Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-59/2023 22.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədova Nərmin Namiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 36 Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs və onun müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, 03 avqust 1969-cu ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Səbail rayonu, B.Sərdərov küçəsi, ev 25, mənzil 12-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi, ev 80-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 may 2023-cü il tarixdə saat 14.30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən zərərçəkmiş şəxsə az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 08 mart 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi 80 saylı binanın həyətində ailə üzvləri ilə bilrikdə yandırdığı bayram tonqalını qonşusu Zərərçəkmiş şəxs vedrə ilə su tökərək söndürmək istəyən zaman, onun azyaşlı oğlu X2 Əzizovanın qarşısına keçib əlində olan vedrədəki suyu yerə tökdüyünə görə, Zərərçəkmiş şəxs əlində olan vedrə ilə Hüseyn İmranovun başına vurduğu üçün, aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı o, qəsdən yumruqla Zərərçəkmiş şəxs başına və təpiklə əlinə zərbələr vurub yerə yıxaraq sonuncunun sol əlin İV barmağının orta falanqasının çıxığı və yerini dəyişmiş qapalı sınığı, alın nahiyəsinin qançırı, sağ dirsək və sağ diz oynağı nahiyələrinin sıyrıqları ilə nəticələnən Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qonşusu Sevda və qızı İlahə mütəmadi olaraq onlara və digər qonşularla narahatçılıq yaradır, dəfələrlə Sevda zibillərini onun yaşadığı mənzilin qapısına tökür, uşaqlarının ünvanına nalayiq ifadələr işlədir. Onun sənəddə adı Nəsir olsa da, yaxınları onu İlqar kimi çağırdıqlarına görə qonşular onu İlqar kimi tanıyırlar. 08 mart 2022-ci il tarixində çərşənbə bayramı ilə əlaqədar qonşuluqda yaşayan İsmətlə birgə yaşadıqları həyətdə tonqal qalamışdır. Qonşularla birlikdə onlar tonqalın ətrafına toplaşmışlar. Təxminən 10 dəqiqə keçdikdən sonra qonşuluqda yaşayan Sevda tonqalın yanına gələrək təkidlə tonqalı söndürməyi tələb etmişdir. Qonşular Sevdaya bayrama görə tonqalın qalandığını bildirmişlər. Sevda evə gedib bir neçə dəqiqədən sonra təkrar geri qayıtmışdır. Həmin vaxt Sevdanın əlində içərisində su olan vedrə olmuşdur. Sevda əlində olan verdənin içərisindəki suyu tonqalın üzərinə tökərək tonqalı söndürməyə başlamışdır. Bu zaman onun oğlu Hüseyin Sevdaya maneə olmaq istəmiş, Sevda Hüseyni itələyərək əlində olan vedrəni Hüseynin başına vurmuşdur. Bu zaman o, Sevdaya yaxınlaşıb onu tonqalın yanından uzaqlaşdırmışdır. Bu zaman Sevda təkrar tonqalı söndürmək üçün tonqala tərəf gələn zaman o, Sevdanın qarşısına durmuşdur. Sevda əlində olan vedrənin içərisindəki suyu onun üzərinə tökmüş və onun ünvanına nalayiq sözlər işlətməyə başlamışdır. Bu zaman Sevdanın qızı yaşadığı mənzildən bayıra çıxmış və onlar hər ikisi də onun üzərinə hücum çəkmişlər. Həmin vaxt arvadı Xədicə ona köməyə gəlmiş və onların arasına girmişdir. Bu zaman Sevdayla arvadı Xədicənin arasında dava düşmüşdür. Orada olan qonşular onları ayırmışlar. Sevda da polis məlumat vermişdir. Hadisə baş verən zaman orada o, arvadı Şahid2, oğlu Hüseyn İmranov, qonşulardan Suqra, İsmət olmuşlar. Baş vermiş hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. O, onların heç birini vurmamış və xəsarət yetirməmişdir. X15 Əzizova əlində olan vedrə ilə başına vurub xəsarət yetirmişdir. Xədicə ilə Sevda dalaşan zaman Xədicə yerə yıxıldıqdan sonra İlahə Xədicəni əlləri ilə vurmuşdur. Onun bədəni üzərində olan xəsarətləri İlahə yertimişdir. İlahə arxadan onun üzərinə cumub ona xəsarət yetirmişdir. Baş vermiş hadisənin səbəbi həyətdə yandırılmış tonqal olmuşdur. Sevda Əziziova da həmin tonqalı söndürmək istəyirdi və həmin vaxt mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs yalan danışır, hadisə zamanı Suqranın oğlu hadisə yerində olmamışlar, hadisə qurtardıqdan sonra məhləyə gəlmişlər. Məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 10 il olar ki, qonşuluqda yaşayan İlqar kimi tanıdığı Nəsir və onun arvadı ilə müxtəlif səbəblərə görə mübahisələri olmuşdur. Aralarında yaranmış mübahisələrinin əsas səbəbi Nəsir və onun arvadının dəfələrlə onun yaşadığı mənzilin qapısına zibillər tökməsi, eləcə də azyaşlı uşaqlarının nadinc hərəkətləri və yeni il bayramı zamanı həmin uşaqların pirotexniki vasitələrdən istifadə etməsi olmuşdur. O, həmin şəxslərlə dəfələrlə söhbət etməyə çalışsa da, onlar onu nalayiq sözlərlə təhqir etmişlər. Lakin o, onlardan şikayət etməmişdir. 08 mart 2022ci il tarixdə təxminən 21 radələrində o, paltar yuyub asmaq istəyən zaman qonşuluqda yaşayan Nəsir və onun ailəsinin tonqal qaladıqlarını görmüşdür. Tonqalın ətrafında həmin vaxt Nəsir və onun beş uşağı, qonuşuluqda yaşayan Suqranın adını bilmədiyi oğlu və onun dostu dayanmışlar. O, onlardan paltar asdığını və tonqalı söndürməyi xahiş etmişdir. Onun deməsinə heç kim əhəmiyyət verməmişdir. O, evə girmiş və təxminən 5 dəqiqədən sonra təkrar bayıra çıxmış və tonqalın ətrafında dayananlardan paltarların batdığını və tonqalı söndürməyi təkrar xahiş etmişdir. Lakin tonqalın ətrafında dayanan şəxslər onun xahişinə əhəmiyyət verməyib tonqalı söndürməmişlər. O, evə girib evdən plastmas materialdan olan vedrəni su ilə doldurub bayıra çıxmış və tonqalın yanına gedib, əlində olan vedrənin içərisindəki suyu tonqalın üzərinə tökmək istəyən zaman Nəsirin adını bilmədiyi 13-14 yaşı olan oğlu əlində olan taxta parçası ilə onun əlindəki plastmas vedrəyə bir zərbə vurub vedrəni sındırmışdır. O, onlara heçnə deməyib evə qayıtmış evdə olan ikinçi plastmas vedrəni su ilə doldudrub təkrar bayıra çıxmaq istəyən zaman evdə olan qızı İlahə onu görüb hara getdiyini soruşmuşdur. O, ona bayıra paltar asdığını, qonşuların da həyətdə tonqal yandırdıqlarını və həmin tonqalın tüstüsünün paltarları batırdığını buna görə də tonqalı söndürməyə getdiyini demişdir. İlahə ona heçnə deməyib öz otağına keçmişdir. O, da əlində olan vedrə ilə bayıra çıxıb tonqalın yanına getmişdir. O, tonqalın yanına çatan zaman Nəsir və onun uşaqları onun üzərinə hücum çəkmişlər. Həmin vaxt Nəsir onun ünvanına nalayiq ifadələr işlədərk yumruqla onun sifətinə və sinə nahiyəsinə bir neçə zərbə vurmuşdur. Zərbələrin təsirindən o, yerə yıxılmışdır. O, yerə yıxılan zaman Nəsir və onun uşaqları onu vururdular. Nəsir təpiklə ona zərbə vuran zaman, onun təpiyi onun sol əlinə dəymişdir. Bu zaman o, sol əlində küt ağrı hiss etmişdir. Daha sonra Nəsir onun saçından tutub yerdən qaldırıb, başını divara vurmuşdur. O, həmin vaxt özündən bir anlıq getmişdir. Bu zaman Nəsirin arvadı Xədicə onların yanına gəlmiş və onun saçından tutmuşdur. O, da özünü müdafiə etmək üçün ona əl atmışdır. Lakin Xadicə hicab taxdığına görə o, onun yaxasından tutmuşdur. Onlar dalaşmağa başlamışlar və hər ikisi də yerə yıxılmış və yerdə də münaqişəni davam etmişlər. Həmin vaxt qızı İlahə və qonşuluqda yaşayan Suqranın oğlu onları ayırmışlar. Bundan sonra İlahə polisə məlumat vermişdir. Hadisə baş verən, hadisə yerində o, qızı İlahə, Nəsir, Nəsirin arvadı Xədicə, onların uşaqları, qonşu Suqranın oğlu və onun dostu olmuşdur. Baş vermiş hadisə təxminən 30-40 dəqiqə davam etmişdir. Hadisə zamanı digər qonşular bayıra çıxmamışlar. Nəsir yumruqla başına və sinəsinə zərbələr vurmuş, o, zərbələrin təsirindən yerə yıxılmışdır. O, yerə yıxılan zaman Nəsir və onun uşaqları onu təpiklə vurmuşlar. Nəsir təpiklə onun sol əlinə zərbə vurmuşdur. O, həmin vaxt əlində küt ağrı his etmişdir. Daha sonra Nəsir saçından tutub başını divara vurmuşdur. O, onların tonqalı söndürmək istədiyinə görə Nəsir onu döyüb ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs yalan danışır, nə o, nə də ki, qızı İlahə Təqsirləndirilən şəxs üzərinə hücum çəkməmişlər. Əksinə Təqsirləndirilən şəxs onu və qızı İlahəni vurub yerə yıxıb xəsarət yetirmişdir. Məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 Qasım qızı ifadəsində göstərmişdir ki, təxminən 10 il olar ki, qonşuluqda yaşayan İlqar kimi tanıdığı Nəsir və onun arvadı ilə müxtəlif məsələlərə görə anası Sevda ilə mübahisələri düşmüşdür. Aralarında yaranmış mübahisələrin əsas və səbəbi Nəsir və onun arvadının dəfələrlə onların yaşadığı mənzilin qapısına zibillər tökməsi, eləcə də azyaşlı uşaqlarının nadinc hərəkətləri və yeni il bayramı zamanı həmin uşaqların pirotexniki vasitələrdən istifadə etməsi olmuşdur. Anası Sevda həmin şəxslərlə dəfələrlə söhbət etməyə çalışsa da, onlar anasını nalayiq sözlərlə təhqir etmişlər. Lakin anası Sevda onlardan şikayət etməmişdir. 08 mart 2022-ci il tarixdə təxminən 21 radələrində o, yaşadığı evdə olan zaman mətbəxdə anasının içərisində su olan vedrəni əlində apardığını görüb hara getdiyini soruşmuşdur. Anası ona demişdir ki, o, bayıra paltar asdığını, qonşuların da həyətdə tonqal yandırdıqlarını və həmin tonqalın tüstüsünün paltarları batırdığına görə də tonqalı söndürməyə getdiyini demişidir. O, anasına heçnə demədən öz otağına keçmişdir. Anası isə bayıra çıxmışdır. Təxminən 2 dəqiqə keçmişdir ki, o, bayırda vedrənin yerə düşməsi səsini eşitmişdir. O, səsə bayıra çıxmış və bayırda Nəsir anasının ünvanına nalayiq ifadələr işlədərək yaxasından tutduğunu görmüşdür. Həmin vaxt hava qaranlıq olduğundan o, orada olan şəxslərin Nəsirin uşaqların və qonşuların olduğunu görmüşdür. Bu zaman o, Nəsirin uşaqlarını güldüklərini görüb onlardan birinin qolundan tutub nə üçün güldüyünü soruşmaq istədikdə Nəsir ona əl atmış və Nəsirin əli onun sifətinə dəymiş və dodaq nahiyəsini cızmış, gözündə olan eynəyi yerə düşmüşdür. O, eynəyini axtarmış, lakin tapa bilməmişdir. O, orada olanlardan eynəyini soruşurmuş. O, başını qaldırıb anasına tərəf baxan zaman Nəsirin anasının saçından tutub divara vurduğunu görmüşdür. Anasının başı divara dəydikdən sonra bir anlıq özünü itirib əli ilə divardan tutmuşdur. Bu zaman o, anasına tərəf yaxınlaşmaq istədikdə, Nəsirin arvadı Xədicə anasına çatıb saçından tutub dartmış və onların hər ikisi də yerə yıxılmışlar. Onlar hər ikisi də yerdə əlbəyaxa olmuşlar. Bu zaman Nəsir anasına yaxınlaşıb anasının saçından tutub dartmışdır. O, bunu görüb ona arxadan yaxınlaşıb yumruqla başından iki zərbə vurmuşdur. Nəsir anasını buraxıb ona tərəf dönmüş və onun qolundan tutub itələmişdir. O, da yerə yıxılmışdır. O, yerdən qalxdıqdan o, və qonşuluqda yaşayan Suqranın oğlu anasını və Nəsiri ayırmışlar. Daha sonra o, polisə məlumat vermişdir. Hadisə baş verən, hadisə yerində o, anası Sevda, Nəsir, Nəsirin arvadı Xədicə, onların uşaqları, Suqarnın oğlu və onun dostu olmuşdur. Baş vermiş hadisə təxminən 30-40 dəqiqə davam etmişdir. Hadisə zamanı qonşuluqda yaşayan digər şəxslər bayıra çıxmamışlar. Nəsir ilk olaraq onun sifətinə əl ataraq dodaq nahiyəsini cızıb, daha sonra qolundan tutub onu itələmiş və o, yerə yıxılıb xəsarət almışdır. İlk olaraq o, Nəsirin oğlunun qolundan tutub nə üçün güldüyünü soruşmaq istəyən zaman Nəsir onun sifətinə əl atıb dodağını cızıb, daha sonra o, anası Sevdanın saçından tutduğuna görə o, onun başına arxadan yumruqla vurduğuna görə Nəsir onun qolundan tutub itələmiş və o, da yerə yıxılıb xəsarət almışdır. O, Nəsirin başına yumruqla zərbələr vurmuşdur. Hadisə zamanı Nəsirdən başqa ona heç kim xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs yalan danışır. Hadisə zamanı onun gözündə olan 80 manat dəyərində olan optik eynəyi düşüb itmişdir. O, eynəyini tapa bilməmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, qonşusu Sevda və qızı İlahə mütəmadi olaraq onlara və digər qonşulara narahatçılıq yaradır, dəfələrlə Sevda zibillərini onun yaşadığı mənzilin qapısına tökür, uşaqlarının ünvanına nalayiq ifadələr işlədirmişlər. 08 mart 2022-ci il tarixdə çərşənbə bayramı ilə əlaqədar qonşuluqda yaşayan İsmət birgə yaşadıqları həyətdə tonqal qalamışdır. Qonşularla birlikdə onlar tonqalın ətrafına toplaşmışlar. Bir müddət tonqalın yanında durduqdan sonra yaşadığı evə qayıtmışdır. O, mətbəxdə olan zaman uşaqları onun yanına gələrək qonşuluqda yaşayan Sevdanın tonqalı söndürmək istədiyini bildirmişlər. O, bayıra çıxan zaman Sevda və qızı İlahə əri Nəsirin üzərinə hücum çəkdiklərini görmüşdür. O, Sevdanı uzaqlaşdırmaq istəyən zaman Sevda ilə aralarında dava başlamışdır. Sevda ilə İlahə onun üzərinə hücum çəkmişlər. Həmin vaxt Sevda onun əynində olan hicabdan tutumuş və onlar yerə yıxılmışlar. Onlar yerə yıxıldıqdan sonra İlahə onun üzərinə cumub vurmuşdur. Orada olanlar onları ayırmışlar. Hadisə baş verən zaman orada o, əri Təqsirləndirilən şəxs, oğlu Hüseyn İmranov, qonşulardan Suqra, İsmət olmuşlar. Baş vermiş hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. O, onların heç birini vurmamış və xəsarət yetirməmişdir. X15 Əzizova əlində olan vedrə ilə başına vurub xəsarət yetirmişdir. O, həyətə gələn zaman Sevda ilə onun arasında mübahisə baş vermişdir. Həmin vaxt Sevda əlləri ilə onun əynində olan hicabdan tutub yerə yıxmışdır. Həmin vaxt başı yerə dəymişdir. Yerdə olan zaman Sevda əlləri ilə ona xəsarət yetirmişdir. Baş vermiş hadisənin səbəbi həyətdə yandırılmış tonqal olmuşdur. Sevda Əziziova da həmin tonqalı söndürmək istəyirdi və həmin vaxt mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs yalan danışır, hadisə zamanı Suqranın oğlu və onun dostu hadisə yerində olmamışlar, onlar hadisə qurtardıqdan sonra məhləyə gəlmişlər. Zərərçəkmiş şəxs onu yerə yıxdıqdan sonra Şahid1 əli ilə sifətinin ağız nahiyəsinə cırmaq atmışdır. Ayağı ilə ağız nahiyəsinə bir zərbə vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid yetkinlik yaşına çatmayan X7 ifadəsində göstərmişdir ki, Bakı şəhəri 132/134 nömrəli məktəbin 8-ci sinif şagirdidir. Zərərçəkmiş şəxs onların qonşusudur. Sevda və qızı İlahə mütəmadi olaraq onlarla və digər qonşularla narahatçılıq yaradır, dəfələrlə Sevda zibillərini onun yaşadığı mənzilin qapısına tökür, onların ünvanına nalayiq ifadələr işlədirmiş. 08 mart 2022-ci il tarixdə çərşənbə bayramı ilə əlaqədar qonşuluqda yaşayan İsmətlə birgə yaşadığı həyətdə tonqal qalamışlar. Qonşular ilə birlikdə onlar tonqalın ətrafına toplaşmışlar. Təxminən 10 dəqiqə keçdikdən sonra qonşuluqda yaşayan Sevda tonqalın yanına gələrək təkidlə tonqalı söndürməyi tələb etmişdir. Qonşular Sevdaya bayrama görə tonqalın qalandığını bildirmişlər. Sevda evə gedib bir neçə dəqiqədən sonra təkrar geri qayıtmışdır. Həmin vaxt Sevdanın əlində içərisində su olan vedrə olmuşdur. Sevda əlində olan vedrənin içərisindəki, suyu tonqalın üzərinə tökərək tonqalı söndürməyə başlamışdır. Bu zaman o, Sevdaya maneə olmaq istəmiş, Sevda onu itələyərək əlində olan vedrəni onun başına vurmuşdur. Bu zaman atası Nəsir Sevdaya yaxınlaşıb onu tonqalın yanından uzaqlaşdırmışdır. Bu zaman Sevda təkrar tonqalı söndürmək üçün tonqala tərəf gələn zaman atası Sevdanın qarşısına durmuşdur. Sevda əlində olan vedrənin içərisindəki suyu atasının üzərinə tökmüş və onların ünvanına nalayiq sözlər işlətməyə başlamışdır. Bu zaman Sevdanın qızı yaşadığı mənzildən bayıra çıxdı və onlar hər ikisi də atasının üzərinə hücum çəkmişlər. Həmin vaxt anası Xədicə atasına köməyə gəlmiş və onların arasına girmişdir. Bu zaman Sevdayla anası Xədicənin arasında dava düşmüşdür. Orada olan qonşular onları ayırmışlar. Sevda da polis məlumat vermişdir. Hadisə baş verən zaman orada o, anası Şahid2, atası Təqsirləndirilən şəxs, qonşulardan Suqra, İsmət olmuşlar. Baş vermiş hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Atası və anası onların heç birini vurmamış və xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs əlində olan vedrə ilə onun başına vurub xəsarət yetirmişdir. Sevda və qızı İlahə atasına və anasına xəsarət yetirmişlər. Baş vermiş hadisənin səbəbi həyətdə yandırlımış tonqal olmuşdur. Sevda Əziziova da həmin tonqalı söndürmək istəyirdi və həmin vaxt mübahisə yaranmışdır. Hadisə baş verən zaman Suqranın oğlu və onun dostu orada olmamışlar, onlar hadisə qurtardıqdan sonra məhləyə gəlmişlər. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Sevda mütəmadi olaraq qonşuların hamısı ilə mübahisə edib dalaşmışdır. 08 mart 2022-ci il tarixdə çərşənbə bayramı ilə əlaqədar o, həyətdə tonqal qalamışdır. Həmin vaxt qonşular da həyətdə tonqalın ətrafına toplaşmışlar. Nəsir də övladları ilə birlikdə tonqalın ətrafında toplaşmışdı. Təxminən 10 dəqiqə keçdikdən sonra qonşuluqda yaşayan Sevda tonqalın yanına gələrək təkidlə tonqalı söndürməyi tələb etmişdir. Orada olanlar Sevdaya bayrama görə tonqalın qalandığını bildirmişlər. Sevda evə gedib bir neçə dəqiqədən sonra təkrar geri qayıtmışdır. Həmin vaxt Sevdanın əlində içərisində su olan vedrə olmuşdur. Sevda əlində olan vedrənin içərisində ki, suyu tonqalın üzərinə tökərək tonqalı söndürməyə başlamışdır. Bu zaman Nəsirin oğlu Hüseyn Sevdaya maneə olmaq istəmiş, Sevda Hüseyini itələyərək əlində olan vedrəni Hüseynin başına vurmuşdur. X12 başına vedrəni vurduğunu görüb ona yaxınlaşıb Sevdanı tonqalın yanından uzaqlaşdırmışdır. Bu zaman Sevda təkrar tonqalı söndürmək üçün evə gedib təkrar su dolu vedrə ilə geri qayıtmışdır ki, tonqala su töküb söndürsün. Sevda tonqala tərəf gələn zaman Nəsir Sevdanın qarşısına durmuş Sevda əlində olan vedrənin içərisindəki suyu Nəsirin üzərinə tökmüş və Nəsirin ünvanına nalayiq sözlər işlətməyə başlamışdır. Bu zaman Sevdanın qızı İlahə həyətə çıxıb Nəsirin üzərinə hücüm çəkmiş və əlləri ilə Nəsirin başına zərbələr vurmağa başlamışdır. Həyətdə olan səsə Nəsirin arvadı Xədicə Nəsirə köməyə gəlmiş və onların arasına girmişdir. Bu zaman Sevdayla Xadicənin arasında dava düşmüşdür. Sevda Xədicənin əynində olan hicabdan tutub yerə yıxmışdır. Xədicə yerə yıxılan zaman Sevda əlləri ilə Xədicənin başıdan vururdu. Həmin vaxt Sevdanın qızı İlahə də Xədicənin üzərinə hücum çəkmiş və əlləri ilə Xədicənin sifətinə daha sonra təpiklə Xədicənin sifətində zərbələr vurmuşdur. O, və qonşuluqda yaşayan Suqra onların arasına girib aralamışlar. Suqra Sevdanı və qızını sakitləşdirib yaşadığı evə tərəf aparmışdır. Bundan sonra Sevda DİN-nin 102 zəng xidmətinə zəng vurub məlumat vermişdir. Hadisə zamanı Fəxrəddin və digər qonşular pəncərələrindən baxırdılar. Baş vermiş hadisə təxminən 20-30 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs onlarla mübahisə etdiklərini görmüş, lakin onları döydüyünü görməmişdir. Baş vermiş hadisənin səbəbi həyətdəki tonqal olmuşdur. Sevda Əziziova da həmin tonqalı söndürmək istəyirdi və həmin vaxt mübahisə yaranmışdır. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Sevda mütəmadi olaraq qonşuların hamısı ilə mübahisə edib dalaşmışdır. 08 mart 2022-ci il tarixdə çərşənbə bayramı ilə əlaqədar İsmət həyətdə tonqal qalamışdır. Həmin vaxt o da həyətə çıxmışdır. Nəsir də övladları ilə birlikdə tonqalın ətrafında toplaşmışlar. Təxminən 10 dəqiqə keçdikdən sonra qonşuluqda yaşayan Sevda tonqalın yanına gələrək təkidlə tonqalı söndürməyi tələb etmişdir. Orada olanlar Sevdaya bayrama görə tonqalın qalandığını bildirmişlər. Sevda evə gedib bir neçə dəqiqədən sonra təkrar geri qayıtmışdır. Həmin vaxt Sevdanın əlində içərisində su olan vedrə olmuşdur. Sevda əlində olan vedrənin içərisindəki suyu tonqalın üzərinə tökərək tonqalı söndürməyə başlamışdır. Bu zaman Nəsirin oğlu Hüseyn Sevdaya maneə olmaq istəmiş, Sevda Hüseyni itələyərək əlində olan vedrəni Hüseynin başına vurmuşdur. X12 başına vedrəni vurduğunu görüb ona yaxınlaşıb Sevdanı tonqalın yanından uzaqlaşdırmışdır. Bu zaman Sevda təkrar tonqalı söndürmək üçün evə gedib təkrar su dolu vedrə ilə geri qayıtmışdır ki, tonqala su töküb söndürsün. Sevda tonqala tərəf gələn zaman Nəsir Sevdanın qarşısına durmuş, Sevda əlində olan vedrənin içərisindəki suyu Nəsirin üzərinə tökmüş və Nəsirin ünvanına nalayiq sözlər işlətməyə başlamışdır. Bu zaman Sevdanın qızı İlahə həyətə çıxıb Nəsirin üzərinə hücüm çəkmiş və əlləri ilə Nəsirin başına zərbələr vurmağa başlamışdır. Həyətdə olan səsə Nəsirin arvadı Xədicə Nəsirə köməyə gəlmiş və onların arasına girmişdir. Bu zaman Sevdayla Xadicənin arasında dava düşmüşdür. Sevda Xədicənin əynində olan hicabdan tutub yerə yıxmışdır. Xədicə yerə yıxılan zaman Sevda əlləri ilə Xədicənin başıdan vururdu. Həmin vaxt Sevdanın qızı İlahə də Xədicənin üzərinə hücum çəkmiş və əlləri ilə Xədicənin sifətinə, daha sonra təpiklə Xədicənin sifətində zərbələr vurmuşdur. O və qonşuluqda yaşayan İsmət onların arasına girib aralaşdırmağa başlamışlar. O, Sevdanı və qızını sakitləşdirib yaşadığı evə tərəf aparmışdır. Bundan sonra Sevda DİN-nin 102 zəng xidmətinə zəng vurub məlumat vermişdir. Hadisə baş verən zaman orada o, Şahid2, Nəsir İmanov, Nəsirin oğlu Hüseyn İmranov, İsmət və onun arvadı Firəngiz olmuşlar. Baş vermiş hadisə təxminən 20-30 dəqiqə davam etmişdir. Baş vermiş hadisənin səbəbi tonqal olmuşdur. Sevda Əziziova da həmin tonqalı söndürmək istəyirdi və həmin vaxt mübahisə yaranmışdır. Zərəçəkmiş şəxsin nümayəndəsi X3 vəsatəti ilə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun qonşularıdır, hər ikisi ilə münasibəti normaldır. Şahid4 onun anasıdır. Hadisə zamanı o, işdən yeni qayıtmışdır və çörək almaq üçün mağazaya yollanmışdır. Qayıdan zaman anasının dizlərinin qan içində olduğunu görmüş və nə olduğunu soruşanda bacısı ona demişdir ki, qonşular arasında mübahisə olub və anası onları ayırmağa çalışmışdır. Faktiki olaraq mübahisənin şahidi olmamışdır, yalnız səsləri eşitmişdir. O, evə qayıdan zaman qadın səsləri gəlirdi, bacısını görmüş və soruşmuşdur ki, “anası haradadır?” Bacısı demişdir ki, qonşular mübahisə edir və anası onları ayırmağa gedib. O eşitmişdir ki, Zərərçəkmiş şəxs tonqala su tökərək söndürməyə çalışmış və bundan sonra Təqsirləndirilən şəxsla mübahisə başlamışdır. Zərərçəkmiş şəxs qışqırıq səslərini eşitmiş, lakin səsi aydın olmadığından nə dediyini başa düşməmişdir, yalnız onu eşitmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs uşağına əl-qol atmışdır. Buna cavab olaraq Təqsirləndirilən şəxs nə dediyini eşitməmişdir. Kimlərin bir-birini vurduğunu görməmişdir, o, mübahisənin sonuna gəlib çıxmışdır. Qonşular tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurması barədə heçnə eşitməmişdir. Axşam təxminən saat 8-9 radələrində evə gəlmişdir. Evə daxil olmamışdan qabaq səs-küy eşitməmişdir. Qonşulardan Zərərçəkmiş şəxs başından xəsarət alması haqqında heç nə eşitməmişdir. Zərəçəkmiş şəxsin nümayəndəsi X3 vəsatəti ilə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki,zərərçəkmiş şəxsin qızı İlahə ilə 2017-ci ildə gözəllik salonunda işləmişdir, zərərçəkmiş və təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Şahid1 ilə münasibəti var, onunla telefonla əlaqə saxlayırdı. 05 mart 2022-ci il tarixdə Rusiya Federasiyasına getmiş, 8 Mart Qadınlar günü ilə əlaqədar İlahə ilə görüşmək barədə onunla razılaşmışdır. Hadisə baş verən günü o, telefonu evdə unutmuş, təxminən saat axşam 8-9 radələrində İlahənin yaşadığı məhləyə girərkən bir kişinin bir xanımı yıxıb vuraraq sürüdüyünü görmüşdür. Bundan başqa dava vaxtı həyətdə uşaqların olduğunu görmüşdür. Həyətdə dava olduğunu gördükdə 5-10 dəqiqə İlahəni gözləmiş, İlahənin gəlmədiyini gördükdən sonra özünü işləri olduğu üçün evinə qayıtmışdır. Evə çatdıqda İlahəyə telefonla zəng etmiş, lakin İlahə telefona cavab verməmişdir. Bir neçə gün sonra İlahə ona geri zəng etmiş, işləri olduğundan görüşə gələ bilmədiyini demişdir. Həmin gün nə hadisə baş verdiyini İlahəni utandırmamaq üçün soruşmamış, onun isə elə xasiyyəti yoxdur ki, təkidlə nə baş verdiyini soruşsun, ona görə də özünün danışmasını gözləmişdir. İlahə ona demişdir ki, anası yıxılıb ona görə əli gipsdədir. Daha sonra 23 may 2022-ci il tarixdə Rusiya Federasiyasına qayıtmış, növbəti ilin 8 Martında bayramı qeyd etmək üçün görüşərkən İlahə ona ötən il məhlədə baş vermiş hadisəni danışmışdır. Məhkəmə-tibbi ekspertizasının 09 mart 2022-ci il tarixli 145 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol əlin İV barmağının orta falanqasının çıxığı və yerini dəyişmiş qapalı sınığı, alın nahiyəsinin qançırı, sağ dirsək və sağ diz oynağı nahiyələrinin sıyrıqları qərarın təsviri hissəsində göstərilən müddətdə yəni xx.xx.2022-ci il tarixdə, qeyd olunan nahiyələrə bərk küt əşya (əşyaların) təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. 16 iyun 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs zərəçəkmiş şəxs qismində tanınmışdır. 14 iyul 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edilmiş, eyni tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. Səbail Rayon Polis İdarəsinin 27 sentyabr 2022-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdə saxlanılaraq Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinə təhvil verilmişdir. 27 sentyabr 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 27 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham elan edilmişdir. 27 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 25 oktyabr 2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır. 07 oktyabr 2022-ci il tarixli qərarla qətimkan tədbirinin şərtlərini pozduğu üçün Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. 01 noyabr 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 avqust 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Elektron məhkəmə portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı vardır – xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlqü X5 və xx.xx.2014-cü il təvəllüdlü X10. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döymədiyini və ona xəsarət yetirmədiyini bildirərək özünü təqsirli bilməməsi iş materiallarında olan sənədlər, şahid ifadələri, ekspert rəyi ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə istintaqı zamanı dindirilmiş bəzi şahidlərin ifadələrinə tənqidi yanaşaraq məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmədə dindirilmiş şahidlər Şahid4 və Şahid3 ifadələrində göstərdilər ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməsinin şahidi olmamışlar. Şahid4 və Şahid3 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğunu görmədiyini bildirsələr də, onların arasında münaqişənin baş verdiyini təsdiqləmişlər. Məhkəmə qeyd edilən şahidlərin bu məzmunda ifadə verməsini qeyri-ciddi, səmimi və doğru olmayan ifadələr kimi qiymətləndirir. Məhkəmə şahidlər Şahid4 və Şahid3 məhkəmə istintaqında verdiyi ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, Şahid4 və Şahid3 verdiyi ifadə öz qonşusu Təqsirləndirilən şəxs müdafiəsinə və onun məsuliyyətdən yayınmasına yönəlmiş ifadə kimi qəbul edilməli və qiymətləndirilməlidir. Bundan başqa, şahidlər Şahid5 və X9 ifadələrində göstərmişlər ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında dava-dalaş baş vermişdir. Kimin kimi vurduğunu görməsələr də, münaqişənin ciddi xarakter daşıdığını qeyd etmişlər. Çünki Şahid5 anası Şahid4 evə gələrkən dizlərinin qan içində olduğunu görmüş və anası iş üzrə şahid qismində tanınmış olsa da, onları aralayarkən özü də xəsarət almışdır. X9 isə münaqişə edən şəxslərin adlarını bilməsə də, kişi ilə qadın arasında dava-dalaş olduğunu, bir kişinin bir xanımı yıxıb sürüdüyünü görmüşdür. Bundan başqa, məhkəmə-tibbi ekspertizasının 09 mart 2022-ci il tarixli 145 saylı ekspert rəyində göstərildiyi kimi Zərərçəkmiş şəxs xəsarətləri xx.xx.2022-ci il tarixdə almış, hadisə də xx.xx.2022-ci il-ci il tarixdə baş vermişdir. Xəsarətin əmələ gəlməsi xx.xx.2022-ci il tarixdən əvvəl və sonrakı tarixlərə təsadüf etmir. Bu hal bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə tövsif edilməsini əsaslı hesab edir və qeyd edir ki, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəzaya məhkum edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmağa başlandığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-59/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-59/2023
22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver