Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-59/2020 10.06.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmləri üzrə prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olan, Bakı şəhəri, Səbail rayonu, Səlyan Yolu, Dalan 2, ev 2, mənzil 1-də qeydiyyatda olan və Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasına baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən vəödənilmədənyenidənqəsdən qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi cinayətə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 1(004)-115/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3 və 228.2.2-ci maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1954-cü ildə Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, çaxmağlı, hamar qoşa lüləli öz təyinatını itirmiş odlu, yivsiz ov tüfənginin obrezini (kəsiyini) və döyüş ov sursatı hesab edilən atəş üçün yararlı 05 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronlarını əldə edib üstündə saxlamaqla gəzdirərək ünvan 1 ünvanında yerləşən “Rivera” restoranının qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 11:20-də saxlanılaraq adı çəkilən Baş İdarəyə dəvət edilmiş və İdarənin inzibati binasının xidməti otağında üzərinə keçirilən baxış zamanı əlində olan idman çantasından bir ədəd 16 kalibrli TOZ-B modelli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivsiz ov tüfənginin obrezi (kəsiyi) və 05 ədəd 16x70 kalibrli döyüş ov sursatı hesab edilən atəş üçün yararlı ov patronları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, 2017-ci ilin aprel ayında odlu silahla xuliqanlıq etdiyinə görə Bakı şəhəri Yasamal rayon məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə 2 il 7 ay cəza çəkdikdən sonra Xəzər rayon məhkəməsinin qərarı ilə cəzanın qalan hissəsini çəkmək üçün məntəqə tipli cəza çəkmə müəsisəsinə keçirilmişdir. Tutulmamışdan bir neçə gün qabaq yaşadığı evin yaxınlığında yerləşən zibillikdən bir ədəd lüləsi kəsilmiş ov tüfəngi və 5 ədəd həmin tüfəngə aid patron tapmış və silahlara marağı olduğundan həmin silahı və patronları götürərək yaşadığı ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilə gətirmişdir. xx xxxxxx 2019-cu il tarixədək silahı evdə saxlamış, sonra fikirləşmişdir ki, silahı evdə saxlamasın və aparıb atsın. Bu məqsədlə xx xxxxxx 2019-cu il tarixdə içərisində bir ədəd odlu lüləsi kəsilmiş ov tüfəngi və 5 ədəd patron olan idman çantasını götüb yaşadığı evdən çıxmışdır. Həmin gün saat 11:20 radələrində Səbail rayonu ərazisində yerləşən “Rivera” restoranının qarşısında olan zaman üç nəfər şəxs ona yaxınlaşaraq Baş X2 İdarəsinin əməkdaşları olduqlarını bildirmişdir. Onu saxlayaraq polis idarəsinə aparmışlar. Orada üzərinə baxış keçirilmiş və əlində olan çantanın içərisindən bir ədəd lüləsi kəsilmiş ov tüfəngi və həmin silahda istifadə edilən 05 ədəd ov patronları aşkar edilib götürülmüşdür. Əməlindən səmimi peşiman olduğunu bildirmiş, barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsininxüsusilə mühüm işlər üzrə baş əməliyyatmüvəkkiliƏliyevHətəm İsmayıl oğluifadəsində göstərmişdir ki, işlədiyi Baş idarəyə xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayon sakini “İbrahim” adlı şəxsin Səbail rayonu ərazisində qanunsuz olaraq üzərində odlu silah və döyüş sursatını saxlamaqla gəzdirməsi barədə məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ifşa olunması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, İdarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 1 ünvanına getmişlər və müşahidələrə başlamışlar. Həmin gün saat 11:20-də həmin ünvanda yerləşən “Rivera” restorananın qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs müəyyən edilmiş, həmin şəxsdən anket məlumatlarını soruşduqda o, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona nəyə görə saxlanıldığı, hüquqları izah edilmiş və o, idarəyə dəvət olunmuşur. Baş İdarəyə gəldikdən sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində odlu silah və ya döyüş sursatı varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs ilk olaraq əlində olan hərbi idman stilli çantasını masanın üzərinə qoymuş, daha sonra üzərində şəxsi axtarış keçirilmiş və üzərindən heç bir qanunsuz əşya və predimet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu çantanı açaraq çantanın içərisindən odlu silaha bənzər bir ədəd lüləsi kəsilmiş tüfəngi masanın üzərinə qoymuşdur. Çantaya baxış keçirilən zaman 5 ədəd patron aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs odlu silahı və döyüş sursatını iki gün əvvəl yaşadığı evin yanından zibillikdən tapdığını bildirmişdir. Təqdim olunan silah və döyüş sursatı qablaşdırılaraq möhürlənmişdir. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin protokol şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən AzərbaycanRespublikasıDaxiliİşlərNazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla X1 Ayaz Sahib oğlu oğluifadəsində göstərmişdir ki, işlədiyi Baş idarəyə xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayon sakini “İbrahim” adlı şəxsin Səbail rayonu ərazisində qanunsuz olaraq üzərində odlu silah və döyüş sursatı gəzdirməsi barədə məlumat daxil olmuşdur. Baş İdarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 1 ünvanına getmişlər və müşahidə aparmışlar. Həmin gün saat 11:20-də həmin ünvanda yerləşən “Rivera” restorananın qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs müəyyən edilmiş, həmin şəxsdən anket məlumatlarını soruşduqda o, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona nəyə görə saxlanıldığı, hüquqları izah edilmiş və o, idarəyə dəvət olunmuşur. Baş İdarəyə gəldikdən sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və üzərindən heç bir qanunsuz əşya və predimet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu çantanı açaraq çantanın içərisindən odlu silaha bənzər bir ədəd lüləsi kəsilmiş tüfəngi masanın üzərinə qoymuşdur. Çantaya baxış keçirilən zaman 5 ədəd patron aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs odlu silahı və döyüş sursatını iki gün əvvəl yaşadığı evin yanından zibillikdən tapdığını bildirmişdir. Təqdim olunan silah və döyüş sursatı qablaşdırılaraq möhürlənmiş, qablaşdırmanın üzəri tədbir iştirakçıları və Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin protokol da şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” haqqında xx xxxxxx 2019-cu il tarixdə Bakışəhərindətərtibolunmuşprotokoldangörünürki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019cu il tarixdə saat 11:20 radələrində ünvan 1 ünvanında yerləşən “Rivera” restoranının qarşısında Baş X2 İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə dəvət edilmiş, Baş İdarədə keçirilmiş şəxsi axtarış zamanı əlində olan idman çantasından bir ədəd 16 kalibrli TOZ-B modelli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivsiz ov tüfənginin obrezi (kəsiyi) və 05 ədəd 16x70 kalibrli döyüş ov sursatı hesab edilən atəş üçün yararlı ov patronları aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülər olan bir ədəd disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarında tikilmişdir. (i.v. 27-28). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxx 2019-cu il tarixli 19/495R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş N-si silinmiş, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, 1954-cü ildə Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulla kəsilmiş və halhazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin obrezidir(kəsiyidir), texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş ov sursatıdır və atəş üçün yararlıdır. Qeyd: Tədqiqata təqdim edilmiş 05 ədəd 16x70 kalibrli ov patronlarından 02 ədədi eksperimental atəş zamanı istifadə edilmişdir. (i.v. 37-41). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1171/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır (i.v. 78-80); İş materiallarında olan “maddi sübut hesab etmə haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd 16 kalibrli TOZ-B modelli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş yivsiz ov tüfənginin obrezi (kəsiyi) və 05 ədəd 16x70 kalibrli ov patronlarının ekperimental atəşdən sonra qalan 03 ədədi öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (i.v81-82); İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3 və 228.2.2-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 228.2.2-ci maddəsi ilə ilə üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaq yolu ilə qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 85,). İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3 və 228.2.2-ci maddələri ilə təqsirli bilinərək, qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2017-ci il tarixdən hesablanması qərara alınmışdır. (i.v. 97-112). İş materiallarında olan AZ-İV 310680 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il tarixdə doğulmuş bir az yaşlı uşağı var. (i.v. 127). İş materiallarında olan ambulator məhkəməpsixiatrikekspertizasınınxx xxxxxx 2020ciiltarixli113 nömrəlirəyindəngörünürki, Təqsirləndirilən şəxs “Emosianal davamsız şəxsiyyət pozutusu davamlı kompensasiya mərhələsi” aşkar olunur. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman onda mövcud olan Emosianal davamsız şəxsiyyət pozuntusu davamlı kompensasiya mərhələsində olduğundan həmin dövrdə o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs mövcud olan Emosianal davamsız şəxsiyyət pozuntusu hal-hazırda da davamlı kompensasiya mərhələsində olduğundan o, öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Buna görə də Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 131-132). İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-900/2019 saylı 01.08. 2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün X3 müəssisəsinə keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı X3 müəssisəsindən daxil olmuş arayışdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3 və 228.2.2-ci maddələri ilə təqsirli bilinərək, 04 (dörd) il müddətə azadlıqdan məhrum edilmiş (cəzanın əvvəli xx.xx.2017, cəzanın sonu xx.xx.2021) xx.xx.2019-cu il tarixdə Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə müəssisəsindən 3 saylı X3 müəssisəsinə daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə DİN Baş X2 İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərədə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək, saxlanılmış və xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbir seçilmişdir. Məhkum Təqsirləndirilən şəxs həbs olunana qədər 01 il 04 ay 09 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 2005-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən, Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, təqsirini səmimi etiraf edib cinayətin açılmasına kömək etməsini, himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən,hökmlərinməcmusuüzrəcəzatəyinedilərkən, məhkəməyenihökmüzrətəyinedilmişcəzayaəvvəlkihökmüzrətəyinedilmişcəzanınçəkilməmişhissəs initamamiləvəyaqismənbirləşdirir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir və buna görə də ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxsazadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəza çəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən müəyyən edir və hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. İş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd 16 kalibrli TOZ-B modelli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş yivsiz ov tüfənginin obrezi (kəsiyi) öz təyinatını itirdiyindən məhv edilməli, ekperimental ateşdən sonra qalan 03 ədəd 16x70 kalibrli ov patronları isə dövlət nəfinə müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülər olan bir ədəd disk cinayət işinin materiallarnda saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 1(004)-115/2018 nömrəli hökmü ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 01 (bir) il 04 (dörd) ay 09 (doqquz) gün hazırki hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd 16 kalibrli TOZ-B modelli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş yivsiz ov tüfənginin obrezi (kəsiyi) məhv edilsin, ekperimental ateşdən sonra qalan 03 ədəd 16x70 kalibrli ov patronları isə dövlət nəfinə müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülər olan bir ədəd disk cinayət işinin materiallarnda saxlanılsın. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(009)-59/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-59/2020
10.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver