Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-59/2021 01.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı şəhərində 01 iyul 2021-ci il tarixdə saat 12:30-da xx xxxxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işləməyən, əvvəllər məhkum olunmuş, subay, orta təhsilli, Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi, ev 9-da qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 sentyabr 2020-ci il tarixdə, səhər saat 05 radələrində, Bakı şəhəri, Səbail rayonu,Z.Tağıyev küçəsi,ev 6 ünvanında yerləşən 46 saylı mənzilin kilidi açıq qapısından yaşayış sahəsinə qanunsuz daxil olaraq,orada qonaq otağımda dolabın üzərinə qoyulmuş, mənzildə yaşayan Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs məxsus bir ədəd 5 manat dəyərindəki ***-***-**-** saylı sim kart nömrə ilə istifadə edilən, bir ədəd 2000 manat dəyərindəki “İphone X” markalı mobil telefonunu - özgənin əmlakını gizli olaraq talayıb oğurlamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 2.005 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona elan edilən ittihamda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə özünü təsqirli bilərək göstərmişdir ki, o, əvvəllər bir neçə dəfə oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuş, sonuncu dəfə 30 aprel 2018-ci il tarixdə Bakı şəhəri, Səbail rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respub¬likası CM-nin 177.2.3 maddəsi ilə təqsirli bilinib 2 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2020-ci ilin iyul ayında, Bakı şəhəri,Xətai rayon ərazisində yerləşən 4 saylı CÇMdən cəzanın çəkilməmiş qalmış 09 ay hissəsindən şərti olaraq azad olunmuşdur. ünvan 2 ünvanında əvvəllər yəni həbs olunmamışdan əvvəl dostları yaşamış, həmin vaxtlar o, gedib adlarını xatırlamadığı dostlarının yanında gecələmişdir. O, həbsdən buraxıldıqdan sonra Bakı şəhərində tüfeyli həyat tərzi keçirərək müxtəlif yerlərdə və ünvanlarda gecələmişdir. 2020-ci ilin sentyabr ayının 05-dən 06-na keçən gecə səhərə yaxın saat 05 radələrində, o, həmin ünvan 4 ünvanına dostlarının yanına gəcələmək üçün getmiş, o, həmin mənzilin qapısına gəldikdə, qapı açıq və aralı vəziyyətdə olmasını görüb içəriyə daxil olmuş, mənzilin həm dəhlizin, həm də mətbəx otağının işığı yanılı olmuş, mənzilin içəri otağından yatan insan xorultu səsi gəlmiş, o, mənzilin digər otağına keçdikdə, yataq otağında olan çarpayıda, üstü açıq, yarı çılpaq, alt paltarında bir nəfər tanımadığı kişinin yatmasını, həmin yatan şəxsin yanında, çarpayının qırağında toka taxılı qoyulmuş “İphone X” markalı mobil telefon olmasını görüb, gizlincə həmin mobil telefonu götürmüş, həmin şəxsdən dostlarını soruşması üçün silkələmiş, həmin şəxs yuxulu vəziyyətdə ayılıb türk dilində, ondan kim olmasını və mənzildə nə etməsini soruşmüş, o, həmin şəxsin türk vətəndaşı olmasını başa düşüb, dostlarını axtarmasını bildirmiş, həmin şəxs yerindən qalxıb onun üstünü yoxlamış, həmin vaxt o, götürdüyü mobil telefon əlində olmuş, həmin şəxs üstünü yoxlayarkən, otaq qaranlıq və yuxulu olduğundan, əlindəki pul qabı ilə birlikdə saxladığı onun götürdüyü mobil telefonu görməmiş, sonra həmin şəxs ona çıxıb getməsini bildirmişdir. Sonra o, mənzildən çıxıb liftə minərək həyətə düşmüş və oradan uzaqlaşmış, həmin günü oğurladığı mobil telefonu satmaq üçün Nəsimi rayonu 28 may metrosunun yaxınlığında yerləşən mobil telefonlar mağazaları olan küçəyə gəlmiş, orada yerləşən “Azercell” mağazasının birinə daxil olub, orada olan satıcıya mobil telefon satdığını bildirmiş, mağazanın işçisi ondan kimin telefonu olmasını soruşduqda, o, Türk dostunun olmasını, lakin satmaq üçün şəxsiyyət vəsiqəsi olmamasını demiş, mağazada işləyən adının sonradan Turan olmasını bildiyi şəxs onu kənara çəkib,o ndan oğurluq olubolmamasını soruşmuş, o, da Turana mobil telefonun oğurluq olmasını, satarkən vəsiqə verməyəcəyini bildirmiş, Turan ona şəxsiyyət vəsiqəsi lazım olmadığını, həmin telefona görə cəmi 200 manat pul verəcəyini demiş, o, da Turanla razılaşmışdır. Sonra Turan ondan mobil telefonu götürüb arxasını açaraq, sxemdən nəsə çıxardıb kənara qoymuş, ona “gedək o biri mağazdan puluvu verim” demiş, o, Turanla birlikdə yaxınlıqda olan başqa mağazaya getmiş, Turan ona, “sən mağazaya girmə, bunlar bilməsin telefon oğurluqdu, yoxsa almayacaqlar” deyib onu küçədə gözlətmiş, Turan mağazaya daxil olmuş, təxminən 10 dəqiqə o, küçədə gəzməmiş, Turanın gəlmədiyini görüb mağazaya baxdıqda içəridə Turanı görməmiş, o, mağazaya daxil olub Turanı soruşmuş, orada olan tanımadığı şəxs Turanın çıxıb getdiyini demiş, o, Turanı ətrafda axtarmış, lakin tapa bilməmiş, əvvəlki mağazaya qayıdıb orada olan oğlandan Turanın mobil telefonu soruşmuş, sonra Turanın mobil telefonuna zəng edib əlaqə saxlamış, Turan ona güya mağazanın içərisinə polis daxil olduğuna görə çıxıb getməsini demiş, ona narahat olmamasını pulunu verəcəyinə söz vermiş, lakin Turan onu aldatmış, pulunu verməmiş, o, Turanı bir daha görməmiş, harada da olmasını bilməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, əməlini etiraf etməsinin, cinayətin açılmasına kömək etməsinin, cinayətin ağır həyat şəraiti nəticəsində törədilməsinin, xəstə anasının olmasının, zərərçəkmiş şəxslə barışıq əldə ediməsinin, zərəçəkmiş şəxsə vurulmuş zərərin tam ödənilməsinin, sonuncunun ona qarşı şikayət və tələblərinin olmamasının, qardaşının 2-ci Qarabağ müharibəsində fəal iştirak etməsinin, xidmətlərinə görə medallarla təltif olunmasının, Bakı İstintaq Təcridxanası tərəfindən müsbət xarakterizə olunmasını, barəsində iki dəfə təşəkkür elan edildiyinin nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, habelə məhkəmə və istintaq hərəkəti protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Əvvəlki məhkəmə iclasında tərcüməçinin iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Türkiyə Respublikasının vətəndaşı olsada, 4 ildir ki, Azərbaycan Respublikasının Bakı şəhərində yaşayıb ticarətlə məşğul olur. O, üzun müddət Bakı şəhərində yaşayıb işlədiyindən, azərbaycan dilinin latın qrafikası ilə sərbəst yazıb oxumağı bacarır. O, təxminən iki il olar ki, ünvan 5 ünvanda yerləşən dörd mərtəbəli binanın 4-cü mərtəbəsindəki iki otaqlı mənzildə tək yaşayır, hər gün səhər saat 09 radələrində işə gedib ,axşam saat 23-24 radələrində evinə dönür. 05 sentyabr 2020-ci il tarixdə axşam saat 23 radələrində o, evinə dönmüş, gecə saat 01 radələrinə kimi ***-***-**-** saylı sim kart nömrəsi ilə istifadə etdiyi “İphone X” markalı mobil telefonda internetdə olarkən yuxuya getmişdir. O, yatarkən mobil telefonu yatdığı qonaq otağındakı çarpayının yanındakı dolabın üzərində,enerji yığması üçün toka qoşulu qalmışdır. Səhərə yaxın saat 05 radələrində, hava açılarkən, o, oyanmış və yatdığı otaqda, bir nəfər tanımadığı 26-30 yaşlarında qızı görmüş, o, yuxulu vəziyyətdə həmin şəxsdən mənzilində nə etməsini soruş, həmin qız isə mənzilin qapısı açıq olduğundan səhvən girməsini, aşağıda özünü gözləyən olmasını deyərək çıxıb getmişdir. O, otaqdakı dolabın üstünə baxdıqda orada qoyduğu bir ədəd “İphone X” markalı mobil telefonu yerində görməmiş, əynini geyinib bayıra çıxdıqda, uzaqdan qızın liftə minib aşağı düşməsini görüb, qonşuluqda yaşayan həmyerlisinin mobil telefonu ilə oğurluq barədə DİN-in “102” xidmətinə məlumat vermiş, oğurlanmış mobil telefondakı sim kart nömrənin dəyəri 5 manat, “İphone X” markalı mobil telefonun dəyəri 2.000 manat olmaqla, ona cəmi 2.005 manat maddi ziyan dəyməsini bildirmişdir. Zərərçəkmiş şəxs, məhkəməyə və ibtidai istintaq orqanına ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsin anasının xəstə olmağı ilə əlaqədar onunla barışmasının, ona dəymiş ziyanın tam ödənilməsinin, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 41 ünvanda yerləşən “Azercell FZ-Mobile” mobil telefonların satışı mağazasında mobil telefon ustası işləyir. 06 sentyabr 2020-ci il tarixdə saat 16 radələ rində o, mağazada olarkən, mağazaya sonradan adı Fəridə olmasını bildiyi bir nəfər arıq bədənli cavan qız gəlib, özü ilə gətirdiyi bir ədəd işlənmiş “İphoneX” markalı mobil telefonu satmaq istəmiş, o, həmin telefona baxıb yaxşı vəziyyətdə olmasını görmüş, o, Fəridəyə mobil telefonu açmaq üçün təhlükəsiz kodunu soruşmüş və alması üçün şəxsiyyət vəsiqəsini təqdim etməsini bildirmiş, lakin Fəridə mobil telefonun kodunu bilmədiyini və şəxsiyyət vəsiqəsi olmadığını bildirdikdə o, mobil telefonu almaqdan imtina etmiş, Fəridə də mağazanı tərk edib getmişdir. Sonra təxminən yarım saat keçmiş Fəridə mağazaya dönüb, mağazada ona mobil telefonu almaq üçün təklif edərkən yanında olmuş digər mobil telefon ustanın adını və harada olmasını soruşmuş, o, Fəridəyə ustanın adı Turan olmasını və həmin gündən artıq mağazada işləməməsini bildirdikdə, Fəridə ondan Turanın mobil telefon nömrəsini istəmiş, o, da Turanın istifadə etdiyi ***-***-**-** saylı nömrəni demişdir. Sonra o. Fəridənin deməsindən, sonuncu satdığı bir ədəd “İphoneX”markalı mobil telefonu Turan almaq adı ilə götürüb çıxıb getməsini bilmişdir. Həmin vaxtdan sonra o, bir daha Turanı görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid1 bildirmişdir ki, o, Abşeron rayonu, Fatmai qəsəbəsi bağlar massivində valideyinləri ilə birlikdə yaşayır,rəsmi olaraq heç bir yerdə işləməsədə, 06 sentyabr 2020-ci il tarixinə kimi, o, Bakı şəhəri, Nəsimi rayonu,A zadlıq prospekti 41 ünvanda yerləşən “Azercell FZ-Mobile” mobil telefonların satışı mağazasında mobil telefonların texniki-xidməti ustası kimi işləmiş, həmin günü mağazada icarə haqqını ödəyə bilmədiyi üçün işdən çıxmış, hazırda heç bir yerdə işləmir. 06 sentryabr 2020-ci il tarixində saat 16 radələrində, o, qeyd etdiyi mağazadan əşyalarını yığıb işdən çıxdığı zaman həmin mağazaya bir nəfər cavan, bədəndən arıq qadın gəlmiş, həmin şəxs özü ilə gətirdiyi bir ədəd işlənmiş “İphoneX”mar- kalı mobil telefonu göstərib, özünə məxsus olmasını və 400 manata satmaq istədiyini bildirmiş, mağazada olan işçilər həmin qadından şəxsiyyət vəsiqəsini istədikdə, həmin qadın sonradan adı Fəridə olmasını bildiyi şəxsin üzərində şəxsiyyət vəsiqəsi olmadığından və mobil telefonun təhlükəsizlik kodunu bilmədiyindən, mağazada Fəridənin gətirdiyi mobil telefonu almaqdan imtina etmişdilər. Sonra Fəridə küçəyə çıxdıqda o, arxasınca bayıra çıxmış, Fəridəyə yaxınlaşaraq mobil telefonu sənədsiz ən ucuz neçəyə sata biləcəyini soruşmuş və o, Fəridəyə mobil telefonu 200 manata ala biləcəyini demişdir. Fəridə onunla razılaşmış, birlikdə bir neçə mağazaya daxil olub telefonu təklif etmiş, lakin telefonu alan olmamışdır. Sonra o, Fəridəyə orada gözləməsini demiş, o, özü isə mobil telefonu satmaq üçün mağazaları gəzib müştəri axtarmağa başlamış, bu zaman Fəridəni itirmiş, həmin günü, axşam saatlarında Fəridə onun mobil telefonuna zəng edib pulunu istədikdə, o, mobil telefonu hələlik sata bilmədiyini, işi olduğundan başqa yerə getdiyini, bir neçə günə telefonu satıb, Fəridə ilə əlaqə saxlayıb pulunu verəcəyinə razılaşmışdır. Bir neçə gündən ona polis əməkdaşları zəng edib 9-cu PB-nə dəvət etdikdə,o rada Fəridənin ona satmaq üçün verdiyi mobil telefon oğurluq olmasını bilmişdir. Fəridənin satmaq üçün verdiyi mobil telefonu o, könüllü olaraq istintaq təqdim etmişdir. Fəridə ona mobil telefonu satarkən oğurluq olmasını deməsə də, o,h əmin mobil telefon oğurluq olmasını başa düşmüş, çünki Fəridə mobil telefonun üstündə olan təhlükəsizlik kodunu bilməmiş, mobil telefonu satarkən Fəridə şəxsiyyət vəsiqəsini təqdim etmək istəməmişdir. O, Fəridədən oğurluq mobil telefon aldığına görə səmimi peşmandır. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs ilə Şahid1 üzləşdirmə aparlarkən, təqsirkar Təqsirləndirilən şəxs bir başa Şahid1 üzlərinə qarşı 06 sentyabr 2020-cı il tarixdə, Bakı şəhəri,Nəsimi rayonu,Azadlıq küçəsində,işlədiyi mağazanın qar¬şısında cinayət yolu ilə yəni oğurlayaraq əldə etdiyi bir ədəd işlənmiş “İphoneX” markalı mobil telefonu Şahid1 satarkən ,həmin mobil telefonun oğurluq olmasını sonuncuya etiraf etdməsini, bu səbəbdən mobil telefonun təhlükəsizlik kodunu bilməməsini və şəxsiyyət vəsiqəsini təqdim etməmisini, bahalı mobil telefonu 200 manat qiymətə razı olmasını demiş, Şahid1 Təqsirləndirilən şəxs göstərdiyi xüsusatları təsdiq etmişdir. Sübutların qiymətləndirilməsi haqqında 26 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Şahid1 əməlində cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakı əldə etmə və ya istifadə etmə cinayətinin əlamətlərinə hüquqi qiymət verilməsi üçün ayrıca icraatda cinayət işinin ayrlması və istintaq aparılması müəyyən edilmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş və iş üzrə keçirilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasının 21 sentyabr 2020-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “İphone” markalı, “X” model mobil telefonun satış üçün komplekləşdirilməsinə daxil edilən aksessuarların olmaması, işlənmə dərəcəsi nəzərə alınmaqla hazırki orta bazar qiyməti təxminən 850,00 manat, 1 ədəd ***-***-**-** saylı GSM nömrənin nəzəri hesablama yolu ilə orta bazar qiyməti təxminən 4,00 manat müəyyən olunur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İlkin təhqiqat zamanı Şahid1 12 sentyabr 2020-ci il tarixli protokolla baxış keçirilməklə götürülmüş, bir ədəd işlənmiş “İphone X” markalı mobil telefon aparatı iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2020ci il tarixdən şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında protokoldan və şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərardan görünür ki, 12 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunmuş və o, saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilmişdir. Səbail Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Təqsirləndirilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2021-ci il tarixdə saxlanılaraq Səbail RPİ-nin MSY təhvil verilmişdir. İş materiallarından görünür ki, , Təqsirləndirilən şəxs qardaşı 2-ci Qarabağ müharibəsində fəal iştirak etmiş və xidmətlərinə görə medallarla təltif olunmuşdur. Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuş, ona iki dəfə təşəkkür elan olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsüf edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə ediməsini, zərəçəkmiş şəxsə vurulmuş zərərin tam ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələblərinin olmamasını, qardaşının 2ci Qarabağ müharibəsində fəal iştirak etməsini, xidmətlərinə görə medallarla təltif olunmasını, Bakı İstintaq Təcridxanası tərəfindən müsbət xarakterizə olunmasını, iki dəfə təşəkkür elan olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən və onun əsasında alınmış hökm və qərardan görünür ki, Təqsirləndirilən şəxs: Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2018-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 maddələri ilə təqsirli bilinib, əvvəlki cəzası qismən toplanmaqla qəti olaraq 03 il müddətinə azadlıqdan məhum etmə cəzasına məhkum olunmuşdur, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli qərarı ilə təyin olunmuş cəzanın 07 ay 15 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluğun anlayışı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən aşağıdakı kimi verilmişdir: cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Məcəllənin 83.3.3ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan CM yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmin qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs tətbiq edilmiş Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli hökmü ilə çəkilməmiş 07 (yeddi) ay 15 (on beş) gün müddətinə şərti olaraq vaxtından azad olunma ləğv edilməli və hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən Təqsirləndirilən şəxs 10 sentyabr 2020-ci il tarixdən 12 sentyabr 2020-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin ona təyin edilmiş əsas cəza müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılsını məqsədəuyğun hesab edir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli axtarışda olan şəxs kimi tutulduğu 19 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-ci maddələrinə əsasən iş üzrə maddi sübut qismində tanınmış bir ədəd işlənmiş “İphone-X” markalı mobil telefon Zərərçəkmiş şəxs təhvil verilməsinin nəzərə alınmasını, həmçinin iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs tətbiq edilmiş Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 07 (yeddi) ay 15 (on beş) gün müddətinə şərti olaraq vaxtından azad olunma ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli hökmü ilə çəkilməmiş 07 (yeddi) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona 02 (iki) il 06 (altı) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 sentyabr 2020-ci il tarixdən 12 sentyabr 2020-ci il tarixədək, 02 (ikir) gün şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzacəkmə müddətinin əvvəli axtarışda olan şəxs kimi tutulduğu 19 aprel 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut bir ədəd işlənmiş İphone-X markalı mobil telefon Zərərçəkmiş şəxs təhvil verildiyi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmədə müdafiə edilməsinə görə isə 390 (üç yüz doxsan) manat pul tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-59/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-59/2021
01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver