmir pəncərəsinin qapısının bağlanılmasında istifadə etdiyi boru şəkilli dəmir vasitəsilə ilgək formalı halqası çıxarıldığını görmüşdür. Mağazaya daxil olan zaman isə içəridəki ərzaq məhsullarına toxunulmadığını, lakin masanın üstündə olan “Nisyə dəftəri”nin altına saxladığı həmin 240 manat, masanın çəkməcəsində saxladığı həmin 60 manat pulun, həmçinin yuxarıda göstərdiyi danışıq kartlarının yerində olmadığının şahidi olmuşdur. Bundan sonra mağazasından oğurluq hadisəsinin kimin törətməsini öyrənməkdən ötrü bir müddət özü kənddə soraqlaşsa da, lakin heç bir nəticə əldə edə bilmədiyindən İsmayıllı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirdikdən sonra yenidən ilgək formalı dəmir halqasını yerinə bərkitməklə mağazanın qapısını həmin dəmir asma qıfılla bağlamışdır. İstintaq zamanı ona mağazadan oğurluq hadisəsinin Ağdam rayon Xındırıstan kəndində qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan X9 tərəfindən törədildiyini bildirdikdə o, bunu ciddi qəbul etməmiş və sonradan Zeynəb Atapurun özünü gördükdə isə həmin cinayəti onun törətmədiyinə əmin olmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 eyni zamanda onun mağazasından oğurluğu Zeynəb Atapur yox, başqa şəxs törətmişdir. Amma əlində konkret sübutları olmadığından həmin adamın adını çəkmir. O, həmçinin əsl cinayətkarın tapılmasını və törədilmiş cinayət nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, cinayət hadisəsi baş vermiş ünvanda - yəni avtoyuma məntəqəsi kimi işlətdiyi yerdə yaşayır. Həmin avtoyuma məntəqəsini o, icarə əsasında işlədir. Evi olmadığı üçün gecələr həmin avtoyuma məntəqəsində qalır. 07 sentyabr 2020-ci il tarixdə avtoyuma məntəqəsinə tanışı Pərviz özü ilə birlikdə sonradan adının Zeynəb olduğunu öyrəndiyi xanımı gətirib. Pərviz ona bildirib ki, Zeynəbin maddi durumu çox aşağıdır, yanında işləyə bilibbilməyəcəyini soruşub. O, Zeynəblə bir neçə dəqiqə söhbət edib onun nə işlə məşğul olduğunu bu işdə işləyə bilib-bilməyəcəyi barədə suallar verib. Zeynəb ona işləyə biləcəyini bildirib. O, Pərviz və Zeynəbə bildirib ki, Zeynəb səhər gəlib işləyə bilər. O, Zeynəbə bildirib ki, özü maşınların üzərini napornan yuyacaq, o isə salonunu təmizləyər. Zeynəb ona razılığını bildirib. Onlar həmin gün axşam üçü birlikdə mağazadan aldıqları ərzaq məhsulları ilə axşam yeməklərini yeyiblər. Pərviz və Zeynəb işlədiyi yerdən onunla saqollaşdıqdan sonra gediblər. O da gecəni avtoyuma məntəqəsində keçirib. Səhəri gün 8 sentyabr 2020-ci il tarixdə Pərviz Zeynəblə birlikdə avtoyuma məntəqəsinə gəlmiş, sonuncunu onun yanında qoyub öz işinin arxası ilə gedib. O, isə öz növbəsində işin necə olacağını, nəyi necə edəcəyini Zeynəbə başa salıb. Maşınlar gəldikdə o, üzərlərini təmziləyirmiş, Zeynəb isə maşınların salonlarını. Təxminən saat 12 radələrində o, siqaret almaq üçün mağazaya gedib. Zeynəb isə avtoyuma məntəqəsində olub, geri qayıtdıqda Zeynəbi avtoyuma məntəqəsində görməyib. Düşünüb ki, yəqin Zeynəb tualetə gedib. Bir neçə dəqiqədən sonra onun tualetdə olmadığını bilib. O, Zeynəbin olmamasından moykada olan pulunun oğurlana biləcəyini düşünüb tez moykaya daxil olub. O, avtoyuma məntəqəsinin arxasında yatmaq üçün düzəltdiyi yerdə rəfin üzərində olan “Jinga” markalı mobil telefonunun, həmin rəfdə olan telefon qutusunun içərisində olan 470 manat pulun və divardan asılı vəziyyətdə olan şalvarının cibində olan 30 manat pulunun Zeynəb tərəfindən oğurlandığını aşkar edib. O, artıq bilib ki, Zeynəb pullarını oğurlayıb gedib. O, baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 690 manat ziyan dəyib. Oğurlanan mobil telefonun üzərində sim nömrə olmayıb. Telefonun rəngi qara, sensor ekranlı olub. O, ekspertiza rəyi ilə tanış olub. Orada onun mobil telefonunun qiyməti 60 manat kimi göstərilib. O həmin rəylə razı deyil. O həmin telefona görə 190 manat pul xərcləyib. Ona dəymiş ziyan telefona görə 190 manat, nağd pul isə 500 manatdır. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxs Zeynəb Atapurla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, törədilmiş cinayət nəticəsində ona dəymiş maddi ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 07 sentyabr 2000ci il tarixdə əvvəllər adını Ləman kimi bildiyi Zeynəb ona zəng edərək Badamdar qəsəbəsində olduğunu, həmin qəsəbədə yerləşən Heydər Əliyev parkının yanında olduğunu və onu görmək istədiyini bildirmişdir. O da Zeynəbin olduğu yerə gedib onunla görüşmüşdür. Onlar parkda bir qədər söhbət edərkən Zeynəb ona bildirib ki, iş axtarır. O Elnurun işçi axtardığını bildiyindən həmin gün axşam saatlarında sonuncunun avtoyuma məntəqəsinə Zeynəblə birlikdə getmişdir. O, Elnurla görüşüb yanında olan xanımın iş axtardığını bildirmiş, bir qədər Elnur Zeynəblə söhbət etmiş, Elnur sonda Zeynəbin yanında işləyəcəyinə razılıq vermişdir. Onlar üçü birlikdə avtoyuma məntəqəsində axşam yeməyi yeyib və oradan Zeynəblə birlikdə aralanıb. O, Zeynəbi Badamdar qəsəbəsi 29 nömrəli avtobusun dayanacağına apararaq avtobusa mindirib oradan öz evinə gedib. Səhər o, iş üçün evdən çıxıb Badamdar qəsəbəsi ilə hərəkət edərkən Zeynəbi parkın qarşısında görüb ondan burada nə etdiyini soruşub. Zeynəb ona cavab olaraq deyib ki, Elnuru gözləyir, dursun onun yanında işləyəcək. Zeynəbi özü ilə birlikdə Elnurun yanına aparıb. Onu orada qoyub öz işlərinin arxası ilə gedib. Sonra olan hadisələrdən xəbəri olmayıb. Sonradan bilib ki, Zeynəb Elnurun telefonunu oğurlayıb. O, Zeynəbi 5-6 aydır tanıyır. İlk tanışlığı onunla instagram sosial şəbəkəsində olub. Zeynəb özünü ona Ləman kimi təqdim edib. O bu hadisə baş verən günə kimi onun adını Zeynəb olmasını bilməyib. Zeynəb onlarla cinsi əlaqədə olması barədə yalan deyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, İsmayıllı rayon Zeyvə kəndində yaşayır. Zərərçəkmiş şəxs2 onun əmisi nəvəsidir, münasibətləri həmişə yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilikləri olmayıb. X6 üç ildir tanıyır, münasibətləri həmişə yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmayıb. Zeynəb tez-tez rayona gəlir-qayıdırmış. Sonuncu dəfə isə 02 sentyabr 2020-ci il tarixdə Zeynəblə telefon vasitəsilə danışdığı zaman ona İsmayıllı rayonuna gələcəyini demiş, həmin günü, günün ikinci yarısı Zeynəb Bakı şəhərindən gəlib. Onlar yaşadığı kənddə görüşüb və gedib ona məxsus olan bağda qalıblar. Onlar bir qədər qalıb vaxt keçirdikdən sonra Zeynəb ertəsi günü səhər tezdən Bakı şəhərinə qayıdacağını deyib, o da etiraz etməyib. Həmin günü o valideyininə məxsus evə getdikdən sonra Zeynəb də elə gecə vaxtı qayıdıb. O ertəsi günü təxminən saat 07 radələrində bağa qayıtdığı zaman Zeynəbin olmadığını və artıq Bakı şəhərinə qayıtdığını başa düşüb. Telefonla danışarkən Zeynəb Bakı şəhərinə qayıtdığını deyib. 03.09.2020-ci il tarixdə təxminən saat 10 radələrində polis əməkdaşları gəlib və onunla sorğu-sual etdikləri zaman ona məlum olmuşdur ki, qohumu Zərərçəkmiş şəxs2 məxsus yaşadığı kənddə yerləşən mağazasından oğurluq hadisəsi olub. Lakin o, oğurluq hadisəsinin hansı şəraitdə və kim tərəfindən törədilməsini bilməyib. Daha sonra polis əməkdaşları ondan tanışı Zeynəb barədə maraqlanıblar, polislər Zeynəbə zəng etməyini və rayona gəlməli olması bildirildikdən sonra o Zeynəbə zəng edərək rayona gəlməsini bildirib. Zeynəb rayona qayıtdıqdan sonra onlar Sər-Surə kəndinin yaxınlığında görüşüblər, sonra polis əməkdaşları da gələrək Zeynəblə sorğu-sual ediblər, Zeynəb həmin oğurluq hadisəsini etiraf etdikdən sonra onlar polis şöbəsinə gətirilib. Polis şöbəsində Zeynəb həmin oğurluq hadisəsini hansı şəraitdə və hansı üsulla törətməsini danışdıqdan sonra bilib ki, Zeynəb 03 sentyabr 2020-ci il tarixdə təxminən saat 03 radələrində həmin mağazanın önünə getmiş, mağazanın giriş qapısı taxtadan və asma qıfılla bağlı olduğundan qapını açmaqdan ötrü mağazanın dəmir pəncərəsinin bağlanmasından ötrü istifadə edilən dəmir borunu yerindən çıxartmış, borunun bir tərəfini bağlı olan qapının qıfıl hissəsinə salaraq sıxmış, qapının asma qıfılının bərkidildiyi dəmir halqa çərçivə hissəsindən yerindən çıxmış, bundan sonra mağazanın qapısını açaraq içəri daxil olmuş, orada masanın üzərində dəftər-jurnal qoyulan yerə baxmış, pul olmasını görərək götürüb cibinə qoymuş, həmin masanın çəkməcə hissəsini açarkən dəmir pullar olduğunu görərək götürmüş, həmçinin həmin çəkməcədə sim, cin və nar danışıq kartları da olduğundan götürmüş, bundan sonra mağazadan başqa heç nə götürməyərək qapısını da örtərək çıxıb piyada İsmayıllı rayon Basqal kəndinin sonuna, yəni İsmayıllı-Şamaxı-Bakı avtomobil yoluna getmiş, yoldan keçən tanımadığı bir avtomobilə əyləşərək Bakı şəhərinə qayıtmış, ümumilikdə oğurladığı 300 manat pulun 150 manatını həmin günü Bakı şəhərinə gedərək tanışına borcunu qaytarmış, qalan puldan 120 manatına 20 Yanvar metrosu yaxınlığında bir ədəd qara rəngli Alcatel markalı telefon almış, qalan 30 manat pulu isə Bakı şəhərinə gedibqayıdarkən yol xərclərinə sərf etmişdir. Həmçinin oğurladığı 8 (səkkiz) ədəd 2 manatlıq cin, 5 (beş) ədəd 2 manatlıq nar, 2 (iki) ədəd 2 manatlı sim danışıq kartlarını isə istifadəsində olan mobil nömrələrinə yükləmişdir. Zeynəb oğurluq hadisəsini törətdiyi zaman o yanında olmayıb, onun hansı şəraitdə və hansı üsulla həmin oğurluq hadisəsini törətməsini aparılan araşdırma zamanı bilib. O, 03.09.2020-ci il tarixdə saat 03 radələrində evində, anasının yanında olmaqla yatıb, bunu anası, qardaşı və bacısı təsdiq edə bilərlər. Zeynəb Atapur oğurluq hadisəsi törədəcəyi barədə ona heç bir söz deməmiş və onun da bundan məlumatı olmamışdır. Zeynəb oğurluq hadisəsini törətdiyi zaman o yanında olmayıb, onun hansı şəraitdə və hansı üsulla həmin oğurluq hadisəsini törətməsini aparılan araşdırma zamanı bilib. Zeynəb Atapurun başqa haradan və nə oğurlaması barədə onun heç bir məlumatı yoxdur. Məhkəmə iclasında həmçinin təqsirləndirilən şəxs Z.M.Atapur İsmayıllı rayonunun Zeyvə kənd sakini Zərərçəkmiş şəxs2 məxsus həmin kənddə yerləşən mağazadan oğurluğun onun tərəfindən deyil, Şahid2 törətdiyini bildirərək, bu xüsusatları təsdiqləyən səs yazısını əks etdirən diski müdafiəçisi vasitəsilə məhkəməyə təqdim etmişdir. Məhkəmə zalında səsləndirilən həmin audio yazılarda Şahid2 bu oğurluğun məhz onun tərəfindən törədildiyini birmənalı şəkildə açıq-aydın etiraf edir. Bununla bağlı verilən suallara, o cümlədən məhkəmənin suallarına cavab olaraq Şahid2 həmin səs yazılarının ona və təqsirləndirilən şəxsə məxsus olduğunu təsdiqləmişdir. Məhkəmə işin faktiki hallarını nəzər alaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq zamanı sonuncuya qarşı ifadə vermiş və uzun müddət ərzində onunla intim münasibətlərdə olmuş, habelə məhkəmədə şahid qismində iştirak edən şəxsin təqsirləndirilən şəxsə istinad edilən cinayəti etiraf etməsini əks etdirən danışıqların cinayət işinin hərtərəfli, tam və obyektiv həllində istifadə olunması üçün yazılaraq məhz məhkəməyə təqdim edilməsi öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıqlar Atapur Zeynəb və sözügedən işdə şahid qismində çıxış etmiş Şahid2 üçün sirr deyildir və mahiyyət etibari ilə aralarındakı münasibətlə bağlı təqsirləndirilən şəxsin məhkəmə prosesində göstərdiklərindən fərqlənmir. Odur ki, cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədilə, habelə baxılan işin düzgün həlli üçün təqsirləndirilən şəxs X3 iş üzrə Şahid2 ilə danışıqlarının səs yazısını özündə əks etdirən, müdafiə tərəfinin təqdim etdiyi bir ədəd CD-R disk məhkəmə tərəfindən iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 oktyabr 2020-ci il tarixli 9/3712 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Çində istehsal olunmuş “Jinga” markalı, “Star” model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və yuxarıda xüsusatlar nəzərə alınmaqla 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 60,00 manat müəyyən olunur, lakin Zərərçəkmiş şəxs1 rəylə razılaşmadığından vurulmuş ziyan 690 manat olaraq hesablanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir İş materiallarında olan 10 sentyabr 2020-ci il tarixli şübhəli olan şəxsin tutulması haqqında protokoldan və 11 sentyabr 2020-ci il tarixli təsirləndirilən şəxsin azad olunması barədə qərardan görünür ki, Quliyeva (Atapur) Zeynəb Mövsüm qızı 01 (bir) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-199/2020 saylı, 26.11.2020-ci il tarixli hökmündən görünür ki, Quliyeva (Atapur) Zeynəb Mövsüm qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinin 21 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs (Atapur) Qaradağ Rayon Məhkəməsinin sözügedən hökmünün icrası ilə bağlı 31 mart 2021-ci il tarixdən Probasiya nəzarətinə götürülmüş və cəzasının 05 ay 20 gününü çəkmiş, 21 sentyabr 2021-ci il tarixə 01 il 06 ay 06 gün çəkilməmiş cəzası qalmışdır. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan və iş materiallarında olan digər sənədlərdən görünür ki, Quliyeva (Atapur) Zeynəb Mövsüm qızının himayəsində 14 sentyabr 2017ci il təvəllüdlü X7 adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 28.2-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Həmçinin, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd olunan cinayət-prosessual normalarla müqayisə etməklə müdafiə tərəfinin təqdim etdiyi CD diskdə İsmayıllı rayonunun Zeyvə kənd sakini Zərərçəkmiş şəxs2 məxsus həmin kənddə yerləşən mağazadan oğurluq epizodu üzrə baş vermiş cinayətin Şahid2 törətməsini etiraf etməsi barədə Quliyeva (Atapur) Zeynəb Mövsüm qızı ilə aralarında olan söhbətin olması onu təsdiq edir ki, İsmayıllıda baş verən hadisə ilə bağlı Quliyeva (Atapur) Zeynəb Mövsüm qızının əlaqəsi yoxdur və belə olan halda hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinin pozulduğu müəyyən olunur. Nəticə də, Quliyeva (Atapur) Zeynəb Mövsüm qızına qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham öz təsdiqini tapmır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.2.-ci maddələrinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyində ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Cinayətin törədildiyinə dair "əsaslı şübhə” obyektiv müşahidəçinin sözügedən şəxsin hüquq pozuntusu törətmiş ola biləcəyi qənaətinə gəlməsi üçün yetərli fakt və ya məlumatın mövcudluğunu nəzərdə tutur (Erdagöz Türkiyəyə qarşı, § 51; Foks, Kempbell və X4rşı, § 32). Beləliklə, səlahiyyətli orqanların şikayətin əsaslı olub-olmadığını yoxlamaq üçün işlə bağlı başlıca faktları vicdanla araşdırmaması 5-ci maddənin § 1 (c) yarımbəndinə ziddir (Stepulyak Moldovaya qarşı, § 73; Elçi və başqaları Türkiyəyə qarşı, § 674). Nəyin "əsaslı" hesab oluna biləcəyi isə işin hallarından asılıdır (Foks, Kempbell və X4rşı, § 32). Cinayət mühakimə icraatının obyektivliyi və qərəzsizliyi, habelə ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən və həm də bəraət verən halları, eləcə də onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit olunmuş digər vəzifələr şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi və yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü və ya müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 11-ci maddəsində, "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində və "Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, habelə Azərbaycan Respublikası Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayəti törətməkdə təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret cinayət əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə edilə bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri cinayət işi üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə əsasən, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə görə cinayət törətmədə ittiham edilən hər kəs onun təqsiri qanun əsasında sübut olunanadək təqsirsiz hesab edilir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında Quliyeva (Atapur) Zeynəb Mövsüm qızının birinci epizod üzrə, yəni İsmayıllı rayonunun Zeyvə kənd sakini Zərərçəkmiş şəxs2 məxsus həmin kənddə yerləşən mağazadan oğurluğun törətməsi öz təsdiqini tapmır, belə olan halda Zeynəb Atapur ona istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli sayıla bilməz. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit edilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144-146-cı maddələrinin pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsi cinayət mühakimə icraatını aparan orqanlardan cinayət təqibi üzrə toplanmış sübutlara tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.3-cü maddəsi). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə isə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir və eyni zamanda həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Belə olan halda X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirliliyin sübuta yetirilməsinə dair nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində hər kəsin təqsirsizlik prezumpsiyası hüququ olması təsbit edilmişdir. Həmin prinsipə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Habelə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsində müəyyən edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan anoloji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanın üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə iş üzrə sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək belə nəticəyə gəlmişdir ki, Quliyeva (Atapur) Zeynəb Mövsüm qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən həmin epizod üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.2-ci maddəsinə görə isə haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmə eyni zamanda qeyd edir ki, Quliyeva (Atapur) Zeynəb Mövsüm qızının törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, Quliyeva (Atapur) Zeynəb Mövsüm qızın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmiş, məhkəmə prosesi zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkibi yoxdur, qeyd olunan maddənin tərkibi olmadığına görə təqsirləndirilən şəxs Quliyeva (Atapur) Zeynəb Mövsüm qızı təkrar cinayət törətməmişdir. Göründüyü kimi məhkəmə istintaqında Quliyeva (Atapur) Zeynəb Mövsüm qızının təkrar cinayət törətməsi öz təsdiqini tapmamış, yəni Quliyeva (Atapur) Zeynəb Mövsüm qızının İsmayıllı rayonu Zeyvə kəndində baş vermiş cinayət hadisəsi ilə bağlı əlaqəsi müəyyən edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxs Quliyeva (Atapur) Zeynəb Mövsüm qızının əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsində onun rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi təqsirləndirilən şəxs Quliyeva (Atapur) Zeynəb Mövsüm qızı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-199/2020 saylı, 26.11.2020-ci il tarixli hökmü ilə məhkum olunmamışdan öncə sözügedən əməli törətdiyindən cinayətlərin residivi yaranmır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət-hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə ki, iş materiallarından görünür ki, Quliyeva (Atapur) Zeynəb Mövsüm qızı ünvan 1 ünvanda yerləşən avtoyumada baş verən oğurluq hadisəsi Qaradağ Rayon Məhkəməsinin 1(002)-199/2020 saylı, 26 noyabr 2020-ci il tarixli hökmü 08 sentyabr 2020ci il tarixdə çıxarılmazdan əvvəl törədilmişdir. Məhkəmə, təqsirləndirilən şəxs Quliyeva (Atapur) Zeynəb Mövsüm qızının əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsinin və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, törətdiyi əməl üzrə təqsirini boynuna almasını, himayəsində bir az yaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda, Quliyeva (Atapur) Zeynəb Mövsüm qızının əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Quliyeva (Atapur) Zeynəb Mövsüm qızına xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkili Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, təqsirləndirilən şəxs Quliyeva (Atapur) Zeynəb Mövsüm qızının müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Səbail rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(009)-200/2020 saylı, 15 dekabr 2020-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, 3 ədəd DVD disklər iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut olan “Jinga” markalı mobil telefonun zərərçəkmiş Zərərçəkmiş şəxs1 təhvil verilməsinin nəzərə alınmasını, İsmayıllı RPŞ-nin MSK-da saxlanılan dəmir boru İsmayıllı rayonu Zeyvə kəndində baş vermiş cinayət hadisəsi ilə bağlı Zərərçəkmiş şəxs2 məxsus mağazadan götürülmüş iki ədəd əl-barmaq izləri hökm qanuni qüvvəyə mindikdən sonra İsmayıllı Rayon Prokurorluğuna göndərilməsini, iş üzrə aparılmış məhkəmə-ekspertizası tədqiqatının dəyərinin təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməsini əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Quliyeva (Atapur) Zeynəb Mövsüm qızının İsmayıllı rayonunun Zeyvə kənd sakini Zərərçəkmiş şəxs2 məxsus kənddə yerləşən mağazadan oğurluq əməlini törətməsi epizodu üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə bəraət verilsin. Quliyeva (Atapur) Zeynəb Mövsüm qızının əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsindən həmin Məcəlləsinin 177.1-ci maddəsinə tövsif olunsun. Quliyeva (Atapur) Zeynəb Mövsüm qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Quliyeva (Atapur) Zeynəb Mövsüm qızına Qaradağ Rayon Məhkəməsinin 1(002)-199/2020 saylı, 26 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 06 (altı) ay 08 (səkkiz) gün müddəti hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 10 sentyabr 2020-ci il tarixdən 11 sentyabr 2020-ci il tarixədək X3 şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət nəzərə alınmaqla, həmin müddət hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzacəkmə müddətinin əvvəli Qaradağ Rayon Məhkəməsinin 1(002)-199/2020 saylı, 26 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı məhkum Quliyeva (Atapur) Zeynəb Mövsüm qızının Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı tarixdən hesablansın. Quliyeva (Atapur) Zeynəb Mövsüm qızı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar 3 ədəd DVD disklər iş materiallarında saxlanılsın, iş üzrə maddi sübut olan “Jinga” markalı mobil telefonun zərərçəkmiş Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın, İsmayıllı rayonu Zeyvə kəndində baş vermiş cinayət hadisəsi ilə bağlı Zərərçəkmiş şəxs2 məxsus mağazadan götürülmüş iki ədəd əl-barmaq izləri və İsmayıllı RPŞ-nin MSK-da saxlanılan dəmir boru hökm qanuni qüvvəyə mindikdən sonra İsmayıllı Rayon Prokurorluğuna göndərilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Quliyeva (Atapur) Zeynəb Mövsüm qızından tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs Quliyeva (Atapur) Zeynəb Mövsüm qızının hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə isə 600 (altı yüz) manat pul tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına (kod 200059, müxbir hesabı AZ37NABZ**********0000001944, SWİFT BİK: AİİBAZ2X, AZ75AİİB********************, VÖEN **********) keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-58/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-58/2021
23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver