Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-58/2023 03.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi Etibar oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,azərbaycanlı, subay,orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri,Xətai rayonu, Sadıqcan küçəsi 52 inzibati binada qeydiyyatda olmaqla,Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsində yaşamış, Xətai Rayon Məhkəməsinin 4(011)- 17/2023 saylı 13 yanvar 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 24 avqust 2022-ci il tarixdə saat 20 radələrində.ünvan 1 ünvanın qarşısında piyada hərəkət edərkən, qarşısında eyni istiqamətdə piyada hərəkət edən Zərərçəkmiş şəxs yanındakı rəfiqəsi ilə söhbətə başının qarışmasından istifadə edib, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, arxadan sonuncuya yaxınlaşıb üzərində olan əl çantasının açıq olmasından istifadə edib çantanın içində olan 5 manat dəyərində pul kisəsini və həmin pul kisəsinin içərisində olan 509 manat nağd pulu, “Kapital Bank”a aid Zərərçəkmiş şəxs adına olan 10 manat dəyərində plastik əmək haqqı kartını, 15 manat dəyərində adına olan tibbi sığorta kartını, balansında 5 manat olan 2 manat dəyərindəki “Bakubas” ictimai nəqliyyatda istifadə olunan ödəniş kartını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumlikdə 546 manat məbləğində maddi zərər vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 avqust 2022-ci il tarixdə, saat 18 radələrində, o, Bakı şəhəri, Səbail rayonu ərazisində, “Sahil” metrosunun giriş hissəsinin qarşısından, Bülbül prospekti ilə üzü X2 istiqamətində piyada gedərkən, ondan irəlidə gedən iki nəfər tanımadığı orta yaşlı qadınlardan birinin çiynindən asılmış ağız hissəsi açıq olan əl çantasının üst hissəsində bir ədəd rəngini xatırlamadığı pul kisəsinin olmasını görmüş və həmin pul kisəsini oğurlamaq məqsədilə sakitçə arxadan qadınlara yaxınlaşıb yanlarından keçərkən, qadınların başının söhbətə qarışmasından istifadə edib, əl çantasından pul kisəsini götürüb oradan uzaqlaşmışdır. Sonra pul kisəsini açdıqda içərisində dəqiq xatırlamadığı məbləğdə pul və bir ədəd bank kartının olmasını görmüş, pulları və kartı götürərək pul kisəsini xatırlamadığı yerdə atmışdır. Bir qədər sonra həmin günü o, Torqovıy adlanan ərazidə gəzərkən, orada yerləşən “Tudors" adlı geyim mağazasına daxil olmuş, 44 manat dəyərində qəhvəyi rəngli kişi köynəyini seçib alarkən, oğurladığı pul kisəsindən götürdüyü bank kartından ödəniş etmək istəmişdir. Bu zaman satıcı qız bank kartını yoxlamış və kartda pul olmadığı üçün o, oğurladığı nağd puldan ödəniş edib mağazanı tərk etmişdir. Mağazadan çıxdıqdan sonra bank kartının içərisində pul olmadığından xatırlamadığı yerdə atmışdır. Sonralar isə oğurladığı nağd pulun qalıq qalmış hissəsini özü üçün xərcləmişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 24 avqust 2022-ci il tarixdə saat 20 radələrində rəfiqəsi Şahid1 ilə birlikdə “Sahil” metrosundan çıxaraq, Lökbatan qəsəbəsindəki evinə getmək üçün Səbail rayonu, Z.Əliyeva küçəsində yerləşən “125” saylı marşrut avtobusunun dayanacağına gələrək avtobusa minmək üçün gediş kartından istifadə etmək məqsədi ilə əl çantasındakı pul kisəsindən kartı çıxartmaq istəyərkən, əl çantasında pul kisəsinin olmadığını görmüş, oğurlandığını başa düşərək DİN-nin “102” xidmətinə zəng edib əl çantasından içərisində təxminən 500 manat nağd pul və sənədlərinin olduğu pul kisəsinin oğurlanması barədə məlumat vermiş, ona yaxınlıqdakı polis bölməsinə gedib şikayət ərizəsi verməsi bildirilmişdir. Ona görə də 9-cu PB-nə gedərək şikayət ərizəsi vermişdir. Polis bölməsində olduğu zaman onun mobil telefonuna pul kisəsinin içərisində olan “Kapital Bank” tərəfindən verilmiş plastik əmək haqqı kartından, “Tudors Baku” mağazasında 44,99 manat məbləğində ödəniş edilməsinə cəhd edilməsi, lakin kartda kifayət qədər pul olmadığından imtina edilməsinə dair 24 avqust 2022-ci il tarixdə, saat 20:34 dəqiqədə “sms” mesajı gəlmiş, o, da həmin “sms” məlumatı haqda polis əməkdaşlarına məlumat vermişdir. Oğurlanmış köy rəngli pul kisəsinin dəyəri 5 manat olmuş, içərisində 509 manat nağd pul, şəxsiyyət vəsiqəsi, “Kapital Bank”a məxsus 10 manat dəyərindəki plastik əmək haqqı kartı,15 manat dəyərində tibbi sığorta kartı, balansında 5 manat pul olan 2 manat dəyərindəki “Bakubas” ictimai nəqliyyatda ödəniş kartı və sosial sığorta kartı olmuşdur. İş materiallarında olan Bakı şəhəri, Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 13 sentyabr 2022-ci il tarixli “cinayət işin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilərək, fakta görə cinayət işi başlanması barədə” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün Bakı şəhəri, Səbail RPİ-nin İŞ-yə göndərilmişdir. İş materiallarında olan 25 avqust 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş və hadisə yerinin ünvan 2 ünvanda yerləşən “Tudors” geyim mağazası olması müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı hadisə yerinin foto şəkilləri çəkilmişdir. İş materiallarında olan 25 avqust 2022-ci il tarixli “video görüntülərə baxış keçirilməsi barədə” protokoldan görünür ki, iş üzrə ünvan 2 ünvanda yerləşən “Tudors” mağazasının salonunda quraşdırılmış müşahidə kameraları vasitəsi ilə 24 avqust 2022-ci il tarixdə çəkilmiş video görüntü köçürülmüş bir ədəd “DVD- R” formatlı “CD” diskə baxış keçirilmişdir. Video görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, 24 avqust 2022-ci il tarixdə, saat 20:34 dəqiqədə, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yerləşən “Tudors” mağazasından almaq üçün seçdiyi köynəyin ödənişi etmək üçün kassa masasına yaxınılaşıb Zərərçəkmiş şəxs məxsus olan bank kartını istifadə etməsi və daha sonra “Tudors” geyim mağazasından çıxaraq uzaqlaşması əks olunmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “CD diskə baxış keçirilməsi haqqında” 25 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanda yerləşən “Tudors” geyim mağazasının salonunda quraşdırılmış müşahidə kamerası vasitəsi ilə çəkilmiş video görüntüyə baxış keçirilmiş, baxış zamanı müəyyən edildi ki, bir ədəd disk “DVD” fomatlıdır. Qeyd edilən diski xidməti otaqda olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda diskin çərisində iki ədəd “WhatsApp Video 2022-11-22 at11.45.11 mp4” və “WhatsApp Video 2022- 11-22 at11.45.12 mp4” adlı video fayllar aşkar edildi. Video-diskdə olan 1-ci “WhatsApp Video 2022-11-22 at11.45.11 mp4” adlı video-fayıl açılaraq baxılan zaman müəyyən olundu ki, görüntü mobil telefon vasitəsi ilə çəkilmiş və çəkiliş “28” saniyə müddətindədir. Həmin video görüntüdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu ərazisində, “Sahil” qarşısında dayanaq istiqamətində qadının açıq olan əl çantasından pul kisəsini oğurlaması etiraf etməsi əks olunmuşdur. Video-diskdə olan 2-ci “WhatsApp Video 2022-11-22 at11.45.12 mp4” video-fayıl açılaraq baxılan zaman müəyyən olundu ki, müşahidə kamerası ünvan 3 ünvanda yerləşən “Tudors” geyim mağazasının salonunda tavanda quraşdırılmış düzünə yönəlmiş kamera vasitəsilə çəkilmiş və görüntü “01” dəqiqə “03” saniyə müddətindədir. Görüntüdə mağazanın kassa masası və ümumi salon əhatə olunur, görüntüdə bir nəfər orta yaşlı başının orta hissəsi keçəl olan kişinin salonun soyunub-geyinmə sahəsindən çıxıb kassa masası arxasında dayanmış qadın satıcıya yaxınlaşması, eyni zamanda salonda bir nəfər uzun saçlı başının arxa hissəsində yığılaraq saçını bağlamış saqqallı oğlan müştərinin vitrindəki mallara baxması, digər cavan qolu qısa qara rəngli köynək geyinmiş oğlan müştərinin mağazanın salonunda gəzişməsi, görüntünün “25”-ci saniyəsində ekranda xx/xx/2022 20:45:07 tarix və saat görüntüsü ekrana gələrək vaxt axını başlaması əks olunmuşdur. Görüntüdə əks olunmuş başı keçal və orta yaşlı kişinin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 06 oktyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs:
1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il, 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilib üzərində 01 il, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. İş materiallarında olan 10 noyabr 2022-ci il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi üzrə əməl həmin Məcəllənin 177.2.5-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 15 noyabr 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdə, saat 20 radələrində ünvan 1 ünvanın qarşısında Zərərçəkmiş şəxs rəfiqəsi ilə birlikdə səki ilə üzü Dəniz Kənarı Milli park istiqamətində piyada hərəkət edərkən başları söhbətə qarışdığından arxadan yaxınlaşıb, ağız hissəsi açıq olan çiynindən asılmış qadın əl çantasının içərisindən pul kisəsini götürüb oradan uzaqlaşaraq oğurluq etdiyi yeri əyani olaraq göstərmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 15 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 17 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ünvan 2 ünvanda yerləşən “Tudors” geyim mağazasının salonunda quraşdırılmış müşahidə kamerası ilə çəkilmiş video görüntülərin əks olunduğu bir ədəd “DVD-R” formatlı “CD” diski iş üzrə sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nizami rayon Məhkəməsinin hökmü ilə ARCM-nin 180.1 maddəsi ilə təqsirli bilinib 1 il 03 ay müddətinə azadlıqdan’məhrum edilmiş və xx.xx.2021-ci tarixdən 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixdə şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 üç müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli 11 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə,Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 24 avqust 2022-ci il tarixdə yenidən cinayət törətdiyindən cinayətin residivi hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində Xətai Rayon Məhkəməsinin 4(011)-17/2023 saylı 13 yanvar 2023cü il tarixli qərarına əsasən həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353,358, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Xətai Rayon Məhkəməsinin 4(011)-17/2023 saylı 13 yanvar 2023-cü il tarixli qərarına əsasən həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi Etibar oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 102 (bir yüz iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim Günel Səmədova