Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-60/2024 06.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı6, Müdafiəçi Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatında olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “Snapchat” sosial şəbəkə vasitəsi ilə tanış olduğu 02 avqust 2007-ci il təvəllüdlü 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə 04 iyul 2023-cü il tarixdə görüşdükdən sonra, sonuncu ilə qeyri təbii yolla çinisi əlaqədə olmaq məqsədi ilə özünün razılığı ilə 05 iyul 2023-cü il tarixdə saat 01:50 radələrində ünvan 2 ünvanında yerləşən “Pilot” otelə birlikdə gələrək, həmin otelin ikinci mərtəbəsində 5 nömrəli otaqda onun üçün aşkar surətdə 16 yaşına çatmayan Sara Süleymanova ilə qeyri-təbbi yolla, yəni arxa keçəcəkdən cinsi əlaqədə olmaqla 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, Sara ilə 2023-cü ilin aprel ayında sosial şəbəkədə “Snapçat” vasitəsi ilə tanış olmuşdur. Telefon vasitəsi ilə Sara ilə danışan zaman Sara ona on altı yaşında olduğunu və Gəncə şəhərində yaşadığını demişdir. 2023-cü ilin may ayında Bakı şəhərində avtomobili ilə Gəncə şəhərinə gələrək Sara ilə görüşmüş, Gəncə şəhərində birlikdə gəzərək aralarında olan söhbətdən sonra evinə qayıtmışdır. Bundan sonra yenə də bir müddət mobil telefondan istifadə edərək bir-biri ilə əlaqə saxlamışlar. 04 iyul 2023cü ildə Sara onula əlaqə saxlayaraq Bakıda nənəsinin evində olduğunu, ailəsi tərəfindən sıxıldığını və onu evdən qaçırmasını deyərək öz yerləşməsini sosial şəbəkə vasitəsi ilə ona göndərmişdir. 04 iyul 2023-cü ildə saat 23 radələrində taksi sifariş edərək Sulutəpə deyilən ərazidən Saranı götürüb “Torqovaya” deyilən ərazidəki “Pilot otelə” gəlmişlər. Həmin gecə “Pilot” otelində Sara ilə eyni otaqda galmış lakin Sara ilə cinsi əlaqədə olmamışdır. Səhər yuxudan oyanaraq onun hərbi komisarlığa çağırılmasını bilmiş, Sara isə öz mobil telefonun açaraq ailə üzvlərinin onu axtarmasını bilmişdir. Bundan sonra Sara ilə birlikdə Dənizkənarı Milli Parka gəlmişlər Saranı orada qoyub hərbi komisarlığa getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2023-cü ilin aprel ayında “Snapçat” sosial şəbəkə vasitəsilə Samir ilə tanış olmuşdur. Samirə Gəncə şəhərində olan 22 nömrəsli orta məktəbin 9-cu sinif şagirdi olmasını demişdi. Samir telefon yazışmalarında onunla Gəncə şəhərində görüşmək istədiyini demiş və 2023-cü ilin may ayında Samir Gəncə şəhərinə gəlmişdi. Gəncədə olan “Gəncə Mall”un qarşısında Samirlə görüşmüş, söhbət etmiş və Samirin idarə etdiyi avtomobili ilə Gəncədə 3 saat gəzişmişlər,sonra Samirdən ayrılıb evə getmişdi. Onun Samirlə görüşməkdə məqsədi ailə qurmaq olmuşdur. Bundan sonra onlar yenə telefondan istifadə edərək bir biri ilə əlaqə saxlamışlar. Samirlə aralarında olan bu söhbətlərdən bacısı Leylanın xəbəri tutmuş və onun yaşının az olmasını deyərək Samirlə əlaqəni kəsməyi ona demişdir. Bundan sonra o, Samirin telefon nömrəsini öz telefonunda bloka salmışdı. 08 iyun 2023-cü ildə bacısı ilə birlikdə Bakıda yaşayan nənəsi Zəkiyyənin evinə gəlmişlər. Bakı şəhərində Sulutəpə deyilən ünvanda nənəsinin evində qaldığı müddətdə Samir ilə yenə də telefonda yazışmağa başlamış və 04 iyul 2023-cü il tarixdə nənəsinin ünvanın mobil telefon vasitəsi ilə Samirə bildirmişdir. 04 iyul 2023-cü ildə Samir axşam saat 23 radələrində taksi ilə gələrək onu nənəsinin evindən götürmüş, taksi ilə yolda gedən zaman Samir gec olduğuna görə onu otelə aparıb orada saxlayıb sonra evlənmək məqsədi ilə onu qohumu evinə aparacağını demişdir. Samirlə birlikdə birinci adını bilmədiyi bir otelə getdikdə orada onun yaşı az olduğudan oteldə qalmağa onlara icazə verilməmiş, bundan sonra Samir onu “Pilot” otelinə aparmışdı. “Pilot” oteldə olan zaman onlar həmin otelin 2-ci mərtəbəsinə qalxmışlar və Samir onu otaqda qoyub aşağı qeydiyyata düşmüşdü. Samir otağa qayıdan zaman onun azyaşlı olmağı ilə bağlı yaranmış problemi həll etdiyini ona demişdi. Həmin zaman o, mobil telefonunu söndürmüşdü. Həmin otelin otağında Samirlə birlikdə gecələmişdi. Həmin gecə Samir onunla bir neçə dəfə qeyri-təbbi yolla zorla cinsi əlaqədə olmuşdur. Səhər tezdən mobil telefonun açdıqda polis tərəfindən axtarıldığını bilmiş və bu barədə Samirə demişdi. Samirin anası Samirə zənq edərək hərbi komisarlığa getməsini demiş, Samir onu Dənizkənarı Milli Parka gətirərək oradan hərbi komisarlığına getmişdir. Dənizkənarı Milli Parka olan zaman bacısı Leyla ona zəng etmiş o da, Leylaya olduğu yeri demişdi. Leyla həmin yerə gəlmiş və o, bacısına Samir tərəfindən ona etdiklərini danışmışdı. Sonra bölmədə baş verənlər ilə bağlı izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 2021-ci ilin may ayından ünvan 4 ünvanında olan “Pilot” otelini işlədir. İcarəyə işlətdiyi oteldə həmin hadisə ərəfəsində Mehdi nəzarətçi, Eyvaz və Elcan isə qeydiyyatçı kimi işləmişlər. Birmənalı olaraq qanunla müəyyən edilmiş qayda ilə oteldə qalmaq üçün müraciət edən şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməli olmuşlar. Rayonda olan zaman polis işçiləri ona zəng edərək rəhbərlik etdiyi “Pilot” oteldə Samir adlı bir oğlnanın on altı yaşına çatmamış Sara adlı bir qızla birlikdə oteldə qalmasını və orada Samirin Sara ilə cinsi əlaqədə olmasını demişdir. Bundan sonra Bakı şəhərinə gəlib maraqlandıqda qeydiyyatçı X3 növbəsində hadisənin baş verməsini bilmiş və Eyvaz Əhmədzadənin əmək fəaliyyətinə dərhal xitam vermişdi. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X2 05 iyul 2023-cü il tarixli 305 saylı ekspertiza rəyini müdafiə edərək ifadəsində Zərərçəkmiş şəxs Birliyin ekspertizalar şöbəsində canlı müayindədən 05 iyul 2023-cü il tarixdə keçdiyini bildirmişdir. İş materiallarında olan 05 iyul 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qarşı edilmiş cinayət əməli ünvan 5 ünvanda yerləşən “Pilot” otelinin 5 saylı otaq baş vermişdir. İş materiallarında olan 07 iyul 2023-cü il tarixli 305 saylı Məhkəmə-tibbi ekspertizasnın canlı şəxsin ekspertizası rəyindən görünür ki, 02 avqust 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik qurluğu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs bədən səthi üzərində, hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxsğınıda arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmişdir. İş materiallarında olan 09 avqust 2023-cü il tarixli cinayət işinin başlanması barədə qərarından görünür ki, Səbail RPİ-nin İŞ-də toplanmış 176-C-23 nömrəli materialı üzrə fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. İş materiallarında olan 09 avqust 2023-cü il tarixli cinayət işinin icraata qəbul etmək haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi istintaqı aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan 19 avqust 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 19 avqust 2023-cü il tarixli zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi Qanuni nümayəndə1 Zərərçəkmiş şəxs qanuni nümayəndəsi təyin edilmiş və ona vəzifələri izah edilmişdir. İş materiallarında olan 22 avqust 2023-cü il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokolundan görünür ki, o, ifadəsində qeyd etdiyi hadisəni əyani olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan 22 avqust 2023-cü il tarixli 2362 saylı kompleks ambulator məhkəmə-psixatirik və psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli-intelektual imkanları normaya uyğundu. S.N.Süleymanlmm əqli-intelektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daya yaxındır(psixi fəaliiyətin xarici aləmə yönəlməsi).Unsiyyətçilik, inadkarlıq, sərbəstliyə və mütəqiyyə can atmaq eqosentizm kimi xarakter və xüsusiyyətlərə malikdir. Ona qarşı hüquqa zidd hərəkətlər edilərkən fərdi-psixi xüsusiyyətlərinə görə müqavimət göstərə bilərdi. S.N.Süleymanlmm yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. S.N.Süleymanlmm əqil və psixi inkişafında gerilik əlamətləri aşkar olunmamışdır. S.N.Süleymanlmm əqli və psixi inkişafı nəzərə alınmaqla onunla yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyilllilik müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 24 noyabr 2014-cü il tarixli Bakı şəhəri Xətai rayon icra şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(011)-331 saylı hökmü ilə təyin edilmiş 400 (dörd yüz) manat məbləğində cərimə ödənilmişdir. İş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli “ittiham elan edilməsi üçün təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında ” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə tutulması barədə qərar alınmışdır. İş materiallarında olan 08 sentyabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulmasına dair protokolundan görünür ki, Təqsirləndirilən şəxs 08 senntyabr 2023-cü il tarixdə saat 16:00-da saxlanılmış və 9-cu Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 09 sentyabr 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokolundan görünür ki, üzləşmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs öz ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan 10 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs Səbail RPİ-nin MSY-dən dərhal azad edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 10 sentyabr 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli cinsi aktivliyin təyin edilməsi ilə bağlı keçirilmiş 22 sentyabr 2023-cü il tarixli, 419 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. İş materiallarında olan 16 sentyabr 2023-cü il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, baxış keçirilən disk bir ədəd disk «DVD-R» formatlıdır. Qeyd edilən diski xidməti otaqda olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda diskin içində müxtəlif saniyyələr müddətində « 03 » ədəd videogörüntü aşkar olundu. Həmin diskdə olan fayıllara baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qızma qarşı edilmiş cinayət hadisəsinin ünvan 6 ünvanında olan “Pilot hoteldə” olması əks olunmuşdur. Video-diskdə olan video-faylları açılaraq baxılan zaman görüntüdə olan 05 iyul 2023- cü il tarixdə gecə vaxtı saat 01:45 dəqiqə ərəfələrində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ünvan 7 ünvanda yerləşən “Pilot hoteldə” olmaları faktı öz təsdiqini tapmışdır. Belə ki, diskdə olan faylıb birini açıb baxdıqda 1 dəqiqə 37 saniyəlik görüntüdə təqsirləndirilən X8 Süleymanlığının birlikdə 05 iyul 2023-cü il tarixdə saat 01:45 dəqiqədə “Pilot hotelə” girmələri, ön tərəfdə Təqsirləndirilən şəxs və onun ardınca isə Zərərçəkmiş şəxsğım getməsi aşkar olunur. Onların hər isi pilləkənlə ikinci mərtəbəyə qalxaraq qalacaqları otağa doğru getmələri görüntülənir. Həmin diskdə olan digər faylı açıb baxdıqda orada olan 2 dəqiqə 31 saniyəlik görüntüdə təqsirləndirilən Samq Quliyevin otelin girişində olan resepşin olmuş Eyvaz Əhmədzadə ilə danışması, sonradan ona pul verməsi və ikinci mərtəbəyə qalmaxı aşkar olunur. Diskdə olan digər faylı açıb baxdıqda 29 saniyə görüntülənir və həmin görüntüdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs otelin ikinci mərtəbəsində qabaqda Təqsirləndirilən şəxs getməsi və onun da ardında Sara Süleymanlmm getməsi görüntülənir. Götürülmüş 01 ədəd diskə baxış keçirilməsi barədə protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 14 oktyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, ifadənin yerində yoxlanılması protokolu və üzləşmə protokolu, şahid ifadəsi, hadisə yerinə baxış protokolu, DVD diskinə baxış protokolu, məhkmə-tibbi və kompleks məhkəmə psixatrik və psixoloji ekspertizalarının rəyləri və sair istintaq sənədləri sübut növü kimi tanınmışdır. İş materiallarında olan 04 iyul 2024 tarixli notarial qaydada təsdiq olunmuş zərərçəkmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 ərizəsindən görünür ki, onun təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur. Təqsirləndirilən şəxs ilə barışmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə -üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət işinin materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə kifayət qədər sübutların toplanılmadığını və toplanmış sübutların müqayisəli təhlili və tədqiqi ilə aparılmış məhkəmə istintaqının nəticələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddələlər üzrə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, ekspertiza rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi sübutların məcmusu ilə təkzib olunur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, zərərçəkmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi olmamasını və təqsirləndirilən şəxs ilə barışmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq istintaq dövründə tutulduğu müddəti təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq dövründə 08 sentyabr 2023-cü il tarixdən 10 sentyabr 2023-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42,344-349, 350-353, 356, 358,383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinib ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 08 sentyabr 2023-cü il tarixdən 10 sentyabr 2023cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 06 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-60/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-60/2024
06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver