Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-60/2021 29.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi: X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı şəhərində 29 iyun 2021-ci il tarixdə saat 12:30-da xx xxxxxx 1957-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu. Cabbar Qaryağdıoğlu küçəsi, ev 10-da qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə yeni tanış olduğu Zərərçəkmiş şəxs özünün Bakı Apellyasiya Məhkəməsində tanışının olması ilə inandırmaqla onun oğlu Şahid6 görə 30.000 manat verəciyi halda sonuncunun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.05.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.2.2-ci və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 11 il, 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Bakı Apellyasiya Məhkəməsində azaldılmasına köməklik etməsinə dair yalan vəd edib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcə 05 iyul 2019-cu il tarixdə saat 11 radələrində ünvan 1 ünvanda yerləşən “Xəqani” bağında Zərərçəkmiş şəxs 15.000 (on beş min) manat məbləğində pulunu və 15 iyul 2019-cu il tarixdə saat 12 radələrində yenə həmin ünvanda əlavə olaraq 15.000 (on beş min) manat məbləğində pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 30.000 (otuz min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, bu cür əmələ görə əvvəllər məhkum olunmuşdur. Son dəfə barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 may 2019-cu il tarixli hökmünə əsasən 2 (iki) il sınaq müddəti cəzası təyin edilmişdir. 2018-ci ilin dekabr ayından 2019-cu ilin may ayınadək Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. Həmin işlə bağlı olaraq penitensiar xidmətinin avtomobilində məhəkəmələrə çıxarılarkən, eyni avtomobildə barələrində həbs seçilmiş digər şəxslərdə olmuşdur. Həmin şəxslərin arasında olan Şahid6 ilə bir neçə dəfə eyni vaxta məhkəmələrə etap edildiyi üçün tanışlıqları yaranmışdır. Əlavə olaraq ona məlum olmuşdur ki, onların işlərinə baxan hakim eynidir. Həmçinin onların hər ikisinin vəkili təsadüfən X6 olmuşdur. Həmin ərəfədə Şahid6 ona bildirmişdir ki. həbs edilməsinə səbəb hansısa barda dava-dalaş olmasıdır. Lakin onun həmin hadisə ilə əlaqəsi yoxdur. Ona qarşı hər hansı bir sübut yoxdur. Buna baxmayaraq həbsdə saxlanılır. Yuxarıda qeyd etdiyi kimi 2019-cu ilin may ayının 21-də onun barəsində 2 il sınaq müddəti cəzası təyin edilmiş və o, azadlığa buraxılmışdır. Şahid6 ondan xahiş etmişdir ki, öz mobil telefon nömrəsini ona versin ki. onun valideyinləri onunla əlaqə saxlasınlar və onunda cəza müddətinin aşağı salınmasında köməklik göstərsin. Azadlığa buraxıldıqdan sonra o, vəkili olmuş X9 işi ilə maraqlanmışdır. Şahid6a kömək edilməsinin mümkün olmasını vəkildən soruşmuşdur. A.Bağırov ona bildirmişdir ki, Elxana kömək etmək olar. Buna görədə o, vəkil A.Bağırovdan yeni tanış olduğu Elxanın atası Ucayatın telefon nömrəsini almış və sonuncuya zəng edərək onun oğlu Şahid6 işi ilə bağlı görüşməyi təklif etmişdir. Görüşdən əvvəl o, vəkil Abdul Bağırovla bu barədə danışmış və sonuncu ona bildirmişdir ki, 30.000 manata Apellasiya məhəkəməsi vasitəsi Elxanın işini azalda bilər. Çünki Şahid6 12 il cəza təyin edilmişdi. Daha sonra Ucayatla Bakı şəhəri, Səbail rayonunda yerləşən “Xəqani” adlanan bağda görüşmüşdür. Həmin görüşdə Ucayatın yanında onun həyat yoldaşı Zərgələm xanım olmuş o, isə tək olmuşdur. Həmin vaxt o, Ucayata və yoldaşı Zərgələm xanıma Abdul ilə danışığı barədə söyləmiş və oğlu Şahid6 işinin azaldılmasını vəkilin 30.000 manata həll edə biləcəyini demişdir. Həmin şəxslər ondan bir müddət vaxt istəyib bildirmişdirlər ki, həmin məbləği əldə etmək üçün evlərini girova qoyub pul əldə etdikdən sonra ona və ya vəkil Abdul Bağırova bu barədə bildirəcəklər. Təxminən 2019-cu ilin iyul ayının əvvəli Ucayat ona zəng etdikdən sonra yenədən sonuncu ilə yuxarıda qeyd etdiyi “Xəqani” adlanan bağda görüşmüşdür. Görüş zaman yenədə onun yanında yoldaşı Zərgələm xanım olmuş o, isə tək olmuşdur. Həmin vaxt Ucayat ona konvertdə pul verib içərisində hazırda xatırladığına görə 18.000 manat pul olmasını demişdir. Onlar həmçinin Abdul ilə danışdıqlarını və bu barədə sonuncunun xəbəri olduğunu demişdirlər. Növbəti görüş təxminən bir həftə sonra yenədə “Xəqani” adlanan bağda baş tutmuşdu. Həmin görüşdə Ucayatın arvadı Zərgələm xanım tək gəlmişdi, o, da orada tək olmuşdur. Zərgələm xanım ona yenədə konvert verib bildirmişdir ki, həmin konvertdə qalan 12.000 manatdır. O, da, sonradan həmin konverti olduğu kimi Abdul müəllimə vermişdir. Bununla da Exlanın valideynləri sonuncunun cəzasının azaldılması üçün ona 30.000 manat pul vermişdirlər. Həmin ərəfədə Şahid6 barəsində olan cinayət işinin baxılması Apellasiya məhkəməsi aparılırdı. Həmin məhkəmələrə o, da gedirdi ki. Elxanı görsün. Həmçinin Elxanın valideynləri və vəkili Abdul məhkəmə iclaslarına gəlirdi. Məhkəmələr ərəfəsində Ucayat və yoldaşı Zərgələm xanım oğlu Şahid6 şərti cəza ilə buraxılmasını istəyirdilər. Abdul isə şərti cəza alınması üçün əlavə olaraq 50.000 manat pul lazım olduğu barədə demişdir. Ucayat həmin məbləğdə pulunun olmadığını bildirmişdir. O, isə imkanı olarsa maddi köməklik edəcəyini təklif etmişdir. Həmin ərəfədə Abdul xərçəng xəstəliyi ilə bağlı tez-tez X7 müalicəyə gedirdi. Buna görədə Apellasiya məhkəmələri dəfələrlə təxirə salınırdı və uzanırdı. Yekunda isə iş həll olunmadı və Apellasiya məhəkəməsi Şahid6 ilkin cəzasını qüvvədə saxlamışdır. Buna görə də, Ucayat və yoldaşı Zərgələm öz narazılıqlarını bildirib ona vermiş olduqları 30.000 manat pulun geri qaytarılmasını tələb etməyə başlamışdılar. O, da Abdula bildirmişdir ki, pulu geri qaytarmaq lazımdır. Abdul razılaşırdı və pulu qaytaracağını bildirmişdir. Qısa müddət sonra isə Abdul xərçəng xəstəliyindən rəhmətə getmişdir.Şahid6 valideyinləri pulu ona verdiklərindən və Abdulun rəhmətə getməsini nəzərə alıb həmin məbləği qaytarılmasını öz öhtəsinə götürmüş və özündən bir neçə dəfəyə ümumilikdə 2.000 manat məbləğində pulu Ucayata qaytarmışdır. Bunu da əlavə etmişdir ki, 2020-ci ilin mart və ya aprel ayında anası X2 və bacısı Şahid5 pensiya kartları Ucayatə verilmişdir ki, sonuncu oradan hər ay pul çıxarıb onun Zərərçəkmiş şəxs verəcəyi məbləqləri çıxarıb azaltsın. Onda olan məlumata əsasən bir neçə ay ərzində Ucayat həmin pensiya kartlarından pullar çıxartmışdır. Onun hesablamalarına əsasən təxminən 3.000 manata yaxın məbləğində pul çıxarılmışdır. Lakin 2020-ci ilin sentyabr ayının axırlarında yuxarıda qeyd etdiyi pensiya kartları onun xahişi ilə bağlanılmışdır. Qalan 25.000 manat pulu isə Ucayata hazırki vaxta qədər qaytara bilməmişdir. Lakin qısa müddət ərzində qaytarmağa söz vermişdir. İşin mahiyyəti üzrə sualları cavablandıran Təqsirləndirilən şəxs bildirmişdir ki, İstintaq Təcridxanasında tanış olduğu Şahid6 və onun atası Zərərçəkmiş şəxs vəkil Abdul Bağırova etibarı tam olmadığı üçün. Elxanın deməsi ilə atası Zərərçəkmiş şəxs ona müraciət etmişdir. Çünki Elxanla münasibəti birgə saxlandığı İstintaq Təcridxanasından yaranmışdır. Bundan başqa Zərərçəkmiş şəxs sabiq Baş prokuror vasitəsilə məsələni həll etməsinə söz vermişdir. Ona görə ki, sabiq Baş prokurorla tanışlığı vardır, əgər A.Bağırov 30.000 manata işi həll edə bilməsə pulu qaytarar Ucayatın özünə. Daha sonra isə Ucayatla birlikdə sabiq Baş prokurorun qəbuluna yazılıb və orada Elxanın işdə günahının olmamasını söyləyib işin təkrar araşdırılmasına göstəriş verməsini xahiş etməyini Zərərçəkmiş şəxs bildirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanın tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını habelə cinayət nəticəsində dəymiş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.05.2020-ci il tarixli hökmü ilə oğlu Şahid6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 221.3cü maddələri ilə 11 il, 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. O, arvadı Şahid1 ilə birlikdə çalışırmışdır ki. oğlu Şahid6 azadlığa buraxılmasına nail olsunlar. Ona görə ki, onların oğlu Şahid6 əsassız yerə tutularaq məhkum olunmuşdur. Bu məqsəd ilə oğlu Şahid6 məhrum vəkili Abdul Bağırovla birlikdə qərara almışdırlar ki, Bakı Apellyasiya Məhkəməsinə müraciət etsinlər. Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə oğlu Şahid6 azadlığa buraxılsın. Ona görə də, əvvəllər Şahid6 müdafiəçisi olmuş, hazırda vəfat etmiş vəkil Abdul Bağırovla Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Həmin vaxt ərzində, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxartdığı hökLimdən bir neçə gün sonra tanımadığı bir nəfər şəxs zəng edərək özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və oğlu Elxanın məhkəmə məsələsi ilə əlaqədar oğlu Şahid6 köməklik edəcəyini bildirmişdir. Eyni zamanda bu barədə Elxanla danışdığımda bildirmişdir. Onunla görüşüb söhbət etmək məqsədi ilə həmin şəxs onu Bakı şəhəri. Səbail rayonu ərazisində yerləşən “Xəqani'' bağına dəvət etmişdir. 2019-cu ilin may ayında Təqsirləndirilən şəxs ilə yuxarıda qeyd etdiyi ünvanda yerləşən “Xəqani"' bağında görüşmüşdür. Həmin görüşdə arvadı Zərgələm xanımda iştirak etmişdir. Görüş zamanı Təqsirləndirilən şəxs oğlu Şahid6 cəza çəkmə məssisəsindən 2019-cu ilin avqustun 4-10 arası azadlığa çıxaracağına köməklik edəcəyini bildirmişdir. Bundan başqa həmin görüş zamanı Təqsirləndirilən şəxs güya Baş prokurorluğda rəhbər vəzifədə işləyən şəxsə zəng etmiş və hansısa bağda görüş təyin etmişdir. Sonra onlar Şahinlə sağollaşıb oradan ayrılmışdırlar. Təxminən 2-3 gün keçdikdən sonra Şahin onun mobil telefonuna istifadəsində olan mobil telefondan zəng edib Elxanın məsələsi barədə danışılıb onu azadlığa çıxacağını, lakin edəcəyi köməkliyin qarşılığında 30.000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. O, da öz növbəsində Şahinlə razılaşaraq hazırda əlində nəgd pul vəsaitinin olmadığını, lakin bankdan kredit götürəcəyini bildirmişdir. 03 iyul 2019-cu il tarixdə o, “ Nikoil " bankdan kredit olaraq 10.000 manat götürmüş və 5.000 manat məbləğində pulu isə yaxınlarından borc almışdır. İlkin məbləği topladıqdan sonra Şahinə zəng edib 15.000 manat pul vəsaitinin düzəltdiyini bildirmişdir. Qalan 15.000 manatı da yaxın günlərdə düzəldib verəcəyini söyləmişdir. 05 iyul 2019-cu il tarixdə saat 11 radələrində o, arvadı Zərqələm Əliyeva ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən “Xəqani" bağında Təqsirləndirilən şəxslə görüşmüşdür. Görüş zamanı Şahin demişdir ki, narahat olmayın Elxan 2019-cu ilin avqustun 4-dən 10-dək olan müddət ərzində azadlığa buraxacaqlar. Həmin vaxt o, arvadı Zərgələmin yanında Təqsirləndirilən şəxs 15.000 manat məbləğində olan pulu ağ rəngli konvertdə oğlu Şahid6 cəza çəkmə müəssəsində azadlığa buraxılması məqsədi ilə vermişdir. Şahinin həmin məbləği aldıqdan sonra oğlunun tez bir zamanda azadlığa çıxacağını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs verdiyi vədə inanmışdırlar. Şahinin onlarla səmimi formada danışığı onu və arvadı Zərgələmi çox inandırmışdı. Onlar Şahinə elə inanmışdırlar ki, oğlu Elxanın işinin həll olunmasında yeganə ümiid yerləri Şahin olduğunu hesab etmişlər. Belə ki. həmin gün Şahindən ayrılıb getdikdən bir neçə gün ərzində qalan 15.000 manatı da borc edib düzəltmişdirlər. 15 iyul 2019-cu il tarixdə saat 12 radələrində o, arvadı Şahid1 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu Ü.Hacıbəyov küçəsində yerləşən “Xəqani” bağına gələrək orada Təqsirləndirilən şəxslə görüşmüşdür. Görüş zamanı o, arvadı Şahid1 yanında 15.000 manat pulu Şahinə yuxarıda qeyd etdiyi işin həlli üçün vermişdir. Bundan sonra Şahin demişdir ki, 2019-cu ilin avqustun 4-də Elxan məhkəmə zalından azadlığa buraxılacaqdır. Həmin vaxtdan 2019-cu ilin sentyabr ayına kimi oğlu Elxanın bir neçə dəfə məhkəməsi olmuşdur. Onlar hər məhkəmə prossesi olanda gözləmişdirlər ki, oğlu Elxanı məhkəmədən azadlığa buraxacaqlar. Lakin Elxanı azadlığa buraxmırdılar. Şahinə bu barədə deyəndə sonuncu onları inandıraraq demişdir ki, müsbət istiqamətdə danışıqlar gedir. Elxanı buraxacaqlar. Hər dəfə Elxanın məhkəməsi olanda Şahin iştirak edirdi. Lakin, Şahin 2019-cu ilin sentyabr ayında olan məhkəmə iclaslarına gəlməmiş, 2019-cu ilin sentyabr ayından isə Təqsirləndirilən şəxs onlardan qaçıb gizlənməyə başlamışdır. Bundan sonra onlar başa düşmüşdürlər ki, Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq edərək ondan aldığı məbləği ələ keçirmişdir. Bunu da əlavə etmişdir ki. Şahin bir neçə dəfəyə onlara ümumilikdə 1.750 manat pul qaytarmışdır. Qeyd etmişdir ki, oğlu Şahid6 vəkili olmuş X6 ilə Təqsirləndirilən şəxs öncə tanış olmuş və tanışlıq zamanı sonuncuya böyük etibarı yarandığı üçün A.Bağırovla rəsmi qaydada müqavilə bağlamışdır. Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə aldığı 30.000 manat məbəlğində pulu vəkil A.Bağırova verməmişdir. Eləcə də, oğlu Şahid6 işi ilə bağlı aparılan məhkəmə iclasları zamanı Abdul onun oğlunun şərti cəza alınması üçün əlavə olaraq 50.000 manat pul lazım olduğu barədə onlara bildirməmişdir. 2020-ci ilin mart və ya aprel ayında Şahinin anası X2 və bacısı Şahid5 pensiya kartları ona verilmişdir ki. o. oradan hər ay pul çıxarıb Şahinin ona verəcəyi məbləqləri çıxarıb azaltsın. O, bir neçə ay ərzində həmin pensiya kartlarından ümumilikdə 3.854 manat çıxartmışdır. Hazırda onlara ümumilikdə bu günə kimi 5.604 manat qaytarılmışdır. İşin mahiyyəti üzrə sualları cavablandıran Zərərçəkmiş şəxsbildirmişdir ki, ifadəsində göstərdiyi 30.000 manat məbləğində pul vəsaiti ona məxsusdur. Bunu da, əlavə etmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərinin böyük bir hissəsi yalandır və böhtandır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, 2018-ci ilin noyabr ayında Bakı İstintaq Təcridxanasında barəsində istintaqı aparılan cinayət işi ilə əlaqədar saxlanılan zaman Təqsirləndirilən şəxslə tanış olmuşdur. Tanış olduqdan sonra Təqsirləndirilən şəxs ona bildirmisiniz ki, Apellyasiya məhkəməsində tanışı var və onun cəzasının aşağı salınmasında köməklik göstərə bilər. Təqsirləndirilən şəxslə aralarında olan söhbət barəsində atası Zərərçəkmiş şəxsa məlumat vermişdir. Onda olan məlumata əsasən atası Zərərçəkmiş şəxs yeni tanış olduğu Təqsirləndirilən şəxslə görüşərək Apellyasiya məhkəməsində onun cəzasının aşağı salınmasında köməklik göstərilməsi məqsədi ilə Təqsirləndirilən şəxs 30.000 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs həmin məbləği aldıqdan sonra verdiyi vədə əməl etməyərək onu və atası Zərərçəkmiş şəxs aldadıb dələduzluq yolu ilə alınan məbləği ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.05.2020-ci il tarixli hökmü ilə qardaşı Şahid6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 221.3-cü maddələri ilə 11 il 03 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Onlar çalışmışdırlar ki, Elxanın azadlığa buraxılsın. Vəkil Abdul Bağırovla qərarlaşdırmışdırlar ki, Apellyasiya Məhkəməsinə müraciət etsinlər və Apellyasiya Məhkəməsi vasitəsi ilə Şahid6 azadlığa buraxılmasına nail olsunlar. Ona görə də əvvəllər Elxanın müdafiəçisi olmuş, hazırda vəfat etmiş vəkil X5 Məhkəməsinə müraciət etmişdirlər. Atası Zərərçəkmiş şəxs eşitmişdir ki, Şahin adlı şəxslə tanış olub həmin şəxs qardaşı Elxanın azadlığa buraxılmasında köməklik edəcəkdir və bunun qarşılığında 30.000 manat pul istəmişdir. Onların həmin məbləqdə pulları yox idi, o, da rəfiqələrindən və tanışlarından pul yığıb 30.000 manat düzəldib, atası və anasının vasitəsi ilə Şahinə 30.000 manat verilmişdir. Lakin, sonradan onlara məlum olmuşdur ki, Şahin atasını və anasını aldadıb. Qardaşı Şahid6 azadlığa buraxılması üçün heç bir iş görməyib və 30.000 manatı dələduzluq edərək əldə etmişdir. O, dəfələrlə Şahinlə görüşüb ona zəng edib atasından aldığı 30.000 manatı geri qaytarmasını bildirmiş, lakin Şahin onlara yalan vədlər verərək Elxanın işini Məhkəmədən buraxılmasında köməklik edəcəyini söyləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Şahid2 o, ilkin olaraq qızı X4 vasitəsi ilə tanımışdır. Əlavə etmişdir ki, qızı Lamiyə ilə Şahid2 uzun müddət ərzində rəfıqəlik etdiklərinə görə onun ailəsidə Şahid2 ailəsi ilə yaxınlıq edərək ailələr arasında dostluq etməyə başlamışdırlar. Onda olan məlumata əsasən ailəvi dostları olan Şahid2 qardaşı Şahid6 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.05.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 221.3-cü maddələri ilə 11 il, 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şahid2 atası Zərərçəkmiş şəxs və onun anası Şahid1 çalışırdılar ki, oğlu Elxan azadlığa buraxılsın. Vəkil Abdul Bağırovla qərarlaşdırmışdırlar ki, Apellyasiya Məhkəməsinə müraciət edib Apellyasiya Məhkəməsi vasitəsi ilə Elxanı azadlığa buraxdırsınlar. Ona görə də, əvvəllər Elxanın müdafiəçisi olmuş, sonradan vəfat etmiş vəkil X5 Məhkəməsinə müraciət etmişdir. Onda olan məlumata əsasən Zərərçəkmiş şəxs oğlu Elxanın işin həll etmək məqsədi ilə Şahin adlı şəxslə tanış olmuşdur ki. sonuncu Elxanın azadlığa buraxılmasında köməklik edəcəkdir və bunun qarşılığında Zərərçəkmiş şəxs 30.0 manat məbləğində pul istəmişdir. Zərərçəkmiş şəxs həmin məbləqdə pulu olmadığı üçün onun qızı Şahid2 ondan qardaşı Şahid6 işin həll olunması məqsədi ilə 10.000 manat borca pul istəmişdir. O, onların vəziyyətini başa düşüb qızı Lamiyənin rəfiqəsi olan Şahid2 2019-cu ilin iyun ayının axrında yaşadığı ünvanda özünə məxsus olan 10.000 manat pulu sonuncuya borca vermişdir. Sonradan ona məlum olmuşdur ki, 2019-cu ilin iyul ayında Şahid2 atası Zərərçəkmiş şəxs oğlu Şahid6 işini həll etmək məqsədi ilə Şahin adlı şəxsə ümumilikdə 30.000 manat məbləğində pul vermişdir. Lakin, sonradan onlara məlum olmuşdur ki, Şahin adlı şəxs Zərərçəkmiş şəxs aldadıb oğlu Elxanın azadlığa buraxılması üçün heç bir iş görməyərək aldığı 30.000 manatı dələduzluq yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxs və onun ailə üzvləri dəfələrlə Şahinlə görüşərək və dəfələrlə sonuncuya zəng edib dələduzluq yolu ilə ələ keçirdiyi 30.000 manatı geri qaytarmasını bildirmişlər, lakin Şahin onlara yalan vədlər verərək heç bir iş görməmiş və aldığı pulu geri qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki. Şahid2 o, uzun müddətdir ki, tanıyır və onunla rəfiqəlik edir. Şahid2 ilə uzun müddət ərzində rəfiqəlik etdiyinə görə ailəsidə onun ailəsi ilə yaxınlıq edərək ailələr arasında dostluq edirlər. Onda olan məlumata əsasən ailəvi dostu olan Şahid2 qardaşı Şahid6 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.05.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 221.3-cü maddələri ilə 11 il. 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şahid2 atası Zərərçəkmiş şəxs və onun anası Şahid1 çalışırdılar ki, oğlu Elxan azadlığa buraxılsın. Vəkil Abdul Bağırovla qərarlaşdırmışdırlar ki, Apellyasiya Məhkəməsinə müraciət edib Apellyasiya Məhkəməsi vasitəsi ilə Elxanı azadlığa buraxdırsınlar. Ona görə də, əvvəllər Elxanın müdafiəçisi olmuş, sonradan vəfat etmiş vəkil X5 Məhkəməsinə müraciət etmişdir. Onda olan məlumata əsasən Zərərçəkmiş şəxs oğlu Elxanın işin həll etmək məqsədi ilə Şahin adlı şəxslə tanış olmuşdur ki. sonuncu Elxanın azadlığa buraxılmasında köməklik edəcəkdir və bunun qarşılığında Zərərçəkmiş şəxs 30.0 manat məbləğində pul istəmişdir. Zərərçəkmiş şəxs həmin məbləqdə pulu olmadığı üçün onun qızı Şahid2 ondan qardaşı Şahid6 işin həll olunması məqsədi ilə 7.000 manat borca pul istəmişdir. O, onların vəziyyətini başa düşüb, eləcə də, Ramilədə onun rəfiqəsi olduğuna görə sonuncuya 2019cu ilin iyun ayının axrında yaşadığı ünvanda özünə məxsus olan 7.000 manat pulu borca vermişdir. Sonradan ona məlum olmuşdur ki, 2019-cu ilin iyul ayında Şahid2 atası Zərərçəkmiş şəxs oğlu Şahid6 işini həll etmək məqsədi ilə Şahin adlı şəxsə ümumilikdə 30.000 manat məbləğində pul vermişdir. Lakin, sonradan onlara məlum olmuşdur ki, Şahin adlı şəxs Zərərçəkmiş şəxs aldadıb oğlu Elxanın azadlığa buraxılması üçün heç bir iş görməyərək aldığı 30.000 manatı dələduzluq yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxs və onun ailə üzvləri dəfələrlə Şahinlə görüşərək və dəfələrlə sonuncuya zəng edib dələduzluq yolu ilə ələ keçirdiyi 30.000 manatı geri qaytarmasını bildirmişlər, lakin Şahin onlara yalan vədlər verərək heç bir iş görməmiş və aldığı pulu geri qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər məhkəməsinin 21.05.2019-cu il tarixli hökmünə əsasən 2 (iki) il sınaq müddəti cəzası təyin edilmişdir. Onda olan məlumata əsasən yuxarıda qeyd etdiyi cinayət işi üzrə 2018-ci ilin dekabr ayından 2019-cu ilin may ayınadək qardaşı Təqsirləndirilən şəxs Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasmda saxlanılmışdır. Qardaşı Təqsirləndirilən şəxs orada saxlanılarkən Elxan adlı şəxs ilə tanış olmuşdur. Həmin tanışlıq zamanı Elxan adlı şəxs Şahinə bildirmişdir ki, həbs edilməsinə səbəb hansısa barda dava-dalaş olmasıdır, lakin onun həmin hadisə ilə əlaqəsi yoxdur. Ona qarşı hər hansı bir sübut yoxdur. Buna baxmayaraq həbsdə saxlanılır. Yuxarıda qeyd etdiyi kimi 2019-cu ilin may ayının 21-də Şahinin barəsində 2 il sınaq müddəti cəzası təyin edilmiş və qardaşı azadlığa buraxılmışdır. Elxan adlı şəxs ondan xahiş etmişdir ki, mobil nömrəsi ona versin ki, onun valideyinləri Şahinlə əlaqə saxlasınlar və onunda cəza müddətinin aşağı salınmasında köməklik göstərsin. Azadlığa buraxıldıqdan sonra qardaşı Təqsirləndirilən şəxs yeni tanış olduğu Elxanın işi ilə maraqlanmışdır. Buna görə də Şahin Elxanın atası Ucayatın telefon nömrəsini örgənib sonuncuya zəng edərək onun oğlu Şahid6 işi ilə bağlı görüşməyi təklif etmişdir. Onda olan məlumata əsasən qardaşı Şahin telefonla danışdığı Ucayatla Bakı şəhəri, Səbail rayonunda yerləşən “Xəqani» bağında görüşmüşdür. Həmin görüşdə Ucayatın yanında onun həyat yoldaşı Zərgələm xanım olmuş. Şahin isə tək olmuşdur. Həmin vaxt Şahin yuxarıda qeyd etdiyi Ucayata və yoldaşı Zərgələm xanıma vəkillə danışığı barədə söyləmiş və onların oğlunun işinin azaldılmasını 30.000 manata həll edə biləcəyini demişdir. Onlar Şahindən bir müddət vaxt istəmişdirlər. Qardaşı Şahin 2019-cu ilin iyul ayı ərzində Zərərçəkmiş şəxslə “Xəqani» bağında görüşmüşdür. Həmin görüş zamanı Zərərçəkmiş şəxs yoldaşı ilə birlikdə bir neçə dəfəyə qardaşı Şahinə ümumilikdə 30.000 manat məbləğində pulu yuxarıda qeyd etdiyi işin həll olunması məqsədi ilə vermişdirlər. Bunu da, qeyd etmişdir ki, Elxanın vəkili olan Abdul həmin ərəfədə xərçəng xəstəliyindən uzun müddət əziyyət çəkdiyi üçün rəhmətə getmişdi. Şahid6 valideyinləri pulu qardaşı E.Abdullayevə verdiklərindən həmin məbləğin qaytarılmasını Şahin öz öhtəsinə götürmüşdür. Şahin bir neçə dəfəyə ümumilikdə 2.000 (iki min) manat məbləğinə pulu Ucayata qaytarmışdır. Bunu da əlavə etmişdir ki, 2020-ci ilin mart və ya aprel ayında anası X2 və özünün pensiya kartlarını Zərərçəkmiş şəxs verilmişdir ki. sonuncu oradan hər ay pul çıxarıb Şahinin ona verəcəyi məbləqləri çıxarıb azaltsın. Onda olan məlumata əsasən bir neçə ay ərzində Ucayat həmin pensiya kartlarından təxminən 3.600 manat məbləğini çıxartmışdır. Lakin 2020-ci ilin sentyabr ayının axırlarında yuxarıda qeyd etdiyi pensiya kartları Şahinin xahişi ilə bağlanılmışdır. Qalan məbləği isə qardaşı Şahin Zərərçəkmiş şəxs hazırki vaxta qədər qaytara bilməmişdir. Qardaşı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan məsələnin təfərrüatlarım tam şəkildə bilmir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində əri Zərərçəkmiş şəxs Hasısayat oğlunun göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Zərərçəkmiş şəxs istintaq zamanı Təqsirləndirilən şəxs ilə üzləşərkən ifadəsində göstərdiyi xüsusatları bir daha onun üzünə qarşı deyərək etibarından sui-istifadə edib aldadaraq Təqsirləndirilən şəxs onun pulunu ələ keçirdiyini təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, "başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.”. Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxsdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxsin əmlakını mənimsəməklə, o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21.05.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 70-ci maddələri ilə təqsirləndirilərək 04 il 06 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 02 il şərti sınaq müddəti təyin olunmuşdur. Yasamal Rayon Məhkəməsinin 1(004)-22/2021 saylı, 19 yanvar 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilərək barəsində 07 ay müddətinə azadlıqdan məhrum etmə cazasıan məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-528/2021 saylı, 18.03.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Yasamal Rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli hökmü dəyişdirilərək, təyin edilmiş 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 05 ay müddətə endirilmişdir və cəzasını çəkmiş hesab edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında” qətimkan tədbirinin ləğv edilməsini, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək” növündə qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 900 (doqquz yüz) manat, pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-60/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-60/2021
29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver