Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-59/2022 09.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1958-cü il tarixdə Hacıqabul şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 42 saylı yataqxanada qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşayan, 11.12.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xidmət yerinin Bakı şəhərinə dəyişdirilməsinin təşkil edilməsi üçün ona müraciət etmiş Salyan rayonunda yerləşən 984 saylı Hərbi Hissədə Nizami Hissə rəisi – qərargah rəisinin şəxsi heyətin uçotu üzrə köməkçisi vəzifəsində və kapitan rütbəsində xidmət edən Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib qısa müddət ərzində Zərərçəkmiş şəxs xidmət yerinin Bakı şəhərində Nizami hissələrinin birinə dəyişdirməsini təşkil edəcəyinə yalandan vəd verməklə 06.06.2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Zabitlər evi”nin yanında Zərərçəkmiş şəxs 10.000 (on min) manat pul alıb ələ keçirib verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2020-ci ilin may ayından tanıyırdı. Elvin ona zəng edərək Salyan rayonunda xidmətdə olduğu N nömrəli hərbi hissədən xidmət yerini Bakı şəhərinə dəyişmək istədiyini, bununla bağlı kömək istədiyini bildirdikdə o, bu işi 10 000 manat pulun müqabilində həll edə biləcəyini demişdir. Bu telefon danışığından 15 gün sonra Zərərçəkmiş şəxs yenə ona zəng edərək görüşmək istədiyini dedikdə onlar Sahil stansiyasının yanında görüşmək barədə razılaşmışlar. Həmin vaxt Elvin ona 10.000 manat pul verib getmişdir. Həmin pulu Zərərçəkmiş şəxs alarkən ona iş yerinin Bakı şəhərinə dəyişdirilməsi üçün köməklik edəcəyini demişdir. Lakin, Zərərçəkmiş şəxs aldığı həmin 10.000 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Belə ki, həmin zaman Müdafiə Nazirliyindəki yeməkanada müdir işlədiyi üçün orada verdiyi ərzaqa görə şirkətlərə borcu yaranmışdır. Zərərçəkmiş şəxs aldığı həmin pula şirkətlərə olan borcunu ödəmişdir. Verdiyi sözü icra edə bilmədiyi üçün Zərərçəkmiş şəxs zəng edərək pulunu istəməyə başlamışdır. Ziyanın bir hissəsini ödəmişdir. 11 yanvar 2022-ci il tarixdə onunla Zərərçəkmiş şəxs arasında barışıq sazişi imzalanmış, onlar ziyanın hissə-hissə ödənilməsinə dair razılığa gəlmişlər. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onunla eyni məhəllədə yaşayan tanışı, hərbi qulluqçu Əvəzdən Sakitin mobil telefon nömrəsini almışdır. Sakit adlı şəxsə zəng edib danışmış və arvadının xəstəliyi ilə əlaqədar iş yerinin Salyan rayonundan Bakı şəhərinə dəyişmək istəməsini bildirmişdir. Həmin zaman Sakit, bu işi 10.000 manata həll edəcəyini demişdir. Onunla Sakitin arasında olan bu telefon danışığı 2020-ci ilin may ayında olmuşdur. Onlar telefonda 06.06.2020-ci ildə “Sahil” stansiyasının yaxınlığında görüşmək barəə razılaşmışlar. Həmin görüşdə onunla Sakitin arasında, xidmət yerinin Salyan rayonundan Bakı şəhərində olan hərbi hissələrin birinə dəyişdirilməsi danışığı olmuş və Sakit buna söz verərək ondan 10.000 manat pul almış və bu işi 1-2 ay müddətində həll edəcəyinə söz vermişdir. Pulu ona bir dəfəyə vermişdir. O, Sakitin ona işinin həll edilməsi üçün verdiyi müddətin keçməsi və onun hər dəfə bir bəhanə gətirməsindən Təqsirləndirilən şəxs onun iş yerinin dəyişdirilməsi ilə bağlı heç bir iş görmədiyini və onu aldatdığını başa düşmüşdür. Ona dəymiş ziyandan 1140 manat pul ona ödənilmişdir.11 yanvar 2022-ci il tarixdə onunla Təqsirləndirilən şəxs arasında barışıq sazişi imzalanmışdır, onlar ziyanın hissə-hissə ödənilməsinə dair razılığa gəlmişlər. Ona görə də şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan cəza verilməsinin xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, N saylı hərbi hissədə iş yoldaşı olmuşdur. Təqsirləndirilən şəxs tanımır, sonradan Zərərçəkmiş şəxs deməsindən bilmişdir ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin yeməkxanasında baş aşbaz işləyirmiş. Elvin iş yerini Bakı şəhərinə və ya yaxın ərazilərdən birinə dəyişməsini bildirmişdir. 06 iyun 2020-ci ildə Elvin ona zəng edib görüşmələrini istəmişdir. Görüşə o özünə məxsus VAZ 2106 markalı maşını ilə gəlmiş, oradan Elvinlə birlikdə Bakı şəhəri Səbail rayonu ərazisində olan Bakı Metropolitenin Sahil stansiyası yaxınlığına gəlmişdilər. Bakı şəhərinə gələrkən maşında Elvin özü ilə götürdüyü pulları sayırmış, və pulu Bakı şəhərində görüşəcəyi şəxsə verəcəyini bildirmişdir. O, bu məsələ ilə maraqlanmadığı üçün Elvinin həmin pulu kimə və nə məqsədlə verəcəyini soruşmamışdır. İkisi birlikdə idarə etdiyi avtomaşınla Bakı Metropolitenin Sahil stansiyası yaxınlığında olan «Zabitlər evi»nin yanında dayanmışdılar. Sonra Elvin maşında saydığı 10000 manat pulu da özü ilə götürüb Bakı Metropolitenin Sahil stansiyası istiqamətində getmişdir. İş materiallarında olan 27 sentyabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanıdır. Baxış zamanı Təqsirləndirilən şəxs oğlu ünvan 4 ünvanında olan Müdafiə Nazirliyinin «Zabitlər evi»nin qarşısını göstərərək Zərərçəkmiş şəxs pulu həmin ünvanda aldığını bildirmişdir. İş materiallarında olan 07 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında Qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarından olan 11 dekabr 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarından olan 11 dekabr 2021-ci il tarixli “ittiham elan edilməsi üçün təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 22 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 22 dekabr 2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 11.01.2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs razılığa gələrək borcun hissə-hissə, hər ay üçün 200 (iki yüz) manat məbləğində olmaqla, 46 ay müddətinə ödənilməsi və borcun 27.10.2026-cı il tarixə qədər ödənilməsi barədə razılaşmışlar. İş materiallarında olan Zərərçəkmiş şəxs 09.02.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxslə aralarında barışıq sazişi bağlayaraq ona dəymiş ziyanın hissə-hissə ödənilməsinə dair razılığa gəlmişlər. Hazırda ona dəymiş ziyandan 1140 manat pul ona ödənilmişdir. Ona görə də şikayəti və tələbi olmadığına görə ona barəsində həbslə bağlı olmayan cəza verilməsinin xahiş etmişdir. İş materiallarında olan İİ-ЖГ 411416 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X3 arasında nikah 08.09.1981-ci il tarixdə bağlanmış, 66 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Abbasova” soyadı verilmişdir. İş materiallarında olan Azəbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Klink psixiatryiya X2 Komissiyasının 64 saylı Rəyindən görünür ki, X4 baş-beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində ağıl zəifliyi diaqnozu qoyulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunmalı, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını, törətdiyi əməli səmimi etiraf etməsini, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini və zərərçəkmiş şəxslə barışmasını, həyat yoldaşının xəstəliyini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd şəkil cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərar olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən iş və ya təhsil yerini dəyişdiriməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut 02 ədəd şəkil cinayət işi materiallarında saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 342 (üç yüz qırx iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesab AZ37NABZ********************4, SWİFT ACABAZ 22, Hesab AZ20ACAB********************, VÖEN **********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-59/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-59/2022
09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver