Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-61/2022 08.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1988-ci ildə Masallı şəhərində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işləməyən, əvvəllər məhkum edilmiş, Masallı şəhəri, H.Aslanov küçəsi, ev 47, mənzil 45-də qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına etap olunmuş və orada saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 aprel 2021-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs MMC-nin ünvan 1 ünvanda yerləşən “Müştəri Xidmətləri” ofisinə məxsus “Mitsubishi FDC140VN” markalı kondisionerə aid 2033 manat 10 qəpik dəyərində mis boruları evin damından özündə olan kəsici alətlə kəsib gizli olaraq talayaraq Zərərçəkmiş şəxs MMC-yə 2033 manat 10 qəpik maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 may 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs MMC-nin ünvan 1 ünvanda yerləşən “Müştəri Xidmətləri” ofisinə məxsus “Mitsubishi FDC140VN” markalı kondisionerə aid 2033 manat 10 qəpik dəyərində mis boruları evin damından özündə olan kəsici alətlə kəsib gizli olaraq talayaraq Zərərçəkmiş şəxs MMC-yə 2033 manat 10 qəpik maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 may 2021-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs MMC-nin ünvan 1 ünvanda yerləşən “Müştəri Xidmətləri” ofisinə məxsus “Mitsubishi FDC140VN” markalı kondisionerə aid 1000 manat dəyərində mühərriki evin damından özündə olan kəsici alətlə kəsib gizli olaraq talayaraq Zərərçəkmiş şəxs MMC-yə 1000 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Azercell” şirkətinə məxsus ofisə aid kondisionerlərin dəmir boruları və mühərrikini o, oğurlamışdır. Belə ki, həmin kondisionerin yerləşdiyi evin damından 19 aprel 2021, 02 may 2021 və 19 may 2021-ci il tarixlərdə oğurluq etmişdir. 19 aprel 2021-ci il tarixdə saat 04:00 radələrində Torqovı adlanan ərazidə olan zaman həyətlərdən birinə daxil olub evin damına çıxmış və özündə olan dəmir kəsənlə mis boruları kəsib belində olan əl çantasına yığmışdır. Həmin günü mis boruları küçədən dəmir alan tanımadığı cavan oğlana satmış və əvəzində 100 manat almışdır. 02 may 2021-ci il tarixdə gecə saatlarında həmin evin damından özündə olan dəmir kəsənlə mis boruları yenə kəsib oğurluq etmişdir. Həmin mis boruları bu dəfə əlvan metalların qəbulu məntəqəsində işləyən Ruslana iki dəfəyə satmışdır. Ruslan şəxsiyyət vəsiqəsi olmadığı üçün onun şəkilini mobil telefonuna çəkmişdi. Mis borulara görə 52 manat pul alıb getmişdir. Həmin damdan 19 may 2021-ci il tarixdə gecə saatlarında özündə olan dəmir kəsənlə kondisionerin müəhərrikini açaraq onu oğurlamışdır. Həmin günü mühərriki küçədən dəmir alan tanımadığı cavan oğlana satmış və əvəzində 110 manat almışdır. O, törətdiyi əməllərdan peşmandır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, 2020-ci il tarixdən ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs MMC-nin “Müştəri Xidmətləri” ofisində təmir-tikinti işlərinin həyata keçirilməsinə nəzarət edir. 19 aprel 2021-ci il tarixdə ofisə məxsus “Mitsubishi FDC140VN” markalı kondisionerin işləmədiyi məlum olmuş və bunun səbəbini öyrənmək məqsədi ilə kondisionerin quraşdırıldığı evin damına ustaların iştirakı ilə baxanda həmin yerdən kondisionerin misdən olan borularının kəsilərək oğurlandığını aşkar etmişdir. Zərərçəkmiş şəxs MMC-yə 9606.26 manat məbləğində maddi ziyan vurulmuşdur. Şikəyətçidir, dəymiş zərər ödənilməmiş, təqsirləndirilən şəxslə aralarında heç bir barışıq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, əlvan metalların qəbulu məntəqəsində işləyir. Həmin məntəqəni 2021-ci ilin mart ayında açmış və məntəqədə əlvan metalları qəbul edir. 02 və 03 may 2021-ci il tarixdə səhər saatlarında bir nəfər əvvəllər tanımadığı şəxs onun işlədiyi məntəqəyə yaxınlaşaraq özünü ona Təqsirləndirilən şəxs kimi təqdim edib bildirmişdir ki, o, kondisionerin içində olan mis metaldan olan qurğuları satmaq istəyir Həmin şəxsdən sənəd istədikdə o, sənədinin olmamasını ona bildirdikdə belə olan halda onun şəklini çəkməli olduğunu oğlana bildirmiş və oğlan da etiraz etmədiyi üçün oğlanın şəklini çəkmiş, oğlandan aldığı mis metala görə ona 52 manat ödədikdən sonra oğlan çıxıb getmişdir. Bir neçə gündən sonra isə ona Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları yaxınlaşaraq kondisionerin mis metalını alıb-almadığını ondan soruşduqda o, son günlər ərzində aldığını bildirib Təqsirləndirilən şəxs şəklini polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan 29 iyun 2021-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası CM-in 177.2.4cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 22 may 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış istintaq hərəkəti keçirilmiş və hadisə yerinin ünvan 1 ünvanının damı olması müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı hadisə yerinin foto şəkilləri çəkilmişdir. İş materiallarında olan götürmə aparılması haqqında 25 may 2021-ci il tarixli protokoldan görünür ki, ci il tarixdən ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 təqdim etdiyi bir ədəd “DVD” disk ondan götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 mart 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu:
1. Binəqədi Rayon Polis Şöbəsi İŞ tərəfindən 05.02.2018-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Binəqədi rayon Məhkəməsinin 10.08.2018-ci il tarixli hökmü ilə 3.000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir.
2. Binəqədi Rayon Polis Şöbəsi tərəfindən 22.09.2018-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1, 177.2.2., 177.2.3.-cü maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Binəqədi rayon Məhkəməsinin 07.03.2019-cu il tarixli qərarı ilə cinayət işinin icraatına xitam verilmişdir.
3. Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsi ilə 11.06.2019-cu il tarixdə cinayət işinin icraatına xitam verilmişdir.
4. Masallı Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 68.1.4, 67.1-ci maddələri ilə 02 il 15 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
5. Masallı Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 66.2, 66.5-ci maddələri ilə 02 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
6. Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2.-ci maddəsi 07.12.2021-ci il tarixdə məsuliyyətə cəlb edilmişdir. 22.12.2021-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 iyul 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında 01 iyul 2021-ci il tarixli qərardan görünür ki, Nümayəndə1 Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan götürmə və baxış aparılması haqqında 29 avqust 2021-ci il tarixli ptorokoldan görünür ki, 29.08.2021-ci il tarixdə Şahid Təqsirləndirilən şəxs fotoşəkili olan “İphone 6” markalı mobil telefon aparatı götürülmüş və baxış zamanı Şahid mobil telefon aparatının galereya bölməsində olan kişi cinsinə mənsub olan şəxsin fotoşəkilini göstərərək bildirmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur və Təqsirləndirilən şəxs kondisionerə aid miss boruları alarkən onunla tanış olmuşdur. Belə ki, Şahid bildirdi ki, ünvan 3 ünvanda yerləşən əlvan metalların qəbulu məntəqəsində işləyir. Həmin məntəqəni o, 2021-ci ilin mart ayında açmış və həmin məntəqədə əlvan metalları qəbul edir. 02 may və 03 may 2021-ci il tarixlərdə səhər saatlarında bir nəfər əvvəllər tanımadığı şəxs o, işlədiyi məntəqəyə yaxınlaşaraq özünü ona Təqsirləndirilən şəxs kimi təqdim etmiş və ona bildirmişdir ki, kondisionerin içində olan mis metaldan olan qurğuları satmaq istəyir. O, həmin mis metalı tərəziyə qoyub çəkərək 6 kiloqram 500 qram olmasını görüb hər kiloqramına görə həmin şəxsə 8 manatdan ödəyəcəyini bildirdikdə həmin şəxs də etiraz etmədən həmin mis metalı ona satmaq fikrində olmasını demişdir. O, həmin şəxsdən sənəd istədikdə Amil sənədinin olmadığını ona bildirdikdə Amilə belə olan halda onun şəklini çəkməli olduğunu demiş və Amil də etiraz etmədiyi üçün Amilin şəklini çəkmiş, Amildən aldığı mis metala görə Amilə 52 manat ödəmiş və sonra Amil çıxıb getmişdir. Bir neçə gündən sonra isə ona Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları yaxınlaşaraq kondisionerin mis metalını alıb-almadığını ondan soruşduqda o, son günlər ərzində aldığını bildirib Təqsirləndirilən şəxs şəklini polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan götürmə və baxış aparılması haqqında 22 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, “DVD” diskə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs “DVD” diskdə olan videogörüntülərlə tanış olub və görüntüdə olan şəxsin özü olmasını bildirmişdir. İş materiallarında olan 22 dekabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan təqsirlənidirilən şəxs qismində cəlb olunma haqqında 22 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiinin seçilməsinin nəzərə alınması barədə 22 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, Xələc qəsəbəsində yerləşən Azərbaycan Respublikası Ədliyə Nazirliyi PX-nin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi nəzərə alınmışdır. İş materiallarında olan 09 fevral 2022-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs MMC Təqsirləndirilən şəxs 9.606,26 (doqquz min altı yüz altı manat iyirmi altı qəpik) manat maddi ziyan və ödənilmiş 80,33 manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs MMC mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, şahidin ifadəsi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun əməlini etiraf etməsini, əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Hazırkı iş üzrə cinayət əməlləri Masallı Rayon Məhkəməsinin 1(050)-178/2021 saylı 30 iyul 2021-ci il tarixli hökmü çıxarılmazdan əvvəl, yəni 19 aprel, 02 may, 19 may 2021-ci il tarixlərində törədilmişdir. Belə olan halda Masallı Rayon Məhkəməsinin 1(050)-178/2021 saylı 30 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunmuş cəza ilə Azərbaycan Respublikasının CMnın 66.5-ci maddəsində nəzərdə tutulan qaydada qismən toplanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 01 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Masallı Rayon Məhkəməsinin 1(050)- 178/2021 saylı 30 iyul 2021-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın həcmi məsələsinə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ziyan vurulduqda əmlakına vurulmuş ziyana görə hüquqi şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Törədilən əməl nəticəsində Zərərçəkmiş şəxs MMC-nə maddi ziyan vurulduğu sübuta yetirildiyindən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs MMC-nin mülki iddiası qismən təmin edilməli və Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş 5.066,20 (beş min altmış altı manat iyirmi qəpik) manat məbləğində maddi ziyan və 80,33 (səksən manat otuz üç qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 5.146,53 (beş min yüz qırx altı manat əlli üç qəpik) manat tutularaq "xxxx" MMC-yə ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk və foto şəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 1(050)-178/2021 saylı 30 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökm ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 03 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 01 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 1(050)-178/2021 saylı 30 iyul 2021-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs MMC-nin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı ziyanın ödənilməsinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş 5.066,20 (beş min altmış altı manat iyirmi qəpik) manat məbləğində maddi ziyan və 80,33 (səksən manat otuz üç qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 5.146,53 (beş min yüz qırx altı manat əlli üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) DVD disk və foto şəkillər cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsindən Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim Günel Səmədova