Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-58/2024 14.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi ŞirMüdafiəçi Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına 14 fevral 2024-cü il tarixdə saat 10.45də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı məhkəməyə daxil olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2023-cü il tarixdə saat 02:00 radələrində Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yerləşən “Dostluq” kafesində olarkən, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol vermiş, öz şəxsiyyətini ətrafdakıların fövqündə qoyaraq “mənim istədiyim musiqini dinləməlisiniz” deyə bildirmiş, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə münaqişə edərək yumruqla onun sol göz nahiyəsindən yumruqla vuraraq ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitası ətrafının hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək bildirmişdir ki, o, 06 oktyabr 2023-cü il tarixdə gecə saat 02:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən “Dostluq” kafesində tanışları ilə əyləşib spirtli içki qəbul etmişdir. Sərxoş olduğu üçün qalxıb kafedə səsləndirilən musiqiyə rəqs etməyə başlamışdır. O, çox rəqs etdiyi üçün kafedə oturan, sonradan adını bildiyi Zərərçəkmiş şəxs ona etirazını bildirmişdir. O, Namiqin etirazına məhəl qoymamış, ifa edən musiqiyə rəqs etməyə davam etmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxslə aralarında mübahisə yaranmışdır. Kafedən çölə çıxarkən o, Zərərçəkmiş şəxs sifətindən yumruqla vurmuşdur. Kafenin qarşısında olarkən əraziyə gəlmiş, post-patrul xidməti əməkdaşları onları Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə gətirmişlər. Hadisə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Dostluq” kafesində baş vermişdir. O, kafedən çıxarkən Zərərçəkmiş şəxs sifətindən, sol göz nahiyəsindən yumruqla vurmuşdur. Münaqişəyə səbəb hadisə anında sərxoş olması və ifa edilən musiqiyə davamlı rəqs etmək istəməsinə Zərərçəkmiş şəxs dözümsüzlük göstərməsi olmuşdur. Bildirir ki, “Dostluq” kafesində olarkən növbəti musiqini sifariş vermiş, həmin vaxtı kafedə əyləşənlərə “mənim istədiyim musiqini dinləməlisiniz” deməsi mümkün olan haldır, çünki həmin vaxtı o, sərxoş olmuşdur. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza növünün seçilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 06 oktyabr 2023-cü il tarixdə gecə saat 02:00 radələrində o, Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Dostluq” kafesində oturub pivə içərək musiqiyə qulaq asırdı. Bu vaxt sonradan adını bildiyi Təqsirləndirilən şəxs ayağa qalxmış, qışqıra-qışqıra rəqs etməyə başlamışdır. O, başqa mahnının səsləndirilməsini istədikdə Təqsirləndirilən şəxs buna icazə verməmişdir. O, başqa musiqiyə qulaq asmaq istədiyini bildirdikdə Təqsirləndirilən şəxs “ancaq mənim ürəyim istəyən mahnılar səsləndiriləcək” deyə bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Onlar münaqişəyə kafenin daxilində baş verməməsi üçün kafedən kənara çıxmış, bu zaman qəfildən Təqsirləndirilən şəxs ona sol gözü nahiyəsindən yumruqla vuraraq xəsarət yetirmişdir. Kafenin qarşısına çıxdıqdan bir qədər sonra əraziyə gələn post-patrul xidməti əməkdaşları onları Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə gətirmişlər. Hadisə 06 oktyabr 2023cü il tarixdə saat 02:00 radələrində Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi ərazisində yerləşən “Dostluq” kafesinin qarşısında baş vermişdir. Onların arasında mübahisə kafenin içərisində olarkən başlamışdır. Təqsirləndirilən şəxs kafedəolan müştərilərə onun istədiyi musiqini dinləməli olduqlarını bildirmişdir. Bu səbəbdən aralarında mübahisə baş vermişdir. Məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılması haqqında 07 oktyabr 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. Məhkəmə-tibb ekspertizasının 06 oktyabr 2023-cü il tarixli 554 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitası ətrafının hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə, kənar şəxs tərəfindən sol göz nahiyəsinə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. 21 oktyabr 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs böyük ictimai təhlükə törətməyən aşkar cinayətə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 oktyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Tyumen şəhər Tsentral Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 131-ci maddəsinin 1-ci hissəsinə əsasən 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2011-ci ildə məhkəmə kollegiyasının kassasiya qərarına əsasən cəzası 02 il 07 aya endirilmişdir. xx.xx.2012-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-330/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu istinad edilən cinayət əməlinə qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzaya məhkum edilməlidir. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 yanvar 2024cü il tarixdən 14 fevral 2024-cü il tarixədək, yəni 01 (bir) ay 05 (beş) gün həbsdə olduğu müddət nəzərə alınmaqla, hazırki hökmlə ona təyin ediləcək əsas cəza məbləğinin yüngülləşdirilməsini məqsədəmüvafiq hesab edir. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən həbs olunmuş şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs cərimə cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347,349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdən 14 fevral 2024-cü il tarixədək, yəni 01 (bir) ay 05 (beş) gün həbsdə olduğu müddət nəzərə alınmaqla, hazırki hökmlə ona təyin edilmiş əsas cəza məbləği yüngülləşdirilsin və üzərində qəti olaraq 700 (yeddi yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat pul tutulub, Bakı şəhəri 12 saylı Vəkil bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-58/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-58/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver