Məhkəmə qərarları › İş №1(009)-60/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-60/2025

03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-60/2025 03.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Vəliyev Məhəmməd Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1965-ci Göyçay şəhərində doğulmuş,, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən saxlanc yerinə (dəmir konstruksiyalı dolaba) qanunsuz daxil olmaqla tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 aprel 2024-cü il tarixdə, axşam saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “S.Vurğun” parkında Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 500 manat dəyərində “Samsung A32” markalı mobil telefonu, 01 ədəd 05 manat dəyərində mobil nömrəni və 01 ədəd 07 manat dəyərində telefon üzlüyünü gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 512 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 30 aprel 2024-cü il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Muğan” parkında Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 450 manat dəyərində “Xiaomi Redmi 10” markalı mobil telefonu, 02 ədəd 25 manat dəyərində mobil nömrəni, bir ədəd 06 manat dəyərinədə telefon örtüyünü, 01 ədəd 12 manat dəyərində telefon aksessuarını, 14 manat nağd pulu, bir ədəd 15 manat dəyərində pul kisəsini və bir ədəd 20 manat dəyərində çantanı gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 542 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 30 aprel 2024-cü il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Muğan” parkında Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 1600 manat dəyərində “İphone 13 pro” markalı mobil telefonu və 01 ədəd 05 manat dəyərində mobil nömrəni gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 1605 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 may 2024-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Muğan” parkında Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 150 manat dəyərində velosipedi gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 150 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 iyun 2024-cü il tarixdə, axşam saat 19:10 radələrində ünvan 3 ünvanında yerləşən “AYZ Baku” geyim mağazasında saxlanc yeri hesab edilən dəmir konstruksiyalı dolabdan Zərərçəkmiş şəxs5 məxsus bir ədəd içərisində sonuncuya məxsus 05 manat dəyərində 02 ədəd Kapital Bank kartları, 01 ədəd 270 manat dəyərində “Huawei Watch fit 3” markalı ağıllı qol saatı, bir ədəd 16 manat dəyərində pul kisəsi, 300 manat və 850 manat ekivalentində 500 ABŞ dolları nağd pulu, 239 manat dəyərində qara rəngli “Emporium” markalı əl çantasını və içərisində 25 manat dəyərində bir ədəd köynək olan sarı rəngli sellofan paketi gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 1710 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 iyun 2024-cü il tarixdə, saat 19:20 radələrində Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, ünvan 4 ünvanda yerləşən “İDEA” ictimai çimərliyində olan zaman Zərərçəkmiş şəxs6 məxsus içərisində 109 manat dəyərində 01 ədəd üzərində “X4” yazısı olan 50 ml həcimli ətir, 64 manat dəyərində 01 ədəd üzərində “İS” yazısı olan 50 ml həcmli ətir, 185 manat dəyərində 01 ədəd üzərində “Miss Dear” yazısı olan 100 ml həcmli ətir, bir ədəd “KapitalBank”-a məxsus 4169-7388-0411-1957 nömrəli plastik bank kartı, qar dənəcəyi formasında 20 manat dəyərində bir cüt sırğa, 700 manat dəyərində 01 ədəd qızıl üzük, 2800 manat dəyərində 01 ədəd brilliant qaşlı qızıl üzük, 250 manat dəyərində 01 ədəd 16 GB yaddaş tutumlu “İphone 5S” markalı mobil telefon, içərisində sonuncuya məxsus 300 manat nağd pul olan 10 manat dəyərində pul kisəsi olan 40 manat dəyərində əl çantasını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs6 ümumilikdə 4478 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 iyun 2024-cü il tarixdə, 19:40 radələrində Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, ünvan 4 ünvanda yerləşən “İDEA” ictimai çimərliyində olan zaman Zərərçəkmiş şəxs7 məxsus üzərində 06 manat dəyərində ***-***-**-** saylı, 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrələr, 05 manat dəyərində qoruyucu kabura (üzlük) və həmin kaburanın (üzlüyün) içərisində 20 manat nağd pul və sonuncuya məxsus 250 manat dəyərində 32 GB yaddaş tutumlu “İphone 7 plus” markalı mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs7 ümumilikdə 291 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlləri törətdiyini, bütün oğurladıqlarını qaytardığına və dəymiş ziyanı ödədiyinə görə ona elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini, başında pis xəstəliyin olduğunu, Belarusiyada psixiatriya xəstəxanasında yatdığını bildirərək, yaşını, xəstəliyini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs6 ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Bununla bağlı ərizə təqdim etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs5 bildirmişdir ki, Nəsimi rayonu ərazisində yerləşən AYZ Baku mağazasına daxil olanda əl çantasını ağzı bağlanmayan dolaba qoyub. Çıxanda görüb ki, çantası yoxdur və mühafizəyə məlumat verdi. Bir qədər sonra gördü ki, Neftçilər tərəfdə kartından pul çıxılmağa cəhd edildi, polisə məlumat verib. Çantanın içərisində 500 ABŞ dolları və 3000 manat pul, qol saatı, bank kartları, xidməti vəsiqəsi olduğunu, hal-hazırda şikayətinin olmadığını bildirmişdir. Bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs4 bildirmişdir ki, kuryer işlədiyinə görə velosipedi 28 may adlanan ərazidə dəmirə bağlayıb və daha sonra velosipedin orada olmadığını görüb. Velosipedin dəyərinin 150 AZN olduğunu, hal-hazırda şikayətinin olmadığını bildirib. Bununla bağlı məhkəməyə ərizə təqdim edib. Zərərçəkmiş şəxs2 ərizə ilə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs tərəfindən vurulan ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayətinin olmadığını, aralarında barışıq olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməyini bildirmişdir. İş materiallarında olan 27 iyun 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild c.i.v.1). İş materiallarında olan 11 iyun 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan ünvan 5 ünvanında yerləşən “AYZ Baku” geyim mağazasında baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək, mağazada quraşdırılmış müşahidə kameralarının qeydə aldığı video görüntülər protokola əlavə edilmişdir (İ cild c.i.v.8-12). İş materiallarında olan 27 iyun 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild c.i.v. 21-22). İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» tərtib edilmiş 27 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 iyun 2024-cü il tarixdə saat 18:05-də hadisə törətməsində şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur (İ cild c.i.v. 38-39). İş materiallarında olan 28 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (İ cild c.i.v. 46). İş materiallarında olan 28 iyun 2024-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi, bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək ********* nömrə ilə ibtidai istintaq davam etdirilərək cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir (İ cild c.i.v.62-64). İş materiallarında olan 04 may 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild c.i.v. 67). İş materiallarında olan 30 aprel 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Muğan” parkında baxış keçirilmiş, hadisə yerinin fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (İ cild c.i.v.82-85). İş materiallarında olan 04 may 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Muğan” parkında baxış keçirilmiş, hadisə yerinin fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (İ cild c.i.v. 89-91). İş materiallarında olan 04 may 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “S.Vurğun” parkında baxış keçirilmiş, hadisə yerinin fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (İ cild c.i.v.94-96). İş materiallarında olan 04 may 2024-cü il tarixli “götürmə haqqında” qərardan görünür ki, Şahid2 təqdim etdiyi “İphone 13 pro” markalı mobil telefon götürülmüşdür (İ cild c.i.v.102-104). İş materiallarında olan 04 may 2024-cü il tarixli “götürmə haqqında” qərardan görünür ki, Şahid1 təqdim etdiyi “Redmi 10” markalı mobil telefon götürülmüşdür (İ cild c.i.v.107-109). İş materiallarında olan 04 may 2024-cü il tarixli “götürmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi pul kisəsi götürülmüşdür (İ cild c.i.v.112- 113). İş materiallarında olan 04 may 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild c.i.v. 124-125). İş materiallarında olan 04 may 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild c.i.v. 133-134). İş materiallarında olan 04 may 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild c.i.v. 142-143). İş materiallarında olan 04 may 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild c.i.v. 150-151). İş materiallarında olan 06 may 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (İ cild c.i.v. 185-186). İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Nəsimi rayon Prokuroru, baş ədliyyə müşaviri Həsən Hənifəyevin 06 may 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır (İ cild c.i.v.206-208). İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 06 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə” iltizam növündə qətimkan tədbiri seçilmişdir (İ cild c.i.v. 206-210). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 29 may 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild c.i.v. 218). İş materiallarında olan 06 iyun 2024-cü il tarixli 9/3877 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung A32” markalı, 64 GB yaddaşlı mobil telefon mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametirlərinə uyğun olaraq 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 180,00 manat müəyyən olunur. 01 ədəd 26-lıq velosiped haqqında kifayət qədər məlumat (markası, modeli, texniki göstəriciləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı (tədqiqatın dəyəri 50 manat), (İ cild c.i.v. 219-220). İş materiallarında olan 28 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (İ cild c.i.v. 238-239). İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 4(006)-330/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 27 iyun 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (İ cild c.i.v. 269-273). İş materiallarında olan 01 iyul 2024-cü il tarixli 9/3878 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “İphone 13 pro” markalı, 256 GB yaddaş tutumlu mobil telefon mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla 1200,00 manat, 01 ədəd ***-***-**-** GSM nömrə 4,00 manat, 01 ədəd 64 GB yaddaş tutumlu, Çin istehsalı, “Xiaomi Redmi 10” markalı, 21061119AG model mobil telefon mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla 150,00 manat, 01 ədəd ***-***-**-** saylı GSM nömrə 4,00 manat, 01 ədəd ***-***-**-** saylı GSM nömrə-4,00 manat olduğu müəyyən olunur (tədqiqatın dəyəri 50 manat). İş materiallarında olan 03 iyul 2024-cü il tarixli “əşyanın maddi sübut kimi tanınması və məsul saxlanca verilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə götürülmüş Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “İphone 13pro” markalı mobil telefon maddi sübut kimi tanınmış və qanuni sahibi Zərərçəkmiş şəxs3 qaytarılmışdır (İ cild c.i.v.222-226). İş materiallarında olan 03 iyul 2024-cü il tarixli “əşyanın maddi sübut kimi tanınması və məsul saxlanca verilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə götürülmüş Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd çanta, bir ədəd pul kisəsi, 01 ədəd tələbə bileti, dəftər-kitablar, açarlar, metro kartı və 01 ədəd “Redmi 10” markalı mobil telefon maddi sübut kimi tanınmış və qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılmışdır (İ cild c.i.v.227-233). İş materiallarında olan 21 iyun 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild c.i.v. 277). İş materiallarında olan 22 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (İ cild c.i.v. 278-279). İş materiallarında olan 12 iyul 2024-cü il tarixli “cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Nəsimi RPİnin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi eyni şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməsindən ötrü Səbail RPİ-nin istintaq şöbəsinə göndərilmişdir (İ cild c.i.v. 280-282). İş materiallarında olan 31 iyul 2024-cü il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək ********* nömrə ilə ibtidai istintaq davam etdirilmişdir (İİ cild c.i.v.4). İş materiallarında olan 20 iyun 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, ünvan 4 ünvanda yerləşən “İDEA” ictimai çimərliyin baxış keçirilmiş, hadisə yerinin fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (İİ cild c.i.v.23-25). İş materiallarında olan 20 iyun 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, ünvan 4 ünvanda yerləşən “İDEA” ictimai çimərliyin baxış keçirilmiş, hadisə yerinin fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (İİ cild c.i.v.38-40). İş materiallarında olan 21 iyun 2024-cü il tarixli “baxış və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, 01 ədəd üzərində “İS” yazısı olan 50 ml həcmli ətir, 01 ədəd üzərində “X6” yazısı olan 50 ml həcimli ətir, 01 ədəd ağ-çəhrayı rəngli qutunun içərisində olan üzərində “Miss Dear” yazısı olan 100 ml həcmli ətir, qar dənəcəyi formasında bir cüt sırğa, 01 ədəd qızıl üzük, 01 ədəd gümüşü rəngli qaşlı üzük, bir ədəd “KapitalBank”-a məxsus 4169-7388-0411-1957 nömrəli plastik bank kartı, 01 ədəd 16 GB yaddaş tutumlu “İphone 5S” markalı mobil telefon, 01 ədəd əl çantası götürüldü. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (İİ cild c.i.v.45-48). İş materiallarında olan 21 iyun 2024-cü il tarixli “materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs6 şikayət ərizələri əsasında toplanmış material aidiyyəti üzrə Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (İİ cild c.i.v. 49-51). İş materiallarında olan 21 iyun 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır (İİ cild c.i.v. 55). İş materiallarında olan qəbzdən və foto şəkillərdən görünür ki, Zərərçəkmiş şəxs7 özünə məxsus İphone 7 plus markalı mobil telefonunu saz və işlək vəziyyətdə müstəntiqdən almışdır (İİ cild c.i.v. 63-65). İş materiallarında olan 21 iyun 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır (İİ cild c.i.v. 66). İş materiallarında olan qəbzdən və foto şəkillərdən görünür ki, Zərərçəkmiş şəxs6 özünə məxsus 03 ədəd ətir, 01 ədəd açar, 01 ədəd bank kartı və əl çantasını müstəntiqdən almışdır (İİ cild c.i.v. 75-82). İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» tərtib edilmiş 21 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2024-cü il tarixdə saat 20:00-da hadisə törətməsində şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur (İİ cild c.i.v. 96-97). İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 23 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (İİ cild c.i.v. 128). İş materiallarında olan 22 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (İİ cild c.i.v. 106-108). İş materiallarında olan 16 iyul 2024-cü il tarixli 9/5271 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə qeyd edilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 01 ədəd 100 ml həcmdə, üzərində “X7 Bouquet” markalanma göstəricisi olan ətir-23,0 manat, 01 ədəd üzərində “Prada Milano” yazıları olan əl çantası-10,00 manat, 01 ədəd 50 mlhəcmdə, üzərində “Giordani Gold” markalanma göstəricisi olan ətir-62,00 manat, 01 ədəd 50 ml həcmdə üzərində “İS” markalanma göstəricisi olan ətir-25,00 manat, 01 ədəd 32 GB yaddaş tutumlu, **********45518 İMEİ kodlu və ekran hissəsi sınıq vəziyyətdə olan “İphone 7 Plus” markalı mobil telefon zədələnməmişdən əvvəl, normal, istifadədə olmuş vəziyyətdə 155,00 manat, hazırki vəziyyətdə (üst gövdəsi zədəli vəziyyətdə) ehtiyyat hissəsi kimi-50,00 manat olduğu müəyyən olunur (tədqiqatın dəyəri 50 manat), (İİ cild c.i.v. 142-144) İş materiallarında olan 13 avqust 2024-cü il tarixli 9/5272 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “İphone 5S” markalı, 16 GB yaddaş tutumlu mobil telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 60,00 manat olduğu müəyyən olunur (tədqiqatın dəyəri 50 manat), (İİ cild c.i.v. 146-147). İş materiallarında olan 01 avqust 2024-cü il tarixli 9/5256 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən əşyaların modeli və digər göstəriciləri nəzərə alınmaqla orta bazar qiyməti təxminən 3,36 qram kütləli, üzərində 53 ədəd rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 01 ədəd üzük 750 əyarlı qızıldan hazırlanmış, üzərində olan qaşlar qiymətli qaşlara aiddir-brilyantdır. Qaşlardan bir ədədi təxminən 0,040 karat ölçüdə, 8 ədədi hər biri təxminən 0,025 karat ölçüdə, 40 ədədi hər biri təxminən 0,010 karat ölçüdə, 4 ədədi hər biri təxminən 0,005 karat ölçüdə olmaqla ümumilikdə 4/4 keyfiyyətlidir-650,00 manat, 1,32 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində sünbül formalı bəzəyi olan, sarı rəngli 1 ədəd üzük-112,2 manat, 3,15 qram kütləli, qiymətsiz metal ərintisindən (mis, sink və s.) hazırlanmış, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 cüt sırğa-10,00 manat olduğu müəyyən olunur (tədqiqatın dəyəri 140 manat), (İİ cild c.i.v. 149-151). İş materiallarında olan 02 sentyabr 2024-cü il tarixli 2531 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən cinayət hadisələrini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri aşkar edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükəli deyil. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs törətdiyi əməlin mahiyyətini düzgün qavrayıb, düzgün ifadə vermək qabliyyətindədir. Onda yalan danışmağa, özündən uydurmağa meyillik aşkar edilmədi (İİ cild c.i.v. 152-155). İş materiallarında olan 13 sentyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Nəcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (İİ cild c.i.v. 160-161). İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs6 özünə məxsus 02 ədəd qar dənəciyi formalı sırğanı, 01 ədəd sümbül formalı üzüyü və 01 ədəd üzəri briliyant qaşlı üzüyü müstəntiqdən təhvil almışdır (İİ cild c.i.v. 27). İş materiallarında olan Zərərçəkmiş şəxs6 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Dəymiş ziyan ödənilmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaq. İbtidai istintaqda verdiyi ifadəni təsdiqləyir (İİİ cild c.i.v. 27). İş materiallarında olan Zərərçəkmiş şəxs5 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Dəymiş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaq (İİİ cild c.i.v. 38). İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilməyib Təqsirləndirilən şəxs şikayətçidir (İİİ cild c.i.v. 51). İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanladığı teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan tam ödənildiyindən onunla barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaq. İbtidai istintaqda verdiyi ifadəni təsdiqləyir (İİİ cild c.i.v. 63). İş materiallarında olan Zərərçəkmiş şəxs4 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan tam ödənildiyindən onunla barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaq (İİİ cild c.i.v. 64). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 01 ədəd üzərində “İS” yazısı olan 50 ml həcmli ətir, 01 ədəd «X6“ sözləri (Giordani Gold” markalanma göstəricisi) olan 50 ml həcmli ətir, bir ədəd ağ-çəhrayı rəngli qutunun içərisində 01 ədəd üzərində “X7 bouqeut” yazısı olan 100 ml həcmli ətir, göy rəngli qutunun içərisində bir cüt qar dənəciyi şəkilli sırğa, qara rəngli torbanın içərisində 01 ədəd qızılı rəngli (1,32 kütləli, üzərində sünbül formalı bəzəyi olan, sarı rəngli 1 ədəd 583/585 əyarlı qızıldan hazırlanmış) üzük, bir ədəd gümüşü rəngli üzərində qaşları olan (0,36 qram kütləli, üzərində 53 ədəd rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd üzük 750 əyarlı qızıldan hazırlanmış, üzərində olan qaşlar qiymətli qaşlara aiddir-brilyant, qaşlardan 1 ədədi təxminən 0,040 karat ölçüdə, 8 ədədi hər biri təxminən 0,025 karat ölçüdə, 40 ədədi hər biri təxminən 0,010 karat ölçüdə, 4 ədədi hər biri təxminən 0,005 karat ölçüdə olmaqla ümumilikdə 4/4 keyfiyyətli 1 ədəd üzük, yəni zərərçəkmiş şəxsin göstərdiyi kimi «brilyant qaşlı üzük») üzük, göy rəngli qutunun içərisində bir cüt qar dənəciyi şəkilli 15 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli qiymətsiz metal ərintisindən (mis, sink və.s) hazırlanmış bir cüt sırğa, 01 ədəd «4169 7388 0411 1957» nömrəli «Kapitalbanka» məxsus bank kartı, bir ədəd çəhrayı rəngli asılqanlı açar, əl çantası (üzərində “Prada Mılano” yazılari olan əl çantası) maddi sübut kimi tanınmış və zərərçəkmiş Zərərçəkmiş şəxs6 qaytarılmışdır. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs6 məxsus “ İphone 5S” markalı, 16 GB yaddaş tutumlu mobil telefonun 250 manat, 0,36 qram kütləli, üzərində 53 ədəd rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd üzük 750 əyarlı qızıldan hazırlanmış, üzərində olan qaşlar qiymətli qaşlara aid-brilyant, qaşlardan 1 ədədi təxminən 0,040 karat ölçüdə, 8 ədədi hər biri təxminən 0,025 karat ölçüdə, 40 ədədi hər biri təxminən 0,010 karat ölçüdə, 4 ədədi hər biri təxminən 0,005 karat ölçüdə olmaqla ümumilikdə 4/4 keyfiyyətli 1 ədəd üzüyün 2800 manat, 1,32 qram kütləli, üzərində sünbül formalı bəzəyi olan, sarı rəngli 1 ədəd 583/585 əyarlı qızıldan hazırlanmış üzüyün 700 manat, 3,15 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 cüt sırğa qiymətsiz metal ərintisindən (mis, sink və.s) hazırlanmış bir cüt sırğa 20 manat, 01 ədəd 100 ml həcmdə, üzərində “X7 Bouquet” markalanma göstəricisi olan ətir - 185 manat, 01 ədəd 50 ml həcmdə, üzərində “Giordani Gold” markalanma göstəricisi olan ətir -109 manat; 01 ədəd 50 ml həcmdə, üzərində “İS” markalanma göstəricisi olan ətir- 64 manat, 01 ədəd üzərində “Prada Mılano” yazıları olan əl çantası 40 manat, həmçinin 300 manat nağd pulunun 10 manat dəyərində pul kisəsinin, dəyəri olmayan ev qapısının bir ədəd açarın, umimi vurulmuş ziyanın miqdarı 4478 manat məbləğində olması Zərərçəkmiş şəxs6ın ifadəsində göstərdiyi kimi qiymətləndirilmiş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılarkən təqdim etdiyi Zərərçəkmiş şəxs7 məxsus 01 ədəd “İPhone 7Plus” markalı qızılı rəngli, qara koburalı (üzlüklü) mobil telefon maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs7 qaytarılmışdır. Zərərçəkmiş şəxs7 məxsus üzərində 6 manat dəyərində ***-***-**-** saylı, 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrələr, 5 manat dəyərində qoruyucu kobura (üzlük) və həmin koburanın (üzlüyün) içərisində 20 manat nağd pul və sonuncuya məxsus şəxsiyyət vəsiqəsi olan 250 manat dəyərində 32 GB yaddaş tutumlu “İphone 7 Plus” markalı mobil telefonun oğurlanması nəticəsində vurulmuş ziyanın miqdarı Zərərçəkmiş şəxs7 ifadəsində göstərdiyi kimi 291 manat məbləğində qiymətləndirilmişdir. Şahid2 götürülmüş Təqsirləndirilən şəxs tərəfindən oğlurlanmış Zərərçəkmiş şəxs3 məxsus “İphone 13 narkalı mobil telefon Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Nəsimi Məhərrəmov tərəfindən cinayət işi üzrə maddi sübüt kimi tanınmış və zərərçəkmiş Zərərçəkmiş şəxs3 qaytarılmışdır. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs3 256 GB yaddaş tutumlu “İphone 13 pro” mobil telefonun 1600 manat, telefonun üzərində olmuş ***-***-**-** saylı CSM mobil nömrənin 05 manat dəyərində, vurulmuş maddi ziyanın ümumilikdə 1605 manat təşkil etməsi Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs2 məxsus 64 GB yaddaş tutumlu, Çin istehsalı, “Xiaomi Redmi 10” markalı, 21061119AG model mobil telefonun, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus pul kisəsi Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Nəsimi Məhərrəmov tərəfindən cinayət işi üzrə maddi sübüt kimi tanınmış və zərərçəkmiş Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs2 məxsus 64 GB yaddaş tutumlu, Çin istehsalı, “Xiaomi Redmi 10” markalı, 21061119AG model mobil telefonun ***-***-**-** saylı GSM nömrəsinin 15 manat, ***-***- **-** saylı GSM nömrəsinin isə 10 manata, həmin mobil telefonun üzərində şəffaf kaburanın (üzlüyün) 6 manat və qırmızı rəngli aksessuarın 12 manat dəyərində, həmçinin 14 manat pulun, üzərində heç bir marka və yazıları olmayan qara rəngli pul kisəsinin 15 manat, qara rəngli çantanın 20 manat dəyərində vurulmuş maddi ziyanın ümumilikdə 542 manat təşkil etməsi Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi kimi qiymətləndirilib, Təqsirləndirilən şəxs tərəfindən oğrlanmış Zərərçəkmiş şəxs1 məxsus 64 GB yaddaşa malik qara rəngli Samsung A32 markalı mobil telefonun 500 manat, telefonun üzərində ***- ***-**-** saylı mobil nömrənin 5 manat, tefonun üzlüyünün 7 manat dəyərində vurulmuş maddi ziyanın ümumilikdə 512 manat təşkil etməsi Zərərçəkmiş şəxs1 qızının ifadəsində göstərdiyi kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs4 məxsus 26-lıq velosipedin 150 manat dəyərində olması sonuncunun ifadəsində göstərdiyi kimi qiymətləndirilməsi, məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/3877 nömrəli, xx.xx.2024-cü il tarixli 9/3878 nömrəli, xx.xx.2024-cü il tarixli 9/5271 nömrəli, xx.xx.2024-cü il tarixli 9/5272 nömrəli rəyləri cinayət üzə sübut kimi qəbul edilmədiyi, kompleks məhkəmə-fiziki-kimyəvi və xətşunaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3453-9/5256 nömrəli rəyinin əmtəələrin qiymətləndirilməsi hissəsi sübut kimi qəbul edilmədiyi göstərilmiş, Kompleks məhkəmə-fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3453-9/5256 nömrəli rəyinin əmtəələrin fiziki kimyəvi hissəsinə dair rəyi sübut kimi qiymətləndirilsin, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs5 məxsus bir ədəd içərisində sonuncuya məxsus xidməti vəsiqə, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 02 ədəd Kapital Bank kartları, 01 ədəd 270 manat dəyərində “Huawei Watch fit 3” markalı ağıllı qol saatı, bir ədəd 16 manat dəyərində pul kisəsi, 300 manat və 850 manat ekvivalentində 500 ABŞ dolları nağd pul olan 239 manat dəyərində qara rəngli “Emporium” markalı əl çantası və içərisində 25 manat dəyərində bir ədəd köynək olan sarı rəngli sellofan paketin oğurlanması nəticəsində vurulmuş ziyanın miqdarı zərərçəkmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiyi kimi ümumilikdə 1710 manat dəyərində qiymətləndirilmişdir. (c.i.v.179-198) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə-üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.3-cü maddəsi yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmağa görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir; 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir; 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CMin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin, beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olubolmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar; 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, müvafiq ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmişlər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmişlər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunması məqsədəuyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 21 iyun 2024-cü il tarixdə saat 20:00-də şübhəli şəxs kimi tutulmuş və Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. 23 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Səbail RPİ-nin MSY-dən həbsdən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 21 iyun 2024-cü il tarixindən 23 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq qəti cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 27 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 432 manat pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd üzərində “İS” yazısı olan 50 ml həcmli ətir, 01 ədəd «X6“ sözləri (“Giordani Gold” markalanma göstəricisi) olan 50 ml həcmli ətir, bir ədəd ağ-çəhrayı rəngli qutunun içərisində 01 ədəd üzərində “X7 bouqeut” yazısı olan 100 ml həcmli ətir, göy rəngli qutunun içərisində bir cüt qar dənəciyi şəkilli sırğa, qara rəngli torbanın 01 ədəd 1,32 kütləli, üzərində sünbül formalı bəzəyi olan, sarı rəngli 1 ədəd 583/585 əyarlı qızıldan hazırlanmış üzük, bir ədəd 0,36 qram kütləli, üzərində 53 ədəd rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli üzük 750 əyarlı qızıldan hazırlanmış, üzərində brilyant qaşlardan 1 ədədi təxminən 0,040 karat ölçüdə, 8 ədədi hər biri təxminən 0,025 karat ölçüdə, 40 ədədi hər biri təxminən 0,010 karat ölçüdə, 4 ədədi hər biri təxminən 0,005 karat ölçüdə olmaqla ümumilikdə 4/4 keyfiyyətli 1 ədəd üzük, göy rəngli qutunun içərisində bir cüt qar dənəciyi şəkilli 15 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli qiymətsiz metal ərintisindən (mis, sink və.s) hazırlanmış bir cüt sırğa, 01 ədəd «4169 7388 0411 1957» nömrəli «Kapitalbanka» məxsus bank kartı, bir ədəd çəhrayı rəngli asılqanlı açar, əl çantası (üzərində “Prada Mılano” yazılari olan əl çantası) Zərərçəkmiş şəxs6, 01 ədəd “İPhone 7 Plus” markalı qızılı rəngli, qara koburalı (üzlüklü) mobil telefonun Zərərçəkmiş şəxs7, “İphone 13” markalı mobil telefonun Zərərçəkmiş şəxs3, 64 GB yaddaş tutumlu, Çin istehsalı, “Xiaomi Redmi 10” markalı, 21061119AG model mobil telefonun Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 340 (üç yüz qırx) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürüməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məçəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 21 iyun 2024-cü il tarixdən 23 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 27 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan 01 ədəd üzərində “İS” yazısı olan 50 ml həcmli ətir, 01 ədəd «X6“ sözləri (“Giordani Gold” markalanma göstəricisi) olan 50 ml həcmli ətir, bir ədəd ağ-çəhrayı rəngli qutunun içərisində 01 ədəd üzərində “X7 bouqeut” yazısı olan 100 ml həcmli ətir, göy rəngli qutunun içərisində bir cüt qar dənəciyi şəkilli sırğa, qara rəngli torbanın 01 ədəd 1,32 kütləli, üzərində sünbül formalı bəzəyi olan, sarı rəngli 1 ədəd 583/585 əyarlı qızıldan hazırlanmış üzük, bir ədəd 0,36 qram kütləli, üzərində 53 ədəd rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli üzük 750 əyarlı qızıldan hazırlanmış, üzərində brilyant qaşlardan 1 ədədi təxminən 0,040 karat ölçüdə, 8 ədədi hər biri təxminən 0,025 karat ölçüdə, 40 ədədi hər biri təxminən 0,010 karat ölçüdə, 4 ədədi hər biri təxminən 0,005 karat ölçüdə olmaqla ümumilikdə 4/4 keyfiyyətli 1 ədəd üzük, göy rəngli qutunun içərisində bir cüt qar dənəciyi şəkilli 15 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli qiymətsiz metal ərintisindən (mis, sink və.s) hazırlanmış bir cüt sırğa, 01 ədəd «4169 7388 0411 1957» nömrəli «Kapitalbanka» məxsus bank kartı, bir ədəd çəhrayı rəngli asılqanlı açar, əl çantası (üzərində “Prada Mılano” yazılari olan əl çantası) Zərərçəkmiş şəxs6, 01 ədəd “İPhone 7 Plus” markalı qızılı rəngli, qara koburalı (üzlüklü) mobil telefonun Zərərçəkmiş şəxs7, “İphone 13” narkalı mobil telefonun Zərərçəkmiş şəxs3, 64 GB yaddaş tutumlu, Çin istehsalı, “Xiaomi Redmi 10” markalı, 21061119AG model mobil telefonun Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 340 (üç yüz qırx) manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 432 (dörd yüz otuz iki) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 03 saylı Vəkil Bürosunun, «Kapital Bank»-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində (təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar