Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-60/2022 08.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, ev 54, mənzil 127-də qeydiyyatda olan və faktiki Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 245, mənzil 42-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdə Bakı şəhərindən Türkiyə Respublikasının İstanbul şəhərinə Bakı-İstanbul təyyarə reysi ilə səyahət etmək üçün 11 oktyabr 2021-ci il tarixdə “Covid-19” panemiyası ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Diaqnoz” Tibb Mərkəzində verdiyi “PCR” analiz cavabı “pozitiv” olması barədə, həmin günü saat 20:50 dəqiqədə “sms” vasitəsilə “İTS.GOV.AZ” portalından məlumat alması, yəni hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə “Sanitariya-epidemioloji samalmatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli, 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində havadamcı yolu ilə keçən yoluxucu” xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nınn 4.5.5-ci maddəsinin, yəni yaşadığı “Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir” tələblərini pozaraq, yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdar olumasına, 11 oktyabr 2021-ci il tarixdən 25 oktyabr 2021-ci il tarixədək, yəni 14 gün ərzində karantin müddəti təyin edilməsinə baxmayaraq riayət etməyib 19 oktyabr 2021-ci il tarixdə, saat 19 radələrində yaşadığı ünvan 1 ünvanına gəlməklə, epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və xüsusi karantin rejimini pozub, bədənində paltarında və sair formada yeni növ koronavirus (Covid-19) infeksiyasını bir yerdən başqa yerə daşımaqla digər şəxslərin yoluxmalarına real təhlükə yaratmışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1 maddəsində nəzərdə tutulan cinayəti əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 oktyabr 2021-ci il tarixinə Türkiyə Respublikasının İstanbul şəhərinə səyahətə getməsi üçün aldığı avia-biletlə əlaqədar, bir gün öncə yəni 11 oktyabr 2021-ci il tarixdə Xətai rayonu ərazisində yerləşən “"X3” klinikasında “Covid-19” xəstəliyi ilə əlaqədar “PSR” test vermiş, həmin günü saat 20 radələrində, onun mobil telefonuna verdiyi analizin cavabının “pozitiv” olması, ona karantin qaydalarına riayət etməklə yaşayış yerini tərk etməməsi barədə sms bildiriş gəlmişdir. O, özündə “Covid-19” koronovirus xəstəliyin simptomlarını hiss etməmişdir. 19 oktyabr 2021-ci il tarixdə, saat 19:00 radələrində mənzili tərk edib borca pul almaq məqsədilə ictimai nəqliyyatdan istifadə edib Səbail rayonu, Mərdanov qardaşları küçəsi 3 ünvanda yerləşən dostu Rüfətin işlətdiyi “Lord” kafesinə getmişdir. O, Rüfətlə kafenin girişindən pilləkən ilə aşağı düşərkən qarşılarına polis əməkdaşı çıxıb, sənədini tələb edib portalda yoxladığı zamanı onun “Covid-19” xəstəsi kimi qeydiyyatda olmasını aşkar etmişdir. Koronavirus xəstəsi olduğu halda karantin qaydalarını pozduğuna görə peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən “Lord” adlanan kafeni icarə əsasında işlədir. 19 oktyabr 2021-ci il tarixdə, o kafeyə baş çəkmək üçün ünvan 2 ünvanına gəlmiş, kafenin içərisini gəzib bayıra çıxıb qapını bağladığı zaman oraya tanışı Təqsirləndirilən şəxs gəlmişdir. Sonra o, Kamalla birlikdə binanın pilləkənlərindən düşüb blokdan çıxdıqları zaman polis əməkdaşı onlara yaxınlaşıb, sənədlərini təqdim etmələrini xahiş etmişdir. Sonra təqdim olunmuş şəxsiyyət vəsiqələrini polis əməkdaşı özündə olan planşet vasitəsi ilə yoxlayarkən, Təqsirləndirilən şəxs “Covid-19” koronovirus xəstəsi kimi sistemdə qeydiyyatda olması, onun karantin qaydalarını pozduğu aşkar olmuşdur. Kamalının koronovirus xəstəsi olduğu barədə onun məlumatı olmamışdır. İş materiallarına əlavə edilmiş 23 oktyabr 2021-ci il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarına əlavə edilmiş 11 oktyabr 2021-ci il tarixdə, saat 20:50-də “İTS.GOV.AZ” portalından Təqsirləndirilən şəxs göndərilmiş “sms” bildirişdən görünür ki, “Hörmətli Təqsirləndirilən şəxs. Sizin 11.10.2021-ci il tarixində Covid-19 ilə bağlı verdiyiniz analiz testin nəticəsi POZİTİVDİR. Xahiş olunur, Siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejimi pozduğunuz təqdirde, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz.İD:**********.tel:1542”. «SMS» mətni daxil olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 30 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş “X2’” Tibb Mərkəzinin 17 noyabr 2021-ci il tarixli 06/21 saylı məktubundan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 11.10.2021ci il tarixində “X3” MMC-də yaxmada “Covid-19” (PZR)” Laborator analizi götürülmüşdür. “Covid-19 PZR ” yoxlanılmış analiz (+) pozitiv” diaqnozu ilə qeydiyyata götürümüşdür. Xəstənin məlumatları its.gov.az rəsmi səhifəsinə işlənilmişdir. Xəstəlik aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş 25 noyabr 2021-ci il tarixli “antenn məlumatları əks olunmuş CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin onun tərəfindən 11 oktyabr 2021-ci il tarixdə saat 20:50-dəqiqədən virusun inkubasiya dövrü hesab edildiyi 14 gün bitdiyi 25 oktyabr 2021-ci il tarixədək yaşadığı mənzili tərk etməsinə dair aşağıdakı məlumatları əks olunmuşdur: -11.10.2021-ci il 20:51:29-dan 13.10.2021-ci il 00:04:42-ə qədər olan müddətdə Bakı şəhəri, Xətai rayonu,Sarayevo küçəsi 20; -13.10.2021-ci il 00:05:01-də Bakı şəhəri,Xətai rayonu,M.Rüstəmova küçəsi 22; -13.10.2021-ci il 00:14:13-dən 13.10.2021-ci il 16:41:46-a qədər olan müddətdə Bakı şəhəri, Xətai rayonu,Sarayevo küçəsi 20; -13.10.2021-ci il 16:43:01-də Bakı şəhəri,Xətai rayonu,M.Rüstəmova küçəsi 22; -13.10.2021-ci il 16:52:44-dən 14.10.2021-ci il 11:55:22-ə qədər olan müddətdə Bakı şəhəri, Xətai rayonu,Sarayevo küçəsi 20; -14.10.2021 -ci il 11:55:56-da Bakı şəhəri,Xətai rayonu,M.Rüstəmova küçəsi 22; -14.10.2021-ci il 12:05:57-dən 14.10.2021-ci il 15:05:40-a qədər olan müddətdə Bakı şəhəri, Xətai rayon u, Sarayevo küçəsi 20; -14.10.2021-ci il 21:16:53-dən 14.10.2021-ci il 21:40:59-a qədər olan müddətdə Bakı şəhəri,Xətai rayonu,M.Rüstəmova küçəsi 22; 15.10.2021-ci il 08:34:01-dən 15.10.2021-ci il 16:49:05-ə qədər olan müddətdə Bakı şəhəri, Xətai rayonu,Sarayevo küçəsi 20; -15.10.2021-ci il 20:39:40-da Bakı şəhəri,Xətai rayonu,M.Rüstəmova küçəsi 22; -15.10.2021-cici il 20:49:11-dən 15.10.2021-ci il 21:03:28-a qədər olan müddətdə Bakı şəhəri, Xətai rayon u,Sarayevo küçəsi 20; -16.10.2021-ci il 00:53:27-dən 16.10.2021-ci il 01:01:38-ə qədər olan müddətdə Bakı şəhəri,Xətai rayon u, M. Rüstəmova küçəsi 22; -16.10.2021-ci il 01:02:58-dən 16.10.2021-ci il 11:55:33-ə qədər olan müddətdə Bakı şəhəri, Xətai rayonu,Sarayevo küçəsi 20; -16.10.2021-ci il 12:54:49-da Bakı şəhəri,Xətai rayon u, M. Rüstəmova küçəsi 22; 16.10.2021- ci il 16:30:46-dən 16.10.2021-ci il 16:39:01-ə qədər olan müddətdə Bakı şəhəri, Xətai rayonu,Sarayevo küçəsi 20; 16.10.2021 -ci il 16:39:04-dən 16.10.2021-ci il 17:01:18-ə qədər olan müddətdə Bakı şəhəri, Xətai rayonu,Sarayevo küçəsi 20; -17.10.2021-ci il 10:22:39-dan 17.10.2021-ci il 13:50:38-ə qədər olan müddətdə Bakı şəhəri,Xətai rayonu,M.Rüstəmova küçəsi 22; -17.10.2021-ci il 14:06:38-dən 18.10.2021-ci il 22:34:10-a qədər olan müddətdə Bakı şəhəri, Xətai rayonu,Sarayevo küçəsi 20; -19.10.2021-ci il 01:38:22-də Bakı şəhəri,Xətai rayonu,M.Rüstəmova küçəsi 22; -19.10.2021-ci il 10:27:07-də Bakı şəhəri,Xətai rayonu,Sarayevo küçəsi 20; -19.10.2021-ci il 10:37:49-da Bakı şəhəri,Xətai rayon u, General Şıxlinski küçəsi; -19.10.2021-ci il 20:32:41-dən 20.10.2021-ci il 10:51:24-ə qədər olan müddətdə Bakı şəhəri, Xətai rayonu,Sarayevo küçəsi 20; -20.10.2021-ci il 12:40:45-də Bakı şəhəri,Xətai rayonu,M.Rüstəmova küçəsi 22; -20.10.2021-ci il 12:41:49-dən 20.10.2021-ci il 12:50:56-a qədər olan müddətdə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi; -20.10.2021-ci il 12:35:55-dən 21.10.2021-ci il 14:54:16-a qədər olan müddətdə Bakı şəhəri, Xətai rayonu,Sarayevo küçəsi 20; -21.10.2021-ci il 15:03:32-də Bakı şəhəri,Xətai rayonu,General Şıxlinski küçəsi; -21.10.2021-ci il 15:05:41-dən 23.10.2021-ci il 11:07:52-ə qədər olan müddətdə Bakı şəhəri, Xətai rayonu,Sarayevo küçəsi 20; -23.10.2021-ci il 15:00:28-də Bakı şəhəri,Xətai rayon u, M. Rüstəmova küçəsi 22; -23.10.2021-ci il 15:09:57-dən 23.10.2021-ci il 19:54:37-ə qədər olan müddətdə Bakı şəhəri, Xətai rayonu,Sarayevo küçəsi 20; -23.10.2021-ci il 22:19:06-də Bakı şəhəri,Xətai rayonu,M.Rüstəmova küçəsi 22; -23.10.2021-ci il 22:44:18-dən 25.10.2021-ci il 14:20:28-ə qədər olan müddətdə Bakı şəhəri, Xətai rayonu,Sarayevo küçəsi 20. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 25.11.2021-ci il tarixli, 954/KEŞ saylı ekspert rəyindən görünür ki, 11 noyabr 2020-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs «Covid-19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitargigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. «Covid-19» virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 10 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun etirafı, şahidin ifadəsi, ekspertiza rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlilləri ilə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Eyni zamanda, həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, əməlini etiraf etməsini, səmimi peşmançılığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən hallarını, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cərimə cəzası cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş materiallarında olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-60/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-60/2022
08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver