Məhkəmə qərarları › İş №1(009)-61/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-61/2020

26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-61/2020 26.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azəroğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Müdafiəçi: Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Adıgözəlov Əjdər Musa oğlunun iştirakları ilə, xx xxxxxx 2020-ci il tarixdə saat 14:40-da, Bakı şəhərində Səbail Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, ünvan 1 mənzil 42 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özbaşına özünü Dövlət Təhlükəsizliyi Xidməlinin vəzifəli şəxsi kimi təqdim etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmiş, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətdiyi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə hərbi xidmətdə tanış olduğu Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 işləmədiyi halda özünü Dövlət Təhlükəsizliyi Xidmətinin leytenant rütbəli vəzifəli şəxsi kimi təqdim edib, Zərərçəkmiş şəxs1 Dövlət Təhlükəsizliyi Xidmətinə özünün tabeçiliyində gizir rütbəsində əməliyyatçı, Zərərçəkmiş şəxs2 isə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə leytenant rütbəsində işə düzəldəcəyi adı ilə aldadaraq, leytenant rütbəsində hərbi formada fotoşəkillərini, guya DTX idman klubuna aid geyimdə fotoşəkilləri sosial şəbəkələrdə paylaşıb, həmin fotoşəkilləri onlara göstərməklə etimadlarını və inamlarını qazanaraq Zərərçəkmiş şəxs1 2019-cu ilin iyul ayında Bakı şəhərində yerləşən “Xəqani” bağında 500 manat, həmin ilin avqust ayının ortalarında sonuncunun yaşadığı ünvan 2 ünvanındakı evində 3500 manat, işə düzəltmək üçün tələb olunan sənədlərin notarial qaydada təsdiqinə görə 100 manat, lazım ola biləcək zəruri ehtiyaclara ödəmək məqsədi ilə 2400 manat olmaqla, vahid qəsdlə ümumilikdə 6500 (altı min beş yüz) manat, Zərərçəkmiş şəxs2 2019-cu ilin iyun ayında Bakı şəhəri, Fəvvarələr meydanında yerləşən “Mərkəz Lahmacun” restoranında 3000 manat, həmin ilin avqust ayının sonlarında əmək haqlarının 40% artmasını əsas gətirərək Bakı şəhəri, Səbail rayonu Mərkəzi olmaqla, vahid qəsdlə ümumilikdə 5000 (beş min) manat məbləğində pullarını alıb aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdarda əmlakı ələ keçirərək təkrarən dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa, o, təkrarən eyni məqsədlə ali təhsil aldığı zaman tanış olduğu Zərərçəkmiş şəxs3 işləmədiyi halda özünü Dövlət Təhlükəsizliyi Xidmətinin leytenant rütbəli vəzifəli şəxsi kimi təqdim edib, onu Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəldəcəyi adı ilə aldadaraq xx xxxxxxx 2019-cu ildə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “28 Mail” Ticarət Mərkəzində 5000 (beş min) manat pulunu alıb aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus xeyli miqdarda əmlakı ələ keçirərək təkrarən dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin yanvar ayının 5-də hərbi xidmətini başa vuraraq təxris olunmuş, təxris olunduqdan sonra, Dövlət Sərhəd Xidmətinə və Müdafiə Nazirliyinə müvafiq sənədlərini versə də işə qəbul olunmamışdır. Hərbi xidmətdən təxris olunduqdan sonra işsiz qaldığından şəhərin turistlər çox olduğu yerlərində xüsusəndə İçəri şəhərdə ərəb turistlərə yaxınlaşaraq onlara bələdçilik etmək təklif etmiş, dəfələrlə şəhərdə ərəb turistlərə yaxınlaşıb onlara inglis dilində tərcüməçilik etmiş və bələdçilik edərək pul qazanmış, habelə ərəblər turistlərlə birlikdə bir neçə dəfə Qəbələ rayonuna gederək onlara bələdçilik və tərcüməçilik etmişdir. Tərcüməçilik və bələdçilik etməklə qazandığı pulları o, “Topaz” mərc oyununda uduzmağa başlamış və bununla da çoxlu borcları yaranmışdır. Bütün borclarını bağlamaq və uduzduğu pulları “Topaz” mərc oyunu oynayıb qalib gəlməklə geri qaytarmaq üçün özünü tanıdığı bəzi şəxslərə yalandan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edib onların etibarını qazanmaq və imkan düşdüyü təqdirdə inandırdığı şəxsləri guya hansısa işə düzəltmək vədi ilə onların pullarını mənimsəmək qərarına gəlmişdir. Bu məqsədlə o, mütəmadi olaraq əlaqə saxladığı əsgərlik yoldaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə Mərkəzi Univermağın yaxınlığında yerləşən “Secret Pub” restoranında 2019-cu ilin aprel ayında görüşən zaman onlara yalandan guya DTX-da işə düzəldiyini və ona leytenant hərbi rütbəsi verildiyini bildirmiş və onları özünə inandıra bilmişdir. Bu zaman Zərərçəkmiş şəxs2 polisə sənəd verdiyini lakin, işə düzələ bilmədiyini bildirmiş, o da Zərərçəkmiş şəxs2 bir DTX əməkdaşı kimi əlaqələrindən istifadə edərək sonuncunu Fövqəladə Hallar Nazirliyində işə düzəldə biləcəyini qeyd eləmişdir. O, bu sözləri Zərərçəkmiş şəxs2 yalandan demiş və məqsədi sonuncudan müəyyən qədər pul almaq olmuşdur. Onun faktiki olaraq heç kimi hər hansı dövlət orqanına işə düzəltmək imkanı olmamışdır. Zərərçəkmiş şəxs2 onun bu təklifindən sonra uyğun iş olsa FHN-də böyük məmnuniyyətlə işləyə biləcəyini bildirmiş, bu söhbəti eşidən Zərərçəkmiş şəxs1 də ona uyğun iş tapmasını ondan xahiş etmişdir. 2019-cu ilin may ayında o, Zərərçəkmiş şəxs1 zəng edərək guya Dövlət Neft Şirkətində işləyən tanışının olduğunu və həmin tanışının vasitəsilə sonuncunu Dərin Özüllər Zavoduna mühafizəçi kimi düzəldə biləcəyini yalandan demiş, həmçinin bu işə görə Zərərçəkmiş şəxs1 500 manat verməli olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs1 ona zəng edərək işə düzəlməsi üçün tələb olunan 500 manatın hazır olduğunu demiş, həmin gün onlar “Malokan bağı” adlanan ərazidə görüşmüş, o, Zərərçəkmiş şəxs1 500 manatı, habelə guya işə düzəlmək üçün tələb olunan sağlamlıq haqqında arayışı almışdır. 2019-cu ilin iyun-iyul ayları ərzində Zərərçəkmiş şəxs1 dəfələrlə onunla əlaqə saxlamış və yalandan vəd verdiyi işlə maraqlanmışdır. 2019-cu ilin iyul ayında “Secret Pub” restoranında Zərərçəkmiş şəxs1lə baş tutmuş növbəti görüşü zamanı o, Zərərçəkmiş şəxs1 yalandan işinin hazır olduğunu və avqust ayının 5-də artıq Dərin Özüllər Zavodunda mühafizəçi kimi işə başlayacağını bildirmişdir. Bu görüşdən bir neçə gün sonra, yəni iyul ayının sonlarında o, Zərərçəkmiş şəxs1 zəng edərək DTX-da yeni vakant yerlər açıldığını, mühafizəçi kimi işləməsinə bir dost kimi razı olmadığını və guya DTX-da öz tabeliyində gizir hərbi rütbəli əməliyyatçı kimi işləyə biləcəyini bildirmişdir. Bundan bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs1 atası Şahid2 ona zəng edərək görüşmək İstədiyini bildirmiş və onu görüşmək üçün səhərisi gün qohumunun yas mərasiminə dəvət etmişdir. O da səhərisi gün Şahid2 dəvətilə Bayıl qəsəbəsindəki mərasim evinə gedərək orada Zərərçəkmiş şəxs1 iştirakı ilə atası Şahid2lə görüşmüş, görüşləri zamanı o, özünü Şahid2 də yalandan DTX-nin əməliyyatçısı kimi təqdim etmişdir. Bununla yanaşı, o, Şahid2 guya DTX-da vakant yerlərin olduğunu və oğlunu DTX-da gizir kimi işə düzəldə biləcəyini qeyd eləmiş, həmçinin Şahid2 yalandan bunun üçün nə qədər pul lazım olacağını öyrənib yaxın günlərdə bildirəcəyini demişdir. Bir neçə gün sonra, o, ilk öncə Zərərçəkmiş şəxs1lə daha sonra isə atası ilə telefonda danışaraq onlara guya Zərərçəkmiş şəxs1 DTX-da işə düzəlməsi üçün 8000 manat verməli olduqlarını qeyd eləmiş, sonuncular isə 8000 manatı bir dəfəyə verməyə imkanlarının olmadığını 4000 manatı ilkin olaraq verəcəklərini iş düzəldikdən sonra isə qalan 4000 manatı da verəcəklərini bildirmişlər. Razılıq əldə edildikdən sonra 2019-cu ilin avqust ayının təxminən 10-15 tarixlərində Zərərçəkmiş şəxs1 ona zəng edərək guya DTXda işə düzəlməsi üçün ondan yalandan tələb etdiyi 4000 manatı hazır elədikləri və həmin pulu vermək üçün onu yaşadıqları evə dəvət etmişdir. O da Zərərçəkmiş şəxs1 dəvətilə Bayıl qəsəbəsindəki sonuncunun yaşadığı evə getmiş, evdə o, Zərərçəkmiş şəxs1 və atası ilə Vüsalın DTX-da yiyələnəcəyi işlə bağlı söhbət emişlər. O, Zərərçəkmiş şəxs1 və atasına yalandan guya Vüsalın gizir hərbi rütbəsində onun yanında əməliyyatçı olacağını və birlikdə əməliyyat tədbirlərinə gedəcəklərini qeyd eləmiş və bu yolla yalanları ilə Zərərçəkmiş şəxs1 və atası Şahid2 özünə inandıra bilmişdir. Bundan sonra, Vüsal Abdulayev ona 3500 mahat pul vermiş, çünki o, əvvəl zavodda işə düzəltmək adı ilə Vüsal Abdulayevdən 500 manat pul almışdır. Razılaşmaya görə isə işə düzəldikdən sonra Zərərçəkmiş şəxs1 ona əlavə olaraq 4000 manat verəcəkmiş. Bundan başqa, o Zərərçəkmiş şəxs1 DTX-ya işə düzəlməsi üçün tələb olun 3X4 foto şəkili, hərbi biletinin surətini, vərəm, narkoloji dispanserlərdən arayışları və ailə tərkibi haqqında arayışı almış və həmin sənədləri guya notarial qaydada təsdiq elətdirmək üçün əlavə olaraq 100 manat almışdır. Zərərçəkmiş şəxs1 4000 manat aldıqdan bir müddət sonra o, Vüsala yalandan guya bir iş gördüyünü və xeyli pul qazandığını, əlavə tələb olunan 4000 manatı verməsinə ehtiyyac olmadığını bildirmişdir. 2019-cu ilin sentyabr aylarının təxminən sonunda o, Zərərçəkmiş şəxs1 zəng edərək yalandan atasının xəstə olduğunu və onu xaricə aparacağını, bunun üçündə pulunun çatmadığını bildirərək ilk əvvəl 2100 manat, bir neçə gün sonra isə 300 manat, ümumilikdə isə 2400 manatı borc adı ilə almış, əslində isə həmin pulu borc kimi yox məhz mənimsəmək məqsədilə almış və əvvəl aldığı 4100 manat kimi həmin pulu da yalandan vəd verərək Zərərçəkmiş şəxs1 amışdır. Beləliklə o, Zərərçəkmiş şəxs1 ümumilikdə 6500 manatı mənimsəmək məqsədilə almışdır. Bundan sonra, Zərərçəkmiş şəxs1 ondan dəfələrlə işinin nə yerdə qalması barədə maraqlansa da o, yalandan səbr eləməsini 2020-ci ilin yanvar ayından etibarən işə başlayacağını demişdir. Bununla yanaşı, o, Zərərçəkmiş şəxs1 kimi Zərərçəkmiş şəxs2 aldadaraq pulunu mənimsəmək qərarına gəlmiş, bu məqsədlə 2019-cu ilin may ayında axşam saatlarında sonuncu ilə “Secret Pub” restoranında görüşmüş, görüşləri zamanı ona uyğun iş tapdığını və 3000 manat verəcəyi təqdirdə FHN-nin Yanğından Mühafizə Xidmətinə leytenant kimi işə düzəldə biləcəyimi bildirmişdir. Zərərçəkmiş şəxs2 da bir müddət düşünüb ona cavab verəcəyini demiş, 2019-cu ilin iyun ayının təxminən 20-də Zərərçəkmiş şəxs2la növbəti dəfə Fəvvarələr meydanındakı “Mərkəz Lahmacun” restoranında görüşmüşlər. Görüşüləri zamanı Zərərçəkmiş şəxs2 ona yalandan FHN-nin Yanğından Mühafizə Xidmətinə leytenant kimi işə düzəltmək üçın tələb elədiyi 3000 manatı vermişdir. Bundan sonra, Zərərçəkmiş şəxs2 onun tələbi ilə 3X4 foto şəkili, hərbi biletinin surətini, vərəm, narkoloji dispanserlərdən arayışları və ailə tərkibi haqqında arayışlardan ibarət sənədlərini ona təqdm eləmiş, o da Zərərçəkmiş şəxs2 yalandan 2019-cu ilin noyabr ayında guya işə başlayacağına söz vermişdir. 2019-cu ilin avqust ayında ölkə başçısının müvafiq fərmanı ilə hərbi qulluqçuların əmək haqqlarının 40% artırıldıqdan sonra o, Zərərçəkmiş şəxs2la əlaqə saxlayaq işinin həll olunma ərəfəsində olduğunu və əmək haqqlarının da artdığını bildirərək əlavə olaraq 2000 manat verməli olduğunu demiş, bir neçə gün sonra sonuncu ilə Mərkəzi Univermağın yaxınlığında görüşərək tələb elədiyi 2000 manatı Zərərçəkmiş şəxs2 almışdır. Beləliklə o, Zərərçəkmiş şəxs2 ümumilikdə 5000 manat pulu yalandan vəd verməklə almış, bundan sonra, o, dəfələrlə Zərərçəkmiş şəxs2la telefonda danışmış və yalandan işinin həll olunma ərəfəsində olduğunu bildirmişdir. Qeyd olunanlarla yanaşı o, X2 bir qrupda oxuduğu Zərərçəkmiş şəxs3 da 5000 manat alaraq mənimsəmişdir. Belə ki, 2019-cu ilin oktyabr ayının əvvəllərində Vurğun 'Qəribovla “Sahil bağı” adlanan ərzidə təsadüfən rastlaşmış və bir az söhbət elədikdən sonra sonuncuya yalandan DTX-da işlədiyini demişdir. Zərərçəkmiş şəxs3 isə hazırda ofisiant işlədiyini lakin, ali savadlı olmasına baxmayaq normal iş tapa bilmədiyini, arzusunun isə dövlət orqanlarında işləmək olduğunu bildirmiş, o da Zərərçəkmiş şəxs3 bu sözlərindən sonra yalandan əlaqələrinin vasitəsilə sonuncunu FHN-də işə düzəldə biləcəyini lakin, bunun üçün 5000 manat verməli olduğunu demişdir. Zərərçəkmiş şəxs3 da atası ilə danışıb ona məlumat verəcəyini demiş, bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs3 ona zəng edərək atasının onunla görüşmək istədiyini bildirmişdir. Razılığa əsasən onlar Hövsan qəsəbəsində görüşmüş, görüşləri zamanı o, Zərərçəkmiş şəxs3 atası Şahid1 da özünü DTX-nin əməliyyatçısı kimi təqdim etmişdir. Ümumi söhbət etdikdən sonra o, Şahid1 oğlunu FHN-nin Yanğından Mühafizə Xidmətinə leytenant kimi işə düzəldə biləcəyini, lakin bunun üçün 5000 manat verməli olduğunu demiş, görüşləri zamanı o, həm Zərərçəkmiş şəxs3 həm də atasını özünə inandıra bilmişdir. 2019-cu ilin oktyabr ayının 22-də Zərərçəkmiş şəxs3 onunla əlaqə saxlamış və işə düzəlməsi üçün lazım olan 5000 manatı görüşüb vermək istədiyini demiş, razılığa əsasən onlar “28 Mail” ticarət mərkəzində görüşmüşlər. Görüşən zaman Zərərçəkmiş şəxs3 atası sonuncunun iştirakı ilə oğlunu yalandan işə düzəltmək üçün vəd verdiyi 500C manatı ona vermiş, o da yalandan guya Zərərçəkmiş şəxs3 təxminən bir aya işə başlayacağını demişdir. Sonradan o, bir neçə dəfə Zərərçəkmiş şəxs3la telefonda danışmış və yalandan işinin həll olunma ərəfəsində olduğunu demişdir. Eyni zamandan o “İnstagram” sosial şəbəkəsindəki özünə məxsus “Bagirov009” adlı səhifədə hərbi geyimdə, habelə belində həmin tir tapançası ilə, eləcə də DTX idman kulubuna məxsus şəkilləri paylaşmış, bu yolla Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 DTX əməkdaşı olduğuna inandırmaqda həmin paylaşımlardan da istifadə etmişdir. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 aldadaraq aldığı pulların əksər hissəsini yenidən “Topaz” mərc oyununda uduzmuş, qalan bir qismini öz istirahətinə və yeyibiçməyə xərcləmişdir. Aldığı pullar bitdikdən sonra isə gördüyü işdən peşman olmüş, habelə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus pulları hər hansı yolla qaytara bilməyəcəyini başa düşmüş, bu səbəbdən də valideynlərinə məlumat vermədən ölkədən qaçmaq qərarına gəlmişdir. O, aldadaraq aldığı pulları geri verə bilməyəcyini və buna ğörə həbs olunacağından qorxmuş, çıxış yolunu isə ölkədən çıxaraq Türkiyəyə gedib orada işləmək olduğunu düşünmüşdür. Bu məqsədlə o, valideynlərinə heç bir məlumat vermədən bəzi paltarlarını götürərək və cibində olan cəmi 160 manat pulla 2019-cu ilin noyabr ayının 4-də Bakı şəhərindən yol taksisi ilə Astara SNBM-ə gedərə İran ərazisinə daxil olmuş, səhərisi gün Təbriz şəhərindən soraqlaşaraq Naxçıvan sərhədinə gedən maşın tapıb “Şahtaxtı” SNBM-dən Naxçıvan MR-in ərazisinə daxil olmuş, daha sonra isə “Sədərək” SNBM-dən keçməklə Türkiyəyə daxil olmuşdur. Səhərisi gün İqdir şəhərində avtobusla İstanbul şəhərinə yola düşmüş, lakin, Türkiyədə müvəqqəti yaşayış icazəsi olmadığı üçün heç bir yer ona iş verilməmiş, bundan sonra o, xx xxxxxx 2019-cu il tarixdə “Gürbulak” SNBM-dən İran ərazisinə daxil olmuş və Maku şəhərinə getmişdir. Maku şəhərində hər şeyin ucuz olduğunu, oteldə bir günlük gecələməyin bizim pulla təxminən 2-3 manata başa gəldiyini müşahidə etmiş, xx xxxxxx 2019-cu ilədək Maku şəhərində qalmış, İran-Türkiyə dövlət sərhədində vətəndaşlara yüklərini aparmaqda köməklik göstərərək pul qazanmışdır. Lakin Türkiyə sərhədçiləri ona Azərbaycan vətəndaşı olduğunu və nə üçün bu keçid məntəqəsindən tez-tez istifadə etdiyini soruşmuşlar və xx xxxxxx 2019-cu il tarixdə İrandan Türkiyəyə növbəti dəfə yük daşımaq məqsədilə daxil olmaq istəyən zaman Türkiyə sərhədçiləri onu buraxmadı və İranan geri qaytararaq Azərbaycan vətəndaşı olduğu üçün yalnız Azərbaycandan Türkiyəyə daxil ola biləcəyini bu sərhəd keçid məntəqəsinin yalnız İran vətəndaşlarının istifadəsi üçün nəzərdə tutulduğunu bildirmişlər. O da Naxçıvan MR-ə gedərək oradan “Sədərək” SNBMdən keçməklə Türkiyəyə daxil ola biləcəyini düşünmüş və bu məqsədlə Maku şəhərindən Poldəşd şəhərinə gəlmiş, “Şahtaxtı” SNBM-dən Naxçıvan MR ərazisinə daxil olan zaman DSX əməkdaşları tərəfindən saxlanılaraq Naxçıvan MR-in DTX əməkdaşlarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs son sözündə ilk dəfə olaraq az ağır cinayət törətməsinin, əməlindən səmimi peşman olmasının, dəymiş ziyanın qismən ödənilməsinin, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3la barışıq əldə etdiyinin, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasının və gənc olmasının nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasındaZərərçəkmiş şəxs2ifadəsində göstərmişdir ki,o,2017-ci ilin iyul ayfndan 2018-ci ilin iyul ayınadək olan dövr ərzində Müdafiə Nazirliyinin Yevlax rayonu Aran qəsəbəsində yerləşən hərbi hissəsində müddətli həqiqi hərbi xidmət etmiş və 2018-ci ilin iyul ayında isə xidmətdən tərxis olmuşdur. Bir müddət işsiz qaldıqdan sonra 2018-ci ilin sentyabr ayında “xxxxxx” ASC-də texnik kimi işə düzəlmişdir.Hərbi xidmətdə olduğu dövrdə tanış olduğu əsgər yoldaşı Zərərçəkmiş şəxs1 ilə dostluq münasibətləri saxlamış, sonradan Zərərçəkmiş şəxs1 onu eyni çağırışdan olan Təqsirləndirilən şəxs ilə tanış etmiş, əsgərlik dövründə onların dostluq münasibətləri yaranmışdır. Ara-sıra söhbət edərkən Təqsirləndirilən şəxs tərxis olduqdan sonra işinin hazır olduğunu, Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzələcəyini bildirmiş, Təqsirləndirilən şəxs onlara ali təhsil aldığını, lakin kəsrləri olduğuna görə bir il yarım hərbi xidmət edəcəyini demişdir. 2018-ci ilin iyul ayında o, 2019-cu ilin yanvar ayında isə Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs tərxis olmuşlar.2019-cu ilin aprel ayında o, Vüsal və İsmayıl əlaqə saxlayaraq Bakı şəhəri, Səbail rayonu, Mərkəzi Univermağın yanında yerləşən “Secret Pub” restoranında görüşmüş, ümumi vəziyyətdən, əsgərlikdən sonrakı həyatlarından söhbət etmişlər. Təqsirləndirilən şəxs həmin söhbət zamanı onlara bildirmişdir ki, artıq Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəlib, leytenant rütbəsi alıb. O, mülki həyata qayıtdıqdan sonra polisə sənəd versə də, işə qəbul ola bilmədiyi haqda Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu onu da işə düzəldə biləcəyini deyərək bu barədə təklif etmişdir. O isə cavabında uyğun bir iş olsa, işləyə biləcəyini bildirmişdir Bir müddət sonra, təxminən may ayında Təqsirləndirilən şəxs istifadəsində olan nömrədən onun istifadəsində olan nömrəyə zəng edərək uyğun bir iş tapdığını bildirmiş və görüşmək təklif etmişdir. 2019-cu ilin may ayında axşam saatlarında o və Təqsirləndirilən şəxs “Secret Pub” restoranında görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə Xidmətində ona uyğun bir vakansiya olduğunu bildirərək işə düzəlməyi müqabilində 3.000 manat pul verməli olacağını demişdir. Ali təhsilli olduğuna görə birbaşa leytenant rütbəsi alıb işə başlayacağını bildirmişdir. Bir müddət düşündükdən sonra Təqsirləndirilən şəxs əsgərlik illərindən tanıyıb sonuncuya etibar etdiyinə görə həmin pulu verməyə razılıq vermişdir. 2019-cu ilin iyun ayının 21-də ona DTX əməkdaşı olduğunu bildirən Təqsirləndirilən şəxsla Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən “Mərkəz Lahmacun” adlı restoranda görüşərək sonuncuya 3.000 manat pulu vermişdir ki, onu FHN‑də vəd etdiyi işə düzəltsin. Bununla yanaşı, Təqsirləndirilən şəxs 3x4 foto-şəkil, diplomunun surəti, hərbi biletin surəti, vərəm, onkoloji dispanserlərdə qeydiyyatda olubolmaması ilə bağlı arayış və ailə tərkibi barədə arayış verməli olduğunu demiş, o da həmin sənədləri toplayıb Təqsirləndirilən şəxs vermişdir. 2019-cu ilin avqust ayında ölkə prezidehtinin fərmanı ilə dövlət qulluqçularının və hərbi qulluqçuların əmək haqqlarının 40% artırılması təsdiqləndikdən sonra, Təqsirləndirilən şəxs zəng edərək işini danışdığı adamın əlavə olaraq 2.000 manat pul istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs DTX əməkdaşı olduğunu bildiyinə və etibar etdiyinə görə sonuncu ilə razılaşmış, bir neçə gün sonrsı Bakı şəhəri, Səbail rayonu, Mərkəzi Univermağın yanındakı “Zoom Baku” adlanan kafedə görüşərək 2.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Beləliklə o, ümumilikdə Təqsirləndirilən şəxs işə düzəlməsi üçün 5000 manat vermişdir. 2019-cu ilin sentyabr ayında digər əsgər yoldaşı Zərərçəkmiş şəxs1 ona zəng edərək Təqsirləndirilən şəxs tapa bilmədiyini, onda bir məlumatın olub-olmamasını soruşmuşdur. Söhbətdən məlum olmuşdur ki, X7 Abdullayevi də işə düzəldə biləcəyini bildirmişdir. Əvvəlcə Dərin Özüllər Zavoduna mühafizəçi düzəltməyi vəd edərək 500 manat pulunu, daha sonra işə onun üçün daha yaxşı iş tapdığını - Dövlət Təhlükəsizliyi Xidmətinə əməliyyatçı vəzifəsinə işə düzəltməyi vəd edərək əlavə 3.500 manat pulunu, ümumilikdə işə düzəltmək adı ilə 4.000 manat pulunu almışdır. Lakin Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 iş düzəldikdən sonra Vüsalın daha 4.000 manat pul verəcəyi barədə razılaşmışlar. Yəni Zərərçəkmiş şəxs1 işə düzəlmək müqabilində Təqsirləndirilən şəxs ümumilikdə 8.000 manat pul verməli idi. Sonradan isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 iş həll edib xeyli pul qazandığını bildirərək, Vüsalın əlavə verməli olduğu 4.000 manata ehtiyac olmadan işə düzəldəcəyini bildirmişdir. 2019-cu ilin sentyabr ayından etibarən, həm o, həm də Zərərçəkmiş şəxs1 işin hansı səbəbdən gecikməsi barədə Təqsirləndirilən şəxs dəfələrlə soruşmuşlar. Lakin hər dəfəsində İsmayıl bir az səbr etmələrini, yaxın zamanlarda işlərin düzələcəyini bildirmişdir. Sonuncu danışıqda Təqsirləndirilən şəxs ona sənədlərini FHN-ə təqdim etdiyini, 2019-cu ilin noyabr ayında işə düzələcəyini bildirmiş, daha sonra isə Təqsirləndirilən şəxsla əlaqə yaratmaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunduqdan sonra xx xxxxxx 2020-ci il tarixdə sonuncunun anası Tunzalə adlı qadın akşam saatlarında onunla əlaqə saxlamış və onu görüşmək üçün metronun “Xətai” stansiyasının qarşısına dəvət etmişdir. O da təxminən axşam saat 20:00 radələrində qevd edilən yerdə Tunzalə adlı qadınla görüşmüş, görüşləri zamanı sonuncu ona 1500 manatı verərək oğlunun ona vurduğu 5000 manat ziyanı tam şəkildə yaxın vaxtlarda ödəyəcəklərinə söz vermişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyan hazırda 3500 manat təşkil edir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona vurulmuş ziyanın ödənilməsini tələb etdiyini və təqsirləndirilən şəxsə azadlıqdan məhrumemə ilə əlaqədar cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasındaZərərçəkmiş şəxs1 göstərmişdir ki,2017-ci ilin iyul ayından 2019-cu ilin yanvar ayınadək olan dövr ərzində Müdafiə Nazirliyinin Yevlax rayonu Aran qəsəbəsində yerləşən hərbi hissəsində müddətli həqiqi hərbi xidmət olunmuş və 2019-cu ilin yanvar ayında xidmətdən tərxis olunmuşdur. Bir müddət işsiz qaldıqdan sonra xx xxxxxx 2019-cu il tarixdə “VİVA” şirniyyat evində operator kimi işə düzəlmişdir. Hərbi xidmətdə olduğu dövrdə tanış olduğu eyni tabordan əsgər yoldaşı Zərərçəkmiş şəxs2 ilə dostluq münasibətləri saxlamış, sonradan onunla eyni çağırışdan olan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 tanış etmişdir. Əsgərlik dövründə onların dostluq münasibətləri yaranmış, ara-sıra söhbət edərkən Təqsirləndirilən şəxs tərxis olduqdan sonra işinin hazır olduğunu, Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzələcəyini bildirmişdir. Ali təhsilli olduğuna görə 2018-ci ilin iyul ayında Nəbi, 2019-cu ilin yanvar ayında isə o və Təqsirləndirilən şəxs tərxis olmuşlar. 2019-cu ilin aprel ayında o, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs əlaqə saxlayaraq Bakı şəhəri, Səbail rayonu, Mərkəzi Univermağın yanında “Secret Pub” restoranında görüşmüş, ümumi vəziyyətdən, əsgərlikdən sonrakı həyatdan söhbət etmişlər. Təqsirləndirilən şəxs həmin söhbət zamanı bildirmişdir ki, artıq Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəlib, leytenant rütbəsi almışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 polisə sənəd verib qəbul ola bilmədiyi haqda eşitdikdən sonra DTX işçisi kimi öz əlaqələrindən istifadə etməklə sonuncunu Fövqəladə Hallar Nazirliyində işə düzəldə biləcəyini deyərək bu barədə təklif etmişdir. Zərərçəkmiş şəxs2 isə cavabında uyğun bir iş olsa, işləyə biləcəyini bildirmişdi. Sonradan təxminən 2019-cu ilin may ayında Təqsirləndirilən şəxs onun nömrəsinə zəng etmiş, qardaşının dostunun X6 işlədiyini bildirərək, həmin dostu vasitəsilə onu Dərin Özüllər Zavoduna mühafizəçi kimi işə düzəldə biləcəyini demiş və bunun müqabilində 500 manat pul verməli olduğunu bildirmişdir. Bir neçə gün sonra DTX əməkdaşı kimi tanıdığı Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində görüşmüş və istədiyi 500 manat pulu, habelə işə düzəlmək üçün təqdim etməli olduğu sağlamlıq haqqında arayışı zərfin içərisində vermişdir. Bundan sonra iyun-iyul ayları ərzində Təqsirləndirilən şəxsla əlaqə saxlamış, görüşmüş, iş barədə maraqlanmışdır. İyul ayında “Secret Pub” restoranında baş tutmuş görüş zamanı Təqsirləndirilən şəxs ona artıq sənədini zavoda verdiyini, avqustun 5-i işə başlaya biləcəyini bildirmişdir. xx xxxx 2019-cu il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs zəng edərək yanında, yəni DTX-də vakansiya yerlər olduğunu və onun haradasa mühafizəçi işləməyə könlü razı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yanında olacağını deyərək, Dövlət Təhlükəsizliyi Xidmətinə gizir kimi, əməliyyatçı vəzifəsinə işə düzəltməyi təklif etmişdir. O isə telefon danışığı zamanı Təqsirləndirilən şəxs DTX-də işləmək istəmədiyini bildirmişdir. Öz telefonu qeydiyyatdan keçmədiyinə görə Təqsirləndirilən şəxsla atasının istifadəsində olan ***-***- **-** saylı mobil nömrə ilə danışmışdır. Həmin vaxt bu barədə atasına dedikdə, atası Şahid2 telefonu götürtüb Təqsirləndirilən şəxsla danışmış və bunun telefon söhbəti olmadığını bildirərək səhəri gün atasının əmisinin il mərasim ilə bağlı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsindəki mərasim evində məclis olacağını demiş və Təqsirləndirilən şəxs da dəvət etmişdir. xx xxxx 2019cu il tarixdə Təqsirləndirilən şəxs həmin mərasim evinə gəlmiş orada onun iştirakı ilə atası ilə görüşmüşdür. Təqsirləndirilən şəxs yas yerinə belində boş tapança qabı ilə gəlmiş və atasına da DTX əməliyyatçısı olduğunu bildirmişdir. Onu düzəltməyi təklif etdiyi Dövlət Təhlükəsizliyi Xidmətindəki vəzifə ilə bağlı atasına məlumat verib nə qədər pul verməli olduğunu yaxın günlərdə öyrənib deyəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra İsmayıl Bağlırov zəng edərək onunla, daha sonra isə atası ilə danışmışdır. İsmayıl DTX-yə işə düzəlməyi müqabilində 8000 manat pul verməli olacağını bildirmişdir. Bundan sonra o, pulu tam verməyəcəyini bildirmiş yarısını, yəni 4000 manatı həmin vaxt, qalan yarısını isə işə girdikdən sonra verəcəyini demiş, onlar razılaşmışlar. Təxminən 2019-cu ilin avqust ayının 10-15-i arası o, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına dəvət etmiş və 4000 manat pulun hazır olduğunu bildirmişdir. Həmin gün Təqsirləndirilən şəxs taksi ilə onun yaşadığı ünvana gəlmiş, Təqsirləndirilən şəxs evə gəldikdən sonra o, atası və İsmayıl oturub söhbətləşmişlər. DTX əməkdaşı kimi tanıdığı və etibar etdiyi Təqsirləndirilən şəxs həmin görüşdə onu Dövlət Təhlükəsizliyi Xidmətinə gizir kimi, əməliyyatçı vəzifəsinə işə düzəltməyi üçün Təqsirləndirilən şəxs 3500 manat pul vermişdir. İsmayıl onun Dərin Özüllər Zavodunda mühafizəçi kimi işə düzəlməyi üçün daha əvvəl 500 manat pulumu aldığına görə həmin pulu da verdiyi 3500 manat pul üzərinə qoyub işi həll edəcəyini bildirmişdir. Ümumilikdə, Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinə gizir kimi, əməliyyatçı vəzifəsinə işə düzəltməyi üçün 4000 manat pul vermişdir. Lakin iş düzəldikdən sonra daha 4.000 manat pul verəcəyi barədə razılaşmışlar. Yəni işə düzəlmək müqabilində Təqsirləndirilən şəxs ümumilikdə 8.000 manat pul verməsi barədə razılaşmışlar. Sonradan isə Təqsirləndirilən şəxs hansısa işi həll edib xeyli pul qazandığını bildirərək, əlavə verməli olduğu 4.000 manata ehtiyac olmadan işi düzəldəcəyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs atasının xəstə olduğunu bildirərək DTX hərbi hospitalında müalicə aldığını demiş və atasının müalicəsi üçün İsrailə aparmağa görə də ondan əlavə olaraq 2.400 manat borc pul almış və geri qaytarmamışdır. Bundan əlavə onun işə düzəlmək üçün verdiyi bəzi sənədləri notariusda təsdiq etdirmək üçün 100 manat almışdır. Təqsirləndirilən şəxs tələbinə əsasən o, DTX-yə təqdim edilmək üçün 3x4 foto-şəkil, hərbi biletin surəti, vərəm, onkoloji dispanserlərdə qeydiyyatda olub- olmaması ilə bağlı arayış və ailə tərkibi barədə arayışı İsmayıla vermişdir. Beləliklə o, Təqsirləndirilən şəxs ümumilikdə 6500 manat pul vermişdir. 2019-cu ilin sentyabr ayından etibarən həm o, həm də Zərərçəkmiş şəxs2 işin hansı səbəbdən gecikməsi barədə Təqsirləndirilən şəxs dəfələrlə soruşmuşlar. Lakin hər dəfəsində Təqsirləndirilən şəxs bir az səbr etmələrini, yaxın zamanlarda düzələcəyini bildirmişdir. Sonuncu danışıqda Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayında işə düzələcəyini bildirmiş, daha sonra isə əlaqə saxlamaq mümkün olmamışdır. 2019-cu ilin sentyabr ayında Zərərçəkmiş şəxs2 zəng edərək Təqsirləndirilən şəxs tapa bilmədiyini, bir məlumatın olubolmamasını soruşmuş, söhbətdən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs işə düzəltməsi müqabilində Zərərçəkmiş şəxs2 əvvəlcə 3.000 manat, 2019-cu ilin avqustunda dövlət qulluqçularının maaşlar artırıldıqdan sonra əlavə 2.000 manat, cəmi 5.000 manat pul almışdır Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cblb edildikdən sonra xx xxxxxx 2020-ci il tarixdə sonuncunun anası Tunzalə adlı qadın axşam saatlarında onunla əlaqə saxlamış və onu görüşmək üçün metronun “Xətai” stansiyasının qarşısına dəvət etmişdir. O da təxminən axşam saat 19:30 radələrində qeyd edilən yerdə Tunzalə adlı qadınla görüşmüş, görüşləri zamanı sonuncu ona 1500 manatı verərək oğlunun ona vurduğu ümumilikdə 6500 manat ziyanı tam şəkildə yaxın vaxtlarda ödəyəcəklərinə söz vermişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanının tamamilə ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasındaZərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2019-cu ilin oktyabr ayının əvvəllərində “Sahil bağı” adlanan ərazidə İctimai Universitetdə bir qrupda oxuduğu Təqsirləndirilən şəxs ilə təsadüfən rastlaşmışdığını demişdir. Təqsirləndirilən şəxs universitet bağlandıqdan sonra X4 göndərilmiş, həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs birinci dəfə görmüş, görüşüləri zamanı sonuncu ilə ümumi söhbət etdikdən sonra o, hazırda ofisiant işlədiyini, lakin dövlət orqanlarında işləmək arzusunda olduğunu bildirmiş Təqsirləndirilən şəxs isə hazırda Dövlət Təhlükəsizliyi Xidmətində əməliyyatçı kimi işlədiyini demişdir. Təqsirləndirilən şəxs həmçinin ona dövlət orqanlarında işə düzəlməsinə öz əlaqələri vasitəsilə köməklik edə biləcəyini qeyd eləmiş, həmçinin, onu Fövqəladə Hallar Nazirliyində X3 işə düzəltmək imkanının olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs bu sözlərindən çox sevinmiş və dərhal razılığını bildirmişdir. Təqsirləndirilən şəxs 5000 manat müqabilində bu işi görə biləcəyini və FHN-də onu işə düzəldə biləcəyini demişdir. O da Təqsirləndirilən şəxs atası ilə razılaşdıqdan sonra konkret bir söz deyəcəyini bildirmiş, bundan sonra, atası Şahid1 zəng edərək qrup yoldaşı olmuş, hazırda DTX-da işləyən Təqsirləndirilən şəxs onu 5000 manat müqabilində FHN-də işə düzəldə biləcəyi barədə məlumat vermiş, atası da Bakı şəhərinə gəldikdə Təqsirləndirilən şəxsla şəxsən görüşmək istədiyini demişdir. Bu söhbətdən təxminən 5-6 gün sonra atası Bakı şəhərinə gəlmiş, o, Təqsirləndirilən şəxs zəng edərək atası ilə birlikdə görüşmək istəyini bildirmiş, sonuncu da onları görüşmək üçün Hövsan qəsəbəsinə dəvət eləmişdir. O da atası ilə birlikdə Hövsan qəsəbəsinə gedərək adını xatırlmadığı çayxanada Təqsirləndirilən şəxsla görüşmüş, sonuncu onun atası ilə tanış olan zaman ona da özünü DTX-nin əməliyyatçısı kimi təqdim eləmişdir. Atası Şahid1 Təqsirləndirilən şəxsla söhbəti zamanı onu nə işə düzəldə biləcəyini soruşmuş, İsmayıl da çox rahat və sərbəst şəkildə Şahid1 onu FHN-nin X3 işə düzəldəcəyini və sənədləri verildikdən təxminən 1 ay sonra işə başlayacağını bildirmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs bu işi görmək üçün 5000 manat verməli olduqlarını demiş, Şahid1 da bir neçə günə xəbər edəcəyini bildirmişdir. Bundan sonra, atası Şahid1 “Access Bank”dan 5000 manat kreditə pul götürmüş və 2019-cu ilin oktyabr ayının 22-də Bakı şəhərinə gəlmiş, o, Təqsirləndirilən şəxs zəng edərək işə düzəlməsi üçün tələb olunan 5000 manatın hazır olduğunu demiş, Təqsirləndirilən şəxs da onları görüşmək üçün “28 Mail” ticarət mərkəzinə dəvət eləmişdir. Görüşə o, atası Şahid1 və dayısı getmişlər, onlar Təqsirləndirilən şəxsla “28 MalTTn 3-cü mərtəbəsində görüşmüşlər, görüşüləri zamanı Şahid1 onun işə düzəlməsi üçün Təqsirləndirilən şəxs tələb elədiyi 5000 manat pulu sonuncuya vermişdir. Təqsirləndirilən şəxs da həmin pulu götürdükdən sonra təxminən 1 aya işə başlayacağını bildirmiş, sonradan isə İsmayıl ondan işə düzəlməsi üçün 3X4 fotoşəkil, sağlamlıq, məhkumluq haqqında arayışlar gətirməyisini tələb eləmiş, o da həmin sənədləri toplayaraq İsmayıla vermişdir. Bundan sonra, bir neçə dəfə o, Təqsirləndirilən şəxsla bu barədə telefon danışığı aparmış, hər danışdıqda isə sonuncu onun işinin həll olunma ərəfəsində olduğunu bildirmiş, lakin 2019-cu ilin noyabr ayının əvvəllərindən etibarən isə İsmayılın telefon nömrəsinə zəng çatmamış, bununla da ona vəd elədiyi iş düzəlməmiş və nəticədə ona 5000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanının tamamilə ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasındaşahid qismində dindirilmişŞahid1 ifadəsində göstərmişdir ki,2019-cu ilin oktyabr ayının əvəllərində kiçik oğlu Zərərçəkmiş şəxs3 ona zəng edərək əvvəllər X2 birlikdə oxuduğu, hazırda DTX-da əməliyyatçı kimi işləyən İsmayıl adlı şəxsin onu Fövqəladə Hallar Nazirliyinə düzəldə biləcəyini, buna görə 5000 manat pul istəşdir. O da, oğlu Vurğuna Bakı şəhərinə gələrək İsmayılla görüşəcəyini demiş, bu söhbətdən təxminən 5-6 gün sonra o, Bakı şəhərinə getmiş, oğlu İsmayılla danışmış və onlar Hövsan qəsəbəsində görüşmək barədə razılığa gəlmişlər. Hövsan qəsəbəsində hazırda xatrılamadığı çayxanada onlar İsmayılla görüşmüş, görüşləri zamanı İsmayıl ona özünü DTX-nin əməliyyatçısı kimi təqdim etmiş, o da buna inanaraq oğlunu düzəltmək istədiyi işlə maraqlanmışdır. İsmayıl ona 5000 manat müqabilində oğlu Vurğunu Fövqəladə Hallar Nazirliyində X3 işə düzəltmək imkanı olduğunu, pulu və lazımı sənədləri verdikdən bir ay sonra oğlunun işə başlayacağını demişdir. Bundan sonra, o, “Access Bank”ın Xaçmaz rayon filialına gedərək öz adına 5000 manat kredit götürmüş, 2019-cu ilin oktyabr ayının 22-də Bakı şəhərinə gəlmiş və oğlunun vasitəsilə İsmayıl adlı özünü DTX əməkdaşı kimi təqdim edən şəxslə görüş təyin etmişdir. Razılığa əsasən onlar “28 Mail” ticarət mərkəzində görüşmüşlər, görüşə o, oğlu və qaynı ilə birlikdə getmiş və onlar “28 Mall”un 3-cü mərtəbəsində görüşmüşlər. Görüşləri zamanı o, oğlunun işə düzəlməsi üçün İsmayılın tələb elədiyi 5000 manat pulu sonuncuya vermiş, İsmayıl da həmin pulu götürdükdən sonra təxminən 1 aya Vurğunun işə başlayacağını bildirmişdir. Sonradan isə İsmayıl Vurğundan işə düzəlməsi üçün 3X4 fotoşəkil, sağlamlıq, məhkumluq haqqında arayışlar gətirməyisini tələb eləmiş, Vurğun da həmin sənədləri toplayaraq İsmayıla vermişdir. Bir neçə dəfə Vurğun İsmayılla işə düzəlmək barədə telefon danışığı aparmış, hər dəfə danışdıqda isə İsmayıl işin həll olunma ərəfəsində olduğunu demişdir. 2019-cu ilin noyabr ayının əvvəllərindən etibarən isə İsmayılın telefon nömrəsinə zəng çatmamamış və onunla əlaqəmiz kəsilmişdir. Nəticədə onlara 5000 manat ziyan dəymişdir. Məhkəmə iclasındaşahid qismində dindirilişŞahid2 ifadəsində göstərmişdir ki, 2019-cu ilin aprel ayında oğlu Vüsal əsgərlik yoldaşı olmuş Təqsirləndirilən şəxs hazırda DTX-da əməliyyatçı kimi işə düzəldiyini və onu Bakı Dərin Özüllər Zavodunda mühafizəçi kimi işə düzəltmək niyyətində olduğunu və işə düzəlməsi üçün 500 manat pul istədiyini demişdir. O da oğlunun dostu olan özünü DTX əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs oğlunu həqiqətəndə dediyi işə düzəldəciyini düşünmüş və tələb elədiyi 500 manatı İsmayıla çatdırması üçün Vüsala vermişdir. 2019-cu ilin iyul ayının sonlarında oğlu Vüsal dostu Təqsirləndirilən şəxs onun Bakı Dərin Özüllər Zavodunda mühafizəçi kimi işləməsinə könlünün razı olmadığını və Vüsalı DTX-da gizir hərbi rütbəsi ilə işə düzəltmək niyyətində olduğunu demiş, o da Təqsirləndirilən şəxsla şəxsən görüşüb tanış olmaq qərarına gəlmişdir. Bu məqsədlə oğluna İsmayıla zəng edərək sonuncunu görüşmək üçün qohumunun yas mərasiminə dəvət eləməsini tapşırmış, Vüsal da İsmayıla zəng edərək sonuncunu Bayıl qəsəbəsində qohumlarının yas mərasiminə dəvət eləmişdir. İsmayıl həmin yas mərasiminə gəlmiş və o, ilk dəfə İsmayılı orada görmüş, görüşləri zamanı Təqsirləndirilən şəxs özünü ona DTX-nin əməliyyatçısı kimi təqdim eləmişdir. İsmayılla görüşləri zamanı sonuncu ona Vüsalın Bakı Dərin Özüllər Zavodunda mühafizəçi kimi işləməsinə könlünün razı olmadığını, hazırda DTX-da vakant yerlərin olduğunu, bu səbəbdən də imkandan istifadə edib Vüsalı gizir hərbi rütbəli əməliyyatçı kimi işə düzəltməyin mümkün olduğunu qeyd eləmiş, o da buna razılıq vermiş, İsmayıl da bu işi görmək üçün nə qədər pul lazım olduğunu öyrənib yaxın günlərdə məlumat verəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra isə, Təqsirləndirilən şəxs zəng edərək ilk öncə Vüsalla sonradan isə onunla danışmış və Vüsalın DTX-da işə düzəlməsi üçün 8000 manat tələb olunduğunu qeyd eləmişdir. O da telefon danışığı zamanı 8000 manatı bir dəfəlik verməyə imkanının olmadığını Vüsalın işə düzəlməsi üçün ilk öncə 4000 manat, iş düzəldikdən sonra isə qalan 4000 manat verəcəyi barədə razılaşmışlar. 2019-cu ilin avqust ayının 10-15 arasında o, oğlu Vüsala Təqsirləndirilən şəxs DTX- da işə düzəltmək üçün tələb elədiyi pulu sonuncu ilə bir daha söhbət edərək vemək məqsədilə yaşadıqları evə dəvət eləməsini tapşırmış, nəticədə İsmayıl onların yaşadıqları evə gəlmişdir. O, İsmayılla bir daha Vüsalın DTX-da işə düzəlməsi barədə söhbət eləmiş, İsmayıl bir daha DTX-da vakant yerlərin olduğunu, bu imkandan istifadə edib Vüsalı gizir hərbi rütbəli əməliyyatçı kimi işə düzəldə biləcəyini bildirmişdir. O, İsmayılla ilk öncə 4000 manat iş düzəldikdən sonra isə qalan 4000 manatı verəcəyi barədə razılaşmışdır. O, Vüsalın Bakı Dərin Özüllər Zavodunda mühafizəçi kimi işə düzəlməsi üçün 500 manatı əvvəlcədən verdiyinə görə İsmayıla 3500 manat vermiş, beləliklə İsmayıla Vüsalın DTXda işə düzəlməsi üçün ümumilikdə 4000 manat vermişdir. Bundan təxminən 10-15 gün sonra Vüsal İsmayılın zəng edərək hansısa işi həll elədiyinə görə çoxlu pul qazandığını bu şəbədən də qalan 4000 manatı vermələrinə ehtiyac olmadığını dediyini ona bildirmişdir. Bundan başqa, İsmayıl oğlu Vüsalı işə düzəltməsi üçün 3X4 foto şəkli, hərbi biletinin surəti, sağlamlıq haqqında və ailə tərkibi haqqında arayışlar və digər sənədləri almış, həmin sənədləri notarial qaydada təsdiqlətmək üçün isə əlavə 100 manat pul almışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs 2019cu ilin sentyabr ayının sonlarında oğlu Vüsala zəng edərək atasının səhhətinin pis olduğunundan İsrailə müalicəyə aparacağını və bu şəbədən də pulunun bir həssisini çatmadığını qeyd etmiş və 2100 manat borca pul istəmişdir. Vüsal da ona bu barədə məlumat verdikdə o, İsmayılı evə dəvət eləməsini demiş və İsmayıl onların yaşadıqları evə gəlmişdir. Söhbətləri zamanı, İsmayıl atasının səhətinin pis olması səbəbindən onu İsrailə aparacaqlarını və buna görə 2100 manat borca pul istəmiş, o da İsmayıla atasına görə 2100 manat borca pul vermişdir. Bir neçə gün sonra isə İsmayıl Vüsaldan əlavə olaraq 300 manat pul istəmiş o da, vermişdir. Beləliklə İsmayıla ümumulikdə 2400 manat borca pul vermişdir. Lakin, özünü DTX əməkdaşı kimi təqdim eləmiş Təqsirləndirilən şəxs onlara söz verdiyi kimi Vüsalın DTX-da işə düzəlməsi alınmamış, bir neçə dəfə Vüsal İsmayıla zəng eləmiş, İsmayıl da yaxın vaxtlarda işin düzələcəyini qeyd eləmişdir. Beləliklə Təqsirləndirilən şəxs onlara ümumilikdə 6500 manat maddi ziyan vurmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə,zərərçəkmiş şəxslər və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxstərəfindən törədilməsi tam sübuta yetir, onuntörətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 və 310-cu maddələri ilə tövsif edilmişdir. Belə ki, iş materiallarında olan mobil telefona baxış keçirilməsi barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan və iş üzrə digər materiallardan görünür ki, Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsində özünə məxsus “Bagirov009” adlı profil səhifəsində leytenant hərbi rütbəli hərbi geyimdə, habelə belində tir tapançası ilə, eləcə də DTX idman kulubuna məxsus şəkilləri paylaşmış, bu yolla Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 DTX əməkdaşı olduğuna inandırmaqda həmin paylaşımlardan da istifadə etmişdir. Qeyd edilən fotoşəkillərə xx xxxxxx 2019-cu il tarixdə baxış keçirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs 2019-cu ilin aprel ayında Bakı şəhərində Malokan bağ adlanan ərazi ilə X8 arasında yerləşən qasiddən 50 manat müqabilində bir ədəd qara rəngli kauçukdan olan tir tapançası almış, hökümət evinin arxasında yerləşən ovçuluq mağazasından isə 15 manat müqabilində həmin tir tapançası üçün kəmərə bağlanan qab almış, həmin tir tapançasını və qabını almaqla məqsədinin ətrafdakı şəxslərə özünü DTX əməkdaşı təqdim edən zaman özünə inandırmaq və həmin şəxslərə həqiqətəndə əməliyyatçı kimi özünü təqdim etməkdə vasitə kimi istifadə etmək olduğunu ifadələrində qeyd etmişdir. Təqsirləndirilən şəxs ifadələrində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1lə görüşən zaman aldığı tir tapançasını belinə taxdığını və görüşə bu şəkildə getdiyini, bu yolla onları özünə inandıra bildiyini demişdir. Qeyd edilən tir tapançası Təqsirləndirilən şəxs götürülmüş və xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, tapançanın gövdəsi kauçuk materialdan hazırlanmışdır. Tapançanın daraq hissəsi gövdədən ayrıldıqda həmin daraq hissəyə yalnız patronu əvəz edən kauçuk materialdan olan kiçik diyircəklərdən istifadə edilməsinin mümkünlüyü müəyyən edilmiş, tapançanın üzərində isə hər hansı qeyd aşkar edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs götürülmüş, bir ədəd qara rəngli tir tapançası onun özünü DTX əməkdaşı kimi ətrafdakı şəxslərə inandırmaq məqsədilə vasitə kimi istifadə etdiyindən, habelə cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən xx xxxxxx 2020-ci il tarixdə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti təkrar törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsinə münasibətdə məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə zərərçəkmiş şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin özünün ona köməklik etməsi üçün pul təklif etməsinə dair ifadəsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, Təqsirləndirilən şəxsu özbaşına özünü Dövlət Təhlükəsizliyi Xidməlinin vəzifəli şəxsi kimi təqdim etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etməsini, Zərərçəkmiş şəxs2u şikayətçi olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.4, 353.4.5 və 353.4.12-ci maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməklə həbs qətimkan tədbirinin seçilməsini, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını və cəzaçəkməsinin əvvəlinin hökmün elan olunduğu, xx xxxxxx 2020-ci il tarixdənhesablanmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından maddi sübut olan bir ədəd qara rəngli tir tapançası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə verilməsini, Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351- 356‑cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2‑ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaların qismən toplamaq yolu ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan bir ədəd qara rəngli tir tapançası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 300 (üç yüz) manat pul vəsaiti dövlət büdcəsindən tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat pul tutulub, “xxxxxxxxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar